Məhkəmə qərarları › İş №2(102)-1463/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1463/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1463/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx Cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1463/21 (Açar sözlər: əmlakın məhv edilməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi, əmlakın özəlləşməsi ilə bağlı hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tələbin ümumi məhkəməyə aid olmaması) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı vəkili X10 oğlu, cavabdeh X5, vəkili xxx cavabdeh xxx vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmlak və torpaq sahəsi ilə təmin edilmə, maddi, mənəvi ziyanın ödənilməsi” və iddiaçı Cavabdeh MTK-nın cavabdehlər xxx və İddiaçı qarşı “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələblərinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3782/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı, cavabdehlər xxx kassasiya şikayətlərinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xxx torpaq sahəsi ilə təmin e tməsi, həmçinin maddi ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 15030 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) İddiaçı Cavabdeh MTK cavabdehlər xxx və İddiaçı qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, AR ƏMDK tərəfindən keçirilmiş 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş ******* saylı, 31 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. c) Nərimanov rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(005)-2474/2019 saylı qərardadı ilə işlər bir icraatda birləşdirilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilmiş dir. ç) Nəsimi rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşib. a) İş üzrə birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh MTK-nın tikinti apardığı, xxx ünvanında iddiaçını sahəsi 14.9 kv.m olan qeyri-yaşayış və 16.5 kv.m torpaq sahəsi ilə təmin etməsi, həmçinin maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 23030 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbi onunla əsaslandırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsini n İİ dövlət pxxxx ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası, 13 mart 2018-ci il tarixində növbəti hərraca çıxarılmışdır. Qanunun tələblərinə uyğun olaraq iddiaçı həmin hərracda iştirak edib və hərracın qalibi oldu.

3. İddiaçı 31 may 2018-ci il tarixində DƏDRX-dən çıxarış almışdır.

4. İddiaçı Çıxarışla həmin ünvana gedən zaman məlum olub ki, Cavabdeh MTK adlı tikinti şirkəti yuxarıda göstərilən ünvanda tikinti aparan zaman hərracın nəticələrini gözləmədən, həmin müddətdə dövlət balansında olmuş, hazırda isə iddiaçıya məxsus ümumi sahəsi 14.9 kv.m, torpaq sahəsi 16.5 kv.m olan, bir mərtəbəli qeyri-yaşayış binasını uçurdaraq yerində yüksək mərtəbəli yaşayış binası inşa edir.

5. Dəfələrlə cavabdehə yazılı və şifahi müraciət etməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin etmək fikrində olmadığını bildirib və iddiaçıya məhkəməyə müraciət etməsini məsləhət bilib.

6. Cavabdeh tərəf iddiaçını könüllü olaraq əmlakla təmin etmədiyinə, məsələnin həlli məhkəmə hüquq müstəvisinə çıxdığına görə, veriləcək qərarlardan qarşı tərəflərin şikayət vermək hüquqları nəzərə alınarsa, bu məsələnin öz həllini tapmasına uzun müddət tələb olunması başa düşüləndir. Bununla da iddiaçıya maddi və mənəvi ziyanın dəyməsi qaçılmazdı.

7. İddiaçı mənəvi və maddi ziyanı bu müddət ərzində əmlakından istifadə edə bilməməsi ilə əsaslandırmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 146.2, 155.4, 157.5 və 1115-ci maddələrinə istinad etmişdir.

9. İddiaçı Cavabdeh MTK-nın iddiası belə əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli xxx sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cə lb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır.

10. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına və 1/11 saylı, 02.05.2017-ci il tarixli Ayrıca Aktına əsasən xxx kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçı Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi də iddiaçı Cavabdeh MTK-ya həvalə edilmişdir.

11. İddiaçı Cavabdeh MTK tərəfindən xxx kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilm iş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililəri sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır.

12. O cümlədən, hazırki mübahisə üzrə İddiaçı iddia etdiyi ünvan 1 ünvanda yerləşən 14 kv.m. qeyri-yaşayiş sahəsinin dəyəri həmin sahənin faktiki sahibi X3 17 may 2017-ci il tarixdə ödənilməklə, həmin qeyri-yaşayış sahəsi X2 rəhbərliyi ilə sökülmüş, bununla bağlı müvafiq akt tərtib edilmişdir.

13. Ərazi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh MTK-nın icarə və istifadəsinə verildikdən və göstərilən qeyri-yaşayış sahəsinin söküldükdən bir ildən artıq müddət keçəndən sonra İddia çı tərəfindən hərrac vasitəsilə alınması, faktiki mövcud olmayan sahəyə texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi əsassız və qanunsuz olmuşdur.

14. İddiaçı Cavabdeh MTK tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 203.5, 329.1, 337.1-337.4, 340.1, 358.1, 389.1, 560.1, 560.2-ci maddələrinə və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-ci bəndinə istinad etmişdir.

15. İddiaçı vəsatəti əsasında Nəsimi rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında qeyd edilən ünvanda İddiaçı iddia etdiyi tikilinin mövcud olub-olmaması və həmin tikilinin koordinatlarının müəyyən edilməsi barədə suallar qoyulmuşdur.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevra l 2019-cu il tarixli 31463 sayləı rəyində İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda, ümumi sahəsi 14,9 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının iddia etdiyi ərazidə mövcud olmadığı qeyd edilib.

17. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış və 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər xxx, İddiaçı qarşı iddia tələbinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilməs i qət edilmişdir. (hakim Natavan Tağıyeva)

18. Məhkəmə işdə olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası 13 mart 2018-ci il tarixində hərraca çıxarılmış, İddiaçı həmin hərracda iştirak edərək hərracın qalibi olmuş, İddiaçı həmin qeyri-yaşayış sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətində 31 may 2018-ci ildə qeydə alınaraq, iddiaçıya RX seriyalı ******* saylı çıxarış verilmişdir.

19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına görə İddiaçı iddiasının ilk hissəsini təmin etmişdir.

20. Birinci instansiya məhkəməsi İddiaçı maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat pulun tutulması barədə tələblərini isə mötəbər sübutlarla təsdiq edilmədiyi üçün əsassız hesab etmişdir.

21. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh MTK-nin cavabdehlər iddiasının tam əsassız olduğuna və qanunun tələblərinə riayət olunmadığına görə rədd edilməli olması qənaətinə gəlmişdir. dir.

22. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 152, 157.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın maddi və mənəvi zərər tələbləri hissəsində də təmin edilməsini xahil etmişdir.

24. İddiaçı apellyasiya şikayətində əmlakından istifadə etməməklə maddi zərərə uğramasını, həmin əmlakın kirayə haqqı barədə rəy təqdim etsə də, məhkəmənin həmin rəyə qiymət verməməsinə istinad etmişdir.

25. İddiaçı (cavabdeh) Cavabdeh MTK da apellyasiya şikayət i verib, qətnamənin ləğv, İddiaçı iddiasının rədd, Cavabdeh MTK-nın iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayətində işin faktiki hallarına istinad etməklə, cavabdeh İddiaçı mövcud olmayan, bir əvvəl sökülmüş binanı hərracdan almasının qanunsuz olmasını göstərmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı Cavabdeh MTK-nın iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası ilə bağlı keçirilmiş 13.03.2018-ci il tarixli hərrac protokolu, hərracın nəticələri və hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair İddiaçı adına verilmiş ******* saylı, 31.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 16500 manatın tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Raqib Qurbanov (sədrlik edən, məruzəçi), Cahangir Yusifov, Vüsalə Baxışova).

28. Apellyasiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən edib ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 19 aprel 2017-ci il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında sərəncamı ilə xxx küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MTK-ya verilmişdir. 20 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının “Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələ rinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” sərəncamı ilə xxx küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan 1 və ya 2 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, xxx ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. 24 iyul 2018ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xxx əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerinə hündürmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilməsi” haqqında sərəncam verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Kom itəsinin 17 mart 2017-ci il tarixli 68 saylı sərəncamı ilə xxx, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası hərraca çıxarılmış və 13 mart 2018-ci il tarixdə keçirilən hərracda İddiaçı 16500 manat dəyərində satılmışdır. Həmin daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqları 31 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

29. Apellyasiya məhkəməsi “Google maps”dan çıxarılmış fotoşəkillərə, İddiaçı nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hərrac elan olunanda, yəni 2017-ci ilin mart ayında həmin əmlaka baxış keçirməsi, hərrac keçirilən vaxtda isə, yəni 2018-ci ilin mart ayında baxış keçirməməsi barədə izahatına əsasən onu da müəyyən edib ki, mübahis ələndirilən hərrac keçirilən vaxt həmin qeyri-yaşayış sahəsi sökülmüşdü. Mübahisələndirilən hərrac keçirilən vaxt özəlləşdirmə obyekti artıq mövcud olmamış və İddiaçı mövcud olmayan əmlakı əldə etmişdir.

30. Apellyasiya məhkəməsi Mülki Məcəllənin, Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun müvafiq maddələrinə əsasən belə nəticəyə gəlib ki, hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış isə ləğv edilməlidir.

31. Həmçinin apellyasiya məhkəməsi restitusiya tətbiq edərək etibarsız hesab edilmiş hərrac üzrə İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilən 16500 manat məbləğində pul vəsaitinin hazırki İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməli o lması nəticəsinə də gəlmişdir.

32. İddiaçı iddiası ilə bağlı isə apellyaisya məhkəməsi qeyd edib ki, Cavabdeh MTK tərəfindən irəli sürülmüş iddia tələblərinin təmin edilərək, bunun nəticəsində İddiaçı mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüquqları etibarsız hesab edildiyi üçün mübahisəli tikilinin sökülməsi nəticəsində İddiaçı hər hansı zərər dəyməmişdir.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 337.4, 337.5, 416.1, 416.2, 1096, 1097, Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.3, 29.2.2 və 31.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (cavabdeh) İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv, öz iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

35. İddiaçı kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya məhkəməsi sökülmüş tikilinin iddiaçının mülkiyyətində olmasına, ərazidə söküntü işləri apararkən orada yerləşən həmin tiklinin mülkiyyətdə olub-olmaması barədə Cavabdeh MTK-nın Dövlət Əmlak Komitəsinə müraciət etməməsini nəzərə almamışdır.

36. Həmçinin apellyasiya məhkəməsi özəlləşdirmə ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamının 17 mart 2017-ci ildə, yəni söküntü işlərinin aparılmasından əvvəl verilməsinə diqqət yetirməmişdir.

37. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti belə əsaslandırlıb ki, iddianın predmeti olmuş qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və iddiaçı Cavabdeh MTK-nın həmin əmlak üzərində hər hansı hüququ (mülkiyyət, icarə, istifadə) mövcud olmamışdır.

39. Mübahisə predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, dövlət əmlakının özəlləşdirilməsi barədə qanunvericilik aktlarına uyğun olaraq həmin əmlaklar barəsində sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olmuşdur.

40. Mübahisəli qeyri-sahəsi üzərində hər hansı bir hüquqa malik olmadığından iddiaçı Cavabdeh MTK həmin əmlaka dair bağlanılmış əqdin qanuniliyini də mübahisələndirmək hüququna malik deyil.

41. Cavabdeh MTK mübahisəli ünvanda yerləşən yaşayış binalarının sökülərək, yerində hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə səlahiyyətli dövlət orqanından 24 iyul 2018-ci il tarixdə rəsmi icazə aldığı halda, həmin tarixdən dörd ay əvvəl yəni, 13.03.2018-ci il tarixdə keçirilmiş hərrac protokolunun etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilməzdi.

42. Apellyasiya instansiyası iddiaçı Cavabdeh MTK-nın mübahisə obyekti olan əmlak üzərində müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmayıb.

43. Apellyasiya instansiyası heç bir rəsmi sübuta istinad etmədən hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına əsas kimi mübahisələndirilən hərrac keçirilən vaxt özəlləşdirmə obyektinin artıq mövcud olmadığını, İddiaçı mövcud olmayan əmlakı əldə etdiyini qeyd etmişdir. Halbuki qeyriyaşayış binası ilə bağlı 13.03.2018-ci il tarixdə hərrac keçirilən zaman həmin əmlak dövlət əmlakı kimi dövlət əmlakının Registrində qeydiyyatda olmuşdur. Mülki Məcəllənin 203.1-ci maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

44. Buna baxmayaraq, apellyasiya məhkəməsi özəlləşdirmə obyekti olan qeyriyaşayış sahəsinin hərracdan əvvəl sökülməsi nəticəsinə gəlsə də, Mülki Məcəllənin 203.1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddələrinə əsasən hə min əmlakın sərəncamçısı olan Əmlak Məsələləri Dövlət Xidmətinin iradəsi əsasında sökülməsi məsələsini aydınlaşdırmamış, bununla bağlı hər hansı araşdırma aparmamışdır.

45. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, Cavabdeh MTK-nın iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırlıb ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 14,9 kv.m olan qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə 31.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır.

47. Müvafiq qeyri-yaşayış binası qanunvericiliyin tələblərinə uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən alınmamışdır. qanunvericiliyin qeyd edilən normasının tələbləri nəzərə b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə Cavabdeh MTK tərəfindən yazılı etirazı daxil olmuşdur.

49. Etiraz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmaqla, etirazda apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı vəkili X10 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

51. Məhkəmə k ollegiyasının iclasında iştirak edən cavabdeh xxx nümayəndəsi X9, vəkili Cavadov Habil Azad oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X1 şikayətini müdafiə etdi, əlavə olaraq məhkəmə aidiyyatının pozulmasını bildirərək, şikayətin təmin edilməsini xahiş etdi.

54. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı (cavabdeh) Cavabdeh MTK nümayəndəsinin və vəkilinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat h aqqında” Qanun Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

56. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

58. İddiaçı Cavabdeh MTK-nın iddiası AR ƏMDK tərəfindən keçirilmiş 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş ******* saylı, 31 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədədir. İddiaçı savayı, xxx də iddia üzrə ca vabdeh qismində cəlb edilmişlər.

59. İddia tələbinin əsası kim isə hərracın qanuna uyğun keçirilməməsi, cavabdeh İddiaçıla bağanmış alqı-satqı müqaviləsinin qanunsuz keçirilmiş hərracın nəticələri əsasında bağlanmasına istinad edilmişdir.

60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən cavabdeh qismində qoyulmuş xxx inzibati orqanlardır.

61. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac xxx tərəfindən keçirilmiş və kassatorun bildirdiyinə görə hərrac Komitənin 17 mart 2017-ci il tarixli sərəncamı əsasında keçirilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ hərracların keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hər raclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir.

63. Göründüyü kimi, Cavabdeh MTK-nın iddiası üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı Cavabdeh MTK da həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (hərracın nəticələrinin) qanunsuz olduğunu iddia edir.

64. Eyni zamanda iddiaçı Cavabdeh MTK-nın etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair digər inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən özəlləşdirilən dövlət əmlakının hərracdan satılmasının rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 65. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 17-c i bəndində qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

66. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatı n mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır. İddiaçı Cavabdeh MTK da 13 mart 2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini inzibati orqan olllan AR ƏMDK tərəfindən keçirilmiş hərracın qanunsuzluğu ilə əsaslandırmışdır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 16.3-cü bəndində izah edilir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qa ydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

68. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçı Cavabdeh MTK-nın iddiasının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarı kontekstində qiymətləndirməmiş, həmin tələbin mülki və ya inzibati məhkəmə icraatına aid olub-olmaması, inzibati icraata aid olduğu hald a iş üzrə icraata xitam verilibverilməməli olmasına aydınlıq gətirməmişdir.

69. Həmçinin kollegiya qeyd edir ki, Cavabdeh MTK-nın iddiasının düzgün qiymətləndirlməməsinin nəticəsi olaraq, İddiaçı iddiasının rədd edilməsi hissəsində də apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Çünki apellyasiya məhkəməsi İddiaçı iddiasının rədd edilməsi nəticəsinə gələrkən, bunu Cavabdeh MTK-nın iddiasının təmin edilməsi ilə əsaslandırmışdır. Bir halda ki, Cavabdeh MTK-nın iddiası üzrə gəlinən nəticə düzgün olmayıb, belə olan halda İddiaçı iddiası üzrə gəlinən nəticə də düzgün hesab edilə bilməz.

70. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

71. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır.

72. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

73. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) İddiaçı, cavabdeh xxx kassasiya şikayətləri qismən, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti tam təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-3782/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar