Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1459/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı ilk iddiası; iddiaçı Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 qarşı qarşılıqlı iddiası; iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə) q arşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması, pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 və Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Nota riat Kontoruna qarşı ilkin iddiası, iddiaçı Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 qarşı qarşılıqlı iddiası, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə) qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-351/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsindən Səfərova Səidə Yusif qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 4 mənzil, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi X7 məxsus olmuş, sonuncu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
2. Mərhumun qızı X3 Yusif Ağalar oğlu ilə xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuşdur.
3. Nuriyə Əliyevaya məxsus bəzi əmlaklar İddiaçı bankdan aldığı kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Nuriyə Əliyeva sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilini İddiaçı vəsiyyət etmiş; - xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmiş; - xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmişdir.
5. Sevda Əliyeva xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
6. Nuriyə Əliyevadan miras qalmış əmlaka dair Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Quliyeva (Səfərova) Səidə Yusif qızına xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
7. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən iki daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə icarəyə verilmiş, icarəyə verən qismində “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxslər, o cümlədən Cavabdeh4 (Səfərova) çıxış etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Nuriyə Əliyevanın adına əldə edilmiş daşınmaz əmlakların əslində onun vəsaiti hesabına alınmaqla ona məxsus olduğuna istinad etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 nömrəli alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüquqlarının tanınması, X10 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Əliyeva (nikahdan sonra Quliyeva) Sevda Şahmalı qızı ilə nikaha daxil olmuş, bu barədə xx.xx.1973-cü il tarixli AZ № 218688 saylı «Evlənmək haqqında şəhadətnamə» verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli və xx.xx.1998-ci il tarixdə 60 nömrəli mənzili dəyərini ödəyərək əldə etmiş, lakin həmin vaxt prokurorluq orqanlarında işləməsi ilə əlaqədar həmin əmlakl arı arvadı X8 anası, yəni qayınanası X6 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən müvafiq olaraq seriya MH № 167310 nömrəli və seriya MH № 167311 nömrəli qeydiyyat vəsiqələri verilmişdir. Həmin ünvanda yerləşən 63 nömrəli mənzil də iddiaçının vəsaitləri hesabına əldə edilmişdir. Belə ki, X6 əri vəfat etdikdən sonra, o, iddiaçının həmin vaxt mərhum bibisinin əri ilə nikaha daxil olmuş, iddiaçı onların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə mərhum bibisinin ərinin adına olan iki otaqlı mənzilin 3 otaqlı mənzilə (hazırkı 28 May küçəsi 5 ünvandakı 63 nömrəli mənzilə) dəyişdirilməsi üçün tələb oluna vəsaiti ödəmiş, 63 nömrəli mənzilin əvvəlki sahibinə bir otaqlı başqa mənzil almış və ona qalan iki otağın pulunu vermişdir. Daha sonra iddiaçı həmin mənzilin qonşuluğunda olan 1 otaqlı mənzili də alaraq, həmin mənzilə birləşdirilmişdir, hazırda həmin mənzil 4 otaqlıdır. X6 ikinci əri də vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına keçmiş və ona xx.xx.1998-ci ildə seriya MH № 172785 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı eyni qayda ilə ünvan 3 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri dəyərini ödəyərək əldə etmiş, bu mənzilləri də qayınanası X6 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixli seriya MH № 158966 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlakların əslində İddiaçı məxsus olması, X10 tərəfindən elə həmin tarixdə, yəni daşınmaz əmlaklara (53 və 60 saylı mənzillərə) dair qeydiyyat vəsiqələri aldığı gün – xx.xx.1998 -ci il tarixdə verdiyi vəsiyyətnamə və qeyd edilən əmlaklarla bağlı verdiyi tam hüquqlu etibarnamələr və sonradan bağlanmış bir sıra əqdlərlə də sübuta yetirilir. Belə ki, Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə X10 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqələri ilə onun adına rəsmiləşdirilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri iddiaçıya (kürəkəni İddiaçı) vəsiyyət etmişdir. X10 tərəfindən xx.xx.2002-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, ünvan 4 ünvanda yerləşən mənzillərə dair etibarnamə verilmişdir. Bundan əlavə, X10 tərəfindən xx.xx.2001-ci il tarixdə ünvan 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə dair etibarnamə verilmişdir. İddiaçı «X28» ASC- dən (hazırda hüquqi varisi "xxxx" ASC) götürdüyü kreditlərin təminatı kimi Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzilləri ipoteka ilə yüklü etmişdir. X10 tərəfindən İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 63-ə dair tam hüquqlu etibarnamə verilmişdir. X10 tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 2 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 59-a dair tam hüquqlu etibarnamə verilmişdir. Bundan əlavə, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillərinə də X6 verdiyi etibarnamələr əsasında banka girov qoyulmuş, sonradan İddiaçı tərəfindən 2006-cı ildə satılaraq, banka ödənilmışdır. Həmin mənzillərin bütün kommunal xərcləri (elektrik, su, kanalizasiya və xidmətə görə ödənişlər) də İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən faktı təsdiq edən 22 ədəd qəbzlərin əsilləri hazırkı iddiaya əlavə edilir. Bundan əlavə, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən ümumi sahəsi 500.6 m2 təşkil edən qeyriyaşayış sahəsinin təsərrüfat anbarı məqsədi ilə icarəyə verilməsinə dair xx.xx.2000-ci il tarixli 1946/4161 nömrəli İcarə müqaviləsini də X6 adından İddiaçı imzalamış, icarə haqlarını da özü ödəmişdir. Göründüyü kimi, həmin mənzillər X6 adına rəsmiləşdirilsə də, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzillərə dair rəsmiləşdirilmə aparılan gün, yəni, xx.xx.1998-ci il tarixdə notariat qaydada rəsmiləşdirməklə qeyd edilən mənzilləri İddiaçı vəsiyyət etməsi, sonradan bütün mən zillərə dair İddiaçı adına etibarnamələr verməsi, həmin mənzillərin İddiaçı adına götürülmüş kreditlər üzrə ipoteka qoyulması, mənzillərin idarə edilməsi, onlara dair digər əqdlərin bağlanması, nəhayət, bu mənzillərlə bağlı bütün kommunal və digər xərclərin İddiaçı tərəfindən ödənilməsi də təsdiq edir ki, həmin mənzillərin əsl mülkiyyətçisi İddiaçı olmuş, X10 tərəfindən buna etiraz edilməmiş, mənzillər üzərində mülkiyyət hüququ (sərəncam, istifadə və sahiblik) tam olaraq yalnız İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı arvadı X11 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı qayınanası X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X10 tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə ilə o, bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Sonradan məlum olmuşdur ki, X10 tərəfindən daha bir vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir, lakin hal-hazıradək nə vəsiyyətnamə üzrə vərəsə Cavabdeh5, nə də qanun üzrə vərəsələr vərəsəlik şəhadətnamələri almamışlar. Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri xx.xx.1999-cu il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966) X6 adına rəsmiləşdirilsə də, həmin əmlakların dəyəri İddiaçı tərəfindən ödənilmiş, 53 və 60 saylı mənzillərə dair qeydiyyat vəsiqələri alınan gün İddiaçı vəsiyyət edilmiş, elə həmin gündən onun istifadəsində və sahibliyində olmuş, və nəhayət, X6 verdiyi etibarnamələr əsasında həmin əmlaklara dair sərəncam hüququ da İddiaçı tərəfindən həyata keçirilərək, İddiaçı bankdan götürdüyü kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmiş; S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzil isə sonradan onun tərəfindən satılaraq özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 saylı mənzil Bakı şəhər i 14 saylı DNKnın xx.xx.1998-ci il tarixli, 3M2-207 reyestr nömrəli alğı-satqı müqaviləsi, həmin ünvandakı 60 saylı mənzil isə Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3Ma5/959 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, həmin ünvandakı 63 saylı mənzil isə xx.xx.1998-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən X6 adına qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, X10 hər hansı biznes fəaliyyəti ilə məşğul olmamış, yaşa görə pensiyadan başqa digər mənbələrdən gəlirləri olmamışdır və qısa müddət ərzində qiyməti külli miqdar təşkil edən, şəhərin mərkəzində yerləşən dörd mənzili almaq üçün vəsaiti olmamışdır. Belə olan halda, X2 həmin əmlaklara dair verdiyi sərəncamlar (vəsiyyətnamələr) etibarsız olmuşdur. Göründüyü kimi, əmlakların alğı-satqı müqavilələri üzrə faktiki alıcı qismində İddiaçı çıxış etmiş və həmin alğı-satqı müqavilələrinin predmeti olmuş əmlakların həqiqi mülkiyyətçisinin İddiaçı olması X6 özü tərəfindən də təsdiqlənmiş və bu əmlaklara dair bütün hüquqlar İddiaçı tərəfindən həyata keçirilmiş, X10 buna etiraz etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonradan məlum olmuşdur ki, X10 tərəfindən Cavabdeh5 adına daha bir vəsiyyətnamə verilmişdir, lakin həmin vəsiyyətnaməni müstəqil əldə etmək mümkün deyil.
10. Bundan sonra Səfərova Səidə Yusif qızı qarşılıqlı iddia qaldıraraq, İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılma sı və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontoru Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş nənələri - X6 vərəsələri kimi tanımış və hər bir vərəsəyə miras əmlakın 1/4 hissəsinin verilməsi müəyyən edilərək «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» təqdim edilmişdir. Şəhadətnamə verilən miras əmlak Ağdaş şəhəri Üçqovaq kücəsi 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Lakin, miras əmlak kütləsinə daxil olan, digər daşınmaz əmlak Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60, 63 saylı mənzillər bank qarşısında yüklü olduğundan, həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri (çıxarışları) notariat kontoruna təqdim edib, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması mümkün olmamışdır, bu səbəbdən də yuxarıda göstərilən mənzillər üzərində mülkiyyət hüququnun hazırda dövlət reyestrində vərəsələrin adına qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Miras əmlaka həmçinin ünvan 11 ünvanda yerləşən evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7m2, köməkçi sahə 14,0 m2 ) tikili də daxildir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2-1003/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 12 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkç i sahə 14,0 m2 ) tikiliyə X6 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X6 adına qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-218/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə isə onun müraciətimə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli, 21003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərmişdir. Vərəsəlik açıldığı xx.xx.2011-ci il tarixdən digər vərəsələr Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 Bak ı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzilləri və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2 ) tikilinin 192,7 m2 sahəsi də daxil olmaqla icarəyə vermiş və gəlir götürmüşlər. 63 saylı mənzildə və 28 May küçəsi 5 saylı ünvandakı evin 2ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2, köməkçi sahə 14,0 m2) tikilinin 395 m2 sahəsində isə digər vərəsələr - Cavabdeh7 və Cavabdeh3 öz ailəsi ilə yaşamışlar. İddiaçıya 10 ilə yaxın müddətdə yalnız qeydiyyatda olduğu 28 May küçəsi ev 5-də yerləşən 63 saylı mənzilə digər vərəsələrin icazəsi ilə daxil olmağa imkan vermişlər, o da çox saylı mübahisə, söz-söhbətdən sonra. Dəfələrlə iddiaçıya güc tətbiq edib, onu təhqir edərək evdən qovmuşl ar. Həmin ünvanda yerləşən digər 53, 60 saylı mənzillərə və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin sahəsinə daxil olmağa isə ümumiyyətlə imkan verməmişlər. Bütün mənzillərin açarları digər vərəsələrdə olmuşdur və onlar mənzillərdən istədikləri kimi istifadə etmişlər və mənzilləri icarəyə verib gəlir götürmüşlər. Lakin, onların evləri icarəyə verib gəlir götürmələri barədə iddiaçıya 2021-ci ilin yazında digər vərəsələrdən sonuncuya nənəsindən qanun üzrə vərəsəliklə keçən 1/4 hissəni tələb etdikdən sonra məlum olmuşdur ki, 53, 60 saylı mənzillər və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikili icarəyə verilmişdir. Yuxarıda göstərilən sahə və mənzillərin icarəyə verildiyi müəyyən ediləndən sonra icarəçilərin hər ikisinə bir neçə dəfə iddiaçının mülkiyyə tçi olduğunu təsdiqləyən sənədlər təqdim edilərək şifahi xəbərdarlıq edilmiş və xx.xx.2021-ci il tarixdə onlara bildiriş göndərmişdir. Cavabdehlər dəfələrlə iddiaçıya təzyiqlər göstərmiş və onu mənzillərdən qovmuşlar. Bu barədə iddiaçı dəfələrlə Daxili İşlər Nazirliyinin zəng mərkəzinə, 102 nömrəsinə zəng edərək şifahi müraciət etmişdir və Bakı şəhəri Nəsimi rayonu 22-ci polis bölməsinə dəfələrlə yazılı şikayət ərizəsi ilə müraciət etmişdir. Ancaq bundan sonra digər vərəsələr və onların ataları iddiaçıya hədə-qorxu gəlməkdən və güc tətbiq etməkdən əl çəkmişlər. Nəticə etibarı ilə, bütün danışıqlardan sonra yalnız xx.xx.2021-ci il tarixdə 53 saylı mənzil və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin icarəçisi olan "xxxx" MMC ilə və 60 saylı mənzilin icarəçisi olan X19 i lə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Vərəsəlik açıldı gündən xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə digər vərəsələr və onların ataları iddiaçıya vəfat etmiş nənəsi - X5 miras qalmış Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 5 mənzil 53, 60 və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilini icarəyə vermişdir. Həmin ünvanda yerləşən 63 saylı mənzili, evin 2-ci mərtəbəsində yerləşən tikilinin 192,7 m2 sahəsində isə özləri yaşamış və iddiaçıya mülkiyyətçi kimi əmlaklarından sahiblik, istifadə və sərəncam verməyə imkan verməmişlər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, onun mülkiyyətində olan mənzilin xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə cavabdehlərin icarəyə verərək əldə etdikləri pul vəsaitlər i, daha dəqiq desək 250.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçıya məxsus 1/4 hissəsi naturada ayrılmaqla, mənzilin həmin hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
12. Daha sonra Cavabdeh3 da qarşılıqlı iddia qaldırmaqla Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı ona və qeyrilərinə qarşı «vəsiyyətnamələrin etibarsız hes ab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası və Cavabdeh4 da ona və qeyrilərinə qarşı «pul tələbi, mənzilin 1/4 hissəsinin naturada ayrılması və ona təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasına baxılır. Aşağıda qeyd edilən əsaslarla görə İddiaçı ilk iddiası və Cavabdeh4 qarışlıqlı iddiası rədd edilməli, onun qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, məhkəmədə baxılan iş mərhum X6 miras qoyduğu əmlaklarla bağlıdır. Məhkəmənin nəzərinə çatdırır ki, X10 onun nənəsi (anasının - X8 anası) olmuşdur, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X6 ölümü ilə açılan miras əmlak kütləsinə aşağıdakı əmlaklar daxil olmuşdur: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 n ömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966); ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evi; bundan əlavə, ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə mülkiyyət hüququ qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınıb (X6 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X6 adına qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəm ə kollegiyasının 1 MK-218/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə isə onun müraciətinə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli 21003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərmişdir.) X10 tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə verilmiş vəsiyyətnamə ilə o, bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin əmlakların bir hissəsi (Ağdaş şəhərində olan fərdi yaşayış evi və ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikili istisna olmaqla) X1 onun razılığı ilə İddiaçı Bankdan götürdüyü kreditin tə minatı kimi ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillər özgəninkiləşdirilmiş, qalan 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzillər isə hal-hazırda da ipoteka ilə yüklüdür. Bütün əmlakını ona vəsiyyət etməsinə dair xx.xx.2007-ci il tarixli vəsiyyətnamə verdikdən sonra, X4 rayon dövlət notariat kontorunda təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamədə iradə ifadəsi bundan ibarət olmuşdur ki, «Ölən günədək mənə məxsus olan ünvan 14-də yerləşən fərdi yaşayış evimi, həyətyanı torpaq sahəsini və bütün əmlakımı Ağdaş şəhəri 20 Yanvar küçəsi 1/3-də yaşayan qızım Cavabdeh5 vəsiyyət edirəm.» Bundan əlavə, X10 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri İddi açı vəsiyyət etməsinə dair Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə vermişdir. İstinad edilən faktlardan da göründüyü kimi, X10 tərəfindən ona verilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı verilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ləğv edilmiş, Cavabdeh5 verilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə isə ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi ona çatası miras əmlak kütləsindən çıxarılmışdır. X6 yuxarıda sadalanan vəsiyyətnamələrdəki iradə ifadəsi və qanunvericiliyin aşağıda istinad edilən normalarının tələblərinə görə aşağıdakı əmlaklara onun vərəsəlik hüququ tanınmaqla, bu əmlaklara və əmlak hüquqlarına dair ona vərəsəlik şəhadətnaməsi verilməlidir: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömr əli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)2327/2022 saylı, qətnaməsi ilə (hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Səfərova Səidə Yusif qızına, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğısatqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası, Səfərova Səidə Yusif qızının pul tələbi və mənzilin boşaldılması tələblərinə dair qarşılıqlı iddiası rədd edilmiş, Cavabdeh3 miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 saylı mənzillərə, o cümlədən ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı öz tələbində qeyd edilən əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, hər hansı əqd yalan əqd vasitəsilə pərdələnmiş ola bilər. İddiaçı isə qeyd etdiyi əmlaklara dair başqa bir a lğı-satqı müqaviləsi bağladığını, yəni əmlakların satıcısının iddiaçının alıcı olması ilə bağlı iradə ifadəsi ilə çıxış etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı Nuriyə Əliyeva tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Göstərilən maddələrin məzmunundan aydın olduğu kimi əqdlərin etibarsızlığının ümumi qaydaları vəsiyyətnaməyə də aid edilir. Mülki Məcəlləyə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu halların heç biri sübut edilməmişdir. Həmçinin, vəsiyyətnamə üçün qanunvericilikdə müəyyən forma tələbləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, miras qoyan X10 tərəfindən tərtib edilmiş vəsiyyətnamələr qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğundur.
16. Cavabdeh4 qarşılıqlı iddia tələbinə münasibətdə göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırkı iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir.
17. Həmçinin, Səidə Səfərova iddia tələblərinin əsası kimi istinad etdiyi hallara da ir sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh4 qarşılıqlı iddiası təmin edilə bilməz.
18. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh4 iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə ərizəsi kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamə Cavabdeh3 münasibətdə verilmiş vəsiyyətnaməni tamamladığından və onların etibarsızlığı ilə bağlı hər hansı məhkəmə qərarı olmadığından hər iki vəsiyyətnamə qüvvədədir. Nəzərə alınmalıdır ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamədə “ünvan 14-də yerləşən” ifadəsi ilə əmlaka münasibətdə dəqiqləşdirmə aparılmış, eyni zamanda Cavabdeh3 münas ibətdə olan vəsiyyətnamədən fərqli olaraq digər vərəsələri vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iradə ifadəsi vəsiyyətnaməyə daxil edilməmişdir. Bu səbəbdən də 19 oktyabr 2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Cavabdeh5 vəsiyyət edilmiş ünvan 14- də yerləşən fərdi yaşayış evi istisna olmaqla digər bütün əmlak xx.xx.2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnaməyə əsasən Cavabdeh3 vəsiyyət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 372.1, 372.2, 375.1, 375.2, 377.1, 384.0.4, 1133.1, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248, 1255, 1272, 1273, 1273-1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səfərova Səidə Yusif qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini, Cavabdeh3 qarşılıqlı iddiasının isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsasl andırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnamənin məzmununu aşkar şəkildə təhrif etmiş, həmin vəsiyyətnamənin məzmununda göstərilənlərin bir hissəsini əsas götürərək, əsassız və qanunsuz mövqe bildirmişdir. Belə ki, xx.xx.2007-ci il tarixli, 2V-0193 saylı vəsiyyətnamədən görünür ki, X10 ölən günədək ona məxsus olan ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, xx.xx.2007-ci il tarixli, sonuncu vəsiyyətnamədə miras qoyan bütün əmlakını Cavabdeh5 vəsiyyət etdiyindən, qeyd edilən vəsiyyətnamə, ondan əvvəl verilmiş, bütün əmlakın Cavabdeh3 vəsiyyət edilməsinə dair xx.xx.2007-ci il tarixli vəsiyyətnaməni ta mamlaya bilməz. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı mülki qanunvericiliyin tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Ağdaş rayon Dövlət Notariat Ofisində təsdiq edilmiş 2v-01-93 saylı vəsiyyətnaməsinin məzmununu tam tədqiq etmədən, vəsiyyət edən yalnız Ağdaş rayonunda olan evi və həyətyanı torpaq sahəsini deyil, həmçinin bütün əmlakını Cavabdeh5 vəsiyyət etməklə, daha əvvəl vermiş olduğu vəsiyyətnaməni dəyişdirdiyini və bununla da xx.xx.2007-ci il tarixdə 2V-1- 48 reyestr nömrəsi ilə vermiş olduğu əvvəlki vəsiyyətnamə qüvvəsini itirdiyini nəzərə almamışdır. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan da aşkar görünür ki, X10 tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində xx.xx.2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə qoyduğu vəsiyyətnaməni Ağdaş rayon dövlət notariat ofisində xx.xx.2007-ci il tarixdə 2V-01-93 reyestr nömrəsi ilə qoyduğu yeni vəsiyyətnamə əsasında dəyişdirmişdir. İşdə olan ərizələr və sənədlər aşkar şəkildə onu təsdiq edir ki, İddiaçı və Cavabdeh3 xx.xx.2011-ci ildən etibarən mirasın açılmasından və vəsiyyətnamələrin mövcudluğundan məlumatlı olmuşlar. Bununla belə, Cavabdeh3 10 ildən sonra mövcud olmayan vərəsəlik hüququnun tanınması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, iddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırılmadığı, bununla bağlı işdə sübutların olmadığı qənaətinə gəlmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1248/2023 nömrəli qətnaməsi ilə (hak imlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmaqla, gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab etmişdir.
25. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir edi lmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Səfərova Səidə Yusif qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 nömrəli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1248/2023 nömrəli qətnaməsinin Cavabdeh4 qa rşılıqlı iddiasının rədd, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
28. Kassasiya instansiyası məhkəməsi ilk növbədə müəyyən etmişdir ki, hazırkı mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı yaranmaqla, iddiaçı miras qoyanın mərhum qızının əri, qarşılıqlı iddiaçılar isə miras qoyanın nəvələridir. Miras qoyan xx.xx.2011-ci il tarixdə vəfat etmişdir, həmin vaxt onun qızı Sevda Əliyeva sağ olmadığından (xx.xx.2007-ci il tarixdə ölmüşdür) sonuncunun övladları birinci növbə vərəsə hesab edilməklə, xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Miras qoyan sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - xx.xx.1998ci il tarixdə tərtib edilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilin İddiaçı vəsiyyət edilməsi barədə; - xx.xx.2007-ci il tarixdə tərtib edilmiş bütün əmlakın Cavabdeh3 vəsiyyət edilməsi barədə; - xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin və bütün əmlakın Cavabdeh5 vəsiyyət edilməsi barədə vəsiyyətnamə.
29. Kollegiya qeyd etmişdir ki, hazırkı mübahisə üzrə 3 iddia qaldırılmışdır: - İddiaçı “Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən mənzillərin Nuriyə Əliyevanın xeyrinə əldə edilməsi barədə 1998-ci ildə bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüququnun tanınması, Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin e tibarsız hesab edilməsi barədə iddiası (iddiaçı həmin mənzillərin onun vəsaiti hesabına əldə edilməsinə rəğmən həmin vaxt prokurorluq orqanlarında çalışdığını əsas gətirərək əmlakların qayınanasının adına rəsmiləşdirildiyini istinad etmişdir); - Cavabdeh4 miras qalmış əmlakların icarəyə verilməsindən əldə edilən gəlirdən onun payına düşən hissənin ödənilməsi, miras əmlak olan mənzili ona aid hissəsinin boşaldılıb təhvil verilməsi barədə iddiası; - Cavabdeh3 “3 mənzilə və bir qeyri-yaşayış sahəsinə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə iddiası. İddiaçı tərəfindən qaldırılmış ilk iddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş, o isə bunu mübahisələndirməməklə həmin nəticə ilə razıl aşmışdır. Qarşılıqlı iddiaçılardan Səidə Səfərova qətnaməni hər iki qarşılıqlı iddiaya aid hissədə, öz iddiasının rədd, Cavabdeh3 iddiasının təmin edilməsi hissəsində mübahisələndirir.
30. Kollegiya daha sonra qeyd etmişdir ki, qanunverici qanun üzrə vərəsəliyin mümkünlüyünü vəsiyyətnamənin olmaması və ya etibarsız sayılmasından asılı etmişdir ki, bu həm də vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı nəticələri də ehtiva edir, çünki əks yanaşma, yəni qüvvədən düşmüş vəsiyyətnamənin hər hansı hüquqi nəticə yaratma qabiliyyəti olmadığı halda bu cür vəsiyyətnamənin mövcudluğunun qanun üzrə vərəsəliyi qabaqlaması vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mahiyyətinə zidd olardı. Bununla bərabər, Mülki Məcəllənin vəsiyyətnamənin dəyişdirilməsi imkanları adlanan 1220-ci madd əsinin tələblərinə görə isə, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə dəyişdirə və ya ləğv edə bilər.
31. Bununla bağlı kollegiya həmçinin qeyd etmişdir ki, iş materiallarından mübahisəsiz qaydada görünür ki, mirasqoyan son iradəsini xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmiş, bununla da əvvəlki vəsiyyətnamələr birbaşa ləğv edilmişdir.
32. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 1224-cü maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. O da işin digər diqqətəlayiq halıd ır ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs miras qoyandan əvvəl ölmüşdür. Nəticə etibarilə, yeni vəsiyyətnamələr əvvəlki vəsiyyətnamələri, yəni xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə xx.xx.1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə xx.xx.2007-ci il tarixli vəsiyyətnaməni ləğv etmişdir.
33. Məhkəmə kollegiyası təkrar vurğulamağı zəruri sayaraq qeyd etmişdir ki, ən sonuncu vəsiyyətnamə də qüvvədən düşdüyündən, qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı bir hüquqi fakt mövcud olmamışdır.
34. Kollegiya daha sonra qeyd etmişdir ki, vərəsələrin mirasın qəbul edilməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Mülki Məcəllənin 1321-ci maddəsində göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mira sın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Nəticə etibarilə, qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlaka miras qoyanın birinci növbə vərəsələri olan 4 nəvəsinə bərabər paylarla, hər birinə ¼ hissədə olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İstinad edilən Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
35. Həmin normanın dispozitiv şərtlərindən gö ründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin. Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh4 miras kütləsinə daxil olan Ağsu şəhərində yerləşən fərdi yaşayış evinə ¼ hissədə payının tanınması, onun yuxarıda qeyd edilən məlum səbəblərdən şəhadətnamədə göstərilməyən digər əmlakları da qəbul etdiyinə dəlalət edir. Həmin şəhadətnamə isə Cavabdeh3 tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət daxilində mübahisələndirilməmişdir.
36. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən Cavabdeh3 iddiası üzrə hüquqi dəyərləndirmə aparılarkən işin həllində mühüm əh əmiyyət kəsb edən hallar ümumiyyətlə nəzərə alınmamış, məhkəmələr tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişlər.
37. İş üzrə digər bir diqqət yetirilməli məqam kimi kollegiya vurğulamışdır ki, miras qoyanın qanuni sahibliyində olmuş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış bəzi daşınmaz əmlaklar icarəyə verilmiş, Cavabdeh4 da məhz icarəyə verənlərdən biri olmaqla, “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxs kimi həmin müqaviləni imzalamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 iddiasına münasibətdə də heç bir araşdırma aparmadan, onun tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməməsi barədə birinci instansiya məhkəməsinin formal yanaşmasını təkrarlamışdır.
38. Kollegiya nəzərə alınmalı məqam kimi bildirmişdir ki, işə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Təkrar apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 41. "xxxx" Qiymətlə ndirmə Şirkəti MMC-nin xx.xx.2024-cü il tarixli, 17/0996 nömrəli rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən 587,7 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 395 m2 hissəsinin 2011-ci ildən 2022-ci ilədək icarə haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: 2011-ci il üzrə - 4033 manat, 2012-ci il üzrə - 4286 manat, 2013-cü il üzrə - 4543 manat, 2014-cü il üzrə - 4589 manat, 2015-ci il üzrə - 5056 manat, 2016-cı il üzrə - 5293 manat, 2017-ci il üzrə - 5372 manat, 2018-ci il üzrə - 5451 manat, 2019-cu il üzrə - 5649 manat, 2020-ci il üzrə - 5767 manat, 2021-ci il üzrə - 5846 manat, 2022-ci il üzrə - 6004 manat. 61. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2024-cü il tarixli, 17/1092 nömrəli rəyinə əsasən aparılan təhlil və hesablam alar nəticəsində ünvan 19 ünvanda olan yaşayış sahələrinin, həmçinin 587.7 m2 qeyri-yaşayış sahəsinin 2011-ci ildən 2022-ci ilədək (hər bir obyekt və illər üzrə qiymətlər ayrı-ayrılıqda göstərilməklə) icarə haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: a) 53 nömrəli mənzilə münasibətdə - 2011-ci il üzrə - 510 manat, 2012-ci il üzrə - 505 manat, 2013-cü il üzrə - 500 manat, 2014-cü il üzrə - 496 manat, 2015-ci il üzrə - 492 manat, 2016-cı il üzrə - 490 manat, 2017-ci il üzrə - 485 manat, 2018ci il üzrə - 482 manat, 2019-cu il üzrə - 460 manat, 2020-ci il üzrə - 450 manat, 2021-ci il üzrə - 448 manat, 2022-ci il üzrə - 446 manat; b) 60 və 63 nömrəli mənzillərə münasibətdə (hər biri üçün) - 2011-ci il üzrə - 1262 manat, 2012-ci il üzrə - 1260 manat, 2013-cü il üzrə - 1261 manat, 2014-cü il üzrə - 1259 manat, 2015-ci il üzrə - 1245 manat, 2016-cı il üzrə 1200 manat, 2017-ci il üzrə - 1210 manat, 2018-ci il üzrə - 1190 manat, 2019-cu il üzrə 1184 manat, 2020-ci il üzrə - 1160 manat, 2021-ci il üzrə - 1130 manat, 2022-ci il üzrə 1080 manat; c) qeyri-yaşayış sahəsinə münasibətdə - 2011-ci il üzrə - 5759 manat, 2012ci il üzrə - 6112 manat, 2013-cü il üzrə - 6465 manat, 2014-cü il üzrə - 6935 manat, 2015ci il üzrə - 7229 manat, 2016-cı il üzrə - 7581 manat, 2017-ci il üzrə - 7758 manat, 2018-ci il üzrə - 7875 manat, 2019-cu il üzrə - 8169 manat, 2020-ci il üzrə - 8228 manat, 2021-ci il üzrə - 8404 manat, 2022-ci il üzrə - 8698 manat.
42. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Y.Səfərovanın nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qey d etmişdir ki, qarşılıqlı iddia tələblərindən, cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinin faktiki əsasını cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların böyük hissəsinin qanunsuz olaraq icarəyə verilməsi və bir hissəsinin isə uzun müddət özlərinin qanunsuz istifadə etməsi təşkil edir. Qeyd edilən tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsi nəzərdə tutulur. İddiaçının mülkiyyətində olan əmlakların icarəyə verilməsindən asılı olmayaraq (həqiqətdə əmlaklar icarə verilmişdir və bu işin mübahisəsiz halıdır), həmin əmlaklardan uzun müddət faydalanan cavabdehlər iddiaçıya külli miqdarda maddi zərər vurmuş, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən mə hrum etmişlər.
43. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-351/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səfərova Səidə Yusif qızının apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin Səfərova Səidə Yusif qızının qarşılıqlı iddiasının rədd olunduğu və Cavabdeh3 qarşılıqlı iddiasının təmin olunduğu hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus ¼ hissəsinin natur ada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh3 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin Səfərova Səidə Yusif qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 1.500 manat məbləğində vəsaitin tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi və qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövl ət rüsumunun məbləğlərinin Səfərova Səidə Yusif qızının özünə aid edilməsi qət edilmişdir (hakimlər- X15 (sədrlik edən və məruzəçi), X16 və X9 ibarət tərkibdə).
44. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. 45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına istinad edən kollegiya diqqətə çatdırmışdır ki, məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşır və onları nəzərə alır.
46. Kollegiya bununla bağlı bildirmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, miras qoyan Nuriyə Əliyeva son iradəsini xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmiş, bununla da əvvəlki vəsiyyətnamələr birbaşa ləğv edilmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 1224-cü maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. İşdən görünür ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş Cavabdeh5 miras qoyandan əv vəl - xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Beləliklə, yeni vəsiyyətnamələr əvvəlki vəsiyyətnamələri, yəni xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə xx.xx.1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə xx.xx.2007- ci il tarixli vəsiyyətnaməni ləğv etmiş, ən sonuncu vəsiyyətnamə isə xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin ölümü ilə qüvvədən düşdüyündən qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı bir hüquqi fakt mövcud olmamışdır.
47. Kollegiya daha sonra qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlaka miras qoyanın birinci növbə vərəsələri olan 4 nəvəyə - Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Quliyeva (Səfərova) Səidə Yusif qızına bərabər paylarla, hər birinə ¼ hissədə olmaqla xx.xx.2013- cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh3 tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 aylıq kəsici müddət daxilində mübahisələndirilməmişdir.
48. Kollegiya həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarına əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edildiyindən və vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onun mirası tamamilə qəbul etdiyi hesab edildiyindən, yuxarıda qeyd olunan birinci növbə vərəsələr nənələri Nuriyə Əliyevadan miras qalmış və şəhadətnamədə göstərilməyən digər daşınmaz əmlakl arı da tamamilə qəbul etmişlər.
49. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 qarşılıqlı iddiası, yəni miras qoyanın xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsinə əsaslanaraq Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə tələbi təmin edilə bilməz.
50. Məhkəmə kollegiyası Səidə Səfərovanın ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası n əticəsində əldə edilmiş xx.xx.2024-cü il tarixli, 10/8436-9/8640 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 5 saylı evin, 63 saylı mənzilin 1/4 hissədə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
51. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən yaşayış sahəsinin 1/4 hissəsinin naturada ayrılması, bunun nəticəsi olaraq həmin hissənin boşaldılaraq təhvil verilməsi mümkün olmadığından Səidə Səfərovanın qarşılıqlı iddia tələbi bu hissədə təmin oluna bilməz.
52. Məhkəmə kollegiyası Səidə Səfərovanın icarə müqaviləsi üzrə əldə edilən gəlirdən onun payına düşən hissənin - 250.000 manatın verilməsi tələbinə münas ibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən sahələrin 2011-ci ildən 2021-ci ilədək cavabdehlər tərəfindən icarəyə verilməsi iş materialları ilə öz təsdiqini tapmır.
53. Kollegiya onu da qeyd etmişdir ki, həmin sahələrə dair 2021-ci ildə icarə müqaviləsinin imzalanması mütləq qaydada ondan əvvəlki dövrlərdə də sahələrin icarəyə verildiyini təsdiq etmir.
54. Bundan başqa, sözügedən sahələrin 2011-ci ildən 2021-ci ilədək qeydiyyata alınmış təsərrüfat subyektləri (“X17”, “ABA CEELİ”, “Students.az” və ya digərləri) və icarə müqavilələri barədə məlumatların əldə olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, Xidmətin xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-259464/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən qeyd olunan ünvanın icarəyə verilməsi barədə məlumat müəyyən edilməmiş, aparılmış müşahidə-baxış tədbirləri zamanı qeyd olunan ünvanın yaşayış sahəsi olması barədə məlumat müəyyən edilmişdir.
55. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlmişdir ki, Səidə Səfərovanın cavabdehlərə qarşı 250.000 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.
56. Məhkəmə kollegiyası əsaslandırdığı qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 220, 700, 1133, 1145, 1146, 1151, 1159, 1220, 1224, 1243 və 1276cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 217, 384, 385 və 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. X18 Yusi f qızı (vəkil-Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-351/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 iddiasının təmin edilmədiyi hissədə ləğv edilməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassator şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsində qeyd edilən sahələrin 2011-ci ildən 2021-ci ilədək cavabdehlər tərəfindən icarəyə verilməsi faktının iş materialları ilə öz təsdiqini tapmadığı və həmin sahələrə dair 2021-ci ildə icarə müqaviləsinin imzalanmasının mütləq qaydada ondan əvvəlki dövrlərdə də sahələrin icarəyə verildiyini təsdiq etməməsi barədə qə naətə gəlsə də, məhkəmə nəzərə almamışdır ki, mübahisəli sahələr uzun illər, yəni 2011-ci ildən 2021- ci ilədək cavabdehlərin qanunsuz istifadəsində və sahibliyində olmuş, cavabdehlər iddiaçı Səfərova Səidə Yusif qızını mülkiyyətində olan sahələrdən məhrum etmiş, sonuncu ona məxsus sahələrə sahiblik və onlardan istifadə edə bilməmişdir. Məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı Səfərova Səidə Yusif qızı mülkiyyətçisi olduğu əmlaklardan qeyd edilən illər ərzində məhrum olmuş və bununla da ona külli miqdarda zərər yetirilmişdir. Qeyd edilən halların, yəni cavabdehlər tərəfindən Səidə Səfərovanın mülkiyyətində olan sahələrdən məhrum olması faktı, müvəqqəti təminat tədbiri barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qər ardadı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının, (hazırkı qətnaməni qəbul etmiş hakiminin) 16(103)-724/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadları ilə tam təsdiq olunmuşdur. İddiaçı məhz qeyd olunan qərardadların icrası zamanı mülkiyyətində olan sahələrə daxil ola bilmişdir. Məhkəmə qərardadları qəbul edilənə qədər, iddia ərizəsində qeyd olunduğu kimi, iddiaçı Səidə Səfərova mülkiyyətində olan sahələrə uzun müddət daxil ola bilməmiş və həmin sahələrdən tamamilə məhrum olmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahələrə dair əvvəllər icarə müqavilələrinin mövcudluğunu araşdırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərini nəzərə almamış, həmin sahələrin icarədə olubolmamasından asılı olmayaraq, cavabdehlərin qan unsuz sahibliyində və istifadəsində qaldığına və mülkiyyətçinin öz əmlakından məhrum olduğuna diqqət yetirməmişdir. İşin qeyd edilən bu mübahisəsiz faktı, yəni Səidə Səfərovanın öz əmlakından məhrum olması......(real zərər) artıq özü-özlüyündə sonuncuya zərər yetirilməsi, habelə hüququ pozulmasaydı, Səidə Səfərovanın adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olması (əldən çıxmış fayda) kimi qiymətləndirilməli idi. Təəssüf ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən işin mübahisəsiz hallarına heç bir münasibət bildirməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrini ümumiyyətə hazırkı iş üzrə tətbiq etməmişdir. Halbuki, oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsi nin Kommersiya Kollegiyasının eyni xarakterli 2-2(102)-577/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı Lakin, məhkəmə faktiki fəaliyyət göstərib-göstərməməyindən asılı olmayaraq, həmin obyekti özündə saxlamaqla və BBB-yə hər hansı haqqı ödəməməklə sonuncuya əldən çıxmış fayda formasında zərər vurmuşdur ki, onun da məbləğini məhkəmə haqlı olaraq icarə haqqının mümkün məbləğinə uyğun olaraq müəyyən etmişdir.
60. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi Səidə Səfərovanın cavabdehlərin təqsiri üzündən real olaraq öz əmlaklarından məhrum olması faktına diqqət yetirməməsi, bunun əvəzinə artıq birinci instansiya məhkəməsi tərəfindən vergi orqanına verilmiş sorğuları, heç bir zərurət olmadan təkrar olaraq verib, Səidə Səfərovanın mülkiyyətində olan sahələrin real olaraq cavabdehlər tə rəfindən icarəyə verilibverilməməsini araşdırması və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrini ümumiyyətə hazırkı iş üzrə tətbiq etməməsi məhkəmə səhvi kimi qiymətləndirilməlidir.
61. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində tərəfimizdən təqdim edilmiş və müvafiq olaraq elektron məhkəmə sisteminə yerləşdirilmiş sübutların heç birini öz qətnaməsində göstərməmişdir. Halbuki, məhkəmə, təqdim edilən sübutları, həmin sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri, rəhbər tutduğu qanunları və ya digər hüquqi aktları qətnamədə göstərməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” (“Məhkəmə qətnaməsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 №-li Qərarının 6.2 və 6.3-cü bəndləri) Birinci instansiya məhkəməsinin mövqeyi ilə əsassız olaraq razılaşan apellyasiya instansiya məhkəməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 və İddiaçı qarsı irəli sürdüyü qarşılıqlı iddiası üzrə heç bir araşdırma aparmamış, iddiaçı Səidə Səfərovanın mülkiyyətində olan əmlaklardan məhrum olması və cavabdehlərin həmin əmlaklardan faydalanması, bununla da iddiaçı Səidə Səfərovaya real zərər yetirilməsi faktı aşkar mövcud olduğu halda, qeyd edilən hallara heç bir münasibət bildirməmiş, tərəfimizdən təqdim edilmiş sənədlərə (sübutlara) və izahatlarına heç bir əhəmiyyət verməmiş, tərəfimizdən təqdim edilmiş vəsatətləri təmin etmədə n qarşılıqlı iddianın əsassız olaraq təmin edilməməsinə dair tamamilə səhv nəticəyə gəlmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Səidə Səfərovanın mülkiyyətində olan əmlaklardan məhrum olması və cavabdehlərin həmin əmlaklardan faydalanması, bununla da iddiaçı Səidə Səfərovaya real zərər yetirilməsi faktı aşkar mövcud olduğu halda, qeyd edilən hallara heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməs i nəzərdə tutulmasın.
65. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
66. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və y a əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
67. Maddə
216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
69. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
70. Maddə 1273-1. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birin ə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
71. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
72. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
73. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslan dırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
74. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
80. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktla r göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Hazırkı kassasiya şikayətlərində qətnamə Səf ərova Səidə Yusif qızının qarşılıqlı iddiasının təmin edilmədiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
88. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı Səidə Səfərova öz iddia ərizəsində cavabdehlərdən 250.000 manat pul tələb edərkən, cavabdehlərin həmin məbləği məhz icarə əsasında əldə etdiklərini iddia etmişdir.
89. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi qeyd edilən iddia tələbi ilə bağlı araşdırma apararaq, əmlakın iddia ərizəsində göstərilən 2011-2021-ci illərdə icarəyə verilməsinin və cavabdehlərin göstərilən məbləğdə icarə haqqı almalarının sübuta yetmədiyi qənaətinə gəlməklə, iddianı həmin hissədə rədd etmişdir.
90. Bununla bağlı qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, tərəflər mübahisəli əmlakların paylı mülkiyyətçiləridir. Qarşılıqlı iddiaçı S.Səfərova həmin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən əmlakdan istifadə edilməsi ilə bağlı əldə edilmiş gəlirin özünə çatası hissəsini cavabdehlərdən tələb edir. Mülki Məcəllənin 216-cı maddəsinə görə mülkiyyət çilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
91. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalan tələbləri baxımından bu cür gəlirin cavabdehlər tərəfindən əldə edilməsini sübut etmək yükü iddia edənin üzərinə düşür. Lakin hazırkı işin müəyyən edilən hallarından görünür ki, qarşılıqlı iddiaçı cavabdehlərin göstərilən müddətdə iddia tələbində qeyd edilən həcmdə gəlir əldə etdiklərini sübut edə bilməmişdir.
92. Kassasiya şikayətində istinad edilən məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassatorun istinad etdiyi hallar hazırkı işin halları ilə eynilik təşkil etmir. Belə ki, istinad edilən məhkəmə təcrübəsindən fərqli olaraq, hazırkı iş üzrə cavabdehlər mübahisəli əmlakın paylı mülkiyyətçiləri olmuşlar və bu baxımdan onların əmlaka sahiblik və ondan istifadə etmələri qanunsuz olmamışdır. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyə tçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
93. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun kassasiya baxışının hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli Qərarı).
94. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
95. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-351/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.