Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1452/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Həsənov Fərid İzafət oğlunun, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Əhmədov Fərid Ramiz oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin cavabdeh AR Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyanın əvəzi kimi 350 manat pulun, mənəvi ziyanın əvəzi kimi 500 manat pulun, cəmi 850 manat pulun iddiaçıya ödənilməsi hissəsində - dəyişdirilməsini, həmin hissədə iddianın tam həcmdə təmin edilməsini, yəni maddi ziyanın əvəzi kimi 7950 manat pulun, mənəvi ziyanın əvəzi kimi 30000 manat pulun, cəmi 37950 (otuz yeddi min doqquz yüz əlli) manat pulun cavabdeh AR Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşl ər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimirayon məhkəməsinin 07 may 2019-cuil tarixli qətnaməsi ilə (sədrlik edən C.Tağıyev, iş 2(006)2572/2019) iddia tələbi qismən təmin edilərək, İddiaçı maddi zərər görə 350 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 850 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsi hesabına ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov(sədrlik edən və məru zəçi), Ş.Məmmədovavə X.Sarıyev, iş № 2(103)-11576/2019) İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(006)-2572/2019 saylı qətnaməsi apellyasiya şikayəti verən tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçıkassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin cavabdeh AR Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyanın əvəzi kimi 350 manat pulun, mənəvi ziyanın əvəzi kimi 500 manat pulun, cəmi 850 manat pulun iddiaçıya ödənilməsi hissəsində - dəyişdirilməsini, həmin hissədə iddianın tam həcmdə təmin edilməsini, yəni maddi ziyanın əvəzi kimi 7950 manat pulun, mənəvi ziyanın əvəzi kimi 30000 manat pulun, cəmi 37950 (otuz yeddi min doqquz yüz əlli) manat pulun cavabdeh AR Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Həsənov Fərid İzafət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. O na görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Əhmədov Fərid Ramiz oğlunun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya ins tansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının p rosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 28.02.2018-ci il tarixli 1(102)-418/2018 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25.09.2017-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25.09.2017-ci il tarixli q ərarı dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin cinayət işi üzrə bəraət verilməsi müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ hissəsini,«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci,«İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 9 və 10-cu,“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1101.1-cı maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəm əsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 no yabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1452/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1452/2020
10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver