Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1446/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, sığorta ödənişinin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli X5 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi, sığorta ödənişinin, dəymiş maddi və mənəvi zərərin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin üzərinə 16.03.2018-ci il tarixli MF********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulmaqla, cavabdeh «xxxx» ASC-dən 800 manat sığorta ödənişinin və itirilmiş əmtəə dəyərinin məbləği olan 400 manat olmaqla, ümumilikdə 1.200 manat, mənəvi zərərin əvəzi olan 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.230 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 24 iyun 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 350 manat sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 60 manatının cavabdeh “xxxx” ASC-dən, 60 manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) 03 oktyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 201 9-cu il tarixli, X5 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, sığorta ödənişinin, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməmə, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci İddiaçı aid edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuş, Mülki Məcəllənin 889.3-cü maddəs i nəzərə alınmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC və İddiaçı arasında bağlanmış 15 mart 2018-ci il tarixli sığorta müqaviləsinə (“xxxx” ASC tərəfindən verilmiş həmin tarixli sığorta şəhadətnaməsinə) əsasən iddiaçıya məxsus “KİA Optima” markalı, **KM-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat hadisəsi sığorta riskindən 1000 manat sığorta məbləği olaraq sığortalanmışdır. Sığorta şərtlərində sığorta hadisəsinin sığortalanmış avtomobili idarəedən şəxsin yol hərəkəti qaydalarının pozması nəticəsində baş verdikdə, 1000 manat şərtsiz, azadolma məbləği tətbiq ediləcəyi qeyd edilmişdir. Sığorta müqaviləsi qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, yəni sığortalanmış avtomobil yol nəqliyyat hadisəsinə uğramaqla, id diaçıya zərər vurulmuşdur. Lakin cavabdeh sığorta ödənişi verilməsindən imtina etmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə 800 manat, itirilmiş əmtəə dəyərinə görə 400 manat, mənəvi zərərə görə 1000 manat tələb etmiş, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə avtomobilə dəymiş zərər 350 manat qiymətləndirilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf baş vermiş yol-nəqliyyat hadisəsi barədə məhkəmələrə hər hansı sübut təqdim etmədiyindən və yol-nəqliyyat hadisəsinin onun təqsiri olmadan baş verməsini iddia etmədiyindən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, iddiaçıya vurulmuş ziyan şərtsiz azadolma məbləğindən az olduğundan ( həm iddia tələbinə, həm də ekspert rəyinə əsasən) iddiaçının sığorta ödənişinin edilməsi tələbi əsassız olmuşdur. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. - 898.1, 898.2-ci maddələrinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. İş materiallarından görünür ki, iddiaçı tərəf baş vermiş yol-nəqliyyat hadisəsi barədə məhkəmələrə hər hansı bir sübut təqdim etməmiş və yol-nəqliyyat hadisəsinin onun təqsiri olmadan baş verməsini iddia etməmişdir. Məhkəmə iclasında iddiaçı hadisənin həyətdə baş verdiyini, polis çağırmadığını və təqsirin onda olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sığorta şəhadətnaməsində “sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdikdə 1000 manat şərtsiz azadolma tətbiq ediləcək” şərtinin olması nəzərə alınmaqla, iddiaçıya vurulmuş ziyan şərtsiz azadolma məbləğindən (1000 manatdan) azdır və buna görə də, cavabdehdən sığorta ödənişi tələ b edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta ödənişinin verilməsindən imtina tələbi əsassız olduğundan, iddiaçının avtomobilin itirilmiş dəyərinin və mənəvi ziyan tələbi də təmin edilə bilməz. Məhkəmə tərəfindən Mülki Məcəllənin 889.3-cü maddəsinin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin özü də iddiaçıya vurulmuş zərərə görə sığorta ödənişi verilməsinə əsas vermir. Belə ki, həmin maddəyə əsasən şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamədə nəzərdə tutulan “sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdikdə 1000 manat şərtsiz azadolma tətbiq ediləcək” müddəasının şərti azadolma olduğu qəbul edildiyi halda belə, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olmadığından, həmin maddə hazırki mübahisəyə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının t ətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikas ı MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1446/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1446/2020
11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver