Məhkəmə qərarları › İş №2(102)-1452/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1452/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1452/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ASC-nin ilkin və qarşılıqlı iddialarına bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARDADİ Açar sözlər:baxışdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-3997/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3997/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli tarixli qətnaməsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(006)-400/2017 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələlərinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. İddiaçı3 (vəkil Nümayə ndə3 Alı oğlu) kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli qətnaməsindən digər iddiaçılar tərəfindən kassasiya şikayəti verildiyini qeyd edərək, mülki işin Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1, 417.1.7-ci maddələrinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəx slərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(102)-1452/2025 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş kassasiya baxışından çıxarılaraq iş üzrə iddiaçıların kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı 3 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3997/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(102)-1452/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar