Məhkəmə qərarları › İş №2(102)-1435/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1435/2020

19.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1435/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı2 vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və s. tələbinə dair ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və s. barədə qarşılıqlı iddia tələbinə dairmülki iş üz rə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019 il tarixli qətnaməsi ilə (hakim S.Mustafayev) ilkin və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən X.Sarıyevin, hakimlər V.Həsənov və Ş.Məmmədova) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın İddiaçı2 münasibətdə qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə qaytarılması qə t edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər naziri X1 ünvanlan xx xxxxxx 2018-ci il ci il tarixli müraciətdə Azərbaycan Respublikasının Konstitusiyasmm 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onlar barəsində həqiqətə uyğun olmayan, şərəflərini, ləyaqətilərini və işgüzar nüfuzlarını ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh üzərinə Azərbaycan Respublikası Vergilər nazirinə ünvanladığı həmin tarixli müraciətdə göstərilən xüsusatların həmin orqana müraciət yazaraq təkzib edilməsi, həmçinin onun üzərinə vergi orqanına yazdığı müraciətdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, Cavabdeh təqsirsizlik prezumsiyasına müdaxilə edərək onların şərəfilərinə, ləyaqətilərinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 5 0000 AZN maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin cabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru G ünvanlanmış həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli ərizə yazaraq şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə, ona mənəvi və maddi ziyan vurduqlarına görə İddiaçı1 və İddiaçı2 üzərinə onun barəsində ərizədə göstərilən xüsusatları həmin orqanlara yazaraq təkzib etmələri və onların üzərinə yazdıqları ərizədə ondan üzr istəmək vəzifəsinin qoyulması, bundan başqa İddiaç ı1 və İddiaçı2 onun şərəfimə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə görə 50000 AZN maddi ziyanın, 50000 AZN mənəvi ziyanın və ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 100.030 AZN pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019 il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edil mişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsindən sorğu daxil olaraq, mülki işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx xx 2019-cu il tarixli qətnaməsinin surətini xx.xx.2019-cu il tarixində poçt qəbzinə imza etməklə qəbul etmişdir. Lakin həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2019-cu il tarixində verməklə İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 263.6-cı maddəsinə əsas ən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan başqa kassatorun dəlillərindən görünür ki, sonuncu qətnamənin ona təqdim edilmədiyini və bununla bağlı qəbzdəki imzanın ona məxsus olmadığını bildirir. Qeyd edilən halın müəyyən edilməsi xüsusi bilik sahəsinə aid olduğundan müvafiq ek spertiza keçirilməklə müəyyən edilə bilərdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı2 apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilərkən İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, nəticədə şikayətin qəbul edilməsinin mümkünlüyü ilə bağlı öz etirazlarını bildirmək imkanından məhrum olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və İddiaçı2 dəlilləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətinin qəbul edilməsi barədə poçt qəbzini imzalamış şəxsin İddiaçı2 olub-olmaması müəyyən edildikdən sonra apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar