Məhkəmə qərarları › İş №2(102)-1434/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1434/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1434/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı (Nəsimi rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-un müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim) Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6307/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-86/2020 nömrəli icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X2, İddiaçı, “Qafqazenerqoservis" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçı TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC, cavabdeh "xxxx" Şirkəti və İddiaçı nümayəndəsi X5 barışıq sazişinin tə sdiq edilməsi barədə ərizələri qəbul edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2576/2ü18 saylı qətnaməsi ləğv edilmiş, tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X2, İddiaçı və "xxxx" Şirkətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas, faiz, dəbbə borcunun alınması ipoteka predmetinə tutma yönəldilməsi və mənzildən məcburi qaydada çıxarılması tələbinə dair tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilmişdir: a) Tərəflər xx.xx.2011-ci il tarixli AZBA-004787 saylı kredit müqaviləsi (xx.xx.2013cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) üzrə cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğini 54994,13 ABŞ dolları və 60 manat müəyyən edirlər. b) Göstərilən 54994,13 ABŞ dolları məbləğində borc xx.xx.2020-ci il tarixdən başlayaraq 24 ay ərzində, lakin xx.xx.2022-ci iİ tarixdən gec olmamaqla, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 təqvim ayı ərzində 200 ABŞ dolları və 60.00 manat, qalan 54994,13 ABŞ dolları isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 23 təqvim ayı ərzində hər təqvim ayı ən azı 1000 ABŞ dolları olmaqla, tam olaraq cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. c) Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni 01.09. 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 54994,13 ABŞ dolları və 60 manatın qaytarılmaması, o cümlədən, bu Sazişin 1.2-ci bənd ilə müəyyən edilmiş qaydada qaytarılmaması, öhdəl iklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. d) Bu Sazişin 1-ci bölməsində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin xx.xx.2011-ci il tarixli AZBA-004787 saylı kredit müqaviləsi (02 iyul 2013-cü il tarixli AZBA-004787-002 saylı Razılaşma daxil olmaqla) iddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (İddiaçı məxsus olan dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış, 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzili) ipoteka yüklülüyündən azad ediləcək və zaminlik müqaviləsinə xitam veriləcə kdir. e) Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. f) Cavabdehlər borc məbləğini bu Sazişdə qeyd edilən müddətlərə uyğun rəqəmləri qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 8600 ABŞ dolları iddiaçının xeyrinə tutulur. g) Tutma İddiaçı məxsus olan daşınmaz əmlakın dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış, 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilinə yönəldilir və tərəflərin razılığına əsasən ilkin satış qiyməti 170.000 manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir.

3. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə verilmiş və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Əliyev Cəlaləddin Yusif oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 14925/112601/2021-5 saylı xx.xx.2021-ci il tarixli si fariş məktubuna əsasən, Tələbkar "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuş sorğuya cavab məktubunda İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 54494.13 ABŞ dolları borcunun mövcud olduğu göstərilmişdir.

5. Borclu İddiaçı xx.xx.2020-ci ildə 200 ABŞ dolları, xx.xx.2020-ci ildə 300 ABŞ dolları, xx.xx.2021-ci ildə 13830 ABŞ dolları, xx.xx.2021-ci ildə 705,29 ABŞ dolları, xx.xx.2022-ci ildə 799,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 199,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 2001,76 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 999,41 ABŞ dolları, xx.xx.2022-ci ildə 1000 ABŞ dolları ödənişlər etmişdir.

6. Bakı şəhər i Nəsimi Rayon İcra Şöbəsi 14925/112601/2021-5 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171.1 kv.m ümumi, 100.0 kv.m yaşayış 71.1 kv.m yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzilinin satışının təşkil edilməsi “X1 Mərkəzi” MMC-yə təklif olunmuşdur.

7. «X1 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan əmlak 170.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, xx.xx.2021-ci il tarixdə keçirilən hərrac baş tutmamışdır.

8. İpoteka predmeti olan əmlak 144.500 manat satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin iştirakçı olmadığına görə hərrac baş tutmamışdır.

9. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi «X1 Mərkəzi” MMC-yə 18433/112601/20215-34 saylı xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq hərracın dayandırılıb sifarişin geri qaytarılmasını xahiş etmişdir.

10. Keçirilən təkrar hərrac baş tutmadığına görə, hərrac təşkilatı tərəfindən xx.xx.2021ci il tarixdə ipoteka predmeti 108375 manata ipoteka saxlayana təklif edilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT MMC əmlakı xx.xx.2021-ci il tarixdə 108375 manata əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “X1 Mərkəzi” MMC-yə (bundan sonra – cavabdeh) və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən Bakı şə həri, Rəşid Behbudov küçəsi, 54 nömrəli evin 63 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş “Hərracın nəticələri haqqında” Protokolla, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 171,1 kv.m. ümumi, 100 kv.m. yaşayış, 71,1 kv.m. yardımçı sahəsi olan 4 otaqlı 63 nömrəli mənzili, tələbkar "xxxx" Bank olmayan kredit təşkilat MMC-yə təklif edilərək, sonuncuya verilmişdir. 63 saylı mənzil onun adına dövlət reyestrində 554 nömrəli reyestr kitabının 51021 nömrəli vərəqində qeyd edilməklə, onun xüsusi mülkiyyətində olan və ailəsinin birgə istifadəsində olar yaşayış sahəsidir. Mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracın keçirilməsi, nəticə etibarı ilə əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla, eləcədə sifarişə nisbətdə kobud pozuntuya yol verilməklə keçirilmiş hesab edilməli və ləğv olunmalıdır. Belə ki, iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə "xxxx" Şirkəti arasında kredit üzrə mövcud borcun tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təsdiqlənmiş tərəflər arasında razılıq sazişinə əsasən 54.994,13 ABŞ dollar xx.xx.2020-ci il tarixdən başlayaraq, son icra tarixi xx.xx.2022-ci il olmaqla hissə-hissə ödənilməsini cavabdeh tərəf təmin etməlidir. Əks təqdirdə tələb Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilib, həmin mənzil hərracdan satış a çıxarılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-86/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının icrası ilə bağlı icra sənədinin icrası tapşırılmış Nəsimi rayon İcra şöbəsi tərəfindən mənzil hərraca çıxarılması barədə cavabdehə sifariş verilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə, cavabdeh 1975/112601/2021-5-34 saylı sifariş məktubu ünvanlamışdır. Buna səbəb pulu ödəyəcəyini üzərinə götürmüş iddiaçı tərəfindən ödənişin qrafik üzrə gecikdirilməsi olmuşdur. Lakin bütün olub keçənlərdən, obyektiv səbəblərdən onun xəbəri olmamış və olması da mümkün deyildi. Çünki həmin müddətlərdə o, ağır xəstələnmiş, bir müddət Bakı şəhərində müalicə və əməliyyat olunmuş, daha sonra isə vəziyyəti ağırlaşdığından, müalicənin xaricdə davam etməsi məcburiyyəti yarandığından o, xx.xx.2021-ci i l tarixdən ölkədən getmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Hərracla bağlı olub keçənləri digər borclu həyat yoldaşı X6 ilk dəfə xx.xx.2021-c tarixdə bilmiş, həmin tarixdə qrafik üzrə yaranmış 23.512 manat borcu tam şəkildə ödəmiş, bu barədə 3-cü şəxs Nəsimi rayon icra şöbəsinə məlumat vermiş və bank ödəniş qəbzi təqdim etmişdir. Ondan sonra da ödənişlər qrafik üzrə davam etmiş və hazırda da davam etdirilir. Borclu ilə bağlı faktiki durumu və qrafik üzrə ödənişin edildiyini nəzərə alan icra şöbəsi, xx.xx.2021-ci il tarixdə bu barədə “X1 Mərkəzi” MMC-yə bildirmiş və hərracın dayandırılıb, sifarişin geri qaytarıİmasına dair rəsmi məktub vermişdir. Bundan sonra da hər ay ödənişlər davam etdirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh mənzilin dəyərini 25% azaldaraq 82.875 manat məb ləğdə xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təkliflə Banka təklif etmişdir. Göründüyü kimi qrafik üzrə həm tələbkara pul ödənilməsi təmin edilmiş və həm də mənzilin hərracı davam etmişdir. Cavabdeh adı keçən mənzillə bağlı hərracı bu şəkildə “tələbkara təklif verməklə” və bank tərəfindən qəbul edilməklə nəticələndirımişdir. Mənzilə dair hərrac keçirilərkən borcluya məlumat verilməmişdir. Bildiriş göndərililib-göndərilmədiyi isə bilinmir, bu heç bir önəm daşımır. Çünki göndərsəydi də belə, borclu xaricdə olduğundan alması mümkün deyildir. Bütün bunlara baxmayaraq, hərracın keçirilməsi barədə borclu lazımı qaydada məlumatlandırılması vəzifəsi hərracın və icra məmurun üzərində qalır. Lakin hərrac barəsində ona məlumat verilmədiyindən, mənzilə dair qanunla verilmi ş hüquqdan məhrum olunmuşdur. Halbuki, hərracın ilkin nəticəsinə görə də həmin mənzil ilkin olaraq borcluya təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda borclunun iştirakının təmini üçün lazımi tədbirlərin görülməməsi qanunla borcluya verilmiş hüquqların istifadəsindən məhrum edilməsinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın dəyərdəyməzə özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa hərracın sifarişçisi Nəsimi rayon icra şöbəsidir. İcra şöbəsi xx.xx.2021-ci il tarixdə hərrac mərkəzinə imtina məktubu yazaraq, hərracın dayandırılması və geri qaytarılmasını tələb etmişdir. Belə olan halda cavabdeh dərhal hərracı yandırıb, sifarişi geri qaytarmalı idi. Lakin cavabdeh sifarişçinin təklifinə zidd hərracı dav am etdirmişdir ki, bu da cavabdehin hərracla bağlı maraqlı olduğunu göstərir. Ölkə ərazisinə qayıdandan sonra bu barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hərracın nəticəsinə dair məlumat verməmiş və sənədlər təqdim edilməmişdir. Sadəcə olaraq hərracın nəticələrinin ləğv edilməsi cavabdehin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi deyilmişdir. Ona görə də mübahisəni məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır.

13. Müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" BOKT iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir, yəni hərrac təşkilatçısı qanunun tələbinə görə müvafiq bildirişi sifarişli poçt göndərişi (məktub) ilə göndərməlidir, lakin həmin bildirişin ünvan sahibinə (onun ailə üzvünə) faktiki olaraq verilməsini təmin etmək və ya ipoteka qoyanın faktiki yaşadığı ünvanı müəyyən etmək vəzifəsi yoxdur. "İpoteka haqqında" və “İcra haqqında” AR Qanunlarında nə birbaşa, nə də dolayısı ilə belə vəzifə hərrac təşkilatçısı üzərinə qoyulmamışdır. Hərrac təşkilatçısı öz. vəzifəsini (bildirişi göndərmək) yerinə yetirmiş və bildirişi ipoteka qoyana onun rəsmi qeydiyyatda olduğu və icra sənədində qeyd edilən ünvana göndərmişdir. Di gər tərəfdən, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsində qeyd edilən "ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” vəzifəsinin iddiaçının izah etdiyi kimi başa düşsək, onda ipoteka predmetlərinə tutma yönəldilməsi faktiki olaraq mümkünsüz olar, belə ki, istinad edilən norma məhz belə tətbiq edilsə, ipotekaqoyan fiziki şəxslər ailə üzvləri ilə birlikdə qanuni əsaslarla ölkəni tərk edərək və ya sadəcə iddiaçı kimi yaşayış yerini dəyişərək icra sənədinin icrasından yayınar və bununla da tələbkarların əmlak maraqlarına mühüm ziyan vurmuş olarlar. Hərracın dayandırılması və geri qaytarılması barədə Nəsimi İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna gəlincə bildirmək istəyir ki, hərracın keçirilməsi barədə sifariş məktubu mütləq icrası AR qanunları ilə t əmin edilən icra sənədinin tam icra edilməsini, bu halda hərrac keçirilməsini təmin etmək məqsədilə göndərilmişdir. Hərracın dayandırılması barədə məktubun göndərilməsi hansı zərurətdən yaranıb? Əgər borc tam ödənilmişdirsə, o halda icraata xitam verilməsi və ya heç olmasa icranın dayandırılması barədə qərar qəbul edilə bilərdi. Sadə bir məktub hərracın dayandırılması (icra sənədinin həmin hissədə icrasının) üçün əsas ola bilməz, belə ki. həmin tarixə icra sənədi üzrə icraat dayandırılmamış və ya borc ödənilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyul 2022-ci il tarixli, e-2(004)-2632/2022 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddi a tələbi təmin edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzilinin satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli, YP 166 saylı satış protokolunun etibarsız hesab edilməsi, cavabdehdən 100 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmiş, keçirilmiş və nəticələrinə dair satış protokolu tərtib edilmişdir. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyan olan iddiaçıya çatdırılmamış, icra işinin materiallarında hərracın keçirilməsinə dair bilidirişlərin cavabdehin ünvanına da göndərilməsinə dair məlumatlar olsa da, bildiriş lərin poçta verilməsi və iddiaçı tərəfindən qəbul edilməsinə dair heç bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Məhkəmənin mövqeyinə görə qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquql arından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Digər tərəfdən, borclu tərəfindən gecikmiş öhdəliyin tamamilə icra edilməsi və hərracın dayandırılması barədə icra qurumunun göstərişi nəzərə alınmamışdır.

16. Bundan başqa işin mövcud halları ilə müəyyən edilir ki, hətta hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli satış protokolu tərtib edildikdən sonra da, ödəniş qrafiki üzrə ödənilməli olan məbləğlər dekabr, 2022-ci ilin yanvar, fevral, və s.. (ödənişlər 2022-ci ilin may ayınadək davam edir) aylar üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh tərəfindən isə ipoteka predmeti qəbul edilməsinə baxmayaraq istər xx.xx.2021-ci il tarixə öhdəliyin gecikdirilmiş hissəsinə görə 23512 manat, istərsə də, daha sonra da, iddiaçı tərəfindən ödənilmiş məbləğlər qəbul edilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixli satış protokoluna əsasən ipoteka pedmetinin tərəflərindən qəbul edilməsi barədə heç bir məlumat verilməmiş, iddiaçı isə icra məmurunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən, hərracın dayandırılıb sifarişin geri qaytarılmasını zənn edərək daha sonra da, ödənişlərini həyata keçirmişdir.

17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 3.2, 61.1, 61.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1, 337.2, 415.2, 416.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cava dov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat 18. "xxxx" Bank Olmayan Kredit Təşkilat MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamami lə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərin məlumatlandırılmasını təsdiq və ya inkar edən sübutlar (bildirişlərin verilməsini təsdiq edən poçt qəbzləri) cavabdeh məhkəmə barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəməyə təqdim edilməmiş və məhkəmədə tədqiq edilməmişdir. “İcra haqqında” AR Qanunun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir”, yəni icra məmurunun qanuni tələbinin icrası məcburidir. 2(105)86/2020 saylı iş üzrə AR Sumqayıt Apel lyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli İcra vərəqəsi üzrə əmlak balansa qəbul edildikdə Nəsimi İcra Şöbəsinin depozit hesabına son satış qiyməti ilə borc məbləği arasında olan fərq ödənilmişdir. Cavabdeh hərrac şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır, belə ki, ona göndərilən məktub ünvana və SMS məlumatlandırma GSM nömrəsinə çatdırılmamışdır. Bu səbəbdən çəkişmə prinsipinə əməl edilməmişdir, belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumatın lazımi qaydada göndərilməsini və ya əksini sübut edə biləcək poçt qəbzləri hərrac keçirən təşkilatdadır, o isə məhkəmədə iştirak etməmişdir. İddianın təmin edilməsi işin faktiki hallarına - yəni, hərracın keçirilməsi vaxtı və yeri barədə ipoteka qoyana göndərilən bildirişin çat dırılıb-çatdırılmaması hərrac təşkilatının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmədə iştirak etməməsinə görə araşdırılmadığından iddianın tam təmin edilməsi işin qeyd edilən hallarına uyğun gəlmir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6307/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X4 və X7) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Şöbəsi, DƏDRX-nin Bakı Ərazi İdarəsi və "xxxx" BOKT-a qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddianın rədd edilməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri borclu şəxslər tərəfindən uzun müddət ərzində icra edilmədiyindən, tələbkar MMC-nin həmin barışıq sazişi üzrə verilmiş icra sənədinin məcburi icrasını tələb etmək hüququ yaranmış və MMC bununla bağlı icra qurumuna müraciət etmişdir. Bu səbəbdən icra qurumu tərəfindən ipoteka predmeti olan mənzilin hərracdan satılması ilə bağlı hərrac təşkilatına sifarişin verilməsi qanuni olmuşdur. Cavabdeh təşkilat məhkəmə iclaslarında iştirak etməmiş və hərracın keçirilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Lakin həm icra qurumu, həm də üçüncü şəxs olan "xxxx" BOKT MMC tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər bütün maraqlı tərəflərə, o cümlədən borclular İddiaçı və X2 göndərilmişdir. Həmçinin “İpoteka Haqqında” qanunun ipoteka predmetinin açıq hərracdan satılması qaydalarını müəyyən edən 42.1-ci maddəsində hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirilməsi ilə yanaşı, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi müəyyən edilsə də, bu bildirişin ünvan sahibi tərəfindən alınmamasının və onun hərracda iştirak etməməsinin hərracın keçirilməsinin qarşısını alması kimi bir qayda müəyyən edilməmişdir. İddiaçının uzun müddət ölkə hüdudlarından kənarda olması və bu səbəbdən onun ipoteka predmetinin hərracda sa tılmasından xəbərsiz olması faktı özlüyündə icra tədbirləri çərçivəsində hərracın keçirilməsini hər hansı şəkildə əngəlləyən bir hal kimi nəzərə alına bilməz. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilmiş hərracın nəticələri ipoteka qoyan olan iddiaçının hərracın keçirilməsi ilə bağlı bildirişləri almaması və hərracda iştirak etməməsi əsası ilə etibarsız hesab edilə bilməz.

22. Bundan başqa, iddiaçı hərrac təşkilatının hərracın dayandırılaraq sənədlərin geri qaytarılması barədə məktubunu nəzərə almadan hərracı keçirməsinin qanunsuz olmasına istinad etmişdir. Qeyd edildiyi kimi, iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 54 nömrəli evin 63 nömrəli mənzili icra məmurunun xx.xx.2021-ci il tarixli sifariş məktu bu əsasında hərraca çıxarılmış, ilkin və təkrar hərraclar müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş, əmlak ipoteka saxlayana 19 noyabr 2021-ci ildə təklif edilmiş və xx.xx.2021-ci il tarixdə onun tərəfindən əldə edilmişdir. Bundan əlavə, "xxxx" BOKT MMC xx.xx.2021-ci ildə həmin mənzilin hərracda satılması üçün hərrac təşkilatına 5419 manat xidmət haqqını ödəmişdir. İcra qurumu tərəfindən hərrac təşkilatına ünvanlanmış hərracın dayandırılması barədə məktub isə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir.

23. Göründüyü kimi, həmin məktub ipoteka predmeti olan mənzilin ilkin və təkrar hərracla bağlı hərəkətlər başa çatdıqdan və əmlak ipoteka saxlayana təklif edildikdən və bu təklif onun tərəfindən qəbul edilərək hərracın keçirilməsi ilə bağlı xərclər onun tərəfi ndən ödəndikdən sonra tərtib edilmişdir. Qeyd edilən məktubun hərrac təşkilatına göndərilib-göndərilməməsi, göndərildiyi təqdirdə isə hərrac təşkilatının məktubu hansı tarixdə alması kimi hallar iş materialları ilə ümumiyyətlə müəyyən edilmir. Qeyd edilən məktubun hərrac təşkilatına çatdırılması təsdiq olunduğu halda da, bu, hərracın satışının dayandırılmasına əsas verə bilməzdi. Belə ki, qeyd edildiyi kimi həmin məktub artıq ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsindən və sonuncunun həmin əmlakı almaqla bağlı razılıq verərək, hərracın keçirilməsi ilə bağlı xərcləri ödəməsindən sonra tərtib edilmişdir. Nəticə olaraq, icra məmurunun hərracın dayandırılması və sifarişin geri qaytarılması barədə hərrac təşkilatına məktubu hərracın dayandırılmasına əsas verə bilməzdi. Buna görə də, iddia tələbi əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan və maddi hüquq normalarını düzgün tətbiq etmədən iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.1, 415.2, 416.1, ”İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 62.1, 62.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 44, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1, 77.1, 385.1.1, 385.1.2-ci maddələrinə, «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi borcun ödənilmədiyindən əmlakın hərraca çıxarılmasının düzgün həyata keçirildiyi qənaəti ilə qətnaməni əsaslandırmış və bunun hüquqi əsası kimi “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə istinad etmiş və sonrakı dəlilləri də bunun üzərində əsaslandırmışdır. Hazırkı iş üzrə tərəflər arasında hərracla bağlı mübahisə cava bdeh tərəfindən protokolun qəbul etdiyi xx.xx.2021-ci il tarixdə baş vermişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisə baş verdiyi zaman qüvvəsində olmamış, ləğv edilmiş maddi hüquqi norması ilə əsaslandırmaqla qətnamənin ləğvi üçün əsas olan pozuntuya yol vermişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnaməsində borcun ödənilmədiyi baxımından əmlakın hərraca sifariş edilməsi ilə bağlı müəyyən etdiyi halların hüquqi əsası kimi “İpoteka haqqında” AR Qanunun 41.2-ci maddəsinə istinad etmişdir. Qeyd olunan maddənin əsas tələbi ondan ibarətdir ki, “İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir”. Halbuki, icra məmuru əmlakın hərracdan satılmasına sifariş verəndə, ipoteka saxlayanınla, ipoteka qoyanın qarşılıqlı razılığı üçün onlara müraciət etməmiş, ipoteka saxlayanının və ya ipoteka qoyanın belə bir razılığı olmamışdır. İş materiallarında da buna dair hər hansı dəlil mövcud deyildir. Mübahisələndirilən portokolu tərtib etmiş cavabdeh daimi fəaliyyət göstərməyən olmaqla, mübahisə zamanı fəaliyyətini dayandırdığı səbəbi ilə məhkəmələrə nümayəndəsinin göndərməsini təmin etməmişdir. Hərracın keçirildiyi göstərildiyi ünvanda isə yaşayış mənzili olduğu müəyyən edilmişdir. Onun 5 illik daimi fəaliyyəti göstərdiyi ilə bağlı hal iş üzrə müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi hərracın keçirilməsini qanunlara uyğun keçirildiyi qənaəti ilə bunun hüquqi əsası kimi Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə istinad etmişdir. Adı çəkilən 415.2-ci maddə təsbit olunmuş normanın əsas tələbi ondan ibarətdir ki, “təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir» Apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən edilmiş hallara görə icra məmuru tərəfindən sifariş məktubu cavabdeh hərrac mərkəzinə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Şifariş məktubu xx.xx.2021-ci il tarixdə hərrac mərkəzinə daxil olmuşdur. Hərrac xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Yəni normanın tələbinə görə hərrac 30 gün tamam olmamış, daha az müddətdə keçirilmişdir. Təkrar hərrac isə 15 gün ərzində keçirilmişdir. Göründüyü kimi iş üzrə məhkəmələr tərəfindən “ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə ipoteka saxlayan və ipo teka qoyanın razılıqları, hərracın təşkilatçısının 5 illik daimi fəaliyyəti və hərracın keçirilməsi üçün müəyyən edilmiş müddətlərlə” bağlı müəyyən edilmiş hallardan aşkar şəkildə bəlli olur ki, bununla bağlı qaydaları müəyyən edən “İpoteka haqqında” AR Qanunun 41.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilmişdir. Apellyasiya kollegiyası qətnamədə həmin maddi normalara istinad etmiş, lakin iş üzrə müəyyən edilən hallara görə düzgün şərh etməmiş, bu da həmin normaların ziddinə olan qənaətlə qətnamə çıxarılması ilə nəticələnmişdir. Bundan başqa apellyasiya məhkəməsi qətnaməsinin əsası kimi “İpoteka haqqında” Qanunun 44-cü və Mülki Məcəllənin 416.1-ci maddələrinə istinad etsə də, həmin maddələrin tələbləri baxımınd an deyil, maddi hüquq normalarının ziddinə olan qənaətlə çıxış etmişdir. Belə ki, şikayətin yuxarı bəndlərində qeyd olunan, məhkəmələr tərəfindən müəyyən edilmiş dəlillərdən aşkar şəkildə görünür ki, ipoteka əmlakının sifarişinin verildiyi zaman tərəflərin hərracla bağlı razılığından başlamış, hərracın keçirilməsi müddətlərinə riayət edilməməsi, daha sonra da borc ödənildiyinə görə icra məmurunun hərracdan sifarişi geri çəkməsindən sonra hərracın davam etməsi” kimi əmlakın hərracdan satılmasını tənzimləyən “İpoteka haqqında” Qanunda və Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulması ilə həyata keçirilmişdir. Bu baxımdan mübahisələndirilən hərracın nəticələri qeyd olunan normaların tələbinə görə etibarsız hesab olunmalıdır. Çünki, “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin qeyd olunan 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeydolunan ləğv edilmiş qanun normasının tətbiq edilməsi, müəyyən edilmiş və tərəflərin mübahisə etmədiyi aşkar hallarla bağlı maddi hüquq normaların düzgün şərh edilməməsi kimi apellyasiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular qətnamənin kassasiya qaydasında tam şəkildə ləğvi üçün AR MPM-nin 418.1-ci və 418.2-ci maddənin tələblərinə görə əsaslı dəlillərdir. Bundan başqa icra məmuru ipoteka əmlakının hərracda satılmasın a sifarişinin verildiyi zaman tərəflərin hərracla bağlı razılıqlarını nəzərə almamış, bu barədə bildiriş verməmiş, cavabdeh tərəfindən hərracın keçirilməsi zamanı qanunla müəyyən edilmiş 30 günlük bildiriş tələb müddətlərinə riayət edilməmişdir. Hərracın təşkilatçısı olan cavabdehin daimi fəaliyyət göstərməsi və 5 illik daimi hərrac fəaliyyətinin olması iş üzrə müəyyən edilməmişdir. Əksinə mübahisələr zamanı onun fəaliyyət göstərmədiyi, hərracın keçirildiyi ilə bağlı bildirişdə qeyd olunan ünvanı isə yaşayış mənzilidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27. "xxxx" MMC kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması qeyd edilsə də, bu pozuntunun konkret hansı əməldən yaranması göstərilmir. Hərra c keçirilməsi qaydaları qanunvericiliklə tam müəyyəndləşdirilmişdir, yəni, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etdiyi andan hərrac keçirilməsi üçün sifariş məktubunun göndərildiyi və hərracın keçirilməsi və nəticələrinə dair Protokolun imzalanmasına qədər tənzimlənmişdir. Kassator hərrac keçirilməsi qaydalarının pozulmasının məhz nədən ibarət olmasına dair heç bir sübut təqdim etməmişdir. İcra məmurunun hərrac keçirəcək şəxsin müəyyən edilməsi barədə tərəflərə ünvanlanan təklifi icra işinin materiallarında mövcuddur və tərəflər bu barədə razılığa gəlmədikləri üçün icra məmuru özünün müəyyən etdiyi hərrac təşkilatına sifariş vermişdir. Cavabdeh hərrac təşkilatı “İpoteka haqqında” AR qanunun 42.1-ci maddəsinə uyğun olaraq “Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı g ündən 5 i. Günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Hərracın dayandırılması və sifarişin geri qaytarılması barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna gəlincə isə apellyasiya məhkəməsinin mövqeyi ilə tam razıdır. Əgər borc tam ödənilməmişdirsə, o halda icraata xitam verilməsi və ya heç olmasa icranın dayandırılması barədə qərar qəbul edə bilərdi. Buna görə də, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzər də tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

29. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə. 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birin ci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

31. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

32. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

33. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının irəli sürdüyü dəlillərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6307/2022 nömrəli mülki iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar