Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1455/2025 13.05.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanılması və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-445/2025 nömrəli, 13 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayəti üzrə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi (tələbin dəqiqləşməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə (bundan sonra “cavabdeh” və ya “MMC”, yaxud “Şirkət”) bağlanmış xx.xx.2022-ci il tarixli 2/3/63 N-li müqavilənin etibarsız hesab edilməsi, iddiaçıların hüquq və tələblərinə uyğun yeni müqavilənin tərtib olunması: a) Təmirli 3 qapılı obyektin əvəzinə eynilə 3 qapılı və təmirli obyekt verilməsinin əksini tapdığı Müqavilənin Natarius qaydasında təsdiqlənilməsi; b) Obyektin 3-cü hissəsinə görə kompensasiya verilməsi), iddiaçılara həmin müqavilədə 2 il ödəniş yazıldığı şərtə əməl edilməsi, infilasiya ilə bağlı iddiaçılara mənzil və obyekt üçün əvvəl verilmiş kirayə pullarına əlavələrin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “köç ürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, ekspertiza xərci iddiaçılardan tutulmuşdur. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-445/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1058/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmuş, İddiaçı1 ilə cava bdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2/3/63 nömrəli “Köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-445/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, qətnaməyə 2 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinin əsaslarına şikayətdə göstərdiyi əsasların da əlavə edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. İşdən görünür ki, İddiaçı2 müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, həmçinin ona qarşı hər hansı təmin edilən tələb olmamış və onun üzərinə öhdəlik qoyan nəticə də qətnamədə göstərilməmişdir. İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əlavə əsasların da daxil edilməsini xahiş etmişdir ki, bu əsasla şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən k assasiya şikayəti vermək hüququ yoxdur. Buna baxmayaraq, İddiaçı2 da kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərardadı ilə digər kassator olan cavabdehin şikayəti ilə birlikdə icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələ blərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərardadı İddiaçı2 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli, İddiaçı2 kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi kassa siya şikayətinin icraata qəbul edilməsi hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(102)-1455/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı2 kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş İddiaçı2 kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1455/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1455/2025
13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver