Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1443/2023 05.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özəlləşdirmənin və hərracın nəticələrinin qismən etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), X7 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı1 cavabdehlər Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 qarşı hərracın nəticələrinin qismən etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1008/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və 3-cü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Baxılan iş üzrə tərəflər arasında ya ranan mübahisə, Sabir adına Üzüm İstehsalı və Emalı müəssisəsinin ilkin şərab emalı zavodunun və yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlıdır.
2. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Üzüm istehsalının və emalının tənzimlənməsi haqqında” 1995-ci il 11 yanvar tarixli 20 saylı əmri ilə 1995-ci ilin yanvar ayının 1-dən mövcud əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq, ilkin şərab zavodlarının üzüm istehsal edən sovxozlarla birləşdirilməsi və sərbəst hüquqi şəxs statuslu üzüm istehsalı və emalı müəssisəsi adlandırılması, mülkiyyət islahatları həyata keçirildiyi vaxt yeni yaranmış müəssisənin əməli idarəçiliyə verilməsi əmr edilib. Həmin əmrə əsasən, Şamaxı rayonu 1 nömrəli üzüm emalı zavodu Sabir adına sovxozla birləşdirilərək, Sabir adına Üzüm İstehsalı və Emalı müəssisəsi yaradıl ıb. 3. 1996-cı il 10 sentyabr tarixdə Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi ilə "xxxx" şirkəti arasında müqavilə bağlanaraq, üzüm saxlama sexinin yeni binası nizamnaməyə əsasən yeni istehsal sahəsi yaratmaq üçün 5 il müddətinə "xxxx" şirkətinə icarəyə verilib. Müqavilədə icarəyə verilən əmlakların siyahısı aşağıdakı kimi qeyd olunub:
1. Üzüm soyudulması binası: a) kompressor sexi; b) qradilni; v) sanitar qovşaq; q) transformator binası; d) transformator; e) metal darvaza.
4. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 may tarixli 804 saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab, şampan və konyak zavodları, tütün fermentləşdirici fabrikləri və tütün kombinatları, çay emalı və çay çəkici fabrikləri özəlləşdirilmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 iyun tarixli 107 s saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə keçmiş sovxoz və şərab emalı zavodlarının bazasında yaradılmış Üzüm İstehsalı və Emalı Müəssisələrinin tərkibində olan ilkin şərab emalı zavodlarının həmin müəssisələrin tərkibindən çıxarılaraq özəlləşdirmək üçün müstəqil müəssisə statusu ilə Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsinin təmin edilməsi tapşırılmışdır.
5. Dövlət Əmlak Komitəsinin 1998-ci il 31 avqust tarixli 1255 saylı sərəncamı ilə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən M.Ə.Sabir adına Üzüm İstehsalı və X13 Emalı Zavodunun bazasında "xxxx" ASC-nin təsis edilməsi qərara alınmışdır.
6. Şamaxı rayonu, Sabir qəsəbəsi X24 Ko missiyasının 1997-ci il 20 dekabr tarixli qərarına əsasən, sabiq M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssisəsi əmlakından pay alma hüququ olan subyektlərə 2001-ci il 10 dekabr tarixli aktla tikinti bina bölməsindən pay kimi 12996,0 min manat dəyərində üzüm saxlama soyuducu anbarı, o cümlədən əmlakın 33,32 faizi, 3847,60 min manat dəyərində Esmira Əliyevaya, əmlakın 35 faizi, 4041,5 min manat dəyərində Abış Osmanovaya, əmlakın 25 faizi, 2886,8 min manat dəyərində Şamayıl Osmanovaya və əmlakın 19,2 faizi, 2220,1 min manat dəyərində Gülqız Quliyevaya verilmişdir.
7. Sabir qəsəbəsi X24 Komissiyasının 39 nömrəli protokoluna əsasən, aqrar islahatla əlaqədar əmlak payı almaq hüququ olan payçıların ərizəsi nəzərə alınmaqla 12996.0 min manat dəyəri olan üzüm saxlama soyuducu anbarının İddiaçı1 verilməsi qərara alınmışdir.
8. Həmin qeyri-yaşayış sahəsinə Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 106 nömrəli 28 dekabr 2001-ci il tarixli, 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə qeydə alınmaqla 143 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
9. Həmçinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci il 20 noyabr tarixdə, 143 inventar nömrəsi ilə, Şamaxı-Bakı yolunun kənarında, M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən 1575,0 kv.m sahəyə malik soyuducu anbara dair İddiaçı1 adına texniki pasport tərtib edilmişdir. Həmin texniki pasport M.Ə.Sabir qəsəbə X24 Komissiyasının 39 nömrəli protokoluna əsasən verilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracda 01 №-li protokola əsasən Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC-nin 136425,8 kv.m torpaq sahəsi hərracdan satış qiyməti ilə - 13643 manata satılmışdır.
11. Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin adına 2013-cü il 22 noyabr tarixdə qeydiyyata alınmış, həmin qeydə dair çıxarış verilmiş, çıxarışda əmlak kompleksi kimi müəssisənin tərkibində soyuducu binanın da adı qeyd olunmuşdur.
12. Üzüm soyudulması binası üzərində İddiaçı1 mülkiyyət hüququnun qeydiyyatı tərəflərin arasında mübahisəyə səbəb olmuşdur. Belə ki, "xxxx" ASC 2015-ci il 25 iyun tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 14 saylı Ərazi İdarəsinə, İddiaçı1 qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X21 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci il 28 dekabr tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 2001-ci il 28 dekabr tarixli, 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli, 2-2(85)-1523/2015 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
13. Sumqa yıt Apellyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2-2(105)-06/2016 saylı qətnaməsi ilə (sədrlik edən S.Bəktaşi, hakimlər T.Quliyev və G.Tağızadə) ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2016-cı il tarixli, 2- 2(102)-288/2016 saylı qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və R.Nəbizadə) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli, 2-2(105)-33/2017 saylı qətnaməsi ilə (sədrlik edən X.A.Cəmilova, hakimlər N.M.Nəsibov və A.B.Nuriyeva) iddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2017-ci il tarixli, 2-2(102)-378/2017 saylı qərarı ilə R.Daşdəmirovun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
17. Həmin iddia tələbi üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 28 dekabr 2001-ci il tarixdə X21 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Şamaxı-Bakı y olunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı1 adına aparılmış qeyd əsassız aparılmışdır. 18. "xxxx" ASC cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi, İddiaçı1, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı 2001-ci il 28 dekabr tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X24 Komissiyasının 2001-ci il 10 dekabr tarixli, 39 nömrəli qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 21 yanvar tarixli 2-1(85)-59/2015 saylı qərardadı ilə mümkün sayılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 11 iyun tarixl i 2-1(105)-92/2015 saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı1 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə, Cavabdeh1 qarşı hazırki iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərra c protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, mübahisəli üzüm saxlama soyuducu anbarı 1995-ci il tarixdən hal-hazırkı vaxta qədər iddiaçının sərəncamında olmuş, ondan mülkiyyətçi kimi istifadə etmişdir. Həmçinin həmin əmlak barədə 2015-ci il tarixə qədər hər hansı bir şəxs, o cümlədən iddiaçı tərəfindən hər hansı bir tələb irəli sürülməmiş, bu barədə mübahisə olmamışdır. Buna baxmayaraq, Şamaxı-Şərab-1” ASC iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, soyuducu anbara mülkiyyət hüququna dair İddiaçı1 adına xx.xx.2001-ci ildə aparılmış qeydiyyatın ləğv edilməsi və verilmi ş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını tələb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, F.X3 əsasında mülkiyyətində olan qeyri-yaşayış binası (soyuducu bina) İddiaçı5 yaradılarkən qiymətləndirilən əmlakın tərkibi kimi onun emissiya prospektinə daxil olmuş, daha sonra 2013-cü il tarixdə Hərrac vasitəsilə ona satılmış və bu əsasla həmin əmlaka mülkiyyət hüququ əldə etmiş, ona həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 22 noyabr 2013-cü il tarixli çıxarış verilmişdir. "xxxx" ASC həmin mübahisəli əmlakın “Emissiya prospekti”-nə daxil olmasını isə onunla əsaslandırır ki, həmin sənəddə “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt ”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” elə “Soyuducu anbar”dır. Mübahisəli əmlakın "xxxx" ASC-nin balansında olması barədə onlar tərəfindən başqa heç bir əsas göstərilmir. 20.1. Lakin mübahisələndirilən əmlakın özəlləşdirilməsi və hər hansı bir təşkilatın balansına verilməsi barədə hər hansı bir sənəd mövcud olmamışdır. Qeyd edilən əmlakın "xxxx" ASC-nin özəlləşmə planına daxil edilməməsi və onun hərrac vasitəsilə satılmasının qanunsuz olması aşağıda qeyd edilənlərlə öz təsdiqini tapır. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış 23 saylı, 10 aprel 2002-ci il tarixli məktubunda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27 noyabr 2001-ci il tarixli, 041/1874 saylı məktubunda göstərildiy i kimi “İcarəyə verilmiş Dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına uyğun olaraq "xxxx" şirkətinə verilmiş qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməmişdir. Məktubda həmçinin qeyd edilib ki, keçmiş Dövlət Əmlak Nazirliyi ilə bağlanmış 3698 saylı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahədən istifadə hüquqları icarəçiyə məxsusdur. 20.2. “Emissiya prospekti”nin “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə inventarlaşdırma uçotu və qiymətləndirməsi haqqında akt”-ından görünür ki, burada göstərilən inventarlaşma, əlavənin adından göründüyü kimi, “Maşın və avadanlıqların” vəziyyəti ilə bağlıdır, mübahisə obyekti isə “Maş ın” və ya “Avadanlıq” deyil, əsaslı tikili olan binadır. Belə olan təqdirdə “Emissiya prospekti”-nin digər bir əlavəsinə, yəni “Bina və Qurğuların xx.xx.1998-ci il vəziyyətinə inventarlaşma uçotu və qiymətləndirilməsi haqqında” Əlavəsinə istinad edilməsini, əmlak barədə mübahisənin həlli üçün yetərli hesab etmək olar. Həmin “Əlavə”də isə mübahisəli əmlaka dair hər hansı bir məlumat yoxdur. 20.3. Digər bir əsas ondan ibarətdir ki, mübahisəli əmlak "xxxx" ASC-nin təsis edilməsi barədə Sərəncam və buna əsas olmuş normativ-hüquqi aktlar qəbul ediləndən, yəni “Emissiya prospekti”-nin hazırlandığı 1998-ci il tarixdən 2 il əvvəl - 1996-cı ildə "xxxx" şirkətinə icarəyə verilmişdi və bu müqavilə həmin dövrdə mübahisələndirilməmişdir. Əgər mübahisəli əmlak M.Ə.Sabir adına X18 bazası əsasında yaradıl mışdırsa və "xxxx" ASC-nin “Emissiya prospekti”-nə daxil edilmişdirsə onda həmin əmlak “Emissiya prospekti”nə 4N2-H “Əlavə"də icarədə olan əmlak kimi göstərilməli idi, lakin əmlakın tərkibi qrafasının qarşısında “yox” sözü yazılmışdır. 20.4. Digər bir əsas, "xxxx" şirkətində icarədə olan soyuducu bina ASC mülkiyyətinə aiddirsə, onda mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr 432 saylı fərmanı ilə təsdiq edilmiş “Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla baxılmalı idi. Belə ki, Qanunun 4.6.4 bəndində deyilir ki, icarə müəssisənin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi b axımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Bu hal da məhkəmə tərəfindən müəyyən olunmamışdır. 20.5. Bundan başqa, icarə müqaviləsinin tərkibi və soyuducu binanın vəziyyətinin təhlili, Üzüm İstehsalı və Emalı Müəssisəsinin direktorunun (hazırkı iddiaçının) təmir-bərpa işlərinin aparılmasına icazə məktubu da hazırkı mübahisələndirilən əmlakın emissiya prospektinin təsdiq edilməsindən əvvəl icarədə olduğu barədə sübutları daha da möhkəmləndirir.
21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin İddiaçı1 ünvanladığı D/145 saylı xx.xx.2014-cü il tarixli məktubunda deyilir ki, to rpaq islahatları ilə bağlı Sabir adına təsərrüfatı və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinə hüquqlar Şamaxı M.Ə.Sabir qəsəbə Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 03 nömrəli 1 avqust 2002-ci il tarixli müqavilə əsasında yaranmışdır. Belə olan təqdirdə həmin torpaq sahəsinin hərrac vasitəsilə X10 adına satılması qeyri- qanunidir. Həmçinin İddiaçı5-nin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin təsdiq etdiyi xəritədə İddiaçı5 1:20 konturda yerləşməklə 11,8 ha əraziyə malik olmasının göst ərilməsi də dediklərini bir daha təsdiq edir.
22. Cavabdehin nümayəndəsi və üçüncü şəxslərin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişlər.
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-6236/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilərək, "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilmiş, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli, 01 №-li hərrac protokolunun qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsinin etibarsız hesab olunması qət edil mişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Şamaxı-Bakı yolunun sağ kənarında yerləşən M.Ə.Sabir adına qəsəbənin ərazisində qeyri-yaşayış binası - “Soyuducu anbar” özəlləşdirilməyə çıxarılan zaman təsdiq ollunmuş “Özəlləşdirilmə planı”na daxil edilməmiş və "xxxx" ASC-nin mülkiyyətində olan əmlakın tərkib hissəsi deyildir.
25. Belə ki, mübahisələndirilən "xxxx" "xxxx" ASC-nin özəlləşdirmə planına daxil edilməmiş və Sabir adına sovxozun əmlakı kimi aqrar islahatları zamanı onun payçılarının - Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gülqız Quliyeva ərizəsi əsasında İddiaçı1 verilmişdir. Bundan başqa Şamaxı rayonu, Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planına əlavələr də mübahisələndirilən "xxxx"nın adı qeyd olunmamışdır. Həmin özəlləşdirmə planının ikinci bölməsində özəlləşdirmə planına 11 nömrəli əlavədə “Maşın və avadanlıqların xx.xx.1998-ci il vəziyyətinə inventarlaşdırma uçotu və qiymətləndirmə haqqında akt”da “soyuducu sexi” qeyd olunsa da, əlavənin adından göründüyü kimi, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmişdir. Həmin özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə qeyd olunmamışdır. Bütün bunlarla "xxxx" Şirkətinə verilmiş qeyri-yaşayış sahəsinin - "xxxx"nın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməməsi sübuta yetirilir.
26. Bundan əlavə, Azərbaycan Respublikasında aparılan torpaq islahatları ilə bağlı Sabir adına təsərrüfat subyektində və Sabir bələdiyyəsi üçün hazırlanmış yerqurulu şu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinə icarə hüquqları Şamaxı M.Ə.Sabir qəsəbə Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 03 nömrəli 1 avqust 2002-ci il tarixli müqavilə əsasında ona məxusdur.
27. Belə olan təqdirdə həmin torpaq sahəsinin hərrac vasitəsilə X10 adına satılması əsassızdır. Bu həmçinin "xxxx" ASC-nin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin M.Ə.Sabir adına Ül və EM-nin təsdiq etdiyi xəritədə "xxxx" ASC 1:20 konturda yerləşməklə 11,8 ha əraziyə malik olması ilə bir daha təsdiq olunur.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ hissəsi, 60-cı maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 389.1, 404.1, 416.1, 416.2, 415.1, 415.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, 109-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, üçüncü şəxslər İddiaçı5 və Cavabdeh1 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. 30. 3-cü şəxslər apellyasiya şikayətini onunla əsaslandırıblar ki, mübahisəli əmlakın özəlləşdirilməsinə baxmayaraq, Şamaxı rayonu, Sabir adına qəsəbənin Üzüm Emalı vəİstehsalı X11 İslahat Komissiyası tarixs iz 39 nömrəli protokolu ilə sözügedən soyuducu anbar binasını qeyriqanuni olaraq 12996,0 min manat dəyərində qiymətləndirərək, təsərrüfatdan əmlak payı almaq hüququ olan beş nəfərin ərizələrinə əsasən İddiaçı1 təhvil vermiş, buna əsasən İddiaçı1 28 dekabr 2001-ci il tarixdə 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 hələ 18 sentyabr 1989-cu ildə sözügedən müəssisədən işdən çıxmışdır və qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir əsasla 10 dekabr 2001-ci il tarixdə həmin təsərrüfatdan əmlak payı kimi mübahisəli sahəni ala bilməzdi. Bu halda İddiaçı1 mübahisə predmetini qanuni əsaslarla əldə etmək imkanının olmadığını görüb qanunsuz, saxta yollarla əmlakı əldə etmək qərarına gəlmiş və bu işdə ona bir çox vəzifəli şəxslər yardımçı olmuşlar. Həmin vəzifəli şəxslərin qanunsuz əm əlləri nəticəsində İddiaçı1 tərəfindən mübahisələndirilən ərazi, yəni soyuducu anbarı keçmiş Şamaxı Rayonlararası Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə qeydiyyata alınmış və 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmənin istinad etdiyi 10 dekabr 2001-ci il tarixli M.Ə.Sabir adına YAİK-nın aktında adları göstərilən Əliyeva Esmira, Osmanov Abış, Osmanova Samayıl və Quliyeva Gülqıza əmlak payı kimi verilmiş və Daşdəmirov həmin əmlak payını göstərilən şəxslərdən satın almışdır. Lakin bu barədə heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı mübahisəli əmlaka almış olduğu qeydiyyat vəsiqəsini yuxarıda göstərilən şəxslərə kollektiv üzvlərinə əmlak payı kimi verildiyini və həmin payları göstərilən şəxslərdən satın ald ığını bildirir. Göstərilən şəxslərin həqiqətən "xxxx" ASC-dən əmlak paylarının alınmasının dəqiqləşdirilməsi üçün Sumqayıt İnzibati-İqtisadi məhkəməsi tərəfindən o vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu göndərmiş, Komitə həmin sorğuya 18 noyabr 2014-cü il tarixli, 48-1576/3 saylı cavab məktubunda qeyd edib ki, Şamaxı rayonu, M.Ə.Sabir adına təsərrüfatda torpaq islahatı keçirilən zaman Rayon və X24 Komissiyalarının qərarları əsasında pay torpaqlarının bölgüsü iki hissədən aparılmışdır. Məktubda qeyd olunan İddiaçı1 adı Aqrar İslahat Komissiyası tərəfindən təqdim edilmiş torpaq islahatı ilə əlaqədar torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında qeyd olunmamışdır. X8, X16 və X4 isə 277 nömrə ilə ailə başçısı X5 ailə tərkibində və X9 630 nömrə ilə qeyd olunmu şlar. Bu məktubda qeyd olunub ki, adları guya soyuducu anbardan əmlak payı alan şəxslər kimi göstərilən şəxslər, sovxozdan yalnız əmlak payı kimi torpaq sahəsi alıblar Məktubun sonunda qeyd edilir ki, yuxarıda göstərilən şəxslərə əmlak payının üzüm saxlama anbarından verilməsi haqqında heç bir məlumat yoxdur. Göründüyü kimi bu məktub bütövlükdə mübahisəyə birdəfəlik son qoyub. Çünki iddiaçı iddia edir ki, soyuducu sexi göstərilən şəxslər əmlak payı kimi əldə etmiş və onlardan həmin payı satın almışdır. Qətnamədə iddia tələbinin təmin edilmə əsaslarından biri kimi də üzüm saxlama anbarının 1996-cı ildə "xxxx" şirkətinə beş illiyə icarəyə verilməsi qeyd olunmuşdur. Həqiqətən də göstərilən tarixdə M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssisəsi ilə "xxxx" şirkəti arasında soyuducu sexin (ü züm saxlama anbarı) icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Lakin 1998-ci ilin sentyabrında M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssisəsi ləğv edilmiş və onun bazasında "xxxx" ASC yaradılmışdır. Yeni yaradılan hüquqi şəxslə icarə müqaviləsinin yenidən bağlanılması və ya əvvəlki hüquqi şəxslə bağlanmış müqavilənin davam etdirilməsinə dair heç bir yazılı və şifahi razılaşma mövcud deyil. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edilir ki, tərəflər arasında icarə müqaviləsi mövcud olduğu halda mübahisəli obyekt ASC-nin emissiya prospektinə daxil edilə bilməzdi. Məhkəmə nəzərə almır ki, göstərilən icarə müqaviləsi İddiaçı1la deyil, "xxxx" adlı hüquqi şəxslə bağlanmışdır.
31. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apelyasiya şikayəti onunla əsas landırılmışdır ki, İddiaçı5-nin istifadəsində olan 136425.8 kv.m torpaq sahəsi hərrac yolu ilə satılmış, hərracın qalibi Cavabdeh1 ilə ƏMDK arasında 17 sentyabr 2013-cü il tarixli, 4542 nömrəli “özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsi ilə satılmasına dair alqı-satqı müqaviləsi” bağlanmışdır. Məhkəməyə təqdim edilən sənədlərdən və qüvvədə olan qanunvericiliyin tələblərindən aydın görünür ki, Komitə tərəfindən özəlləşdirilmə “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın və digər qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, məhkəmə isə işin hallarını tam, obyektiv araşdırmayaraq maddi və prosessual hüquq normalarını pozmaql a qərar çıxarmışdır.
32. Apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının 21 iyul 2017-ci il tarixli 11326 saylı rəyində göstərilmişdir ki, Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə inventarlaşdırma uçotu və qiymətləndirməsi haqqında akt”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” ilə "xxxx" ASC-nin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış sahəsi binası ("xxxx") eyni əmlak deyildir. Müəssisənin nizamnaməsinə əsasən özəlləşdirmə planının “müəssisənin əsas xarakteristikası” bölməsində, müəssisənin əsas fəaliyyət (iş xidmət) növləri “üzüm emalı və satışı”, istehsal olunan məhsulların (işlər in, xidmətlərin) əsas növləri isə “şərab məhsulları” olduğundan, süfrə üzümünün tədarükü, saxlanılması və satışı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmamış, "xxxx" ASC-nin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış binası ("xxxx") ilə İddiaçı1 təqdim etdiyi 2001-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu anbar” binası eyni əmlak olmuşdur.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-833/2017 saylı, 04 oktyabr 2017-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və X.Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.
35. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və üçüncü şəxs İddiaçı5 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətləri apelyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1631/2018 saylı, 12 mart 2018- ci il tarixli qərarı ilə (hakimlər - Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və M.Əhmədova) "xxxx" ASC-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv oluna raq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
37. Kassasiya instansiyası məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verildiyindən, həmin qətnamə ilə İddiaçı1 mübahisə predmeti olan əmlaka subyektiv hüququ itirildiyindən həmin işə kassasiya instansiyası məhkəməsində baxılıb qurtarana kimi hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası həmin vəsatəti təmin etməməklə və iqtisadi iş üzrə məhkəmə mübahisəsinin yekunlaşmasını gözləmədən hazırki işə baxaraq qətnamə qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
38. İddiaçı1 mülkiyyət hüququnun müdafiəsi barədə iddiasının təmin olunması barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmiş həmin hüququn əmələ gəlməsinə və dövlət tərəfindən tanınmasına əsas olmuş qeydiyyat ləğv edilmiş, 28 dekabr 2001-ci il tarixli, 106 saylı Qeydiyyat vəsiqəsi isə etibarsız hesab edilmiş, İddiaçı1 mübahisə predmeti olan əmlaka subyektiv hüququ itirilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, belə olan halda həmin iqtisadi mübahisə üzrə yekun nəticəni gözləmədən apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsaslı sayıla bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iqtisadi iş həll edilməyincə hazırkı mülki işə baxmağın mümkünsüzlüyünü Bakı Apellyasiya Məhkəməsi nəzərə almalı idi.
40. Həmçinin, dövlət mülkiyyəti kimi "xxxx" ASC-nin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi 17 sentyabr 2013-cü il tarixdə hərrac vasitəsilə satılan zaman həmin 136426 ha sahənin hamısının ASC-yə aid olması və dövlət mülkiyyətində saxlanılmasını şübhə altına alan, işin düzgün həllinə təsir edən kifayət qədər ziddiyyətli məqamlar vardır. Torpaq islahatı vaxtı 136426 ha sahəsinin bir hissəsinin Şamaxı rayonu Sabir Bələdiyyəsinin mülkiyyətinə verilməsi və onun mülkiyyəti kimi qeydiyyata alınması barədə yuxar ıda göstərilən sübutlara apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli baxmamış, Şamaxı rayonu Sabir bələdiyyəsini işə cəlb etməklə və "xxxx" özəlləşdirməyə açıq elan olunan zaman (Dövlət Əmlak Komitəsi sədrinin 31 avqust 1998-ci il tarixlç əmri) əmlakının yerləşdiyi torpaq sahəsinin ölçüləri barədə mötəbər sübutların təqdim olunmasını cavabdehə təklif etmədən torpaq sahəsinin 17 sentyabr 2013-cü il tarixli hərracın qismən, yəni 1,23 ha hissədə etibarsız hesab etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2017 saylı, 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), R.Eyvazov və İ.Vəliyev) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktya br 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdir.
42. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” tələbinə ilk növbədə onun müvafiq subyektiv hüquqa malik olub-olmadığı kontekstində qiymət verilməlidir.
43. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, X21 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv və 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, həmin qətnamə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır.
44. Məhkəmə kollegiyası torpaq sahəsi ilə bağlı iddiaya münasibətdə qeyd etmişdir ki, “Şamaxı rayonu Sabir qəsəbəsi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 1.08.2002-ci il tarixli müqavilə müvaf iq icra hakimiyyəti orqanında qeydə alınmamış, Əmlak Məsələləri Dövlət Komitəsi isə hazırkı mübahisə ilə bağlı məhkəmələrə ünvanlandığı məktublarda həmin müqavilənin heç bir hüquqi əsasının olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin 26 dekabr 2014-cü il tarixli məktubuna əsasən (cild 1, i/v 19) torpaq islahatı ilə bağlı Sabir adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi olduğu qeyd olunsa da, həmin bələdiyyə məhkəməyə göndərdiyi məktubda sözügedən torpaq sahəsinin onun mülkiyyətinə verilmədiyini qeyd etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7686/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
47. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, özəlləşdirmə planına dair sənədlərdə ASC-nin torpaq sahəsinin olması göstərilməmiş, müəssisənin texniki pasportu məktuba əlavə edilməmiş, 136425,8 kv.metr torpaq sahəsinin ASC-nin sə rəncamında olması və dövlət mülkiyyəti kimi 11966 nömrə ilə qeydiyyata alınması barədə "Registrdən çıxarış" torpağın alğısatqısına dair hərrac keçirilməmişdən təqribən bir ay əvvəl, 15 avqust 2013-cü il tarixdə verilmişdir. xx.xx.2013-cü il tarixli 542 nömrəli hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, satıcı tərəfindən alıcı Cavabdeh1 Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracda 01 №-li protokola əsasən Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC-nin 136425,8 kv.metr torpaq sahəsi hərracdan satış qiyməti ilə - 13643 manata satılmışdır.
48. Torpaq islahatı vaxtı 136426 ha torpaq sahəsinin bir hissəsinin Şamaxı rayonu Sabir Bələdiyyəsinin mülkiyyətinə verilməsi və onun mülkiyyəti kimi qeydiyyata alınması barədə yuxarıda göstərilən sübutlara apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli baxmamış, Şamaxı rayonu Sabir bələdiyyəsini işə cəlb etməklə və "xxxx" ASC özəlləşdirməyə açıq elan olunan zaman (Dövlət Əmlak Komitəsi sədrinin 31 avqust 1998-ci il tarixli əmri) əmlakının yerləşdiyi torpaq sahəsinin ölçüləri barədə mötəbər sübutların təqdim olunmasını cavabdehə təklif etmədən torpaq sahəsinin 17 sentyabr 2013-cü il tarixli hərracını qismən, yəni 1,23 ha hissədə etibarsız hesab etmişdir”) tam əməl etməmişdir. e) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
49. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3626/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov) apel lyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdir.
50. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” tələbinə münasibətdə müvafiq subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir və birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə ləğv olunmalıdır. Bu baxımdan, iddiaçının soyuducu binaya dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə 15 yanvar 2001-ci il tarixli 3698 saylı icarə müqaviləsi ba ğlaması, bununla da soyuducu binanın özəlləşmə planına daxil edilməyərək 2001-ci ilin sonunadək "xxxx" şirkətinin icarəsində olması və s. barədə dəlillərinə də qiymət verməyə zərurət qalmır.
51. İddiaçının hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə kollegiya əsaslı hesab etməmiş və qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin 17 sentyabr 2013-cü il tarixdə hərracdan Cavabdeh1 satılmasına dair hərrac sənədlərinə əlavə edilmiş reyestrdən çıxarışın (qeydə alma: 15 avqust 2013-cü il, N° 2758) təsdiq olunmuş surətindən (c.1, i.v. 1 19) müəyyən olunur ki, alqı-satqı predmeti olmuş 13,6426 ha torpaq sahəsi satışa çıxarılmamışdan əvvəl "xxxx" ASC-nin (qeydiyyat N°11966) sərəncamında olan daşınmaz dövlət əmlakı kimi dövlət reyestrinə daxil edilmiş və hərracdan da dövlət mülkiyyətində olan əmlak (torpaq sahəsi) kimi satılmışdır. Reyestrdən çıxarışın 15 avqust 2013-cü il tarixdə verilməsi 13,6426 ha torpaq sahəsinin dövlət reyestrinə məhz həmin tarixdə daxil edilməsi kimi qəbul edilməməlidir. İş materiallarında bu barədə məlumat yoxdur. Bununla belə, işdə olan Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və X2 29 noyabr 2010-cu i l tarixli KH-25/02-144 nömrəli məktubunun surətindən görünür ki, həmin məktubda registr bazasının məlumatlarında zavodun yerləşdiyi torpaq sahəsi 9,80 ha göstərilsə də, faktiki olaraq ər azisi 13,90 ha təşkil etdiyi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.9-cu maddəsinə əsasən soyuducu anbarın yerləşdiyi 1,42 ha torpaq sahəsinin bütövlükdə dövlət mülkiyyətində olduğu, məhz bu səbəbdən dövlət mülkiyyətində olan obyektlərin qorunub saxlanması və mühafizəsi məqsədilə yaradılan daşınmaz əmlak haqqında elektron məlumat bazasına zavodun faktiki ölçüsünün 13,80 ha kimi daxil edildiyi göstərilmişdir. ə) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
52. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5986/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – V.İbayev (sədrlik edən və məruzəçi), G.Quliyev və Ə.Əliyev) İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məh kəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iddiaçının irəli sürdüyü İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu Binaya münasibətdə ləğv edilməsi tələbinə dair hissədə müvafiq subyektiv hüququn sahibi kimi qəbul etməyin mümkün olmaması barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, bu tələbin faktiki əsasını işdə mübahisələndirilən hərracın nəticələri əsasında İddiaçı5-nin əldə etdiyi əmlak təşkil etmişdir. İddiaçının həmin qeyri-yaşayış sahəsinə dair qeydiyyat sənədlərinin etibarsız hesab edilməsinin əsasında mübahisələndirilən hərracın nəticələri durduğuna görə onun hərracın nəticələrini mübahis ələndirməyə subyektiv hüququ olmuşdur. f) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
55. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-635/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - E.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova, İ.Kərimli) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 iddia tələbi "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
56. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, 28 dekabr 2001-ci il tarixdə X21 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı1 adına aparılmış qeyd əsassız aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilmir və yenidən sübut edilmir.
57. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, İddiaçı5-nin və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlilləri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda həmin torpaq sahəsinin hərrac vasitəsilə X1 əsaslı hesab oluna bilməz. g) Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat
58. Qətnamədən iddiaçı İddiaçı1 və vəkili Feyzullayev Xəyal Yusif oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
59. Cavabde h Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Samaxı Şərab-1 ASC”, Cavabdeh1 oğlu və onların vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və V.Həsənov) kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli 2(103)-635/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ğ) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat
61. İddiaçının hüquqi varisi Anar Daşdəmirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi, 129-cu maddəsinin İİİ hissəsi və MPM-nin 416, 417 və 418-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
62. Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddə lərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
63. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün, ilk növbədə, mübahisə edilən əmlakın bələdiyyə və ya dövlət mülkiyyətində olan torpaqda yerləşməsini müəyyən etməli idi.
64. Eyni zamanda həmin məhkəmə F.X3 əsasında mülkiyyətində olan “soyuducu anbar”ın "xxxx" ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkib hissəsi kimi özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilməməsinə dair irəli sürdüyü dəlili mülki işin tam və hərtərəfli həll edilməsi üçün mülki prose ssual qanunvericiliyə uyğun olaraq araşdırmalı və müvafiq hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə baxışları zamanı məhkəmələrin müəyyən etdiyi hallarla bağlı qiymətləndirmə aparılmasına zərurət görməmiş, mübahisənin obyektini dəqiq müəyyən etmədən, İddiaçı1 hərracın nəticələrinin “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbi ilə bağlı subyektiv hüquqa malik olmaması qənaətinə gəlmiş, torpaq sahəsinin hüquqi statusu ilə əlaqədar kassasiya instansiyası məhkəməsinin göstərişlərinə də əməl etməmişdir.
65. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16 yanvar 2020-ci il tarixli qətnaməsində iddiaçının "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinə dair subyekti v hüquqa malik olması ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alsa da tələbin həmin hissədə əsassız olduğu qənaətinə gəlmişdir. Lakin həmin məhkəmə iddiaçının hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1.23 ha hissəsi üzrə etibarsız hesab edilməsi tələbinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir.
66. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış və həmin işdə preyudisiyal əhəmiyyətə malikdir. Nəticədə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarında nəzərdə tutulmuş göstərişləri lazımınca yerinə yetirməmiş, mübahisəli əmlakın bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsinin işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb etməsini nəzərə almamışdır.
67. Ali Məhkəmənin Mülki Kollegiyası isə 1 iyul 2020-ci il tarixli qərarı ilə özünün əvvəlki qərarında verilmiş göstərişlərinin yerinə yetirilməməsinə münasibət bildirmədən belə nəticəyə gəlmişdir ki, apellyasiya instan siyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsinin hazırkı mübahisə üzrə preyudisiyal əhəmiyyət daşımasını düzgün qiymətləndirmişdir.
68. İddiaçının kassasiya şikayətinin əsas dəlillərindən olan qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinin onun əmlak üzərində hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermədiyini, həmin əmlakın ona verilməsinə dair X24 Komissiyasının 10 dekabr 2001-ci il tarixli qərarının qüvvədə olmasını kassasiya instansiyası məhkəməsi əsassız saymışdır.
69. Qeyd edilməlidir ki, mülki işin materiallarından görünür ki, "xxxx" ASC-nin 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X24 Komissiyasının 10 dekabr 2001ci il tarixli 3 9 nömrəli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
70. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin 1 iyul 2020-ci il tarixli qərarı ilə mübahisə X24 Komissiyasının qeyd olunan qərarına əsasən İddiaçı1 mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət verilmədən həll edilmişdir. h) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qər arı ilə (məruzəçi hakim İ.Xəlilov) İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-635/2020 saylı, 16 yanvar 2020-ci il t arixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
72. Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, hazırda qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin olunaraq, İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir.
73. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı1 adına qeydə alınmış əmlakla "xxxx" ASC-nin adına qeydə alınmış əmlakın eynilik təşkil etməməsi barədə dəlili iş materialları, məhkəmənin mübahisəli əmlaka keçirdiyi yerində baxış, ASC-nin emissiya prospekti və texniki pasportunda “Əsas, köməkçi tikili və qurğuların tə yinatı və texniki göstəriciləri”ndə “B” tikilisi olan soyuducu binaya dair və həmin tikilinin planında "xxxx" ilə bağlı texniki göstəricilərin İddiaçı1 adına qeydə alınmış əmlaka dair verilmiş texniki pasportda “sex’lə bağlı qeyd olunan texniki göstəricilərin eynilik təşkil etməsi təkzib olunmuşdur.
74. F.Əhmədovun hazırda mübahisələndirdiyi əmlakın məhz "xxxx" ASC-yə verilmiş həmin çıxarışda göstərilən əmlakla eyni olması qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur.
75. Ona görə, işə yenidən baxılarkən məhkəmənin hüquqi qiymət verməli olduğu məsələlərdən biri qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu, onun hüquqi nəticələri və həmin qərarın qəbulundan sonra X24 Komissiyasının 1 0 dekabr 2001-ci il tarixli, 39 nömrəli qərarının hüquqi gücü ilə bağlı məsələ olacaqdır. Məhz həmin dəyərləndirmənin nəticəsində İddiaçı1 iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olubolmaması ilə bağlı yekun qərar qəbul edilməsi mümkün olacaq.
76. İstər MPM-in tələblərinə, istərsə də Konstitusiya Məhkəməsi Plenumunun özünün hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci iç tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar artıq həmin prosesdə iştirak etmiş F.Daşdəmorov və "xxxx" ASC, habelə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırki məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. x) Apellyasiya instansiya məhkəməsindəki beşinci icraat
77. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)-1008/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2293 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssinin rəyinə əsasən, naturada təqdim edilən 1,07 ha torpaq sahəsi (soyuducu anbarın yerləşdiyi ərazi daxil olmaqla) “Şamaxı-Şərab-1 ASC-yə aid 13,64 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla xüsusi mülkiyyətə aiddir. "xxxx" ASC-nin yerləşdiyi 13,64 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuş sonradan hərrac vasitəsilə Cavabdeh1 satılmış və 22 noyabr 2013-cü il t arixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
78. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1008/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov, A.Tanrıverdiyev) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
79. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə M.Ə.Sabir adına qəsəbənin ərazisindəki qeyriyaşayış binası - “Soyuducu anbar” özəlləş dirilməyə çıxarılan zaman təsdiq olunmuş özəlləşdirilmə planına daxil edilməmiş və "xxxx" ASC-nin mülkiyyətində olan əmlakın tərkib hissəsi olmamış, Sabir adına sovxozun əmlakı kimi aqrar islahatları zamanı onun payçıları - Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gülqız Quliyevanın ərizələri əsasında İddiaçı1 verilmişdir. Özəlləşdirmə planının ikinci bölməsində özəlləşdirmə planına 11 nömrəli əlavədə maşın və avadanlıqların xx.xx.1998-ci il vəziyyətinə “İnventarlaşdırma Uçotu və Qiymətləndirmə haqqında Akt”da “soyuducu sexi” qeyd olunsa da, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmiş, özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə qeyd olunmamışdır.
80. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının 2 1 iyul 2017-ci il tarixli 11326 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” ilə "xxxx" ASC-nin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış sahəsi binası ("xxxx") eyni əmlak deyildir, müəssisənin nizamnaməsinə əsasən özəlləşdirmə planının “müəssisənin əsas xarakteristikası” bölməsində, müəssisənin əsas fəaliyyət (iş xidmət) növləri “üzüm emalı və satışı”, istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri isə “şərab məhsulları” olduğundan, süfrə üzümünün tədarükü, saxlanılması və satışı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmamış, "xxxx" ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış binası ("xxxx") ilə İddiaçı1 təqdim etdiyi 2001-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu anbar” binası eyni əmlak olmuşdur.
81. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, "xxxx" ASC-nin və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlilləri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda həmin torpaq sahəsinin hərrac vasitəsilə X1 əsaslı hesab oluna bilməz.
82. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2293 saylı ekspert rəyi hazırkı mübahisənin həlli baxımından əsaslı sübut hesab oluna bilməz. Çünki həmin rəydə ekspertlər mübahisəsiz olan halları, yəni -1). naturada təqdim edilən 1,07 ha torpaq sahəsi (soyuducu anbarın yerləşdiyi ərazi daxil olmaqla) İddiaçı5-yə aid 13,64 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla xüsusi mülkiyyətdə olduğunu;-2). İddiaçı5-nin yerləşdiyi 13,64 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuş olması; 3). sonradan hərrac vasitəsilə Cavabdeh1 satılmış və 22 noyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini qeyd etmişlər.
83. Belə ki, hazırda iddiaçıya aid torpaq sahəsinin mübahisələndirilən hərrac nəticəsində cavabdehə aid edilən torpaq sahəsinin hüdudlarında yerləşməsi, həmin torpaq sahəsinin əvvəllər dövlət mülkiyyətinə aid olması (çünki əvvəllər həmin ərazidə başqa mülkiyyət növü olmamışdır.), eləcə də həmin torpaq sahəsinin hərracdan Cavabdeh1 satılması və hal-hazırda onun adına reyestrdə qeydə alınması öz-özlüyündə məlum olan hallar olmuşdur.
84. Bundan başqa, iddiaçı tərəf hazırkı iş üzrə olan bütün ərizə, şikayət və müraciətlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərindən narazı olduğunu, bu mübahisə ilə bağlı həmin idarənin davamlı olaraq cavabdeh ASC-nin rəhbərlərinin maraqlarına uyğun olan arayış və məktublar verdiyini göstərmişlər. Hazırkı məhkəmə iclasında da “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssislərinin rəyinə əsasən hazırlanmış həmin ekspert rəyinin qərəzli və dayanıqsız olduğunu bildirmişlər.
85. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən hərrac keçirilən zaman qüvvədə olan mülki və torpaq qanunvericiliyinin tələbləri pozulmuş, torpağın icarəçisinin iştirakı təmin olunmadan onun icarəsində olan torpaq sahəsi digər şəxsə hərrac vasitəsi ilə satılmış, eyni zaman da həmin torpaq sahəsi üzərində yerləşən başqa təyinatlı “soyuducu anbar” da tam əsassız olaraq İddiaçı5-yə aid tikili - əmlak kimi göstərilmişdir.
86. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun xx.xx.2021-ci il tarixli X22 İslahat Komissiyasının mübahisəli əmlak üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun saxlanılmasının yox lanılması baxımından YAİK-ın xx.xx.2001-ci il tarixli 39 nömrəli qərarının hüquqi gücü (qüvvəsi) ilə bağlı göstərişinə əsasən qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, YAİK-nın qeyd olunan həmin qərarı indiyə qədər məhkəmə qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. YAİK-nın həmin qərarının hüquqi gücü (təsiri) və əhəmiyyəti barədə isə hazırkı iş üzrə Konstitusiya Məhkəməsi 27 may 2021-ci il tarixli Qərarında müfəssəl hüquqi mövqe bildirmişdir ki, məhkəmə kollegiyası da bununla razılaşır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
87. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti (Vəkil2) və 3-cü şəxs "xxxx" ASC tərəfindən (vəkil Cava bdeh1) qətnamədən ayrıayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiya məhkəməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
88. Cavabdehin şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, mübahisəli əmlakın bələdiyyəyə aid olan torpaq sahəsində yerləşib-yerləşməməsinin işin düzgün və ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb etdiyini qeyd etmiş, digər tərəfdən işin bu halın müəyyən edilməsi üçün təyin edilmiş ekspertiza üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 10/2293 nömrəli ekspert rəyində həmin torpaq sahəsinin ilkin olaraq dövlət mülkiyyətində, daha sonra özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi, bununl a bələdiyyə mülkiyyətində olmadığı qeyd edilsə də məhkəmə qərar qəbul edərkən bunu nəzərə almamışdır. Məhkəmə ekspertizanın aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən mütəxəssis rəyinin verildiyini, iddiaçının həmin qurumdan narazı olduğunu bildirərək ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, təyin edilmiş ekspertizanın Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılması məhkəmənin özünün qərardadı ilə müəyyən edilmişdir.
89. Bundan başqa məhkəmə bir tərəfdən iddianın predmeti olan əmlakın (soyuducu bina) "xxxx" Açıq Səhmdar Cəmiyyətin özəlləşdirilə n əmlakının tərkibinə daxil olmadığını, həmin səhmdar cəmiyyətin emissiya prospektində “soyuducu sex” kimi qeyd edilmiş əmlakın mübahisənin predmeti olan “soyudu anbar” ilə eyni əmlak olmadığını qeyd etmiş, digər tərəfdən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətin özəlləşdirilməsinin qismən ləğv edilməsi barədə iddiasını əsaslı hesab etmişdir. Əgər məhkəmənin qeyd etdiyi kimi, "xxxx" ASC-nin emissiya prospektindəki “soyuducu sex” kimi qeyd edilmiş əmlak İddiaçı1 ona məxsus olduğunu iddia etdiyi “soyudu anbar” ilə eyni əmlak deyildirsə, onda özəlləşdirmənin qismən ləğv edilməsinə hansı zərurətin mövcud olduğunu məhkəmə əsaslandırmamış və İddiaçı5-nin emissiya prospektində qeyd edilmiş hansı əmlaka münasibətdə özəlləşdirmənin ləğv edildiyini məhkəmə müəyyən etməmişdir.
90. Bundan başqa, İddia çı1 iddiasını onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən üzümsaxlama soyuducu anbarı əmlak payı kimi Şamaxı rayonu, Sabir qəsəbə X24 Komissiyasının 39 saylı protokolu ilə ona təhvil verilmişdir. İddiaçı tərəfindən məhkəməyə 39 saylı protokolun özü deyil, həmin protokoldan çıxarış təqdim edilmişdir. İddiaçının hüquq müəyyənedici sənəd hesab etdiyi yeganə sübut M.Ə.Sabir adına X24 Komissiyasının 39 saylı protokolundan çıxarışdır və həmin çıxarışın da tarixi yoxdur. Həmin 39 saylı protokola məhkəmələr tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. M.Ə.Sabir adına YAİK-nın 39 saylı protokolundan tarixsiz çıxarış həmin protokolun əsli ilə müqayisələndirilməmiş, 39 saylı protokolda (əslində) ümumiyyətlə kimlərəsə əmlak payı verilməsinə dair hər hansı qeydin olub-olmama sı araşdırılmamışdır. M.Ə.Sabir adına YAİK-nın 39 saylı protokolunun əsli iş üzrə sənədlərdə əvvəldən mövcuddur və həmin protokolun əslinin sübut kimi dəyərləndirilməsi dəfələrlə tələb olunmuş və bu barədə vəsatətlər verilmişdir. 39 saylı protokolun tarixi 29 yanvar 1999-cu ildir. Şamaxı-Şərab 1 ASC isə 31 avqust 1998-ci il tarixdə təsis edilib. Yəni Şamaxı-Şərab 1 ASC təsis edildikdən sonra kiməsə əmlak payı verilə bilməzdi. Bu əsasla 39 saylı protokoldan çıxarışa tarix qoyulmayıb. 91. 3-cü şəxsin şikayəti belə əsaslandırılmışdır ki xx.xx.2022-ci il tarixli, 10/2293 saylı ekspert rəyi verilmiş və həmin rəydə "xxxx"nın (tikilinin) dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Konstitusiya Məhkəməsi Plen umu və eləcə də apellyasiya instansiyası məhkəməsi qeyd edilən "xxxx"nın (tikilinin) yerləşdiyi torpaq sahəsinin dövlətin və ya bələdiyyəninmi mülkiyyətində olmasının müəyyən edilməsinin mübahisənin ədalətli həlli üçün vacib olduğunu qeyd etmiş və məhkəmə kollegiyası da məhz bu baxımdan ekspertiza təyin etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun göstərişi elə apellyasiya məhkəməsinin özü tərəfindən yerinə yetirilməmiş qalmışdır və bu gün də mübahisələndirilən əmlakın dövlət və ya bələdiyyəyə aid torpaq sahəsində yerləşməsi məhkəmələr üçün aydın deyildir. Əgər “Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı məhkəmə tərəfindən əsassız hesab edilib lə ğv olunmuşdursa, onda həmin əmlaka İddiaçı1 hüququ yoxdur və o, bu gün hazırkı iddianı qaldırmağa səlahiyyətli deyil. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
92. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyası
93. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
94. Maddə
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
95. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
96. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyy ətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
97. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
98. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
99. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
100. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
101. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəz ərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
102. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
103. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbayca n Respublikasının Torpaq Məcəlləsi
104. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 105. “Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə v erilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
106. Maddə
109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
107. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
108. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
109. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 110.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
111. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 112.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri 113.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 114.Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 115.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilməli, iddia tələbi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və "xxxx" ASC-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi» hissəsində təmin edilməməlidir. 116.Belə ki, bu iddia tələbini iddiaçı onunla əsaslandırır ki, "xxxx" Sabir adına YAİK-nin qərarı əsasında onun mülkiyyətinə verilmişdir, lakin "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsi zamanı həmin əmlak özəlləşdirmə planında nəzərdə tutulmadığı halda özəlləşdirilərək "xxxx" ASC-nin mülkiyyətinə keçib. 117.Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 118.Bu baxımdan iddiaçının "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv olunması barədə iddia verməyə subyektiv hüququ vardır. Belə ki, "xxxx" iddiaçıya Sabir adına YAİK-nin qərarı əsasında verilmişdir. 119.Mübahisəli binanın iddiaçıya verilməsi barədə həmin qərarın hüquqi qüvvəsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnaməyə, habelə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995ci il tarixli qərarları ilə təsdiq olunmuş rayon və X24 komissiyaları haqqında Əsasnamələrə görə, komissiyaların əsas vəzifələri səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarətdir.
120. Qanunvericiliyə əsasən aqrar islahat komissiyalarının əsas vəzifələri sovxoz və kolxozların istifadəsində (balansında) olmuş əmlakdan pay almaq hüququ olan subyektlərə dair şərtlərə əməl olunması, əmlak payının həcminin müəyyənləşdirilməsi, sovxoz və kolxozların əmlakının mövcud qanunvericiliyə uyğun inventarlaşdırılması və qiymətləndirilməsi, həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsi (sovxoz əmlakı üçün) və ya bölüşdürülməsi (kolxoz əmlakı üçün) və s. olmuşdur. 121. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir.
122. Həmin Qanunun 9-cu maddəsinin üçüncü və dördüncü hissələrinə görə, sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir.
123. Göründüyü kimi, aqrar islahat komissiyasının qərarı, Mülki Məcəllənin 14.2.2-ci maddəsinə əsasən qeyd olunan əmlaka sahiblik və istifadə hüququnun yaranması üçün hüquqi əsasdır.
124. Baxılan iş üzrə iddiaçının "xxxx"ya dair xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X24 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının etibarsız sayılması tələbinə dair "xxxx" ASC-nin iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(85)-59/2015 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2015-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
125. Nəzərə alınmalıdır ki, "xxxx"ya mülkiyyət hüququna dair iddiaçıya verilmiş xx.xx.2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin binaya dair iddiaçının sahiblik və istifadə hüququnu istisna etmir.
126. Çünki Konsti tusiya Məhkəməsinin Plenumunun bu iş üzrə qərarında qeyd etdiyi kimi, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
127. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahi blik edən şəxsə də mənsubdur.
128. Soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməməsi barədə irəli sürülmüş dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bundan əvvəl həmin xüsusat məhkəmə baxışının predmeti olmuşdur. Belə ki, "xxxx" ASC-nin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsi) qeydiyyat vəsiqəsinin etibarsız satılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində göstərilir: 128.1. «Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak "xxxx" ASC-nin özəlləşdirmə planına daxil edilməmiş və Sabir adına sovxozun əmlakı kimi aqrar islahatlar zamanı payçıların əri zəsinə əsasən İddiaçı1 verilmişdir. İddiaçı "xxxx" ASC mübahisəli qeyriyaşayış sahəsi, yəni üzüm saxlama soyuducu anbarı üzərində hüquqları təsdiq olunmadığından onun müvafiq iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır.... 128.2. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməsində «iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənədin məhkəməyə təqdim olunmaması və iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair İddiaçı1 verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia qaldırması üçün subyektiv hüquqa malik olmaması» barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzg ün olmamışdır.... 128.3. Özəlləşdirmə planına 11 nömrəli əlavədə, “Maşın və avadanlıqların 01 iyul 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ında 1972-ci ildə istismara verilmiş “Soyuducu sexi”n də adı qeyd olunmuşdur. 128.4. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinə (o cümlədən ona əlavə olunmuş texniki pasporta) əsasən Şamaxı-Bakı yolunun kənarı M.Ə.Sabir adına Şərab zavodunun həyətində yerləşən 1575,0 kv.m. sahəyə malik soyuducu sex İddiaçı1 adına qeydə alınmışdır ki, həmin sex də "xxxx" AC-nin özəlləşdirmə planına daxil edilərək müəyyən olunmuş qaydada 1998-ci ildə özəlləşdirilmiş və halhazırda da RX seriyalı ******* saylı 22 noyabr 2013-cü il tarixli çıxarışa ə sasən iddiaçının mülkiyyətindədir.... 128.5. Bununla da cavabdeh İddiaçı1 onun adına qeydə alınmış əmlakla "xxxx" ASC-nin adına qeydə alınmış əmlakın eynilik təşkil etməməsi barədə dəlili, iş materialları, məhkəmə kollegiyasının mübahisəli əmlaka keçirdiyi yerində baxış zamanı, ASC-nin emissiya prospekti və texniki pasportunda
2. «Əsas, köməkçi tikili və qurğuların təyinatı və texniki göstəricilərı»ndə «B» tikilisi olan soyuducu binaya dair (İİİ cild i.v. 95) və həmin tikilinin planında (İİİ cild i.v. 100) "xxxx" ilə bağlı texniki göstəricilərin İddiaçı1 adına qeydə alınmış əmlaka dair verilmiş texniki pasportda «sex»lə bağlı qeyd olunan texniki göstəricilərin eynilik təşkil etməsi faktı ilə tam təkzib olundu».
129. Göründüyü kimi Soyuducu anbarın "xxxx" ASC-nin emissiya prospektinə dax il edilməsi məhkəmə tərəfindən artıq müəyyən edilmişdir.
130. Bu halda məhkəmə tərəfindən müəyyən edilən həmin halın yenidən araşdırılması və sübut olunmasına ehtiyac qalmır. Çünki 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
131. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırıl ması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
132. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
133. Ali Məhkəmənin Plenumu baxılan iş üzrə 13(102)-13(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qə rarında da yenidən işə baxacaq apelyasiya instansiyası məhkəməsinin diqqətini iş üzrə preyudisiyanın gözlənilməsinin vacibliyinə cəlb edərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar artıq həmin prosesdə iştirak etmiş İddiaçı1 və "xxxx" ASC, habelə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırki məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. 134. "xxxx" ASC-nin DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsində soyuduğu anbarın "xxxx" ASC-nin emissiya prospektinə daxil edilməsini müəyyən etdiyi halda, eyni tərəflər arasında olan hazırki mülki iş üzrə həmin faktın yenidən araşdırması və fərqli nəticəyə gəlməsi MPM-nin 82-ci maddəsini tələbinə zidd olmuşdur.
135. Ümumiyyətlə "xxxx" ASC-nin emissiya prospektindəki “soyuducu sex” kimi qeyd edilmiş əmlakın İddiaçı1 ona məxsus olduğunu iddia etdiyi “soyuducu anbar” ilə eyni əmlak olmadığı halda, buna əsasən özəlləşmənin etibarsız sayılması barədə məhkəmənin gəldiyi nəticə, ziddiyyətli mövqedir.
136. Məhkəmə kollegiyası qeyd edir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 1.0.1-ci maddəsinə görə, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir.
137. Yəni özəlləşmə dedikdə, əmlakın dövlə t mülkyyətindən çıxarılıb alıcıya təhvil verilənədək bütün hərəkətlər başa düşülür. 138. "xxxx" AİK-nin qərarı əsasında iddiaçının mülkiyyətinə verildiyi və həmin qərar qüvvədə olduğu halda qeyd olunan əmlakın özəlləşdirilməsinin hüquqi əsası olmamışdır. Buna görə də «İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilməsi» tələbi təmin olunmalıdır.
139. Kassatorun «”Şamaxı-Şərab 1” ASC təsis edildikdən sonra kiməsə əmlak payı kimi verilə bilməzdi. Bu əsasla 39 saylı protokoldan çıxarışa tarix qoyulmayıb» dəlili iddianın rədd olunmasına əsas vermir. Çünki hər bir halda soyuducu anbarın iddiaçının mülkiyyətinə verilməsi barədə islahat komissiyasının qərarı qüvvədədir.
140. İddia tələbinin «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi i lə Cavabdeh1 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və İddiaçı5-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi» hissəsi üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 141. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 1.0.3-cü maddəsinə görə özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən mü əssisələrin altında yerləşən torpaq sahələridir.
142. Həmin Qanunun «Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi» adlanan 15-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
143. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 13-cü bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.
144. Göründüyü kimi, alğı-satqı müqaviləsi torpaq sahəsinin satılması üzrə hərracın nəticələrinə, hərracın keçirilməsi isə torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərara əsaslanır. Torpaq sahəsi, tikilinin özəlləşdirilməsindən təxminən 15 il sonra özəlləşdirilmişdir. Yəni mübahisələndirilən tikili və torpaq sahəsi ayrı ayrılıqda özəlləşdirilmişdir. Bu halda torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilmədən torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və hərrac protokolunun qismən və ya tam etibarsız hesab edilməsi tələbinə baxıla bil məz.
145. Buna görə də iddia tələbi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və İddiaçı5-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi»nə aid hissədə təmin edilməməlidir.
146. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu hal MPM-nin 418.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
147. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ndə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.
148. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1008/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı5-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” aid hissədə ləğv edilsin. İddia tələbi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış hərrac vasitəsilə satılmış torpaq sahəsinin alğı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli m üqavilənin və İddiaçı5-nin torpaq sahəsinin satılması barədə 17 sentyabr 2013-cü il tarixli 01 nömrəli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi» hissəsində təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.