Məhkəmə qərarları › İş №2(102)-1433/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7261/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci iş üzrə işin halları: Müdafiə Nazirliyinin X21nda sürücü vəzifəsində işləyən İddiaçı 18 iyun 2020-ci il tarixdə MƏA-nın rəisinin 135 №-li əmri ilə işdən azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş və qətnamə icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Müdafiə Nazirliyinin X21 rəisinin 28 dekabr 2021-ci il tarixli 314 saylı Əmrinə əsasən, X21 rəisinin 18 iyun 2020-ci il tarixli 152 nömrəli əmrinin 5-ci paraqrafının etibarsız hesab olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil sürücüsü-ekspeditoru) bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə sərəncam verilmişdir. İddiaçı X15 rəisinin xx.xx.2021-ci il tarixli 314 №-li əmrinin ləğv edilməsini, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsini xahiş edir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X21 rəisinin 28 dekabr 2021-ci il tarixli 314 saylı Əmrindən çıxarışından görünür ki, X21 rəisinin 18 iyun 2020- ci il tarixli 152 nömrəli əmrin 5-ci paraqrafının etibarsız hesab olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(102)-4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil sürücüsü-ekspeditoru) bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə sərəncam verilmişdir a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin X15 rəisinin xx.xx.2021ci il tarixli 314 nömrəli əmrinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icr a edilməsi və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, o, xx.xx.1990-cı il tarixdə Müdafiə Nazirliyinin X21nda sürücü kimi işə qəbul olunmuş və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Lakin işçisi olduğu müəssisədə ciddi qanun pozuntularına yol verilməsinə etiraz bildirdiyinə görə uzun müddətdir ki, təqib olunur. Məhz ona qarşı bu cür qərəzli münasibət göstərilməsinin nəticəsində 18 iyun 2020-ci il tarixdə qanunsuz olaraq işdən azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə işdən azad olunmasına dair əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcbur i işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmişdir. Qətnamənin icra edilməsi üçün Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş, lakin icra sənədi üzrə tələb bu günə qədər təmin edilməmişdir. Belə ki, qətnamənin icrasının gecikdirilməsi barədə 2021-ci ilin dekabr ayının ikinci yarısında Azərbaycan Respublikası Prezidentinə, Birinci Vitse-Prezidentə, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə və sair əlaqədar instansiyalara elektron qaydada müraciət etdikdən sonra, X13 poçt vasitəsi ilə ona göndərilən, anbarın rəisi C.Kərimov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 3603 nömrəli məktubda göstərilm işdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli e269798/2021-53-31-002/28483 nömrəli məktubunun 10 gün müddətində icra edilməsi məqsədilə Müdafiə Nazirliyinin X17 dəvət olunur və 13 adda əlavə sənədlər təqdim etməyi tələb edilir. Halbuki Əmək Məcəlləsinin 48-ci maddəsinin 6-cı hissəsinin tələbinə əsasən hətta əmək münasibətlərinə yeni girən işçidən belə bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. Odur ki, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə X15 rəisinə ərizə göndərərək, icra haqqında Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə müvafiq olaraq, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin icra edilməsi barədə verilmiş əmrin surətinin poçt vasitəsi ilə ona göndərilməsini xahiş etmişdir. X4 göndərilən xx.xx.2021-ci il tarixli 3657 nömrəli cavab məktubuna əlavə edilmiş, icra edilməli qətnamə ilə qətiyyən heç bir əlaqəsi olmayan, hüquq məsləhətçisi mülki işçi Nümayəndə daxil olma nömrəsi 2163 olan xx.xx.2021-ci il tarixli raportuna əsasən verilmiş 28 dekabr 2021-ci il tarixli, 314 nömrəli əmr X21 rəisinin, nəyin haqqında olması barədə heç bir məlumata malik olmadığı, 18 iyun 2020-ci il tarixli hansısa 152 nömrəli əmrinin 5-ci paraqrafının etibarsız hesab edilməsi haqqındadır. Həmin əmrdə həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4699/21 nömrəli qərarı ilə o, əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü ekspeditoru) bərpa olunmuşdur. Göründüyü kimi, Bakı A pelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2814/2021 saylı qətnaməsi ilə ləğv edilməli olan Daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru İddiaçı işdən azad edilməsi haqqında X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmri ləğv edilmədiyindən icra sənədi icra edilməmiş hesab edilir. O, işdən azad edilməyi haqqında əmr verilən tarixə qədər Mərkəzi X1 adına təhkim edilmiş “MAZ544005” markalı P340QQ dövlət nömrə nişanlı və “MAZ630305” markalı P332QQ dövlət nömrə nişanlı avtomobilləri idarə edirdi, Həmin avomobillər ona yenidən təhkim edilməmişdir.

3. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə əlavə və 14 mart 2022-ci il tarixdə iddia təl əbinin dəqiqləşdirilməsi barədə eyni məzmunlu ərizələr təqdim etmişdir.

4. Ərizələr onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işlə əlaqədar onda olan sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, X15 rəisi tərəfindən onun işdən azad edilməsi barədə bir deyil, bir neçə əmr verilmirdir. Belə ki, X13 rəsmi qaydada ona təqdim edilən əmrdən çıxarışdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Anbar rəisinin xx.xx.2020-ci il tarixli 135 №-li əmrinə əsasən xitam verilmişdir. İş materiallarında olan, X5 göndərilən xx.xx.2020-ci il tatixli 2879 №-li məktubda isə qeyd edilmişdir ki, onunla əmək müqaviləsinə Anbar rəisinin xx.xx.20 20-ci il tarixli 152 nömrəli əmrinə əsasən xitam verilmişdir. Eləcə də, iş materiallarında olan, idarədən ona göndərilən xx.xx.2020-ci il tatixli 944 №-li aktda qeyd edilir ki, Anbar rəisinin xx.xx.2020-ci il tarixli 150 nömrəli əmri ilə işdən azad edilmiş İddiaçı təhkim olunmuş avtomobillər birtərəfli qəbul edilərək baxış keçirilmişdir. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin həcmini artırmış və Anbar rəisinin xx.xx.2020-ci il tarixli 152 №-li, xx.xx.2020-ci il tarixli 150 №-li, xx.xx.2021-ci il tarixli 314 №-li əmrlərinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 m anat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 944 №-li aktın mətnində cümlələr anlaşılmaz şəkildə yazıldığından, orada qeyd edilən xx.xx.2020-ci il tarixli 150 №-li əmrin konkret olaraq nəyin barəsində verildiyini dəqiq müəyyən etmək mümkün deyildir. Lakin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışında cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Anbar rəisinin xx.xx.2020-ci il tarixli 150 №-li əmrindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 152 №-li əmrdən fərqli olaraq, həmin əmrin xx.xx.2020-ci il tarixdə onun işdən azad edilməyi ilə birbaşa əlaqəsi yoxdur. Ona görə də, X21 rəisinin xx.xx.2020-ci il tarixli 152 №-li, xx.xx.2021-ci il tarixli 3 14 №-li əmrlərinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, məhkəmə qətnaməsi icra olunaraq iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün ona ödəniş edilməsinə və bu barədə ona dəfələrlə yazılı və şifahi məlumat verilməsinə baxmayaraq, iddiaçı işə çıxmamış, işə çıxmamasının səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, beləliklə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini pozaraq, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilməsi üçün əsasl ar yaratmışdır. İddiaçının başqa bir əmri məhkəmədə mübahisələndirməsi, onun işə çıxmaması üçün əsas ola bilməz.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə (hakim Mədinə Bağırova), İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X15 rəisinin xx.xx.2021-ci il tarixli 314 nömrəli əmrinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra olunması tələbinə dair iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova), İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X21 rəisinin 152 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçıla əmək müqaviləsinə xitam verilməsi barədə Müdafiə Nazirliyinin X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ləğv edildiyi üçün həmin əmr əsasında verilmiş xx.xx.2020-ci il tarixli 152 saylı əmrin (5-ci paraqraf) ləğv edilməsinə heç bir zərurət qalmır, çünki həmin əmr öz-özlüyündə qüvvədən düşmüş hesab olunur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 88-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı xx.xx.2 022-ci il tarixdə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2814/2021 saylı qətnaməsi ilə ləğv edilməli olan - Daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru İddiaçı işdən azad edilməsi haqqında X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmri ləğv edilmədiyindən icra sənədi icra edilməmiş hesab edilir. Qətnamənin əsaslandırıcı hissəsi ziddiyyətlidir. Həmin hissənin 1 və 10-cu abzaslarında onun 135 nömrəli, 2 və 9-cu abzaslarında isə 152 nömrəli əmrlə işdən azad ediliyi, 3 və 10-cu abz aslarında Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə 135 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsinin qət edildiyi, 7-ci abzasında 135 nömrəli əmrin ləğv edilməli, iddiaçının əvvəlki işinə bərpa edilməli olduğu, 5-ci, 10-cu abzasında isə 314 saylı əmrlə 152 nömrəli əmrin 5-ci paraqrafının, həmçinin əmək kitabçasında 14 nömrəli qeydin etibarsız hesab olunduğu, Ali Məhkəmənin qərarı ilə iddiaçının əvvəlki vəzifəsinə bərpa edildiyi, 135 və 152 nömrəli əmrlərin eyni məzmunlu olduğu, 6-cı abzasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü bəndinin tələblərinə əməl etmədiyi, 11-ci abzasında Apelyasiya Məhkəməsinin qətnaməsi ilə 135 nömrəli əmr ləğv edildiyi üçün 152 nömrəli əmr öz-özlüyündə qüvvədən düşmüş sayıldığından onun ləğv edilməsinə heç bir lüzum qalmadığı qeyd edilmişdir. Halbuki, 135 nömrəli əmrin mətni 2 A4 vərəqədə, 63 sətrdə yazılmış 16 uzun-uzadı mürəkkəb cümlədən, 152 nömrəli əmr isə 7 sətirdən və cəmi 3 sadə cümlədən ibarətdir. Həmçinin, əgər yalnız qətnamə ilə qət edilməklə hər şey öz-özlüyündə qaydasına düşsəydi, nə icra haqqında Qanuna, nə icra qurumlarına, nə də icra vərəqəsinə ehtiyac olmazdı. Eləcə də, Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əməl etməməməsinə gəldikdə isə, o, işə yenidən qəbul edilməli deyil, əvvəlki işinə bərpa edilməlidir. İkinci iş üzrə işin halları: Müdafiə Nazirliyinin X21 rəisinin 28 dekabr 2021-ci il tarixli 314 saylı Əmrinə əsasən, X21 rəisinin 18 iyun 2020-ci il tarixli 152 nömrəli əmrinin 5-ci paraqrafının etibarsız hesab olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixl i 2(102)4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil sürücüsü-ekspeditoru) bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə sərəncam verilmişdir. Lakin, İddiaçı xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin X17 öz əvvəlki vəzifəsinə (sürücü-ekspeditor) bərpa edilməsinə baxmayaraq işə çıxmadığından və işə çxmamasının səbəbi barədə işə qəbul edən tərəfə heç bir məlumat vermədiyindən, X21 Rəisinin xx.xx.2022-ci il tarixli, 63 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin şərtlərini kobud şəkildə pozmuş hesab olunaraq 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir.

4. İş materiallarında olan, Müdafiə Nazirliyinin X21 Rəisnin xx.xx.2022-ci il tarixli, 54 saylı əmrindən çıxarışdan görünür ki, X15 daşıma bölməsinin avtomobil sürücüsü-ekspeditoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam verilərək o, işdən azad edilimişdir.

5. İş materiallarında olan, X21 Rəisnin xx.xx.2022-ci il tarixli, 63 saylı əmrindən çıxarışdan görünür ki, Məhkəmə qərarının icra olunması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli e269798/2021-53-31-002 nömrəli (X15 xx.xx.2021-ci il tarixli daxil olma nömrəsi 2127) bildirişinin tələbləri tərəfilərindən tam şəkildə icra olunmuş, xx.xx.2021-ci il tarixdən vətəndaş İddiaçı öz əvvəlki vəzifəsinə (sürücü-ekspeditor) bərpa edilməsinə baxmayaraq bu günkü günə kimi (xx.xx.2022-ci il) işə çıxmamış, işə çxmamasının səbəbi barədə işə qəbul edən tərəfə heç bir məlumat verməmişdir. İddiaçı bu əməlləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin şərtlərini kobud şəkildə pozmuş hesab olunur və bu səbəbdən qeyd olunan məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilsin a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, X15 rəisinin 5 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrlərinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onun əvvəlki işinə - MAZ 544005 markalı P340QQ nömrə nişanlı, MAZ-630305 markalı, P332QQ nömrə nişanlı avt omobillərə sürücü vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X15 rəisinin xx.xx.2020-ci il tarixli, 135 nömrəli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. xx.xx.2020- ci il tarixdə isə X15 rəisinin “işdən azad edilmiş İddiaçı ona təhkim olunmuş avtomobillərin birtərəfli qəbulu üçün komissiyanın yaradılması haqqında” xx.xx.2020-ci il tarixli 150 nömrəli əmrinə əsasən yaradılmış komissiya tərəfindən MAZ-544005 markalı P340QQ nömrə nişanlı və MAZ-630305 markalı P332QQ nömrə nişanlı avtomobillər onun iştirakı olmadan qəbul edilərək xx.xx.2020-ci il tarixli 944 nömrəli akt tərtib edilmiş və həmin av tomobillər işə sonradan götürülmüş sürücülərə təhkim edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(103)-2814/2021 saylı qətnaməsi ilə X15 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə borclu tələbi qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmədiyinə görə xx.xx.2022-ci il tarixdə “əmrlərin ləğv edilməsi və qətnamənin düzgün icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin işin xx.xx.2022-ci tarixə təyin edilmiş baxış iclasında cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərkən qeyri-iradi olaraq iddianı etiraf edərək bildirmişdir ki, İddiaçı işdən azad edilməsi haqqında X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmrinin mətni çox böyük olduğundan onu iddiaçıya məxsus əmək kitabçasına yerləşdirməyin mümkün olmaması səbəbindən həmin əmrin əsasında xx.xx.2020-ci il tarixli 152 nömrəli ikinci bir əmr vermişlər. X15 rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmri Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir və həmin əmr artıq yoxdur. xx.xx.2020-ci il tarixli 152 nömrəli əmrin 5-ci paraqrafı isə 28 dekabr 2021-ci il tarixli 314 nömrəli əmri ilə etibarsız edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4699/21 nömrəli qərarı ilə o, əvvəlki vəzifəsinə bərpa edilmişdir. Lakin buna baxmayaraq iddiaçı bu günə qədər işə çıxma mışdır. Cavabdehin nümayəndəsi həmin prosesdən qayıtdıqdan dərhal sonra əvvəlki tarixlə sənədlər hazırlamış və guya X15 rəisinin xx.xx.2022-ci il tarixli 63 saylı əmri əsasında verilmiş eyni tarixli 54 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış olan əmək müqaviləsinə xitam verilərək hələ məhkəmə icraatı başa çatmamış təkrarən işdən azad edilmişdir. 17 mart 2022-ci il tarixdə X13 poçt vasitəsi ilə alınmış xx.xx.2022-ci il tarixli 383 nömrəli məktubda göstərilmişdir ki, X21 rəisinin 5 mart 2022-ci il tarixli 54 nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. “Sizin adınıza qeyd olunan (050) ***-**-** və (051) ***-**-** nömrəli telefonlarla əlaqə saxlamaq mümkün olmadığına görə əmək müqavilənizə xitam verilməsi barə də əmrdən çıxarışı poçt vasitəsi ilə ünvanınıza göndəririk”. Lakin həmin məktubda qeyd edilənlərin heç birinin həqiqətə uyğun olmadığı göz qabağındadır. Belə ki, əvvəla onu nəzərə almaq lazımdır ki, qarşı tərəfin nümayəndəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi, İddiaçı Müdafiə Nazirliyinə qarşı iddiasına “ETİRAZ” da guya məhz 05 mart 2022-ci il tarixdə tərtib edilmişdir və orada qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X21 rəisinin 314 nömrəli əmri ilə İddiaçı Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının tələbinə əsasən əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil-sürücüsü ekspeditoru) bərpa edilmişdir. Lakin İddiaçı əsaslı hər-hansı səbəb olmadan işə bərpa olunduğunu bildiyi halda iş yerinə gəlməmiş və vəzifəsinin icrasına başlamamışdır.” G öründüyü kimi, məhkəməyə təqdim edilən tarixdən 4 gün əvvəl hazırlanmış “ETİRAZ”-da onun məhz həmin sənədin tərtib edildiyi eyni vaxtda, yəni xx.xx.2022-ci il tarixdə 54 nömrəli əmr ilə işdən azad edilməyi barədə heç nə göstərilməmişdir. Bundan əlavə, əgər həqiqətən də xx.xx.2022-ci il tarixdən belə bir hal mövcud olmuş olsaydı, 4 gün sonra xx.xx.2022-ci il tarixdə və 9 gün sonra xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə ona və ya hakimə bu barədə məlumat vermiş olardı. Üstəlik onun telefonları da hər zaman işlək vəziyyətdədir, lakin həmin tarixlərdə X5 zəng edilməmişdir. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, xx.xx.2022-ci il tarixli 54 nömrəli əmr və X13 poçt vasitəsi ilə ona göndərilən xx.xx.2022-ci il tarixli 38 3 nömrəli məktub sonradan hazırlanmışdır. O, anbarın daşıma bölməsində onun adına təhkim olunmuş “MAZ630305” markalı, P 332 QQ nömrə nişanlı və “MAZ-544005” markalı, P 340 QQ nömrə nişanlı avtomobillərlə bölgələrdə yerləşən hərbi obyektlərə müxtəlif zəruri ərzaq məhsulları daşıyırdı. Lakin “MAZ 630305” markalı, P 332 QQ nömrə nişanlı avtomobil texniki cəhətdən nasaz olduğuna görə 2017-ci ilin noyabr ayından, “MAZ 544005” markalı, P 340 QQ hərbi qeydiyyat nişanlı avtomobil isə 2019-cu ilin sentyabr ayından istismara yararsız vəziyyətdə tam dayandırılmışdır. 05 mart 2018-ci il tarixdə daxili komissiya tərəfindən MAZ-630305 markalı, P332QQ dövlət nömrə nişanlı avtomobilin texniki vəziyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, sürətlər qutusunda 4-cü və 8-ci ötürmələrdən səs gəlir, istismar zamanı vaxtı-vaxtında texniki qulluqlarına riayət edilmişdir. Bu barədə 6 və 7 nömrəli aktlar tərtib etməklə komissiya qərara gəlmişdir ki, MAZ-630305 markalı, P332QQ hərbi qeydiyyat nişanlı avtomobilin sürətlər qutusu texniki vəziyyətinə görə İV dərəcəyə aiddir, əsaslı təmir olunması məqsədəuyğundur. 29 oktyabr 2019-cu il tarixdə isə daxili yoxlama komissiyası tərəfindən MAZ 544005 markalı, P 340 QQ dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və istismara yararsız olması barədə xx.xx.2019 tarixli 1699 nömrəli akt tərtib edilmişdir. Həmin avtomaşınların təmir etdirilməsi ilə əlaqədar daşıma bölməsinin, eləcə də anbarın rəisinə dəfələrlə yazılı və şifahi müraciət etsə də, müvafiq tədbir görmək əvəzinə, ona əsassız böhtanlar atmaqla işdən azad etmək üçün bəhanə axtarmışlar. Əvvəllər də analoji problemlər zəminində anbarın rəisi ilə aralarında mütəmadi olaraq əmək mübahisələri yarandığından, hüquqlarının qorunması üçün dəfələrlə məhkəməyə müraciət etmişdir, hər dəfə haqlı olduğu təsdiq olunmuşdur. Belə ki, hələ 19 il əvvəl, 2003-cü ildə Binəqədi Rayon Məhkəməsinin icraatında olan, iddiaçı onun X12rşı “işə bərpa və vurulmuş zərərin ödənilməsi” tələbi haqqında 23729/2003 saylı iş üzrə 09 dekabr 2003-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi Mülki İşlər üzrə Mülki kollegiyasının 1MK-2769/04 saylı, 25 iyun 2004-cü il tarixli qətnaməsi ilə onun X12rşı işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasına dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edil miş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi işə bərpa hissəsində ləğv edilmiş, onun Müdafiə Nazirliyinin X17 sürücü vəzifəsinə bərpa olunması qət edilmişdir. Lakin hazırda olduğu kimi, X21 tərəfindən həmin qətnamənin real icrası təmin edilməmiş, onun işdən azad edilməsi barədə xx.xx.2003-cü il tarixli 302 saylı əmr ləğv edilməmiş, ona əvvəl idarə etdiyi maşını qaytarmaqdan qəti imtina edilmiş və xx.xx.2004- cü il tarixli 79 və 224 saylı, 25.082004-cü il tarixli 85 saylı əmrlərlə onun razılığı olmadan adına təhkim olunmuş 2 ədəd nasaz vəziyyətdə olan avtomaşınları qəbul etməkdən imtina etdiyinə görə xx.xx.2004-cü il tarixli 274 saylı əmrlə təkrar olaraq işdən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-132/2005 saylı xx.xx.2005-ci il tarixl i qətnaməsi ilə onun cavabdeh X12rşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” barədə iddiası təmin edilmiş, Müdafiə Nazirliyinin X15 rəisinin xx.xx.2004-cü il tarixli 79 və 224 saylı, xx.xx.2004-cü il tarixli 85 saylı, xx.xx.2004-cü il tarixli 274 saylı əmrlərinin ləğv edilməsi, onun öz əvvəlki işinə, Kamaz 54112 markalı 8905-AO dövlət nömrə nişanlı avtomobilə sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün cavabdeh təşkilatdan ona əmək haqqı ödənilməsi qət edilmişdir. Yalnız bundan sonra xx.xx.2005-ci il tarixli 66, 101 nömrəli əmrləri ilə xx.xx.2003-cü il tarixli 302 nömrəli, xx.xx.2004-cü il tarixli əmrlər ləğv olunaraq, o əvvəlki işinə bərpa edilmişdir və bu barədə onun adına olan əmək kitabçasına xx.xx.2005-ci il tarixli 13 saylı qeyd daxil edilmişdir. Eləcə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1132/2005 saylı, 09 noyabr 2005-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X9 (X15 sabiq rəisi) qarşı “vurulmuş maddi zərərin ödənilməsinə dair” iddiası təmin edilmiş, X6 7100 manat məbləğində maddi zərər və 99 manat məbləğində dövlət rüsumu tutulub ona verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə iddiası təmin edilmiş, ona məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 12 aprel 20 21-ci il tarixli, 2(103)-2814/2021 saylı qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Müdafiə Nazirliyi X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd edilənlər və həmçinin qanuni qüvvəyə minmiş Apelyasiya Məhkəməsinin 1MK2769/04 saylı, 25 iyun 2004-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-655/2004 saylı, 15 aprel 2004cü il tarixli qərarı, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1 32/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1132/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)2814/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar Müdafiə Nazirliyi X15 rəhbərliyinin ona qarşı qərəzli mövqedə olduğunu və iş yerində uzun müddət ərzində təqib edilərək dəfələrlə hüquqlarının pozulduğunu tam sübuta yetirir. Odur ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı iş üzrə xx.xx.2022ci tarixli qətnaməsindən apelyasiya şikayəti verəcək.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəh la Süleymanova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi X15 rəisinin 5 mart 2022-ci il tarixli, 54 və 63 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək işə çıxmamasını işçinin qəsdən əmək funksiyasını, vəzifə borcunu, əmək və icra intizamının normal ahənginin pozulması kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli 314 saylı əmrin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və cavabdeh artıq bundan məlumatlı olmuşdur. İşçiyə işə çıxmadığına görə yazılı və ya şifah xəbərdarlıq edilə bilər di və ya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi verilə bilərdi, lakin o, daha ağır maddə olan 70-ci maddənin ”ç” bəndi ilə işdən çıxarılmışdır. Məhkəmə hesab etmişdir ki, Müdafiə Nazirliyi X15 rəisinin 5 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrləri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verildiyindən ləğv edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin 12, 68.1, 70, 71.2 və 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələ binin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)4699/2021 nömrəli qərarını və həmin qərar əsasında verilmiş icra sənədini icra etmək və İddiaçı işə bərpa etmək məqsədilə xx.xx.2021-ci il tarixli, 3603 saylı məktubla İddiaçı müraciət edərək X17 dəvət etsə də, sonuncu tərəfindən bu müraciətə heç bir cavab verilməmiş və hərəkətsizlik göstərilmişdir. İddiaçı hərəkətsizlik nümayiş etdirməsinə baxmayaraq X21 rəisi xx.xx.2021-ci il tarixdə yenidən 3637 saylı məktubla iddiaçıya müraciət edərək xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğunu bildirmiş, xx.xx.2021-ci il tarixində iş yerində olması ondan xahiş edilmişdir. İddia çı həmin tarixdə işə gəlməmiş, gəlməməsinin səbəbi barədə işəgötürənə heç bir məlumat vermədiyindən onun iş yerinə gəlməməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 2192 saylı akt tərtib edilmiş, sonuncunun işə gəlməməsinə baxmayaraq X21 rəisi xx.xx.2021-ci il tarixdə 314 saylı əmr qəbul edərək iddiaçını işə bərpa etmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixində məktubla işəgötürənə müraciət edərək işə bərpa olunması barədə əmrin surətini tələb etmiş, əmrin surəti ona xx.xx.2021-ci il tarixli 3657 saylı məktubla göndərilmişdir. Lakin əmrin surətini aldıqdan sonra da İddiaçı iş yerinə gəlməmiş və işə gəlməməsinin səbəbləri barədə işəgötürənə heç bir məlumat verməmişdir. Bundan sonra dəfələrlə - xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə X15 səlahiyyətli şəxsləri tərəfində n raportlar tərtib edilərək iddiaçının iş yerinə gəlməməsi və bunun səbəbləri barədə hər hansı məlumat verməməsi qeyd edilmişdir. Ona görə də iddiaçının işə çıxmamasının səbəbini aydınlaşdırmaq məqsədi ilə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə komissiya heyəti iddiaçının yaşadığı ünvana getmiş, lakin xx.xx.2022-ci il tarixdə iddiaçının özü ünvanda olmadığından, xx.xx.2022-ci il tarixdə isə komissiya heyətinə qapını açan olmadığından məsələyə aydınlıq gətirilə bilməmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə Akt tərtib edilmişdir. Həmçinin X15 rəisi tərəfindən dəfələrlə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Yasamal rayon İcra şöbəsinə müraciət edilərək İddiaçı işə çıxmadığı qeyd olunmuş, bununla da məhkəmə qərarının icrasına maneçilik törətdiyi bildirilmiş dir. Yasamal rayon İcra şöbəsi tərəfindən də iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla müraciət edilərək iddiaçının işə bərpa olunmasına baxmayaraq işə çıxmamaqla icra sənədinin icrasına mane olduğu bildirilmiş, Yasamal rayon İcra şöbəsinə dəvət olunsa da, iddiaçı tərəfindən bu müraciətə də hər hansı cavab verilməmişdir. İşçinin bütün bu hərəkətsizliklərinə, işə bərpa olunması barədə əmr verilməsinə və dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 67 gün müddətində işə çıxmaması və bunun səbəbləri barədə işəgötürənə heç bir məlumat verməməsini nəzərə alaraq İddiaçı X21 rəisinin xx.xx.2022-ci il tarixli, 63 saylı və 63 saylı əmrləri əsasında eyni tarixdə tərtib edilmiş 54 saylı əmrləri əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. İşdə olan sübutlardan göründüyü kimi cavabdeh işçinin işə çıxması üçün mümkün olan bütün tədbirləri görməsinə baxmayaraq işçi nəinki işə çıxmamış, işə çıxmamağının səbəblərini işəgötürənə bildirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 67 gün ərzində işə gəlməməsinin səbəbini işəgötürənə bildirmək işçinin vəzifəsi olsa belə, bunun səbəbini araşdırmaq işəgötürənin öhdəliyi deyil. Lakin bununla belə işəgötürən işçinin işə bərpa edilməsi məqsədilə əlindən gələni etmiş, ona kifayət qədər vaxt tanımışdır. Birləşdirilmiş icraat üzrə məhkəmə aktları a) Apellyasiya instansiya məhkəməsində icraat

19. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6643/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabde h Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və qətnamənin icra edilməsi” tələbinə dair 2(103)-6643/2022 saylı mülki iş İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(011)7261/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-7261/2022 saylı, xx.xx.2022-ci il qətnaməsi ilə (hakimlər - X16 (sədrlik edən və məruzəçi), X20 və X3) İddiaçı tərəfindən birinci iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ikinci iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı Talıbov X10 Nazirliyinin X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən daşıma bölməsinin avtomobil sürücü-ekspeditoru vəzifəsindən işdən çıxarılmışdır. Həmin əmr əsasında Müdafiə Nazirliyinin X21 rəisinin eyni məzmunlu xx.xx.2020-ci il tarixli 152 sa ylı (5-ci paraqraf) nizami hissə üzrə əmri verilmişdir. İddiaçı iddia tələbi əsasında Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyinin X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4699/21 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında Müdafiə Nazirliyinin X21 rəisinin xx.xx.2021-ci il tarixli 314 saylı əmri ilə X21 rəisinin 18 iyun 2020-ci il tarixli 152 nömrəli əmrinin 5-ci paraqrafı etibarsız hesab olunmuş, İddi açı əvvəlki vəzifəsinə (Daşıma bölməsinin avtomobil sürücüsü ekspeditoru) bərpa olunmuş və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə sərəncam verilmişdir. İddiaçı iddia tələbində işdən çıxarılması haqqında xx.xx.2020-ci il tarixli, 135 saylı əmr əsasında nizami hissə üzrə verilmiş eyni məzmunlu xx.xx.2020-ci il tarixli 152 saylı əmri (5-ci paraqraf) mübahisələndirmişdir.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)2814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçıla əmək müqaviləsinə xitam verilməsi barədə Müdafiə Nazirliyinin X21 rəisinin xx.xx.2020-ci il tarixli, 135 saylı əmri ləğv edildiyi üçün həmin əmr əsasında verilmiş xx.xx.2020-ci il ta rixli 152 saylı əmrin (5-ci paraqraf) ləğv edilməsinə heç bir lüzum qalmır, çünki öz-özlüyündə qüvvədən düşmüş hesab olunur.

23. İddiaçının mübahisələndirilən qətnamədən verdiyi apelyasiya şikayətinin dəlilləri əsasən onun işə bərpa olunması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin düzgün icra edilməməsi ilə əsaslandırılmışdır.

24. Məhkəmə kollegiyası cavabdehin şikayətdə göstərilən dəlillərini qiymətləndirərək qeyd etmişdir ki, şikayətin dəlilləri qanuni qüvvədə olan məhkəmə qətnaməsinin düzgün icra edilməməsi ilə əsaslandırıldığından, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Belə ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvədə olmuş xx.xx.2022-ci il tarixli qərardadından müəyyən olunmuşdur ki, iddiaçının qeyd edilən dəlilləri icra qaydasında həll olunan məsələlər olduğu üçün, həmin dəlillər məhkəmədə baxılan mübahisənin predmetinə aid deyil və ona görə də həmin qərardadla iddiaçının həmin dəlillərinin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

25. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Müdafiə Nazirliyinin X21 rəisinin xx.xx.2020-ci il tarixli, 152 saylı əmri (5-ci paraqraf) həmin hərbi hissə rəisinin xx.xx.2021-ci il tarixli 314 saylı əmri ilə ləğv edilmişdir. Yəni, mübahisələndirilən əmr artıq mövcud deyil. Belə olan halda, iddiaçının həmin əmrin ləğv edilməsi barədə iddia tələbinin təmin olunması üçün də əsaslar aradan qalxmışdır.

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi əmr ləğv edilməyib, qüvvədə qalsaydı belə, iddianın təm in olunması üçün əsas yaratmazdı. Ona görə ki, mübahisələndirilən əmrin verilməsi üçün əsas olan əmr artıq məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

27. Şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. İkinci iş üzrə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmişdi r.

29. Belə ki, ikinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə 135 saylı əmr ləğv edilmiş olduğu halda X21 rəisinin xx.xx.2021-ci il tarixli, 314 saylı əmrində 152 nömrəli əmrin 5-ci paraqrafı etibarsız hesab edilmiş, məhkəmələrdə işə baxılarkən 152 saylı əmr barədə məlumat verməmiş, bununla da məhkəmə qətnaməsi tam icra olunmamış və həmin əmri mübahisələndirilən zaman məhkəmə prosesi gedə-gedə yeni əmr ilə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmışdır. İşdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirildiyindən əmr ləğv olunub, əvvəlki işinə bərpa olunmalıdır.

30. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi icra olunaraq əvvəlki vəzifəsinə bərpa edilm əklə, məcburi işburaxma müddəti üçün ona ödəniş edilməsinə və bu barədə ona dəfələrlə yazılı və şifahi məlumat verilməsinə baxmayaraq, iddiaçı işə çıxmamış, işə çıxmamasının səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, beləliklə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini pozaraq, Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar yaratmışdır. İddiaçının başqa bir əmri məhkəmədə mübahisələndirməsi, onun işə çıxmaması üçün əsas ola bilməz.

31. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı işə bərpa olunması barədə 314 saylı əmri məhkəmə qaydasında mübahisələndi rdiyindən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işə çıxmaması işçinin qəsdən əmək funksiyasının, vəzifə borcunun, əmək və icra intizamının normal ahənginin pozulması kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə hesab etmişdir ki, işçiyə işə çıxmamasına görə yazılı və şifahi xəbərdarlıq edilə bilərdi və ya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi verilə bilərdi, lakin o, daha ağır maddə olan 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılmışdır. Bu da Əmək Məcəlləsinin tələblərini pozduğundan iddiaçının işdən azad edilməsi barədə Müdafiə Nazirliyinin X15 rəisinin 5 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrləri ləğv edilməlidir.

32. Apellyasiya məhkəməsi ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməs ini qanuni və əsaslı hesab etmir.

33. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi qanunvericilik 3 hal istisna olmaqla digər hallarda işçinin heç bir üzrlü səbəb olmadan işə gəlməməsini əmək vəzifələrinin kobud po zuntusu hesab etməklə əmək müqaviləsinin ləğvinin əsası kimi müəyyənləşdirir.

34. İşin materiallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4699/21 saylı, xx.xx.2021-ci il tarixli qərarının və həmin qərar əsasında verilmiş icra sənədini icra etmək və İddiaçı işə bərpa etmək məqsədilə xx.xx.2021-ci il tarixli 3603 saylı məktubla İddiaçı müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Anbarına dəvət etsə də, sonuncu tərəfindən bu müraciətə heç bir cavab verilməmiş və hərəkətsizlik göstərilmişdir. İddiaçı hərəkətsizlik nümayiş etdirməsinə baxmayaraq Müdafiə Nazirliyi X21 rəisi xx.xx.2021-ci il tarixdə yenidən 3637 saylı məktubla iddiaçıya müraciət edərək xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğu bildirilmiş, xx.xx.2021-ci il tarix ində iş yerində olması ondan xahiş edilmişdir. İddiaçı həmin tarixdə işə gəlməmiş, gəlməməsinin səbəbi barədə işəgötürənə heç bir məlumat vermədiyindən onun iş yerinə gəlməməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 2192 saylı akt tərtib edilmiş, sonuncunun işə gəlməməsinə baxmayaraq X21 rəisi xx.xx.2021-ci il tarixdə 314 saylı əmr qəbul edərək iddiaçını işə bərpa etmişdir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə məktubla işəgötürənə müraciət edərək işə bərpa olunması barədə əmrin surətini tələb etmiş, əmrin surəti ona xx.xx.2021-ci il tarixli 3657 saylı məktubla göndərilmişdir. Lakin əmrin surətini aldıqdan sonra da İddiaçı iş yerinə gəlməmiş və işə gəlməməsinin səbəbləri barədə işəgötürənə heç bir məlumat verməmişdir. Bundan sonra dəfələrlə - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində X15 səlahiyyətli şəxsləri tərəfindən raportlar tərtib edilərək iddiaçının iş yerinə gəlməməsi və bunun səbəbləri barədə hər hansı məlumat verməməsi raportlarda qeyd edilmişdir. Buna görə də, iddiaçının işə çıxmamasının səbəbini aydınlaşdırmaq məqsədi ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə komissiya heyəti iddiaçının yaşadığı ünvana getmiş, lakin xx.xx.2022-ci il tarixdə iddiaçının özü ünvanda olmadığından, xx.xx.2022-ci il tarixdə isə komissiya heyətinə qapını açan olmadığından, məsələyə aydınlıq gətirilə bilməmiş, bununla bağlı xx.xx.2022ci il tarixli akt tərtib edilmişdir. Həmçinin Müdafiə Nazirliyi X15 rəisi tərəfindən dəfələrlə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə Yasamal rayon İcra şöbəsinə müraciət edilərək İddiaçı işə çıxmadığı qeyd olunmu ş, bununla da məhkəmə qərarının icrasına maneçilik törətdiyi bildirilmişdir. Yasamal rayon İcra şöbəsi tərəfindən də iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla müraciət edilərək iddiaçının işə bərpa olunmasına baxmayaraq işə çıxmamaqla icra sənədinin icrasına mane olduğu bildirilmiş Yasamal rayon İcra şöbəsinə dəvət olunsa da, iddiaçı tərəfindən bu müraciətə də hər hansı cavab verilməmişdir. İşçinin bütün bu hərəkətsizliklərinə, işə bərpa olunması barədə əmr verilməsinə və dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq, sonuncunun xx.xx.2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək 67 gün müddətində işə gəlməməsini və işə gəlməməsinin səbəbləri barədə işəgötürənə heç bir məlumat verməməsini nəzərə alaraq İddiaçı Müdafiə Nazirliyi X21 rəisinin xx.xx.2022-ci il tarixli, 63 saylı əmr əsası nda eyni tarixdə tərtib edilmiş 54 saylı əmrləri əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.

35. İşdə olan sübutlardan göründüyü kimi cavabdeh işçinin işə çıxması üçün mümkün olan bütün tədbirləri görməsinə baxmayaraq işçi nəinki işə çıxmamış, işə çıxmamağının səbəbini işəgötürənə bildirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 67 gün ərzində işə gəlməməsinin səbəbini işəgötürənə bildirmək işçinin vəzifəsi olsa belə, bunun səbəbini araşdırmaq işəgötürənin öhdəliyi deyil. Lakin bununla belə işəgötürən işçinin işə bərpa edilməsi məqsədilə əlindən gələni etmiş, ona kifayət qədər müddət ayırmışdır. Daha sonra məlum olmuşdur ki, iddiaçı Müdafiə Nazirliyi X21 rəisi tərəfindən iddiaçının işə bərpa olunması barəd ə verilmiş 314 saylı əmrin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi tələbi ilə xx.xx.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, müraciətini isə belə əsaslandırmışdır ki, 314 saylı əmrlə X21 rəisinin məhkəmə qərarında qeyd olunan 135 saylı deyil, 152 №-li əmrinin 5-ci paraqrafı ləğv olunduğundan qətnamə düzgün icra edilməmişdir.

36. Eləcə də qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin ANBAR rəisinin 152 saylı əmri 135 saylı əmr əsasında verilmişdir və məhkəmə qərarı ilə 135 saylı əmr ləğv edildiyindən həmin əmr əsasında verilmiş 152 saylı əmr də X21 rəisinin 314 saylı əmri əsasında ləğv edilmişdir və burada məhkəmə qərarının düzgün icra edilməməsindən söhbət getməməlidir.

37. Bakı şəhəri Səbai l Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd olunmuşdur ki, X21 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ləğv edildiyi üçün həmin əmr əsasında verilmiş xx.xx.2020-ci il tarixli 152 saylı əmrin ləğv edilməsinə lüzum qalmır, çünki öz-özlüyündə qüvvədən düşmüş hesab olunur. Bu səbəbdən İddiaçı iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Lakin hətta 314 saylı əmrin texniki baxımdan yanlış tərtib olunduğu nəzərə alınsa belə, iddiaçıya da poçt vasitəsilə təqdim edilmiş 314 saylı əmrdə bilavasitə qeyd olunur ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 4699/21 nömrəli qərarı ilə İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun”. Yəni, həmin əmrdə işəgötürənin məhkəmə qərarını icra etmək və işçin i işə bərpa etmək məqsədi birbaşa göstərilir. Həmin əmrdən aydın şəkildə məlum olur ki, işəgötürən məhz məhkəmə qərarını icra edərək işçini işə bərpa edir və sonuncunun işçinin hüquqlarını bu və ya digər şəkildə pozmaq niyyəti yoxdur.

38. Bununla yanaşı xx.xx.2022-ci il tarixində məcburi işburaxma dövrü üçün hesablanmış 8.955,76 AZN məbləğ də İddiaçı hesabına köçürülmüşdür. İddiaçı həmin əmrlə tanış olmuş, işəgötürənin məhkəmə qərarını icra etmək məqsədini bilmişdir. Lakin İddiaçı həmin əmrlə bağlı Müdafiə Nazirliyinin Mərkəz Ərzaq Anbarına heç bir etiraz bildirməmiş, ümumiyyətlə işə çıxmamış, işə çıxmamasının səbəbi barədə işəgötürənə heç bir məlumat verməmişdir. Halbuki İddiaçı məhkəməyə müraciət etdiyi tarixədək işəgötürənə və ya icra orqanına müraciət etməklə məsələyə aydınlıq gətiri lməsinə çalışa bilərdi.

39. Digər tərəfdən, iddiaçının Müdafiə Nazirliyinin X21 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli işə bərpa edilməsi üçün Müdafiə Nazirliyinə dəvət edilməsinə dair məktuba, xx.xx.2021-ci il tarixində göndərilmiş xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğuna dair bildiriş məktubuna da heç bir cavab verməməsi və iş yerinə gəlməməsi də İddiaçı açıq şəkildə işə gəlmək niyyətinin olmamasının göstəricisidir. Çünki İddiaçı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində işə dəvət olunduqda hələ xx.xx.2021-ci il tarixli 314 saylı əmrin məzmunu ilə tanış deyildi və 314 saylı əmrin düzgün tərtib edilməməsini və məzmununu mübahisələndirə bilməzdi.

40. Qeyd olunanlardan göründüyü kimi 314 saylı əmrin və məhkəmə qərarının düzgün icra edilməməsinin mübahisələndirilməsi ilə b ağlı məhkəmə iclası keçirilənədək işəgötürən - Müdafiə Nazirliyi X21 işçinin işə çıxmamasının səbəbləri barədə məlumatlı olmamışdır. Halbuki işəgötürən dəfələrlə icra orqanına və işçiyə müraciət etmiş, hətta işçinin yaşadığı ünvana belə getmişdir. Bununla yanaşı, işçi İddiaçı əmrin düzgün icra edilməməsi səbəbilə işə gəlməməsi üzrlü səbəb kimi dəyərləndirilə bilməz. Çünki işəgötürən işçini işə bərpa etmək barədə əmr vermiş, məcburi işburaxma dövrü üçün hesablanmış məbləği işçiyə ödəmiş, işçinin işə gəlməsi üçün bütün şəraiti yaratmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Müdafiə Nazirliyi X21 rəisinin xx.xx.2021-ci il tarixli 314 saylı əmrinin ləğv edilməsi, Bakı Apelyasiya Məhkəmsi tərəfindən verilmiş “icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə dair” iddia ərizə siylə müraciət etməsi ilə İddiaçı əslində icra sənədinin işəgötürən tərəfindən icra edildiyini və işə bərpa edildiyini özü də etiraf edərək, sadəcə icra sənədinin düzgün icra edilmədiyi qənaətində olduğunu bildirmiş olur.

41. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşən bir orqan olduğunu nəzərə alaraq hüququnun pozulduğunu iddia edən İddiaçı iş yerinə gəlməsinə heç bir maneənin olmamasına baxmayaraq o, işə gəlməməklə mövcud vəziyyəti və məcburi işburaxma dövrünün müddətini süni surətdə uzatmağa və həmin dövr üçün əmək haqqı almaqla hüquqlarından sui- istifadə etməyə çalışır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməsi ilə bağlı qərarını əsaslandırarkən İddiaçı məhkəmə qərarının düzgün icra edilməməsi ilə bağlı məhkəməyə müraciət etməsi faktına istinad etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi 67 gün müddətində işçinin işə gəlməməsinin səbəblərinin üzrlü olub-olmamasına düzgün hüquqi qiymət verməmiş, işçinin cavabdehə işə gəlməməsinin səbəbləri barədə ümumiyyətlə məlumat vermədiyini nəzərə almamış, nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini düzgün tətbiq etməmişdir. Halbuki, tətbiq edilməli olan maddi hüquq normalarının şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsas ən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbini təmin edərkən qərarını belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək işə çıxmamasını işçinin qəsdən əmək funksiyasının, vəzifə borcununun, əmək və icra intizam ının normal ahənginin pozması kimi qəbul edilə bilməz. Həmçinin, işçiyə işə çıxmadığına görə yazılı və ya şifahi xəbərdarlıq edə bilərdi və ya Əmək Məcəlləsiin 186-cı maddəsinin 2-ci bəndinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi verilə bilərdi, lakin o, daha ağır maddə olan 70-ci maddənin “ç” bəndi ilə işdən azad etmişdir.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini yanlış təfsir edərək, həmin maddədə qeyd olunanların yalnız qəsdən edilə bilməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsi işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin yalnız qəsdən deyil, həm də səhlənkarlıqla və etinasızlıq la həyata keçirilməsini nəzərdə tutur. Başqa sözlə, qanunverici həmin maddə ilə işçinin əmək funksiyasını yerinə yetirməməsinin təqsirli şəkildə, yəni qəsd və ya ehtiyatsızlıqla (səhlənkarlıq, etinasızlıq) baş verməli olduğunu müəyyənləşdirir.

44. İşin faktiki halları da göstərmişdir ki, İddiaçı işə bərpa edildiyindən və bu barədə əmrin verildiyindən məlumatlı olmuş, ona işəgötürən və icra orqanı tərəfindən dəfələrlə məlumat verilməsinə baxmayaraq aşkar surətdə saymamazlıq edərək və etinasızlıq göstərərək heç bir əsas və səbəb gətirmədən iş yerinə gəlməmiş və əmək funksiyalarını icra etməmişdir. O cümlədən, Müdafiə Nazirliyinin ölkə üçün mühüm əhəmiyyət kəsb edən müdafiə əhəmiyyətli orqan olduğunu, İddiaçı icra etdiyi vəzifənin ona təhkim edilmiş nəqliyyat vasitələri ilə Müdafiə Nazirliyin in müxtəlif məntəqələrinə ərzaq və digər əşyaların daşınmasından ibarət olduğunu, onun öz vəzifələrini icra etməməsi nəticəsində müvafiq ştatın boş qaldığını da nəzərə aldıqda, sonuncunun 2 aydan çox bir müddətdə iş yerinə gəlməməklə öz əmək vəzifələrini icra etməməsi ərzaq və digər əşyaların daşınmasında ləngimələrin baş verməsi, hərbi hissənin döyüş qabiliyyətinin zəifləməsi və işin, əmək və icra intizamının normal ahənginin pozulması ilə nəticələnir.

45. Bununla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi həmin maddədə nəzərdə tutulmuş əsaslar olduqda işəgötürənin əmək müqaviləsini ləğv etmək hüququnu birbaşa müəyyən edir. Nə Əmək Məcəlləsinin 186-cı maddəsində, nə də başqa hər hansı normada işəgötürənin əmək müqaviləsini ləğv etməzdən əvvəl işçiyə daha yüngül intiza m tənbehi tətbiq etmək vəzifəsi müəyyən edilməmişdir. İşəgötürənin hüququ var ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində qeyd olunan əsaslar olduqda işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etsin. Bu səbəbdən məhkəmənin qəbul etdiyi qərarı əsalandırarkən işəgötürənin işçiyə daha yüngül hər hansı inzbati tənbeh tədbiri tətbiq etməli olması ilə bağlı ifadə etdiyi mövqeyin heç bir hüquqi əsası yoxdur. O, cümlədən, nəzərə alınmalıdır ki, qanunverici özü əmək vəzifələrinin digər pozuntularından fərqli olaraq kobud pozuntu hesab edilən pozuntuların dairəsini bilavasitə müəyyən etmişdir və işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi də həmin pozuntular sırasındadır. Bir iş günü belə işə gəlməməyin kobud pozuntu hesab edildiyini nəzərə alaraq işəgötürən 67 gün işçinin işə çıxmasını gözləməklə ona qarşı qərəzinin olmadığını nümayiş etdirmiş, işçiyə kifayət qədər anlayış göstərmiş və şərait yaratmışdır. İddiaçı əvvəllər baş vermiş məhkəmə mübahisələrinə istinad edərək işçi kimi ona qarşı olan etimadı hər zaman doğrultduğunu qeyd etmiş, bununla da cavabdehin ona qarşı qərəzli münasibətdə olduğuna məhkəməni inandırmağa çalışmışdır. Halbuki əvvəlki dövrlərdə baş vermiş əmək mübahisələri üzrə çıxarılmış qərarlara baxdıqda işçinin dəfələrlə öz əmək funksiyalarını pozduğu aydın olur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7939/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində də qeyd olunur ki, məhkəmə araşdırması zamanı İddiaçı X21nda sürücü ekspeditor vəzifəsində işlədiyi müddətdə əmək qanunvericiliyinin tələblərini bir neçə dəfə pozduğu, işə ç ıxma davamiyyətinə səhlənkar yanaşdığı, dövlətin mülkiyyətinə ziyan vurduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı barəsində əvvəllər tətbiq edilmiş “töhmət” və “şiddətli töhmət” inzibati tənbeh tədbirləri iddiaçı tərəfindən mübahisələndirilsə də, həmin tənbeh tədbirləri ləğv edilməmiş, məhkəmə qərarı əsasında qüvvədə saxlanılmışdır.

46. Kollegiya həmçinin iddiaçının iddia ərizəsində, həm birinci instansiya, həm də apelyasiya icraatında verdiyi izahatlarında göstərdiyi dəlilləri - işə bərpa olunması barədə məhkəmə qətnaməsinin düzgün icra olunmaması, işə bərpa olunması barədə əmrdə onun əvvəlki işinə deyil, vəzifəsinə bərpa olunmasının qanunsuz olması, ona əvvəl işlətdiyi avtomobilin verilmədiyini, ondan yeni işə qəbul olunmuş şəxs kimi qanunsuz olaraq sənədlər tələb edildiyini, işə bərpa olunması barədə əmri məhkəmə qaydasında mübahisələndirdiyi və həmin məhkəmə mübahisəsi getdiyi vaxt onun qanunsuz olaraq yenidən işdən azad edilməsinin qanunsuz olması barədə dəlillərini qiymətləndirib, işin yuxarıda qeyd edilən hallarına əsaslanaraq həmin dəlilləri iddia tələbinin təmin olunması üçün əsaslı hesab etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti iddia ərizələrinin məzmununa və işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi s ənədlərdə göstərilənlərlərə dair heç bir araşdırma aparmadan həmin arqumentləri mötəbər sübut kimi qiymətləndirməklə onları olduğu kimi qətnaməyə köçürmüşdür. Əslində isə cavabdeh tərəfin gətirdiyi dəlillər heç də həqiqəti əks etdirmir. Belə ki, o, 32 il bundan əvvəl, 3 dekabr 1990-cı il tarixdə Müdafiə Nazirliyinin X21nda işə qəbul olunmuşdur. Qarabağda qızğın döyüşlər gedən dövrlərdə ən qaynar nöqtələrdə dəfələrlə xidməti ezamiyyətdə olmuş və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Lakin işçisi olduğu müəssisədə hal-hazırda da davam etdirilən ciddi qanun pozuntularına yol verilməsinə və hətta cinayət xaraterli əməllər törədilməsinə etirazını bildirdiyinə, bunlar barədə dövlət orqanlarına rəsmi qaydada məlumat verdiyinə görə artıq 20 ilə yaxın bir müddətdir ki, müəssisə rəhbərliyi tə rəfindən öz tabeçiliyində olan hərbi qulluqçuları, mülki şəxsləri də bu işə cəb etməklə davamlı olaraq təqib olunur. Məhz bunun nəticəsidir ki, xx.xx.2020-ci il tarixli 135 nömrəli əmr ilə növbəti dəfə qanunsuz olaraq işdən azad edilmişdir. Bundan əlavə, yaşadığı ünvan fərdi yaşayış evidir, həyətin giriş qapısı hər zaman açıqdır, hətta gecələr belə arxadan bağlı olmur, ailəsi böyük olduğundan gün ərzində həmişə evdə adam olur. O, xx.xx.2022-ci il tarixdə bütün gün ərzində evdə olmuş və aktda adları qeyd olunan şəxslərdən heç biri həmin tarixdə yaşadığı ünvana gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz edilmişdir.

50. Etiraz Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnamə sindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişidrilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi

51. Maddə 10. mək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə ə məl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir.

52. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.

53. Maddə

70. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfi ndən ləğv edilə bilər.

54. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

55. Maddə

72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olun maqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin v ə ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

56. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallar dan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

57. Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 3 72.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

63. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

66. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizələrində irəli sürdüyü dəlillərə uyğun olmaqla birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

69. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7261/2022 nömrəli iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar