Məhkəmə qərarları › İş №2(102)-1455/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1455/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1455/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və «X4» MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1092/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «X4» MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh2 və «X4» MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 və «X4» MMC-dən müştərək qaydada 4350 manat məbləğində verilmiş sığorta ödənişinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 1 manat bank xərcinin əvəzinin iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X4» MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta növü üzrə şığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi **-PB*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində 90OL-975 dövlət. qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. «xxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-OL-*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 4350 manat məbləğində müəyyən edilmişdir. «xxxx» ASC-nin xx.x x.2018-ci il tarixli şığorta aktına əsasən, dəymiş ziyana görə «xxxx» ASC tərəfindən 4350 manat məbləğində şığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-4290/2019) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh «X4» MMC-dən 4350 manat məbləğində şığorta ödənişi, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 4380,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli İcbari Sığorta Müqaviləsinə əsasən **-PB-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtonəqliyyat vasitəsi «xxxx» ASC tərəfindən sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* saylı qərara görə, Cavabdeh2 tərəfindən İXM-nin 327 və 332.1-ci maddələri ilə inzibati xəta törədilmişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli hesabata görə, **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin dəyəri ümumilikdə 4350 manat müəyyən edilmişdir. Plastik kartların təhvil-təslim aktına əsasən, xx.xx.2018-ci il tarixdə baş sığorta hadisəsi nətic əsində zərər məruz qalmış **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsi üzrə «xxxx» ASC tərəfindən 4350 manat sığorta ödənişinin alınması üçün **********714714 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. Cavabdeh2 məxsus vəsiqəsinə görə, o, «X4” MMC-nin X2 gözətçi vəzifəsində işləyir. Beləliklə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən “X4” MMC-yə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtomobil «xxxx» ASC tərəfindən sığortalanmışdır. Sığorta müddətində xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı Chevrolet Niva markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəti cəsində **-OL-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza K7 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Şamaxı rayon DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və müəyyən olunmuşdur ki, Cavabdeh2 həmin avtonəqliyyat vasitətəsinin idarə etmək hüququ olmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığor tası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsin in 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsi nlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunun tələblərinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ o lmayan şəxs tərəfindən istismar edilməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Vurulmuş maddi ziyanın əvəzi olaraq, 4350 manat məbləğində sığorta ödənişini plastik kart vasitəsi ilə iddiaçı tərəfindən zərərçəkən X1 verilmişdir. Odur ki, iddiaçı haqlı olaraq, cavabdeh “X4” MMC-yə münasibətdə tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin digər cavabdeh olan Cavabdeh2 qarşı hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, qanunvericliyin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cavabdeh2 həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi, MM-in 1099.1ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə olan halda da iddiaçının Cavabdeh2 qarşı baş vermiş yol-nəqliyyat hadisəsi üzrə hər-hansı bir subroqasiya hüququ yaranmır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski, iş № 2(103)-1092/2020 ) iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və «X4» MMC-yə qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4290/2019 saylı qətnaməsindən cavabdeh «X4» MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4290/2019 saylı qətnaməsi «cavabdeh «X4» MMC-dən 4350 manat məbləğində şığorta ödənişinin tutularaq iddiaçı «xxxx» ASCyə ödənilməsi» hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdeh «X4» MMC-dən 3867 (üç min səkkiz yüz altmış yeddi) manat pul vəsaitinin tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə verilməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin cavabdeh «X4» MMC-yə aid edilməsi, həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının d əyəri olan 100 (bir yüz) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1099.1, 1108.1, 1114.1-ci, «İcbari sığortalar haqqında» Qanunun 25.1.3-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: MM-nin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadi sə və ya yaranan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində «nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs» dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh «X4» MMC apellyasiya şikayətində yol-nəql iyyat hadisəsini törətmiş olan işçisi (gözətçi) Cavabdeh2 **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (etibarnamə və s.) təqdim etməmişdir. Cavabdeh «X4» MMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına xx xxxxx 2018-ci il tarixli əmr təqdim edərək istirahət və bayram günlərində **-PB-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Niva» markalı avtonəqliyyat vasitəsinin idarə edilməsinin gözətçi işləyən Cavabdeh2 həvalə olunmasını göstərmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin təqdim etdiyi əmr özü-özlüyündə Cavabdeh2 müvafiq avtomobili idarə etmək səlahiyyətini ehtiva etmir (etibarnamə və s. təqdim olunmamışdır). Apellyasi ya instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə daxil olmuş ekspertiza rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-cu il tarixli, 9/100 nömrəli rəy) görə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı **-OL*** dövlət qeydiyyat nişanlı «Kia Cadenza K7» markalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3867 manat müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutları qiymətləndirərək hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin hazırki vaxtda iddiaçıya ödəməli olduğu zərərin məbləğinin 3867 manat müəyyən edilməsi obyektiv və ədalətlidir. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh «X4» MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1092/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı əvvəldən qeyri-obyektiv olmuş, naməlum səbəbdən ziyanın əsl məbləğini deyil, daha yüksək məbləğ ödəmişdir. Ekspertiza rəyi iddiaçı tərəfindən verilmiş məlumat əsasında çıxarılmış, ekspert avtomobilin qəzalı hi ssəsinin bərpası variantını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (mad də 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh «X4» MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə ekspertiza ilə bağlı prosessual hüquq normasının mətnini köçürsə də, dəymiş zərərin məbləği ilə razılaşmadığını hər hansı sübuta istinad etmədən göstərmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-cu il tarixli, 9/100 nömrəli rəyini nəzərə alaraq, iddiaçıya ödəməli olduğu zərərin məbləğinin 3867 manat müəyyən etmişdir. Məhkəmə haqlı olaraq həmin rəyi mötəbər sübut olaraq qəbul edərək dəymiş zərərin məbləğini müəyyən etmişdir. Eyni zamanda qeyd etmişdir ki, etirazın əsaslı olması ilə bağlı cavabdeh hər hansı sübuta malik olmamışdır. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «X4» MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1092/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar