Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1434/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, müqavilənin etibarsızlığı, uydurma əqd, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) “torpaq sahəsindən çıxarılma” tələbinə dair və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2(103)-193/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ASCilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsimə əsasən borcalana 750000 manat məbləğində kredit verilmişdir.
2. İpoteka saxlayan İddiaçı ASC, i poteka qoyan Cavabdeh1 və borcalan "xxxx" MMC arasında notariat qaydada bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edib. İpoteka predmeti bank tərəfindən Bakı şəhəri xx.xx.2020-ci il tarixində tərtib edilmiş daşınmaz (daşınar) əmlakın qiymətləndirmə aktına (hesabatın) əsasən 240000 manat dəyərində qiymətləndirilib. İpoteka qoyan və ipoteka saxlayan, ipoteka predmetinin 240000 manat dəyərində olan qiymətinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul ediblər.
3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu borcverən qarşısında borcalanın xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürmüşdür.
4. Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi müqaviləsi bağlanmış və notariat qaydada təsdiqlənmişdir. Müqavilənin şərtlərində deyilir ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən bank borcluya 750000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit vermiş və həmin kredit müqaviləsinin təminatı kimi satıcıya məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu müqavilənin bağlanması tarixinə həmin kredit üzrə borclunun bank qarşısında 668012,69 manat məbləğində əsas borcu, 16630,51 manat məbləğində faiz borcu və 664,74 manat cərimə borcu mövcuddur. Borclu bank qarşısında olan öhdəliyini icra edə bilmədiyindən, öhdəliyin icrası əvəzinə satıcı tam mülkiyyət hüququ üzrə ona məxsus olan əmlakı tərəflərin qarşılıqlı razılığı əsasında 220000 manat dəyərində qiymətləndirilərək bankın mülkiyyətinə verir.
5. Qeyd olunan müqaviləyə əsasən, ünvan 2 ünvanda yerləşəm əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-151/2023 saylı qətnaməsi ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 qarşı kerdit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin, cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 müştərək qaydada 421937,93 manat əsas borcu, 528,53 manat faiz borcu olmalqa, cəmi 422466,46 manatın cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4, X2, Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə icraat:
7. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti b arəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılması və əmlakların boşaldılaraq ona təhvil verilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun onun xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi”nə dair xx.xx.2022-ci i l tarixli müqavilələrə əsasən ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi onun mülkiyyət İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İkinci iş üzrə icraat:
9. İddiaçı Cavabdeh1 İddiaçı ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyya t nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktik hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, bankla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə verilən məbləği iş üzrə zamin hesab olunan X4 tərəfindən mənimsənilmişdir. Ümumilikdə həmin şəxs tərəfindən müxtəlif üsullarla digər banklardan da külli miqdarda vəsaitlər kredit formasında ələ keçirilmiş, həmin müqavilələrə cəlb edilmiş şəxslər aldadılmışdır. X8 əvvəllər dostluq münasibəti olmuş, kredit götürmək istədiyini və ona mülkiyyətində olan bağ evini ipotekaya qoymağı təklif etmiş, kreditin 1 il ərzində ödəniləcəyini vəd etmişdir. Bundan sonra şəxsi münasibətləri nəzərə alaraq o, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 342 saylı bağ evini ipoteka qoymuşdur. Ancaq zamin olduğundan xəbəri olmamışdır. Ümumiyyətlə həmin kredit üzrə bir neçə ipoteka müqavilələri bağlanmış, digər borclulara məxsus əmlaklar bank tərəfindən məhkəmədən kənar əldə edilərək satılmışdır. Ona isə bank bildirmişdir ki, “pul ödənilmir, faiz hesablanması davam edir, buna görə müqavilə əsasında həmin bağ evini bizə formal olaraq ver, faizi dayandıraq və sonda ev sənə qaytarılacaq”. Eyni zamandan bank tərəfindən ona bildirilib ki, “heç bir halda əmlak satılmayacaq və evi banka təhvil verərsə Cavabdeh1 məhkəməyə verilməyəcək”. Digər ipoteka əmlaklar bank tərəfindən satılsa da, ona məxsus bağ evi satılmamışdır. Bundan sonra bank borcluya və zaminlərə qarşı Bakı Kommersiya Məhkəməsin də iddia qaldırmışdır. Məhkəmə prosesi vaxtı ona heç bir bildiriş gəlməmiş, yalnız qətnamə göndərilmişdir. Qətnamə ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, zamin kimi məhkəməyə verilmişdir. Bu səbəbdən həmin qətnamədən apellyasiya şikayəti vermişdir və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə nəticəyə gəlmək olur ki, Kamal Cəfərov tərəfindən aldadılmış şəxs yenidən bank tərəfindən aldadılmışdır. Belə ki, zamin kimi o, məhkəməyə verildikdən sonra, digər bir iddia ilə Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmış və onun atası Bağırlı Zahidlə birlikdə istifadə hüququna xitam verilməsi, onların evdən çıxarılması tələbi ilə çıxış edilmişdir. Bu faktiki hallar bir daha onun aldadıldığını sübut edir. Aldadılmanı təsdiq edən digər hal ondan ibarətdir ki, zaminlik və ipo teka müqavilələri ona verilməyib. Qanunvericiliyə əsasən tərəflər arasında hər hansı müqavilə bağlanarsa, mütləq şəkildə onun təsdiq edilmiş nüsxəsi tərəfə verilməlidir. Əgər tərəfi aldatmaq niyyəti olmasa idi, bank ipoteka əsasında borc tələbi üzrə məhkəməyə müraciət edə və tələbi həmin əmlaka yönəldə bilərdi. Burada məqsəd əmlakı qanunsuz yolla öz bazar dəyərindən xeyli aşağı məbləğdə əldə etmək olmuşdur. Məlumdur ki, ipoteka ilə bağlı tələbə baxarkən məhkəmə həmin əmlaka bazar qiyməti müəyyən edəcək və həmin əsasla tələbi ipotekaya yönəldəcəkdi. Sözügedən əmlakın bazar dəyəri 550000-600000 manat dəyərindədir. Bank isə onunla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə bağlamış, həmin əmlaka ilkin satı ş qiymətini 220000 manat qoymuşdur. Bank əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını cəlb etməklə qiymətləndirilməni həyata keçirmiş və xx.xx.2018-ci il tarixə əmlakın bazar qiyməti 370000 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmə haqqında ona arayış verilmişdir. Qeyd edir ki, arayış tərtib edilərkən ona tarix qoyulmamış, orada xx.xx.2018-ci il tarixə olan ərizəyə istinad edilmişdir. Onun bildirdiyinə görə onun tərəfindən Reyestr Xidmətinə heç bir ərizə verilməyib, bütün işləri bank özü həll edib. 2018-ci ildə subyektiv olaraq qiymət qoyulmuş 370000 manatlıq əmlak necə ola bilər ki, xx.xx.2022-ci il tarixdə 220000 manat olmuşdur? Digər tərəfdən, kredit müqaviləsi bağlanarkən bank tərəfindən sığorta şirkətinə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə sığorta mü qaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən əmlakın sığorta dəyəri 400000 manat təşkil edir. İpoteka müqaviləsi isə onda olmadığı üçün həmin müqaviləyə əsasən əmlaka nə qədər qiymət qoyulduğunu müəyyən etmək olmur. O zaman digər bir sual meydana çıxır: necə olur ki, 2018-ci ildə 370000 manat qiymətləndirilmiş əmlakın 2021-ci ildə sığorta dəyəri 400000 manat müəyyən edilir, 2022-ci ildə əmlakın qiyməti 220000 manat olur? Qeyd edildiyi kimi hal-hazırda əmlakın real bazar qiyməti 550000600000 manat civarındadır. Burada məqsəd əmlakı ucuz qiymətə ələ keçirmək, ipotekaya məhkəmə qərarı əsasında tələbin yönəldilməsinin qarşısını almaq, onu satmaqla ümumi kredit borcundan 220000 manat çıxmaq, yerdə qalan vəsaitlə isə yararlanmaq olmuşdur. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 s aylı notariat ofisində “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə bağlanarkən müqaviləni bankın nümayəndəsi, o və guya "xxxx" MMC-nin direktoru kimi təqdim edilən X5 imzalamışlar. Əliyev Səxavətlə "xxxx" MMC-nin heç bir əlaqəsi yoxdur. Həmin şəxs də aldadılaraq bu məsələlərə cəlb edilmişdir. X5 hazırda həmin şirkətə və X3 qarşı şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sadalanan hallar onun aldadıldığını təsdiq edir. Belə olan halda onunla bağlanan müqavilə də etibarsız sayılır. Birləşdirilmiş işlər üzrə icraat:
11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)244/2024 saylı qərardadı ilə, iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə üzrə 2 (009)-244/2024 nömrəli mülki işlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarma, evin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-749/2024 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlarla birgə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 məhkəmə verdiyi izahatında bildirmişdir ki, onun heç nədən xəbəri yoxdur. Belə ki, cəmiyyətin müdiri kimi o qeyd olunsa da, həmin cəmiyyəti başqa şəxs idarə edirdi. Hazırda həmin şəxs hamını aldadaraq, ölkə hüdudlarını tərk etmişdir.
13. Binəqədi Rayon Məhkəməsinin (b undan sonra - birinci instansiya məhkəməsi) 2(001)-749/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılması və əmlakların boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmiş, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mü qavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
14. Məhkəmə birinci iddia ilə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən əmlak xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsi ilə İddiaçı ASC-nin mülkiyyətinə verildiyinə görə əmlaka dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq İddiaçı ASC-yə məxsus əmlakı zəbt etməklə İddiaçı ASC özünə məxsus daşınmaz əmlakdan istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməli, cava bdehlər həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılmalı və əmlakların boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir.
15. Məhkəmə ikinci iş üzrə mövqeyini elə əsaslandırmışdır ki, bankla cavabdehlər arasında könüllü müqavilə bağlanmış və müqavilə bağlanarkən cavabdehlər müqavilənin predmeti ilə məlumatlandırılmışdır. Müqavilə könüllü surətdə tərəflər arasında imzalanmış, ipotekaya qoyulmuş əmlak, həmin əmlakın mülkiyyətçisinin razılığı ilə qiymətləndirilmişdir. İddiada göstərilən kredit məbləği zamin hesab olunan X4 tərəfindən Cavabdeh1lə (cavabdeh) əvvəllər dostluq münasibətdə olması və həmin kredit məbləğinin 1 il ərzində ödənilməsi ilə bağlı və sonradan həmin məbləğin mənimsələnməsi barədə məhkəmə qeyd edir ki, iş materialları araşdırılarkən müəy yən edilmişdir ki, X9 Həbibin etibarından sui istifadə edib onu aldatmışdır. Belə olan halda Bağırlı X7rşı hüquqmühafizə orqanlarına müraciət etmək hüququ var. Lakin bu hala istinad edərək müqavilənin etibarsızlığına gətirib çıxartmır. Eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 164.1, 164.2, 178.1, 337.1, 337.2, 337.4, 340.1 və 340.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti Cavabdeh1 iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onların bankla razılığına əsasən, “pul ödənilmir, faiz hesablaması davam edir, buna görə müqavilə əsasında həmin bağ evini onlara verir, formal olaraq faizi dayandırırlar və sonda ev ona qaytarılacaq” fikri bildirilmiş, eyni zamanda bank tərəfindən ona bildirilmişdir ki, “heç bir halda əmlak satılmayacaq və evi banka verərsə o, məhkəməyə verilməyəcək”, lakin bütün bunlar məhkəməyə bildirilsə də nəzərə alınmamış, rayon məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən olunmamış, ipotekada olan əmlakın məhkəmədən kənar qaydada ələ keçirilməsinə, bağ evinin real dəyəri ilə müqavilədə göstərilən qiymət arasındakı kəskin uyğunsuzluğa, eləcə də həmin müqavilə bağlanarkən arvadının ölkədə olmaması, onun yazılı razılığını sonrada n özünün aparıb verməsi, bağ evində hazırda da ailəsi ilə özlərinin yaşaması kimi həmin əqdin uydurma və əhəmiyyətsizliyi səbəbindən etibarsız olmasını təsdiq edən mühüm hallara əhəmiyyət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əslində, məsələ belə olmuşdur ki, bankın idarə heyətinin sədri Tariyel ilə yaxşı münasibətləri olmuş, bu krediti də K.Cəfərova ona etibar edib vermişdir, lakin Kamal pulu alıb çıxıb getmiş, ödəmələrdə problemlər yaranmışdır. Bahkın sədri Tariyel də ona demişdir ki, onun sözünə etibar edib Kamala 750.000 kredit verib, indi də ödəmə yoxdur, bankın təsisçiləri onu sıxır, təsisçilərlə problemləri var. Ona görə də Tariyel ona təklif etmişdi r ki, həmin kredit müqaviləsi üzrə ödəmənin olduğunu göstərmək üçün ipoteka qoyduğu evini görünüş üçün banka versin, kreditin məbləğindən müəyyən məbləğdə ödəmə kimi görünsün, sonra evi yenə onun adına qaytararlar. Aralarında olan münasibətlərə güvənərək, bankın bu təklifi ilə razılaşmış, hətta həmin vaxt arvadı xaricdə olmuş, onun razılıq ərizəsini də iki ay sonra aparıb banka vermişdir. Məsələnin məhz belə olduğu, yəni həmin müqavilənin görünüş üçün bağlandığı həm də ondan aydın olur ki, ev banka təhvil verilməmişdir və onlar bu gün də həmin evdə yaşayırlar. Yeganə yaşayış yerləri həmin evdir. Bundan başqa, bağ evinin bazar dəyəri ən azından 600.000 manatdır, lakin müqavilədə bağ evinin qiyməti 220 min manat göstərilmişdir. Əldə olunmuş mütəxəssis və ekspert rəyləri ilə onun bağ evinin r eal dəyərinin 640.000-670.000 manat olduğu müəyyən edilmişdir. Belə olan halda aşkardır ki, həmin dəyərdə olan, həm də yeganə yaşayış yeri olan bağ evini 220.000 manat müqabilində banka verməsi mümkün olan şey deyildir. Anlaşılandır ki, həmin müqavilə görünüş üçün bağlanmış uydurma əqd olmuşdur.
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh bankın nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir ki, müqavilə daşınmaz əmlaka dair qanunda müəyyən olunmuş qaydalara əsasən həyata keçirilib və tamdə qanuni olmuşdur. Cavabdeh1 arvadının sonradan razılıq verməsi də pozuntu deyil, əksinə bu, əqdin bəyənilməsidir ki, bu da qanuna uyğundur. Hazırda əmlak rəsmi olaraq bankın mülkiyyəti hesab olunur, müddət də ötürülmüşdür, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. 2
1. Bununla belə, bankın nümayəndəsi dəyəri mübahisələndirilən müqavilədə göstəriləndən bir neçə dəfə artıq olan əmlakın kredit borcunun tam məbləği müqabilində deyil, yalnız həmin kredit borcun 220.000 manatının müqabilində bankın mülkiyyətinə keçrilməsinin, eləcə də müqavilədən sonra bağ evinin banka təhvil verilməməsinin səbəbləri barədə inandırıcı və ağlabatan izah verə bilməmişdir.
22. Məhkəmə kollegiyası Cavabdeh1 vəsatəti əsasında evin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16xx/xx/3606-9/3843 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin hazırkı orta bazar dəyərinin 679.000 (altı yüz yetmiş doqquz min) manat olduğu müəyy ən edilmişdir.
23. Məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın icrasını "xxxx" MMC-yə həvalə etmiş və mövqeyini belə əsaslandırmışdır ki, 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları tərəfindən ipoteka predmeti olan əmlak 370.000 manat müəyyən edilmiş, 2022-ci ildə Cavabdeh1 ilə öhdəliyə xitam verilməsi barədə müqavilə imzalanan zaman əmlak 220.000 manat, xx.xx.2021-ci il tarixdə sığorta şirkəti tərəfindən əmlakın sığorta dəyəri 400.000 manat, sonuncu rəylə isə sözügedən əmlak 679.000 manat dəyərində qiymətləndirilmişdir. Bu səbəbdən, hazırkı mülki işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin edilməsi məqsədi ilə, tərəflərin iştirakı təmin edilməklə, 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi s ahədən ibarət bağ evinin ümumilikdə nəzərə alınmaqla real bazar dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməlidir. 24. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatında ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış real bazar dəyərinin 640.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
25. Həmçinin iddiaçı Cavabdeh1 tərəfindən elektron kabinet vasitəsi ilə daxil edilmiş “AB Consulting” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evinin xx.xx.2024-cü il tarixə hesablanmış bazar dəyərinin 670.000 manat, likvid dəyərinin isə 620.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-193/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 iddiası təmin edilərək İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddianın rədd olunması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə kredit öhdəliyinin bir hissəsinin əvəzi kimi banka verilən bağ evi hazırda da Cavabdeh1 və onun ailəsinin istifadəsindədir. Bununla yanaşı, eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus və məhz həmin kredit öhdəliyinin təminatı kimi ipoteka qoyulmuş bağ evinin real dəyəri (640.000 manat) mübahisələndirilən hazırkı müqavilədə göstərilən (220.000 manat) qiymətindən əhəmiyyətli dərəcədə, əsl ində, dəfələrlə artıqdır. Aparılan araşdırmalar zamanı qeyd olunan həmin hallarla (uyğunsuzluqlarla) bağlı bankın nümayəndəsi məhkəmədə ağlabatan izah verə bilməmişdir. Bütün bunlar isə həmin müqavilənin məhz görünüş üçün bağlanması qənaətinə gəlməyə əsas verir.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunun mənasına görə uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlanır. Evin hazırkı bazar dəyəri rəylərlə 640.000, 670.000 və 679.000 manat müəyyən edilmişdir. Belə olan halda, kredit öhdəliyin bir hissəsinin- 220.000 manatın əvəzi kimi bankla bağlanan xx.xx.2022-ci il tarixli müqavilədə bağ evinin qiymətinin 220.000 manat göstərilməsi də aşkar surətdə həmin əqdin həqiqi olmadığına dəlalət edir.
29. Bunda n başqa, istinad olunan rəylərlə həmin evin hazırkı bazar dəyərinin 640.000, 670.000 və 679.000 manat olduğu müəyyən edilmişdir. Lakin bu məsələnin mahiyyətini dəyişməyəcəkdir, çünki müqavilənin bağlanmasından keçən müddət ərzində daşınmaz əmlak bazarında olan qiymət fərqi 2022-ci ilə münasibətdə ən yaxşı halda 5-10 faiz ola bilərdi. Nəzərə alınsa ki, həmin bağ evi xüsusi mülkiyyətdə olan 0.09 ha. torpaq sahəsində yerləşir, onun rəsmi qeydiyyat sənədlərində əks olunan ümumi sahəsi 535.2 kv.m təşkil edir, eləcə də rəylərə əlavə edilmiş rəngli fotolardan görünür ki, bağ evi müasir və yeni tikilidir, onda, həmin bağ evinin müqavilənin bağlandığı tarixdə həmin borc öhdəlyinin hamısı (tam olaraq borcun əvəzi) üçün deyi, yalnız onun bir hissəsinin 220.000 manatın müqabilində banka verilməsi inan dırıcı olmamaqla, ağlabatan mühakiməyə də uyğun gəlmir.
30. Məhkəmə kollegiyası Cavabdeh1 “ipoteka predmeti olan əmlakın məhkəmə qərarı olmadan birbaşa bankın mülkiyyətinə keçməsi baxımından da həmin müqavilənin qanunsuz olduğu” barədə dəlili ilə balı bildirmişdir ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
31. Həmin norma imperativ xarakterlidir. Bununla belə, həmin normanı n tətbiqi zamanı ipoteka və ya gorov qoyulmuş əmlakın birbaşa ipoteka saxlayanın mülkiyyətinə keçməsi barədə müqavilənin bağlanması anı mütləq nəzərə alınmalıdır. Belə ki, həmin qadağanın lap qədim dövrlərdə yaranmasında güdülən məqsəd nəzərə alındıqda, eləcə də MM-319.1-ci maddəsinin məzmunu əqdlərin etibarsızlığına dair MM-in ümumi normaları ilə sistematik təhlil etdikdə belə qənaət hasil olur ki, bu qadağa yalnız ipoteka müqaviləsi bağlanan anda həmin müqavilənin şərti kimi nəzərdə tutulmuşsa, etibarsız olacaqdır, həm də imperativ olaraq. Yox əgər, öhdəlik icra edilməmişsə və ya tam icra edilməmişsə, sonradan tərəflıərm ipoteka qoyulmuş əmlakın birbaşa ipoteka saxlayanın mülkiyyətinə keçməsi barədə razılığa gələrək müvafiq müqavilə bağlamışlarsa, bu hal həmin qadağanın, yəni MM-in 319.1-ci madəsinin ikinci cümləsinin təsiri altına düşməyəcəkdir.
32. Bunun əsaslandırılması ondan ibarətdir ki, birinci halda, yəni müqavilə bağlanarkən həmin müqavilədə belə bir şərtin nəzərdə tutulmasına qoyulan qadağada güdülən məqsəd kredit- ipoteka münasibətlərinin “daha zəif” tərəfi sayılan ipoteka qoyanı baş verə biləcək əlverişsiz vəziyyətdən- iradəsi olmadan əmlakını itirməkdən qorumaqdır. Çünki ipoteka saxlayan müqavilənin həmin şərtinə güvənərək müxtəlif üsul və vasitələrlə öhdəliyin pozulması “görüntüsü” yarada və müvafiq olaraq da müqavilənin həmin şərtinə əsaslanmaqla birbaşa ipoteka (girov) qoyulmuş əmlaka yiyələnə bilər. Həm də nəzərə almaq lazımdır ki, əksər hallarda başlanğıcda kredit və ipoteka(girov) müqaviləsi bağlanarkən ipoteka qoyulan əmlakın qiymətini məhz krediti ve rən diktə edir və həmin qiymət əmlakın real dəyərindən əhəmiyyətli dərəcədə aşağı olur. Bu zaman borc alan və ya ipoteka qoyan pula ehtiyacının olması səbəbindən (borc verəndən asılı vəziyyət), eləcə də alınan borcun qaytarılacağı düşüncəsi ilə hərəkət etdiyindən, əmlakın müqavilədə göstərilən qiyməti ilə bağlı məsələni qabartmır, ona lazımı əhəmiyyət vermir. Bu, həm predmeti daşınar əşya olan girov hüququ, həm də predmeti daşınmaz əşya olan ipoteka hüququ üçün keçərlidir. MM-in 273-cü maddəsində də təsbit olunmuşdur ki, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Məhz bu baxımdan, müqavilə bağlanan zaman həmin müqavilədə belə bir şərtin qadağan olunması, olduğu halda isə onun imperati v şəkildə etibarsız olduğuna dair qanunun tələbi anlaşılan, əsaslı və ədalətli olmaqla yanaşı, həm də mülki dövriyyənin iştirakçıları arasında bərəbərliyi və mütənasibliyi qorumaq, “zəif tərəfin” əmlak hüquqlarını təmin etməyə yönəlmişdir.
33. Bununla belə, ikinci halda, yəni öhdəliyin icrası vaxtı çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka (girov) predmeti olan əşyanın mülkiyyətinin ipoteka saxlayan kreditora verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkündür, bu, “lex commissoria” qadağasının təsir dairəsinə də düşmür. Çünki bu zaman borcla bağlı öhdəliyin obyektiv olaraq pozulması faktı mövcud olur, başlıcası isə ipoteka (girov) qoyan öz seçiminə əsasən və sərbəst iradə ifadəsi olaraq icra edilməyən öhdəliyin əvəzinə ipoteka (girov) qoyulmuş əmlakının birbaşa k reditorun mülkiyyətinə verilməsinə dair kreditorla razılaşaraq müqavilə bağlayır. Bu hal isə birbaşa olaraq MM-in 390.1-ci maddəsində təsbit olunmuş prinsiplərə uyğundur.
34. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Demək ki, MM-in 319.1-ci maddəsinin ikinci cümləsi öhdəliyin icrası mərhələsində tərəflərin əldə etdikləri qarşılıqlı razılaşmaya əsasən bağlanılan müqaviləyə aid edilə bilməz. Çünki birinci haldan fərqli olaraq ikinci halda, öhdəliyin icra vaxtından sonra borclu belə müqavilə bağlayarkən özünün əşyaya olan mülkiyyət haqqından imtina etməsinin nəticələrindən xəbərdardır və bunu öz sərbəst iradəsinə əsasən həyata keçirir.
35. Məhkəmə Kollegiya belə qənaətə gəlib ki, öhdəliyin icra vaxtı çatdıqdan sonra ipoteka və ya girov predmetinin kreditorun mülkiyyətinə keçməsi barədə bağlanmış müqavilə “lex commissoria” prinsipində güdülən qadağanın əhatə dairəsinə düşmür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Göründüyü kimi, qanunvericilikdə da oxşar halda ipoteka predmetinin kreditorun mülkiyyətinə keçməsi ilə bağlı tərəflər arasında müqavilənin bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur.
36. Demək ki, əşyanın mülkiyyətçisi ipoteka (girovla) yüklü olan əşyanı öhdəlik yerinə yetirilənə qədər istənilən üçüncü şəxsə sata bildiyi kimi, onu kreditora da sata bilər. “Lex commissoria” qaydası mülkiyyətçinin sərəncam səlahiyyətini məhdudlaşdıran bir qadağa deyildir. Yuxarıda da qeyd olunduğu kimi, “lex commissoria” qadağasının məqsədi kreditorun əşyanın dəyəri kreditorun tələb hüququnun yerinə yetirilməsinə olan əmlak mənafeyinin dəyərindən artıq olduqda əldə edə biləcəyi haqsız mənfəətinin qarşısını almaq və “zəif tərəfi” qorumaqdır. Adi alğı-satqı müqaviləsinin “lex commissoria” müqaviləsində fərqi ondadır ki, burada borclu ilə kreditor arasında qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə satılan əşyayla öhdəliyin həcmi arasındakıola biləcək fərqin borcluya ödənməsi təmin olunur. Əgər əşyanın dəyərinin yerinə yetirilməli olan öhdəliy in həcmini aşan hissənin borcluya qaytarılması halı razılaşdırılıbsa, burada ipoteka (girov) qoyanı (borclunu) zərərə sala biləcək, onun itkiyə məruz qoyacaq əlverişsiz vəziyyət yaranmır.
37. Bununla belə, qeyd olunmalıdır ki, öhdəliyin icrası zamanı ipoteka (girov) qoyulmuş əmlakın birbaşa kreditorun mülkiyyətinə keçməsinə dair bağlanmış müqavilə qanunda (MM-in XİV Fəslində) nəzərdə tutulmuş başqa (aldatma, yanılma, hədə-qorxu və s.) əsaslara görə etibarsız hesab edilə bilər. Beləliklə də, Cavabdeh1 hazırkı tələbində mübahisələndirilən müqavilənin məhz görünüş üçün bağlanmış uydurma əqd olduğu müəyyən edildiyindən, MM-in müzakirə olunan 319.1-ci maddəsinin ikinci cümləsi, ümumiyyətlə, hazırkı mübahisəyə tətbiq edilə bilməz. xx.xx.2022-ci il tarixli “Əmlakın verilməsilə öhdəliyə xitam veri lməsi”nə dair müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsız olmuşdur.
38. Bankın nümayəndəsinin apellyasiya icraatı zamanı izahatında müddətin keçməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına istinadla qeyd edib ki, da qeyd edib ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həm in əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdimüəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münas ibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Cavabdeh1 iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışı ləğv edilməlidir.
39. Bundan başqa, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəs ində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 iddia tələbinin təmin olunması, öz-özlüyündə Bankın tələbinin təminini istisna etdiyindən, onun əlavə əsaslandırılmasına zərurət qalmır.
40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 1527.4, 324.1, 337, 340, 389, 390, 404-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi, Cavabdeh1 iddiasının rədd, bankın iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi MM-in 340.1-ci maddəsinə istinadən belə hesab etmişdir ki, əmlakın verilməsilə öhdəliyə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış uydurma əqddir. Məhkəmə bu nəticəyə gələrkən Cavabdeh1 izahatına və bağ evinin real bazar qiymətindən dəfələrlə aşağı qiymətə Bankın mülkiyyətinə verilməsinə əsaslanmışdır. Məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, Cavabdeh1 izahatında göstərmişdir ki, bankın İdarə Heyətinin sədri Tariyel onun tanışıdır, bu krediti də Kamal Cəfərova ona etibar edib vermi şdir, lakin Kamal pulu alıb çıxıb getmiş, kreditə görə ödəmə yoxdur. Tariyel də ona demişdir ki, onun sözünə etibar edib Kamala 750.000 kredit verib, indi də ödəmə yoxdu deyə bankın təsisçiləri onu sıxır, ona görə həmin kredit müqaviləsində ödəmə göstərmək üçün onun ipoteka qoyduğu evini görünüş üçün banka versin, sonra evi yenə onun adına qaytararlar, o da aralarında olan etimada güvənərək bu təkliflə razılaşmış, hətta həmin vaxt arvadı xaricdə olmuş, onun razılıq ərizəsini də iki ay sonra aparıb banka özü vermişdir. Məhkəmə etibarlılığı müahisələndirilən əqdin bağlanmasına qədər tərəflər arasındakı münasibətləri müəyyən edərkən sübut kimi yalnız Cavabdeh1 izahatında göstərilənlərə istinad etmiş, onun izahatının digər sübutlarla təsdiq və təkzib olunmasını yoxlamamışdır.
43. Əvvəla, "xxxx " MMC-yə kredit bank rəhbərliyinin Cavabdeh1 olan etibarına görə verilməyib və ümumiyyətlə, onlar arasında Cavabdeh1 xahişi ilə hansısa borcalana kredit verə biləcək dərəcədə yaxın münasibət olmayıb. Əksinə, Cavabdeh1 dostu Kamal Cəfərovun təklifi ilə bağ evini "xxxx" MMC-nin alacağı kreditə görə banka ipoteka qoyub. Həmin kredit üzrə həm də zamin olan Cavabdeh1 bankın ona və qeyrilərinə qarşı xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)151/2023 №-li qətnaməsindən verdiyi xx.xx.2023-cü il tarixli apellyasiya şikayətində göstərir ki, “Kamal Cəfərov kredit götürərkən ondan özünə məxsus bağ evini ipoteka qoymağı təklif etmiş, onunla Kamal arasında əvvəllər dostluq münasibəti olduğundan bu təkliflə razılaşmış və həmin evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Kamal kreditin 1 il ərzində qaytarılacağına söz versə də, sözünə əməl etməmişdir. Xeyli müddət keçdikdən sonra kredit ödənilmədiyi üçün bank tərəfindən ona zənglər edilmiş, kredit ödənilmədiyi üçün bankın təsir tədbirlərinə məruz qaldıqda bağ evini alqı-satqı vasitəsilə bankın adına keçirilməsinə razı olmuşdur”.
44. Borc ödənilmədiyinə görə əmlak ipoteka predmeti kimi açıq hərraca ilkin satış qiyməti 240000 manat olmaqla satışa çıxarılacaqdı. “Əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi” haqqında xx.xx.2022-ci il tarixli müqavilədə isə həmin əmlak 220000 manat qiymətlə, yəni ipoteka müqaviləsində göstərilən ilkin satış qiymətinə nisbətən uyğun qiymətlə bankın mülkiyyətinə verilib. Hər ik i müqavilədə əmlaka qiymət Cavabdeh1 iradəsindən kənar, üçüncü şəxslər tərəfindən qoyulmayıb. Həmin qiymət tərəflərin, o cümlədən də Cavabdeh1 razılığı ilə təyin olunub.
45. Əmlakın onun mülkiyyətçisinin də iştirakı və iradə ifadəsi ilə bazar qiymətindən aşağı qiymətlə ipoteka kimi və ya əsas öhdəliyin qismən icrası hesabına qəbul olunması mülki qanunvericiliyin müqavilə azadlığı prinsipi çərçivəsində şəxslərin müqavilənin məzmununu, o cümlədən qiymətlə bağlı şərti azad surətdə müəyyən etməsidir (AR MM-in 6.1.5, 390- cı maddələri). Odur ki, bu halda əmlakın bazar qiymətindən aşağı qiymətlə öhdəliyin qismən icrası hesabına qəbul olunmasına dair müqavilə yalnız buna görə uydurma əqd sayıla bilməz.
46. Hazırkı işdə də tərəflər müqavilə üzrə öhdəliklərini icra etmiş – Cavabdeh1 bağ evini bor cun qismən ödənilməsi hesabına bankın mülkiyyətinə vermiş, Bank isə onun mülkiyyət hüququ reyestrdə qeydə alınandan sonra borcu müvafiq məbləğdə azaltmışdır ki, öhdəliyin hər iki tərəfdən icra olunması onların müqavilə üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Bu isə həmin müqavilənin uyğurma əqd olduğunu istisna edir.
47. Bank tərəfindən Cavabdeh1 zamin və ipoteka qoyan kimi məsuliyyət daşıdığı bildirilib, borcun ödənilməsi təklif olunub, o da onsuz da hərracda ilkin satış qiyməti 240000 manat məyyən olunan bağ evi hərracda və təkrar hərracda satılmadığı halda 15% və 25% aşağı qiymətlə ((240000-15%) – 25 %= 154912,50 AZN) banka təklif olunacağını nəzərə alaraq əmlakı 220000 manat borc müqabilində bankın mülkiyyətinə keçməsinə razılaş ıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim eədərk, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
49. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
50. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilm əz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
51. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
52. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
54. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
55. Maddə 312.3. Əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir.
56. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əm laka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
57. Maddə 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun.
58. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli irad ə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqların ın hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
60. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
61. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
62. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
63. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edər kən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
64. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
65. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
66. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr old uqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
67. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
77. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni də lillər, Cavabdeh1 iddiasını rədd edən, İddiaçı ASC-nin iddiasını təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
78. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində birbaşa göstərilmədiyinə baxmayaraq, Mülki Məcəllənin 319.1-ci maddəsində borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirdikdə, ipoteka saxlayanın ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malik olduğu təsbit edilmişdir. Həmçinin bu normada borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşmanın etibarsız olması barədə imperativ məzmunlu hüquqi nəticə əksini tapmışdır.
79. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, Mülki Məcəllənin 319.1-ci maddəsinə uyğundur.
80. Bundan başqa, Mülki Məcəllənin 319.2-ci maddəsində ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclunun ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa forma ları barədə razılığa gələ bilməsi təsbit olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 307.6-cı maddəsinə görə ipoteka müqaviləsinin subyektləri kimi ipoteka verən, ipoteka saxlayan, ipoteka verən borclu olmadığı hallarda borclu müəyyən edilmişdir. Hazırda baxılan işdə ipoteka verən borclu deyildir və Mülki Məcəllənin 319.2-ci maddəsinin dispozisiya şərtləri də ödənilmir.
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
82. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edil miş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2(103)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.