Məhkəmə qərarları › İş №2(102)-1467/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1467/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1467/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz həbslə bağlı maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7039/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyin kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)246/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması və sair məsələlər hökm edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-301/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyasının 1(102)1732/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetməməsi əsası ilə bəraət verilmişdir.

5. İddiaçı hüquqi yardıma görə 3 saylı Vəkil Bürosunun hesabına cəmi 1.015 manat məbləğində pul ödəmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx. xx.2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat).

7. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü xx. xx.2021-ci il tarixinə qədər almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, istintaq orqanın qanunsuz hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 7.405,20 manat, mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, məhkəmə xərclərinin və məsrəflərinin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən (bundan sonra “cavabdeh”) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55-də yerl əşən 48 saylı mənzilə, polis işçiləri xx.xx.2020-ci il tarixdə, saat 14:00 radələrində gələrək onu Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparmışlar. Orada saatlarla fasiləsiz olaraq psixi təzyiqlərə məruz qalmışdır. Təhqiqatçı iddiaçıya istintaqla əməkdaşlıq etdiyi təqdirdə ona yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunacağını və iddiaçının yanında yaşayan xəstə qardaşı ilə istintaqın heç bir işi olmayacağını bildirilmişdir. Qardaşının toxunulmazlığını təmin etməkdən ötrü əlacsız qalıb səhnələşdirilmiş, saxta şəxsi axtarış və götürmədə dəfələrlə iştirak etmək məcburiyyətində qalmışdır. Bununla da, elə həmin gün saat 19:00 radələrində Sumqayıt şəhərində yerləşən “Qarabağ” kinoteatrının arxasında videoçəkiliş aparılmaqla süni ş əkildə tərəfindən cinayət törədilməsi görüntüsü, yəni cinayətin imitasiyası təşkil olunmuş və nəticədə iddiaçı guya cinayət başında yaxalanmışdır. Belə ki, polis əməkdaşlarının iddiaçının cibinə qoyduqları, lakin ona aidiyyəti olmayan narkotik vasitə heroin, guya ona məxsus satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kimi götürülərək sənədləşdirilmişdir. İddiaçı faktiki olaraq tutulduqdan sonra onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, hüquq və vəzifələri izah edilməmiş, istintaq hərəkəti iddiaçıya formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı belə olmadan keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmiş, habelə eynəksiz olduğundan təqdim olunmuş sənədləri, o cümlədən ifadələrinin yazıldığı protokolları belə, oxumadan imza etməli olmuşdur. Bunda n başqa, saxlandıqdan sonra iddiaçıya müdafiəçi təyin, sonra təqdim edilməli, məhz müdafiəçinin iştirakı ilə ətrafında istintaq hərəkətləri keçirilməli olduğu halda, iddiaçı faktiki olaraq şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı və məhkəmənin qərarı olmadan, habelə şübhəli şəxs qismində tutma protokolu tərtib olunmadan, barəsində qanunsuz və əsassız olaraq küçədə şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikdə iddiaçıya məlum olmuşdur ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yox, 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bununla bağlı tərəfindən edilən etiraz və iradlara baxmayaraq, məhkəmə tərəfindən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir.

10. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində aparılmış ibtidai araşdırma yekunlaşdıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə iddiaçı Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş və təqsirinin sübuta yetməməsi əsası ilə iddiaçıya bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirini isə ləğv edilərək həbsdən azad edilmişdir. Bu hökmə, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq ona izah edilmişdir ki, barəsində bəraət hökmü çıxarıldığından pozulmuş hesab etd iyi hüquqlarının bərpası ilə əlaqədar, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiaçı mülki qaydada məhkəməyə müraciət edə bilər.

12. Beləliklə, orta-ixtisas təhsilli, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin könüllü iştirakçısı kimi dəfələrlə ağır yaralanaraq kontuziya almış, İİ dərəcəli əlil olan iddiaçıya, məlum olmayan səbəblərdən, heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə qanunsuz olaraq psixi və fiziki təzyiqlər göstərilmiş, daha sonra iddiaçı ona heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq 2 il müddətində azadlıqdan qanunsuz olaraq məhrum edilmişdir.

13. Həbsdə olduğu bütün müddət ərzində iddiaçıda olan xəstəliklər proqressivləşər ək son həddədək kəskinləşmiş, həmçinin dəfələrlə müxtəlif başqa xəstəliklərə də yoluxaraq səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, həmin dövrdə digər xəstəliklərlə yanaşı, “Sətəlcəm” keçirmiş və bunun nəticəsində diş əti yığıldığından, demək olar ki, bütün dişlərini itirmişdir. Hazırda sadəcə olaraq həyat fəaliyyətini davam etdirmək üçün qida qəbul etməkdə böyük çətinliklər çəkir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar müayinə keçərkən iddiaçıda olan xəstəliklərin ağırlaşması ilə yanaşı, ”Xroniki C viruslu hepatit”, “Xroniki bronxit” və digər xəstəliklərin olduğu məlum olmuşdur.

14. Bəraət alıb azadlığa qovuşduqdan sonra isə yaşayış yeri üzrə poliklinikada müayinə olunarkən qeyd edilən faktlar bir daha təsdiqini tapmaqla, səhhətinin son dərəcə ağır durumda olduğu iddiaçıya məlum olmuşdur.

15. Bundan başqa, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Bununla da artıq 9 aydır ki, iddiaçı dolanışığı üçün yeganə pul vəsaitini ala bilmir. Əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız xx.xx.2022-ci il tarixdən sonra mümkün olacaqdır.

16. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq, cəza çəkməkd ən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək üçün tələb olunan sənədləri toplayaraq müvafiq dövlət qurumuna müraciət etməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin müavinətin verilməsindən də imtina edilmişdir. Bununla da, iddiaçının cəzaçəkmə yerlərində qanunsuz və əsassız olduğu 2 il ərzində nəinki səhhətində həyatına birbaşa təhlükə törədən problemlər yaranmış, həmçinin maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçının şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, ona fiziki və mənəvi ziyan vurulmuş, uzun müddət qapalı şərait də saxlanıldığından səhhətində ciddi problemlər ortaya çıxmış, bu səbəbdən müalicəyə kəskin ehtiyacı yaranmışdır. Həmçinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 2 il həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi iddiaçının son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, stress, əzab və əziyyətlər yaşamağına səbəb olmuş, intihar etmək düşüncəsini belə ağlından keçirmişdir. Baş vermiş hadisə nəticəsində həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olmağı mübahisəsiz haldır. Hazırda barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiy yətində qalmışdır.

17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 23, 1096, 1097, 1101-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1 və 4-cü, maddələrinə istinad etmişdir.

18. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir; - Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəx slər olmayan orqanları həyata keçirirlər; - qanunvericiliyin mənası o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Maliyyə Nazirliyi deyil; - eyni zamanda Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.

19. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(006)3357/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına 24.000 manat məbləğində mənəvi zərərin, 7.405,2 manat məbləğində maddi zərərin, 1.015 manat məbləğində hüquqi yardımın əvəzi olmaqla, cəmi 32.420,2 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilm işdir. (hakim Rəşid Səmədov)

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(105)-165/2022 nömrəli hökmü ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir.

21. Birinci instansiya məhkəməsi iddia tələbinin “mənəvi ziyan kimi 100 000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edib ki, işin mübahisəsiz halına görə iddiaçı 24 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçı 24 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir form alaşmışdır.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması baxımından hər ay üçün 1000 manat olmaqla, 24 ay üçün 24000 manat məbləğində müəyyən olunmalıdır.

23. Birinci instansiya məhkəməsi 7405,20 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd edib ki, iddiaçının 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da iddiaçı həm əlilliyə görə hərbi pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. 2

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır S pensiya ödənişi 472,80 manat olmuşdur. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü xx.xx.2021-ci il tarixinə qədər almışdır.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində ikinci dərəcəli müharibə əlilliyinə görə hər ay 822,80 manat (350+472,80) olmaqla, 9 ay ərzində cəmi 7405,20 manat (822,80 x 9) məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olunduğu üçün həmin məbləğ də cavabdehdən tutulmalıdır.

26. Birinci instansiya məhkəməsi iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edib ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsini n tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də hüquqi xidmət xərclərinin əvəzi 1015 manat məbləğində müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Kostitusiyasının 68-ci maddəsinin 2-ci hissəsi, Cinayət Prosessual Məcəllənin 56.0.2 və 56.0.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4cü, Mülki Məcəllənin 21, 23, 1101.1-ci maddələri, Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçıya münasibətdə cavabdeh heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Birinci instansiya məhkəməsi dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsir kar şəxsləri müəyyən etməmişdir; - cavabdehin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassız, ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır; - eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Bi rinci instansiya məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-7039/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmənin iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya maddi zərər vurulması və buna görə də iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı mövqeyi düzgündür. Həmçinin iş üzrə tərəflərin məhkəmələrə verdikləri məl umatlara, iddiaçının 2 il (24 ay) müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktı nəzərə alınarsa, birinci instansiya məhkəməsi mənəvi ziyana görə 24.000 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həyata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür. Bundan əlavə, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində İİ dərəcəli müharibə əlilliyinə görə hər ay 822,8 manat (350+472,8) olmaqla, 9 ay ərzində cəmi (822,8 x 9=) 7.405,20 manat məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyas iya şikayəti ilə bağlı mövqeyi belə olub ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Re spublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

34. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırılıb: - Mülki Məcəllənin 1100-cü maddəsinin maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhk um etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə, Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, həmin Məcəllənin 43.3-cü maddəsinin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə, təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işi üzrə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cəlb olunmalıdır; - dövlət büdcəsindən təkcə Maliyyə Nazirliyi yox, həçminin digər dövlət orqanları, o cümlədən məhkəmələr də maliyyələşir. Həmçinin “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununda, o cümlədən hər hansı digər normativ hüquqi aktlarda vurulmuş ziyanı ödəyənin məhz “müvafiq icra hakimiyyəti orqanı”, yəni “Maliyyə Nazirliyi” olması göstərilmir. Məhkəmələr qərar qəbul edərkən qanunun aliliyi prinsipini rəhbər tutmalıdır. Lakin hər hansı bir qanunda vurulmuş ziyana görə Maliyyə Nazirliyi cavabdeh orqan kimi müəyyən olunmadığı halda yanlış olaraq Nazirlik cavabdeh qismində müəyyən edil mişdir; - həmçinin pozuntunu törədən orqanlar tərəfindən həmin hüquq pozuntusuna məruz qalmış şəxsdən üzr istənilməməsi, əksinə, həmin orqanların törətdiyi pozuntulara görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması dövlət büdcəsinə əsassız ziyan vurmaqla yanaşı, sözügedən orqanlar tərəfindən gələcəkdə də müxtəlif hüquq pozuntularının törədilməsinə fiziki və hüquqi şəxslərin dövlətə etimadsızlığına səbəb olacaqdır. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanları da dövlət orqanlarıdır, həmçinin məhkəmələrin qəbul etdikləri qərarlar dövlət adından çıxarılır; - Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.23-cü bəndində Maliyyə Nazirliyinin səlahiyyəti i lə bağlı məsələlərdə məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməli olduğu qeyd edilir. Lakin Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir; - iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətm ədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmiş, işə baxan məhkəmə isə bu məsələnin üzərindən öz mülahizələri ilə keçərək konkret qanunvericiliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir; - analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya h ansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə borcludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ dəfələrlə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır; - apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmuşdur. - iddiaçı ilə müvafiq vəkilin razılığı əsasında vəkillik fəalliyyətinin göstərilməsi üçün qarşılıqlı razılığı ifadə edən müqavilə bağlanmış, müqavilələrin bağlanmasına görə isə Maliyyə Nazirliyinin cavabdeh qismində nəzərdə tutulması hər hansı bir qanunvericilik aktlarında təsbit edilməmişdir. - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıy a ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir; b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən daxil olmuş etiraza əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olması, bu səbədən şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirində n asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 56.0.2. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.639.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən o rqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Maddə

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun Maddə

5. Ödənilən ziyan Bu Qanunun 1-ci m addəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mü bahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərər tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

42. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər hissəsində 24000 manat həddində müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Mənəvi zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, ibtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həyata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür.

43. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq 24 ay azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 24 ay üçün 24000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.

44. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı apellyasiy a məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə kassasiya şikayətinin dəlillərini isə əsassız sayır.

45. Maddi zərərə gəldikdə, işdən görünür ki, iddiaçının maddi zərəri iki ünsürdən ibarətdir: 3000 manat məhkəmə xərcləri və məsrəfləri (hüquqi xidmət xərcləri); 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı.

46. İddiaçının məhkəmə xərcləri və məsrəfləri barədə tələbi üzrə gəlinən nəticə də işin halları baxımından düzgün olub. Belə ki, iddiaçı həmin hissədə 3000 manat zərər tələb etsə də, məhkəmələr Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinadən həmin tələbin real olaraq təsdiqini tapan məbləğdə təmin edilməsini mümkün sayaraq, yalnız sübut olunan hüquqi xidmət xərclərinin əvəzi kimi 1015 manat məbləğində pulun tutulmasını qət etm işlər.

47. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin ikinci ünsürü olan iddiaçının 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı hissəsi ilə bağlı iddia tələbinin təmin edilən hissəsində qətnamə əsaslı deyil. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini onunla əsaslandırıb ki, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız xx.xx. 2022-ci il tarixdən sonra mümkün olacaqdır.

48. Maddi zərərin ikinci ünsürü ilə bağlı iddia tələbini təmin edən məhkəmələr həmin dövr üçün iddiaçıya əlillik dərəcəsi verilib-verilməməsinə aydınlıq gətirməyiblər. İddiaçı özü əlillyinin yenidən qiymətləndirilməsinin xx.xx.2022-ci il tarixdən sonra mümkün olacağını bildirib. 49. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

50. Göründüyü kimi, qanunvericilik şəxsin əlil sayılmasını müvafiq qiymətləndirmə keçirilməklə qərar əsasında müəyyən edilməsini nəzərdə tutur.

51. Mə hkəmələr işdə olan arayışlara (i.v. 122, 163) istinad etsələr də, həmin arayışlarda əks edilən məlumatlara, ümumiyyətlə, qiymət verməyiblər.

52. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat). Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü xx.xx.2021-ci il tarixinə qədər almışdır.

53. Hər iki arayışda iddiaçının İİ dərəcə əlilliyə görə müvafiq təminat almasına istinad edilib, üstəlik, əlilliyinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi göstərilib.

54. Buna görə də iddiaçının təkrar qiymətləndirmə keçmədən ona əlilliyinin etibarlılıq müddəti ötdükdən sonrakı dövr üçün də əlilliyə görə pul təminatının tutulması düzgün sayıla bilməz.

55. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin xx.xx.2 022-ci il tarixdən sonra mümkün olacağını bildirsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin dövrdən sonra iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün müvafiq orqana müraciət edib-etməməsi, edibsə, ona yenidən əlillik dərəcəsi təyin edilib-edilməməsinə aydınlıq gətirməmişdir. Halbuki, iddiaçının həmin tələbi məhz bu halın (iddiaçıya növbəti yoxlama zamanı da əlilliyin təyin edilməsi) müəyyən edil-edilməməsindən asılı olaraq həll edilməli idi.

56. Prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların m üəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 88 və 218.1)

57. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının əlilliklə bağlı aldığı pensiya məbləği barədə təqdim etdiyi sübutu qanununvericiliyə uyğun qiymət vermədən yalnız ona istinad etməklə həmin hissədə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də işin yuxarıda qeyd edilən halına qiymət verməyib qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır.

58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəs ində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.

59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7039/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar