Məhkəmə qərarları › İş №2(102)-1455/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1455/2023

04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1455/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X13, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (X37 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə aidiyyətinin pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X13, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (X37 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlaka mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2000/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1. ünvan 2 (yeni qaydada Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev 2A) ünvanda, istifadədə olan 0,0321 ha torpaq sahəsində yerl əşən ümumi sahəsi 261.9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 (5 otaq, 207,74 kv.m ümumi, 104,74 kv.m yaşayış, 103 kv.m köməkçi sahə) və X6 (payı açıq saxlanılmaqla) adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır (1-ci cild, səh. 151).

2. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun verdiyi xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.1991-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi kimi Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evdə yaşayan X8 Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin yalnız sahəsi 12.1 kv.m olan 1 saylı otağına irs almalı olması müəyyən edilmişdir (1-ci cild, səh. 153). 3. 03.09.2009-cu tarixdə X34 ilə İddiaçı arasın da notariat qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən, fərdi yaşayış evinin H.Abbasova məxsus bir hissəsi yaşayış sahəsi 67.56 kv.m olan 4 otaqdan ibarət 8, 7, 9, 12-ci yaşayış hissələri və 70.44 kv.m köməkçi sahədən ibarət olan 5, 11, 10, 13, 14 və 15-ci köməkçi hissələri İddiaçı xüsusi mülkiyyətinə keçmişdir (1-ci cild, səh. 146).

4. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv.m, yaşayış sahəsi 140,34 kv.m, yardımçı sahə 121,6 kv.m, 7 otaqdan ibarət fərdi yaşayış evinin 4 otaq, 138 kv.m ümumi, 67,56 kv.m yaşayış, 70,44 kv.m köməkçi sahəsi İddiaçı adına xx.xx.2009-cu il tarixdə, 1 otaq 69,74 kv.m ümumi, 37,18 kv.m yaşayış, 32,56 kv.m köməkçi sahəsi X22 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmış, X8 payı açıq saxlanılmış, 0,032 1 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla istifadədə olduğu qeyd edilməklə, MA seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir (1-ci cild, səh. 143).

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdehlər İddiaçı və Xırdalan bələdiyyəsinə qarşı “özgənin sahibliyində olan sahədən zəruri yol və keçid verilməsi tələbinə dair˝ iddiası üzrə tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir:

1. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, sahəsi 12 kv.m olan mənzil sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə cavabdehin mülkiyyətinə keçirir və 1 (bir) ay müddətində həmin mənzildəki pasport qeydiyyatından çıxır.

2. Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə iddiaçının mülkiyyətinə keçirir.

3. Tərəflər bu barışıq müqaviləsini imzalamaqla öz aralarında olan mübahisənin bitməsini və gələcəkdə bu məsələ ilə bağlı bir-birilərinə qarşı hər hansı iddialarının olmayacağını qəbul edirlər.

4. Bu saziş mülki işə baxan məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

6. Bundan sonra X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli dəyişmə müqaviləsinə əsasən, X3 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 1 otaqlı 2A nömrəli fərdi yaşayış evini İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyiş mişlər (1-ci cild, səh. 104).

7. Həmin bağışlama müqaviləsindən sonra Xırdalan şəhəri, R.Axundov küçəsi 2A ünvanında yerləşən ümumi sahəsi 261,94 kv.m, yaşayış sahəsi 140,34 kv.m, yardımçı sahə 121,6 kv.m, 7 otaqdan ibarət fərdi yaşayış evinin 5 otaq, 150 kv.m ümumi, 79,66 kv.m yaşayış, 70,44 kv.m köməkçi sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır (1-ci cild, səh. 44). 8. 29.12.2013-cü il tarixdə X22 adından etibarnamə əsasında çıxış edən Abbasova X25 Faiq Həbib oğlu ilə notariat qaydada evi bağışlama müqaviləsi bağlamış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evinin Həbib Abbasovun mülkiyyətində olan yalnız yaşayış sahəsi 37.18 kv.m, köməkçi sahəsi 32.56 kv.m ümumi sahəsi 69.74 kv.m olan 1 otaqdan olan hissəsi Faiq Abbasovun mülkiyyətinə keçmişdir.

9. Bundan sonra mübahisəli torpaq sahəsi İddiaçı və YYYun xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş qarşılıqlı razılıq ərizələri əsasında özəlləşdirilmiş və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və YYYun adına dövlət qeydiyyatına alınmış və bu barədə RX seriyalı, ******* nömrəli reyestr nömrəsi **********02-10301 olan çıxarış verilmişdir. Həmin çıxarışa görə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.m ümumi, 79.66 kv.m yaşayış, 70.44 kv.m köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 kv.m ümumi, 37.18 kv.m yaşayış, 32.56 kv.m köməkçi sahəsi ilə X23 adına xüsusi mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi is ə ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 kv.m pay isə açıq saxlanılmışdır (1-ci cild, səh. 55, 87, 119).

10. İddiaçı, Cavabdeh1 ilə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 261.94 kv.m olan fərdi yaşayış evinin ona məxsus 150 kv.m hissəsini alıcı Cavabdeh1 satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı İddiaçı xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür (1-ci cild, səh. 41).

11. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********02-10301 olan çıxar ış verilmişdir. Həmin çıxarışda, qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 261.94 kv.m fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.m ümumi, 79.66 kv.m yaşayış, 70.44 kv.m köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 kv.m ümumi, 37.18 kv.m yaşayış, 32.56 kv.m köməkçi sahəsi ilə X23 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 kv.m pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi də İddiaçı və X23 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır (1-ci cild, səh. 46).

12. İddiaçı xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, RX seriyalı, 146817 nömrəli, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir.

13. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən, ünvan 3 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.m ümumi, 79.66 kv.m yaşayış, 70.44 kv.m köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 kv.m ümumi, 37.18 kv.m yaşayış, 32.56 kv.m köməkçi sahəsi ilə X23 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 kv.m pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi isə Cavabdeh1 və X23 ümumi birgə mülkiyyətindədir (1-ci cild, səh. 47).

14. X11 Xəyal Səyyad oğlu ilə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ №0769608 saylı alğı-satqı m üqaviləsi əsasında Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A (yeni qaydalarla ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 69.74 kv.m hissəsini Cavabdeh1 satmışdır. Həmçinin müqavilənin 1-ci bəndinin b yarımbəndinə görə satıcı qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 0.01848 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 0.01848 ha hissəsini alıcının mülkiyyətinə vermişdir.

15. Bundan sonra Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən, ünvan 3 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 261.9 kv.m, FYE 219.84 kv.m və 0.03696 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyəti kimi qeydiyyata alınmış, 42.1 kv.m pay açıq saxlanılmışdır.

16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 3496/2015 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdehlər X28 və İddiaçı qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddiası təmin edilmiş, X37 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq olunması, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı və torpaqların alğısatqısına dair akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, xx.xx.2015-ci il tarixli, **********54 reyestr nömrəli d aşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X28 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin koordinatlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X2 278 kv.m torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev 2a ünvanında yerləşən ümumi sahəsi 261,9 kv metr olan fərdi yaşayış evinin 219,84 kv.metri və 0,03696 ha torpaq sahəsi Cavabdeh1, fərdi yaşayış evinin 42,1 kv.metr və torpaq sahəsinin 0,0278 ha hissəsi isə X9 adlarına dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.

18. X20 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2019cu il tarixdə bağlanaraq 4Ə1197 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alğısatqı müqaviləsi ilə X4 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 42.1 kv.m hissəsini və torpaq sahəsinin 0.0278 ha hissəsini 15.000 manata Cavabdeh1 satmışdır.

19. Bundan sonra Azərbaycan Respublikası ƏMDK ya nında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38- 10301 çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.06476 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə ********** saylı nömrə ilə Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 20. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 261,9 kv metr olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsi barədə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixli notarial təsdiq edilmiş ərizə vermişdir.

21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3371/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (X20 və X37 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək: RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi; Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi; ümumi birgə mülkiyyət hüququ ilə xx.x x.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi; Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; X20 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin; 8İ5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi; ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi və 0,03696 ha torpaq sahəsi üzərində mülki yyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Əbdül Mürsəlov küçəsində yerləşən 150,1 kv.m sahəsi olan 2A saylı evi Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında satmışdır. xx.xx.2018-ci il tarixdə DƏDRX tərəfindən ona verilmiş ******* saylı çıxarışda 150,1 kv.m daşınmaz əmlak və 0,03696 ha torpaq sahəsi (ümumi birgə) qeyd olunmuşdu. O, müqavilə bağlanarkən torpaq sahəsini alğı-satqı etmədiyi halda, ona məxsus torpaq sahəsi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Belə ki, təqdim edilmiş ərizə ilə ******* seriyalı, **********02-10301 reyestr nömrəli Cavabdeh1 məxsus çıxarışdan adının çıxa rılmasını xahiş etmişdir. Həmin çıxarış ona təqdim olunmamışdır. Lakin iş materiallarında notarius tərəfindən ona təqdim olunmuş ərizədə etibarından istifadə edib ona qarşı saxtakarlıq edən notarius mülkiyyətində olan 1848 kv.m torpaq sahəsini alğı-satqısını etməmişdir. Belə ki, alıcı Cavabdeh1 notarial qaydada tərtib edilmiş ərizə ilə 1848 kv.m torpaq hissəsini heç bir alğısatqı müqaviləsi olmadan özgəninkiləşdirməyə nail olmuşdur. Aralarında olan alğı-satqı sənədlərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışda xx.xx.2019-cu ildə Cavabdeh1 adına 150,1 kv.m ev sənədləşdirilmiş, müqavilədə də yalnız 150,1 kv.m daşınmaz əmlak göstərilmişdir. DƏDRX tərəfindən ******* nömrəli ona məxsus çıxarışda torpaq sahəsi naturada bölünmədiyinə görə torpaq sahəsini satmamışdır. Həmin saxta ərizədə onun mülkiyyətində olan 1848 kv.m torpağın Cavabdeh1 adına satılması öz əksini tapmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənədlərdə və çıxarışda 150,1 kv.m yaşayış sahəsinin satılmasına dair çıxarış vardır, müqavilədə ona məxsus 1848 kv.m torpaq hissəsinin alğı-satqısı tərəflər arasında olmadığı halda, DƏDRX 0,06476 ha ümumi torpaq sahəsini qərəzli şəkildə xx.xx.2019-cu il tarixli çıxarışla Cavabdeh1 xeyrinə özgəninkiləşdirmişdir. Cavabdeh1 ilə X37 arasında xx.xx.2019-cu il tarixli müqavilədə 1848 kv.m torpaq, 69,74 kv.m ev alğı-satqısı, X20 ilə xx.xx.2019-cu il tarixli müqavilədə 278 kv.m torpaq sahəsinin alğı-satqısı olmasına baxmayaraq, ona məxsus 1848 kv.m torpaq sahəsi heç bir sənədləşdirmə olmadan Cavabdeh1 adına özgəninkiləşdirilmi şdir. Belə ki, X37 və X20 həmin müştərək, ümumi mülkiyyətdə olan torpaq hissələrinin alğı-satqısını alıcı Cavabdeh1 ilə 1 saylı notariat ofisində həyata keçirmişlər. Belə olduğu halda, notarius və Abşeron DƏDRX ona məxsus mülkiyyətində olan 1848 kv.m torpaq sahəsini hansı sənəd və ya alğı-satqıya əsasən cavabdehin mülkiyyətinə verməsi barədə **********02-10301 reyestr nömrəli, ******* saylı çıxarış verməklə əmlakı 183 saylı reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alması məlum deyildir.

24. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, qanuni alğı-satqı yolu ilə torpağı və evi almışdır. Sonradan çıxarışda iddiaçının adı olduğundan müvafiq ərizəni notarial qaydada ona vermiş və o, torpağa dair çıxarış almışdır. Torpaq sahəsini ona iddiaçı nın qardaşı satmışdır.

25. Məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X21 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 434-cü sərəncama əsasən əvvəldən texniki pasport olan evlərdə həmin şəxsin adına sənədləşmə - çıxarış verilməsi üçün əsasdır. İş materiallarından görünür ki, texniki pasport iddiaçının nənəsinin adına olub, nənəsi əmlakı iddiaçının atasına verib, sonuncudan isə vərəsəlik yolu ilə İddiaçı keçib, onun adının çıxarışdan çıxarılmasına əsas, onun notarial qaydada verdiyi ərizəsi olub. Hərçənd ki, həmin ərizə mülkiyyət hüquqlarından məhrum etməyə əsas vermir.

26. Məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X20 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində g östərilmiş alğı-satqı müqavilələri və çıxarışlar qanunidir.

27. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 Xəyyam oğlu ilə X37 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 4Ə-660 reyestr nömrəli və X20 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alğı-satqı müqavilələri, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizəsi və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verdiyi İddiaçı və X23 adına olan qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X23 adına qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına qeydiyyatdan keçmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X9 adına qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********3810301 reyestr nömrəli çıxarışlar ləğv edilmiş, İddiaçı ünvan 1 (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında ye rləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi bildirmişdir ki, torpaq sahəsinin özəlləşdirilməsini İddiaçı aparmasına baxmayaraq, hər hansı hüquqi əsas olmadan torpaq sahəsi digər mülkiyyətçi YYY ilə ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. 0.03696 ha torpaq sahəsinin YYYun ümumi mülkiyyətinə keçməsi və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüququ əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsi üzərində YYYun mülkiyyət hüququnun yaranması üçün Mülki Məcəllənin 139.1-1-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır. Ona görə də iddia tələbi RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir.

29. Məhkəmə ünvan 1 ünvanında yerləşən 0.03696 torpaq sahəsinin YYYun ümumi mülkiyyətinə keçməsi üçün əsasların olmadığını müəyyən etdiyindən və RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi tələbini təmin etdiyindən, hesab etmişdir ki, iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, sözügedən müqavilənin mahiyyətindən görünür ki, YYY özünə məxsus olan və yuxar ıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evini və 0,01848 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Lakin məhkəmə araşdırması zamanı YYYun göstərilən ünvanda yerləşən 0,01848 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, şəxs özünün mülkiyyətində olmayan hər hansı daşınmaz əmlakı başqa şəxsin mülkiyyətinə verə bilməzdi.

30. Məhkəmə iddia tələbinin Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi˝, ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi˝ və İddiaçı 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası˝ hissəsinə mü nasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı özünün xüsusi mülkiyyətində olan 150.0 kv.m fərdi yaşayış evini notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə vermişdir. Lakin bundan sonra Abşeron rayonu 1 saylı notariat ofisində İddiaçı “Mən İddiaçı Seriya RX, №146817, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adımın çıxarılmasını xahiş edirəm. Yazılanları imzamla təsdiq edirəm˝ məzmunlu xx.xx.2019-cu il tarixli, **********720 saylı ərizə alınmış və həmin ərizə əsasında İddiaçı mülkiyyətində olan 0.03696 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Mülki Məcəllənin 139.1-1.3-cü, 144.1-ci və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququnun keçməsi üçün əsaslardan biri müqavilədir, 139.1-1.3 -cü maddədə notarial ərizə əsasından şəxsin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin xüsusi mülkiyyətinə keçməsi imkanı və əsası nəzərdə tutulmamışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında da əsaslardan biri kimi müqavilələr nəzərdə tutulmuş, bu barədə notarial ərizənin verilməsi isə əsaslar sırasında göstərilməmişdir. Digər tərəfdən İddiaçı özünə məxsus olan 0.03696 ha torpaq sahəsinin alğı-satqını həyata keçirmiş olsaydı, o zaman torpaq sahəsinin alğı-satqısından əldə edilmiş gəlir qanunun tələbinə əsasən onun mülkiyyətində olan torpaq sahəsi vergi tutma obyekti hesab edildiyindən, o, müvafiq məbləğdə vergi ödəməli idi. Lakin iş mate riallarından göründüyü kimi İddiaçı həmin müqavilə üzrə torpaq sahəsinin alğı-satqısını həyata keçirməsi halı üçün vergi ödəməli olmasına dair müqavilədə hər hansı qeyd mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus 0.03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 keçməsi üçün qanunla nəzərdə tutulmuş əsas olmadığından və bu hüququn keçirilməsi zamanı maddi hüquq normalarının tələbləri pozulduğundan iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi və ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməli və İddiaçı A bşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsi 2A (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0.03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir.

31. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar, özündə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 məxsus olmasını əks etdirən çıxarışların - xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməli, göstərilən çıxa rışlar ləğv edilməlidir.

32. Məhkəmə hesab edib ki, iddiaçının maraqlarına toxunduğundan və təmin edilmiş iddia tələbləri ilə bağlı olduğundan N.X1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilməlidir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 144.1, 144.2, 149.2, 152.1, 157.4, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.5, 218-1.1.5.1, 219.3-2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki birinci icraat

34. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında 28 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi təsdiq edilmişdir. Bundan sonra ünvan 7 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsinin satıcıları X37 ilə aralarında xx.xx.2019-cu il tarixidə və X20 ilə aralarında xx.xx.2019-cu il tarixdə torpaq sahələrinin alğı-satqısı olmuş və hər iki alğı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. ünvan 7 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsində tikililər olmuş və hər bir alğı-satqı müqaviləsi üz rə fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə qanuni formada almışdır. İddiaçı ərizə yazaraq bildirmişdir ki, RX seriyalı 1467817, **********02-10301 reyestr nömrəli ona məxsus çıxarışdan özünün adı çıxarılsın. Həmin ərizə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən verilmiş ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli 0.06476 ha torpaq sahəsi üzrə çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni şəkildə alğı-satqı və rəsmi razılıq əsasında onun mülkiyyətinə keçmişdir.

36. Qətnamədən həmçinin üçünc ü şəxs X5 İsfəndiyar Bağır oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında X9 işdə üçüncü şəxs qismində iştirakına xitam verilmiş və o, cavabdeh kimi işə cəlb edilmişdir.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3220/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) cavabdehlər Cavabdeh1 və X9 apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddiası təmin edilməmiş dir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan evi satarkən artıq torpaq sahəsinə mülkiyyət hüququ da əldə edənin-alıcı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Ona görə də məhkəmə kollegiyası həmin ərizənin və çıxarışların ləğv edilməsi barədə iddianı əsassız hesab edir. Digər tərəfdən, iddiaçının yalnız evin satılması və ona məxsus olan torpaq sahəsinin cavabdehə satılmaması barədə mövqeyini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı evi satarkən torpaq sahəsi X37 ilə onun ümumi birgə mülkiyyətində idi və ev satıldıqdan sonra ümumi birgə mülkiyyət hüququ əldə edənə keçməli idi. Əks halda, bu, əldə edən üçün həmin evin mülkiyyətçisi kimi evə sahiblik və istifadə hüququnu mümkünsüz edərdi.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Abşeron rayonu, Xırda lan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyətində olmaqla, İddiaçı və X23 qanuni istifadələrində olmuşdur. İddiaçı və X12 rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin hər biri digərinə məxsus hissəsində yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi İddiaçı və X23 qarşılıqlı razılıqları əsasında özəlləşdirilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi RX seriyalı, ****** * saylı, reyestr nömrəsi **********02-10301 olan çıxarışla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.metr fərdi yaşayış evinin 5 otaq, 150.1 kv.metr ümumi, 79.66 kv.metr yaşayış, 70.44 kv.metr köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 kv.metr ümumi, 37.18 kv.metr yaşayış, 32.56 kv.metr köməkçi sahəsi isə X23 adına xüsusi mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 kv.metr pay açıq saxlanılmışdır.

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin İddiaçı X20 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə birinci instansiy a məhkəməsi həmin alğı-satqı müqaviləsinin və 8İ-5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019cu il tarixli ərizənin iddiaçının maraqlarına toxunduğunu və təmin edilmiş iddia tələbləri ilə bağlı olduğunu qeyd etsə də, bunların konkret olaraq iddiaçının hansı hüquqlarını pozduğunu əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, X13 Abşeron rayon Xirdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 278 kv.metr torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, Dövlət Torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 22359 nömrə ilə uçota alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. RX seriyalı, ******* nömrəli, ** ********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X9 adına qeydə alınmış, xx.xx.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-3496/2015 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdehlər X28 və İddiaçı qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsinə dair iddiası təmin edilmiş və X37 və İddiaçı tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsi, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı və Torpaqların alğı-satqısına dair akta əsasən iddiaçıya məxsus olan, Abşeron rayonu, X ırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, xx.xx.2015-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X28 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən X2 278 kv.m torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir. X20 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış xx.xx.2019-cu il tarixl i, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqısına dair müqavilə ilə X4 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi ev 2A ünvanında yerləşən ümumi sahəsi 261,9 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 42,1 kv.metr hissəsini və ona məxsus 0,0278 ha torpaq sahəsini Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 261,9 kv.m olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsini xahiş etmiş və xx.xx.2019-cu il tarixdə reyestr nömrəsi **********38-10301 olan Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0,06476 ha torpaq sahəsinə Cavabdeh1 adı na A 373961 saylı torpaq sahəsinin plan və ölçüsü verilmiş, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********3810301 olan çıxarışla Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.06476 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ********** saylı nömrə ilə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, X20 mülkiyyətində olan torpaq sahəsini qanuni əsaslarla satmış və bununla iddiaçının hansısa hüququnun pozulduğu müəyyən edilmir.

42. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 238.1, 245, 337.1-ci, Torpaq Məcəlləsinin 4, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

43. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iddiaçının mülkiyyətində olan 0,03696 ha torpaq sahəsinin heç bir qanuni əsas olmadan Cavabdeh1 adına qeydiyyata alınmasını nəzərə almamış, məhkəmə Mülki Məcəllənin 139-cu maddəsinin tələblərini pozmuş, işə aidiyyətı olmayan normalara istinad etməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2( 102)2956/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, X37 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, ** ********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsinin rədd olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 261,94 kv.m fərdi yaşayış evinin 5 otaq, 150,1 kv.m hissəsinin İddiaçı, 69,74 kv.m hissəsinin X23 adına, 0,03696 ha torpaq sahəsinin isə ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınması və 42,1 kv.m payın isə açıq saxlanılması barədə RX seriyalı, ******* saylı çıxarışın, habelə sonradan həmin evin hissələrinin alğı-satqılarının və bu alğı-satqı əməliyyatlarının hü quqi nəticələri kimi yaşayış evinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, üçüncü şəxs X9 mülkiyyətində olan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmasının və həmin torpaq sahəsinin alıcı Cavabdeh1 adına qeydiyyata alınmasının, Cavabdeh1 01 iyun 2019-cu il tarixli və İddiaçı 06 fevral 2019-cu il tarixli etibarsızlığı və ləğvi, habelə 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası barədə İddiaçı tələblərinin rədd olunması hissədə düzgün nəticəyə gəlmiş, bu hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yaşayış evinin yerləşdiyi 0,03696 ha torpaq sahəsi əvvəllər bələdiyyənin mülkiyyətində olmaqla, İddiaçı və X23 qanuni istifadələrində olmuşdur. Onların notarial qaydada təsdiqlənmiş qarşılıqlı razılıq ərizələri əsasında özəlləşdirilmiş və torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Nüşabə Abbaslva və YYYun adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırmaları nəticəsində həmin qeydiyyatın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Habelə həm İddiaçı, həm də cavabdeh Faiq Abbasov tərəfindən yaşayış evinin özlərinə aid hissələrinin Cavabdeh1 satılması və sonuncunun adına dövlət qeydiyyatına alınması qanuni və əsaslı olmuşdur.

48. İddia tələbinin X20 ilə Cavabdeh1 arasında yaşayış evinin və torpaq sahəsinin alğı-satqısı, həmin alğı-satqı əməliyyatlarının nəticəsi kimi İsfəndiyar Abbasova aid olmuş evin və 278 kv.m torpaq sahəsinin alıcı Cavabdeh1 adına dö vlət qeydiyyatına alınmasının, habelə mülkiyyətində olan evin sökülməsi ilə əlaqədar yaşayış evinə dair qeydiyyatın ləğvi barədə Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsızlığı və ləğvi barədə tələbləri rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin həmin hərəkətləri və onların hüquqi nəticələri iddiaçının maraqlarına toxunmur, bu məsələdə iddiaçı öz tələblərini əsaslandıra bilməmişdir. Həm cavabdeh İsfəndiyar Abbasov, həm də Cavabdeh1 mülkiyyətçi kimi öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkəmənin bu qiymətləndirməsi ilə razılaşmışdır.

49. Məhkəmə kollegiyası iddia tələbinin 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb torpaq sahəs inə mülkiyyət hüququnun qeydiyyatının bərpası barədədir, qətnamənin icrası qaydasında həyata keçirilməlidir, ona görə bu tələbin də rədd olunmasında apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

50. X10 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının ləğv edilməsinin rədd olunması hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin məsələlərin həllində apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası mə hkəməsi istinad etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Mülki Məcəllənin 245-ci maddəsi və Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən binanın və ya qurğunun yerləşdiyi ərazidə olan bütün torpaq sahəsinə deyil, bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən (yəni altında olan) və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qalan əraziyə mülkiyyət hüququnun keçib-keçməməsi isə tərəflərin razılaşması ilə müəyyən edilir. İş materiallarına görə isə iddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alğı-satqısı barədə bağlanmış müqavilədə torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı hər hansı razılaşmanın olması göstərilməmişdir. Alğı-satqıdan sonra alıcı Cavabdeh1 adına 04 fevral 2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da məhz qanunun göstərilən tələbləri nəzərə alınmaqla Cavabdeh1 adına torpaq sahəsinin olması göstərilməmiş, əksinə 0,03696 ha torpaq sahəsinin İddiaçı və Faiq Abbasovun ümumi mülkiyyətində olması qeyd edilmişdir. Həmin çıxarışdan adının çıxarılması barədə iddiaçı notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizə yazsa da, həmin ərizə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə qanuni əsas sayıla bilməz, həmin ərizə də özü-özlüyündə əhəmiyyətsizdir. Cavabdeh X23 ümumi mülkiyyətdə olan 0,03696 ha torpaq sahəsinin yarısının, yəni 0,01848 ha hissəsini digər Cavabdeh1 satması ilə bağlı m əhkəmə kollegiyası qeyd edir ki, 0,03696 ha torpaq sahəsinin ümumi mülkiyyətdə olması mübahisəsizdir, həmin sahənin Nüşabə Abasovaya məxsus hissəsinin Cavabdeh1 adına sənədləşdirilməsinin əsassız olması müəyyən edildiyindən X40 Nabatov arasında 0,01848 ha torpaq sahəsinin alğısatqısına dair bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Çünki torpaq sahəsi paylı mülkiyyətdədir, torpaq sahəsi paylı mülkiyyətçilər arasında naturada bölünməmiş, sərhədləri yerdə müəyyən edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı almaqda üstünlük hüququna malikdirlər.

52. Məhkəmə öz mövqeyini Mü lki Məcəllənin 152.1, 152.5, 157.2, 215.5, 215.6, 218.1, 218.2-ci, Torpaq Məcəlləsinin 55, 88-ci, MPM-in 14.2, 77.1. 88, 407.2, 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

53. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2000/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Telman Quliyev) Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsi X37 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsız sayılması, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.x x.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır.

54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə məhkəmə qətnaməsinin X37 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsi hissəsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

55. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.03696 torpaq sahəsinin YYYun ümumi mülkiyyətinə keçməsi üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrə li alğı-satqı müqaviləsi 0,01848 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməlidir. Belə ki, sözügedən müqavilənin mahiyyətindən görünür ki, YYY özünə məxsus olan və yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evini və 0,01848 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Lakin YYYun göstərilən ünvanda yerləşən 0,01848 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmadığı müəyyən edildiyindən şəxs özünün mülkiyyətində olmayan hər hansı daşınmaz əmlakı başqa şəxsin mülkiyyətinə verə bilməzdi.

56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alğı-satqısı barədə bağlanmış müqavilədə torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı hər hansı razılaşmanın olması göstərilməmişdir. Alğı-satqıdan sonra alıcı Cavabdeh1 adına 04 fevral 2019-cu il tar ixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da məhz qanunun göstərilən tələbləri nəzərə alınmaqla Cavabdeh1 adına torpaq sahəsinin olması göstərilməmiş, əksinə 0,03696 ha torpaq sahəsinin İddiaçı və Faiq Abbasovun ümumi mülkiyyətində olması qeyd edilmişdir. Həmin çıxarışdan adının çıxarılması barədə iddiaçı notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizə yazsa da, həmin ərizə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə qanuni əsas sayıla bilməz, həmin ərizə də özüözlüyündə əhəmiyyətsizdir.

57. Məhkəmə kollegiyası cavabdeh X23 ümumi mülkiyyətdə olan 0,03696 ha torpaq sahəsinin yarısının, yəni 0,01848 ha hissəsini digər Cavabdeh1 satması ilə bağlı qeyd edib ki, 0,03696 ha torpaq sahəsinin ümumi mülkiyyətdə ol ması mübahisəsizdir, həmin sahənin Nüşabə Abasovaya məxsus hissəsinin Cavabdeh1 adına sənədləşdirilməsinin əsassız olması müəyyən edildiyindən X40 Nabatov arasında 0,01848 ha torpaq sahəsinin alğı-satqısına dair bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Çünki torpaq sahəsi paylı mülkiyyətdədir, torpaq sahəsi paylı mülkiyyətçilər arasında naturada bölünməmiş, sərhədləri yerdə müəyyən edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı almaqda üstünlük hüququna malikdirlər.

58. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 139-1.1, 144.1, 144.2, 149.2, 324.1, 324.2, 329.1, 32 9.2, 337.1, 337.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, daha sonra çıxarışlar verilmiş və müxtəlif əqdlər bağlanmışdır. İddiaçı həmin əqdlərin bağlanması və nəticəsindən məlumatı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Hə min ərizənin məzmunu ilə tam təsdiq olunur ki, İddiaçı qeyd edilən əqdlərin bağlanması barədə məlumatlı olmuş, lakin qanunla nəzərdə tutulmuş müddətdə həmin əqdləri mübahisələndirməmiş, yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı hazırki iddia tələbini məhkəmədə mübahisələndirmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki işə baxılarkən iddia tələbinə həmin norma tətbiqi olunmaqla iddia rədd edilməli idi. Lakin məhkəmə tərəfindən işin həmin halı da araşdırılmamışdır. Həmçinin mübahisə predmeti olan torpaq sahəsində tikilmiş binada yerləşən mənzillərdə yüzlərlə şəxs yaşayır və qeyd ol unan alğı-satqı müqaviləsi və çıxarışların ləğv edilməsi həmin şəxslərin hüquqlarının da pozulması ilə nəticələnir. Kassasiya şikayəti araşdırılarkən həmin şəxslərin də mənafeləri nəzərə alınmalıdır.

61. Qanunvericiliyin tələblərinə əsasən hazırki iş üzrə İddiaçı mülkiyyətində olan evi satarkən həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da əldə edənin - alıcı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Həmçinin iddiaçının cavabdehə yalnız evin satılması və ona məxsus olan torpaq sahəsinin cavabdehə satılmaması barədə mövqeyi də əsassız olmuş və apellyasiya instansiya məhkəməsi həmin hissədə də tələbi düzgün araşdırmamışdır. Belə ki, İddiaçı evi satarkən torpaq sahəsi X37 ilə onun ümumi birgə mülkiyyətində olmuş və ev satıldıqdan sonra ümumi birgə mülkiyyət hüququ əldə edənə keçməli idi. Belə olmadığı halda bu, əldə edən üçün həmin evin mülkiyyətçisi kimi evə sahiblik və istifadə hüququnu mümkünsüz edərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

64. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

65. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

66. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fi ziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

67. Maddə 88. (hissə İ) Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

69. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

70. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

71. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

74. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

75. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallard a ləğv edilməlidir:... 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa... Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (X20 və X37 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsinə (həmin tələbin təmin olunması barədə birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanmasına) aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamas ı əsası ilə xitam verilməlidir. Belə ki, iddia ərizəsində irəli sürülmüş tələbləri aşağıdakı kimi sıralamaq olar:

1. RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi;

2. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi; 3. xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi; 4. xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 5. xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; 6. ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi;

7. X20 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 8. 8İ5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi; 9. ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi; 10. 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası.

78. Baxılan iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni, əvvəlki paraqrafda göstərilən 3, 4, 5, 6 və 9-cu iddia tələblərinin rədd olunmasına aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə 1, 2, 7, 8 və 10-cu iddia tələblərinin r ədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır.

79. Beləliklə, hazırki kassasiya şikayəti üzrə araşdırmanın predmeti, 3, 4, 5, 6 və 9cu iddia tələblərinin qanuni və əsaslılığının yoxlanmasıdır.

80. Yuxarıda qeyd olunduğu kimi irəli sürülmüş 3-cü iddia tələbi xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədədir. Bu çıxarış İddiaçı xx.xx.2019-cu il tarixdə “Səlahiyyətli orqanlara” ünvanladığı, RX seriyalı, 146817 nömrəli, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılması barədə ərizəsindən sonra verilib və 0,036 ha torpaq sahəsi Cavabdeh1la Faiq Abbasovun ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınıb (bu qərarın 12 və 13-cü paraqrafları).

81. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının 3-cü iddia tələbi (xx.xx.2019cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi) inzibati məhkəməyə aid tələbdir.

82. Belə ki, iddiaçının «xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi» barədə tələbi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yönəlmişdir. Həmin tələb üzrə Cavabdeh1 üçüncü şəxs qismində çıxış edir.

83. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur.

84. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

85. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

86. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.4-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqan kimi müəyyən olunmuşdur.

87. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2004-cü il tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tətbiq edilir və aparılır.

88. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

89. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret hüquqi əsaslar müəyyən olunmuşdur. Bu normada göstərilən hüquqi əsaslar olmadan qeydiyyatın dəyişdirilməsi nəticəsində yaranan mübahisə, qeydiyyatı aparan orqanın inzibati fəaliyyəti ilə bağlı olmaqla, hüququ dəyişdirilən şəxslə qeydiyyat orqanı arasında yaranmış olur və mahiyyəti üzrə də inzibati mübahisədir.

90. İş materialları ilə müəyyən edilir ki, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, iddiaçının Səyyad Nabatova məxsus çıxarışdan adının çıxarılması barədə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsini əsas tutaraq, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi Cavabdeh1 və X23 ümumi birgə mülkiyyəti kimi qe ydiyyata alınmışdır. Yəni inzibati orqan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hüququnu başqasının adına keçirmişdir. İşə baxmış məhkəmələr qeydiyyatın bu cür dəyişməsi üçün hüquqi əsasın olmadığını müəyyən etmişlər.

91. Bu halda, iddiaçı qeyd olunan çıxarışın (habelə qeydin) ləğv olunması üçün ilk növbədə cavabdeh orqana müraciət etməli, inzibati orqan qeydiyyatın və çıxarışın ləğvindən imtina etdikdən sonra isə müvafiq qaydada inzibati-iqtisadi məhkəməyə müraciət etməli idi.

92. Çünki «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan ap arılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

93. Həmin qərarda eyni zamanda göstərilib ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibat i məhkəmələrdə baxılmalıdır.

94. Lakin işə baxmış məhkəmələr iddianın məhkəmə aidiyyəti pozulmaqla verildiyini nəzərə almamışdır.

95. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0. 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

96. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətin in pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

97. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.

98. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

99. Konstitusiyasın ın 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır.

100. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

101. Beləliklə, xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Eyni zamanda iddiaçıya xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə tələblə ilkin olaraq inzibati orqana, inzibati orqan bundan imtina etdiyi halda isə iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

102. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2000/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (X20 və X37 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilsin. İddiaçıya xx.xx.2019-cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə tələblə ilkin olaraq inzibati orqana, inzibati orqan bundan imtina etdiyi halda isə iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar