Məhkəmə qərarları › İş №2(102)-1429/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1429/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1429/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 (xxxx) və “xxxx” İB-yə (“xxxx” ASC-nin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamənin mübahisəli hüquq münasibətinin yaranması zamanı qüvvədə olan maddi hüquq normasına əsasən çıxarılmalı olması, mülki hüquq pozuntusu ilə bağlı mənəvi ziyanın ödənilməsi üçün hadisə ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzov a Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh “xxxx” İB-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (xxxx) və “xxxx” İB-yə qarşı, (“xxxx” ASC-nin üçüncü şəxs qismində cəlb edildiyi) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5320/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “xxxx” İB tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Leninneft” Neft və Qazçıxarma İdarəsinin quyuların əsaslı təmir sexində xx.xx.1973-cü il tarixdə istehsalatda qəza haqqında tərtib edilmiş 7 №-li akta əsasən, çilingər və zifəsində işləyən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1973-cü il tarixdə baş verən qəza nəticəsində zərərçəkmişdir. Hadisədən sonra o, İdarənin 5 saylı tibb sanitar hissəsinə aparılmış, baxış keçirildikdən sonra şəhər göz xəstəxanasına göndərilmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 029391 saylı, BTЭ-3 seriyalı arayışa əsasən, iddiaçı xx.xx.1974-cü il tarixdə müayinə edilmiş və müddətsiz olaraq 3-cü qrup əlil hesab edilmişdir. Onun əlilliyinə istehsalatda əmək qabiliyyətini itirməsi səbəb olmuşdur. 2. “Təbriz Tibb Elmləri Universiteti Nikukari” göz xəstəxanasının arayışına əsasən iddiaçı xx.xx.2013-cü ildə katarakt əməliyyatından irəli gələn sağ gözün kornea vərəmi səbəbi ilə DSEK cərrahi əməliyyat olunmuş və əməliyyata görə 4000 ABŞ dolları hesablanmışdır.

3. İddiaçı tərəfindən “Təbriz Beynəlxaq” Hotelinin xx.xx.2013-cü il tarixli, № 61052 saylı fakturasına əsasən, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial, xx.xx.2013-cü il tarixli, № 61052 saylı fakturasına əsasən isə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial xidmət haqqı ödənilmişdir.

4. Rusiya Federasiyasının Moskva şəhərinin “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, icraçı İİİ kateqoriya mürəkkəblikdə əməliyyatdan əvvəl hazırlıq tibb xidmətini yerinə yetirir, pasiyent isə qəbul edir və 2600 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icraçı astiqmatizm kerreksiyası femtolazer müşaiyəti tibb xidmətini yerinə yetirir, pasiyent isə qəbul edir və 55.000 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icraçı optik-rekonstruktiv cərrahi əməliyyatı yerinə yetirir, pasiyent isə qəbul edir və 115.000 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən isə icraçı görmə orqanının kompleks diaqnostikası prof.Perşin K.B konsultasiya xidməti yerinə yetirir, pasiyent isə qəbul edir və 9000 Rubl ödəyir.

5. İddiaçı Bakı-Moskva xx.xx.2018-ci il tarixli gediş reysi üçün 258,90 manat, Moskva-Bakı xx.xx.2018-ci il tarixli qayıdış reysi üçün 200,50 manat, Bakı-Moskva xx.xx.2019-cu il tarixli gediş reysi üçün 288,27 manat Moskva-Bakı xx.xx.2019-cu il tarixli qayıdış reysi üçün 255,60 manat məbləğində ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cav abdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «xxxx»a və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (xxxx) «xxxx» İstehsalat Birliyinə qarşı, «xxxx» ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tabeliyində olan «xxxx» İstehsalat Birliyinin “Leninneft” Neft Qaz Çıxarma İdarəsinnin quyuların əsaslı təmiri sexində çilingər vəzifəsində işləyərkən xx.xx.1973-cü il tarixdə iş vaxtı işəgötürənin təqsiri üzündən baş vermiş bədbəxt hadisə zamanı sağ gözündən xəsarət alıb əlil olandan sonra 2010-cu və 2013-cü illərdə İran İslam Respublikasının Tehran və Təbriz şəhərlərinə gedib sağ gözünə buynuz qışasının köçürülməsi ilə əlaqədar əməliyy atlar olunmağı və konsultasiyalara gedib-gəlməsiylə bağlı sərf etdiyi 10000 manat məbləğində pulun, habelə xəsarət aldığı sağ gözünün müalicəsi və gözündə aparılacaq əməliyyatla əlaqədar onunla Moskva şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəz “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 4 ədəd müqavilə üzrə həmin Tibb Mərkəzinin hesabına keçirdiyi 4750 manat (181600 rubl) və həmin vaxt Moskva şəhərinə gedibgəlməsi ilə bağlı əlavə olaraq çəkdiyi 1200 manat, cəmi 5950 manat mənləğində pulun maddi ziyan kimi, 50000 manat məbləğində pulun mənəvi zərər kimi, habelə məhkəmə xərcləri kimi 180 manat pulun cavabdehlərdən və 3-cü şəxsdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sağ gözünün müalicəsi və gözündə aparılacaq əməliyyatla əlaqədar onunla Moskva şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəz “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 4 ədəd müqavilə üzrə həmin Tibb Mərkəzinin hesabına keçirdiyi 4750 manat (181600 rubl) və həmin vaxt Moskva şəhərinə gedib-gəlməsi ilə bağlı əlavə olaraq çəkdiyi 1200 manat, cəmi 5950 manat mənləğində pulun maddi ziyan kimi, 50000 manat məbləğində pulun mənəvi zərər kimi, habelə məhkəmə xərcləri kimi 180 manat pulun cavabdehlərdən və 3-cü şəxsdən tutulub ona ödənilməsi ilə əlaqədar iddia tələbi qüvvədə qalmaqla, 2010-cu ildə sağ gözünün əməliyyat olunması və daha sonra konsultasiyalara görə İran İslam Respublikasının Tehran şəhərinə gedib-gəlməsi ilə bağlı çəkdiyi 8499 manat pulun və 2013-cü ildə sağ gözünün yenidə n əməliyyat olunması və əməliyyatdan sonra həkimlərin təyin etdiyi konsultasiyalarla bağlı İran İslam Respublikasının Təbriz şəhərinə gedib-qayıtması ilə bağlı çəkdiyi 6135 manat pulun cavabdehlərdən və 3-cü şəxsdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 tabeliyində olan “xxxx” İstehsalat Birliyinin struktur bölməsi olan keçmiş “Leninneft” Neft Qaz Çıxarma İdarəsinnin quyuların əsaslı təmiri sexində çilingər vəzifəsində işləyərkən xx.xx.1973-cü ildə iş vaxtı işəgötürənin təqsiri üzündən baş vermiş bədbəxt hadisə zamanı sağ gözümdən xəsarət almış və ömürlük əlil olmuşdur. Sonrakı dövrlərdə gözündən aldığı xəsarət nəticəsində sağ gözünün görmə qabiliyyəti getdikcə daha da zəifləmiş və sağ gözünün görmə qa biliyyəti demək olar ki, tamamilə itmə həddinə gəlib çatmışdır. Sağ gözünün görmə qabiliyyətinin getdikcə zəifləməsini və itməsini görəndən sonra iddiaçı 2010-cu ildə Bakı şəhərindəki həkimlərə müraciət etmişdir. Həkimlər onu müayinə edəndən sonra bildirdilər ki, sağ gözünün buynuz qişası zədələnib və ona buynuz qişasının transplantasiyası lazımdır, ancaq Azərbaycanda buynuz qişasının transplantasiyası yoxdur və həm də buna icazə yoxdur. Bunun üçün ona İran İslam Respublikasına getməyi və həkimlərə müraciət etməyi tövsiyə etdilər. Ondan sonra iddiaçı 2010-cu ildə buynuz qişasının transplantasiyası üçün İran İslam Respublikasının Tehran şəhərinə getmiş və orada gözünə buynuz qişası köçürülmüşdür. Ondan sonra 2 il müddətində dəfələrlə Tehran şəhərinə həkimlərin dediyi kimi konsultasiyalara g edibgəlmiş və müalicələr olunmuşdur. Ancaq buna baxmayaraq həmin əməliyyat, yəni sağ gözünə buynuz qişasının transplantasiyası heç bir müsbət nəticə verməmiş və orqanlar birbirinə uyuşmamışdır. Daha sonra həkimlərin məsləhəti ilə ikinci dəfə təkrarən buynuz qişasının köçürülməsi lazım olmuşdur. Buna görə o, 2013-cü ildə yenə İran İslam Respublikasının Təbriz şəhərinə getmiş və sağ gözündə ikinci dəfə buynuz qişasının köçürülməsi əməliyyatı aparıldı. Bu iki əməliyyata və daha sonra hər iki əməliyyatdan sonra həkimlərin məsləhəti ilə onların dediyi vaxtlarda konsultasiyalara görə İran İslam Respublikasına gedib-gəlməyinə, qidalanmağına, İranda qalmağına və iynə-dərmanlara görə onun 10000 manatdan çox xərci çıxmışdır. Belə ki, istər Tehran şəhərində, istərsə də Təbriz şəhərində gözünə buynuz qişasının köçürülməsi əməliyyatına görə xəstəxananın hesabına hər dəfə 3500 ABŞ dolları məbləğində pul keçirmişdir. Bu barədə ona müvafiq kassa çekləri də verilmişdir. 2017-ci ilin sonlarına kimi onları evdə saxlamışdır. Lakin sonradan onları lazımsız sənəd hesab edib ailə üzvləri evdən atmışlar. Onun Tehran və Təbriz şəhərinə əməliyyatlara getməyini və əməliyyat olunmağını və hər dəfə də təkcə hər bir əməliyyata görə 3500 ABŞ dolları məbləğində pul ödəməyini onun ailə üzvləri, onunla İrana getmiş şəxslər və qohumları da tam təsdiq edə bilərlər. 2010-cu ildə və 2013-cü ildə İran İslam Respublikasına sağ gözünə buynuz qişasının köçürülməsi üçün getməyi, eyni zamanda 2010-cu ildə Tehran şəhərində gözünə buynuz qişası köçürüləndən sonra 2 il ərzində və 2013-cü ildə ikinci dəfə Təbriz şəhəri ndə əməliyyat olunub sağ gözünə buynuz qişası köçürüləndən sonra həkimlərin məsləhəti ilə konsultasiyalara gedib-gəlməyi onun pasportunda olan sərhədi geçən zaman vurulmuş möhürlərlə də tam təsdiq olunur. Bu barədə Dövlət Sərhəd Xidmətinə də sorğu verilərsə dediyi bu faktlar tam olaraq öz təsdiqini tapacaqdır. İkinci dəfə 2013cü ildə sağ gözünə buynuz qişası köçürüləndən sonra da bu lazımı effekti vermədi. Artıq sağ gözü tamamilə sıradan çıxma vəziyyətinə gəlib çatmışdı. İranda gözünün çarəsini tapa bilmədiyinə görə beşinci dəfə əməliyyat olunmaq üçün Moskva şəhərinə getməyə məcbur olmuşdur. Moskvaya getməmişdən əvvəl Bakıdakı həkimlərlərin yanında olmuşdur. Bu dəfə həkimlər ona Moskva şəhərinə getməyi məsləhət gördülər. 2018-ci ilin noyabr ayında məcburiyyət qarşısında qalıb onu ailə üzlə ri Moskva şəhərinə gətirdilər və ona Moskava şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəz “xxxx” MMC-yə müraciət etməyi bildirdilər. Gözünün müalicəsi və gözündə aparılacaq əməliyyatlarla bağlı onunla xx.xx.2018-ci ildə 4 müqavilə bağladılar. Birinci müqavilə 2600 rubl, ikinci müqavilə 55000 rubl, üçüncü müqavilə 115000 rubl və dördüncü müqavilə isə 9000 rübl dəyərində olmuşdur. Təkcə qeyd etdiyi bu dörd müqavilə üzrə o, Oftolmoloji Tibbi Mərkəz “xxxx” MMC-nin hesabına 181600 rubl köçürmüşdür. Bu məbləğ 2800 ABŞ dolları edirdi. Belə ki, həmin vaxt 1 ABŞ dolları 65 rubla bərabər idi. 2800 ABŞ dollarını Azərbaycan manatına çevirəndə isə 4750 manat edir. Bu barədə ona kassa çekləri də verilmişdir. Qeyd etdiyi bütün bu sənədlərin və kassa çeklərinin notariat qaydasında təsdiq olunmuş və Azərbay can dilinə tərcümə olunmuş surətlərini də iddia ərizəsinə əlavə etmişdir. Bu dörd müqavilə üzrə Tibb Mərkəzinin hesabına keçirdiyi 181600 rubldan başqa onun Moskva şəhərinə gedib-gəlməklə bağlı yol xərcinə, yemək və qalmağa görə 1200 manatdan çox xərci çıxmışdır. Belə ki, Moskva şəhərinə təyyarə ilə gedib-gəlmiş, xəstəxanadan çıxandan sonra iki gün mehmanxanada qalmış və bu iki gündə yeməklə bağlı bütün xərcləri öz cibindən çəkmişdir. Beləliklə 2018-ci ilin noyabr ayında Moskva şəhərinə gedib orada gözümün əməliyya olunması və müalicəsi ilə bağlı onun cəmi 5950 manat (4750 manat + 1200 manat) xərci çıxmışdır.

9. Bundan başqa o, 23 yaşında olarkən işdə olub əmək vəzifələrini yerinə yetirərkən işəgötürənin təqsiri üzündən sağ gözündən xəsarət alıb ömürlük əlil olmuşdur. Hazırda 69 yaşın için dədir. İndiyə kimi iddiaçı xəsarət alıb əlil olduğu gözünə görə uzun illər müalicələr almış və dəfələrlə əməliyyat olunmuşdur. Buna görə də külli miqdarda ziyana düşüb pullar ödəmişdir. Ancaq heç vaxt ona dəyən ziyanın ödənilməsi üçün nə “xxxx” İstehsalat Birliyinə, nə də Dövlət Neft Şirkətinə müraciət etməmişdir. Halbuki ona dəyən zərərə görə bu təşkilatlar birbaşa məsuliyyət daşıyırlar. Hazırda isə onun belə bir imkanı yoxdur. O gənc yaşında işəgötürənin təqsiri üzündən gözündən xəsarət alaraq dünya işığına həsrət qalmışdır. Uzun illərdir ki, bunun əziyyətini çəkir. 46 ildir ki, həm fiziki, həm maddi, həm də mənəvi əzab-əziyyətlər çəkir. Dövlət Neft Şirkətinin ona verdiyi cavab onu mənəvi cəhətdən daha da sarsıtmış, iddiaçının çəkdiiyi mənəvi əzab-əziyyəti daha da artırmışdır. Onun çəkdi yi həm maddi, həm fiziki, həm də mənəvi və psixoloji əzab-əziyyətlər birbaşa onların təqsiri üzündəndir. Bədbəxt hadisə nəticəsində ona və həm də ailəsinə həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçının başına gəlmiş bədbəxt hadisə və eyni zamanda Dövlət Neft Şirkətinin ona qarşı olan münasibətləri həm ona, həm də bütün ailə üzvlərinə psixoloji cəhətdən çox mənfi təsir etmişdir. Onun bədbəxt hadisə nəticəsində əlil olmağı ilə bağlı keçirtdiyi sarsıntılar, mənəvi əzab və əziyyətlər, iztirablar bu gün də davam edir. Bədbəxt hadisə nəticəsində indiyə kimi ona ən azından 50000 manat məbləğində mənəvi zərər dəymişdir.

10. Onunla 2018-ci ilin noyabr ayında Moskva şəhərində müayinə, müalicə və əməliyyat olunmağında bağlı yazılmış sənədlərin və bağlanmış 4 ədəd müqavilənin rus dilindən Azər baycan dilinə tərcümə olunması, habelə Həkim Tibb Komissiyasının Seriya BTE3,029381 nömrəli arayışının və istehsalatda bədbəxt hadisə aktının rus dilindən Azərbaycan dilinə tərcümə olunması və notariat qaydasında təsdiq olunması olunması üçün iddiaçının cəmi 150 xərci çıxmışdır. Bundan başqa iddia ərizəsini məhkəməyə verdiyinə görə 30 dövlət rüsumu ödəmişdir.

11. İddiaçı qeyd etmişdir ki, AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən verilmiş sorğuya cavab olaraq göndərilmiş məktubdan görünür ki, o, gözündəki problemlərlə bağlı əməliyyat olunmaq və daha sonra həkimlərin təyin etdiyi konsultasiyalara görə xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2020, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 və xx.xx.2012-ci illərdə İrana İslam Respublikasına təyyarə ilə get miş və hər dəfə bir neçə gün, iki dəfə isə bir həftə orada qalmaqla xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, 25.1-2010, xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 və xx.xx.2012-ci illərdə Bakıya qayıtmışdır. Göründüyü kimi iddiaçı bu müddətdə 11 dəfə İrana təyyarə ilə gedib 11 dəfə də təyyarə ilə Bakıya qayıtmışdır. Təyyarə bileti Bakıdan İrana həmin vaxtı 150 manat idi. Gedib qayıtma pulu isə 300 manat edirdi. 11 dəfə İrana gedib Bakıya qayıtmağa görə o təkcə təyyarəyə 3300 manat pul vermişdir. Yəni 11 dəfə x 300 manata=3300 manat edir. Yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmanın 3 günü mənə 190 manata başa gəlib. 11 dəfə İranın Tehran şəhərinə gedib orada mehmanxanada qalmağımla bağlı onun 2469 (iki min dörd yüz altmış doqquz) manat xərci çıxmışdır. 2010- cu ildə gözündəki əməliyyata görə 3500 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin vaxt 1 ABŞ dolları 0,78 manat idi. 3500 ABŞ dollarını Azərbaycan manatına çevirəndə 2730 manat edirdi. Beləliklə 2010-2012-ci illərdə iddiaçının İranın Tehran şəhərinə gedib orada gözündən əməliyyat olunmağı, daha sonra həkimlərin təyin etdiyi vaxtlarda gözünə görə konsultasiyalara gedib-qayıtmağı ilə bağlı, həmçinin təyyarə biletlərinə, yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmağa görə çəkdiyi xərclər birlikdə 8499 manat etmişdir. Yəni, 3300 manat + 2469 manat + 2730 manat= 8499 manat edir.

12. Bundan AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən verilmiş sorğuya cavab olaraq göndərilmiş məktubdan görünür ki, iddiaçı gözündəki problemlərlə bağlı əməliyyat olunmaq və daha sonra həkimlərin təyin et diyi konsultasiyalara görə xx.xx.2013, xx.xx.3013, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərində təyyarə ilə İrana getmiş və xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü illərdə təyyarə ilə Azərbaycana qayıdıb gəlmişdir. Həmin vaxtlar təyyarə bileti təkcə bir tərəfə, yəni İrana getməyə və ya Azərbaycana gəlməyə görə 150 manat olmuşdur. Onun bir dəfə təyyarə ilə İrana gedib Azərbaycana qayıtmağa görə bilet pulu 300 manat etmişdir. AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən verilmiş sənəddən də görünür ki, iddiaçı 2013 və 2014-cü illərdə beş dəfə təyyarə ilə İran getmiş və Azərbaycana qayıtmışdır. Beş dəfə İrana gedib Azərbaycana qayıtmağına görə o, təkcə təyyarə biletinə 1500 manat pul vermişdir. Yəni 150 manat x 10 dəfə = 1500 manat. Bundan başqa iddiaçı h ər dəfə İrana müayinə və konsultasiyalara gedəndə bir neçə gün buna görə mehmanxanada qalmağa məcbur olmuşdur. Məhkəməyə tədim etdiyi sənədlərdən də görünür ki, iddiaçının xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi, yəni 3 gün mehmanxanada qalmağa görə 5.515.633 rial, Azərbaycana manatına çevirəndə 184 manat xərci çıxmışdır. Onu da bildirir ki, 30.000 rial İran pulu 1 AZN-ə bərabərdir. Yuxarıda göstərdiyi kimi iddiaçı xx.xx.2013-cü ildən başlarayaq xx.xx.2014-cü ilə kimi düz 5 dəfə İrana getmiş və hər dəfə gedəndə 3 gün, yalnız bir dəfə, yəni xx.xx.2014-cü ildə gedəndə xx.xx.2014-cü ilə kimi 7 gün mehmanxanada qalmışdır. Beş dəfə İrana gedib orada mehmanxanada qalma xərcləri 981 manat edir. 981 manatın üstünə xx.xx.2013-cü ildən xx.xx.2013-cü ildə mehmanxanada qalmağa görə ödədiyi 184 mana tı da gələndə onun xərci 165 manat edir. Mehmanxanada qalma xərcinə eyni zamanda mehmanxanada verilən yemək xərcləri də daxildir. Daha sonra Təbriz Tibb Elmləri Universiteti Nikukari Göz Xəstəxanasından ona verilmiş və məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, xx.xx.2013-cü ildə gözünün əməliyyat olunmasına görə iddiaçı 4000 (dörd min) ABŞ dolları pul ödəmişdir. 2013-cü ildə 1 ABŞ dollarının 1 Azərbaycan manatına münasibətdə məzənnəsi 0,78 manat olmuşdur. Ödədiyi 4000 ABŞ dollarını Azərbaycan manatına çevirəndə bu 3120 (üç min yüz iyirmi) manat pul edir. Belə ki, 4000 ABŞ dolları x 0,78 = 3120 manat edir. İddiaçı gözündə 2010 və 2013-cü illərdə İranın Tehran və Təbriz şəhərlərində aparılmış əməliyyatlarla bağlı sənədləri alıb gətirib məhkəməyə təqdim etmək üçün xx.xx.2019-cu ildə təyyarə ilə İrana getmiş və xx.xx.2019-cu ildə təyyarə ilə Bakıya qayıtmışdır. Təyyarə ilə gedib-qayıtmağa görə biletlərinə cəmi bir yerdə 310 (üç yüz) on manat pul ödəmişdir. Bundan başqa İrandan alıb gətirdiyi sənədləri tərcümə edib notariat qaydasında təsdiqləyib məhkəməyə təqdim etmək üçün 40 (qırx) manat pul ödəmişdir. Yuxarıda qeyd etdiyi bu hallarla bağlı 2013, 2014 və 2019-cu illərdə iddiaçının 6135 manat, (1500 manat + 1165 manat + 3120 manat + 310 manat + 40 manat) xərci çıxmışdır

13. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrubi və Tədris Birliyinin 742 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən “Təbriz Tibb Elmləri Universiteti Nikukari Göz Xəstəxanası”nda İddiaçı adı na tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2013-cü il tarixdə katarakta (pseudophkic Dsek) əməliyyatından irəli gələn sağ gözün Kornea vərəmi səbəbi ilə onun üzərində “DSAEK (Keratoplastika və yeni hemograft)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra, xx.xx.2018-ci il tarixdə Moskva şəhəri Oftalmoloji Tibbi Mərkəzdə İddiaçı üzərində “Optikrekonstruktiv cərrahiyyə, intraokulyar linzanın tikilməsi, qüzehli qişanın plastikası+Femto RLİ-OD” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı halhazırda onda “OD-Artifakiya, keratoplastika əməliyyatından sonrakı vəziyyət, qeyridüzgün astiqmatizm, görmə sinirinin atrofıyasının olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.1973-cü il tarixdə almış olduğu travma ilə əlaqədar keçirilmiş cərrahiyyə ə məliyyatı haqqında hər hansı bir tibbi sənəd tərtib edilmədiyinə baxmayaraq, mütəxəssis oftamoloq tərəfindən xx.xx.2019-cu il tarixli göndərişdə onun gözündə olan fəsadların almış olduğu zədə ilə əlaqədar olduğu göstərilmişdir. Odur ki, İddiaçı gözündə aparılmış müayinə və müalicə tədbirləri onun xx.xx.1973-cü il tarixdə iş vaxtı baş vermiş bədbəxt hadisənin nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə əlaqəli olduqları istisna olunmur.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) cavabdeh “xxxx” İB-dən iddiaçının göz əməliyyatına xərclənmiş 3120 manat, təyyarə biletinə xərclənən 310 manat, mehmanxanada qalmağa görə ödənilən 368 manat, mənəvi zərərə görə 3000 manat, sənə dlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 190 manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1112, 1115-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, “xxxx” İstehsalat Birliyinin struktur bölməsi olan keçmiş “Leninneft” Neft Qaz Çıxarma İdarəsinnin quyuların əsaslı təmiri sexində çilingər vəzifəsində işləyərkən xx.xx.1973-cü ildə iş vaxtı işəgötürənin təqsiri üzündən baş vermiş bədbəxt hadisə zamanı sağ gözündən xəsarət almış və iddiaçının sağlamlığına zərər vurulmuşdur. Odur ki, iddiaçıya dəyən maddi və mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (xxxx) “xxxx” İstehsalat Birliyindən tutulmalıdır. Dəymiş zərərlə bağlı digər cavabdeh və üçüncü şəxsin hər hansı mülki məsuliyyəti məhkəmə araşdırması zamanı müəyyən edilmir.

16. Məhkəmə iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 742/KEŞ saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edib, iş üzrə təqdim edilmiş ödəniş qəbzlərini və arayışları nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (xxxx) “xxxx” İstehsalat Birliyindən iddiaçının xeyrinə 2013-cü ildə İran İslam Respublikasının Təbriz şəhərinə gedib sağ gözünə buynuz qışasının köçürülməsi ilə əlaqədar əməliyyat olunmağı və kons ultasiyalara gedib-gəlməsiylə bağlı sərf etdiyi 3488 manat pul tutulmalıdır. (Təbriz şəhərindəki cərrahi əməliyyat görə ödədiyi 4000 ABŞ dolları (3120 manat), mehmanxanada qalmağa görə ödənilən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial (184 manat) məbləğində xidmət haqqı və xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial (184 manat) məbləğində xidmət haqqı)

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı gözündə 2010 və 2013-cü illərdə İranın Tehran və Təbriz şəhərlərində aparılmış əməliyyatlarla bağlı sənədləri alıb gətirib məhkəməyə təqdim etmək üçün təyyarə ilə gedib-qayıtmağa görə biletlərinə görə ödədiyi 310 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir.

18. Məhkəmə iddiaçının “2010-cu ildə sağ gözünün əməliyyat olunması və daha sonra k onsultasiyalara görə İran İslam Respublikasının Tehran şəhərinə gedib-gəlməsi ilə bağlı çəkdiyi 8499 manat pulun” tutulması hissəsində iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı bəhs edilən hallarla bağlı çəkilən xərcin məbləğinin 8499 manat həcmində olmasını təsdiqləyən hər hansı mötəbər dəlillər məhkəməyə təqdim edilməmiş. Ona görə də iddia tələbi həmin hissədə sübuta yetmədiyindən təmin edilməməlidir. Mülki işin hallarından məlum olur ki, iddiaçı gözündəki problemlərlə bağlı İran İslam Respublikasında Tehran və Təbriz şəhərlərində əməliyyat olunmuş, lakin həmin əməliyyatlar lazımi effekt vermədiyindən o, digər tibb müəssisələrinə - Moskva şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəzinə müraciət etməli olmuşdur.

19. Məhkəmə iddiaçının İran İslam Respu blikasında keçirdiyi əməliyyatların hər hansı effekt verməməsi səbəbindən Moskva şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəzə müraciət edərək gözünün əməliyyatı və yol xərclərinə görə çəkdiyi cəmi 5950 manat məbləğində pulun maddi ziyan kimi tələb etməsi ilə əlaqədar qeyd etmişdir ki, hazırda mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (xxxx) “xxxx” İstehsalat Birliyi iddiaçının Moskva şəhərindəki keçirdiyi əlavə əməliyyata görə öhdəlik daşıya bilməz. Belə olan təqdirdə iddiaçının gözündə müvafiq əməliyyatı nöqsanlı icra etmiş (əgər bunun üçün əsaslar mövcuddursa) və bu əməliyyata görə məsuliyyət daşıyan müvafiq fiziki və hüquqi şəxslər cavabdehlik daşımalıdır. Məhz bu səbəbdən də iddia tələbi bu hissədə də təmin edilə bilməz.

20. Mənəvi ziyanın tutulması hissədə məh kəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (xxxx) “xxxx” İstehsalat Birliyindən mənəvi ziyana görə 3000 manat məblə ğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh tərəf iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə heç bir etirazları olmadığını və ödəməli olduqlarını məhkəmədə bildirdikləri halda, qətnamədə həmin fakt təhrif edilərək, guya onların iddianın təmin olunmamasını xahiş etdiyi yazılmışdır. Bundan başqa, məhkəmə işə baxıb qətnamə çıxararkən iddiaçı tərəfin dediklərini, iddia ərizəsində və ona edilmiş dəqiqləşdirmədə qeyd olunanların doğruluğunun müəyyən edilməsi üçün təqdim olunmuş sənədlərdəki faktların araşdırılması üçün qanunla tələb olunan heç bir araşdırma aparmamış və marağında olmamışdır. Belə ki, Təbriz şəhərində xəstəxanada əməliyyat olunmağı ilə bağlı tibbi sənədləri, əməliyyata, təyyarə biletlərinə və hoteldə qalmağına dair çəkdiyi xərclərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmiş, 2010cu ildə əməliyyat olunduğu Tehran şəhərindəki xəstəxana isə özəl xəstəxana olduğuna və həmin xəstəxana rəhbərliyinin və onu müayinə, müalicə və əməliyyat etmiş həkimlərin dediklərinə görə xəstələrə aid tibbi sənədlər yalnız 3 ay saxlanılıb sonra məhv edildiyinə görə 2010-cu ildə Tehran şəhərindəki özəl xəstəxanada əməliyyat olunmağı, oraya gedib-gəlməyi, mehmanxanada qalmağı, yeməyi ilə bağlı çəkdiyi xərclərlə ilə bağlı sənədləri təqdim edə bilməsə də, bu faktlar Dövlət Sərhəd Xidmətinin məktubu ilə tam təsdi q olunmuşdur. Belə ki, DSX-nın Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli, məktubundan görünür ki, o, 2010-2011-ci illər ərzində 11 dəfə İran İslam Respublikasına Bakı şəhərindən təyyarə ilə gedib-qayıtmışdır. Həmin vaxt Bakıdan İrana təyyarə bileti 150 manat, gedib-qayıtma pulu isə 300 manat təşkil edirdi. 2019-cu ildə isə İrana gedibqayıtmaqla bağlı təyyarə bileti 10 manat bahalaşaraq 310 manat təşkil etmişdir. Bunu məhkəməyə təqdim etdiyi sənəddən də görmək mümkündür. Nəticə etibarilə, iddiaçı təyyarə biletlərinə 3300 manat pul vermişdir (11 dəfə x 300 manat=3300 manat).Yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmanın 3 günü 190 manata başa gəlmiş və onun 11 dəfə İranın Tehran şəhərinə gedib orada mehmanxanada qalmaqla bağlı 2469manat xərci çıxmış, gözündəki əməliyyata görə Tehran şəhərindəki xəstəxanada 3500 ABŞ dolları məbləğində pul ödəmişdir (Həmin vaxt 1 ABŞ dolları 0,78 manat; 3500 ABŞ dolları isə 2730 manat təşkil edirdi). Beləliklə, 2010-2012-ci illərdə iddiaçının Tehran şəhərinə gedib orada gözündən əməliyyat olunmağı, daha sonra həkimlərin təyin etdiyi vaxtlarda konsultasiyalara görə 10 dəfə Tehran şəhərinə gedib-qayıtması, təyyarə biletləri, yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmağa görə çəkdiyi xərclər birlikdə 8499 manat təşkil edir. DSX-nın Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubundan, həmçinin görünür ki, gözündəki problemlərlə bağlı 2-ci dəfə Təbriz şəhərindəki xəstəxanada əməliyyat olunmaq və daha sonra həkimlərin təyin etdiyi konsultasiyalara görə 2013-2014-cü il tarixlərdə 5 dəfə təyyarə ilə İrana gedibqayıtmışdır. Həmin vax tlar da təyyarə bileti İrana gedib-qayıtmağa görə 300 manat olmuşdur. Belə olan halda, beş dəfə İrana gedib-qayıtmağa görə iddiaçı təkcə təyyarə biletinə 1500 manat xərcləmişdir (150 manat x 10dəfə=1500 manat). Bundan başqa, hər dəfə Təbriz şəhərinə müayinə və konsultasiyalara gedəndə bir neçə gün buna görə mehmanxanada qalmağa məcbur olmuşdur. Məhkəməyə tədim etdiyi sənədlərdən də görünür ki, onun xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi 3 gün mehmanxanada qalmağa görə 5.515.633 rial (184 manat) xərcim çıxmışdır. İddiaçı xx.xx.2013-cü ildən başlaraq xx.xx.2014-cü ilə kimi 5 dəfə İrana getmiş və hər dəfə gedəndə 3 gün, yalnız bir dəfə, yəni xx.xx.2014-cü ildə gedəndə xx.xx.2014-cü ilə kimi 7 gün mehmanxanada qalmışdır. Beş dəfə İrana gedib orada mehmanxanada qalma xərcləri 981 manat, xx. xx.2013-cü ildən xx.xx.2013-cü ildə mehmanxanada qalmağa görə ödədiyim 184 manat olmaqla, cəmi xərci 1165 manat təşkil edir. Mehmanxanada qalma xərcinə, həm də orada verilən yemək xərcləri də daxil olmuşdur. Təbriz Tibb Elmləri Universiteti Nikukari Göz Xəstəxanasından ona verilmiş arayışdan görünür ki, xx.xx.2013-cü ildə gözünün əməliyyat olunmasına görə mən həmin xəstəxanın hesabına 4000 ABŞ dolları pul ödəmişdir (2013cü ildə 1 ABŞ dolları 0,78 manat; 4000 ABŞ dolları isə 3120 manat təşkil etmişdir). İddiaçı 2010 və 2013-cü illərdə Tehran və Təbriz şəhərlərində aparılmış əməliyyatlarla bağlı sənədləri əldə edib məhkəməyə təqdim etmək üçün xx.xx.2019-cu ildə təyyarə ilə İrana getmiş və xx.xx.2019-cu ildə təyyarə ilə Bakıya qayıtmış, biletlərə cəmi 310 manat, 2019-cu ilin iyul ayında isə h əmin sənədləri notariat qaydasında tərcümə etdirmək üçün 40 manat ödəmişdir. Beləliklə, iddiaçının ikinci dəfə üçün 2013-cü ildə Təbriz şəhərinə gedib əməliyyat olunmağı və ondan sonra xx.xx.2014-ci ilə kimi həkimlərin təyin etdikləri konsultasiyalara görə 5 dəfə Təbriz şəhərinə gedib-qayıtmağı, Tehran və Təbriz şəhərlərindəki əməliyyat olunduğu xəstəxanalardan müvafiq sənədləri almaq üçün xx.xx.2019-cu ildə İrana gedib-qayıtmağı ilə əlaqədar 6135 manat xərci çıxmışdır. Təbriz şəhərindəki əməliyyatdan sonra sağ gözündə dəyişiklər əmələ gəlmiş, görmə qabiliyyətində problemlər yaranmış və yenidən əməliyyat olunmağa ehtiyac yaranmışdır. Buna görə beşinci dəfə əməliyyat olunmaq üçün həkimlərin məsləhəti ilə xx.xx.2018-ci ildə Moskva şəhərinə getməyə məcbur olmuş, xx.xx.2018-ci ildə Moskva şə hərinə yerləşən Oftolmoloji Tibbi Mərkəz “xxxx” MMC ilə xx.xx.2018-ci ildə dörd müqavilə bağlanmış, birinci müqavilə 2600 rubl, ikinci müqavilə 55.000 rubl, üçüncü müqavilə 15.000 rubl, dördüncü müqavilə isə 9000 rubl dəyərində olmuşdur. Ümumilikdə bu dörd müqavilə üzrə MMC-nin hesabına 181600 rubl köçürmüşdür (həmin vaxt 1 ABŞ dolları 65 rubl; 1816xx xxxx 2800 ABŞ dolları, 2800ABŞ dolları isə 4750 manat). Bu barədə kassa çekləri də verilmişdir. Bundan başqa, Moskva şəhərinə gedib-gəlməklə bağlı yol xərcinə, yemək və qalmağa görə 1200 manatdan çox xərci çıxmışdır. Eyni zamanda, baş vermiş bədbəxt hadisə onun şüurunda dərin mənfi reaksiyaya səbəb olmuş, sağlamlığının pozulması nəticəsində uzun illər, o cümlədən, indiyə kimi fiziki və mənəvi əzab və əziyyətlərə, mənəvi sarsıntılara məruz qal mış, iş yerini itirmiş, fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Hadisədən sonra bir neçə il o hətta intihara cəhd etmişdir.

23. Cavabdeh “xxxx” İB də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarında iddia tələbini sübut edən kifayət qədər sübutlar mövcud deyil. Qətnamədə maddi və mənəvi ziyanın ədalətli məbləği öz əksini tapmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci, Əmək Məcəlləsinin 191-ci və 239-cu maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş zərərin əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur.

27. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, işçinin istehsalat qəzası və yaxud p eşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

28. Həmin qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sos ial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.

29. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində işəgötürənin işçi qarşısında tam maddi məsuliyyət daşıması üçün sonuncunun təqsirli şəkildə, yəni qəsdən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işçiyə ziyanın həqiqətən vurulması, işəgötürənin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Həmin ünsürlərdən biri olmadığı halda işəgötürənin öhdəliyinin yaranması istisna edilir.

30. Bu səbəbdən, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinin, habelə Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2003-cü il, 3 №-li qərarının müddəaları ilə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin tələblərinin bir-biri ilə sistemli şəkildə əlaqəli olduğunu diqqətə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə araşdırma predmetini “xxxx” İB-nin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir.

31. İstehsalat qəzası nəticəsində işçinin sağlamlığının pozulmasına görə işəgötürənin məsuliyyət daşıması üçün ilk növbədə işəgötürənin təqsirli əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı və bu əməl qeyr i-hüquqi (qanunvericiliyə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Konstitusiya Məhkəməsi də xx xxxx 2011-ci il tarixli qərarında vurğulanmışdır ki, əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir.

32. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (və ya lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər.

33. Baxılan işdən gör ünür ki, xx.xx.1973-cü il tarixli istehsalatda qəza haqqında 07 nömrəli aktda qeyd olunmuşdur ki, çilingər İddiaçı gözünə kiçik qığılcım dəymiş və o, dərhal “Leninneft” Neft və Qazçıxarma İdarəsinin 5 saylı tibbi sanitar hissəsinə aparılmış, ilk tibbi yardım göstərildikdən şəhər xəstəxanasına göndərilmişdir. Qəzanın baş vermə səbəbləri sırasında işlərin görülməsi üçün hazırlanmamış iş yeri və iş yerində texniki nəzarətin olmaması göstərilmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyinin 029391 saylı, BTЭ-3 seriyalı arayışına əsasən, İddiaçı xx.xx.1974-cü il tarixdə müayinə edilmiş və müddətsiz olaraq 3-cü qrup əlil hesab edilmişdir. Onun əlilliyinə istehsalatda əmək qabiliyyətini itirməsi səbəb olmuşdur.

34. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki -hüquqi məsuliyyət daşıması üçün qanunvericiliyin yuxarıda sadalanan normalarında qeyd olunan zəruri olan bütün şərtlər mövcuddur.

35. Cavabdeh “xxxx” İB apellyasiya şikayətində, iddiaçının keçirdiyi əməliyyatlarla işəgötürənin hərəkətləri arasında səbəbli əlaqə olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini əsaslı saymayaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrubi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, müəyyən olunmuşdur ki, İddiaçı gözündə aparılmış müayinə və müalicə tədbirləri onun xx.xx.1973-cü il tarixdə iş vaxtı zamanı baş vermiş bədbəxt hadisənin nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə əlaqəli olduqlar ı istisna olunmur.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı kifayət qədər yüksəkdir.

37. İddiaçı isə apellyasiya şikayətində istehsalat qəzası nəticəsində sağ gözündə yaranmış problemlə bağlı 2010-cu ildə Tehran şəhərində, 2018-ci ildə isə Moskva şəhərində əməliyyat olunması ilə bağlı çəkdiyi xərclərin də ödənilməli olduğunu əsaslandırır.

38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 2010-cu ildə Tehran şəhərində sağ gözündən əməliyyat olduğunu, bir necə dəfə müayinə üçün həmin şəhərə gedib-gəldiyini bildirərək, tələbində qeyd etdiyi məbləğlərdə əməliyyat, yol, otel xərclərinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəməyə həmin xərclərin mövcudluğunu təsdiq edən mötəbər və kifayət edici sübutlar təqdim etməmişdir.

39. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulu r. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

41. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubu isə, qeyd olunan faktların təsdiqlənməsi üçün mötəbər hesab edilə bilməz. Çünki, sözügedən məktub, iddiaçının yalnız sərhədkeçmə məlumatlarını təsdiq etməklə, onun hansı məqsədlə getməsini müəyyənləşdirməyə xidmət etmir.

42. Apellyasiya instansiyası məhkəməsi iddiaçının İran İslam Respublikasında keçirdiyi əməliyyatların hər hansı effekt verməməsi səbəbindən Moskva şəhərində yerləşən Oftolmoloji Tibbi Mərkəzə müraciət edərək gözünün əməliyyatı və yol xərclərinə görə çəkdiyi cəmi 5950 manat maddi ziyan tələbi i lə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, hazırda cavabdeh “xxxx” İB iddiaçının Moskva şəhərindəki keçirdiyi əlavə əməliyyata görə öhdəlik daşıya bilməz. Belə olan təqdirdə iddiaçının gözündə müvafiq əməliyyatı nöqsanlı icra etmiş (əgər bunun üçün əsaslar mövcuddursa) və bu əməliyyata görə məsuliyyət daşıyan müvafiq fiziki və hüquqi şəxslər cavabdehlik daşımalıdır.

43. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarını n və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

44. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən o nun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

45. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq hesab etmişdir ki, işəgötürənin təqsriri üzündən iddiaçının sağ gözünün zədələnməsi, bununla əlaqədar bir neçə dəfə əməliyyat olunması və nəticədə ona maddi ziyan dəyməsi özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayə t edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur.

46. Məhkəmə mənəvi zərərin məbləği ilə isə qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsı ntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

47. Bu məhkəmə iddiaçıya maddi zərərin dəyməsini, onun yaşını, keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulmasını əsaslı hesab etmişdir.

48. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətn amənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

49. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

51. Cavabdeh “xxxx” İB (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

52. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu"nun 10-cu maddəsinə görə, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəınə tərəfındən iddiaçının aldığı pullu tibbi yardımın müvafiq icra hakimiyyəti orqanı tərəfindən ınüəyyən “pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərinə aid olubolmadığı müəyyən edilməmişdir. İş materiallarında iddiaçının iddia tələblərini sübut edən kifayət qədər sübutlar mövcud deyildir. Bundan başqa, xx.xx.1973-cü ildə iş vaxtı baş vermiş hadisəyə görə həmin vaxt mövcud olmayan xxxx İB-dən mənəvi ziyan tutulması hüquqi cəhətdən əsaslı və qanuni deyil. Belə ki, iddiaçı özü də təsdiq etmişdir ki, xxxx İB-ə müraciət etdiyi andan ona müavinət kəsilmişdir və hal-hazırda da ödənişlər edilməkdədir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

54. İddiaçı və onun vəkili V əkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini isə əsassız hesab edərək rədd edilməsini xahiş etdilər.

55. Cavabdeh “xxxx” İB-nin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini isə əsassız hesab edərək rədd edilməsini xahiş etdi.

56. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin işti rakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

58. Maddə 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

59. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

60. Maddə 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

61. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

62. Maddə 239.1 İstehsalatda baş vermiş bədbəxt hadisədə və y a peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

63. Maddə 239.2 İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

66. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 67.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən hissəsində, cavabdeh “xxxx” İB tərəfindən isə iddia tələbinin təmin edilən hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlil lərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdeh “xxxx” İB-nin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 3000 manat mənəvi ziyanın tutulmasının təmin edilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilən hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

71. Bu hissə ilə bağlı birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmış, iş üzrə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilmişdir. İddiaçı iddia tələbinin rədd edi lən hissədə çəkdiyi xərclərlə bağlı məhkəməyə hər kifayət qədər sübut təqdim edə bilməmiş, bu barədə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilmişdir.

72. Məhkəmə kollegiyası həmçinin iddia tələbini təmin edilən maddi ziyanın tutulması hissəsində də, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

73. Belə ki, cavabdeh kassasiya şikayətində "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu"nun 10-cu maddəsinə görə, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuz olmasına istinad edərək iddiaçının çəkdiyi xərclərin cavabdeh şirkətdən tutulmasının əsassız olmasını qeyd etmişdir.

74. Lakin məhkəmə kollegiyası cavabdehin bu dəlili ni əsaslı hesab etmir. Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmətin pulsuz olması, iddiaçının ölkə hüdudlarından kənarda tibb müəssisələrində tibbi xidməti ilə əlaqdar çəkdiyi xərclərin tələb edilməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Vətəndaşın tibb müəssisəsini və müalicə həkimini seçmək hüququ məhdudlaşdırılmamışdır.

75. Məhkəmə kollegiyası iddia tələbinin 3000 manat mənəvi ziyanın tutulması ilə bağlı hissədə məhkəmələri gəldiyi nəticəni əsaslı hesab etmir.

76. Birinci instansiya məhkəməsi bu hissədə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tə tbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində o, fiziki əzab çəkmiş və sarsıntılar keçirmişdir. Üzərində aparılmış tibbi əməliyyatlarla fiziki ağrılara və mənəvi izdirablara məruz qalması arasında birbaşa səbəbli əlaqə vardır.

77. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır.

78. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyanın tutulmalı olması qənaətinə gələn məhkəmə maddi hüquq normasının tədbiqində səhvə yol vermişdir. 1973-cü ildə baş vermiş bədbəxt hadisə nəticəsind ə iddiaçının aldığı xəsarətlərin aradan qaldırılması məqsədilə keçirilmiş tibbi əməliyyatlar nəticəsində fiziki ağrıya, mənəvi iztirablara məruz qalmasının səbəbinin təqribən 40 il əvvəl baş vermiş hadisə olması qənaətinə gəlmişdir. Halbuki tibbi əməliyyatlar nəticəsində çəkdiyi fiziki ağrıların və mənəvi iztirabların 1973-cü ildə baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəsi yoxdur, həmin əlaqə dolayısı ilədir.

79. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquqi məsuliyyətin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu ilə (1973-cü il hadisəsi) baş vermiş nəticə (fiziki ağrılar və mənəvi iztirablara məruz qalması) arasında dolayısı ilə deyil, birbaşa səbəbli əlaqə olmalıdır.

80. Bundan başqa məhkəmələr mənəvi ziyanın tutulmasını qət edərkən MPM-in 217.2-ci maddəsinin tələbini pozmu ş, tərəflər arasında münasibətlərin 1973-cü ildə baş vermiş hadisə nəticəsində yaranmasını, həmin vaxt qüvvədə olmuş Mülki Məcəllədə mənəzi ziyanın tutulması ilə bağlı normanın olmamasını diqqətdən qaçırmışdır.

81. Həmin normaya görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

82. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

83. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

84. Məhkəmə kollegiyası işin yenidən apellyasiya məhkəməsinə göndərilməsini zərurət görmür. Belə ki, işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində baxılmış, iş üzrə sübutlar tədqiq edilmişdir.

85. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 3000 manat mənəvi ziyanın tutulması hissədə ləğv olunmaqla həmn hissədə iddia tələbinin yuxarıda göstərilən əsaslarla rədd edilməsi haqqında yeni qərar çıxarımalı, cavabdehin kasassiya şikayətində qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilməsi nəzərə alınmaqla iddiaçının kassasiya şikayəti də qismən təmin edilməlidir.

86. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

87. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5320/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin 3000 manat mənəvi ziyanın tutulmasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar