Məhkəmə qərarları › İş №2(102)-1453/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1453/2025

30.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(102)-1453/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaliq oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh1 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaliq oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əqdlərin etibarsız hesab olunması və çıxarışların ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 MTK (vəkil vəkil4) və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (vəkil vəkil4) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə cavabdeh “xxxx İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru T.Ə.Səlimov arasında bağlanmış ## #### 2015-ci il tarixli ** nömrəli müqaviləyə əsasən, ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzil İddiaçı satılmışdır. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 550 manat olmaqla, mənzilin ümumi dəyəri 90.750 manat təşkil etmişdir.

2. “xxxx İnşaat” MMC-nin direktoru T.Ə.Səlimovun imzaladığı ##.##.2015-ci il tariхli ** saylı maliyyə arayışına əsasən, İddiaçı ünvan 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasında 3-cü giriş 5-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 165 kv.m. olan ** saylı mənzilin dəyərini tam ödəmişdir.

3. “X6” MMC-nin direktoru T.Ə.Səlimovun imzaladığı, İddiaçıovaya ünvanlanmış ##.##.2015-cı il tariхli ** saylı bildirişdə qeyd edilmişdir ki, onunla aralarında bağlanmış sözügedən müqavilə ilə sözügedən mənzilinin dəyəri barter vasitəsilə aparıldığı üçün MMCnin bank hesabına köçürülmə aparılmadığı üçün aralarında bağlanmış müqavilə və tərəflərindən verilmiş maliyyə arayışı etibarsız hesab olunmuşdur

4. “xxxx İnşaat” MMC-nin direktoru T.Ə.Səlimov imzaladığı ##.##.2015-cı il tariхli ** saylı maliyyə arayışı ilə Əhmədov Yusif Abbasəli oğlu ünvan 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasında 3-cü giriş 5-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 165 kv.m. olan ** saylı mənzilin dəyərini tam ödəmişdir.

5. “xxxx İnşaat” MMC-nin direktoru T.Ə.Səlimov imzaladığı ##.##.2016-cı il tariхli ** saylı arayışla Hacızadə İnci Rahim qızı həqiqətəndə ünvan 2 ünvanında inşa olunan çoхmərtəbəli yaşayış binasında 3-cü giriş 5-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 165 kv.m. olan ** saylı mənzilin əvvəlki payçısı Əhmədov Yusif Abbasəli oğlunun ərizəsi nəzərə alınaraq həmin mənzilə yeni payçı kimi qəbul olunmuşdur.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmü ilə, X7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

7. cavabdeh2 MTK-nın ümumi yığıncağının ##.##.2022-ci il tariхli protokolunda qeyd edilmişdir ki, vətəndaş cavabdeh1 Rahim oğlu MTK üzvlüyünə qəbul edilsin və onun razılıq yolu ilə MTK-nın binasında Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi ev 12F 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ümumi sahəsi 165 kv.m. olan 10 №li mənzilə düşməsi təsdiq edilsin. cavabdeh2 MTK-nın tariхsiz maliyyə arayışından görünür ki, Yasamal rayonu, Yeni Yasamal- 2 küçəsi, ev 12F MTK-ya məхsusdur. Binanın 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ** nömrəli mənzilin pay dəyəri cavabdeh1 Rahim oğlu tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoхdur. Sözügedən mənzil хüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 Rahim oğlunun adına ##.##.2022-ci ildə qeydə alınmışdır.

8. Daşınmaz əmlakın bağışlanması haqqında ##.##.2023-cü il tariхli müqaviləyə əsasən, cavabdeh1 Rahim oğlu Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F MTK-ya məхsusdur. Binanın 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ** nömrəli mənzili Həsənov Хalid Хalıq oğluna bağışlamışdır. Mübahisəli mənzil Həsənov Хalid Хalıq oğlunun adına mülkiyyət hüququ əsasında ##.##.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

9. Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2024-cü il tariхli cavab məktubunda qeyd edilmişdir ki, onun ünvan 1 ünvanında inşa edilmiş **F saylı yaşayış binasının ** saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2330149785 daxil olma nömrəli, ##.##.2023cü il tarixli müraciəti ilə bağlı bildirilir ki, İdarəyə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu barədə cavabdeh2 MTK tərəfindən *** saylı, ##.##.2021-ci il tarixli məktub daxil olmuşdur. Müraciətə əlavə olunmuş sənədlər “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş, həmçinin sənədlərdə mənzilin nömrəsi ** saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 1-ci girişin 5-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin ** saylı olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi **F saylı evin, ** saylı mənzili (giriş 1) müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin müraciətə əlavə olunmuş məhkəmə aktı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və İdarə tərəf qismində cəlb edilməmişdir.

10. Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən e-*(***)-****/**** saylı iş üzrə Bakı İnzibati Məhkəməsinə elektron məhkəmə sistemi vasitəsilə ünvanladığı etirazda qeyd olunmuşdur ki, idarəyə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağda sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu barədə cavabdeh2 MTK tərəfindən *** saylı, ##.##.2021-ci il tarixli məktub daxil olmuşdur. ##.##.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş, sənədlərdə mənzilin nömrəsi ** saylı göstərilmiş olsa da, müvafiq mənzil binanın 1-ci girişin 5-ci mərtəbəsində yerləşir və sıralama ilə nömrəsi ** saylı mənzilə uyğun gəlir. Həmçinin sənəd üzrə mənzilin sahəsi 165 kv.m. qeyd olunsa da, faktiki olaraq 146.8 kv.m. təşkil edir. Bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi **F saylı evin, ** saylı mənzili (giriş 1) müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh1 Rahim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (fin: *******) adına özgəninkiləşdirilmiş və hazırda sonuncunun mülkiyyətindədir.

11. Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tariхli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Şahnaz qızının adına “xxxx İnşaat” MMC tərəfindən verilmiş ##.##.2015-ci il tarixli maliyyə arayışında qeyd olunmuş ünvan faktiki olaraq Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi 12 F ünvanında yerləşən kooperativ yaşayış binası cavabdeh2 MTK-ya məxsusdur. Həmçinin ünvan 7 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ** nömrəli mənzil 1-ci giriş 5-ci mərtəbə ** saylı mənzil kimi cavabdeh1 Rahim oğlunun adına qeydiyyatdan keçmişdir. “xxxx İnşaat” MMC tikintiyə başlayan zaman binanın girişi və mənzillərin sıralaması sağdan sola nəzərdə tutmuş, lakin cavabdeh2 MTK isə soldan sağa saymışdır. Bu səbəbdən 3-cü giriş, 5-ci mərtəbə ** saylı mənzil faktiki olaraq 1-ci giriş 5-ci mərtəbə ** saylı mənzildir. (64 və ** saylı mənzillər hər ikisi eyni mənzillərdir.)

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin qeyri-qanuni sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2022-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzilin cavabdeh “xxxx İnşaat” MMC-dən alınaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # #### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ünvan 5 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** saylı mənzilə köçürülməsi, cavabdeh cavabdeh2 MTK-nın iddiaçı İddiaçı ünvan 5 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** saylı mənzilə köçürülməsinə yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # #### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2024-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, # ####### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş ##.##.2016-cı il tarixli aktının ləğv edilməsi, müvafiq icra hərəkətlərinin həyata keçirilməsinin Yasamal Rayon İcra Şöbəsinə tapşırılması qərara alınmışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən cavabdeh2 Mənzil-Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, cavabdeh2 Mənzil-Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlı şəxs kimi mülki işə cəlb olunmuşdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 1-də yerləşən ** nömrəli mənzilin cavabdeh “xxxx İnşaat” MMC tərəfindən iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər cavabdeh2 MTK və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli, qətnaməsi ləğv edilərək, iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddiaçı İddiaçı cavabdeh “xxxx İnşaat” MMC-yə qarşı “mənzilin qeyri-qanuni sahiblikdən alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Ali məhkəmənin həmin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mübahisəli mənzilin cavabdeh “xxxx İnşaat” MMC tərəfindən təhvil verilməsini tələb etsə də, apellyasiya instansiyası məhkəməsi həmin mənzilin hazırkı halda bu MMC-nin sahiblik və sərəncamında olmamasını nəzərə almamış, iddianı təmin etmişdir.

24. Baxılan mülki işin icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx İnşaat” MMC-yə qarşı “mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə yekun qərar qəbul edilərək qüvvəyə minənə qədər dayandırılmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

26. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 (bundan sonra cavabdehlər, MTK, ad, soyadı) qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaliq oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi və bir neçə dəfə məhkəmə baхışı zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK tərəfindən cavabdeh cavabdeh1, Bakı şəhəri, Yeni Yasamal 2, ev 12F, giriş 2, ** saylı mənzil üzərində cavabdeh1 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas vermiş ##.##.2022-ci il tarixli protokoldan çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin, həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdeh cavabdeh1 adına verilmiş çıxarışın, onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bu mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun adına verilmiş ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. İddia tələbi işin faktiki hallarına əsaslanmaqla onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “xxxx İnşaat” MMC arasında ünvan 3 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının, 3-cü blokunda, 5-ci mərtəbəsində, ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzilin satılması ilə əlaqədar ##.##.2015-ci il tarixdə ** nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin hər kv.m. 550 manat olmaqla, ümumi dəyəri 90.750 manat təşkil etmişdir. Mənzilin dəyəri tərəfindən tam ödənilməsi ilə bağlı ona ##.##.2015-ci il tarixli, ** nömrəli maliyyə arayışı təqdim olunmuşdur. MMC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, MMC-nin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulmasını, mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Mənzil ona təhvil verildikdən sonra bəlli olmuşdur ki, Bakı şəhəri, Yeni Yasamal 2, ev 12f, giriş 1, ** saylı mənzil cavabdeh2 MTK tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışına əsasən ilkin olaraq ##.##.2022-ci il tarixdə cavabdeh1 Rahim oğlunun adına qeydiyyatdan keçmiş, və çıxarış verilmişdir. İddia tələbinə əlavə olunan ##.##.2024-cü il tarixli qərardaddan göründüyü kimi ərizəçi İddiaçı Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş ##.##.2016-cı il tarixli aktından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qərardadla şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş ##.##.2016-cı il tarixli aktı ləğv edilmiş, müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Yasamal Rayon İcra Şöbəsinə tapşırılması qət edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra sənədi üzrə ** saylı mənzili deyil, ona məxsus olan ** saylı mənzili həmin icra işi üzrə tələbkar Əhmədov Yusif Abbasəli oğluna verilmişdir. Bununla da, ərizəçinin mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edərkən şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayət ərizəsində qeyd olunanları qəbul etdiyini, binadakı mənzillərə ünvanlar verildikdən sonra mənzil nömrələrinin qarışdığını, icra şöbəsi tərəfindən ərizəçiyə məxsus mənzilin digər icra işi üzrə tələbkar Əhmədov Yusif Abbasəli oğluna yanlışlıqla təhvil verilməsini bildirmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. cavabdeh1 Rahim oğlu onun mənzilini göstərməklə çıxarış almış və bunun sübutu olaraq aşağıdakıları bildirmişdir. Mənzilin ilkin sənədləri ** saylı mənzil olmuş və həmin mənzil Əhmədov Yusif Abbasəli oğluna məxsus olmuşdur. Samirin atası Rahib adlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi izahatında mənzilin notarial qaydada ilkin alğı-satqı yolu ilə qızı Həsənova İnci Rahib qızının adına almasını qeyd etmiş və daha sonra İnci həmin mənzilin qardaşının adına keçməsinə dair cavabdeh2 MTK ya ərizə vermiş və icra şöbəsi tərəfindən ** saylı mənzilin əvəzinə ** saylı mənzil verildiyi üçün saxta yolla cavabdeh2 MTK tərəfindən ##.##.2022-ci il tarixli protokoldan çıxarış və ##.##.2022-ci il tarixli maliyyə arayışı əsasıda mənzilin ünvanı, blok və binanın ünvanı dəyişdirilməklə mənzilin cıxarışının alınmasına nail olunmuş və X4 adına ********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixdə çıxarış almışdır. İddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək onun həmin mənzilə köçürülməsi, cavabdeh cavabdeh2 MTK-nın ona həmin mənzilə köçürülməsinə yaratdığı maneələr aradan qaldırılması qət edilmişdir. Məhkəmə zamanı izahat verən cavabdeh2 MTK-nın nümayəndəsi Samirə məxsus olan mənzilin 69 olmasını etiraf etmiş və hər dəfə müvafiq orqanlarda qeyri-obyektiv məlumatlar verməklə saxtakarlığını ört basdır etməyə çalışmışdır. Məhkəmə gedişatı zamanı mənzilin üzərində həbsin qoyulması barədə qərardad olmasına baxmayaraq cavabdeh1 adına olan ##.##.2022ci il tarixdə 011011007220-05301-****** reyestr nömrəli çıxarışla 04/14007 inventar nömrəli texniki pasportla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra cavabdeh1 Rahim oğlu tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli bağışlanma müqaviləsi əsasında mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlanmışdır. Samirə məxsus olan mənzil ** saylı mənzil olmuş, icra şöbəsinin ** saylı mənzilin yerinə ** saylı mənzilin sənədlərini səhv verməsindən sui-istifadə etməklə və cavabdeh2 MTK ilə əlbir olmaqla saxta protokoldan çıxarış və maliyyə arayışı tərtib etmişlər. Ona məxsus olan mənzilə dair aldıqları çıxarış və bununla bağlı əqdlər etibarsız hesab olunmalıdır. Bununla bağlı Daşınmaz Əmlakın Reyestri xidmətinə və cavabdeh2 MTK-ya rəsmi və şifahi müraciətlərinin olmasına baxmayaraq heç bir nəticə olmamışdır.

28. Cavabdeh cavabdeh1 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh2 MTK arasında hər hansı hüquq münasibətləri mövcud olmamışdır. İddiaçının “xxxx” MMC ilə şübhəli və natamam müqaviləsi olmuşdur. “xxxx” MMC-nin mənzil satmaq səlahiyyəti olmamışdır. Qeyd olunan faktlar Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmü ilə təsdiqini tapır. İddiaçının “xxxx” MMC-dən ona vurulmuş maddi ziyanın əvəzini tələb etmək hüququ vardır. Mövcud vəziyyətdə iddiaçının cavabdeh2 MTK-ya qarşı iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Qeyd olunan halları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim- Ramin Quliyev) iddia tələbi təmin edilmiş, cavabdeh MTK tərəfindən cavabdeh cavabdeh1 adına Bakı şəhəri, Yeni Yasamal 2, ev 12F, giriş 1, ** saylı mənzilə bağlı verilmiş ##.##.2022-ci il tarixdə verilmiş protokoldan çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Yeni Yasamal 2, ev 12F, giriş 1, ** saylı mənzilə bağlı cavabdeh1 adına olan ##.##.2022-ci il tarixdə 011011007220-05301- ****** reyestr nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yeni Yasamal 2, ev 12F, giriş 1, ** saylı mənzillə bağlı cavabdeh1 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli bağışlanma müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Yeni Yasamal 2, ev 12F, giriş 1, ** saylı mənzilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan ##.##.2023-cü il tarixdə reyestr nömrəsi 011011007220-****** olan texniki pasport və çıxarışın ləğv olunması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

30. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının cavabdeh “xxxx İnşaat” MMC-yə qarşı mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair *(***)-***/**** nömrəli mülki iş gedən dövrdə cavabdeh2 MTK tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış *** saylı, ##.##.2021-ci il tarixli məktuba “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş sənədlər əlavə edilmiş və bu sənədlərdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu göstərilmişdir. Yəni, “xxxx İnşaat” MMC tikintiyə başlayan zaman binanın girişi və mənzillərin sıralamasını sağdan sola nəzərdə tutsa da, cavabdeh2 MTK isə soldan sağa saymışdır. Bu səbəbdən 3-cü giriş, 5-ci mərtəbə ** saylı mənzil faktiki olaraq 1-ci giriş 5-ci mərtəbə ** saylı mənzildir. Bundan sonra cavabdeh2 MTKnın ##.##.2022-ci il tariхli protokolu ilə cavabdeh1 Rahim oğlu MTK üzvlüyünə qəbul edilməklə onun MTK-nın binasında Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi ev 12F 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ümumi sahəsi 165 kv.m. olan ** nömrəli mənzilə düşməsi təsdiq edilmişdir.

31. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən mülki iş gedən zaman Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, **F saylı evin, ** saylı mənzili (giriş 1) cavabdeh1 Rahim oğlunun adına mülkiyyət hüququ əsasında ##.##.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, daha sonra o, ** saylı Notariat Ofisində 4Ə-183 reyestr nömrəsi ilə təsdiq edilmiş ##.##.2023-cü il tariхli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən həmin mənzili Həsənov Хalid Хalıq oğluna bağışlamış və qeyd edilən mənzil sonuncunun adına mülkiyyət hüququ əsasında ##.##.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

32. Daha sonra məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ünvan 3 ünvanında inşa edilmiş **F saylı yaşayış binasının ** saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2330149785 daxil olma nömrəli, ##.##.2023-cü il tarixli müraciətinin araşdırılması məqsədi ilə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 1-ci girişin 5-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin ** saylı olduğu müəyyən edilmişdir.

33. Həmçinin Bakı İnzibati Məhkəməsində baхılan e*(***)-****/**** nömrəli iş üzrə ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ünvanladığı etirazdan da görünür ki, ##.##.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş, sənədlərdə mənzilin nömrəsi ** saylı göstərilmiş olsa da, müvafiq mənzil binanın 1-ci girişin 5-ci mərtəbəsində yerləşir və sıralama ilə nömrəsi ** saylı mənzilə uyğun gəlir.

34. Beləliklə, müəyyən məhkəmə tərəfindən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzil cavabdeh “xxxx İnşaat” MMC-dən alınaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilsə də, cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olması barədə *** saylı, ##.##.2021-ci il tarixli məktubla ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi nəticəsində sıra sayında ** saylı mənzilin ** saylı mənzil kimi göstərilmişdir.

35. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018ci il tarixli, hökmü ilə, X7 verilmiş ittihamlardan biri də onun təkrarən eyni niyyətlə, eyni üsulla ünvan 6 ünvanda inşa edilmiş binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv.m. ölçülü, ** nömrəli mənzilin X8 tərəfindən ##.##.2006-cı il tarixli müqavilə əsasında X10 bildiyi halda 181.500 manat müqabilində Əhmədov Yusif Abbasəli oğluna satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - ##.##.2015-ci il tarixli, ** nömrəli alğı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışının imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə özünü tanışlarının yanında səlahiyyətli və səxavətli şəxs, nüfuz sahibi kimi göstərməkdə ifadə olunan sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə X5 və X10 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onları faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, ** nömrəli mənzilin hazırda qanuni sahibi İddiaçı olması işin araşdırılmış halları ilə tam təsdiqini tapır.

37. Məhkəmə hesab etmişdir ki, həmin mənzilin hazırda ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət kimi qeydiyyata alınmasa da, həmin mənzil 10 № sıra sayı ilə ##.##.2022-ci ildə cavabdeh1 Rahim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunsuz olmuş və bunun davamı olaraq da onun da həmin mənzili sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamasına dair əqd və sonuncunun da ##.##.2023-cü ildə sözügedən mənzilin хüsusi mülkiyyət kimi qeydə alınması da zahiri görünüşcə mülki qanunvericiliyin tələbləri baхımından düzgün rəsmiləşdirilsə də, işin faktiki halları baхımından qanuni sayıla bilməz.

38. Məhkəmə cavabdeh tərəfin İddiaçı ilə cavabdeh2 MTK arasında hər hansı hüquq münasibətləri mövcud olmamaqla, onun “xxxx” MMC ilə şübhəli və natamam müqaviləsi olması, “xxxx” MMC-nin mənzil satmaq səlahiyyəti olmaması kimi etirazının və onun ** saylı mənzillə bağlı sənədlərinin düzgün olmaması dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının “xxxx” MMC ilə aralarında olan müqavilə münasibətlərinə, təqdim edilmiş sənədlərə artıq hüquqi qiymət verildiyindən sənədlərin saхta olmasına dair dəlillər əsassızdır və bu səbəbdən onlara yenidən hüquqi qiymət verilməsi yolverilməzdir.

39. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının adına “xxxx İnşaat” MMC tərəfindən verilmiş ##.##.2015-ci il tarixli maliyyə arayışında qeyd olunmuş ünvan faktiki olaraq Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 12 F ünvanında yerləşən kooperativ yaşayış binası cavabdeh2 MTK-ya məxsus olması ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayon məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tariхli cavab məktubunda da öz əksini tapmışdır.

40. Məhkəmə nəticəyə gələrkən mübahisəli mənzillə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilərək mənzilin iddiaçıya verilməsi ilə bağlı Yasamal rayon İcra Şöbəsi tərəfindən müvafiq akt tərtib edilməsini, başqa sözlə, mənzilin hazırda iddiaçının faktiki sahibliyində olmasını da nəzərə almışdır.

41. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 324.1, 324.2, 324.4, 324.5, 337.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

42. Qətnamədən həm cavabdeh cavabdeh2 MTK, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətləri vermişlər.

43. cavabdeh2 MTK-nın apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktubunu, sübutu araşdırmamış, ##.##.2024-cü il tarixli qətnaməsində sübutun mövcudluğunu göstərməmişdir. Məhkəmə iddiaçının ziyanına olan sübutları araşdırmamış, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə Mülki Məcəllənin 139-1-ci maddəsinin tələblərini də pozmuşdur, onlara əməl etməmişdir.

45. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

46. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmşdir ki, məhkəmə iddiaçının etdiyi saxtakarlıqlara don geyindirərək, e-*(***)-****/**** nömrəli mülki iş üzrə iddiaçının ona məxsus olan mənzil üzərində hər hansı mülkiyyət hüququ olmaya-olmaya, iddiaçını dolayı yolla, fərziyyələrlə, mülkiyyətçi kimi qələmə vermişdir. Mövcud vəziyyətdə iddiaçı “xxxx İnşaat” MMC ilə bağladığı ##.##.2015-ci il tarixli müqaviləyə istinad edir və mübahisələndirdiyi ** saylı mənzil üzərində onun mülkiyyət hüququnun olduğunu vurğulayır. Məhkəmə qətnamədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, **F saylı evin, ** saylı mənzilin (giriş 1) Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıya təhvil verilməsi qət edilmiş, ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzillə eyni mənzil olması işin mübahisəsiz halı olması kimi göstərmişdir və ARİN yanında ƏMDХ DƏDK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsinin ** saylı mənzilin ** saylı mənzil kimi göstərilməsinə əsaslanmışdır. Nədənsə məhkəmə sözügedən binanın cavabdeh2 MTK-ya aid olması halı göstərməmiş və İN yanında ƏMDХ DƏDK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsinin cavabını təhrif etmişdir.

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, “xxxx İnşaat” MMC ##.##.2015-ci il tarixdə müqavilənin birtərəfli ləğvi barədə ona bildiriş göndərmiş və həmin bildirişdə mənzilin dəyərinin ödənilməsi barter vasitəsilə aparıldığı üçün ödənişin cavabdehin “xxxx” ASC-nin Sumqayıt filialındakı hesabına köçürülməmiş olması, bu səbəbdən müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və mənzilin dəyərinin qeyd olunan bank hesablarına köçürülənədək sənədlərin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir. İddiaçı aralarındakı müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun və MMC-nin bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməli olduğundan cavabdeh “xxxx İnşaat” MMCyə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulmasını, ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmişdir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin iddiaçıya satılması ilə əlaqədar ##.##.2015-ci il tarixdə ** nömrəli müqavilə bağlanmış, müqaviləni İddiaçı imzalamasa da, “xxxx İnşaat” MMCnin direktoru X7 imzalayaraq Cəmiyyətin möhürü ilə təsdiq etmişdir. “xxxx İnşaat” MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş ##.##.2015-ci il tarixli ** nömrəli maliyyə arayışından görünür ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan əlavə, cavabdeh Şirkət bildirir ki, ##.##.2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşmüş sayılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çərçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır.

50. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mənzilə görə alıcının nağd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditordan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alğı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş barədə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTKnın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişsə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. İddiaçı İddiaçı mənzilə dair “xxxx İnşaat” MMC ilə aralarında bağlanmış müqaviləni və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, cavabdeh MMC isə öz etirazının əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

52. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının cavabdeh “xxxx İnşaat” MMCyə qarşı mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş gedən dövrdə cavabdeh2 MTK ARİN yanında ƏMDХ DƏ DK və RPHŞnin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış *** saylı, ##.##.2021-ci il tarixli məktuba “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş sənədlər əlavə edilmiş və bu sənədlərdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu göstərilmişdir. Yəni, “xxxx İnşaat” MMC tikintiyə başlayan zaman binanın girişi və mənzillərin sıralanmasını sağdan sola nəzərdə tutsa da, cavabdeh2 MTK isə soldan sağa saymışdır. Bu səbəbdən 3-cü giriş, 5-ci mərtəbə ** saylı mənzil faktiki olaraq 1-ci giriş 5-ci mərtəbə ** saylı mənzildir. Bundan sonra cavabdeh2 MTKnın ##.##.2022-ci il tariхli protokolu ilə cavabdeh1 Rahim oğlu MTK üzvlüyünə qəbul edilməklə onun MTK-nın binasında Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi ev 12F 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ümumi sahəsi 165 kv.m. olan ** nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən mülki iş gedən zaman Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, **F saylı evin, ** saylı mənzili (giriş 1) cavabdeh1 Rahim oğlunun adına mülkiyyət hüququ əsasında ##.##.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, daha sonra o, ** saylı Notariat Ofisində 4Ə-183 reyestr nömrəsi ilə təsdiq edilmiş ##.##.2023-cü il tariхli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən həmin mənzili Həsənov Хalid Хalıq oğluna bağışlamış və qeyd edilən mənzil sonuncunun adına mülkiyyət hüququ əsasında ##.##.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

53. Daha sonra müəyyən edilmişdir ki, iddiaçının ünvan 3 ünvanında inşa edilmiş **F saylı yaşayış binasının ** saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2330149785 daxil olma nömrəli, ##.##.2023-cü il tarixli müraciətinin araşdırılması məqsədi ilə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 1-ci girişin 5-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin ** saylı olduğu müəyyən edilmişdir.

54. Həmçinin Bakı İnzibati Məhkəməsində baхılan e-*(***)-****/**** nömrəli iş üzrə ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ünvanladığı etirazdan da görünür ki, ##.##.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş, sənədlərdə mənzilin nömrəsi ** saylı göstərilmiş olsa da, müvafiq mənzil binanın 1-ci girişin 5-ci mərtəbəsində yerləşir və sıralama ilə nömrəsi ** saylı mənzilə uyğun gəlir.

55. Beləliklə müəyyən məhkəmə tərəfindən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzil cavabdeh “xxxx İnşaat” MMC-dən alınaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilsə də, cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olması barədə *** saylı, ##.##.2021-ci il tarixli məktubla ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi müraciət etməsi nəticəsində sıra sayında ** saylı mənzilin ** saylı mənzil kimi göstərilmişdir.

56. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iş materiallarından görünür ki, sözügedən idarənin mütəxəssisləri tərəfindən ** saylı mənzilin binanın 1-ci girişin 5-ci mərtəbəsində yerləşir və sıralama ilə nömrəsi ** saylı mənzilə uyğun gəlməsi, yəni, 64 və ** saylı mənzillər hər ikisi eyni mənzillər olması ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən birmənalı olaraq təsdiq edilmişdir. Bu halın müəyyən edilməsi məhkəməyə cavabdeh1 Rahim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına özgəninkiləşdirilmiş və hazırda sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, **F saylı evin, ** saylı mənzilin (giriş 1) Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıya təhvil verilməsi qət edilmiş, ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzillə eyni mənzil olması işin mübahisəsiz halı olması qənaətinə gəlməsinə əsas verir.

57. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin icrası zamanı da müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərlinin Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra sənədi üzrə ** saylı mənzili deyil, ərizəçi İddiaçı məxsus olan ** saylı mənzili həmin icra işi üzrə tələbkar Əhmədov Yusif Abbasəli oğluna verilmiş, İddiaçı mülkiyyət hüquqları pozulması əsası ilə Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş ##.##.2016-cı il tarixli aktından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

58. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş ##.##.2016-cı il tarixli aktının ləğv edilməsi, müvafiq icra hərəkətlərinin həyata keçirilməsinin Yasamal Rayon İcra Şöbəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, İddiaçı sözügedən icra işi üzrə tərəf olmasa da, həmin icra işi üzrə görülmüş hərəkətlərin nəticəsində ərizəçinin mülkiyyət maraqları təhdid altına düşmüşdür.

59. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X7 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmündə də olmuşdur.

60. Məhkəmə kollegiyası yekun olaraq qeyd etmişdir ki, göründüyü kimi, ** nömrəli mənzilin hazırda qanuni sahibi İddiaçı olması işin araşdırılmış halları ilə tam təsdiqini tapır və həmin mənzilin hazırda ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət kimi qeydiyyata alınmasa da həmin mənzil 10 № sıra sayı ilə ##.##.2022ci ildə cavabdeh1 Rahim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunsuz olmuş və bunun davamı olaraq da onun da həmin mənzili sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamasına dair əqd və sonuncunun da ##.##.2023-cü ildə sözügedən mənzilin хüsusi mülkiyyət kimi qeydə alınması da zahiri görünüşcə mülki qanunvericiliyin tələbləri baхımından düzgün rəsmiləşdirilsə də, işin faktiki halları baхımından qanuni sayıla bilməz.

61. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin dəlilləri əsassızdır və bu səbəbdən onlara yenidən hüquqi qiymət verilməsi yolverilməzdir. Həmçinin iddiaçının adına “xxxx İnşaat” MMC tərəfindən verilmiş ##.##.2015-ci il tarixli maliyyə arayışında qeyd olunmuş ünvan faktiki olaraq Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, 12 F ünvanında yerləşən kooperativ yaşayış binası cavabdeh2 MTK-ya məxsus olması ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayon məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tariхli cavab məktubunda da öz əksini tapmışdır.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 152.1, 152.2, 152.3, 152.5, 337.1, 337.2, 752.1, 762.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4 və 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri: Qətnamədən həm cavabdeh cavabdeh2 MTK (vəkil vəkil4), həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Həsənov (vəkil vəkil4) ayrıayrılıqda

63. kassasiya şikayətləri vermişlər.

64. cavabdeh2 MTK-nın kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud vəziyyətdə mübahisəli mənzil cavabdeh2 MTK-ya məxsus binanın tərkib hissəsi olmuşdur, qanunvericiliyə əsasən həmin mənzil barədə sərəncam hüququ cavabdeh2 MTK-ya məxsus olmuşdur və “xxxx İnşaat” MMC-nin cavabdeh2 MTK-nı təmsil etmək və ona məxsus mənzil barədə sərəncam vermək hüququ olmamışdır. Bu vəziyyətdə cavabdeh2 MTK-nın bilavasitə və ya təmsilçi vasitəsilə bağlamayaraq tərəf olmadığı müqavilə onun üçün öhdəlik və vəzifələr yarada bilməz və MMnin 403-cü maddəsinə uyğun olaraq hüquqlar yarada bilər.

66. İddiaçı İddiaçı cavabdeh2 MTK-da əmlak payına malik olması üçün cavabdeh2 MTK üzvlərinin ümumi yığıncağının qərarı əsasında MTK üzvlüyünə qəbul edilməlidir və onun tərəfindən pay dəyəri ödənilməlidir. Mövcud vəziyyətdə belə bir hal yoxdur. Bununla da iddiaçının cavabdeh2 MTK-ya məxsus mənzilə hüququnun yaranmasının qanun və ya müqavilə əsası yoxdur və onun cavabdeh2 MTK-ya məxsus mənzil barəsində sərəncam hüququ olmayan “xxxx İnşaat” MMC ilə bağladığı müqavilə MM-nin 337.3 və 351.1-ci maddələrinə əsasən əhəmiyyətsiz əqddir və hüquqi nəticə yaratmayır. İddiaçı İddiaçı səlahiyyəti olmayan şəxslə üçüncü şəxsin əmlakı barədə müqavilə bağladığı üçün həmin əmlak barəsində qəbul edilmiş qətnamə icrası mümkün olmayan qətnamədir və hazırkı iddianın əsası kimi istifadə oluna bilməz. Bu vəziyyətdə iddiaçı İddiaçı xxxx İnşaat” MMC-dən ödədiyi pulu və zərəri tələb edə bilər.

67. Hazırkı mülki iş üzrə cavabdehlər olan cavabdeh2 MTK-nın, cavabdeh1 Sahib oğlunun və üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirak etmədiyi mülki iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi məhkəmə tərəfindən hazırkı mülki iş üzrə preyudisiya qüvvəsinə malik akt kimi götürülmüşdür,bununla da prosessual hüquq norması pozulmuşdur və bu prosessual pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

68. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

69. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı səlahiyyəti olmayan şəxslə üçüncü şəxsin əmlakı barədə müqavilə bağladığı üçün həmin əmlak barəsində qəbul edilmiş qətnamə icrası mümkün olmayan qətnamədir və hazırkı iddianın əsası kimi istifadə oluna bilməz. Bu vəziyyətdə iddiaçı İddiaçı xxxx İnşaat” MMC-dən ödədiyi pulu və zərəri tələb edə bilər. İddiaçının əksinə olaraq cavabdeh2 MTK üzvlərinin ümumi yığıncağının qərarı əsasında iş üzrə cavabdeh cavabdeh1 Sahib oğlu MTK üzvlüyünə qəbul edilmişdir və onun tərəfindən MTK üzvü kimi əmlak payı olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2,ev 12F, giriş 1,** saylı mənzilin (mübahisəli mənzilin) dəyəri ödənmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan borcunun əvəzində həmin mənzili bağışlama müqaviləsi əsasında ona vermişdir. Bununla da iddiaçının əksinə olaraq onların həmin mənzil üzərində hüquqları qanunidir və onlar vicdanlı alıcıdır.

70. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx İnşaat” MMC-nin cavabdeh2 MTK-ya məxsus mənzil barədə sərəncam vermək hüququ olmadan iddiaçı ilə həmin mənzil barədə müqavilə bağladığı nəzərə alınmamaqla və apellyasiya instansiyası məhkəməsinin 20.09. 2022-ci il tarixli qətnaməsi əsas götürülərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməklə cavabdeh2 MTK-nın mülkiyyət hüququ pozulmuşdur və bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

71. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

72. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

73. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

74. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

75. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

76. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

77. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

78. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

79. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

80. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

81. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

82. Maddə 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir.

83. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

84. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

85. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

86. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

87. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

89. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

90. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

92. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

93. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

94. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

96. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

97. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

98. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

99. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

100. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh MTK və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

102. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

105. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

106. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının cavabdeh “xxxx İnşaat” MMC-yə qarşı mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair *(***)-***/**** nömrəli mülki iş gedən dövrdə cavabdeh2 MTK tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Хidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəхsin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış *** saylı, ##.##.2021-ci il tarixli məktuba “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş sənədlər əlavə edilmiş və bu sənədlərdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu göstərilmişdir. Yəni, “xxxx İnşaat” MMC tikintiyə başlayan zaman binanın girişi və mənzillərin sıralamasını sağdan sola nəzərdə tutsa da, cavabdeh2 MTK isə soldan sağa saymışdır. Bu səbəbdən 3-cü giriş, 5-ci mərtəbə ** saylı mənzil faktiki olaraq 1-ci giriş 5-ci mərtəbə ** saylı mənzildir. Bundan sonra cavabdeh2 MTKnın ##.##.2022-ci il tariхli protokolu ilə cavabdeh1 Rahim oğlu MTK üzvlüyünə qəbul edilməklə onun MTK-nın binasında Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi ev 12F 1-ci giriş, 5-ci mərtəbə 4 otaqlı ümumi sahəsi 165 kv.m. olan ** nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən mülki iş gedən zaman Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, **F saylı evin, ** saylı mənzili (giriş 1) cavabdeh1 Rahim oğlunun adına mülkiyyət hüququ əsasında ##.##.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, daha sonra o, ** saylı Notariat Ofisində 4Ə-183 reyestr nömrəsi ilə təsdiq edilmiş ##.##.2023-cü il tariхli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən həmin mənzili Həsənov Хalid Хalıq oğluna bağışlamış və qeyd edilən mənzil sonuncunun adına mülkiyyət hüququ əsasında ##.##.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bundan başqa, iddiaçının ünvan 3 ünvanında inşa edilmiş **F saylı yaşayış binasının ** saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2330149785 daxil olma nömrəli, ##.##.2023-cü il tarixli müraciətinin araşdırılması məqsədi ilə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 1-ci girişin 5-ci mərtəbəsində yerləşdiyi və sıralama ilə nömrəsinin ** saylı olduğu müəyyən edilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsində baхılan e*(***)- ****/**** nömrəli iş üzrə ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ünvanladığı etirazdan da görünür ki, ##.##.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər “xxxx İnşaat” MMC tərəfindən təsdiq edilmiş, sənədlərdə mənzilin nömrəsi ** saylı göstərilmiş olsa da, müvafiq mənzil binanın 1-ci girişin 5-ci mərtəbəsində yerləşir və sıralama ilə nömrəsi ** saylı mənzilə uyğun gəldiyi müəyyən edilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m. olan 4 otaqdan ibarət ** nömrəli mənzil cavabdeh “xxxx İnşaat” MMC-dən alınaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilsə də, cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 12F ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olması barədə *** saylı, ##.##.2021-ci il tarixli məktubla ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi nəticəsində sıra sayında ** saylı mənzilin ** saylı mənzil kimi göstərilmişdir.

107. Bundan başqa müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli, hökmü ilə, X7 verilmiş ittihamlardan biri də onun təkrarən eyni niyyətlə, eyni üsulla ünvan 6 ünvanda inşa edilmiş binanın 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv.m. ölçülü, ** nömrəli mənzilin X8 tərəfindən ##.##.2006-cı il tarixli müqavilə əsasında X10 bildiyi halda 181.500 manat müqabilində Əhmədov Yusif Abbasəli oğluna satılmasına və dəyərinin ödənilməsinə dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - ##.##.2015-ci il tarixli, ** nömrəli alğı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışının imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə özünü tanışlarının yanında səlahiyyətli və səxavətli şəxs, nüfuz sahibi kimi göstərməkdə ifadə olunan sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə X5 və X10 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onları faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

108. Məhkəmələr iddianın təmin edilməsi barədə nəticəyə gələrkən, mübahisəli mənzillə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilərək mənzilin iddiaçıya verilməsi ilə bağlı Yasamal rayon İcra Şöbəsi tərəfindən müvafiq akt tərtib edilməsini, başqa sözlə, mənzilin hazırda iddiaçının faktiki sahibliyində olmasını da nəzərə almışlar.

109. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ** nömrəli mənzilin hazırda qanuni sahibi İddiaçı olması işin araşdırılmış halları ilə tam təsdiqini tapır və həmin mənzilin hazırda ARİN yanında ƏMDХ DƏ DK və RPHŞ-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət kimi qeydiyyata alınmasa da həmin mənzil 10 № sıra sayı ilə ##.##.2022-ci ildə cavabdeh1 Rahim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunsuz olmuş və bunun davamı olaraq da onun da həmin mənzili sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamasına dair əqd və sonuncunun da ##.##.2023-cü ildə sözügedən mənzilin хüsusi mülkiyyət kimi qeydə alınması da zahiri görünüşcə mülki qanunvericiliyin tələbləri baхımından düzgün rəsmiləşdirilsə də, işin faktiki halları baхımından qanuni sayıla bilməz.

110. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdeh MTK və üçüncü şəxsin kassasiya şikayətlərində qeyd olunan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

111. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

112. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

113. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

114. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

115. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

116. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

117. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaliq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar