Məhkəmə qərarları › İş №2(102)-1467/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1467/2020

12.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1467/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdehtərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)623/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qusar rayon məhkəməsinin (hakim Rafiq Kazımov) 2(029)-166/2018 saylı, xx xxx 2018ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, birgə nikah dövründ ə Qusar şəhərinin yeni yaşayış massivində Qusar bələdiyyəsinin xx xxxxxxx 2010-cu il tarixli, 13/1-2 saylı qərarına əsasən alğı-satqı yolu ilə əldə edilmiş 400 kvadrat metr torpaq sahəsinin və orada inşa edilmiş fərdi yaşayış evinin və yardımçı tikililərin dəyəri olan 70000 manatın ½ hissəsinin, yəni 35000 manatının Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Telman Məmmədov və Aqil Abbasov) xx xxxxxx 2019-cu il tarixli 2(105)-623/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qusar rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi tərəflərin apellyasiya şikayətlərinə münasi bətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Aqil Abbasov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən buraxılmış kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə dəyəri 5850 manat olan cehiz əmlakının və ya onların dəyərinin, həmçinin birgə nikah dövründə Qusar şəhərinin Yeni Yaşayış massivində Qusar bələdiyyəsinin xx xxxxxxx 2010-cu il tarixli, 13/1-2 saylı qərarına əsasən alğı-satqı yolu il ə əldə edilmiş 400 kvadrat metretr torpaq sahəsinin və orada inşa edilmiş fərdi yaşayış evinin və yardımçı tikililərin dəyərinin ½ hissəsinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia əriəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “FİNCA Azərbaycan” Məhdud X1 tərəfindən ödənilmiş 2665 manatın ikidə bir hissəsi, yəni 1332,5 manatın və onun tərfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1362,50 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxx xxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi ə prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, xx.xx.2018-ci ildən hal-hazıra qədər Mahaçqala şəhəri, O.Koşevoy küçəsi, ev 42, korpus A, mənzil 85 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi isə Qusar şəhərində qeydiyyatda olduğu ünvana xx.xx.2019-cu ildə poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmə onun həmin tarixlərdə Azərbaycan Respublikasına gəlib getməyinə istinad etmişdir. Lakin o qısa müddətə işi ilə əlaqədar Azərbaycana gəlmiş, gələn zaman Qusarda qeydiyyatda olan ünvanda olmamışdır. Məhkəmə bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 m əhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mü lki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-623/2019 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə Cavabdeh qeydiyyatda olduğu Qusar şəhəri, Müqtədir küçəsi, 132 saylı evin 2 saylı mənzilinə göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə xxx tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə alınmışdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən qətnamə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən kassasiya şikayət i verilməsi ilə bağlı 2 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş mü ddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-623/2019 saylı qətnaməsindənkassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə Cavabdeh ərizəsi və kassasiya şikayəti xx xxxxxxx 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh qətnamədən ka ssasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ərizəsində qətnamənin Qusar şəhərində qeydiyyatda olduğu ünvana xx.xx.2019-cu ildə poçt vasitəsi ilə çatdırıldığını, xx.xx.2018-ci ildən hal-hazıra qədər Mahaçqala şəhəri, O.Koşevoy küçəsi, ev 42, korpus A, mənzil 85 ünvanında qeydiyyatda olmaqla, orada yaşadığını və qətnaməni bir neçə gün əvvəl ailəsinə baş çəkmək üçün Qusar şəhərinə gələrkən aldığını, dərhal da qətnamədən kassasiya şikayəti verdiyini göstərmişdir. Qeyd edilən ərizə xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ərizəsində xx.xx.2018-ci ildən hal-hazıra qədər Mahaçqala şəhərində qeydiyyatda olmaqla, orada yaşadığını, qətna məni bir neçə gün əvvəl ailəsinə baş çəkmək üçün Qusar şəhərinə gələrkən aldığını və dərhal da qətnamədən kassasiya şikayəti verdiyini göstərsə də, bu hallar iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ümumvətəndaş pasportunun surətindən görünür ki, o, 2019-cu ilin mart, aprel, may aylarında Azərbaycan Respublikası istiqamətinə sərhədi keçmişdir. Bu hal onun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsini xx xxxxxxx 2019-cu il tarixdən bir neçə gün əvvəl aldığına dair irəli sürdüyü dəlili tam təkzib edir. HəmçininCavabdeh xx xxxxxx 2019-cu il tarixdə Qusar rayon məhkəməsinə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-166/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin icr asına möhlət verilməsini xahiş etmiş və bu barədə olan ərizəsində qətnamədə qeyd edilmiş 35000 manat məbləğində pulu İddiaçı ödəməyə maddi imkanı olmadığını, qətnamənin icrasından boyun qaçırmadığını, ona bir müddət möhlət verilsə, adına qeydə alınmış torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini sataraq əldə olunmuş vəsaitdən İddiaçı ödəyəcəyini, bununla da qətnamə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirəcəyini göstərmişdir. Bu hal da Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsini hələ həmin ərizə ilə Qusar rayon məhkəməsinə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyi vaxtdan əvvəl aldığını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Qusar rayon məhkəməsinin xx xxxx xx 2019-cu il tarixli, 8(029)-134/2019 saylı qərardadı ilə Cavabdeh qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmiş, həmin qərardaddan Cavabdeh şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 8(105)-196/2019 saylı qərardadı ilə təmin edilmiş, Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(029)-134/2019 saylı qərardadı ləğv olunmuş, Cavabdeh Qusar Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(029)-166/2018 saylı qətnaməsinin icra edilməsinə 3 ay möhlət verilmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-623/2019 saylı qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra Cavabdeh tərəfindən kassasiya şikayəti 2 ay müddətində deyil, xx xxxxxxx 2019-c u il tarixdə, yəni 8 aydan sonra verilmiş və qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddəti 6 ay buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlar a və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xx xxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sənədi və mötəbər sübutu ərizəsinə əlavə etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi müddətini üzrsüz səbəbdən buraxmışdır və onun ərizəsində göstərdiyi dəlillər qətnamədən kassasiya şikayəti verilməsi müddətinin üzrlü sayılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 408.1.4-cü maddəsində göstərilir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış mü ddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlilllər müddətin bərpa edilməsi barədə ərizədə də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindn hüquqi qi ymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-623/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar