Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1475/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: işin məhkəmə aidiyyəti, kommersiya məhkəməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(106)-496/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçi lik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir.
2. Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia tələbi təmin edilmiş, Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə qaytarılması, İddiaçı Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin a lınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli 2(106)-496/2025 nömrəli qərardadı ilə (hakimlər: Cahid İmanov-sədrlik edən və məruzəçi, Tale Kərimov və Qasım Əliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)522/2024 saylı qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhk əməsinə göndərilmişdir.
5. Məhkəmə tərkibi qeyd etmişdir ki, tərəflər vergi ödəyicisi olan fiziki şəxs statusuna malikdir və hazırkı mübahisənin predmeti bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə ilə bağlıdır.
6. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
7. Məhkəmə qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 32.7, 365, 387, 402-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən həmin məhkəməyə apellyasiya baxışına qaytarılmasını xahiş etmiş dir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hər iki tərəfin sahibkar olmasını, yəni işdə iştirak edən şəxslərin subyektiv tərkibini nəzərə alsa da, hüquq münasibətinin xarakterini və mübahisənin predmetini düzgün müəyyən etməmişdir. Şirvan Apellyasiya Məhkəməsi mübahisə predmetinin sahibkarlıq fəaliyyətindən irəli gələn məsələ olması qənaətinə gəlsə də, işin mahiyyətindən görünür ki, iddiaçı yalnız icarə müqaviləsi əsasında icarəyə verdiyi qeyri-yaşayış obyekti üzrə mülkiyyət hüququnu həyata keçirmək istəyərkən cavabdeh tərəfindən yaradılan maneə nəticəsində hüququnun müdafiəsi üçün iddia qaldırmışdır. Yəni iddiaçının VÖEN-i olsa da, iddia tələbi onun sahibkarlıq fəaliyyətindən irəli gəlməmiş, əşya hüquqlarının müdafiəsi ilə bağlı olmaqla sahibkarlıq fəal iyyəti ilə heç bir əlaqəsi yoxdur.
10. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, MülkiProsessual Məcəllənin 24.2, 26.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə
62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanu nlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
14. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
15. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
16. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
17. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
18. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
19. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
20. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
21. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
22. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı
24. Bənd
3. İddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmə də baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşma yaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır.
25. Bənd
8. Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılma ması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub iş in məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar.
26. Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə
1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
31. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı onun Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsin ə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsi tələb edilmişdir. 32. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarına görə, İddiaçı (VÖEN **********2) və Cavabdeh (VÖEN **********) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir.
33. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, mübahisə qeyri-yaşayış sahəsi olaraq istifadə edilən mağazadan cavabdehin çıxarılması və edilən maneələrin aradan qaldırılması ilə bağlıdır.
34. Sözügedən iki hal öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci i l tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
36. Bu baxımdan, iddiaçının və cavabdehin mübahisənin pre dmeti ilə bağlı fəaliyyətləri, habelə həmin tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə əsas verir.
37. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 12-ci bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 14-cü bəndi) verilən izahlara zidd olduğu üçün, əsassızdır.
38. Beləliklə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şirvan Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-496/2025 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.