Məhkəmə qərarları › İş №2(102)-1454/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1454/2020

10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1454/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-527/19) İddiaçı cavab dehlər “xxxx” QSC-yə, “xxxx” MMCyə və Cavabdeh3 firmasına qarşı “cavabdehlərin üzərinə kompensasiya ödəmək öhdəliyinin qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” QSCdən İddiaçı xeyrinə ünvan 1 ünvanında yerləşən evin sökülməsi müqabilində 154.100 manat məbləğində kompensasiya tutulması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh “xxxx” QSC-dən tutulması qət edilmiş,iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, iş № 2(103)-12533/19)İddiaçı və “xxxx” QSC-nin apelyasiya şikayətləri qismən təmin edilərə kNəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər “xxxx” QSC-yə, “xxxx” MMC-yə və Cavabdeh3 firmasına qarşı “cavabdehlərin üzərinə kompensasiya ödəmək öhdəliyinin qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.İddiaçıya izah olunmuşdur ki, tikilinin sökülməsi ilə bağlı real tədbirlərə başlanıldığı halda onun ədalətli kompensasiya tələb etməsi, məbləğlə bağlı tərəflər arasında fikir ayrılığı yarandığı təqdirdə mübahisənin ümumi qaydada məhkəmədə həll olunması istisna edilmir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” QSC-nin, “xxxx” MMC-nin və Cavabdeh3 firmasının üzərinə ünvan 2 ünvanında yerləşən evin sökülməsi müqabilində 225.485 manat kompensasiya ödəmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi F.Babayev və vəkili F.Haqverdiyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin nümayəndəsi F.Babayevin və vəkili F.Haqverdiyevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə12 dekabr 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib mülki işin icraatına xitam verərkən aşağıdakıları nəzərə almışdır. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, “Nizami rayonu, Keşlə-1-ci keçid ünvanında “xxxx” QSC-nin Keşlə-2-ci blok/post arasında dəmir yolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi” layihəsi çərçivəsində QSC tərəfindən İddiaçı yaşadığı, ünvan 2 ünvanında yerləşən tikilinin sökülməsinə görə ödəniləcək kompensasiya 132.800 manat müəyyən edilmişdir. İddiaçı qeyd olunan kompensasiya məbləğini az hesab edərək onunla razılaşmamış və tərəflər arasında mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavadehdən 154.100 m anat məbləğində kompensasiya tutulmasını qət etmişdir. “xxxx” QSC, 05.12.2019-cu il tarixli, 776-S nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, qeyd edilən ərazi ilə bağlı aparılması nəzərdə tutulmuş tədbirlərdə dəyişiklik baş verdiyindən İddiaçı yaşadığı evin sökülməsi zərurəti aradan qalxmışdır. Bununla əlqədar tərəflər arasında mübahisə olmadığından işin məhkəmədə baxışı istisna edilir və icraata xitam verilməsi xahiş olunur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mövcud vəziyyətdə tərəflər arasında mübahisə olmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan məna feyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Belə ki, iddiaçı evinin sökülməsinə görə ödənilməli olan kompensasiyanı mübahisələndirməklə tələb etdiyi məbləğin cavabdeh təşkilatdan tutulmasını xahiş etmişdir. Lakin hazırkı məqamda cavabdeh, iddiaçının yaşadığı evin sökülməsi zərurətinin aradan qalxdığını rəsmi şəkildə təsdiqləmişdir. Bu hal, iddiaçının tələbi üçün əsas olmuş mənafe pozuntusu təhlükəsinin aradan qalxdığına və məhkəmə qaydasında həll edilməli mübahisənin olmadığına dəlalət edir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı qərardad sözügedən tikilinin sökülməsi ilə bağlı real tədbir lərə başlanıldığı halda iddiaçının ədalətli kompensasiya tələb etməsinə, məbləğlə bağlı tərəflər arasında fikir ayrılığı yarandığı təqdirdə mübahisənin ümumi qaydada məhkəmədə həll olunmasına maneə təşkil etmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində işin məhkəmədə baxılmalı olmaması icraata xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İşin məhkəmədə baxılmalı olmaması dedikdə, işin ümumiyyətlə məhkəməyə aid olmadığı və ya iş məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığı nəzərdə tutulu r. Hazırkı işdə apelyasiya instansiyası məhkəməsi yaranmış vəziyyətdə tərəflər arasında mübahisənin olmadığını müəyyən etmiş və bu əsasla icraata xitam vermişdir. Həmçinin iddiaçıya izah olunmuşdur ki, icaata xitam verilməsi gələcəkdə tərəflər arasında mübahisə və fikir ayrılığı yarandığı təqdirdə onun ədalətli kompensasiya tələbi ilə məhkəməyə müraciət etməsinin qarşısını almır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxla nılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 dekabr 2019-cu il tarixli, 2(103)-12533/19 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar