Məhkəmə qərarları › İş №2(102)-1437/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1437/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1437/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X5 Kompleksi” MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi G iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzr ə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X3” Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” Mənzil Tikinti Kooperativi tərəfindən mülkiyyət və əmlakdan istifadə hüquqlarını pozduğuna, maddi və mənəvi zərər vurduğuna görə həmin şirkətdən 2.000.000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh olaraq “X5 Kompleksi” MTK-nın tanınmasını və cavabdehdən 1.500.000 manat məbləğdə maddi, 500.000 manat məbləğində mənəvi zərərin əvəzinin, həmçinin 30 m anat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olan 174m2 tikinti altında olan qeyri-yaşayış sahəsini və icarə müqaviləsi əsasında uzun müddətli istifadəmdə olan 866 m2 torpaq sahəsini qanunsuz və əsassız olaraq xəbəri olmadan tikililəri dağıtmış və yerində çox mənzilli bina tikdirmişdir. Tikinti başladıqdan bir az sonra xəbər tutaraq özünə məxsus obyektə getmiş və özünü tikinti aparan təşkilatın mühafizəçisi kimi təqdim edən şəxs içəri girməyin qadağan olduğunu bildirdi. Adını, soyadını deməsini tələb etmiş, ancaq kim olduğu haqda məlumat verməkdən imtina etmişdir. Dəfələrlə 866 m2 torpa q və 174m2 tikinti sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olmasını təsdiq edən sənədləri təqdim etsə də, MTK rəhbərliyi onunla görüşməkdən imtina etmiş və qanunsuz əməllərini davam etdirmişlər. Çox təəssüf ki, mülkiyyət hüquqları bərpa edilməmişdir və eyni zamanda mülkündə olan tikintilər tamamilə dağıdılaraq yerində başqa bir çoxmənzilli, çoxmərtəbəli yaşayış binası tikilmişdir. Beləliklə, uzun müddətdir ki. MTK-nın qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu hərəkətlər həm qanunvericiliyə, həm də adət-ənənələrə tamamilə ziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2018-ci il tarixli 2(006)-****/2018 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabd eh “X5 Kompleksi” MTK-dan 3264 manat vurulmuş maddi ziyanın əvəzi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3294 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pulun cavabdeh “X5 Kompleksi” MTK-dan tutularaq “xxxx” MMC-nin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh “X5 Kompleksi” MTK-dan tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qiymətləndirmə rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus Gəncə şəhəri ************** yerləşən qeyriyaşayış sahəsi (talvar) cavabdeh “X5 Kompleksi” MTK tərəfindən sökülmüş və bunun nəticəsində iddiaçıya cəmi 3264 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ona mənəvi ziyan vurulduğunu bildirsə də, bunu sübut edə bilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icr aat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 2(103)-*****/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbini qismən təmin edərək məhkəmə tərəfindən müəyyən edilmiş maddi ziyana uyğun olaraq pul ödənilməklə, yəni 3264 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırki halda iddiaçının iddia tələbi mənəvi zərər hissəsində də əsaslandırılm adığından həmin hissədə iddia haqlı olaraq təmin edilməmişdir. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kasasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əsəd Mirzəliyev - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Tatyana Qoldman) xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-*****/2018 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Gəncə şəhərində yerləşməklə 866 kv.metr torpaq sahəsində yerləşən 12 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin, 162 kv.metr talvarın sökülməsi nəticəsində dəymiş ziyan məbləğini müəyyən edən mütəxəssis, iddiaçının gözlənilən mülkiyyəti olan 866 kv.metr torpaq sahəsində yerləşən tikililərin sökülməsi və torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar dəymiş ziyanın məbləğini müəyyən edən mütəxəssis heç bir əsaslandırma aparmamış, hansı normativlərə əsasən qiymət müəyyən etməsini göstərməmişdir. Tələb mülkiyyətdən məhrumetmə, əmlakı qəsdən məhv edilməsi ilə əlaqədar vurulmuş ziyanla əlaqədar olduğundan iddiaçının mülkiyyətindən məhrum edilməsi nəticəsində vurulmuş ziyan bazar satışı qiyməti əsas kimi qəbul edilməlidir. Bunun üçün qiymətləndirici həmin ərazidəki eyni növlü əmlakların bazar satış qiymətini, tələb və təklifin hansı səviyyədə olmasını müəyyən etməklə əmlakı qiymətləndirməli idi. Lakin, qiymətlənd irici tərəfindən bu kimi hərəkətlər edilməmişdir. Rəy verən mütəxəssis “Qİymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə əməl etməmişdir. İş materillarına əlavə edilmiş Gəncə şəhəri, Nizami rayon məhkəməsinin xx xxx 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı həmin mülkü 2004-cü ildə 8000 ABŞ dollarına alqı-satqı yolu ilə əldə etmişdir. (Bax iş v.272) Alqı-satqıdan 13 il sonra həmin mülkün bazar satış qiymətinin 3264 manat qiymətləndirilməsi əsaslı hesab oluna bilməz. Apellyasiya məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarına istinad etsə də, onu iddiaçının zərərinə təfsir etmiş, onun mənəvi ziyan çəkməsini sübut a yetirməməsinə əsaslanmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, istinad olunan qərarda mənəvi zərər qanun əsasında insana məxsus əmlak hüquqlarının pozulması, onun əmlak hüquqlarından məhrum olması kimi nəzərdə tutulmuşdur. Mülkiyyətindən qanunsuz olaraq məhrum edilmiş iddiaçının mənəvi zərər çəkməməsi barədə gəlinmiş nəticə məhkəmənin istinad etdiyi qərarın tələblərinə də uyğun olmamışdır. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun qərarında da əks olunmasına baxmayaraq məhkəmə həmin qərarın tələblərini də nəzərə almamışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 2(103)-*****/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə mə hkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2723 nömrəli, xx.xx.2019-cu il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat tərtib edilərək məhkəməyə ünvanlanmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 2(103)-*****/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mübahisəli əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, xx/xxxx saylı rəyi ilə Gəncə şəhəri******** qeyriyaşayış sahəsinin xx.xx.2019-cu il tarixinə hesablanmış bazar dəyə ri 4200 manat, talvarın bazar dəyəri 800 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 2(103)-****/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “X5 Kompleksi” MTK-dan maddi ziyana görə 5000 manatın, mənəvi ziyana görə isə 3000 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə uyğun olaraq məhkəmə tikinti-texniki ekspertizası və qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmə rəyinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 nömrəli binanın cənub tərəfində yerləşmiş 9,3 kv.m qeyri-yaşayış binası, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binası və 162 kv.m talvarın hazırda real bazar qiymətinin 5000 manat (müvafiq olaraq qeyri-yaşayış binası 4200 manat, talvar 800 manat) olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri və eləcə də qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, cavabdehdən vurulmuş maddi zərərə görə 5000 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, eləcə də kasasiya instansiyası məhkəməsinin qərarı ndakı göstərişləri əsas götürərək hesab edir ki, mülkiyyətindən qanunsuz olaraq məhrum edilmiş iddiaçının mənəvi zərər çəkməməsi barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə tamamilə əsassızdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən vurulmuş mənəvi zərərə görə 3000 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamədən kasasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-****/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın işə birinci kassasiya baxışında qəbul etdiyi qərarın məzmunundan görünür ki, işə baxan məhkəmə tərkibi iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahələrindən başqa həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi 866 kv.m torpaq sahəsinə münasibətdə də gözlənti ilə mülkiyyət hüququna malik olduğunu, ona görə də bu halın da işə təkrar baxılarkən nəzərə alınmalı olduğunu göstərsə də işin bu halı ilə bağlı hər hansı bir araşdırma aparılmamışdır. Bununla yanaşı işin hallarından görünüyü kimi cavabdeh hüquqi şəxsdir. Buna hər hansı bir qanuni əsas o lmadan iddiaçını mülkiyyətindən məhrum etmişdir və bu məhrumetmədə məqsədi həmin ərazidə çoxmənzilli yaşayış binasını inşa etməkdə gəlir əldə etməkdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh əmlakın qiymətinin, ekspert rəyləri ilə müəyyən edilmiş məbləğdən artıq olması barədə iddiaçının dəlillərini təkzib edən sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya baxışında mülkiyyətindən məhrum edilməsinə görə iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləği müəyyən edilərkən bu hallar da nəzərə alınmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. f) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyası nın (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-****/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “X4” MMC-yə həvalə edilmişdir. “X4” MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixinə Gəncə şəhəri ************* binanın cənubunda yerləşmiş (söküntüyə məruz qalmış) ümumi sahəsi 9.3 kv.m, tikintialtı sahəsi 12 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 5100 manat və tikintialtı sahəsi 162 kv.m olan talvarın bazar dəyəri 950 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-******/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə ap elyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-****/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən maddi ziyanın əvəzi qismində 3264 manatın iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməsi, “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 6050 manat tutulması, qətnamənin “mənəvi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsi, həmin iddia tələbinin qismən təmin olunması, “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi qismində 5000 manatın tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən apellyasiya şikayətinin ver ilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,40 manatın alınaraq İddiaçı, 300 manatın alınaraq “xxxx” MMC-nin hesabına, 200 manatın alınaraq hesab№:AZ********************* ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alaraq və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən tutulan maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, iddiaçının “mənəvi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunaraq həmin tələb qismən təmin edilməli, mübahisələndiri lən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, iddia tələbləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Kollegiya hesab edir ki, iddiaçının əmlaklarının sökülərək onların yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunanlar əsas götürülməklə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında “Gə ncə şəhə r******************* binanın cənub tərəfində yerləşmiş 9,3 kv.m qeyri-yaşayış binasının, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binasının və 162 kv.m talvarın, habelə bu qeyri-yaşayış sahələrinin yerləşdiyi 866 kv.m torpaq sahəsinin hazırkı real bazar qiymətlərinin (torpaq sahəsinin hər kv.metrinin qiyməti göstərilməklə)müəyyən edilməsi” məzmununda məsələ qoyulmuşdur. Bu təyinat əsasında “X4” MMC tərəfindən verilmiş rəydə sözügedən ünvanda söküntüyə məruz qalmış ümumi sahəsi 9,3 m2, tikintialtı sahəsi 12 m2 olan qeyri-yaşayış binasının və tikintialtı sahəsi 162 m2 olan talvarın bazar dəyərinin 6050 manat (qeyri-yaşayış binası üzrə 5100 manat, talvar üzrə 950 manat) təşkil etdiyi nəticəsinə gəlinmiş, torpaq sahəsi dövlət istifadəsin də olduğundan onun qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, “X4” MMCnin sökülmüş əmlakın dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və maddi ziyanın əvəzi qismində 6050 manat cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir və qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə almaqla iddiaçıya dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əv əzi kimi qəbul edilə bilər. İddiaçı, əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ə sassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının əmlakının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, “X4” MMC-nin sökülmüş əmlakın dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və maddi ziyanın əvəzi qismində 6050 manat cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, 2004-cü ildə dəyəri 8000 ABŞ dolları olan əmlakın bazar dəyərinin hal-hazırda 3264 manat təşkil etməsi barədə qiymətləndirmə əsaslı hesab edilməməlidir. Bununla yanaşı işin hallarından görünüyü kimi cavabdeh hüquqi şəxsdir. Buna hər hansı bir qanuni əsas olmadan iddiaçını mülkiyyətindən məhrum etmişdir və bu mə hrumetmədə məqsədi həmin ərazidə çoxmənzilli yaşayış binasını inşa etməkdə gəlir əldə etməkdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, rəy verən mütəxəssis Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun tələblərinə əməl etməmişdir. Apelyasiya instansiya məhkəməsi isə yenidən “X4” MMC tərəfindən qiymətləndirilmə nəticəsində 6050 manat qiymət qoyulmasını sübut kimi qəbul etmişdir. Əslində isə real bazar qiyməti həddindən artıq çoxdur. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edilməmiş, nəticədə yalnız “X4” MMC tərəfindən verilmiş rəyi nəzərə alaraq apelyasiya şikayətinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan başqa apelyasiya instansiya məhkəməsi qətnaməsində cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsini, onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilməsini, iddiaçı əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməməsini qeyd etsə də, məhkəmə nəzərə almamışdır ki, mənəvi zərər qanun əsasında insana məxsus əmlak hüquqlarının pozulması, onun əmlak hüquqlarından məhrum olması kimi nəzərdə tutulmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi hər iki instansiya məhkəməsi iş üzrə dəqiq araşdırm a aparmayaraq kasatorun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Vəkil1 və cavabdeh “X5 Kompleksi” MTKnın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi Sahib Guseynov məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin təl əblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar k eçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəla yiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qət namə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin maddi zərərin müəyyən edilməsi hissəsi üzrə kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, iddiaçı kas asiya şikayətində apelyasiya instansiya məhkəməsinin maddi zərərlə bağlı “X4” MMC tərəfindən qiymətləndirilmə nəticəsində 6050 manat qiymət qoyulmasını sübut kimi qəbul etməsini, əslində isə real bazar qiyməti həddindən artıq çox olmasını, apelyasiya instansiyası məhkəməsinin kasasiya kollegiyasının bununla bağlı göstərişlərinə əməl etmədiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, iddiaçının sökülmüş əmlakının dəyərinin müəyyən edilməsi ilə bağlı işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələri tərəfindən 3 dəfə qiymətləndirmə həyata keçirilmiş, əldə edilmiş rəylər əsasında əmlakın müəyyən edilmiş dəyərləri arasında əhəmiyyətli fərq mövcud olmamışdır. Belə olan halda, sonuncu apelyasiya baxışı zamanı təyin edilmiş və əldə edilmiş qiymətləndirmə rəyi üzrə müəy yən edilmiş əmlakın dəyəri əsas götürülməklə maddi zərər məbləğinin müəyyən edilməsində hər hansı pozuntuya yol verilməsindən və ya kasasiya kollegiyasının əvvəlki göstərişlərinə əməl edilməməsindən söhbət gedə bilməz. Həmçinin vurğulanmalıdır ki, sonuncu rəylə müəyyən edilmiş əmlakın bazar dəyəri digərlərinə münasibətdə daha yüksək məbləğ təşkil etmişdir. İddiaçının mənəvi zərərin müəyyən edilməsi ilə bağlı kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçıya vurulmuş mənəvi zərər məbləği də əvvəlki məhkəmə araşdırmaları nəticəsində təyin edilmiş məbləğlərdən çox olmuşdur ki, mənəvi zərər məbləğini müəyyən edərkən də apelyasiya kollegiyası iddiaçının mənəvi zərərə məruz qalmasına əsas olacaq hər bir halı nəzərə almışdır. Hətta qeyd edilməlidir ki, təyin edilmiş mən əvi zərər məbləği ilə iddiaçının sökülmüş əmlakının bazar dəyərinə yaxın məbləğ təşkil etmişdir ki, bunun özü də iddiaçının mənəvi zərərə məruz qalmasına dair dəlillərinin apelyasiya kollegiyası tərəfindən düzgün nəzərə alınmasının göstəricisidir. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya instansiyası məhkəməsinin göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı t ərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar