Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1451/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X8 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) xnömrəli, 21 iyun 2019 il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat məbləğində verilmiş sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidməti haqqının "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) x nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, xsaylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus “Jeep Wrangler” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 07.03.201 7- ci il tarixində “xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 04.09.2017-ci il tarixində Cavabdeh idarə etdiyi özünə məxsus, “JEEP Wrangler” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol- nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E230” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi haqqında DYP əməkdaşı tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş 27 sentyabr, 03 və 04 oktyabr 2017-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarına” əsasən, “Mercedes Benz” markalı, **BE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı, 90- GS-727 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E230” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı ümumilikdə 3740 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 10 və 12 oktyabr 2017-ci il tarixli sığorta aktlarına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 3740 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmışdır və zərərçəkən şəxslərin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 3740 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X9 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyndən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirər ək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh məxsus “Jeep Wrangler” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 07.03.2017-ci il tarixdən 07.03.2018-ci il tarixədək “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı xincinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.09.2017-ci il tarixli qərarının surətindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sürücü Cavabdeh Namiq oğlu idarə etdiyi “JEEP Vranqler” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 04.09.2017-ci il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospektində X7 idarə etdiyi “Mersedes” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və X2 idarə etdiyi “Mersedes Vito” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomaşında arxadan Cavabdeh avtomaşınını vuraraq toqquşmuş, nəticədə Mersedes Vito markalı avtomaşında sərnişin qismində əyləşmiş zərərçəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olan Yüngül xəsarət yetirən yol nəqliyyat hadisəsi törətmişdir.Odur ki, Cavabdeh və X2 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində n əzərdə tutulan cinayət tərkibi müəyyən edilməmişdir. Lakin təqsirkar sürücü Cavabdeh və X3 öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozma inzbati xəta törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın sürəti icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. X3 Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 18.06.2019- cu il tarixli, 542051219 saylı aray ışından görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1979-cu ildə təvəllüdlü X5 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adıçəkilən şəxsə 25.10.2005-ci il tarixdən 25.10.2015-ci il tarixədək etibarlı olan AA seriyalı 685297 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi və həmin sürücülük vəsiqəsinin 21.09.2017-ci il tarixdə AD seriyalı 133531 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişməsi barədə informasiya mövcuddur. AC seriyalı, 040105 saylı qeydiyyat şəhadətnaməsinin surətindən grünür ki, “JEEP Vranqler” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş 27 se ntyabr, 03 və 04 oktyabr 2017- ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ların surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində, “Mercedes Benz” markalı, 11- BE-854 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E230” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı ümumilikdə 3740 manat məbləğində müəyyən edilmişdir. 10 və 12 oktyabr 2017-ci il tarixli sığorta aktlarının, 17.10.2017-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, “xxxx” ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 3740 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkən şəxslərin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq p ozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəm ək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 -ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilənlərə münasibətdə qeyd etmişdir ki, avtomaşını idarə et mək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etməsi dedikdə cavabdehə məxsus sürücülük vəsiqəsinin müddətinin bitməsini nəzərdə tutumuş və bu hala istinad etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh 25.10.2005-ci il tarixdə AA-685297 saylı B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. (i/v 62). Azərbaycan Respublikası DİN BDYPİ-nin 18.06.2019cu il tarixli, 16Q 54205-1219 saylı məktubdan məlum olur ki, Cavabdeh 25.10.2005-ci il tarixdən 25.10.2015-ci il tarixədək etibarlı olan AA seriyalı 685297 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi və həmin sürücülük vəsiqəsinin 21.09.2017-ci il tarixdə AD seriyalı 133531 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişməsi barədə informasiya mövcuddur. (i/v 65). İş materiallarından göründüyü kimi yo l nəqliyyat hadisəsi 04.09.2017-ci il tarixdə baş vermiş, hadisə baş verən vaxt əvvəlki sürücülük vəsiqəsi etibarlı olmamış, hadisədən bir neçə gün sonra cavabdeh yeni vəsiqə əldə etmişdir. Göründüyü kimi, bu hal “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V bəndinin 1-ci hissəsinin təsir dairəsinə düşür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin V bəndinin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ, şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 34-cü maddəsinin İ hissəsinə görə sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Konstitusiya Məhkəməsinin göstərilən qərarında olan mövqyeinə görə «Yol Hərəkəti ha qqında» Qanunun 35-ci maddəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi m ünasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellya siya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1451/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1451/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver