Məhkəmə qərarları › İş №2(102)-1455/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1455/2020

04.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1455/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11449/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş № 2(006)-2707/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1772 saylı bağ evi xx xxxxxx 2012-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olmuş, xx xxxxxx 2012-ci il tarixdə həmin bağ sahəsinin alqı-satqısına dair onunla İddiaçı arasında müqavilə bağlanmışdır. 2016-cı ildə İddiaçı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin digər şəxslərlə birlikdə onun mülkiyyətində olan bağ sahəsindən çıxarılmaları, orada lazımı icazələr olmadan inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və bağ evinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsi ni xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh X4 bağ evinin alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsi barədə qarşılıqlı tələb irəli sürmüşdür. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək alqı-satqı müqaviləsi etibarsız, Reyestrdən Çıxarışın isə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şi kayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağ evinin alqı-satqısı ilə əlaqədar Cavabdeh 50.000 manat ödəməsini, alqı-satqı müqaviləsinin məhkəmə qətnaməsi ilə etibarsız sayılmasına baxmayaraq həmin pul məbləğinin sonuncu tərəfindən ona qaytarılmamasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh müqavilə üzrə ödədiyi 50.000 manatın, əldən çıxmış faydaya görə 50.000 manatın, mənəvi ziyana görə 20.000 manatın tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmi şdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehin hərəkəti nəticəsində ona maddi və mənəvi zərərin dəyməsini, lakin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxılaraq iddianın rədd edilməsini əsas göstərməklə qətnamənin ləğv edilib, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra h esab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı hesab edərkən tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yalan əqd olmaqla borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmasının müəyyən olunmasını, alqı-satqı nəticəsində iddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə pulu n ödənilməməsini, iddiaçının isə cavabdehdən əslində alqı-satqı müqaviləsinə görə ödədiyi pulu deyil, borc müqaviləsinə görə ödədiyi pulu tələb etməsini əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşımır. İş materiallarından görünür ki, tərəflər arasında borc münasibəti mövcud olmuş və Cavabdeh iddiaçıya 55.000 manat məbləğində borcunun olmasını müqavilənin etibarsız hesab olunmasına dair işə baxılarkən verdiyi izahatında etiraf etmişdir. Cavabdeh görə o, borcu qaytara bilmədiyi üçün öhdəliklərinin təminatı kimi bağ evinə dair İddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı hazırkı iddia tələbində alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar Cavabdeh ödədiyi pul məbləğini tələb etmişdir. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi ödədiyi pul vəsaitinin ona qaytarılması ilə bağlıdır. Yəni hansı qaydada əsaslandırılmasından asılı olmayaraq iddianın qaldırılmasında əsas məqsəd pulun geri alınmasından ibarət olmuşdur. Həm alqı-satqı müqaviləsinin etibarsız sayılması, həm də pulun qaytarılmasından imtina olunması son nəticədə onu həm təminat vasitəsi kimi əldə etdiyi bağ evindən və həm də ödədiyi pulu geri almasından faktiki olaraq məhrum etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi yalan əqd hesab edilərkən Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə müvafiq olaraq borc müqaviləsinə aid qaydalar tətbiq olunmamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdə ləmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tərəflər arasında isə, işdən göründüyü kimi borc müqaviləsi bağlanmamışdır. Göstərilən vəziyyətdə Xəzər rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin qətnamə ilə iddiaçı tərəfindən ödənilmiş pul məbləğinin ona qaytarılması təmin olunmamışdır. Hazırkı iş üzrə irəli sürdüyü iddia tələbi rədd olunduğundan iddiaçı yenə də cavabdehdə olan pul məbləğini geri ala bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin rədd olunmasını qanuni sayarkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətin də müəyyənliyin yaranmasını təmin etməmişdir. Kollegiya hesab edir ki, qətnamə pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbay can Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar