Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1444/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqrasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sığortaçının subroqrasiya hüququnun yaranması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun, Cavabdehin vəkili Vəkil xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(103)-7225/2020 nömrəli qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: “xxx RX350” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən 24 aprel 2017-ci il tarixdən 24 aprel 2018-ci il tarixə qədər “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. 02 aprel 2018-ci il tarixdə saat 15:30 radələrində ünvan 1körpüsünün üstündə “xxxx” ASC-də sığortalanmış Cavabdeh1 məxsus olan həmin avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə X1 məxsus olan və X3 tərəfindən idarə olunan “xxx” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı və X4 məxsus olan və X6 tərəfindən idarə olunan “S aipa 131EX” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan vurulmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. 21 may 2018-ci il tarixli ödəniş tapşırığı ilə “xxxx” ASC tərəfindən X2 3581,06 manat, X4 1418,94 manat pul ödənilmişdir. Cavabdeh2 Rusiya Federasiyası vətəndaşı olmaqla, ona 01 may 2017-ci il tarixdən 01 may 2022-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq hüququ verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 5000 manat məbləğində dəymiş ziyanın və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(008)5842/2019 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia təmin edilmiş, Cavabdeh2 5000 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 936.5, 1096, 1097, 1108, 1114-cü, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili səlahiyyəti olmadan idarə etdiyindən, habelə inzibati xəta haqqında protokolla onun təqsiri sübuta yetirildiyindən, vurduğu zi yana görə məsuliyyət daşımalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(008)-58428/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(103)-7225/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqrasiya qaydasında pul” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “xxxx” ASC-də sığortalanmış “xxx RX350” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir və hadisə baş verən zaman Cavabdeh2 etibarnamə əsasında minik avtomobilini idarə etmək hüququ olmuşdur. Eləcə də, Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinə əsasən Cavabdeh2 “B”, “C”, “E” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddələrinə istinad edən birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh2 əcnəbi vətəndaş olduğundan o, sürücülük vəsiqəsini Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə aldığı gündən bir ay m üddətində dəyişdirməli idi. Məhkəmə bu qaydaya əməl olunmamasını avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçının məhz bu səbəbdən cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi cavabdehin sürücülük hüququnun olmaması və avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsində sürücülük vəsiqəsinin dəyişdirilməsi nəzərdə tutulmuş olsa da, cavabdeh buna görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Cavabdehin barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri onun avtomobili ara məsafəsini gözləmədən idarə etməsinə görə tətbiq edilmişdir. Göstərilənl ərə əsasən məhkəmə hesab etmişdir ki, göstərilən vəziyyətdə sığorta şirkətinin subroqasiya hüququ yaranmamış və bu səbəbdən də iddia tələbi əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(103)-7225/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olsa da, ona etibarlılıq müddəti 01 may 2022-ci il tarixədək olan daimi ya şamaq üçün icazə verilmiş və ünvan 1i ünvanına qeydiyyata alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ bəndi düzgün tətbiq olunmamışdır. Qeyd olunan imperativ normaya əsasən cavabdeh Azərbaycan Respublikasında nəqliyyat vasitələrini idarə olunması üçün sürücülük vəsiqəsini dəyişdirilməli idi. X11 Polisinin tərtib etdiyi inzibati xəta haqqında qərarın da məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmalıdır və apellyasiya instansiyası məhkəməsinin cavabdehin yalnız İXM-in 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair mövqeyi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsin in sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən s ığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcl udurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyində n hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edil ərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin i kinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 35-1-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 35-1-ci maddəsinin İİİ hissəsinə əsasən bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, cavabdehin Azərbaycan Respublikası vətəndaşı olmaması və yol-nəqliyyat hadisəsi törədilən zaman onun Rusiya Federasiyasında verilmiş sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə etməsi işin mübahisəsiz hallarıdır. İddiaçı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə istinad edərək hesab etmişdir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili idarə etmək hüququ olmamış və bu səbəbdən iddiaçının subroqasiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin həm in dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsi ilə müəyyən olunmuş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilmişdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olmaqla yanaşı, şəxsin onun idarə edilməsi və ya digər formada istismarı üçün xüsusi nəzəri və təcrübi bilikləri olmalıdır. Belə bilikləri olmayan şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırır və son nəticədə sığortaçının üçüncü şəxslər qarşısında məsuliyyətini əmələ gətirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Yol hərəkəti haqqında” Qanuna əsasən onun Azərbaycan Respublikasında avtomobili idarə etm ək hüququ ümumən tanınmışdır. Belə olan halda, onun avtomobili idarə etməyə nəzəri bilikləri və vərdişi olmuş, avtomobili idarə etməklə sığortaçının məsuliyyət riski, Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik şəxslərlə müqayisədə artmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin məqsədi (həmin maddə 11 noyabr 2016-cı il tarixdə Qanuna əlavə edilmişdir) uzun müddət ərzində Azərbaycan Respublikası ərazisində yaşayaraq, nəqliyyat vasitələrini idarə edən şəxslərin uçotunu aparmaqdan ibarət olmuşdur. Əks halda, qanunvericiliklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün xüsusi qaydalar, o cümlədən şəxsin imtahan vermək, mütləq tibbi yoxlanışdan keçmək və s. tələblər m üəyyən olunardı. Halbuki, Qanunun 35-1-ci maddəsinin İİ hissəsində istinad edilən Qanunun 35-ci maddəsinin Vİİ bəndinə görə sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Yəni qanunvericiliklə belə şəxslərin nə qliyyat vasitəsini idarə etməyə nəzəri biliklərinin və praktiki vərdişlərinin yenidən yoxlanılması nəzərdə tutulmamışdır. Həmçinin Qanunun 35-1-ci maddəsinin İİİ hissəsi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı şəxsə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin də qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 35-1-ci maddəsinin əlavə edilməsi sığortaçının mənafelərinin qorunması ilə əlaqəli olmamış, belə məqsəd nəzərdə tutulmamışdır. Odur ki, yol nəqliyyat hadisəsi törədilən zaman cavabdeh “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulduğu mənada Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini “idarə etməyə hüququ olmaya n şəxs” hesab oluna bilməz və iddiaçının qeyd olunan maddəyə istinadən tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(103)-7225/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1444/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1444/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver