Məhkəmə qərarları › İş №2(102)-1432/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1432/2022

11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1432/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 qarşı QƏRARİ Açar sözlər: istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 qarşı istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)6286/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktybar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən MMC Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdadır. 2. 12987 saylı Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş diploma əsasən Cavabdeh2 16 saatlıq 1 aylıq həcmində olan tatuaj kurslarını xx.xx.2016cı il tarixdə bitirmişdir.

3. AR SN Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 04-22/1-3706 saylı, xx.xx.2016-cı il tarixli məktubda qed edilmişdir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2016-cı il tarixli, 04-22/1-3689 nömrəli məktubla insanın dəri toxumasına müdaxilə yolu ilə həyata keçirilən qaşların permanent rənglənməsi və tatuaj xidmətlərinin aparılması zamanı qanunvericilik aktlarında göstərilmiş tələblərin gözlənilməsinin vacibliyini “Beauty Salon” gözəllik salonunun rəhbərliyinin nəzərinə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyıtli Cəmiyyətinə (bundan sonra – MMC) və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı ilkin iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qaşlarına edilmiş "xxxx" proseduru nəticəsində ona vurulmuş maddi zərərin, yəni prosedura görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5000 manat, göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 1000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6120 manat məbləğində pulun, habelə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun cavabdeh MMC-dən və MMC-yə məxsus “Beauty” gözəllik salonunun (bundn sonra – salon) işçisi olan ikinci cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdeh MMC-yə məxsus salonun işçisi olan ikinci cavabdeh xx.xx.2015-ci ildə onun qaşlarının qəhvəyi rəngdə boyanması üçün permanent deyilən rəngləmə əməliyyatını etmiş, bu prosedurdan 5 aydan çox vaxt keçməsinə baxmayaraq qaşları istənilən qəhvəyi rəngdə olmamış, əvvəlki rəngi nə də qayıtmamışdır. Həmin işçi əməliyyatı düzgün etmədiyindən rəng qanla qarışmış və qaşları pis hala düşmüşdür. Nəticədə qaşının bir hissəsi göy rəngə çalır, qaşının içərisində xətlərin əyri olduğu görünür, rəngləmə aparılan hissədə isə tüklər tökülmüşdür. Həmin işçi etdiyi prosedur zamanı ciddi səhvlərə yol vermiş, tibbi, sanitarepidemioloji və qanunvericiliyin digər tələblərini pozaraq bu prosesi həyata keçirmişdir. Prosedurun düzgün aparılmaması nəticəsində səhhətinə fizioloji və psixoloji zərər vurulmuşdur.

6. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun iddiaçıdan MMC-nin xeyrinə tutulması, həmin məbləğin kimsəsiz uşaqlar və kimsəsiz qocalar evlərinə köçürülməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.

7. İkinci cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin edilməməsi, şərəf və ləyaqətinin alçaldılması, habelə işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 6000 manat, hüquqi yardım alması ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 manat, cəmi 7000 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 salonda manikür ustası kimi işlədiyini, iddiaçının həmin salonun gözəllik xidmətlərindən istifadə etdiyini, iddiaçının əvvəllər sadəcə ikinci cavabdehin xidmətindən istifadə etdiyini, sonradan ikinci cavabdehin iddiaçını onunla da tanış etdiyini, iddiaçının onun yanına manikür və pedikür xidmətindən istifadə etmək üçün g əlib-getdiyini, iddiaçının hər dəfə ikinci cavabdehin yanına gələndə onun da yanına gəldiyini, iddiaçının onun yanında olanda həmişə ikinci cavabdehin ona qaşlarında problem olduğunu bildirərək, ona permanent rəngləmə edə biləcəyini təklif etdiyini, sonradan iddiaçının razılaşdığını, onun özünün də həmin əməliyyatda iştirak etməyini xahiş etdiyini, hətta iddiaçı manikür etdirən zaman ikinci cavabdehin onun qaşlarının keyiməsi üçün xüsusi mayeni də məhz onun manikür otağında vurduğunu, sonradan prosedur həyata keçirilən zaman iddiaçı ağrı hiss etdiyini desə də, ikinci cavabdeh narahat olmamasını bildirərək, prosedura davam etdiyini, ümumiyyətlə, salona gələn müştərilərin heç birinin qeydiyyatı aparılmadığını bildirmişdir.

9. ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, t.e.d, professor Z.Fərəcov tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının qaşlarına edilmiş əməliyyatın permanent, yoxsa tatuaj üsulu ilə həyata keçirilməsini biokimyəvi və patohistoloji tədqiqatdan sonra müəyyən etməyin mümkün olduğunu qeyd etmişdir. Bunun üçün vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığı olmalıdır. Çünki bu prosedurdan sonra dəri parçasının götürülmüş bölgəsində kiçik çapıq qoyma ehtimalı var.

10. İddiaçı ona dəyən maddi ziyanın məbləği ilə bağlı bildirmişdir ki, onun tərəfindən permanent üçün salona 90 AZN, hüquqi xidmət üçün 1000 AZN, qaşa tük əkilməsi üçün bir qaşa – 1000 avro, cəmi 2000 avro, Bakı-Ankara bileti üçün 325 AZN, Türkiyədə oteldə qalmaq üçün birinci gecə - 417.01 TRY, ikinci gecə - 417.98 TRY, üçüncü gecə - 414.74 TRY, cəmi 1249,73 TRY, Türkiyədə müayinə üçün - 342 TRY, pataloji – 207 TRY, cəmi 549 TRY, qaşların lazer ilə silinməsi üçün 1000 TRY ödənilmişdir.

11. İddiaçı həmin məbləğlərin təsdiqi kimi məhkəməyə müvafiq aviabilet, oteldən arayışlar, müvafiq qəbzlər, hüquqi xidmətin ödənilməsi ilə bağlı kassa mədaxil orderi təqdim etmişdir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-26/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) ilk iddianın qismən təmin edilməsi, qaşların "xxxx" proseduruna görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi isə 5590 manat məbləğində pulun ikinci cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qal an hissədə, qarşılıqlı iddiaların isə tam həcmdə təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, ikinci cavabdeh tərəfindən permanent rənglənmə qusurla aparıldığından iddiaçı tərəfindən həmin xidmətə görə ödənilmiş 90 manat vəsait ondan alınaraq iddiaçıya qaytarılmalı, həmçinin cavabdeh tərəfindən düzgün olmayan permanent rənglənmə nəticəsində iddiaçının səhətində baş vermiş qusurları aradan qaldırmaq üçün tələb olunan 5000 manat vəsait də ondan tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının qaşlarında aparılan əməliyyatı həyata keçirən ikinci cavabdehin MMC-nin işçisi olduğu öz təsdiqini tapmadığından və öz işçisi olan şəxsin vurduğu zərərə görə hüquqi şəxs heç bir məsuliyyət daşımadığıdan iddia həmin cavabdehə münasibətdə rədd edilmə lidir.

15. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, düzgün olmayan permanent rənglənmə nəticəsində iddiaçının qaşları və göz ətrafı pis hala düşdüyündən, xüsusilə qadınlar üz nahiyələrinə xüzusi fikir verdiklərindən, bu hal iddiaçının iztirab keçirməsinə səbəb olmuşdur. Buna görə də mənəvi zərər olaraq 500 manatın tutulması yetərli hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1091, 1092-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi ) 2(001)-26/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehlər ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddiaların isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır, o, əvəllər salonun xidmətlərindən istifadə etmiş, ikinci cavabdeh onun da saç ustası olmuş, bacısını ikinci cavabdehlə məhz o, özü tanış etmiş, bacısı da bir müddət həmin salonun xidmətlərindən istifadə etmiş, sonradan isə ona bildirmişdir ki, qaşlarını permanent rəngləmə etmək istəyir və ikinci cavabdeh həm də bunu bacarır, bacısı qaşlarını permanent rəngləmə etdirəndən sonra qaşlarında problemlər yaranmağa başlamışdır.

20. Məhkəmə kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 tərəfindən xx.xx.2018-ci il tarixli, 663 saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçının qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həyata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı var. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır.

21. İddiaçı isə onsuz da qaş nahiyəsinə yetərincə müdaxilə olunduğu, həmin hissənin artıq zədəli olduğu və buna görə də həmin hissədə əlavə çapığın da yaranmasını istəmədiyini bildirərək, buna razılıq verməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-86/2018 nömrəli iş üzrə 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) iddiaçı və cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya münasibətdə ləğv edilmiş və ilkin iddiaya münasibətdə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 6120 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 9120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə, o cümlədən ilk iddianın ikinci cavabdehə münasibətdə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddialara münasibətdə isə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

23. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdeh MMC-yə məxsus salonun xidmətlərindən istifadə etmiş və salonun işçisi ikinci cavabdeh tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıqaşkardır. İkinci cavabdehin MMC-nin işçisi olması səbəbindən məhkəmə kollegiyası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər cavabdeh MMC-də n tutulmalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-86/2018 nömrəli iş üzrə 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2051/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi, cavabdeh MMC-nin qarşılıqlı iddiasının isə təmin edilməməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının xx.xx.2015-ci il tarixdə, yəni qaş nahiyəsində rənglənmə aparılmamışdan əvvəl Bakı şəhər 1 saylı dəri-zöhrəvi dispanserə hansı səbəbdən müraciət etməsinə, qaş nahiyəsində permanent rənglənmə və ya tatuaj əməliyyatının olunmasına, əgər permanent əməliyyat olunmuşdursa, həmin əməliyyat nəticəsində qaş nahiyəsində xəsarət yaranmasına, nəticə olaraq iddiaçıya zərər dəyib-dəyməməsinə, dəymiş zərərdə cavabdeh MMC-nin roluna, təqdim edilmiş aviabilet və oteldən arayışlar üzrə xərclərin hansı məqsədlə və təyinatla istifadə edilməsinə dair hissədə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının ekspertizadan keçmədiyini, ona qaş nahiyəsində xəsarət yetirilib-yetirilmədiyinin müəyyən edilmədiyini nəzərə almamış, cavabdeh MMC-nin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-9370/2019 nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçı və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin edilməməsi və cavabdeh MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır..

28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-9370/2019 nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

30. Kassasiya instansiyası məhkəməsinin 2(102)-870/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin cavabdeh MMC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini lkin iddia tələbinin cavabdeh MMC-yə münasibətdə rədd olunması hissədə yoxlamış kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd olunmasını əsaslı hesab edərkən onun gözəllik salonuna 90 manat məbləğində xidmət haqqı ödəyərək həmin salonda qaşlarında permanent rəngləmə əməliyyatı etdirdiyinə dair məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim etməməsini, onun göstərdiklərini təsdiq edən şahidlər Məlahət Bayramovanın iddiaçının bacısı, Pərvanə Cəfərovanın isə MMC-nin keçmiş işçisi olmaqla karyerasının gözəllik salonunda baş tutmamasına görə onların ifadələrinin “əsaslı şübhədən kənar” sübu t kimi qəbul edilməsinin mümkün olmamasını əsas göstərmişdir.

32. Kassasiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin həmin nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi cavabdeh MMC-yə münasibətdə qismən təmin edilmiş, ikinci cavabdehə münasibətdə isə iddia rədd edilmişdir. İkinci cavabdehə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddianı rədd etsə də, hesab etmişdir ki, iddiaçı cavabdeh MMC-yə məxsus salonun xidmətlərindən istifadə etmiş və salonun işçisi ikinci cavabdeh tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıq-aşkardır. ikinci cavabdehin MMC-nin işçisi olması səbəbindən məhkəmə kollegiyası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər cavabdeh MMC-dən tutulmalıdır.

33. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ziyan məhz ikinci cavabdehin təqsiri üzündən dəymiş, lakin o, cavabdeh MMC-nin işçisi olduğu üçün ziyan MMC-dən tutulmalıdır. İddianın ikinci cavabdehə münasibətdə rədd olunmasının əsasları isə onun iddiaçıya maddi və mənəvi zərər vuran hərəkətlərə yol verməməsi ilə bağlı olmamışdır. Ali Məhkəmənin qərarı ilə ləğv olunmuş hissədə işə yenidən baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə zidd olan nətic əyə, yəni ikinci cavabdehin iddiaçıya xidmət göstərməməsi və ona ziyan vurmaması nəticəsinə gəlməklə MMC-yə qarşı yönəlmiş iddianı rədd etmişdir. Bununla da məhkəmə kollegiyası qətnamənin qanuni qüvvəyə minmiş hissəsi üzrə müəyyən olunmuş hallara zidd olan hallar müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrini “əsaslı şübhələrdən kənar” sübut kimi qəbul edilməsini qeyri-mümkün hesab edərkən MPM-in 76, 88-ci maddələrinin tələblərini pozmuşdur. X12 iddiaçının bacısı olması, şahid Pərvanə Cəfərovanın isə MMCdə əvvəllər işləməsi onların ifadələrinin sübut kimi qəbul edilməməsi üçün əsas verməmişdir. Həmin şahidlərin ifadələri o zaman iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul olunmaya bilərdi ki, onların həqiqətə uyğun olmaması daha mötəbər və inandırıcı sübutlarla təkzib edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

34. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) iddiaçının apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1096, 1097, 1099-cu maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, mülki hüquq pozuntusu nəticəsində ona dəyən zərərin əvəzini cavabdeh MMC-dən tələb edən iddiaçı, ilk olaraq bu pozuntunun MMC tərəfindən törədildiyini sübut etməli və bu zaman Məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. İş materiallarına görə iddiaçı tərəfindən MMCyə münasibətdə iddiasının əsaslı olmasına dair salonun “Facebook” səhifəsində yerləşdirilmiş şəkillər, habelə ikinci cavabdehin “İnstagram” səhifəsində qoyulmuş şəkillər, ikinci cavabdehin göndərdiyi “SMS”-lər, aviabilet, oteldən arayışlar, “İstanbul” klinikasından iddiaçının elektron ünvanına gələn məktub və iki şahid ifadəsi təqdim edilmişdir. İnternet səhifələrindən çıxarılmış şəkillərə münasibətdə Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu şəkillərdə iş üzrə ikinci cavabdeh internet istifadəçilərinə permanent xidməti göstərən usta (işçi) kimi təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu şəkillər reklam xarakterli bir təqdimatdır və iddiaçının qaşlarında aparılması iddia edilən "xxxx" prosedurunun cavabdeh MMC-yə məxsus salonda həyata keçiriməsini təsdiq etmir.

36. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqdim olunan “Watsapp” yazışması da iddiaçının dəlillərinin əsaslı olması üçün kifayət deyil. Çünki, iddia edilən prosedurun aparılmasından 4 ay sonra göndərilən mesajın məzmununda nəinki iddiaçının qaşlarında "xxxx" prosedurunun MMC-yə aid gözəllik salonunda aparılması, hətta ümumiyyətlə bu prosedurun özünün aparılması barədə belə hər hansı ifadə yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş aviabilet və otel arayışları da i ddiaçının MMC-yə qarşı tələbinin əsaslı olmasını təsdiq etmir. Çünki, həmin sənədləri təqdim etmiş iddiaçı Türkiyəyə edilən bu səfərin və çəkilən xərclərin onun qaşlarında "xxxx" prosedurunun düzgün aparılmamasını doğuran fəsadların aradan qaldırılması ilə izah etsə də, bu halı iddiaçının izahatından başqa təsdiq edən hər hansı başqa mötəbər sübut yoxdur. “İstanbul” Klinikasından iddiaçının elektron ünvanına göndərilmiş məktubun məzmununda qaş əkilməsinin qiymətləri və bundan əvvəl qaşda “tatuajın” lazer ilə silinməsinin zəruri olduğu göstərilmişdir ki, Məhkəmə kollegiyası bu məktubu MMC-nin iddiaçıya qarşı delikt törətməsini təsdiq edən sübut kimi qəbul etməmişdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri də iddianın əsaslı olmasını təsdiq etmir. X2 ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid iddiaçı ilə yaxın qohum (iddiaçının bacısı) olduğundan işin gedişində yüksək marağı var. Ancaq təkcə bu hal, onun dediklərini mütləq olaraq şübhəli qəbul etməyə əsas vermir. İfadənin inandırıcılığına təsir edən amil, həm də şahidin prosedurun ikinci cavabdeh tərəfindən və məhz salonda edildiyinin bilavasitə görməməsi, həmin vaxt orada olmaması, bildirdiklərinin isə iddiaçıdan eşitməsidir. İkinci şahid X4 ifadəsinin mötəbərliliyi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu ifadə də iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Çünki, şahid bildirdiyi hadisəni zidiyyətsiz təsvir etmir. O bildirir ki, iddiaçı ondan xahiş etmişdir ki, "xxxx" proseduru edildiyi vaxt iddiaçının yanında olsun və buna görə də şahid prosedur başlanan vaxtdan 5- 6 dəqiqə həmin otaqda olmuşdur. Məhkəmə qeyd etmişdir ki, əvvəla əgər həqiqətən də iddiaçı, prosedur zamanı üçüncü şəxsin onun yanında olmağını istəmişdirsə, bu proseduru aparmalı olan ustanın profesional vərdişlərinə müştərinin inamsızlığının göstəricisidir. Lakin nə qədər ki, iddiaçı iddia edir ki, qaşlarında prosedurun aparılmasını ikinci cavabdehə etibar etmişdir, sonuncu ilə iddiaçı arasında hər hansı inamsızlıqdan söhbət gedə bilməz. Belə olan halda iddiaçının Pərvanə Cəfərovanı prosedur otağına dəvət etməsi barədə ifadəsi inandırıcı görünmür. Şahidin prosedurun aparıldığı iddia edilən otağı tərk etməsinin səbəbləri barədə (şahidin yanına özünün müştərilərinin gəlməsi (1); prosedur zamanı iddiaçının qaşından qanın axması və şahidin qanın görüntüsünə baxmağa “ürəyi gəlməməsi” (2)) bir-birini təkzib edən açıqlamaları da Məhkəmədə ifadənin doğruluğuna şübhə yaradır. Bunlardan başqa, cavabdeh MMC-nin adından verilmiş yazılı izahatdan müəyyən edilir ki, peşəkarlıq səviyyəsi aşağı olduğu üçün (şahid) Pərvanə Cəfərovanın ərizəsi alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, qeyd olunan bu hal Pərvanə Cəfərovanın işin gedişində müəyyən marağı ola bilməsini istisna etmir. Göründüyü kimi, iddiaçının öz iddiasının əsası kimi məhkəmələrə təqdim etdiyi yuxarıda göstərilən sübutlar, MMC-yə qarşı tələbin əsaslı olmasını təsdiq etmir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələrdə baxılması zamanı da iddiaçı tərəfin vəsatəti əs asında məhkəmənin əldə etdiyi sübutlar da apellyasiya baxışının predmeti olan hissədə iddiaçının haqlı olmasına dəlalət etmir. Belə ki, cavabdeh MMC-yə məxsus salonda iddiaçının qaşlarına “permanent” və ya “tatuaj”ın edilməsi barədə iddiaçının şikayətləri əsasında müvafiq dövlət qurumunda araşdırma aparılmışdır. Lakin araşdırma zamanı salonda bu kimi xidmətlərin göstərilməsi üçün qanunvericiliyin qoyduğu tələblərin pozulması və bununla bağlı cavabdeh MMC-nin inzibati məsuliyyətə cəlb olunması iş materialları ilə təsdiq olunmur. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin hazırkı apellyasiya baxışının predmetinə aid dəlilləri formal mülahizə xarakteri daşıyır. Kassasiya instanisyası məhkəməsində üçüncü icraat

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın cavabdeh MMC-yə qarşı təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə MPM-in 420-ci maddəsinin tələ blərinə zidd olaraq kassasiya instansiya məhkəməsinin göstərişlərinə riayət etməmişdir.

41. İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

42. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X19 və X13) 2(102)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş ilkin iddianın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı rədd edilməsi hissəsində yenidən baxı lması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

44. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya ziyan məhz ikinci cavabdehin təqsiri üzündən dəymiş, lakin o, cavabdeh MMC-nin işçisi olduğu üçün ziyan MMC-dən tutulmalıdır. İddianın ikinci cavabdehə münasibətdə rədd olunmasının əsasları isə onun iddiaçıya maddi və mənəvi zərər vuran hərəkətlərə yol verməməsi ilə bağlı olmamışdır. Ali Məhkəmənin əvvəlki qərarı ilə ləğv olunmuş hissədə işə təkrar baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə zidd olan nəticəyə, yəni ikinci cavabdehin iddiaçıya xidmət göstərməməsi və ona ziyan vurmaması nəticəsinə gəlməklə MMC-yə qarşı yönəlmiş iddianı rədd etmişdir. Bununla da məhk əmə kollegiyası qətnamənin qanuni qüvvəyə minmiş hissəsi üzrə müəyyən olunmuş hallara zidd olan hallar müəyyən etməklə səhv nəticəyə gəlmişdir.

45. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq no rmalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Lakin apellyasiya instansiyası məhkəməsində üçüncü icraat zamanı işə yenidən baxmış Məhkəmə kollegiyası MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır.

46. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 420-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X23 Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X15) 2(103)-6286/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/2017 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə - ilkin iddianın cavabdeh "xxxx" MMC-yə qarşı rədd olunmuş hissəsində ləğv edilmiş, İddia tələbi həmin hissədə qismən təmin olunmuş, Cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 6120 (altı min yüz iyirmi) manat, mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 9120 (doqquz min yüz iyirmi) manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir.

48. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə məxsus “Beauty” salonunun xidmətlərindən istifadə etmiş və salonun işçisi Cavabdeh2 tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlər ə məruz qalması mübahisəsiz və açıq-aşkardır. İddiaçı ona dəyən maddi ziyanın məbləği ilə bağlı bildirmişdir ki, onun tərəfindən permanent üçün salona 90 AZN, hüquqi xidmət üçün 1000 AZN, qaşa tük əkilməsi üçün bir qaşa – 1000 avro, cəmi 2000 avro, Bakı-Ankara bileti üçün 325 AZN, Türkiyədə oteldə qalmaq üçün birinci gecə 417.01 TRY, ikinci gecə - 417.98 TRY, üçüncü gecə - 414.74 TRY, cəmi 1249,73 TRY, Türkiyədə müayinə üçün - 342 TRY, pataloji – 207 TRY, cəmi 549 TRY, qaşların lazer ilə silinməsi üçün 1000 TRY ödənilmişdir. İddiaçı həmin məbləğlərin təsdiqi kimi məhkəməyə müvafiq aviabilet, oteldən arayışlar, müvafiq qəbzlər, hüquqi xidmətin ödənilməsi ilə bağlı kassa mədaxil orderi təqdim etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı həqiqətən də maddi və mənəvi ziyan dəyməsini müəyyən etsə də, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, həmin ziyanın Cavabdeh2 tutulması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

49. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunanlardan müəyyən olunmuşdur ki, iddiaçıya 2000 avro (x 1,99=3987,08 manat) + 1249,73 TL (x 0,27=336,43 manat) + 549 TL (x 0,27=147,79 manat) + 1000 TL (x 0,27=269,20 manat) + 90 manat + 1000 manat + 325=6155 manat maddi ziyan dəymişdir.

50. Kollegiya öz mövqeyini əsaslandırarkən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6286/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.

52. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş və aşağıda g östərilən əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilkin iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

53. Kassator bildirmişdir ki, Estetik Dünyası” MMC uzun illərdir gözəllik salonu kimi fəaliyyət göstərir və bu müddətə kimi onun fəaliyyətində heç bir qanun pozuntusu müəyyən edilməmişdir. "xxxx"MMC-də bu xidmətin müxtəlif sahələri üzrə ixtisaslaşmış işçilər işləyir və hər bir işçi müştərilərə öz peşə sahəsi üzrə xidmət göstərir, yəni bir sahə üzrə ixtisaslaşmş işçinin başqa sahəyə aid işi görməsi mümkünsüzdür. Nəzərə alınmalıdır ki, hər bir müştəriyə göstərilən xidmətin keyfiyyət göstəricisi (səviyyəsi) "xxxx"MMC-nin reklamıdır və bu səbəbdən "xxxx" MMC-də bərbər kimi fəaliyyət göstərən işçinin digər sahəyə aid olan qaşın rənglənməsi ilə məşğul olmas ı mümkünsüzdür. Mövcud vəziyyətdə Cavabdeh2 01 aprel 2014-cü il tarixdə "xxxx" MMC-də bərbər kimi işə qəbul edilmişdir və onun tərəfindən peşə sahəsinə aid olmayan işin icra edilməsi mümkünsüzdür. Bundan əlavə "xxxx"MMC-də X7 da işləmişdir və peşəkarlıq səviyyəsi aşağı olduğu üçün ərizəsi alınaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Bundan sonra X9 tərəfindən "xxxx"MMC-nə qarşı hazırki iddia verilmişdir və şahid kimi X7 göstərilmişdir. Müəyyən olunur ki, bu qadınlar rəfiqədilər və X4 işdən çıxarılmasının qisasının alınması məqsədilə X9 tərəfindən "xxxx" MMC-nə qarşı mövcud iddia verilmişdir və X7 şahid kimi göstərilmişdir.

54. Kassator daha sonra qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsilə iddiaçının apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin hissəvi ləğv edilib ilkin iddia tələbinin tam təmin edilməsinin əsası kimi AR.MM-nin 21.2, 1099.1-ci mddələrinə, MPMnin 218.3,372.6-cı maddələrinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21Təcrübi və Tədris Birliyinin 77/KES saylı,xx.xx.2018-ci il tarixli ekspert rəyinin birinci sualla bağlı hissəsinə, iddiaçının bacısının və rəfiqəsi X4 ifadələrinə, sosial şəbəkədən çıxarışa, aviabiletə, order və qəbzlərə istinad edilərək göstərilən hallarla iddiaçı İ.Bayramovanın cavabdeh "xxxx" MMC-nin xidmətlərindən istifadə etdiyi, salonda onun qaşları ilə bağlı uğursuz əməliyyat aparıldığı və bunun nəticəsində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalmasının açıq və aşkar olduğu göstərilmişdir. Nəzərə alınmalıdır ki, AR.MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi qanunvericiliklə qətnamənin qanuni olması onun hüquq normalarına uyğun olmasını, qətnamənin əsaslı olması isə onun işin faktiki hallarına uyğun olmasını ehtiva edir. Mövcud vəziyyətdə isə apellyasiya məhkəməsi tərəfindən mövcud hüquq münaibətlərinə tətbiq edilməli olan MM-nin MM-nin 1096.1, 1096.2 və 1097.1 -ci maddələri tətbiq edilməyərək və həmin hüquq normalarına uyğun olmayan, eləcə də MPM-nin 77.1, 80, 81, 88, 97.1, 97.5, 217.1 və 217.2-ci maddələrinin tələbləri pozularaq işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı İ.Bayramovanın iddia ərizəsində onun cavabdeh "xxxx" MMC-nin xidmətlərindən istifadə etdiyi, salonda işləyən Cavabdeh2 tərəfindən onun qaşlarında uğursuz permanent rənglənmə əməliyyatı aparılaraq ona xəsarət yetirilərək fiziki, maddi və mənəvi zərər vurulduğu götərilmişdir. Qanunvericiliyə əsasən mövcud iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən 3 halın müəyyən edilməsi zəruridir:

1. X5 qaşlarında permanent əməliyyatının aparılıb-aparılmaması müəyyən edilməlidir.

2. X5 qaşlarında permanent əməliyyatı aparılmışdırsa həmin permanent əməliyyatının düzgün aparılmaması nəticəsində qaş nahiyyəsində xəsarət alması müəyyən edilməlidir.

3. X5 qaş na hiyyəsində aparılan düzgün olmayan permanent əməliyyatının "xxxx" MMC-də həyata keçirilməsi müəyyən edilməlidir. Yuxarıda 1 və 2-ci bəndlərdə qeyd edilərək sübut edilməli olan hallarla bağlı nəzərə alınmalıdır ki, iddiaçı X5 qaşlarında permanent əməliyyatının aparılıbaparılmaması, qaşlarında permanent əməliyyatı aparılmışdırsa həmin permanent əməliyyatının düzgün aparılmaması nəticəsində qaş nahiyyəsində xəsarət alması qanunvericiliyə əsasən, yalnız ekspert rəyilə müəyyən edilməlidir və ekspert rəyilə müəyyən edilmədən məhkəmə tərəfindən müəyyən edilməsi mümkünsüzdür.

55. Kassator daha sonra qeyd etmişdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 77/KES saylı,xx.xx.2018-ci il tarixli ekspert rəyinin 3-cü səhifəində ATU-nun dermatovenerologiya kafedrasının müdiri,t.e.d,professor Z,Fərəcovun qeyd etdiklərindən müəyyən olunur ki, qaşın tatuaj üsulu ilə rənglənməsi sadə üsul olub heç bir fəsad yaratmayır, bunun əksinə olaraq qaşların permanent rənglənməsi dərinin daxilində aparılan mürəkkəb əməliyyatdır və əməliyyatın uğursuz olaraq dərialtı nahiyəyə müdaxilə edilməsi həmin nahiyyədə xəsarətin yaranması ilə nəticələnir. Rəyin 3-cü səhifəində X5 qaşlarında permanent rənglənmə əməliyyatı aprılmışdırsa həmin əməliyyatın səhv-uğursuz aparılaraq xəsarətlə nəticələnməsinin müəyyən edilməsi üçün onun ATU-nun dermatovenerologiya kafedrasının müdiri, t.e.d,professor Z,Fərəcov tərəfindən müayinə edildiyi və müayinənin nəticəsi olaraq iddiaçının qaşlarında heç bir travmatik xəsarət və xəsarət izi olmadığı, buna əsasən də rəyin nəticə hissəsində travmatik xəsarət və xəsarət izi olmadığı halda zərərvurmanın dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Rəydə eyni zamanda İddiaçı tərəfindən müaviq materialın götürülməsinə razılıq verilmədiyi üçün onun qaşlarında permanent rənglənmə əməliyyatının və ya tatuaj rənglənmənin aparılmasının müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

56. Kassator bildirmişdir ki, İddiaçı qaşlarında permanent rənglənmə əməliyyatı aprılmasını iddiaçı sübut etməli olduğu halda onun tərəfindən həmin halın müəyyən edilməsi üçün zəruri olan müaviq materialın götürülməsinə razılıq verilmədiyi üçün onun qaşlarında permanent rənglənmə əməliyyatının və ya tatuaj rənglənmənin aparılmasının müəyyən edilməsi mümkün olmamışdır, deməli həmin hal sübut olunmamışdır. Eyni zamanda göstərilən ekspert rəyi ilə İddiaçı qaş nahiyyəsində aparılan müayinə nəticəsində onun qaşlarında nəinki travmatik xəsarət, hətta xəsarət izi olmadığı göstərilmişdir. Bununla da həmin ekspert rəyi ilə iddiaçının qaşlarının tatuaj üsulu ilə və ya permanent üsulu ilə rənglənməsindən asılı olmayaraq onun qaşlarına hər hansı xəsarətin yetirildiyi istisna edildiyi üçün ona qarşı MM-nin 1096 və 1097-ci maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusu (delikt) mövcud deyildir.

57. Kassator sonda bildirmişdir ki, yuxarıda 3-cü bənddə qeyd edilərək sübut edilməli olan halla bağlı nəzərə alınmalıdır ki, iddiaçı onun "xxxx" MMC-nin xidmətindən istifadə etdiyini təsdiq edən kassa mədaxil qəbzini təqdim edə bilməmiş, onun şahidləri bacısı və peşəkarlıq səviyyəsi aşağı olduğu üçün ərizəsi alınaraq əmək müqaviləsi nə xx.xx.2016-cı il tarixdə xitam verilmiş rəfiqəsi X6r, eyni zamanda nəzərə alınmalıdır ki, iddia məhz Pərvanə işdən çıxarıldıqdan sonra verilmişdir. Qətnamədə permanent əməliyyatı ilə rənglənmə üçün salona 90 manat ödənilməsi barədə qəbz olduğu göstərilsədə, lakin belə qəbz yoxdur və məhkəmə tərəfindən qəbzin olduğu göstərilməklə həqiqət təhrif edilmişdir. İddiaçının istirahət və ya başqa məqsəd üçün 2017-ci ildə Türkiyəyə getməsi və qalması ilə bağlı xərclərin bu işlə aidiyyəti yoxdur. Bununla da X5 "xxxx" MMC-nin xidmətindən istifadə etməsini və onun qaşlarında permanent rənglənmə əməliyyatının aparılmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bunun əksinə olaraq iddiaçının qaş nahiyyəsində heç bir xəsarətin olmadığını müəyyən edən, bununla da MM-nin 1096 və 1097 ci maddə sində nəzərdə tutulan mülki hüquq pozuntusunun (deliktin) mövcud olmadığını təsdiq edən mötəbər sübut növü olan ekspert rəyi vardır. Göründüyü kimi iddiaçının qaşlarında nəinki travmatik xəsarət, hətta xəsarət izi olmadığı, bununla da ona heç bir zərər vurulmadığı ekspert rəyilə müəyyən edildiyi halda, zərərin mövcud olmadığının ekspertiza rəyi ilə müəyyən edilməsi məlum olmayan səbəbdən apellyasiya məhkəməsi tərəfindən gizlədilərək müvafiq hüquqi qiymət verilməmiş, bunun əksinə olaraq qətnamədə iddiaçı İ.Bayramovanın cavabdeh "xxxx"MMC-nin xidmətlərindən istifadə etdiyi, salonda onun qaşlarında uğursuz permanent əməliyyatının aparıldığı və bunun nəticəsində iddiaçının xəsarət alaraq maddi və mənəvi məhrumiyyətlərə məruz qalmasının açıq-aşkar olduğu göstərilmişdir. Bununla da iddiaçının qa şlarında nəinki travmatik xəsarət, hətta xəsarət izi olmadığı, bununla da ona heç bir zərər vurulmadığı ekspert rəyilə müəyyən edilməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən bunun əksinə olaraq iddiaçı İ.Bayramovanın cavabdeh "xxxx"MMCnin xidmətlərindən istifadə etdiyi, salonda onun qaşlarında uğursuz permanent əməliyyatının aparıldığı və bunun nəticəsində iddiaçının xəsarət alaraq maddi və mənəvi məhrumiyyətlərə məruz qalmasının açıq və aşkar olduğunu müəyyən edilmiş hesab edilməklə MPM-nin 81-ci maddəsində nəzərdə tutulan sübutun mümkünlüyü tələbləri kobud şəkildə pozulmuşdur Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bil ər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

59. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

60. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

64. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

70. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi iddianı "xxxx" MMC-nə münasibətdə təmin etməkdə haqlı olmamışdır.

75. Hazırkı mübahisəyə baxılarkən iddiaçının üzərində əməliyyat aparılıbaparılmaması və hansı əməliyyatın aparılması mübahisə predmeti olmuşdur. İş üzrə dindirilmiş mütəxəssislər və ekspert iza rəyi ilə müəyyən edilmişdir ki, işin qeyd olunan mübahisəli halını müəyyən etmək üçün mütlək vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığı olmalıdır.

76. Beləki, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, t.e.d, professor Z.Fərəcov tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının qaşlarına edilmiş əməliyyatın permanent, yoxsa tatuaj üsulu ilə həyata keçirilməsini biokimyəvi və patohistoloji tədqiqatdan sonra müəyyən etməyin mümkün olduğunu qeyd etmişdir. Bunun üçün vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığı olmalıdır. Çünki bu prosedurdan sonra dəri parçasının götürülmüş bölgəsində kiçik çapıq qoyma ehtimalı var.

77. Eyni fikirlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 tərəfindən xx.xx.2018-ci il tarixli, 663 saylı rəyind ə də yer almışdır. Həmin rəydə göstərilmişdir ki, iddiaçının qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həyata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı var. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır.

78. Təsadüfi deyil ki, işə baxan kassasiya instansiyası məhkəmələri dəfələrlə qeyd olunan mübahisəli halın yoxlanılması barədə (baxmayaraq ki, Cavabdeh2 qarşı iddianın təmin olunması dəyişdirilmədən saxlanmışdı) göstərişlər versə də, qeyd olunan mübahisəli məsələ yanakı sübutlar əsas götürülməklə müəyyən edilmişdir. Hansıki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

79. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edi lsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halla rı və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

81. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

82. Apellyasiya Məhkəməsi i ddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

83. Mübahisəni həll edən Apellyasiya məhkəməsi qeyd olunan normanın dispozisiya şərtlərini düzgün tətbiq etməmişdir.

84. Nəzərə almaq lazımdır ki, həmin normada nəzərdə tutulan dispozisiya şərtləri o halda işə düşür ki, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası ilə bağlı başqasına zərər vurmuş olsun.

85. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh "xxxx" MMC-nin əməkdaşı Cavabdeh2 həmin şirkətdə qadın bərbəri vəzifəsində iş ləmişdir. Təqdim edilmiş 12987 saylı Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş diploma əsasən Cavabdeh2 “Beauty Salon” gözəllik salonunda saç bərbəri vəzifəsində çalışmışdır. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə cəmi 16 saatlıq 1 aylıq həcmində tatuaj kurslarını bitirmişdir.

86. Göründüyü kimi, işin sübuta yetirilmiş hallarına görə Cavabdeh2 idiaçının qaş nahiyyəsi üzərində permanent cərrahi rənglənmə əməliyyatı həyata keçirməsi onun vəzifələrinin icrası ilə bağlı olmamışdır. Hansıki, qeyd olunan əməliyyatın keçirilməsi Cavabdeh2 əmək vəzifələrinə aid olmamışdır. Həmin əməliyyatın keçirilməsi barədə iddiaçı və cavabdeh razılığa gəlmiş və “Beauty Salon” gözəllik salonunda heç bir rəsmiləşmə aparılmadan (hər-hansı ödəniş edilməsinə dair sübutlar yoxdur) əməliyyat həyata ke çirilmişdir.

87. Kollegiya qeyd edir ki, cavabdehin öz bərbər vəzifəsini icra etməsi ilə bağlı törətmiş olduğu delikt nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilərdisə, onda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin konkret hala tətbiqi mümkün idi. Lakin nə qədər ki, Cavabdeh2 iddiaçı ilə onun əmək vəzifəsinin icrası ilə bağlı olmayan əməliyat barədə razılığa gəlmiş və bunun nəticəsində idiaçıya zərər dəymişdir, belə deliktə görə Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin dispozisiya şərtlərinə uğun olaraq şirkətin məsuliyyəti yaranmır.

88. İddiaçı şirkətin öz bərbər əməkdaşlarına belə bir əməliyyata icazə verməsi, şirkətdə analoji əməliyyatların həyata keçirilməsi, özünün əməliyyatla bağlı şirkətlə hərhansı sənədləşmə aparmasına dair heç bir sübut təqdim edə bilm əmişdir.

89. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (61-62&).

90. Kollegiyanın mövqeyi ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun əmək vəzifələrinə daxil olmayan əməliyyatla bağlı razılıq əldə edilməsi və həmin əməliyyatın həyata keçirilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin "xxxx" Məhdud Məsuliyyıtli Cəmiyyətindən tutulmasının qanuni əsası mövcud deyil.

91. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə z ərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).

92. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

93. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə v ə ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

94. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurmanı öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir. Həmçinin, mülki qanunvericilik daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur və həmin maddi hüquq normalarının dispozisiyasından da aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla), hüquqa zid d əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

95. Hazırkı işin hallarının Mülki Məcəllənin delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi isə, cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir.

96. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə aid hissədə təmin edilməməsi üçün əsasdır.

97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təm in edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6286/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iddia tələbi təmin edilməsin. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar