Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1468/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Müseyib oğlunun Cavabdeh1nə qarşı, İddiaçı2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı1 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr (eyni əşyaya dair bir neçə kreditorla müqavilə bağlanması), əqdin etibarsızlığı (əhəmiyyətsiz əqdlər – yalan əqd, uydurma əqd), kassasiya məhkəməsi göstərişlərinin məcburiliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı “mənzilin onun istifadəsinə verilməsi” tələbinə dair iddiası, İddiaçı2 Cavabdeh1 MTK-ya və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" MMC ilə İddiaçı1 Müseyib oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 424 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində, ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqdan ibarət 2 nö mrəli mənzili İddiaçı1 Müseyib oğluna ayırmağı (26640 manata, 1 kv.metri 308 manata) öhdəsinə götürmüşdür. 2. 2010-cu il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının 1-ci blokunda 2-ci mərtəbəsində ümumi sahəsi 88,8 kv.metr olan 2 nömrəli mənzil üçün İddiaçı1 Müseyib oğlu "xxxx" MMC-yə 26640 manat ödəmişdir və borcu yoxdur. 3. xx.xx.2016-cı il tarixli, 131 nömrəli yeni şərtlərlə bağlanan müqaviləyə əsasən (daha əvvəl "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmışdır), icraçı olaraq Cavabdeh1 MTK əvvəllki müqaviləyə uyğun olaraq Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqdan ibarət 26 nömrəli mənzili İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin “Müqavilənin qiyməyi və hesablaşma qaydası” bölməsində göstərilir ki, mənzilin dəyəri əvvəlki müqavilə bağlananda 1 kv.metri üçün 308 manat olmaqla 27350 manat təşkil edib. Kooperativin ümumi yığıncağının qərarı ilə bir kv.metr sahə üçün 100 manat artırılmaqla hazırda cəmi 8800 manat təşkil edir.
4. Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metr 650 manata) satılması haqqında Cavabdeh1 MTK ilə İddiaçı2 arasında mənzil tikintisi haqqında 19 iyun 2019-cu il tarixli, 303 nömrəli müqavilə bağlanmışdır. 5. 19 iyun 2019-cu i l tarixli maliyyə arayışına əsasən Səfərov X1 şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57720 manat ödəmişdir və heç bir borcu yoxdur. 6. 17.02.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Səfərov X1 şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir.
7. Cavabdeh1 MTK-nın 10 iyun 2022-ci il tarixli məktubuna əsasən Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində y erləşən ümumi sahəsi 88,8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh1 MTK-ya məxsus olmuş və 19 iyul 2019-cu il tarixdə payçı İddiaçı2 satılmışdır. Bu mənzilə dair İddiaçı2 ilə aparılmış əməliyyatdan başqa heç bir sənəd yazılmamış və ya əməliyyat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı “mənzilin onun istifadəsinə verilməsi” tələbinə dair birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Müseyib oğlu cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1A ünv anda inşa edilən, 88,8 kv.metr sahəsi olan mənzili xx.xx.2010-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ilkin olaraq 26640 manat, daha sonra 6308 manat olmaqla, cəmi 32948 manat məbləğdə pul ödəməklə əldə etmişdir. Tikilmə ərəfəsində olan binanın 2012-ci il tarixində hazır olacağı qeyd edilsə də, bina hazır olmamış, iddiaçı 2016-cı ilədək sahibi olduğu mənzili ala bilməmişdir. 2016-cı il tarixdə "xxxx" MMC şirkəti yeni adla, Cavabdeh1 MTK adı ilə fəaliyyət göstərməyə başlamışdır. İddiaçı rəhbərliyə mənzilin ona təhvil verilməsi ilə bağlı müraciət etsə də, ona ev sahibinin başqası olduğu bildirilmişdir. Ötən illər ərzində mənzil iddiaçıya təhvil verilməmiş, bu məsələ öz həllini tapmamışdır.
10. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və idia tələbinə qarşı yazılı e tiraz və mülahizə təqdim etməmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 nömrəli, 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı1 sahibliyinə verilməsi qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. İddiaçının həmin obyektə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4, 152.5, 152.6, 152.7, 178.8, 421.1 və 442.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Həmin qətnamə icra edilrək, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra icraatına xitam verilmişdir.
15. İddiaçı2 xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 nömrəli, 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin olunmasını xahiş etmişdir. b) İddiaçı2 Cavabdeh1 MTK-ya və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair ikinci iş üzrə birinci instansiya məhkəməsində icraat
16. İddiaçı2 xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 MTK və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaç ı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 nömrəli müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə görə hər kvadrat metr üçün 650 manat olmaqla, ümumilikdə 57720 manat vəsait ödənilmişdir. İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTK-ya müraciət olunaraq "xxxx" MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 nömrəli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünv anda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə İddiaçı2 sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi xahiş edilmiş, Cavabdeh1 MTK-nın 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. "xxxx" MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verməli, payçı isə mənzili qəbul etməlidir. Buna görə də, mənzil ona təhvil verilməlidir. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 13 avqust 201 0-cu il tarixli müqaviləyə əsasən həmin mənzilə dair tarixsiz maliyyə arayışı verilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilədə İddiaçı1 imzası müəyyən edilmir, habelə bununla bağlı hər hansı maliyyə arayışı mövcud deyil. Cavabdeh1 MTK ilə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə onun gözlənti hüquqlarını pozmuşdur.
18. İddiaçı1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
19. Abşeron Rayon Məhkəməsinin 2(012)-778/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 nömrəli müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı2 təhvil verilməsi qət edilmişdir.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı2, nə də cavabdeh İddiaçı1 Musayib oğlu mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, iddiaçı mübahisəli mənzilin təmir edilməsinə icazə verilməsi üçün MTK-nın bank hesabına 500 manat vəsait ödəmişdir (kassa mədaxil orderi vardı r). Mübahisəli mənzilin hazırda İddiaçı2 faktiki istifadəsində olması işin mübahisəsiz halıdır. Bu faktı Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçı ilə bağlanan əqdi qəbul etsə də, İddiaçı1lə bağlanan müqavilənin legitimliyini qəbul etməmişdir.
21. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil İddiaçı2 tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı2 İddiaçı1 nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı2 qaldırdığı iddia əsaslı hesab edilməlidir.
22. Məhkəmə qeyd etmişdir ki, daha əvvəllər İddiaçı1 iddia ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 nömrəli, 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı1 sahibliyinə verilməsi qət edilmişdir. Lakin bu akt sonradan İddiaçı2 tərəfindən mübahisələndirilmişdir və hazırda apellyasiya baxışındadır. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, həmin iş üzrə icraat hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Başqa sözlə, həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır, hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır və mənzilə dair müqavilənin olması İddiaçı1 mübahisəli mənzillə bağlı İddiaçı2 sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarına əsasən İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 nömrəli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Cavabdeh İddiaçı1lə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı2 sahiblik hüququnun pozulmas ı kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır.
24. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə öz-özlüyündə heç bir hüquqi əhəmiyyət daşımır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki tələbdən isə görünür ki, o, əqdlərin etibarsızlığı barədədir və bu cür tələblər üzrə iddia müddəti 1 ildir (Mülki Məcəllənin 354-cü maddəsi).
25. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 752.1 və 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Abşeron Rayon Məh kəməsinin 2(012)-778/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd olunmasını xahiş etmişdir. c) Birləşdirilmiş iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-65/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə, Abşeron Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə 2(105)-65/2023 saylı və Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə 2(105)-273/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.
28. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı2 göstərmişdir ki, nağd pul ödəy ərək ev almış, təmirə xərc çəkmiş, otaqların sayını artırmışdır. İkinci bir şəxslə bağlanan müqavilənin mövcudluğundan məhkəmədən sonra məlumatı olmuş və dərhal məhkəməyə müraciət etmişdir. Mənzilin qapısını məhkəmə icraçısı çıxartmış, məhkəmənin qətnaməsindən sonra qapını yerinə qoymuşdur. Mənzilin hazırkı qapısı ona məxsusdur. Çünki qətnamə icra mərhələsində olmuşdur. Bundan əlavə, xx.xx.2021-ci ildə İddiaçı1 mənzil təhvil veriləndə ona heç bir məlumat verilməmişdir. Hazırda qapını açıb içəri girə bilir. Evə sonuncu dəfə xx.xx.2022-ci ildə gedib, qapını açıb evə girmişdir. Sonradan nümayəndə təhkim olunmuşdur ki, evə heç kim girməsin.
29. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qiya bi qətnamə qəbul olunarkən məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında yaranmış münasibətin yaranma əsası müqavilədir. Bu zaman tərəflərdən biri ödənişin icrasını, digəri isə mənzilin təhvilini üzərinə götürmüşdür. Amma İddiaçı1 ödənişi tam şəkildə icra etməsinə dair maliyyə arayışı iş materiallarında mövcud deyil. Bu barədə İddiaçı1 özü məhkəmə iclasında bildirmişdir ki, o axırıncı ödənişləri MTK-ya vermək üçün gedəndə ondan ödənişi əvvəlcə qəbul etdilər, sonra isə özünə qaytardılar. Yəni həmin iş üzrə İddiaçı2 tərəf olmasa belə, məsələ öhdəlikdir. Əgər pul ödənilməyibsə, mənzilin təhvilindən söhbət gedə bilməz. Qətnamədən cavabdeh şikayət vermədiyindən qətnamə icraya getmiş, yalnız bu mərhələdə İddiaçı2 məlumatlı olmuş və qətnaməni mübahisələndirmişdir. Onun iddiaçı olduğu işdə tələb İddiaçı1lə bağlanmış müqavilənin etibarsız hesab olunmasıdır. İş materiallarından görünür ki, İddiaçı1lə MTK arasındakı müqavilənin tarixi İddiaçı2 müqaviləsinin tarixindən əvvəldir. Onun müqaviləsi 2016, İddiaçı2la isə 2019-cu ildə bağlanmışdır. Müqaviləni mübahisələndirməkdə məqsəd ondan ibarətdir ki, İddiaçı1 başqa bir blokda, başqa bir mənzili "xxxx" MMC-dən 2010-cu ildə almışdır. Ona bununla bağlı maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışının özü də qüsurludur. Aktda nə tarix, nə də arayışın nömrəsi göstərilməmişdir. Mənzillə bağlı da eyni məzmunlu mübahisə olduğundan MTK görünüş üçün 2016-cı ildə hazırda mübahisələndirilən müqaviləni bağlamışdır ki, bu da onların hüquqlarına toxunur. Bunun əvəzində İddiaçı1 əlavə ödənişlər istəyirlər. Həmin əlavə ödənişlər bu günkü tarixədək ödənilməmişdir və İddiaçı1 bu barədə maliyyə arayışı almamışdır. Yəni İddiaçı1 mübahisəli mənzilə hüquqları açıqdır. MTK birinci instansiya məhkəməsində də qeyd etmişdir ki, mənzili İddiaçı2 almışdır. Mənzilə giriş də son günə qədər İddiaçı2 olmuşdur, mübahisə yaranandan sonra onu mənzilə buraxmamışlar. MTK qeydiyyat jurnallarını saxlamamış, məhkəməyə təqdim edə bilməmişlər. Hesab edir ki, qarşı tərəf mənzilin dəyərini tam ödəmədiyi üçün sahiblik tələb edir. Onlar isə tam ödəniş etdikləri üçün mənzilin təhvilini istəyirlər. MTK qiyabi qətnamə çıxanda məhkəmədə təmsil olunmamışdır. İddiaçı2 iddiasına baxılanda nümayəndə iştirak etmiş və iddianı qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi icraya yönəlmişdir. Sonradan şikayət dax il olmuş və icra prosesi dayanmışdır. Qapının yerinə qoyulma məsələsi də həmin icra prosesində olmuşdur. Bundan əlavə, "xxxx" MTK "xxxx" MMC-nin rəsmi hüquqi varisidir. Onlar müqaviləni xx.xx.2019-cu ildə Emil Səməndərovla bağlamışlar. Rafiq Nəsirov müqavilələri 2011-ci ildən daxili etibarnamə əsasında bağlamışdır. Mənzil ilk dəfə faktiki olaraq İddiaçı2 təhvil verilmişdir.
30. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı1 göstərmişdir ki, onunla "xxxx" MMC arasında 2010-cu ilin avqust ayında bağlanmış müqaviləyə dair maliyyə arayışı var. MMC mənzili təhvil verməmiş, o da zərərçəkmiş şəxs kimi şikayət etmişdir. Sonradan bilmişdir ki, "xxxx" MTK "xxxx" MMC-nin hüquqi varisi qismində tanınmışdır və öhdəlikləri onlar icra edəcək. 2016-cı ildə "xxxx" MTK onunla mübahisəli mənzil ə dair müqavilə bağlamış və əlavə ödəməli olduğu məbləği maliyyə arayışı ilə ödənilmiş məbləğin üzərinə gəlmişdir. Qiymət fərqi ona görə olmuşdur ki, "xxxx" MTK-nın balansında pul yox idi. 2-ci müqavilədə göstərilmişdir ki, hər kvadrat metrə 100 manat artıq pul ödənməlidir. O da istəməmişdir ki, mənzil əldən çıxsın. Əlavə hesablanmış puldan 6308 manata dair qəbzləri var. MTK-ya 8800 manatdan təxminən 3282 manat borcu qalmışdır. Sonuncu ödənişi də xx.xx.2019-cu il tarixdə Rusiyadan qardaşı ilə göndərmişdir, MTK-nın mühasibatlığından pulu almışlar. Emil Səməndərov bildirmişdir ki, bir neçə gün sonra gəlib maliyyə arayışını verəcək. Lakin sonradan gəlib bildirmişdir ki, ev başqasına satılıb, daha sonra isə bildirmişdir ki, ona 2010-cu ildə aldığı mənzilin 2008-ci ildə başqa bir qadına satıldı ğına dair sənəd göstərmişlər. Hesab etmişdir ki, yeni müqavilə 2010-cu il tarixli müqaviləni əvəz edir. O, müqaviləni Rafiq Nəsirovla bağlamışdır. Ödəniş edən vaxtlar ona deməmişlər ki, mənzili başqasına satmışlar. Hazırda qalan borcu da, İddiaçı2 tərəfindən çəkilən xərci də ödəməyə hazırdır. Cinayət işi Emil Səməndərov və Rafiq Nəsirov barəsində başlanmışdır. 2016-cı il tarixli müqavilədən sonra ona mənzil təhvil verilməmişdir. Mənzili ona göstərmişlər.
31. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 ilə eyni məzmunda izahat verən sonuncunun nümayəndəsi və vəkili X2 göstərmişdir ki, İddiaçı1 qiyabi qətnamədən sonra mənzili rəsmi qaydada təhvil almışdır, bunu İddiaçı2 da bilir. Sonuncu, qətnamə qüvvəsini almadan qapını sındıraraq evə girmişdir. Hazırda mənzilin qapısı İddiaçı1 anasının pulu ilə alınan qapıdır. Köhnə açarlar da müvəkkilindədir. Mənzil aktla İddiaçı1 təhvil veriləndə İddiaçı2 orada olmamışdır. Müvəkkili mənzilin başqa şəxsə satıldığını bilsəydi, onu mübahisələndirərdi.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-273/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(012)-246/2021 nömrəli, 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı1 Müseyib oğlunun "xxxx" MTK-ya qarşı ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı1 istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda İddiaçı1 Müseyib oğlunun apellyasiya şikayəti təmin edilməmiş və b irinci instansiya məhkəməsinin 2(012)-778/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına görə, xx.xx.2010-cu il tarixli, 424 nömrəli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində, ümumi sahəsi 88,8 kv.metr olan 1-ci blokda, 2 otaqdan ibarət 2 nömrəli mənzili "xxxx" MMC İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüş, maliyyə arayışına əsasən həmin mənzil üçün İddiaçı1 Müseyib oğlu "xxxx" MMC-yə 26640 manat ödəmişdir və borcu yoxdur. Bundan sonra xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqaviləyə əsasən X ırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88,8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzili Cavabdeh1 MTK İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı1 Müseyib oğlu tərəfindən borcunun tamamilə ödənilməsinə dair gəlmiş olduğu nəticə sonuncunun izahatı və digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında İddiaçı1 mübahisəli mənzilə dair olan borcunun tamamilə ödənilməsi barədə maliyyə arayışı yoxdur.
35. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı1lə bağlanmış əqdin əhəmiyy ətsiz əqd hesab olunmasına dair gəlmiş olduğu nəticə ilə də razılaşaraq qeyd etmişdir ki, sonuncu ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 nömrəli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 nömrəli müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır.
36. Məhkəmə kollegiyası eləcə də qeyd etmişdir ki, İddiaçı1 Müseyib oğlunun gələcəkdə ödədiyi pulun qaytarılması tələbinə dair iddia qaldırmaq hüququ vardır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 340.1, 389.1, 390, 399.1, 404.1, 4 04.2, 421.1, 425, 442, 646.1, 752.1 və 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. ç) Kassasiya instansiya məhkəməsində birinci icraat
38. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin 8 fevral 2021-ci il tarixli qiyabi qətnaməsinin qüvvədə saxlanması barədə qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, apellyasiya instansiyası məhkəməsi onun iştirakı olmadan məhkəmə iclası keçirmiş, təkcə qarşı tərəfin izahatları ilə kifayətlənərək qətnamə qəbul etmişdir. Apellyasiya instansiyasının məhkəməsinin qətnaməsi maddi və hüquq normalarının pozulması ilə çıxarılmış kimi qiymətləndirilməli, qətnamə ləğv edilməli və yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmalıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər - Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
41. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 13 avqust 2016-cı il tarixli müqaviləni əhəmiyyətsiz və yalan əqd hesab edərək, İddiaçı2 iddiasını təmin etmiş, apellyasiya in stansiyası məhkəməsi isə onunla razılaşmışdır. Eyni zamanda, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi həmin müqaviləni yalan əqd hesab edərkən, Mülki Məcəllənin yalan əqdlərin etibarsızlığı hallarını tənzimləyən 340.2-ci maddəsinin hər iki məhkəmə üçün məcburi sayılan şərhini verilmiş Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına (bu Qərarın 30-cu bəndi) istinad etməmiş, həmin qərarda əks olunan hüquqi mövqeləri yekun aktlarında müzakirə və tətbiq etməmişlər.
42. Bundan əlavə, işdən aydın olur ki, həmin müqavilənin qarşı tərəfi olan MTK həmin əqdin etibarsızlığını irəli sürmür. Digər tərəfdən, daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanan müqavilənin özündə təsbit edilm işdir ki, cavabdeh İddiaçı1 13 avqust 2010-cu il tarixli müqavilə üzrə ödədiyi yeni müqavilədə 26640 manat ilkin ödəniş kimi nəzərə alınmış və hər kvadrat metrə görə əlavə 100 manat da hesablanmaqla, onun mənzilə görə 9590 manat borcu qalmışdır. İddiaçı1 qeyd edilən borcun bir hissəsini ödədiyini bildirmişdir. Fərz olunsa ki, ödəməmişdir, o halda həmin mübahisə onunla MTK arasındadır və heç bir halda, məhkəmələrin hesab etdiyi kimi, müqavilənin etibarsızlığı əsası kimi qiymətləndirilə bilməz. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
43. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Rəşadət Ağayev) İddiaçı2 tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli, 2(012)246/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə İddiaçı2 Cavabdeh1 və İddiaçı1 Müseyib oğluna qarşı 13 avqust 2016-cı il tarixli, 131 nömrəli müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələblərinə dair iddiası təmin edilməmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab etmişdir ki, daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağ lanan müqavilənin özündə təsbit edilmişdir ki, cavabdeh İddiaçı1 13 avqust 2010-cu il tarixli müqavilə üzrə ödədiyi yeni müqavilədə 26640 manat ilkin ödəniş kimi nəzərə alınmış və hər kvadrat metrə görə əlavə 100 manat da hesablanmaqla, onun 88,8 kvadrat metr sahəsi olan mənzilə görə əlavə 8880 manat borcu qalmışdır. xx.xx.2016-cı il tarixli, 131 nömrəli yeni şərtlərlə İddiaçı1 Müseyib oğlu ilə "xxxx" MTK arasında bağlanmış müqavilə tərəflərin tam iradəsinə uyğun olmaqla özlüyündə əhəmiyyətsiz əqd deyildir. Buna görə həmin müqavilənin mübahisələndirilərək etibarsız hesab edilməsi tələbi müqavilə tərəflərinə aid məsələdir.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı2 qeyd olunan müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası əsassızdır, birinci instansiya məhkəməsi həmin h issədə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, iş materiallarına əsasən mübahisələndirilən mənzil üzrə İddiaçı2 tərəfindən aparılan təmir işləri mənzil mübahisəsi ilə əlaqədar dayandırılmış, həmin mənzil İddiaçı2 mülkiyyətinə verilməmişdir. İddiaçı1 Müseyib oğlu ilə mənzilə dair müqavilə daha əvvəl bağlanıldığına görə İddiaçı2 iddia tələbi digər hissədə də təmin olunmamalıdır. Bununla əlaqədar İddiaçı2 "xxxx" MTK və onun vəzifəli şəxslərindən vurulmuş ziyanın qaytarılmasını, həmçinin İddiaçı1 mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsini tələb edə bilər.
46. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 385.1.1, 384.0.1, 384.0.2 və 452.1-ci maddələsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı2 (Vəkil4) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 mənzilin dəyərini "xxxx" MTK-ya tam həcmdə ödədiyinə görə həmin mənzilə sahiblik və istifadə hüququnu əldə etmiş, yaşayış binası dövlət tərəfindən istismara qəbul edilmədiyinə görə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Burada həmçinin şəxsin tam həcmdə gözlənilən mülkiyyət hüququnun elementləri mövcuddur. Sonradan məlum olmuşdur ki, həmin mənzilə di gər əsaslarla başqa bir şəxs də iddialıdır və bu əsasda məhkəmə mübahisəsi yaranmışdır. Ali Məhkəmənin müvafiq qərarı ilə apellyasiya məhkəməsinə iş üzrə icrası məcburi olan göstərişlər verilmiş, lakin apellyasiya instansiyası məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında göstərilən halları araşdırmamış, həmin hallara uyğun maddi hüquq normalarını tətbiq etməmiş və prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etirazın dəlilləri iş üzrə verdiyi izahatın dəlillərinə uyğundur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
50. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
51. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
55. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
56. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
57. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
61. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınması nı və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
62. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
63. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
64. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irə li sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı
65. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 tərəfindən qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Belə ki, İddiaçı2 iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin əqdlərin etibarsızlığından bəhs edən 14-cü fəslinin müddəaları təşkil edir.
78. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bild irilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
79. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu müddəalar əsasında araşdırmış və müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli, 131 nömrəli müqavilənin etibarsız sayılması üçün əsaslar yoxdur.
80. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
81. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Cavabdeh1 MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarlılığı barədə məsələ, həmin müqavilənin "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanm ış xx.xx.2010-cu il tarixli müqavilə ilə birlikdə təhlili əsasında həll olunmalıdır.
82. Çünki "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə indiki iddia üzrə mənzilin İddiaçı1 satılması barədə bağlanmışdı. Həmin müqavilə üzrə mənzilin dəyərinin İddiaçı1 tərəfindən tam ödənilməsi, lakin MMC tərəfindən öhdəliyin icra edilməməsi işin mübahisəsiz halıdır. xx.xx.2016-cı il tarixli maqavilə, xx.xx.2010-cu il tarixli müqavilə ilə sıx bağlı olub və onun tərkib hissəsinə çevrilib. MMC müqaviləni öz təqsiri üzündən icra etməmişdi və İddiaçı1 xöşməram göstərərək tikinti işlərini tamamlamaq üçün MTK-ya (ikinci müqavilə bağlananda artıq MMC-nin hüquq varisi kimi Cavabdeh1 MTK çıxış edirdi) əlavə ödəniş etməyi vəd etmiş və həmin ödənişin böyük hissəsini ödəmişdir. İddiaçı 1 bu davranışı Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipinə tam uyğundur. Bu halda həmin müqavilə üzrə şərtləşdirilən məbləğin az hissəsinin ödənilməməsi MTK-ya öhdəliyini icra etməkdən imtina etməyə əsas vermir.
83. İddiaçı1lə bağlanmış müqavilələrdə mənzilin mərtəbəsi və nömrəsinin fərqli olmasına istinadən irəli sürülən etiraz dəlilləri də əsassızdır. Çünki əvvəla xx.xx.2016-cı il tarixli müqavilə bağlanan zaman binanın 26 nömrəli mənzilinə dair başqa şəxslə müqavilə bağlanması müəyyən edilməyib. Bundan başqa, İddiaçı2la Cavabdeh1 MTK arasında olan müqavilə daha sonra - 19 iyun 2019-cu il tarixdə bağlanıb.
84. Həmçinin apelyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən mənzil üzrə İddiaçı2 tərəfindən aparılan təmir işləri mənzil mübahisəsi ilə əla qədar dayandırılmış, həmin mənzil İddiaçı2 mülkiyyətinə verilməmişdir.
85. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırma ilə razılaşır.
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
87. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.