Məhkəmə qərarları › İş №2(102)-1465/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1465/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1465/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, habelə əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili XXXoğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 09 mart 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları İddiaçı 2018-ci ilin oktyabr ayında X şəhərində yerləşən zavoddan 4.000 ABŞ dolları məbləğində inşaat materialı olan köpük almışdır. Həmin malları Azərbaycan Respublikasına gətirmək üçün Cavabdeh ilə görüşmüş və cavabdeh ona 3.500 manat müqabilində həmin malın Bakı şəhərinə gətirib tam təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin yük 2018-ci ilin noyabr ayında X1 şəhərində iri həcmli yük daşıyan avtomobilə yüklənərək Azərbaycan Respublikasına gətirilərkən X1 sərhəd keçmə məntəqəsində ixrac prosesi ilə bağlı aparılan sənədləşmə zamanı bu avtomobildə olan digər yükün, yəni 3 ədəd “Kamaz” markalı avtomobilə aid mühərrikin oğurluq olmasına şübhələr ya randığından avtomobil sərhədən buraxılmamışdır. Aparılmış araşdırmadan sonra 2019-cu ilin avqust ayında yük avtomobili X1 sərhəd keçid məntəqəsindən buraxılmış və cavabdehə çatdırılmalı olan yük digər şəxslərə aid olan yüklə birlikdə “Sədərək Ticarət Mərkəzində” yerləşən X adlı şəxsə məxsus anbara boşaldılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 28.09.2019-cu il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 282.864 Rus rublunun Mərkəzi Bankın bu günə olan məzənnəsinə əsasən 7.722 manat məbləği ndə maddi ziyanın, 1.000 manat mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, habelə malların satışından əldə edilməli olan 2.000 manat məbləğində pulun (əldən çıxmış faydanın) Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin oktyabr ayında X1 şəhərində yerləşən zavoddan 4.000 ABŞ dolları məbləğində inşaat materialı olan köpük almışdır. Həmin malları Azərbaycan Respublikasına gətirmək üçün X1 küçəsində yerləşən karqo şirkətini işlətdiyini deyən Cavabdeh ilə görüşmüş və cavabdeh ona 3.500 manat müqabilində həmin malın Bakı şəhərinə gətirib tam təhvil verəcəyini öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən mallar X şəhərindən X şəhərinə gətirilərək, cavabdeh tərəfindən müəyyən edilmiş şəxsə təhvil verilməli və bundan sonra 10 gün müddətində mallar X gətirilərək, ona təhvil verilməli idi. Razılaşdıqları vaxtda mallar X1 şəhərinə gətirilib təhvil verilmiş və 10 gün sonra vəziyyətlə maraqlandıqda cavabdeh ona 5 gün də gözləməyi təklif etmişdir. Lakin artıq 11 ay keçmiş və malın istifadə müddəti bitmişdir. O, həmin vaxt malları satacağı şəxslərdən beh almışdır. Cavabdehin təqsirindən sifariş olunmuş malları vaxtında çatdırıla bilmədiyindən həmin şəxslərin behini qaytarmalı olmuşdur. Həmçinin, beh aldığı, yəni onunla əməkdaşlıq edən şəxslər malların vaxtında təhvil verilməməsi səbəbindən onunla əməkdaşlıq etməkdən imtina etmişdirlər. Bu barədə cavabdehə və onun atasına məlumat vermiş, lakin onlar buna məhəl qoymamışdılar. Beləliklə, gətirilmiş malların istifadə müddətinə az qalmas ı və bu vəziyyətdə onları heç kimin almaması səbəbindən onun mallara olan marağı itmişdir. Cavabdeh vəd verdiyi müddət ərzində malları ona təhvil vermədiyi üçün borcu yaranmışdır. O, malların gətirilməsi üçün cavabdehə 1000 manat pul vermiş, lakin cavabdeh malları təhvil vermədiyi üçün ondan pulu geri alaraq, əməkdaşlıq etdiyi şəxslərdən aldığı behləri qaytarmaq məcburiyyətində qalmışdır. O, malları X1 Respublikasında fəaliyyət göstərən zavoddan 282.864 Rus rublu ödəniş etməklə almışdır. Göstərilənlərlə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət etmiş və onun şikayəti əsasında aparılmış araşdırmanın nəticələrinə üzrə 28.09.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Onların arasında malın gətirilməsi barədə razılaşma olmuş, lakin cavabdeh razılaşmanın şərtlərini kobud şəkildə pozmuş, razılaşdırılan müddətdə malı gətirib iddiaçıya təhvil verməmişdir. Nəticədə malların istifadə müddəti keçmiş, onlar yararsız vəziyyətə düşmüşdür. Malları satacağı adamlar onunla işləməkdən imtina etmiş, onların qarşısında işgüzar nüfuzu ləkələnmişdir. Ən əsası o, malları sataraq gəlir əldə edə bilməmişdir. Nəticədə o, dərin sarsıntı keçirmiş, müştərilərini itirmişdir. X Respublikasında fəaliyyət göstərən zavoddan malları almaq üçün ödədiyi 282.864 Rus rublu Mərkəzi Bankın bu günə olan məzənnəsinə əsasən 7.722 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, atası X2 məxsus karqo şirkətlərinə anbar xidməti göstərən ticarət obyektində (anbarda) işləyir. Onlar ın işləri yüklərin müvəqqəti olaraq anbarda saxlanması və həmin yüklərin karqo şirkətləri vasitəsi ilə aidiyyəti ünvanlara çatdırılmasından ibarətdir. İddiaçı ilə 2018-ci ilin sentyabr ayında tanış olmuşdur. Belə ki, həmin vaxt tanışı olan N adlı şəxs ona zəng vuraraq, dayısının (iddiaçının) X yükü olduğunu bildirmiş və bu yükün X1 gətirlməsində iddiaçıya köməklik etməyə xahiş etmişdir. O, da razılaşmışdır. Bundan sonra iddiaçı onun işlədiyi və atasına məxsus olan anbara gələrək, X şəhərində yerləşən zavoddan “istilik penası”nın X1 gətirilməsini ondan xahiş etmiş və gətiriləcək yükün hər kiloqramı üçün 3 manat ödəniş edə biləcəyini bildirmişdir. O, da iddiaçıya bu işlə N adlı şəxsin məşğul olduğunu və bu məsələ ilə bağlı onunla danışıb nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. Onun atası N adlı şəxslə əlaqə yaratmış və N təklif edilən şərtlərlə razılaşmışdır. Razılaşmaya əsasən N adlı şəxs X1 şəhərində olan 1 ton çəkidə yükü X şəhərinə gətirib anbarda onlara təhvil verməli, sonra isə onlar həmin yükün X daşınmasını təşkil edib X 1 kiloqramı üçün 3 manat ödəniş müqabilində 2018-ci ilin sonunadək cavabdehə təhvil verməli idi. Bundan sonra onlar yükün X şəhərindən X şəhərinə avtobus vasitəsi ilə daşınmasına və N adlı şəxsin anbarına yerləşdirilməsinə köməklik etmişlər. Bu daşınma üçün onun atası tərəfindən 500 manat pul ödənilmişdir. Yük Bakı şəhərinə çatdırıldıqdan sonra həmin pulun qaytarılacağına iddiaçı söz vermişdir. Həmin yük 2018-ci ilin noyabr ayında X şəhərində iri həcmli yük daşıyan avtomobilə yüklənərək Azərbaycan Respublikasına gətirilərkən X1 sərhəd keçmə m əntəqəsində ixrac prosesi ilə bağlı aparılan sənədləşmə zamanı bu avtomobildə olan digər yükün, yəni 3 ədəd “Kamaz” markalı avtomobilə aid mühərrikin oğurluq olmasına şübhələr yarandığından avtomobili sərhədən buraxmamışdır. Aparılmış araşdırmadan sonra 2019-cu ilin avqust ayında yük avtomobili X sərhəd keçid məntəqəsindən buraxılmış və cavabdehə çatdırılmalı olan yük digər şəxslərə aid olan yüklə birlikdə “Sədərək Ticarət Mərkəzində” yerləşən N adlı şəxsə məxsus anbara boşaldılmışdır. Lakin iddiaçıya bu barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı yükün daşınmasının gecikdirilməsi səbəbindən artıq müştərilərini itirdiyini və həmin malları sata bilməyəcəyini bildirərək, malları qəbul etməkdən imtina etmişdir. Həmçinin, bu mallara görə 4.000 ABŞ dolları məbləğində pul ödədiyini bildirərək, bu məbləğin ödənilməsini onlardan tələb etmişdir. Halbuki, iddiaçı özü bu malların daşınması üçün onun atası tərəfindən ödənilmiş 500 manat pulu onun atasına ödəməlidir. Lakin bu barədə vəd verməsinə baxmayaraq, ödəməkdən imtina edir. Həmçinin, həmin malların Bakı şəhərinə çatdırılması üçün N adlı şəxsə ödənilməli olan təxminən 3.000 manat pulu da ödəməmişdir və bu pulun ödənilməsi öhdəliyi də onların üzərində qalmışdır. Belə ki, N bu işləri onların xahişi ilə görmüşdür. İddiaçı isə ilkin olaraq yükün daşınması üçün onlara 1.000 manat pul vermiş, lakin sonradan yükün çatdırılması gecikdirildiyindən bu pulu geri almışdır. Bununla belə, iddiaçı onlara real maddi ziyan vurmasına baxmayaraq, onların təqsiri olmadan çatdırılması gecikdirilən və hazırda onlara aid anbarda əsassız olaraq saxlan ılmaqla yer tutan və bu baxımdan da onlara maddi zərər vuran malların dəyərini ondan tələb edir. Baxmayaraq ki, bu malın daşınması ilə bağlı onların arasında hər hansı müqavilə bağlanmamış, sadəcə olaraq, o, cavabdehin tapşırığı əsasında bu işləri görmüş və nəticəsinə görə onun qarşısında hər hansı öhdəlik götürməmişdir. Nəticə etibarı ilə malların X daşınması onlar tərəfindən təşkil edilmişdir və iddiaçı bugündə həmin malları təhvil ala bilər. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 19 mart 2020-ci il tarixli 2(001)-1501/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında malın daşın ması işinin yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranan zaman cavabdeh rəsmi şəkildə və hüquqi əsaslarla bu növ işləri, o cümlədən yük daşıması fəaliyyətini yerinə yetirən şəxs olmamış (hazırda da belə bir səlahiyyətlərə malik deyil və işəgötürənin rəhbərliyi altında fəaliyyət göstərir), qeyri rəsmi olaraq atası X1 ticarət obyektində işləmiş və yalnız 09.09.2019-cu il tarixdən etibarən onunla atası X3 arasında əmək münasibətləri yaranmış və o, ticarət obyektində menecer vəzifəsinə işə götürülmüşdür. İşin hallarından da görünür ki, iddiaçıya aid malların X şəhərinə, sonradan X şəhərinə, oradan da X daşınması cavabdehlə hər hansı rəsmi, o cümlədən müqavilə münasibətlərində olmayan şəxsin tapşırığı əsasında başqa-başqa şəxslər (avtobus və yük maşınının sürücüsü) tərəfindən həyata keçiri lmişdir. Daşınma vasitələri də cavabdehə məxsus olmamışdır. Cavabdeh də bu işin təşkilində, o cümlədən daşınma ilə bağlı müxtəlif şəxslərlə əlaqənin yaradılmasında bir mənalı olaraq, atası X1 münasibətlərindən istifadə etmişdir (İzahatında da tez-tez “biz” və “atam“ sözlərindən istifadə edir). Malların saxlanılması üçün ticarət obyekti (anbar) də məhz onun atasına məxsusdur. Başqa sözlə, malların daşınmasını reallıqda həyata keçirən şəxslərin cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhz bu səbəbdən X ərazisindən Azərbaycan Respublikasının ərazisinə daşınması zamanı malların sərhəd keçid məntəqəsində bir neçə ay qalmasına görə cavabdeh daşınmanı təşkil edən və ya həyata keçirən şəxsə qarşı hər hansı tələb irəli sürə bilmir və ümumiyyətlə irəli sürmək niyyətində də deyil. Hal buki, yük maşını orada saxlanılan başqa malların oğurluq olması şübhəsi ilə saxlanılmışdır. Lakin cavabdeh belə halların baş verməsini istisna etmir (malların sərhəddə qalması) və malın bir neçə ay gecikməsinə normal yanaşır, bu halın hər hansı öhdəliyin pozulması kimi qiymətləndirmir. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, iddiaçıya məxsus malların ərazilər üzrə daşınmasını həyata keçirən şəxslər cavabdeh qarşısında bu işi onun nəticəsinə təminat vermədən icra etməyi öz öhdəsinə götürmüşdülər. İddiaçı ilə cavabdeh arasında da münasiətlər məhz bu qaydada qurulmuşdur. Gecikmə baş verdiyi təqdirdə hər hansı ziyan məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşmanın olması, habelə cavabdehin belə bir vəd verməsi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, öz aralarında yaranmış münasibətləri necə adlandırılmasından asılı olmayaraq, onların arasında hüquqi nəticə etibarı ilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu səbəbdən iddiaçıya məxsus malların X Azərbaycan Respublikasına daşınan zaman xeyli müddət sərhəddə qalması nəticəsində iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsinə görə cavabdeh məsuliyyət daşıya bilməz. Daşınma zamanı baş vermiş gecikmədə cavabdehin hər hansı təqsiri də olmamışdır. Cavabdeh öz işini kifayət qədər vicdanla görmüş və artıq 2018-ci ilin noyabr ayının əvvəli iddiaçıya məxsus mallar Azərbaycan Respublikasının ərazisinə keçirilməsi üçün sərhəd keçid məntəqəsinə çatdırılmışdır. Gecikmə ilə olsa da bu mallar Bakı şəhərinə də nəql edilmişdir və hazırda cavabdehin atasına məxsus ticarət obyektində saxlanılır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “maddi ziyanın tutulması” hissəsində əsassızdır və rədd edilməlidir. Həmçinin iddia üzrə “maddi ziyanın tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə “mənəvi ziyanın və əldən çıxmış faydanın tutulması” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə “maddi ziyanın tutulması” tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “mənəvi ziyanın və əldən çıxmış faydanın tutulması” hissəsində də təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 777.1, 777.2, 778.1, 779.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiy a şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 31 avqust 2020-ci il tarixli 2(103)6247/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1501/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi şəkildə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçıya mə xsus malların ərazilər üzrə daşınmasını həyata keçirən şəxslər cavabdeh qarşısında bu işi onun nəticəsinə təminat vermədən icra etməyi öz öhdəsinə götürmüşdülər. İddiaçı ilə cavabdeh arasında da münasibətlər məhz bu qaydada qurulmuşdur. Gecikmə baş verdiyi təqdirdə hər hansı ziyan məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşmanın olması, habelə cavabdehin belə bir vəd verməsi müəyyən edilməmişdir. İddiaçıya məxsus malların çatdırılmasında gecikmə baş verməsi mübahisə doğurmur, lakin gecikmənin cavabdehin təqsiri olmadan obyektiv səbəbdən baş verməsi müəyyən olunur. Eləcə də gecikmə ilə olsa da, bu mallar Bakı şəhərinə nəql edilmişdir və hazırda cavabdehin atasına məxsus ticarət obyektində saxlanılır. Tərəflər arasında yazılı müqavilə olmamış və borclunun üzərinə öhdəliyi pozdu ğu halda zərərin əvəzini ödəmək kimi məsuliyyət qoyulmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli 2(10 3)-6247/2020 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası mübahisəyə səthi yanaşmaqla iddia tələbini tam həcmdə mahiyyəti üzrə baxmayaraq, yetərincə obyektiv və ədalətli məhkəmə araşdırması aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İş № 2(103)-6247/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olmaqla, sübutların qiymətləndirilməsi baxımından ciddi hüquq pozuntu larına yol verilmiş, iş materiallarında mövcud olmayan sübutlara istinad edərək qiymət vermiş, maddi və prossesual hüquq normalarının kobud şəkildə pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında malın gətirilməsi barədə razılaşaraq müqavilə bağlanmışdır. İddiaçı və cavabdeh həmin müqaviləyə əsasən öhdəlik götürərək hüquq və vəzifələri müəyyən edilmişdir. Cavabdehin götürdüyü öhdəlik malın razılaşdırılmış vaxtda çatdırılması olmuşdur. Belə ki, “istilik köpüyü“-nün istifadə müddəti vardır və həmin müddət keçdikdə istismara yararlığını itirir. Bu səbəbdən 2018-dekabr ayına malın çatdırılması əsas şərt idi ki, bunu cavabdeh özü də gözəl bilirdi. İddiaçıya məxsus malları daşıyan nəqliyyat vasitəsində başqa şübhəli malların olması səbəbindən həmin avtomobil 02.11.2018-ci il tarixdə X «Yaraq-Qazmalar » avtomobil keçid məntəqəsində saxlanılmış və toplanmış material əsasında 08.12.2018-ci ildə cinayət işi başlanaraq istintaq aparılmış, 08.06.2019-cu il tarixli qərar əsasında 23.08.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçıya məxsus mallarla birlikdə nəqliyyat vasitəsi mülkiyyətçisinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 385.1 və 442-ci maddələrinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçıya zərər vurması faktı işin müəyyən edilmiş halları ilə tam sübut olunur. Məhkəmələr hesab etmişlər ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Halbuki, tərəflər arasında olan razılaşma şəxsi iradə əsasında yaranmış əvəzli müqavilə hesab edilməlidir. O, cavabdehə vəkalətnamə verməmiş, deməli tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdən söhbət gedə bilməz. Tərəflər arasında olan razılaşmada üçüncü şəxslərlə bağlı hansısa bir şərt olmamışdır. Bu şərtin olmasını sübut edən arqument yoxdur. Belə olduğu halda malın gətirilməsində hər hansı üçüncü şəxsin günahının olması, zərərin qarşılanması anlamına gəlməməli olduğu halda mübahisələndirilən qətnamə ilə qanunsuz olaraq qeyd edilən hal ilə cavabdeh tərəfindən vurulmuş ziyanı pərdələmişlər. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh və vəkili XXXoğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“ və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab ed ir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 385.1 və 442-ci maddələri öhdəliklərlə bağlı ümumi müddəaları ehtiva edir və həmin maddə Mülki Məcəllənin Xüsusi hissəsində göstərilən konkret müqavilə və ya müqavilədənkənar öhdəliyə istinad edilməklə, tətbiq edilə bilər. Məhkəmələr tərəfindən düzgün olaraq, tərəflər arasında hüquq münasibətləri tapşırıq münasibətləri kimi tövsif ed ilmişdir. Çünki cavabdehlə iddiaçı arasında malın daşınması işinin yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranan zaman cavabdeh rəsmi şəkildə və hüquqi əsaslarla bu növ işləri, o cümlədən yük daşıması fəaliyyətini yerinə yetirən şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi şifahi qaydada bağlana bilər. Buna görə iddiaçının cavabdehə yazılı vəkalətnamə verməməsi barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərini əsassızdır, buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaç ının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar