Məhkəmə qərarları › İş №2(102)-1450/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1450/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1450/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, iş üzrə icraata xitam verilməsinin əsasları – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyan üçün kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-220 9/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-308/2021 nömrəli qətnaməsi üzrə İddiaçı Cavabdehnə qarşı "hüquqlarının bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddiası rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)787/2022 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(102)-3133/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-787/2022 saylı, 10 yanvar 2022 ci il tarixli qətnaməsindən İddiaçı və vəkil X1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qərardadı ilə İddiaçı və vəkil X1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdehnə (bundan sonra “cavabdeh” və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 1) istehlakçı hüquqlarının təsdiq edilməs i, 2) SS*****AZ strix kodlu sifarisli xəbərnaməli məktub üzrə “Poçt haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbİəğinin; xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50000 (əlli min) manat məbləğində dəbbə pulunun; mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 680000 (altı yüz səksən min) manat məbləğində dəbbə pulunun; “Poçt haqqında” Qanunun 9.8, və 17.1.3-cü maddələrinə əsasən, məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 (beş) manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 (doqquz yüz) manat məbləğində faizlərin; iddiaçının subyektiv, obyektiv h üquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün ******* (dörd milyon üç yüz qırx iki min dörd yüz) manat pul məbləğinin; ümumilikdə ******* (beş milyon yetmiş üç min üç yüz altı) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması; SS******* AZ strix kodlu sifarisli xəbərnaməli məktub üzrə “Poçt haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbləğinin; xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50000 (əlli min) manat məbləğində dəbbə pulunun; mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 720000 (yeddi yüz iyirmi min) manat məbləğində dəbbə pulunun; “Poçt haqqında” Qanunun 9.8 və 17.1.3 madd ələrinə əsasən, məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 (beş) manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 (doqquz yüz) manat məbləğində faizlərin; iddiaçının subyektiv, obyektiv hüquqlarının və sağlamlığımın pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün ******* (dörd milyon üç yüz yetmiş doqquz min iki yüz) manat pul məbləğinin, ümumilikdə ******* (beş milyon yüz əlli min yüz) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı bundan öncə də eyni faktiki hallar üzrə eyni predmet barədə və əsaslar üzrə mübahisəyə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, müvafiq məsələ ilə əlaqədar müxtəlif instansiya məhkəmələri tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri çıxarılmışdır. Belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-308/2021 nömrəli qətnaməsi üzrə iddiaçının cavabdehə "hüquqlarının bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qüvvədədir. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə öz təsdiqini tapmışdır ki, SS*****AZ ştrix kodlu və SS*******AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktublar ünvan sahiblərinə vaxtında çatdırılmış, lakin onların çatdırılmasına dair məlumatın gec çatdırılması iddiaçıya xidmət üçün ödənilmiş pulun geri qaytarılması üçün əsas deyil. Cavabdeh tərəfindən göstərilən xidmət məhkəmə tərəfindən keyfiyyətsiz xidmət kimi qiymətləndirilməmişdir. Belə ki, sifarişli x əbərnamələr ünvan sahiblərinə çatdırıldıqdan sonra iddiaçı xəbərnamələrin çatdırılmamasına dair öz iradlarını cavabdehə bildirildikdən qısa müddət ərzində məktubların çatdırılmasına dair xəbərnamə və teleqram iddiaçıya təqdim edilmişdir. Nəticədə, poçt göndərişi tam həyata keçirilmişdir. İddiaçı sübuta yetirə bilmədiyi və sadəcə şəxsi mülahizələrinə əsaslandığı halı yenidən ortaya çıxararaq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məsələni yenidən mübahisələndirir və iddia etdiyi “mənəvi zərərin” məbləğini daha da artıraraq cavabdehdən pul qoparmağa çalışır. İddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Həmçinin əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb edir. Məbləğin şişirdilməsi özlüyündə mülki hüquq pozuntusudur.

7. Bakı Şəhəri Nizami Rayon M əhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007) 3063/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, xitam verilməsi qərara alınmış, işin icraatına xitam verildiyi üçün eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilmişdir (hakim Rauf Əhmədov)

8. Birinci instansiya məhkəməsi işdə olan məhkəmə aktlarına əsasən qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var, buna görədə iş üzrə icraata xitam verilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mül ki Prosessual Məcəllənin 82.3, 170.1, 254, 255, 261.0.1-261.0.3, 261.0.6-261.0.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. İddiaçı şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə universal poçt xidmətinin (bundan sonra-UPX) və əlavə poçt xidmətinin fərqli növlü xidmətlər olmalarını və bu xidmətlərin hər ikisinin göstərilməsi barəsində müqavilələrin bağlanmasını, poçt göndərişləri kimi müəyyən edilmiş məktublar və fiziki xəbərnamələr, onların hər birinin poçt istifadəçisi tərəfindən əldə edilmiş əmlak olmasını, məktubların göndərilməsinə dair UPX-nin və xəbərnamələrin göndərilməsinə dair əlavə poçt xidmətinin göstərilməsi barədə müqavilələrdən əmələ gələn poçt istifadəçisinə mənsub əmlak hüquqlarını, poçt istifadəçisin ə mənsub, məktublarla bağlı bu hüquqların pozulmasını və pozuntunun hüquqi nəticələrini nəzərə almamışdır.İddiaçının məktublarla bağlı hüquqlarının cavabdehin təqsiri ucbatından pozulması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğu halda, məhkəmə bu hüququnu məhdudlaşdırmışdır. Məktubların və fiziki xəbərnamələrin, əlamətlərinə görə fərqlənən istehlak edilən əşya olduqlarını və poçt istifadəçisinə mənsub mülkiyyət hüququnu bu əşyaların hər ikisinə şamil edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki Məcəllənin 352-ci maddəsinin mənasına əsasən, sifarişli məktubların göndərilməsinə dair UPX-nin göstərilməsi barəsində müqavilə və sifarişli xəbərnamələrin göndərilməsinə dair əlavə poçt xidmətinin göstərilməsi barədə müqavilə, onların ümumi m üqavilənin tərkib hissələri olmaları halında əlavə poçt xidmətinə aid məhkəmənin qanuni qüvvəyə minmiş aktının mövcud olması UPX ilə bağlı prosesdə icraata xitam verilməsi üçün səbəb kimi göstərilməsi yolverilməzdir, ələlxüsus sifarişin UPX ilə bağlı hissəsinin icrası əlavə poçt xidməti ilə bağlı hissəsi daxil edilmədən də mümkün olduğu halda, məhkəmə araşdırmanı bu normanın müstəvisində aparmamışdır. Əvvəlki və hazırki prosesin mübahisə predmetlərini təşkil edən rəsmiləşdirilmiş fərqli məzmunlu xidmətlər (əlavə poçt xidməti və UPX), onların mövcud olması cavabdehin üzərinə düşən müəyyən edilmiş fərqli məzmunlu müvafiq öhdəliklərin yaranmasına dəlalət etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə sifarişli məktubların göndərilməsi və sifarişli xəbərnamələrin göndərilməsi üçün nə zərdə tutulmuş fərqli növlü xidmətlərin hər ikisinin göstərilməsi barəsində iki müqavilənin bağlanmasının ehtimalını əsas götürməmiş, sifarişli məktubların göndərilməsi barəsində müqavilənin mənasını (məzmununu) sifarişli xəbərnamələrin göndərilməsi barəsində müqavilənin mənası (məzmunu) ilə düzgün müqayisə etməmiş, yəni göstərilən mədaxil qəbzlərinin məzmunlarını və bu müqavilələrin şərtlərini düzgün təfsir etməmişdir. Məhkəmə UPX və əlavə xidmət, bu xidmətlərin ümumi istifadədə olan poçt rabitəsinin fərqli növlü xidmətləri olmalarını, UPX və əlavə poçt xidməti, bu xidmətlərin hər ikisinin göstərilməsi barəsində müqavilələrin bağlanması ehtimalının əsas götürülməsi, məktubların və xəbərnamələrin poçt göndərişləri olmalarını, poçt istifadəçisinə mənsub mülkiyyət hüququnun məktuba və xəbərn aməyə şamil olunmasını nəzərə almamışdır. Məhkəmə əmlak hüquqlarının müdafiəsini həyata keçirməmişdir. Qərardad faktlara, sübutlara, çəkişmə və hüquq bərabərliyi prinsipinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmə cavabdehin qərəzli və əsassız mövqeyini üstün tutmuşdur. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları tətbiq edilməli hüquq normalarının müstəvisində sübut edə bilməmişdir. Cavabdeh sübut qismində, hazırki iddia tələbinin predmeti və əsasları üzrə məhkəmə baxışına etiraz edərək bu predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş aktını deyil, tam fərqli məzmunlu predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş ak tını təqdim etmişdir. Lakin məhkəmə hazırki iddia tələbimin predmetinə və əsaslarına aidiyyəti olmayan məhkəmə aktinı tətbiq etmişdir. Məhkəmə hazırki iddia tələbinin predmeti və əsasları üzrə, yəni sifarişli məktubların göndərilməsinə dair universal poçt xidmətinin göstərilməsinə aid müqavilənin pozulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmadığı halda işə xitam vermişdir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3063/2024 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2209/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırda iddiaçı SS*****AZ və SS******* AZ strix kodlu sifarisli xəbərnaməli məktublar üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasını, xidmətin gecikdirilməsi ilə bağlı, mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı, məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərərin, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq faizlərin, hüquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzini tələb edir.

15. Halbuki, iddiaçı daha öncə də SS*****AZ və SS*******AZ strix kodlu sifarisli xəbərnaməli məktublar üzrə cavabdehin xidmətini məhkəmə qaydasında mübahisələndirmiş, cavabdehin sözügedən məktublarla bağlı xidmətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərəri, habelə dəbbə pulunu da tələb etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 308/2021 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3133/2022 nömrəli qərarı ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlə rə əsasən belə əqnaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu da öz növbəsində onun hazırki iddiası üzrə mülki işin icraatına xitam verilməsini şərtləndirir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 261.0.2 və 262.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı apelyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosesual huquq normalarının tələbləri kobud şə kildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə təcrübəsinin vahidliyi pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bütün sübut və dəlillər məhkəməyə təqdim olunduğu halda məhkəmə tərəfindən iddiaçının iddia tələbinin təmin olunmamasına yönələn ədalətsiz qərardad qəbul edilməsi iddiaçının qanunvericiliklə müəyyən olunmuş maddi və prosessual hüquqlarının pozulmasının davamı kimi çıxış edir. Mülki işə baxılan zaman “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13.7-ci, Mülki Məcəlləsinin 404, 566.4-cü maddələrində əks olunmuş göstərişlər nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.

25. İddia tələbi SS*****AZ və SS*******AZ strix kodlu xəbərnaməli məktublar üzrə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin tutulması barədədir.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının cavabdehə qarşı həmin ştrix kodlu məktublar üzrə eyni əsasla eyni tələbi olmuş, həmin tələb təmin edilməmişdir.

27. Bu baxımdan məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.

28. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmə nin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

29. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsasdızdır. İddiaçı şikayətində hazırki işə baxmaq üşün hər hansı əsas olmasını göstərməmişdir.

30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar