Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1461/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(108)204/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları:
1. İddiaçı 19 yanvar 2024-cü il tarixdə Cavabdeh 19200 manat məbləğində pul vermişdir.
2. Naxçıvan Şəhər Polis İdarəsinin 27 fevral 2024-cü il tarixli qərarı ilə, X1 müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19200 manat borc məbləğinin, vəkil xərcinə görə 500 manat müqavilə haqqının, 20 manat marka pulunun və 149 manat dövlət rüsumunun, ümumilikdə 19869 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, qızı X2 Dövlət Universitetində diş həkimliyi ixtisas ına qəbul olunduğu üçün, iddiaçı ailəsi ilə 2023-cü ilin noyabr ayının əvvəllərində Naxçıvan şəhərinə köçmüş və Naxçıvan şəhərində yaşayırlar. Naxçıvan şəhərində olduqları müddətdə Hilal adlı “Badəm” restoranını işlədən şəxslə tanış olmuşdur. Həmin restoranda çay içdikləri zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olduqlarını Hilala söyləmişlər və Hilal da bildirmişdir ki, həmin şəxs elə mən özüməm, gəlin razılaşıb iş ortağı olaq, çünki restoran işində pul çoxdur, bu işə görə çox pul qazanarıq. Cavabdeh İddiaçı iş qurmaq üçün 30000 manat pul istəmiş, iddiaçı 19200 manat pul verə biləcəyini bildirmişdir. Cavabdeh iddiaçının başqa pul verə bilməyəcəyinə əmin olduqdan sonra iddiaçıdan 19200 manat pul məbləğini alaraq onunla birgə iş görəcəklərinə razılaşmışdır. 19 yanvar 2024-c ü il tarixində iddiaçı qızı Nuriyyə Şahin, həyat yoldaşı Sevim Şahin və ailə dostları Elxan Məmmədovla birlikdə 19200 manat pulu Cavabdeh vermək üçün Cavabdeh işlətdiyi “Badəm” restoranına getmiş, restoranda çay içmişlər və həmin zaman 19200 manat pulu İddiaçı öz əli sayıb cavabdehə vermişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı ilə birlikdə artıq onlar ortaqdırlar və sabah gedib notariusda bu barədə müqavilə bağlayacaqlar. Lakin, sabahısı gün cavabdeh bir həftəlik işi üçün Bakıya getməli olduğunu bildirmiş və bir həftə iddiaçı ilə görüşməmişdir. Bir müddət keçdikdən sonra iddiaçının yanına gələrək notariusa gedib müqavilə bağlayacağını bildirmişdir. Cavabdeh və iddiaçı, eləcə də iddiaçının qızı və həyat yoldaşı ilə birlikdə “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariusa müqavilə bağl amaq üçün getmişlər. Notariusda cavabdeh iddiaçıya bildirmişdir ki, biz ortaq kimi işləyə bilməyəcəyik, pulu xərcləmişəm, gəlin borc müqaviləsi bağlayaq, mən ən qısa zamanda 19200 manat pulunuzu özünüzə verəcəm. İddiaçı çarəsizlikdən cavabdehin bu təklifi ilə razılaşmış, lakin notarius onlara pulu göstərməsələr, müqaviləni təsdiq edə bilməyəcəyini bildirmişdir. Həmin zaman Cavabdeh isə ona iddiaçı tərəfindən verilmiş 19200 manat pulu borclu olduğu üçün başqa şəxsə verdiyini və buna görə də pulu göstərə bilməyəciyini söyləmişdir. Notariusda borc müqaviləsi bağlamaq baş tutmadıqdan sonra cavabdeh iddiaçıya bildirmişdir ki, öz aramızda borc müqaviləsi bağlayaq. İddiaçı notariusdan kənar aralarında bağlanacaq borc müqaviləsinin nə dərəcədə əsaslı olmasını bilmək üçün cavabdehlə Türkiyə Konsull uğuna gedərək belə bir borc müqaviləsinin bağlanmasının düzgünlüyünü soruşduqda, oradan bildirmişdilər ki, həmin müqavilənin hüquqi əsası yoxdur. Bundan sonra, iddiaçı cavabdehə dəfələrlə ona olan 19200 manat pul borcunu ödəməsini tələb etsə də, cavabdeh ona pulunu verməkdən yayınmışdır. İddiaçı bununla bağlı bir sıra qurumlara, həmçinin Naxçıvan şəhər Polis İdarəsinə müraciət etsə də, bu günədək nəticəsiz qalmışdır. İddiaçı Naxçıvan şəhər Polis İdarəsinə cavabdehlə bağlı, ondan 19200 manat pul alaraq geri verməməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Naxçıvan şəhər Polis İdarəsi tərəfindən cavabdeh iddiaçıya borclu olması barədə izahat alınmışdır.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı və ailəsi 18 yanvar 2024-cü il tarixdə ö zləri restorana gəlmişdir. O, iddiaçını aldatmamışdır. 19200 manat pul ona verilib. Lakin, ilk dəfə danışan kirayə pulunun əvvəldən ödənilməli olduğunu demişdir. Yemək dəzgahı alınmasını, iddiaçının yoldaşının həmin dəzgahda yemək bişirəcəyini bildirmişlər. Bakıdan dəzgah almışdır. Özü müqavilə bağlamasını təklif etmişdir. Hər ikisinin əvəzindən kirayə pulu vermişdir. Notariusa getmişlər, orada dedilər pul bank vasitəsilə daxil olmalıdır, sonra müqavilə bağlanmalıdır. Ortada pul olmadığına görə müqavilə bağlana bilmədi. Çünki artıq pul xərclənmişdir. Konsulluğa birlikdə getmişlər. Orada dedilər ki, lap video ilə çəkib öz aranızda razılığa gəlin. 18 yanvardan 14 fevrala qədər orada birlikdə işləyiblər. Günə 30-40 manat iddiaçı gil pul götürürdülər. 8-9 nəfər külfət yeyib içirdilər. Gündə qı şqır bağır salırdılar. Pullarını tələb edirdilər. Həmin pulu kafeyə xərclədiyini onlara bildirmişdir. Çox narahatçılıq etdilər kafedə. İş yaxşı olmadı və restoranı bağlamaq məcburiyyətində qalmışdır. Dükanın gəlirində şərikdilərsə, ziyana da şərik olmalıdırlar. Ona görə də onlara verəcək pulu yoxdur. Restoranı şirkətə məxsus olmuş, o isə icarəyə götürmüşdür. Aylıq icarəsi 6000 manat idi. Həmin yeri icarəyə götürəndə 2 ay qabaq pul vermişdir, təmir etmişdir. Oraya ət, ərzaq almışdır. İddiaçı ikinci ayın kirayəsini verməyib, dükan bağlanıb. 19200 manatın qarşılığında iddiaçıya heç nə verməmişdir. 10000 manat dükanın təmirinə xərc çəkilmişdir. Borclarını həmin pulla ödəmişdir.
6. Naxçıvan Şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(078)-731/2024 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəl iyeva) iddia təmin edilərək, Cavabdeh 19200 manat pulun tutularaq İddiaçı qaytarılması, Cavabdeh vəkil xərcinə görə 500 manat müqavilə haqqının, 20 manat marka pulunun və 149 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 19200 manat pulun verilməsi işin mübahisəsiz halıdır və bu hal cavabdeh tərəfindən etiraf edilməklə yanaşı, şahidlər, iddiaçı tərəfindən də sübuta yetirilmişdir. Hazırkı pul tələbinə müqavilə münasibətləri deyil, müqavilədənkənar münasibətlər - əsassız varlanma öhdəlikləri tətbiq edilməlidir. Belə ki, tərəflər arasında yazılı ortaqlıq müqaviləsi, birgə icarə müqaviləsi mövcud olmamışdır. Bu halda isə, əsassız varlanma münasibətləri tətbiq edilməlidir.
8. Məhkəmə Cavabdeh bildirdiyi hallara görə - iddiaçı və ailəsinin hər gün müəyyən məbləğdə qazanc əldə etməsinə dair arqumentlərinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı cavabdeh tərəfindən qarşılıqlı iddia olmamış, eləcə də mötəbər sübutlar təqdim edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2024-cü i l tarixli, 2(108)-204/2024 nömrəli qətnaməsi ilə (hakim V.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abbasov və Z.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi, apellyatorun şikayətdə qeyd etdiyi tərəfindən şahid dəvət edilməsinə baxmayaraq izahatının nəzərə alınmaması, məhkəmənin yalnız iddiaçının fikrinə əsaslanması, çəkişmə prinsipini pozması, ona vurulmuş ziyanın məhkəmə tərəfindən qiymətləndirilməməsi dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə görünür ki, cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahidin ifadəsi qətnamədə öz əksini tapmış və sübut qismində nəzərə alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatları, şahidlərin ifadələri, habelə işdə olan sübutlar, işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılaraq düzgün nəticəyə gəlinmişdir.
13. Apellyasiya kollegiyası həmçinin, apellyasiya şikayətində qeyd olunan iddiaçının tələb etdiyi puldan 3200 manatını onların əvəzinə icarə pulunu ödəməsi, bunu təsdiq edəcək şahidlərinin də olması, onun işlətdiyi “Badəm” restoranında dəfələrlə ödəniş etmədən yemək yemələri, bununla da bağlı qeydlərinin olması, onların özlərinin ona şərik olmağı təklif etmələri, 15-20 gündən sonra ona verilən pulu geri qaytarmağını tələb etmələri, onun isə həmin pulu artıq iş üçün sərf etməsi və bu barədə onların özlərinin də məlumatının olması, onlar şərik olduqları z aman həm götürdükləri xeyir, həm də ziyan üçün şərik olmaları, hazırda isə onun ziyana uğraması, iddiaçının isə ondan pul tələb etməsi, həmin ziyanda onun da payının olması, çünki, məhz iddiaçının xanımının sifarişi ilə müəyyən avadanlıq alması dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdeh tərəfindən qeyd olunan halları təsdiq edən sübut nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, həmçinin cavabdehin bununla bağlı qarşılıqlı iddiası olmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə müqavilə münasibətlərini deyil, müqavilədən kənar münasibətlər - əsassız varlanma öhdəliklərini tətbiq edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yazılı ortaqlıq mü qaviləsi, birgə icarə müqaviləsi mövcud olmamışdır. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(108)-204/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 1091-ci, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələri pozulmuşdur.
17. Belə ki, iddiaçı özü cavabdehə şərik olmağı təklif etmiş, cavabdeh şəriklik məqsədi ilə avadanlıqlar almışdır. Cavabdeh zərərə uğradığı halda, id diaçı da zərərə şərik olmalıdır. Apellyasiya instansiyası məhkəməsi 19200 manatdan 3200 manatın cavabdeh tərəfindən icarə pulu olaraq ödənilməsini nəzərə almamışdır. İddiaçı dəfələrlə cavabdehin işlətdiyi restoranda pulsuz yemək yemiş, heç bir ödəniş etməmişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38 6.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələ bi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 12-14) hesab etmişdir ki, cavabdeh şikayətinin dəlillərini sübut edə bilməmişdir.
26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının cavabdehə tələb olunan məbləğdə vəsaitin verməsi işin mübahisəsiz halıdır. Cavabdehin dəlilləri həmin vəsaiti restoran fəaliyyəti üçün xərclənməsi və zərərə uğradığı üçün pulu qaytarmalı olmamasına yönəldilmişdir.
28. Lakin, cavabdeh pulu aldığı tarixdən fəaliyyət göstərdiyi cəmi 1 ay müddətində həmin vəsaiti hansı məqsədlərə xərcləməsi, habelə zərərə uğramasının səbəbləri və həddi barədə hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Cavabdehin izahatı isə Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu halın təsdiqi üçün yeganə sübut kimi qiymətləndirilən bilməz.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(108)-204/2024 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.