Məhkəmə qərarları › İş №2(102)-1476/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1476/2020

10.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1476/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov, iş № 2(060)-126/19) İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Sumqayıt şəhəri üzrə İ cra İdarəsi və “xxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov-sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov, iş № 2(105)-3318/19) İddiaçı apelyasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşi n halları: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili M.Bədəlov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdil. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil M.Bədəlovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılm alıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,tərəflər arasında borc münasibəti olmuş və yaranan məhkəmə mübahisəsinin nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin 06.06.2017-ci il tarixli, 2(060)-249/2017 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 34-cü məhəllə, 50-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 320 000 manat müəyyən edilmiş və qətnamənin həmin hissəsi Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı həmin əmlakın bazar dəyərinin daha yüksək müəyyən edilməli olduğunu əsas gətirərək məhkəmədə iddia q aldırmışdir. Hər şeydən əvvəl, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisəli əmlak Cavabdeh1 ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə t utmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi,əsas öhdəlik üzrəfaizlərin ödənilməməsi, müddətlərin ardıcıl olaraq iki dəfəpozulması ipoteka saxlayana ipoteka predmetinətutmanın yönəldilməsi hüququnu verir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə idd iaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı Bank ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindənmüəyyən edilir. Qeyd edildiyi kimi Sumqayıt Şəhər Məhkəməsinin 06.06.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər, 34-cü məhəllə, 50-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 320 000 manat müəyyən edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti ipoteka pre dmetinin ilkin satış qiyməti hissəsindətəmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki vəhüquqi şəxslər üçün məcburidir vəAzərbaycan Respublikasının bütünərazisində hökmən icra olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının bərpa edilmə əsaslarından biri də məhkəmə aktıdır. Məhkə mə aktı ilə bərpa edilmiş hüququn real icra edilməməsi, həmin məhkəmə aktı ilə bərpa edilən hüququ real deyil, xəyali bərpa etmiş olur. Bu isəşəxsin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasını qaçılmaz edir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, qeyd olunan əmlakın ilkin satış qiyməti artıq qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən, hazırkı halda həmin tələbin yenidən mübahisələndirilməsi yol verilməzdir və heç bir hüquqi əsası yoxdur. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd olunması barədə nəticəyə gəlsə də, qətnamənin nəticə hissəsində iddia tələbinin həcmini düzgün göstərməyərək tələbdən kənara çıxmış və nəticədə dü zgün olmayan qətnamə qəbul edilmişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə qeyd olunan bu pozuntu iddianın təmin edilməsi üçün əsas vermir. Apelyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.1, 387.1-ci maddələrini rəhbər tutaraq qətnaməni ləğv etmiş və iddianın rədd olunması barədə yeni qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut et mə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş dir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdi q edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən sübutları qiymətləndirilməsi ilə bağlı qanunun yuxarıda göstərilən tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya ş ikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 13 sentyabr 2019-cu il tarixli, 2(105)-3318/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar