Məhkəmə qərarları › İş №2(102)-1477/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1477/2021

05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2021 05.04.2021 ALİ MƏHKƏMƏ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti) iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1, üçüncü şəxs “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5220/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mir Cəlal küçəsi 5 saylı evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərrac nəticəsində cavabdeh tərəfindən verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci insta nsiya məhkəməsi) 2(009)-566/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5220/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov – sədrlik edən və məruzəçi, V.Sadıqov və F.Babayev) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı1 adından kassasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Həsənov – sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) İddiaçı1 adından verilmiş kassasiya şikayəti geri qaytarılmışd ır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin geri qaytarılmasını onunla əsaslandırmışdır ki, şikayət tərəfin adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı1 adından kassasiya şikayəti verilmiş, şikayət yalnız onun vəkili Vəkil tərəfindən imzalanmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə kassasiya şikayətini qaytararkən nəzərə almamışdır ki, həmin sənədin imzasız olması kassator tərəfindən burtaxılmış texniki səhvdir. Hazırkı halda kassator məhkəməyə təkrar müraciət etmək hüququndan texniki səhvə görə məhrum edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassator məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı, eləcə də cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhk əmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir (maddə 407.3). Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır (maddə 408.1.1). Bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya ins tansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər (maddə 408.5). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin 30.07.2020-ci il tarixli qətnaməsindən İddiaçı1 adından verilmiş kassasiya şikayəti yalnız Vəkil imzalamış, kassasiya şikayəti İddiaçı1 tərəfindən imzalanmamışdır. Habelə, Vəkil həmin iddiaçı tərəfindən şikayəti onun adından imzalamaq səlahiyyəti verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan a pelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, məhkəmənin istinad etdiyi əsasla kassasiya şikayətinin qaytarılması prosessual qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda bu hal məhkəməyə müraciət hüququndan məhrum etmə kimi qiymətləndirilə bilməz. Çünki MPM-in 408.5-ci maddəsinə əsasən şikayətin göstərilən əsasla geri qaytarılması şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququna mane olmur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5220/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar