Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1472/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin alçaldılması, mənəvi ziyan, pulun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı məlumatların təkzib edilməsi, şərəf və ləyaqətə, o cümlədən, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şə ki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1136/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 2021-ci ilin may ayında tanış olmuşlar. İddiaçı cavabdehə 2500 manat borc verdiyini iddia edərək pulu və iki ədəd üzüyü tələb etməyə başlamış və Cavabdeh üzükləri və 2500 manat pulu ona qaytarmadığı üçün İddiaçı Cavabdeh, onun qardaşına SMS-lər yazaraq pulu və üzükləri tələb etmiş, həmin SMS mətnlərində Cavabdeh barəsində axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun və s. kimi sözlər işlətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi kimi 2500 manat pulun, biri gümüş və digəri qızıl olmaqla iki ədəd üzüyün, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1.500 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri 2021ci ilin may ayına təsadüf edir. Belə ki, tanış olduğu müddətdə niyyəti cavabdehi yaxından tanımaq və onunla ailə həyatı qurmaq olmuşdur. Tanış olduğu müddət ərzində cavabdeh dəfələrlə ona bəzi problemlərinin olduğunu bildirmiş və o problemlərin həlli üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu demişdir. Hətta ondan borc pul istəmişdir. Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında 1000 manat və ardınca da 1500 manat borc pul istəmişdir. Həmin pulu istəyəndə ona bildirmişdir ki, iş yerində audit yoxlaması gedir və 1000 manat ona verməlidir. 1500 manat isə öz şəxsi ehtiyacı üçün lazımdır. Etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı vermişdir. Pulu aldıqdan sonra cavabdeh ona “votsap” mesenceri vasitəsi ilə təşəkkür sms-i yazmış və həmin pulları aldığına dair etiraf edici şəkil çəkərək göndərmişdir. Bundan bir müddət sonra yenə də cavabdehi görmək üçün Zaqatala rayonuna yola düşmüş (hər zaman orada görüşmüşlər) və görüş zamanı 1 gümüş və 1 qızıl üzüyü ona göstərmişdir. Cav abdeh ona bildirmişdir ki, “mənə inam və güvənin varsa ver üzükləri saxlayım, onsuz da ailə quracağıq”. O, da razılaşıb üzükləri onda saxlamışdır. Üzükləri cavabdehə verdikdən sonra təxminən 2021-ci ilin avqust ayında cavabdeh onu bütün telefonlarda qara siyahıya salmış və onunla olan bütün əlaqəsini kəsmişdir. Belə olan halda cavabdehi axtarmağa başlamış və Balakən rayonunda onun işlədiyi yerə getdiyi zaman ona bildirmişlər ki, 10 günlük işdən icazə alıb. Sonra bu barədə onun qardaş və qohumlarına məlumat vermişdir. Qardaşı bu halı təkzib etmiş və bildirmişdir ki, yalan deyirsən “bacım səndən pul almayıb”, lakin o, telefonda olan sms və şəkilləri qardaşına göstərdikdən sonra məcbur qalıb razılaşmışdır. Cavabdeh 2021-ci ilin sentyabr ayında pulu almaq üçün onu Balakənə dəvət etmiş və bildi rmişdir ki, “gəl pulu və üzükləri götür”. Dediyi ünvana Balakən rayonunda olan Parka getmiş və cavabdehin ora gəlmədiyini görüb, cavabdeh tərəfindən aldadıldığını bilib geri qayıtmışdır. Bundan başqa cavabdeh onun barəsində şər və böhtan xarakterli şikayətlə Balakən rayon Polis İdarəsinə müraciət etmişdir. Onun barəsində rüsvayedici məlumatları yayılmasına dair cavabdeh tərəfindən edilmiş şikayət araşdırılmış və Balakən RPİ-nin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. O, isə öz növbəsində Zaqatala rayon Polis İdarəsinə pulun alınması ilə bağlı şikayət etmişdir. Polis İdarəsində araşdırma zamanı cavabdehin izahatı alınmış və cavabdeh ondan 2500 manat nəğd pulu və iki ədəd, dəyəri 1500 manat olan üzükləri aldığını etiraf etmişdir. Zaqatala rayon Polis İdarəsinin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş məsələ mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Özü 2-ci qrup hərbi əlildir və hazırda heç bir yerdə işləmir. Cavabdeh maddi zərərin əvəzi kimi 2500 manat pul, biri gümüş və digəri qızıl olmaqla iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat pul tutularaq ona ödənilməlidir.
4. Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(019)-408/2022 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi “iki ədəd üzük, üzüklərin qaytarılması mümkü n olmadıqda onların dəyəri olan 1500 manat pul tələbinə aid hissədə baxılmamış saxlanmışdır.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi X2 bildirdiyi “iddiaçının cavabdehdən 3 aylıq hamilə olması, iddiaçının həmin uşağı aldırması, ona 2500 manat pul və nişan üzüyü verməsi, iddiaçının, biabır olacağı foto və video görüntülərin mövcud olması, Balakən rayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin direktoru X3 bildirdiyi “iddiaçıya aid şəkillərin yanacaqdoldurma məntəqəsinin bütün işçilərinə göstərərək onu biabır edəcəyi barədə məlumatlar”ın İddiaçı tərəfindən həmin şəxslərə, habelə iddiaçının iş koİlektivinə eyni qaydada müraciət edilməklə təkzib edilməsi, iddiaçı Cavabdeh şərəf və ləyaqətinə, o cümlədən, işgüzar nüfuzuna vurulmuş mənəvi zərərin, əvəzi olaraq 5.000 (beş min) manat pulun, qarşılıqlı iddianın irəli sürülməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki,Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzində arxiv işçisi vəzifəsində işləyir. 2021-ci ilin avqust ayının ortalarında İddiaçı onun işlədiyi Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi X1 qəbuluna gələrək bildirmişdir ki, o, İsmayıldan 3 aylıq hamilədir. Hüsniyyə uşağı aldırdığı üçün onu bağışlamır. Ona verdiyi 2500 manat pulu və nişan üzüyünü ond an tələb edir. İddiaçı işdən azad olunmalıdır, əks təqdirdə, onun barəsində olan foto və video görüntüləri Təhsil Nazirliyinə təqdim edəcəkdir. Cavabdeh daha sonra, mərkəzin rəisi X2 (055)738-78-06 mobil nömrə ilə zəng edərkən rəis tərəfindən ona “Hüsniyyənin ondan, pul almadığı” bildirildikdən sonra qeyd etmişdir ki, “günah- məndən getdi. Hüsniyyə barədə bütün görüntüləri Təhsil Nazirliyinə təqdim edəcəkdir. Cavabdeh 21 avqust 2021-cl il tarixdə onun qardaşı Zöhrabın işləmiş olduğu “Azpetrol” yanacaqdoldurma məntəqəsinin direktoru X3 (055)738-78-06 və (055) ***-**-** mobil nömrə ilə direktorun istifadəsində olan (050)388-43-13 mobil nömrəyə mesaj yazaraq bildirmişdir ki, “Zöhrab direktor tərəfindən işdən azad olunmayacağı halda, Zöhrabın iş yerinə gələrək bacısı Hüsniyyəyə aid şəkilləri b ütün işçilərə göstərəcək və Zöhrabı biabır edəcəkdir.” Yuxarıda qeyd olunan xüsusatlar Balakən RPŞ-nin İB-nin 21 oktyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış, qərarla cavabdeh tərəfindən qeyd edilən məlumatların həqiqətə uyğun olmaması, müəyyən edilmişdir.Göründüyü kimi, cavabdeh iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları üçüncü şəxslərə yaymış, həmin məlumatların doğru olması öz təsdiqini tapmamışdır, İddiaçı barədə cavabdeh tərəfindən bildirilmiş, məlumatlar əxlaqi prinsiplərə zidd olmuş, ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi fikir yaratmışdır. Həmin məlumatlar həqiqətə uyğun, olmamış, yalan olmuşdur. Nəticədə, iddiaçı mənəvi sarsıntı keçirmiş, onun işgüzar nüfuzuna ziyan dəymiş, iş kollektivi arasında onun barəsində mənfi rəy formalaşmış, habelə cəmiyyət arasında da əsassız olaraq qınaq obyektinə çevrilmişdir, İddiaçı, şərəf və ləyaqətinə, o cümlədən, işgüzar nüfuzuna vurulmuş mənəvi zərəri simvolik olaraq 5000 manat dəyərində qiymətləndirir.Bu səbəbdən də, o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Məhkəmə iclasında İddiaçı təqdim etdiyi DVD diskinə baxış keçirilərkən müəyyən edildi ki, 23 avqust 2021-ci ildə Cavabdeh İddiaçı səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsini bildirmişdir. Cavabdeh məhkəmə iclasında həmin səs yazısının özünə məxsus olduğunu etiraf etdi.
8. Diskdə həmçinin İddiaçı Cavabdeh qızı ilə görüntüləri və Cavabdeh pul götürmək üçün "xxxx" ASC-yə getməsi barədə görüntülər vardır.
9. Məhkəmə iclasında Cavabdeh təqdim etdiyi DVD disk inə baxış keçirilərkən müəyyən edildi ki, İddiaçı Cavabdeh “Hüsniyə mənə aid olanları–hər iki üzüyü və məndən aldığın pulu göndər. Yoxsa sabah mən bilirəm sənə neyniyəcəyəm, axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun. və s məzmunlu SMS-lər göndərmiş, həmin oxşar məzmunlu SMS-ləri onun qardaşına göndərmişdir
10. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 14 iyul 2022-ci il tarixli, e2(019)-408/2022 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, Cavabdeh borca görə 2500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 23,76 manatın alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı mənəvi zərərə görə 500 manat və dövlət rüsumu xərcinə görə 7 manatın alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməmə si qət edilmişdir.
11. Məhkəmə işin hallarını, İddiaçı Cavabdeh 2500 manat borc pul verməsini, sonuncunun səs yazısı ilə bu faktın təsdiq edilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, ilk iddia tələbi 2.500 manat borc pul tələbinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
12. Mənəvi zərərin ödənməsi ilə bağlı ilk və qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
13. Məhkəmə qe yd etmişdir ki, İddiaçı Cavabdeh ona mənəvi zərər vurduğunu iddia etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
14. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh özünə və qardaşına göndərdiyi SMS mətnlərində, müxtəlif şəxslərin yanında onun barəsində axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun və s. kimi sözlər işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır.
15. Məhkəmə iddiaçı tərəfindən cavabdehin şərəf və ləyaqətinin alçaldan sözlərin işlədilməsini, eyni zamanda cavabdehin iddiaçıya olan pul borcunu qaytarmadığı üçün iddiaçının bu sözləri işlətməsini nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli,mənəvi zərərə görə İddiaçı 500 manat alınıb Cavabdeh ve rilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 442, 445, 448, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddianın bütünlükdə rədd edilməsi, qarşılıqlı iddianın “qar şılıqlı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” hissəsinin rədd edilməsinə münasibətdə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının iddia etdiyi kimi 1000 və 1500 manat pul vəsaitinin borc verilməsinə dair tərəflər arasında şifahi və ya yazılı formada razılaşma mövcud olmamış, qarşılıqlı iddia irəli sürərkən, eləcə də polis orqanları tərəfindən araşdırma aparılarkən cavabdeh iddiaçıdan 2500 manat pul vəsaitini almasını etiraf etməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi D VD diskdə Cavabdeh ona səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsini bildirmiş, Cavabdeh məhkəmə iclasında həmin səs yazısının özünə məxsus olduğunu etiraf etmişdir. Diskdə həmçinin İddiaçı Cavabdeh qızı ilə görüntüləri və Cavabdeh pul götürmək üçün "xxxx" ASC-yə getməsi barədə görüntülər vardır. Bu zaman məhkəmə nəzərə almamışdır ki, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı ərizəsində göstərmişdir ki, “Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında cavabdeh ondan 1000 manat və ardınca da 1500 manat borc pul istəmiş, o, buna etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı cavabdehə vermişdir. Göründüyü kimi, iddiaçı tərəflər arasında yaranmış hüquq münasibətinin, yəni borca dair şifahi razılaşmanın Zaqatala rayonundakı “Zaqatala Otel”- də verməsini iddia etsə də, daha sonra pulun cavabdeh tərəfindən alınmasının sübutu kimi məhkəməyə video görüntü təqdim etmiş, "xxxx" ASC-dən pulun alındığını iddia etmişdir. Halbuki, iddiaçının əldə etmiş olduğu 01 yanvar 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixləri əks etdirən hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh həmin müddət ərzində "xxxx" ASC-də olan hesabından yalnız əmək haqqı almış, onun hesabına iddiaçının iddia etdiyi kimi, 1000 manat, ardınca 1500 manat pul vəsaiti köçürülməmişdir.
19. Göründüyü kimi, tərəflər arasında 2500 manat borcun verilməsinə dair istər yazılı, istərsə də şifahi razılıq mövcud olmamış, cavabdehin iddiaçı qarşısında hər hansı borc öhdəliyi yaranmamışdır.
20. İlk iddia üzrə iddiaçı tərəfindən cavabdehin şərəf və ləyaqəti ləkələnmiş, həmin məlumatlar doğru olmamış və yayılmışdır. İşə baxan birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, həmin məlumatların təkzib edilməsi hissədə qarşılıqlı iddianı təmin etməmiş, ümumiyyətlə həmin tələbə qiymət verməmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 2500 manat pul vəsaitinin verilməsi nəticəsinə gəlinsə də, pulun harada, nə vaxt cavabdehə verilməsi araşdırılmamış, həmin vəsaitin "xxxx" ASC vasitəsi ilə cavabdeh tərəfindən alınıb-alınmaması araşdırılmamış, hesabdan çıxarışla bu hal bir daha təkzib olunmuşdur.
22. İddiaçı tərəfindən cavabdehə 2500 manat pul vəsaitinin verilməsi, həmin vəsatin vəd olunan vaxtda cavabdeh tərəfindən qaytarılmaması sübuta yetirilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud olmamışdır.
23. Məhkəmə cavabdehin "xxxx" ASC-də pulun alınmasını əks etdirən görüntülərin mövcudluğuna istinad etsə də, bu işin hallarına uyğun olmamış, hesabdan çıxarışla iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaitinin köçürülməsi və ya ödənilməsi öz təsdiqini tapmamışdır.
24. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə "xxxx" ASCdə olan hesabından çıxarışın təqdim edilməsi mümkün olmamış, bunun təqdim edilə bilməməsinə səbəb məhkəmə tərəfindən ona zəruri şəraitin yaradılmaması, iş üzrə yekun məhkəmə aktının çıxarılması olmuşdur.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) 2(107)-1136/2022 nömrəli, 23 noya br 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk iddiası həmin – 1500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində rədd edilmiş,qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
27. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının 2500 manat pul tələbinə dair hissəsini təmin edərkən İddiaçı təqdim etdiyi DVD diskində olanları, həmin diskdə olan səs yazısını Cavabdeh məhkəmə iclasında özünə məxsus olduğunu etiraf etdiyindən, sübut kimi qəbul etmişdir. Həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 avqust 2021ci ildə Cavabdeh İddiaçı səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsi ni bildirmişdir.
28. Apellyasiya qaydasında işə baxılarkən həmin diskə baxış keçirilmiş və diskdəki yazının “sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsi” məlumatları ilə bitmədiyi müəyyən edilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya yuxarıdakı cümlənin davamı olaraq “sən də gözümün qabağında şəkilləri də, videoları da silərsən. Çünki mən sənə keçən dəfə 500 manat göndərdim, sən silmədin” sözlərini də deyir.
29. Göründüyü kimi, cavabdeh iddiaçıya 2500 manat pulu və üzüyü borc kimi aldığı pul kimi deyil, şəkillərin və videoların silinməsinin qarşılığı olaraq şərtlə verəcəyini bildirmişdir.
30. Cavabdeh özü də həmin səs yazısına münasibət bildirərkən qeyd etmişdir ki, həmin səs yazıları ona məxsusdur. İddiaçı ilə danışarkən məqsədi onu pulu vermək adı ilə Balakən şəhərinə gətirtmək və orada barəsində yaydığı məlumatlara görə, tutulmasını təmin etmək olmuşdur. Əslində o, İsmayıldan hər hansı bir pul borc almamışdır.
31. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan əvvəlcə 1000 manat borc almadığı ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı mülki işin materiallarında olan SMS yazıları, fotoşəkillər və tərəflərin izahatları ilə cavabdehin iddiaçıdan 1000 manat pul aldığı sübuta yetirilmişdir. İddiaçı həmin pulu cavabdehə borc kimi verdiyini bildirmişdir. Cavabdeh həmin halların əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin daha sonra iddiaçıdan əlavə olaraq əvvəlki borcunu qaytarmadan 1500 manat da borc alması iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir sübutla təsdiq edilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin iddiaçıdan 1500 manat borc almaması ilə bağlı dəlilləri məhkəmə tərəfindən inandırıcı qəbul edilir.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı heç bir halda Cavabdeh bank vasitəsilə, o cümlədən "xxxx" vasitəsilə pul göndərdiyini bildirməmişdir. O, iddia ərizəsində göstərmişdir ki, “tanış olduğu müddət ərzində cavabdeh dəfələrlə ona bəzi problemlərinin olduğunu bildirmiş və o problemlərin həlli üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu demişdir. Hətta ondan borc pul istəmişdir. Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında 1000 manat və ardınca da 1500 manat borc pul istəmişdir. Həmin pulu istəyəndə ona bild irmişdir ki, iş yerində audit yoxlaması gedir və 1000 manat ona verməlidir. 1500 manat isə öz şəxsi ehtiyacı üçün lazımdır. Etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı vermişdir.” Bu hallar onu göstərir ki, cavabdehin apellyasiya şiakyətinin bu bəndləri üzrə göstərilən dəlilləri əsassızdır.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 28-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının yaydığı məlumatları eyni qaydada təkzib etməsi təkzib yox, əksinə həmin məlumatları yenidən yaymaqla nəticələnə bilər. Həmçinin, iddiaçı məlumatları yayarkən eyni zamanda həmin məlumatlar və onları yaydığı dairə barədə məlumatları cavabdehə çatdırmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiasını qismən də olsa təmin etməklə, iddiaçı tərəfindən cavabdehə mənəvi ziyan vurulmasını təsdiq etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdehə mənəvi ziyan vurması ilə razılaşmışdır.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi hər iki iddianın qismən təmin edilməsini qət etməklə ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk iddiası həmin – 1500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739, 740, 1096, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23 noyabr 2022-ci il tarixli, 2(107)-1136/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməsi hissədə, qarşılıqlı iddianın “qarşılıq lı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” hissəsinin rədd edilməsinə münasibətdə ləğv edilməsini, mülki iş qeyd olunan hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 1.000 manat pul vəsaitinin sonuncuya borc olaraq verilməsinə dair tərəflər arasında şifahi və ya yazılı formada razılaşma mövcud olmamış, iddiaçı tərəf belə bir razılaşmanın olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında istər yazılı, istərsə də şifahi razılıq mövcud olmadığından cavabdehin iddiaçı qarşısında hər hansı borc öhdəliyi yaranmamışdır. Nəticədə, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739 və 740-cı maddələrinin tələbləri düzgün tətbiq olunmamış, mülki qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsaslar mövcud olmadığı halda tərəflər arasında öhdəlik münasibətlərinin olması qənaətinə gəlinmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən cavabdehin şərəf və ləyaqətinin alçaldılması təsdiq olunsa da, cavabdehin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təmin edilməmiş, həmin məlumatların təkzib edilməsi hissəsində apellyasiya şikayəti təmin edilməməklə Konstitusiyanın 46-cı və Mülki Məcəllənin 23-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəf cavabdehin onun qarşısında borc öhdəliyinin yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellya siya instansiya məhkəməsi bu hala qiymət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdeh barəsində yayılan məlumatların yalan məlumat olması qənaətinə gəlsə də, həmin məlumatların təkzib edilməsi hissəsində şikayəti təmin etməyərək məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
39. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə mar ağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı
40. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-c i il tarixli qərarı
41. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizl iyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkə n şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ilk iddianın təmin edilməsi hissəsində, qarşılıqlı iddianın “qarşılıqlı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” hissəsinin rədd edilməsi hissəsində mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli ayrıca qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(107)-1136/2022 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə hazırkı iş üzrə 27 fevral 2023-cü il tarixli qərardadı kassasiya şikayətinin ilk iddianın təmin olunmuş hissəsinin mübahisələndirilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə kassasiya baxışından çıxarıl ması və apellyasiya məhkəməsinə qaytarılması qərara alındığından, apellyasiya instansiyası məhkəməsinin aktı qarşılıqlı iddianın “qarşılıqlı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” tələbinin rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.
51. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsi üzrə göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Belə ki apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının yaydığı məlumatları eyni qaydada təkzib etməsi təkzib yox, əksinə həmin məlumatları yenidən yaymaqla nəticələnə bilər. Həmçinin, iddiaçı məlumatları yayarkən eyni zamanda həmin məlumatlar və onları yaydığı dairə barədə məlumatları cavabdehə çat dırmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiasını qismən də olsa təmin etməklə, iddiaçı tərəfindən cavabdehə mənəvi ziyan vurulmasını təsdiq etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdehə mənəvi ziyan vurması ilə razılaşmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(107)1136/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.