Məhkəmə qərarları › İş №2(102)-1448/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1448/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1448/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) 20.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1411/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 9 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, X3, Cavabdeh2, X5, Cavabdeh1 satıcılar kimi, İddiaçı isə alıcı kimi göstərilməsi və satıcı Cavabdeh1 (tam hissə, ümumi sahəsi 198 kv/m olan fərdi yaşayış evini) alıcı İddiaçı satması qeyd edilmişdir. 2. ünvan 1ində yerləşən xüsusi mülkiyyət növlü ümumi sahəsi 198 kv metr, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Göygöl Rayon Məhkəməsinin 2(066)-809/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, Cavabdeh1, X6, Cavabdeh2, X2, X4 və X7 İddiaçı məxsus olan ünvan 1ində 0,05 ha torpaq sahəsində yerləşən 198 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-994/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh1, X6, Cavabdeh2, X3, X2, X7, X1 iddiaçıya məxsus olan ünvan 1i ünvanından yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Göygöl rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 5. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən, qərarın təsviri hissəsində göstərilənlərə müvafiq Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah ed ilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən sökülüb aparılmış dəmir çardağın və ya dəyəri olan 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, çardağın dəyəri olan 6000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin mart ayının 9-da Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Cavabdeh1 məxsus evi rəsmi sənədləşdirmə işləri aparmaqla 26.000 manata almışd ır. İddiaçı cavabdeh Qənirǝ Hüseynovaya ailə üzvləri ilə birlikdə evdən çıxmaları üçün 1 ay vaxt vermişdir. Təxminən 10 gün sonra Cavabdeh1 Elşən adlı oğlu iddiaçının iş yerinə gələrək aldığı evin ata yurdları olduğunu deyib evi geri qaytarmaq istədiyini, ancaq evə verilmiş pulu 2021-ci ilin avqust ayında verəcəyini bildirmişdir. İddiaçı isə evi ancaq onlara satmaq yolu ilə qaytara biləcəyini bildirmişdir. İddiaçı Cavabdeh1 oğlu Elşəndən evi onlara satmaq üçün ilkin olaraq 5000 manat məbləğində beh istəmişdir. Cavabdehin oğlu Elşən iddiaçı ilə razılaşsa da, sonradan 5000 manat məbləğində pulu verməmişdir. Lakin iddiaçının evində qalacağı müddətdə aylıq olaraq iddiaçıya pul ödəyəcəyini bildirmişdir. Cavabdehin oğlu Elşən 2021-ci ilin mart, aprel və may ayları üçün aylıq 120 manat məbləğin də iddiaçıya pul ödəmişdir. Lakin sonradan Qənirə və onun oğlu aylıq kirayə pulunu ödəməyi dayandırmışlar. Bundan sonra iddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 və onun ailə üzvlərinə evi boşaldıb təhvil vermələrini tələb etsə də bundan imtina etmişlər. Buna görə də iddiaçı məcbur olub Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən çıxarılmaları ilə bağlı Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvafiq qətnaməsi ilə həmin şəxslərin qeyd olunan evdən çıxarılmaları müəyyən olunmuş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Cavabdehlərin evdən çıxmaları ilə bağlı icra məmuru tərəfindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olsa da heç bir məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışlar. Daha sonra hiylə işlədərək məhkəmə qətnaməsini almadıqlarını əsas gətirərək apellyasiya məhkəməsinə şikayət vermişlər. Təəssüflər olsun ki, məhkəmə tərəfindən üzürsüz səbəbdən buraxılmış müddət bərpa olunaraq iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bundan istifadə edən Cavabdeh1 və onun ailə üzvləri planlaşdırılmış qaydada qətnamədən apellyasiya şikayəti verməklə vaxt qazanaraq Cavabdeh1 alınmış iddiaçıya məxsus Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində dəmir materialdan quraşdırılmış ferma dam örtüyünü tamamilə sökərək aparmışlar. Bundan sonra iddiaçı ona məxsus evin həyətindəki dəmir çardağın oğurlanması il ə bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi Cavabdeh1 və onun oğlanlarını dəvət edib izahatlarını alarkən çardağın ona məxsus evin həyətində nisyə qurulduğunu, təxminən 2022-ci ilin yanvar ayında həmin çardağı quran ustaların gəlib Cavabdeh1 pulunu istədikdə Cavabdeh1 isə pulu verə bilməyəcəyini bildirdikdən sonra çardağı söküb apardıqlarını və bundan sonra həmin ustaları ümumiyyətlə görmədiyini bildirmişdir. Bundan sonra Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. İddiaçı Cavabdeh1 evi alarkən sözü gedən dəmir çardaqla birlikdə almışdır. Həmin çardağın nisyə qurulması və yaxud sonradan sökülüb satılacağı barədə heç bir qarşılıqlı söhbət və razılaşma olmamı şdır. Cavabdeh1 və oğlanlarının polisdə verdiyi bütün ifadələr yalandır. Onlar iddiaçıya məxsus dəmir çardağı qazanc əldə etmək məqsədilə əvvəlcədən planlaşdırılmış şəkildə söküb satmışlar. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6518 nömrəli rəyinə əsasən, ünvan 1ində mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən eni 10 metr uzunluğu 21 metr olan dəmir konstruksiyalı çardağ tikilisinin yenidən bərpa olunması üçün yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətinə uyğun olaraq təqribən 5986,0 manat məbləğində t əşkil etdiyini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində 5986,0 manat ziyanın dəydiyi müəyyən edilmişdir.

10. Göygöl Rayon Məhkəməsinin (hakim Ə.V.Kərimov) xx.xx.2023-cü il tarixli, 2(066)26/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5986 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasla ndırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə İddiaçı 5986,0 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində ona 5986,0 manat zərər dəymişdir. Belə olan halda da, iddia 5986,0 manat zərərlə bağlı hissədə təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125.7-ci, Mülki Məcəllənin 21, 386.1, 1096.1, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 4, 107, 217.4, 220.5, 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavab dehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 2(066)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan Göygöl rayonu Səmədli qəsəbəsində yerləşən fərdi yaşayış evini 2021-ci ilin mart ayında İddiaçı 32000 manata satmışdır. Onlar evin satılması barədə razılaşarkən o, iddiaçıya bildirmişdir ki, evin həyətindəki dəmir çardağı 6000 manata quraşdırmış, lakin pulunu verməmişdir. 32000 manatdan 6000 manatı dəmir çardağın puludur. Belə olan halda İddiaçı ona bildirmişdir ki, 26000 manatı əvvəlcədən versin, yerdə qalan 6000 manat isə danışdığı müddətə verər, o da çard ağı düzəldən şəxslərə verər. O da bununla razılaşmışdır. Onlar evi alqı-satqı etdikdən bir müddət sonra o, iddiaçıya çardağı düzəldən şəxslərin pulu istədiklərini bildirmiş, həmin pulu versin və onlar da evdən çıxsın. Lakin iddiaçı cavabında onlara heç bir məbləğdə pul verməyəcəyini bildirmiş və onların evdən çıxmalarını bildirmişdir. Onlar evdən çıxmadıqlarına görə iddiaçı məhkəməyə müraciət edərək onların evdən və həmin evdə qeydiyyatdan çıxmalarını xahiş etmiş və iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Bundan sonra o, çardağı düzəldən şəxslərə pulu ödəyə bilməyəcəyini, istəyirlərsə gəlib çardağı söküb apara biləcəklərini bildirmişdir. Ustalar gəlib çardağı söküb aparmış, bundan sonra isə onlar evdən çıxmışlar. Hazırda İddiaçı verdiyi vədə əməl etməməsi azmış kimi onları məhkəməyə v erərək pul tələb edir. Məhkəmə isə işin hallarını araşdırmamış, qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. 15.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.İ.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Q.Rzaquliyev, F.Ə.Mehtiyev) 11 iyul 2023-cü il tarixli, 2(104)1411/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-26/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli “cinayət işi ba şlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən, iş üzrə cavabdehlər doğrudan da dəmir çardağın mövcud olduğunu, lakin ustaların dəmir çardağın söküb apardıqlarını bildirsələr də, bununla bağlı nə polis şöbəsində araşdırma aparan zaman nə də ki məhkəmə baxış iclasında sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin hallar sübuta yetirilmədiyindən fərziyyə xarakteri daşıyır. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində quraşdırılmış dəmir konstruksiyalı çardağ tikilisinin sökülməsi nəticəsində ona 5986 manat zərər dəymişdir. Belə olan halda da, iddia 5986 manat zərərlə bağlı hissədə təmin edilməlidir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “dəmir çardağın mövcud olması” dəlillinə münasibətdə qeyd e tmişdir ki, evin alqı-satqısı zamanı həmin çardağın mövcud olması cavabdehlərin özlərinin həm polis şöbəsində, həm birinci instansiya məhkəməsində verdikləri izahatlarda, eləcə də qətnamədən verilmiş apellyasiya şikayətində qeyd etdikləri ilə öz təsdiqini tapır. Cardağın dəyəri isə işə baxılarkən alınmış ekspert rəyinə əsasən müəyyən edilmişdir. Apellyatorlar həmin çardağın nisyə düzəldildiyi, onun pulunun iddiaçı tərəfindən ödəniləcəyi barədə sonuncu ilə razılığa gəldiklərini bildirsələr də, həmin dəlili təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2. 1091, 1096.1.1, 1097. 1-ci və Mülki Prosessual Məcəllənin 77.1, 88, 119.1, 217.3, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan fərdi yaşayış evini 2021-ci ilin mart ayında iddiaçıya 32000 manata satılması ilə bağlı razılaşarkən iddiaçıya bildirmişdir ki, evin həyətindəki dəmir çardağı 6000 manata quraşdırmış, lakin pulunu verməmişdir. Belə ki, 32000 manatd an 6000 manatı dəmir çardağın puludur. Belə olan halda iddiaçı ona 26000 manatı əvvəlcədən verməsini və qalan 6000 manatı isə danışılan müddətə verməsini bildirmişdir ki, o da çardağı düzəldən şəxslərə versin. Kassator bildirmişdir ki, iddiaya qarşı sübutlar təqdim edərək çardağın düzəldilməsi üçün pulun iddiaçı tərəfindən ödənilməli olduğunu sübut etmiş olsada, iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmiş və məhkəmə isə qətnaməsində cavabdehlərin sübut təqdim edə bilməməyini göstərmişdir.

20. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6.1-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 22.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 25.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 27.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Maddə 217.3. Qtnamə iş üzrə müəyy ən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 33.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, evin alqı-satqısı zamanı həmin çardağın mövcud olması cavabdehlərin özlərinin həm polis şöbəsində, həm birinci instansiya məhkəməsində verdikləri izahatlarda, eləcə də qətnamədən verilmiş apellyasiya şikayətində qeyd etdikləri ilə öz təsdiqini tapır. Cardağın dəyəri isə işə baxılarkən alınmış ekspert rəyinə əsasən müəyyən edilmişdir. Cavabdeh tərəf həmin çardağın nisyə düzəldildiyi, onun pulunun iddiaçı tərəfindən ödəniləcəyi barədə sonuncu ilə razılığa gəldiklərini bildirsələ r də, həmin dəlili təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim etməmişlər. 37.Belə olan halda həmin çardağın sökülməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin cavabdeh tərəfdən tutulması qanuni və əsaslı olmuşdur. 38.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 39.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etm ir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 40.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 41.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1411/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar