Məhkəmə qərarları › İş №2(102)-1433/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1433/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1433/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Rzayeva (Musayeva) Fatma Alı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon notariat kontoruna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): paylı mülkiyyətdə olan əşyanın naturada bölünməsi və payın ayrılması (payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Raf iq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Rzayeva (Musayeva) Fatma Alı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon notariat kontoruna qarşı payların müəyyən edilib naturada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2022/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz rayonu Vahidli kəndindəki 0.35 ha həyətyanı torpaq sah əsi və üzərində yerləşən 183,8 kv.m fərdi yaşayış evi paylı mülkiyyət kimi Rzayeva (Musayeva) Fatma Alı qızının adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Rzayeva (Musayeva) Fatma Alı qızının payı A nömrəli fərdi yaşayış evinin 1/2 hissədə, torpaq sahəsinin isə 0,075 ha hissəsində müəyyən edilmişdir. Cavabdeh5 payı A nömrəli fərdi yaşayış evinin ½ hissəsi, A1 tam, torpaq sahəsinin 0.075 ha hissəsində payı müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hər birinin payları isə torpaq sahəsində 0.05 ha müəyyən edilmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(114)-1216/2020 nömrəli qərardadına əsasən, iddiaçı Cavabdeh5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı JN-242 saylı dövlət aktını n ləğv edilməsi, yeni şəhadətnamə və dövlət aktının verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Rzayeva (Musayeva) Fatma Alı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ümumi mülkiyyətində olan 0,35 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evindən ona düşən hissədən payların müəyyən edilməsi və 0,35 ha torpaq sahəsini n və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Vahidli kəndindəki 0,35 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evi onun və cavabdehlərin paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş 183,8 kv.m olan fərdi yaşayış evinə 26 aprel 2019-cu il tarixdə çıxarış, eləcə də texniki pasport almışdır. Cavabdehlər ona düşən həmin torpaq sahəsində və onun üzərində inşa edilmiş 183,8 kv.m olan evdən istifadə etməyə imkan vermirlər.

5. Cavabdeh5 nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tikili təhlükəli vəziyyətdə və tikilinin b ir hissəsi uçurulmuşdur. Belə olduğu halda həmin tikilinin naturada bölünməsi mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən A və A-1 literli yaşayış evinin planlı yerləşmələrinin, faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin bir-birindən təcrid olduğunu nəzərə alaraq, yaşayış evlərinin naturada paylarına yaxın şəkildə bölünməsi inşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olun an torpaq sahəsinin 30.0m uzunluğunda 25.0m enində sərhəd hesabına alınmalı və küçədən darvazaya quraşdırılmalıdır.

7. Məhkəmə Ekpsertiza Mərkəzinin 1 aprel 2022-ci il tarixli rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Sxemdə göstərilən İddiaçı payı üzrə ayrılan 0,075 ha torpaq sahəsinin ayrılması zamanı döngə nöqtələrinin dəqiq koordinatları GPS aləti vasitəsilə müəyyən edilə bilər.

8. Tovuz Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(062)-957/2023 nömrəli (hakim Zaur Hünmətov) qətnaməsi ilə iddia qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin 0,075 ha hissəsi naturada təcrid mənzillər şəklində ayrılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, paylı mülkiyyətdə olan Tovuz rayonu Vahidli kəndində 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində 183,8 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınm ışdır. X6 payı A nömrəli fərdi yaşayış evinin 1/2 hissədə, torpaq sahəsinin isə 0,075 ha hissəsində müəyyən edilmişdir. Cavabdeh5 payı A nömrəli fərdi yaşayış evinin ½ hissəsi, A 1 nömrəli evdə tam, torpaq sahəsinin 0.075 ha, X2, Cavabdeh2 və X4 hər birinin payları isə 0.05 ha müəyyən edilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadından görünür ki, X6 cavabdehlər X3, Cavabdeh2, X5 və Cavabdeh5 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilib naturada bölünməsi və həmin torpaq sahəsində inşa edilmiş 183,8 kv.m fərdi yaşayış evinin naturada bölünüb payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat həmin işlə bağlı olan və Gəncə İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh5 cavabdeh Azər baycan Respublikası ƏMDK-nə qarşı Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli 35 saylı qərarının, JN-098D saylı şəhadətnamənin və JN-242 saylı dövlət aktının ləğv edilməsi, islahat gedən zaman həmin dövrdə qediyyatda olan şəxslərin adının qeyd olunmaqla yeni şəhadətnamənin və dövlət aktının verilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İşə əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Cavabdeh5 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nə qarşı JN-242 saylı dövlət aktının ləğv edilməsi, yeni şəhadətnamənin və dövlət aktının verilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır.

10. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin 24 sent yabr 2021-ci il tarixli rəyindən görünür ki, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən A və A-1 literli yaşayış evinin planlı yerləşmələrinin, faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin bir-birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylarına yaxın şəkildə bölünməsi inşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin 30.0m uzunluğunda 25.0m enində sərhəd hesabına alınmalı və küçədən darvazaya quraşdırılmalıdır. İşə əlavə edilmiş 01 aprel 2022-ci il tarixli 10/1104 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekpsertiza Mərkəzinin rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Sxemdə göstərilən İddiaçı payı üzrə ayrılan 0,075 ha torpaq sahəsinin ayrılması zamanı döngə nöqtələrinin dəqiq koordinatları GPS aləti vasitəsilə müəyyən edilə bilər.

11. İşin faktiki hallarından göründüyü kimi, paylı mülkiyyətdə olan Tovuz rayonu Vahidli kəndində 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində 18 3,8 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 payı A saylı fərdi yaşayış evinin1/2 hissəsi, torpaq sahəsinin isə 0,075 ha hissəsi üzərində müəyyən edilmişdir. Eyni zamanda məhkmə araşdırılması zamanı müyyən edilmişdir ki, İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mənzillər şəklində ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, qeyd edilən ekspertiza rəyini şübhə altına alan hər hansı hallar müəyyən edilməmişdir. Buna baxmayaraq Cavabdeh5 nümayəndəsi iddia edir ki, həmin tikilinin bir hissəsi uçmuşdur və bina qəzalı vəziyyətdədir. Bununla bağlı məhkəmə onu qeyd edir ki, hazırki işdə olmasa da, eyni tərəflər arasında gedən digər predmetli bir işlə bağlı məhkəmə tərəfindən həmin yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, evin arxa divarları bir az uçmuşdur. Bu hal da həmin yaşayış evinin naturada bölünməsinə əngəl yaratmasına gətirib çıxa bilməz. Əksinə, evin naturada bölünməməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozmaqla, həmin evin də baxımsız vəziyyətə gətirib çıxaran hal kimi xarakterizə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 3.7-ci maddəsində əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yəni, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülki yyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bundan başqa da işin hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 6 nəfəri n paylı mülkiyyətində olsa da, fərdi yaşayış evi yalnız iki nəfərin bərabər payda mülkiyyətindədir ki, bu halda da fərdi yaşayış evinin naturada bölünməsinin mümkünsüzlüyü istisna edilir.Yəni, fərdi yaşayış evinin bu cür bölünməsi digər payçıların maraqlarına ziyan vurmur.

12. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin 0,075 ha hissəsi naturada təcrid mənzillər şəklində ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə,2 9-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3.7-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddia tələbinin təmin olunmamış hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbində mübahisə predmeti olan Tovuz rayonu Vahidli kəndindəki 0,35 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evinin naturada bölünərək ona təhvil verilməsini göstərsə də, əmlakın təhvil verilməsi hissədə iddia tələbi təmin edilməmişdir. Belə olan halda isə, o, əmlakın təhvil verilməsi barədə məhkəmədə ayrıca iddia qaldırmalı olacaq. Bu hal onun mülkiyyət hüquqlarını mahdudlaşdırır. Bundan əlavə, həmin hissədə iddia tələbinin hansı səbəbdən təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırma aparılmamışdır.

16. Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya ş ikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən 183,8 kv.mdən ibarət fərdi yaşayış evi tamamilə uçmuşdur və yaşayış üçün təhlükəli vəziyyətdədir. Bu səbəbdən də həmin tikilinin naturada bölünməsi mümkün deyildir. Bundan əlavə, həmin fərdi yaşayış evi bir mətbəx, bir sanitariya qovşağı və bir girişdən ibarət olduğundan onun naturada bölünməsi mümkün deyil. Bu ndan əlavə, mübahisəyə baxılarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı zəruridir. Nümayəndə məhkəmə iclasında iştirak edərək mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi məsələsinə münasibət bildirməlidir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2022/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə kollegiy ası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96- 10301 reyestr nömrəli 26 aprel 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu Vahidli kəndindəki 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 183,8 kv.m fərdi yaşayış evi paylı mülkiyyət kimi Rzayeva (Musayeva) Fatma Alı qızının adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır; Rzayeva (Musayeva) Fatma Alı qızının payı A nömrəli fərdi yaşayış evinin 1/2 hissədə, torpaq sahəsinin isə 0,075 ha hissəsində müəyyən edilmişdir. Cavabdeh5 payı A nömrəli fərdi yaşayış evinin ½ hissəsi, A1 tam, torpaq sahəsinin 0.075 ha hissəsində payı müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hər birinin payları isə torpaq sahəsində 0.05 ha müəyyən edilmişdir. Paylı mülkiyyətçi Rzayeva (Musayeva) Fatma Alı qızı qeyd olunan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada ayrılması və payına düşən hissəsinin ona təhvil verilməsini xahiş edir. Cavabdeh5 arqumenti ondan ib arətdir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən 183,8 kv.m-dən ibarət fərdi yaşayış evi tamamilə uçmuşdur və yaşayış üçün təhlükəli vəziyyətdədir. Bu səbəbdən də həmin tikilinin naturada bölünməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

20. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçis i öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

21. Bununla yanaşı nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin paylı mülkiyyətində olan Tovuz rayonu Vahidli kəndindəki 0.35 ha həyətyanı tor paq sahəsi və üzərində yerləşən 183,8 kv.m fərdi yaşayış evinin naturada bölünüb-bölünə bilməməsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 10/3028 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən A və A-1 literli yaşayış evlərinin planlı yerləşmələri, faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunması, yaşayış evlərinin bir-birindən təcrid olduğu nəzərə alınaraq yaşayış evlərinin naturada paylara yaxın şəkildə bölünməsi inşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texni ki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin 30.0 m uzunluğunda 25.0 m enində sərhəd hesabına alınmalı və küçədən darvazaya quraşdırılmalıdır. Həmçinin birinci instansiya məhkəməsinə icraat zamanı tərəflərin paylı mülkiyyətində olan mübahisəli əmlakın (torpaq və ev) naturada bölünübbölünə bilməməsinin müəyyən olunması üçün təkrar ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1104 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mən zillər şəklində ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və Məhkəmə TikintiTexniki X1 tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Sxemdə göstərilən İddiaçı payı üzrə ayrılan 0,075 ha torpaq sahəsinin ayrılması zamanı döngə nöqtələrinin dəqiq koordinatları GPS aləti vasitəsilə müəyyən edilə bilər. İş üzrə verilmiş hər iki ekspert rəyi ilə müəyyən olunur ki, mübahisə predmeti olan Tovuz rayonu Vahidli kəndindəki 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 183,8 kv.m fərdi yaşayış evinin tərəflərin payları nisbətində naturada bölünə bilməsi mümkündür. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin ekspert rəyləri işin həlli üçün kifayət qədər tam və aydındır. İş materiallarında həmin rəylərin mötəbər sübut olmasın ı şübhə altına alacaq hər hansı hal müəyyən olunmur. Çünki ekspert öz rəyinə plan sxem əlavə etmiş və həmin plan sxemin açılışı üzrə rəyin təsviri hissəsində göstərmişdir ki, texniki pasportun mərtəbələr üzrə otaqlarının təsnifatına əsasən yaşayış otaqları arasında yerləşən və sahəsi 22.2 kv.m olan yaşayış otağından bağlı eyvana açılan qapılar bağlanılmaqla, bağlı eyvandan (gələcəkdə cavbdehə qalan hissəsindən) sahəsi 22.2 kv.m olan yaşayış otağına daxil olmaq üçün qapı açılmaqla, bağlı eyvanın həyətə tərəf baxan (gələcəkdə cavabdehə qalan hissəsində) pəncərəsindən (aynabənddən) cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf giriş-çıxış qapısıaçılmaqla, sahəsi 7.0 kv.m olan dəhlizin giriş-çıxış qapısı bağlanaqraq gələcəkdə iddiaçının payına düşəcək torpaq sahəsi tərəfə yeni qapı açılm aqla və sahəsi 7.0 kv.m olan dəhlizin qarşısında yerləşən, texniki pasportun planında göstərilən, lakin ümumi sahəsi sayılmayan sahəsi 12.4 kv.m olan açıq eyvan (dəhliz-açıq eyvan) cavabdehin istifadəsinə verilməklə, hər iki tərəf bölgüdən sonra öz paylarına düşən torpaq sahəsində mətbəx, hamam, ayaqyolu inşa etməklə mümkündür. Göründüyü kimi ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya məxsus payların naturada ayrılmasının mümkün olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “mübahisəli torpaq sahəsinin üzərində yerləşən 183,8 kv.m-dən ibarət fərdi yaşayış evinin tamamilə uçmuş olması və yaşayış üçün təhlükəli vəziyyətdə olduğundan həmin evin naturada bölünməsi mümkün deyil” barədə dəlilinə hüquqi qiymət verməyi zərurui hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Tovuz rayonu Vahidli kəndindəki 0.35 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 183,8 kv.m fərdi yaşayış evinin uçqun vəziyyətdə olması həmin əmlakın naturada bölünməsinə menaə yaradacaq hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi iddiaçı Rzayeva (Musayeva) Fatma Alı qızı və Cavabdeh5 ½ hissə paylı mülkiyyətlərindədir və onların həmin əmlaka dair qanunvericiliklə müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqları vardır. Ona görə də, cavabdehin bu dəlili kollegiya tərəfindən əsassız hesab edilmişdir. 22. “Mübahisəyə baxılarkən Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin iştirakının zəruri olması” barədə Cavabdeh5 arqumentləri də əsassızdır. Belə ki, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin m ülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

23. Bu kontekstdə məhkəmə kollegiyası qeyd ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin, habelə onun üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünə bilməsinin mümkünlüyünün müəyyən olunması baxımından ekspert rəyi mütəxəssis rəyindən daha obyektiv və mötəbər sübutdur. Hazırkı iş üzrə ekspert rəyi alındığından işə mütəxəssis cəlb edilmə sinə, habelə ondan rəy alınmasına zərurət yoxdur. 24. “Mübahisə predmeti olan Tovuz rayonu Vahidli kəndindəki 0,35 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evinin naturada bölünərək ona təhvil verilməsi” barədə iddiaçı Rzayeva (Musayeva) Fatma Alı qızının apellyasiya şikayətinin dəlilinə də hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, mübahisə predmeti olan əmlak ½ hissədə iddiaçının paylı mülkiyyətindədir və sonuncunun həmin əmlaka dair qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüquqları vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının mülkiyyətndə olan əmlakdan sərbəst istifadəsinə maneə törədilməsi halı müəyyən olunmamışdır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.

25. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5, 152.1, 152.2, 152.3, 152.4, 213.2, 213.3, 220, 221, 223-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh5 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsni xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, məhkəmə hər bir şəxsinhüquqlarına hörmət etməli və yaşayışı mümkün olmayan fərdi evdə yaşamağa sövq etməməyə çalışmalıdır. Layiq olmayan mühitdə və şəraitdə yaşamaq həmin insan həyatına zərbədir. Uçuq evin bölünərək orada vətəndaşın yaşaması tək ona yox, ətrafa da ziyandır.

28. Məhkəmə həqiqətə nail olmaq üçün ortada olan vəziyyətə obyektiv qiymət verməli, ekspert rəyini özü üçün mütləq sübut qəbul etməməlidir.

29. Məhkəmə qətnaməsi əsaslı deyil.Həm birinci instansiya məhkəməsində, həm də apellyasiyainstansiyasında dəfələrlə məhkəmədən tələb etdik ki, məhkəməyə İqtisadiyyat Nazirliyi yanında X11 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin nümayəndəsicəlb edilsin və onun fikri nəzərə alınsın. Təəssüf ki, nəticə olmadı və məhkəmə dəvətetmədi. Xüsusilə qeyd olu nmalıdır ki, uçmuş vəziyətdə olan fərdi yaşayışevi naturada necə bölünə bilər? Ev ekspert rəyindən sonra uçubdur və yarasız hala düşübdür. Məhkəməyə fotolar da, təqdim etdik bu barədə. X8 Məhkəməsinin qətnaməsi əgər qüvvədə qalsa necə icra olunacaq? Uçmuş ev necə bölünəcək? Bu evin neçə hamamı,ayaq yolusu və ya mətbəxi var? Yoxdur.Şərait yoxdur. Yaşayış mümkün deyil. 183.8 kv.m. sahədə olan fərdi yaşayışevinin naturada bölgüsü real olaraq mümükün deyil.

30. Məhkəmə təqdim etdikləri sübutlara, vəsatətlərə, şəkillərə əhəmiyyət verməyib. Məhkəmə evin yarasız və uçuq vəziyyətdə olduğunu görməzdən gəlib. Məhkəmə fərdi yaşayış evinin naturada bölgüsünü qət etməklə maddi və prossesual pozuntuya zəmin yaratmışdır.

31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.1, 217.1, 218.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülki yyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istif adə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

38. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

39. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

40. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

41. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığ a gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

42. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surət də ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

43. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

44. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

45. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

46. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.

47. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birin in payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

48. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

49. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə 1.Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasın da aparılan tədqiqatdır;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2023-cü il tarixli 2(104)-2022/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar