Məhkəmə qərarları › İş №2(102)-1453/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1453/2021

15.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1453/2021 15.01.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5198/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdeh “xxxx”ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 2000 manat pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamə si ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 637,31 manat, mənəvi ziyana görə 300 manat pulun tutulması, iddianı qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər V.Sadıqov, Q.Əsgərov və A.İmanov) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 404- 1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı iddia qaldıraraq 1000 manat maddi ziyan, 2000 manat mənəvi ziyan məbləğinin cavabdehdən alınmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsində yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilən kassasiya şikayətlərinin mümkünlüyündən bəhs edildiyindən, həmin normanın tələbləri qeyri-əmlak xarakterli iddialar üzrə qətnamələrə şamil olunmur (məsələn, vurulmuş mənəvi ziyana görə pul tələbi və s.). Buna görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalı dır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5198/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar