Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1438/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1438/2023 (Açar sözlər: subyektiv hüquq, əsl olmayan cavabdeh, sübutların qiymətləndirilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, tikilinin sökülməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə da ir qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22(103)-5783/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, RX seriyalı Reyestrdən Çıxarışa əsasən, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 “B” saylı bağ evi xüsusi mülkiyyət hüququ iddiaçının övladı X9 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata a lınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 “A” saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının övladı X10 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 318 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin sabiq arvadı X1 adına xx.xx.2019-cu il t arixdə qeydiyyata alınmışdır.
4. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olmuş nikah 13 fevral 1996-cı il tarixdə pozulmuşdur.
5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüşdür.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 041-94287-3219 saylı məktubdan aydın olur ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 bağ massivində 200 kvadrat metr torpaq sahəsini özbaşına tutması ilə bağlı İddiaçı müraciətinə baxılmış, müraciətinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Vüsal Məhərrəmovun ic raatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2ci (torpaq üzərində mülkiyyət hüququnu pozmaqla özbaşına tutma və özbaşına tikinti işləri aparma) maddələri ilə istintaq olunan cinayət işinə əlavə edilməklə araşdırma aparıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 3.000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat, 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13.060 manat almaraq ona ödənilməsi, zəbt olunmuş 3 sot sahəsinin boru, dəmir tor və məqsədyönlü xaotik ək ilmiş kol və ağaclardan təmizlənməsinin bələdiyyəyə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində bağa getmiş, qonşunun bağında qalan İnqilab adlı şəxs ona demişdir ki, qonşusu Rafael onun qarajının dəmir örtüyünü mismarla deşik-deşik etmişdir ki, mətbəxinə su axmasın. xx.xx.2014-cü il tarixində güclü yağışdan sonra sahə üzrə polis müvəkkilini, damı düzəldən ustanı, qonşuları dəvət etmişdir. İştirakçılar özləri baxış keçirib müəyyən etmişlər ki, qonşu ona xəbərdarlıq etmədən qarajın dəmir örtüyünü (3 metr enində) mismar ilə deşik-deşik etmişdir ki, onun mətbəx divarı islanıb. Məhkəmə prosesində Rafael qəti etiraz edərək deyirdi ki, bu işi həyətində qalan İnqilab edib. Sonralar İnqilab onu təhqir edərək, sö yərək evindən getdi. Qeyd olunmalıdır ki, qonşu bu bağı alandan sonra ona və ətrafdakı qonşulara narahatlıq yaradır, özünü müharibə iştirakçısı kimi qələmə verərək heç kimdən qorxmadığını bəyan edir. Bir neçə il əvvəl aralarındakı hasarı bir neçə daş qaldırmaq üçün razılaşmışlar ki, o, hörgünü edəcək, cavabdeh isə həyəti tərəfindən suvaq işlərini görəcək. Səhər hörgünün söküldüyünü görmüş, cavabdehin arvadı hamının yanında icazə vermədiyini demişdir. Münasibət gərginləşəndə qonşu onu (ailə üzvlərinin yanında) hədələmişdir ki, “məndə qumbaralar var, özümdə kontuziyalıyam, hamını qıraram, məhv edərəm”. Bu hədələr hər dəfə təkrarlanır. Polislər bu dəfə gələndə dedilər ki, “nahaq belə şəxslə barışıq etmisiniz. 50 ildir ki, bu bağda yaşayır. Əvvəlki bu bağda yaşayan qonşularla razılıq əsasınd a hasar və yeni yaşayış evinin arasında məsafə qoyulmuşdu. Görmüşdür ki, həmin İnqilab adlı işçi hasarı sökür. Soruşduqda, Rafaelin dediyini bildirmişdir. Rafael isə izah edə bilməmişdir ki, niyə sökdürür və söz vermişdir, hasarı bərpa edəcək. İştirakçılar görmüşlər ki, tikinti və sanitar normaları pozaraq hasarına söykənmiş bir mərtəbəli evin, ikinci mərtəbəsini hasarın üstünə otuzdurublar. Qeyd olunmalıdır ki, hasar 30-35 il əvvəl, 40 sm dərinliyində, eninə 40 sm olan əhəng daşının üstündə 2 m hündürlüyündə tikilmişdi. İndi həmin hasarın üstünə ikinci mərtəbənin, damın yükü vurulmuşdur. Hər an fəlakət ola bilər. Mübahisə predmeti kimi, narazılıq yaradan qonşunun mətbəx divarı yenə də tikinti və sanitar normaları pozularaq qarajının divarından istifadə edilərək tikilib. Belə hallar az imi ş kimi, küçədə Bələdiyyəyə məxsus 6-7 sot maşin üçün nəzərdə tutlmuş ərazinin 3 sotunu boru dirəkləri betonlamaqla, dəmir torla zəbt etmişdir. 5-6 ildir ki, bələdiyyə nümayəndəsi torpaq pulunu almağa gələndə, niyə sökülmədiyini soruşduqda, Bələdiyyə sədri, müavinləri demişlər ki, icra etmir. Digər təqdim etdiyi şəkillərdə onun evindən aralı tikilən, qonşuya aidi olmayan hasarın sökülmüş əksidir. Hal-hazırda hasar bərbad halda, necə gəldi, kobud hörgü ilə tikilib, amma əlavə xərc çəkərək ev ilə hasar arasını yağışdan, qardan qorumaq üçün, sink metal vərəqələrdən istifadə edərək, binanın enini ötrmüşdür. Bu xərcdə nəzərə alınmalıdır. Beləliklə cavabdeh tərəfındən ona 3.000 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində o və ailəsi böyük fiziki və mənəvi əzabl ar çəkmişlər. Belə streslər onda yuxusuzluq, əsəbi həyacan hissləri yaratmışdır. Ürəyində problemlər əmələ gəlib. Bunları nəzərə alaraq cavabdehdən dəymiş mənəvi zərərə görə 10.000 manat tutulmasını tələb edir.
9. Daha sonra İddiaçı ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülərək zəbt olunmuş ərazinin qaytarılması, qarajın uzunluğu 8 metr, eni 4 metr olan örtüyünün cavabdehin hesabına dəyişdirilməsi, zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək ərazidə avtomobil yolunun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Həmçinin, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehdən onun xeyrinə dəymiş maddi və mənəvi ziyanın tutulmasına, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı yazdığı iddia ərizəsi tamamilə cəfəngiyatdır, böhtan və təhqirdən başqa heç bir yazısı həqiqətə uyğun deyil. 1992-2003cü illər ərzində evinin arxasından keçən və onun pəncərələrinin açıldığı küçəni icazəsiz zəbt edərək, eni 3,10 metr, uzunluğu isə 68,9 metr olan sahədə 3 mərtəbəli ev, qaraj və s. tikdirib. Eyni zamanda onun bağına aid olan hasarları öz divarı kimi qələmə verir. 2003-cü ildə eni 5.6 m., uzunluğu isə 14 m. sahəni zəbt edərək darvazasını irəli çəkmişdir. Qonşulardan çoxu zəbt edilmiş yol üzrə şahidlik edə bilər, bağ evinin əvvəlki sakinləri bun u təsdiq edə bilərlər. Tikintidə istifadə edilmiş bütün metal konstruksiyalar neftçıxarmada istifadə edilən “ştanqa” adlanan materiallardır. Orduda xidmət etdiyi dövrdə, İddiaçı yolu kəsərək, özünə villa tikdirirdi. Zərərin kimə vurulduğu dəqiq araşdırılsa, məlum olar ki, dam örtüyünün meyillik istiqamətini onun evinə yapışdırmış İddiaçı özü tikinti qanunlarını pozaraq, qonşuya külli miqdarda ziyan vurmuşdur. Bu barədə Sabunçu rayon İca Hakimiyyətinə müraciət edilmişdir. Hal-hazırda evinin arxasında, divara bitişik quyu qazdırıb, üzərində ayaq yolu tikdirib. Heç bir sanitariya normalarına uyğun olmayan bu tikili ona və ailəsinə qarşı ancaq düşmənçilik mövqeyini əks etdirir. Bu ilin son 2 ayı ərzində onun və ailəsinin məzuniyyətıni, istirahətini qəsdən pozan qonşunun şantaj dolu böhtanlar ı, təhqirləri məqsədyönlüdür - şantajla pul tələbi. Polis sahə müvəkkili, bələdiyyə, qaz idarəsi, icra hakimiyyətinin nümayəndələri İddiaçı yazdığı ərizələri, onun haqqında böhtanları, təhqirləri araşdırdıqdan sonra, onlardan üzr istəmişlər. Ailəsində 6 nəfər elmlər doktoru var. Qısa müddətli yay mövsümündə hər il böhtan xarakterli yazılarla istirahətlərini pozan İddiaçı ailə üzvlərini tanımır, sifətlərini belə görməmişlər. 18 il ərzində müxtəlif təşkilatlara yazdığı böhtan xarakterli ərizələr əsasında daima qapılarına gələn polis dəstələri, bələdiyyə və icra hakimiyyəti nümayəndələri, onun və ailə üzvlərinin müntəzəm stress, iztirab və sarsıntı keçirməsinə səbəb olur. Elmi fəaliyyətlərinə ağır təsir göstərən İddiaçı böhtan və təhqirlərinə son qoyulmalıdır.
12. Məhkəmə tərəfindən təyin edi lmiş tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5934 saylı ekspert rəyinə əsasən, iddiaçı və cavabdeh tərəfin torpaq sahələri müvafiq qurum tərəfindən verilmiş çıxarış və texniki pasporta uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq ünvanında yerləşən, iddiaçıya məxsus 319 saylı və cavabdehə məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində tikilinin inşa olunub-olunmaması barədə qoyulmuş sual cavablandırılmadığından, qərardadın bu suallarına cavab vermək mümkün olmamışdır.
13. Məhkəmə tərəfindən yenidən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 23400 saylı ekspert rəyinə əsasən tərəflərin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır, lakin cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarı, tərəflərə məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuşdur ki, bu da Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə ziddir. İddiaçıya məxsus 319 saylı bağ sahəsində yerləşən uzunluğu 8 metr, eni 4 metr olan qarajın dəmir dam örtüyünə vurulmuş dəmir təbəqənin üzərində zədələr mövcuddur. Lakin həmin zədələr in kim tərəfindən törədildiyinin müəyyən olunması tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur. 319 saylı bağ sahəsində olan əlavə 257,0 kv.m. sahə ilkin sənədlərdə digər bağlara (özünə məxsus) yol üçün nəzərdə tutulub. 318 saylı bağın əlavə 317,0 kv.m. sahə ilkin sənədlərdə əlavə sahə kimi göstərilmişdir, Belə ki, heç biri digər qonşusunun həyətinə keçməmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 s aylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Emin Mehdiyev) ilk və qarşılıqlı iddia rədd olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tərəflər öz tələblərini əsaslandıra və tələblərinin əsaslılığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. İş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 1096.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən iddia çı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının təqdim etdiyi ƏMDK X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Agentliyin direktorunun imzası ilə verilən həmin məktublarda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları vardır və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. Yəni, torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirən dövlət orqanın m əktubu ilə də cavabdehin torpaq zəbt etməsi faktı öz təsdiqini tapmışdır. Eləcə də, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi də xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, cavabdeh dövlət mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etmişdir. Məhkəməyə təqdim edilmiş ƏMDK-nin Bakı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli aktla da müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli ünvanda təxminən 200 kv.m. torpaq sahəsini zəbt edərək qanunsuz hasarlamışdır. Bu zaman cavabdeh qazdan istifadə ilə bağlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq, ərazidən keçən qaz boru xəttinin istiqamətini özbaşına şəkildə dəyişmiş, bununla da növbəti qanun pozuntusuna yol vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-3929/2020 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiasını əsaslandıra və iddia tələblərinin əsaslılığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Həmçinin, iş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasar a alınmışdır və bir-birinin hüquqlarını pozmur.
21. Apellyasiya məhkəməsinin qənaətinə görə apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda əsaslı sayıla və təmin edilə bilməz.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat
23. Qətnamədən iddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1705/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarı i lə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
25. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan sənədlər, o cümlədən ekspert rəyləri ilə əsaslandırsa da, həmin rəyləri və sübutları MPM-in 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
26. Belə ki, birinci rəydə iddiaçıya məxsus 319 saylı və cavabdehə məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində tikilinin inşa olunub-olunmaması barədə qoyulmuş suallara ona görə cavab verilməyib ki, müvafiq mütəxəssis tərəfindən həmin suallar cavablandırılmayıb. Başqa sözlə, xx.xx.2019- cu il tarixli, 5934 saylı ekspert rəyinin kifayət qədər tam olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi bunun aradan qaldırılması üçün qanunla müəyyən edilmiş qaydada (əlavə və ya təkrar ekspertiza təyin etməklə) hər hansı tədbir görməyib, yalnız həmin rəyə istinad etməklə, rəyə münasibətini bildirməmişdir. Apellyasiya məhkəməsi də eyni səhvi təkrarlamışdır.
27. İkinci, yəni xx.xx.2019-cu il tarixli, 23400 saylı ekspert rəyində isə cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının tərəflərə məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması, bunun da Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə zidd olması qeyd edilmiş, buna baxmayaraq, məhkəmələr həmin ekspertizaların r əyinə əsasən iddiaçının öz tələblərinin əsasını təşkil edən halları sübut etməməsi nəticəsinə gəlmişlər. Halbuki, ekspert rəyləri məhkəmənin bu nəticəyə gəlməsinə əsas vermir. İkinci rəydə cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının tərəflərə məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması göstərilsə də, rəyin bu hissəsinə qiymət verilməmiş, nəyə görə bu hissənin qəbul edilməməsi qətnamədə əsaslandırılmamışdır.
28. İlk iddianın zərər hissəsi də tikilinin sökülməsi ilə bağlı olduğundan və zərərlə bağlı iddia məhz tikilinin qanunsuz olmasının sübut edilməməsi əsası ilə rədd edildiyindən qətnamə həmin hissədə də əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. İşə yenidən apellyasiya məhkəməsində baxılan zaman iddia çı ərizə təqdim edərək, cavabdehin iddiaçıya məxsus qaraja ziyan vurması nəticəsində dəymiş 3.000 manat zərərin tələb edilməsi ilə bağlı iddia tələbindən imtina etdiyini bildirmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8060/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (X8 (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, cavabdehə məxsus fərdi yaşayış evinin ma nsard hissəsinin bir divarının tərəflərə məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının tərəflərə məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması, bunun da Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə zidd olması barədə ekspert rəyi nəzərə alınmalıdır.
33. Bununla belə, hasarın üzərində inşa olunan mansardın qanunsuz olaraq tikilməsi iş materialları ilə öz təsdiqini tapsa da, zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfind ən sübuta yetirilmədiyindən iddia tələbi zəbt olunmuş torpaq səhəsinin qaytarılması hissəsində əsassızdır.
34. İddia tələbi zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması hissəsində də əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli, 23400 saylı ekspert rəyində birinci sual üzrə verilən cavabda göstərilmişdir ki, baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətində dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh tərəfin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır. Ek spert rəyində qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2 sot dövlət torpağının zəbt edilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunmasını iddia etməkdə haqlı olmamışdır. Qeyd edilən ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyin sübut kimi nəzərə alınmasına mane olan hər hansı hal mövcud deyildir. Bu səbəbdən də, həmin rəy sübut kimi nəzərə alınmalı və işin həllində əsas götürülməlidir. Bundan başqa, məhkəmə kollegiyasının heç bir iclasında cavabdeh tərəf məlumatlı olmasına baxmayaraq, iştirak edib öz mövqeyini əsaslandırmamışdır.
35. Həmçinin, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etm ədiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində də haqlı olmuşdur.
36. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 37.1, 77.1, 88, 101.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Qətnamədən iddiaçı (vəkil X6) kassasiya şikayəti verilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Həmçinin qətnamədən cavabdehin hüq uqi varisi X4 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2549/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə (Hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
40. Kassasiya məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı öz tələbində yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 saylı bağ sahəsinə cavabdeh tərəfində n edilmiş müdaxilələrin aradan qaldırılması, bağ sahəsinin zəbt olunmuş ərizisinin qaytarılması və bununla bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının belə bir iddia qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmadığına ümumiyyətlə qiymət verməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı iddiaçı məhkəməyə 319 A saylı bağ sahəsinin xx.xx.2015-ci il tarixdən oğlu X11, 319 b saylı bağ sahəsinin xx.xx.2012-ci il tarixdən qızı X9 mülkyyətində olduğu barədə çıxarışların surətlərini təqdim etmiş, məhkəmələr həmin sənədlərin surətlərini iş materiallarına əlavə etsələr də, həmin sənədlərə ümumiyyətlə qiymət verməmişlər.
41. Digər tərəfdən, baxılan iş üzrə m übahisəli bağ sahələri daşınmaz əmlak olduğu üçün həmin əmlakların mülkiyyətçisi tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi deyil, məhz bunu təsdiq edən hüquq müəyyənedici sübutlarla müəyyən oluna bilər. Bununla yanaşı, işə baxmış məhkəmələr tərəfindən 318 saylı qonşu bağ sahəsinin sahibi kimi cavabdeh qismində işə cəlb edilmiş X7 iddia tələblərinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olan şəxs olub-olmadığı barədə də hüquqi dəyərləndirmə aparılmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmələr tərəfindən tədqiq edilmiş 318 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixli texniki pasportda hüquq subyekti kimi X4 göstərilmişdir.
42. İşə yenidən baxılarkən cavabdehin prosessual hüquq varisi kimi X5 ilə əvəz edilməsinin mümkünlüyü ilə bağlı həmin şəxsin kassasiya şikayətinin dəlillərinə də hüquqi qiymət veriməli və aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq qanuni qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
43. İşə yenidən apellyasiya məhkəməsində baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5783/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (X12 (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş, ilk iddia rədd olunmuşdur.
44. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan sənədlərdən və iddiaçının bildirdiklərindən bəlli olur ki, i ddia ərizəsində qeyd edilən və iddiaçıya məxsus sahə kimi qələmə verilən sahələr iddiaçıya deyil, onun yetkinlik yaşına çatmış övladlarına məxsusdur. İddiaçının övladlarından biri – Vəfa Qayıbova 2014-cü ildə vəfat etsə də, iddiaçının adına “vərəsəlik haqqında şəhadətnamə” verilməmişdir.
45. Qeyd olunanları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi, həmçinin iddiaçının özünün bildirdiklərini nəzərə alan apellyasiya instansiyasının məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi müzakirə edilən tələbin əsassız olması ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki müzakirə edilən tələb, bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülməsi əsası ilə rədd olunmalı idi. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddia ərizəsində qeyd edilən ünvanda iddiaçıya məxsus olan hər hansı bir sahə mövcud deyil.
46. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152.1-ci maddəsi və MPM-in 384, 385, 392, 393-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
47. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin göstərilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən həmin bağ evində daimi qeydiyyatda olmuşdur. Qeydiyyatda olduğuna görə iddiaçının həmin evdən istifadə etmək, evdə yaşamaq hüququ olmuşdur. Hazırda yaşadığı evin həyətinə bitişik qanunsuz və tikinti standartlarına cavab verməyən, beləliklə də, hər an uçmaq təhlükəsi yaradan tikinti inşa etmək konstitusion hüquq olan təhlükəsiz yaşamaq hüququnu pozur. Bu zaman həmin evin iddiaçının, yaxud başqa şəxsin mülkiyyətində olması əhəmiyyət kəsb etmir və iddia irəli sürmək hüququ konstitusion təhlükəsiz yaşamaq hüququndan irəli gəlir. Məhkəmə isə bu məqamı nəzərə almamışdır. Bundan əlavə, iddiaçı mərhum qızı Vəfa Qayıbovanın miras qalan sahəsini qəbul etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Həmin sənədlər məhkəməyə təqdim ediləcəkdir. Beləliklə, iddiaçının həmin sahələrə aidiyyətinin olmaması barədə məhkəmənin gəldiyi nəticə tam əsassızdır.
49. Eyni zamanda, cavabdehin iddiaçıya və dövlətə məxsus ərazini qanunsuz olaraq zəbt etməsi faktı məhkəmə tərəfindən araşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
50. Bundan əlavə, məhkəmə tərəfindən xx.xx.2020-ci ildə vəfat etmiş cavabdehin prosessual hüquq varisi kimi X4 işə cəlb edilmiş, lakin məhkəmə onun hansı əsaslarla cavabdehin prosessual varisi olduğu əsaslandırılmamışdır. Əgər sonuncu cavabdehin nikah əsasında prosessual varisi kimi işə cəlb edilmişdirsə, o halda öldüyü günədək cavabdehlə nikahda olmasını təsdiq edən sənədə istinad olunmalı idi. Lakin məhkəmə bunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. Bununla yanaşı, məhkəməyə məlumat verilmişdir ki, onlar arasındakı nikah uzun müddət əvvəl ləğv edilmiş, lakin məhkəmə bu məlumatı yoxlamamış, həmin şəxslər arasında prosessual varisliyin mümkünlüyünü araşdırmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
52. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslə r özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
55. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
64. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstəri şlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Kassasiya şikayətində birinci iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qə tnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bundan əvvəl işə baxmiş kassasiya instansiyası məhkəməsi tərəfindən qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsə lələr üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elemen tlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
70. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, baxılan iş üzrə iddiaçı öz tələbində yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 saylı bağ sahəsinə cavabdeh tərəfindən edilmiş müdaxilələrin aradan qaldırılması, bağ sahəsinin zəbt olunmuş ərizisinin qaytarılması və bununla bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı məhkəməyə 319 A saylı bağ sahəsinin xx.xx.2015-ci il tarixdən oğlu X11, 319 b saylı bağ sahəsinin xx.xx.2012-ci il tarixdən qızı X9 mülkyyətində olduğu barədə çıxarışların surətlərini təqdim etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş 318 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixli texniki pasportda hüquq subyekti kimi X4 göstərilmişdir. İşdə olan sənədlərdən və iddiaçının bildirdiklərindən bəlli olur ki, iddia ərizəsində qeyd edilən və iddiaçıya məxsus sahə kimi qələmə verilən sahələr iddiaçıya deyil, onun yetkinlik yaşına çatmış övladlarına məxsusdur. İddiaçının övladlarından biri – Vəfa Qayıbova 2014-cü ildə vəfat etsə də, iddiaçının adına “vərəsəlik haqqında şəhadətnamə” verilməmişdir. rayon məhkəməsi müzakirə edilən tələbin əsassız olması ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki müzakirə edilən tələb, bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülməsi əsası ilə rədd olunmalı idi. Belə ki, iddia ərizəsində qeyd edilən ünvanda iddiaçıya məxsus olan hər hansı bir sahə mövcud deyil.
71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı kassasiya şikayətinə oğlu X14 tərəfindən ona verilmiş etibarnamələri əlavə etsə də, hazırki iddia məhz birbaşa İddiaçı tərəfindən qaldır ıldığına görə, təqdim edilmiş etibarnamələr hər hansı əhəmiyyət kəsb etmir. Həm də qeyd olunmalıdır ki, iddiaçı həmin və digər sübutları, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci və apellyasiya məhkəmələrinə təqdim etməli idi. Belə ki, kassasiya instansiya məhkəməsi yeni faktları müəyyən etmir və sübutları araşdırmır. 73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdi q olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5783/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.