Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-143/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil oğlunun və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(009)309/2019 saylı qətnaməsi ilə iddi a tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2(103)9179/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Şirinov və İ.Xəlilov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(009)-309/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan dəmir yolunun ərazisinin 9 km pk-6+25- pk 6+50 m hissəsində yerləşən, ona məxsus olan torpaq sahəsində Cavabdeh ASC tərəfindən 220 kV-luq elektrik stansiyasının tikilməsinin əvəzində cavabdehdən 120000 (yüz iyirmi min) manat məbləğində pul kompensasiyasının alınıb ona ödənilməsi, cavabdehdən qanuni istifadəsində olan torpaq sahəsinin dağıdılmasına, torpaq sahəsində əkdiyi, becərdiyi ağac və kolların məhv edilməsinə görə 82500 manat pulun və əldən çıxmış fayda kimi 7000 manat məbləğində maddi zərərin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən, işin hallarına, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında tədqiq olunan sübutlara düzgün qiymət verməmiş, obyektiv həqiqətə nail olmaq üçün hərtərəfli araşdırma aparmamışdır. O na görə də Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9179/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, cavabdehin vəkili X3 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyas ı məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, Azərbaycan SSR Nazirlər Kabinetinin 13 avqust 1973-cü il tarixli, 270 nömrəli Qərarı əsasında Azərbaycan Dövlət Dəmir Yolları rəisinin 03 aprel 1979-cu il tarixli, 29 nömrəli əmrinə əsasən, ona 18 noyabr 1998-ci il tarixdə Azərbaycan Dövlət Dəmir X2 İstehsalat Birliyinin məktubu əsasında Bakı sərnişin stansiyasında “xidməti işlə əlaqədar” Ünvan dəmir yolunun ərazisində 9 km pk-6+25-pk 6+50 m hissəsində bostan və tərəvəz bitkilərinin əkilməsi məqsədilə 6 sot torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsi onun istifadəsinə verildikdən sonra, o həmin torpaq sahəsində çoxillik əkmələr və üzüm kolları əkmişdir. 2016-cı ilin fevral ayında, iddiaçı bağ sahəsinə baxmağa gedərkən, ona məlum olmuşdur ki, istifadəsində olan t orpaq sahəsində əkilmiş çoxillik əkmələr və üzüm kolları çıxarılmaqla Avropa oyunlarının keçirilməsi ilə əlaqədar “xxxx” MMC-nin balansındakı 1992-ci ildə inşa edilmiş 220 kV-luq 1-ci və 2-ci “Nizami” yüksək gərginlikli hava elektrik verilişi xətləri (“Koroğlu” metro stansiyasının yanı) onların mühafizə zonasında yeraltı kabel xəttinə keçirilmiş və xətlərin mühafizə zonasında kabel məntəqəsi inşa olunmuşdur. Həmin ərazi yüksək gərginlikli elektrik hava xətti mühafizə zonasında yerləşir. 1992-ci ildən mövcud 220 kV-luq 1 və 2-ci “Nizami” yüksək gərginlikli hava elektrik verilişi xətlərinin perimetrində xətlərin yeraltı kabel xəttinə keçirilməsi işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən aparılmışdır. Apellyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçıya qeyd olunan torpaq sahəsi Azərbaycan Dövlət Dəmir X2 İstehsalat Birliyinin rəisinin 18 noyabr 1998-ci il tarixli Y-501 saylı məktubu əsasında ayrılmış, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinin tələblərinə əsasən iddiaçı ilə həmin torpaq sahəsinə dair xidməti pay torpaq sahəsinin ayrılması barədə müqavilə bağlanmamış, torpaq sahəsi ona tikinti işləri aparmamaq şərtilə bostan və tərəvəz bitkiləri əkmək üçün verildiyi halda orada ağaclar və çoxillik üzüm kolları əkilmiş, başqa sözlə torpaqdan təyinatı üzrə istifadə edilməmişdir. Qeyd edilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əldən çıxmış mənfəətin əvəzini tələb etmək hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsas landırılması ilə bağlı qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamədə qeyd olunmuşdur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə ki, iddiaçının istifadəs inə verilmiş torpaq sahəsi qeyd olunan kateqoriyadan olan torpaqların heç birinə uyğun gəlmir. Bundan əlavə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə, dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmas ı nəzərdə tutulur. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında isə müəyyən etmişdir ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası (08.08.1999-cu ilədək qüvvədə olan) Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən, torpaqdan müvəqqəti istifadə qısa müddətli - üç ilədək və uzun müddətli - on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Göstərilən müddətləri torpaq sahəsini istifadəyə vermiş orqanlar uzadır. Müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, malqara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Torpaq sahibləri və torpağın daimi istifadəçiləri öz torpaqlarını müvafiq rayon, şəhər xalq deputatları Sovetlərində qeydə alınan müqavilə əsasında vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verə bilərlər. Həmin Məcəllənin 32-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi torpaqdan istifadə hüq uquna xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci və 5-ci bəndlərində torpaq istifadəçilərinin torpaqdan təyinatı üzrə istifadə etmək; torpaqdan istifadəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini almaq hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndində isə istifadəçilərin torpaqdan təyinatına və verilməsi şərtlərinə müvafiq surətdə istifadə etməyə borclu olduqları vəzifəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"na və "Dəmir yolları üçün və dəmir y olunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"na əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı meşə kənarından 3-5 metr eni olan yanğınaqarşı şumlama zolağı ilə, yaxud eni 3 metrdən az olmayan minerallaşdırılmış zolaqla ayrılmalıdır. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayə tinin dəlilərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahis ənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırki iş üzrə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-143/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-143/2020
08.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver