Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1481/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: informasiya sorğusuna cavab verilməsi öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” t ələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6484/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi Cavabdehdur. Cavabdeh "xxxx" MMC-nin icraçı direktoru, "xxxx" MMC-nin isə direktorudur.
2. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi X1r.
3. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın) Aparatının rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ** ***** nömrəli inzibati xəta haqqında Protokola əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75, Baku.ws saytı vasitəsilə xx.xx.2022-ci il tarixdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulmaqla inzibati xəta törədilməsi müəyyən edilmiş, nəticədə Cavabdeh, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
4. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-2174/2022 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş əməli (informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə) törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)- 2052/2022 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı xx.xx.2023-cü il tarixli sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 006 nömrəli cavab məktubuna əsasən, bildirilmişdir ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04- də yayımlanan məqalənin müəllifi onların saytı deyil. Belə ki, xx.xx.2022-ci il tarixli sorğuya əlavə edilən və edilməyən bir çox saytlarda qeyd edilən başlıqda məqalə yayımlanmışdır. Başqa saytlarda yayımlanan, müəllifi onların saytı olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır. Bildirdikləri kimi, qeyd edilən məqalənin yayımlanması müəllifi onların saytı olmadığına görə dərc edilməsi üçün hər hansı bir məsul şəxs qərar verməmişdir. http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla hər hansı bir müqaviləsi olmamışdır. Qeyd edilən yazının müəllifi onlar olmadıqlarından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə hər hansı əks arqument təqdim olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh adına göndərdiyi 17 aprel 2022-ci il tarixli, 08 №-li, 31 avqust 2022-ci il tarixli 19 №-li, 3 mart 2023-cü il tarixli 02 №-li yazılı sorğularında verdiyi "xxxx" saytında 12 fevral 2022-ci ildə saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” şərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstər iməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla), 25 fevral 2023-cü il tarixli, 2 №-li yazılı sorğusuna cavab məktubunu imzalayan, adını, soyadını göstərməyən direktor vəzifəsini müvəqqəti icra edən şəxsin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? (Şəxsə hansı tarixdən hansı tarixədək "xxxx" MMC direktoru vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilməsi barədə əmrin (sərəncamın, qərarın, digər aidiyyəti sənədlərin) sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi və direktoru Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ömrünün 76-cı ilini yaşayır. Ali ixtisas təhsilli peşəkar jur nalist kimi kütləvi informasiya vasitələrində 56 il qüsursuz əmək fəaliyyəti göstərmişdir. Bu müddət ərzində vətəninə, dövlətinə ləyaqətlə xidmət etmiş, hazırda da missiyasını ictimai əsaslarla davam etdirir. İndiyədək heç bir ciddi qanun pozuntusuna yol verməmiş, kiminsə qanuni mənafeyinə toxunmamışdır. Barəsində həm mediada, həm də ictimaiyyət arasında yalnız müsbət rəy formalaşmışdır.
9. Bu il (2022-ci il) fevralın 12-də saat 12:04-də Cavabdeh sahibi və direktoru olduğu, Azərbaycan əhalisinin 99 faizinin mənasını başa düşmədiyi, özünün qeydiyyat sənədinə uyğun olmayan "xxxx" adlandırdığı və bu adla fəaliyyət göstərən onlayn media subyektində elə "xxxx"-in müəllifliyi ilə barəsində şərəf və ləyaqətinə zərbə vuran, heç bir konkret fakta söykənməyən, yazılış tərzi etik normalara sığmayan v ə fotoşəkili ilə müşaiyət olunan geniş bir dezinformasiya yayımlanmışdır. Dərhal 30-dan artıq sayt da bu dezinformasiyanı "xxxx"-ə istinadla olduğu kimi kopyalayaraq öz səhifəsində vermişdir. Bir sözlə, iddiaçının barəsində heç vaxt təsəvvür etmədiyi təşkil olunmuş qarayaxma kompaniyası baş vermişdir.
10. Həm bu dezinformasiyanın heç bir araşdırma aparılmadan qəfil ortaya çıxması və yayılması, həm də təcili şəkildə bu qədər başqa saytlarda tirajlanması peşəkar jurnalistika prinsiplərinə, “Media haqqında” Qanunun, digər qanunlarının tələblərinə tamamilə ziddir. "xxxx"-nin, eyni zamanda oradan köçürərək yayımlayan digər saytların bu hərəkətləri böhtandır, ağır cinayətdə suçlamadır, təhqirdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə yazı müəllifi və məsul re daktorlar üçün cinayət məsuliyyəti və mülki məsuliyyət yaradır.
11. Bu səbəbdən iddiaçı bu saytlar və onların rəhbərləri barədə qeydiyyatda olduqları rayonların məhkəmələrinə xüsusi ittiham qaydasında şikayətlər vermişdir. Lakin, bu şikayətlərinin icraata qəbulundan imtina edilmiş, səbəb kimi də iddiaçının həmin yazının müəllifinin və informasiyanı saytlarda yerləşdirən məsul əməkdaşının kimliyini dəqiq müəyyən etdikdən sonra həmin fiziki şəxslər barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verə bilməsi göstərilmişdir.
12. İddiaçı bu faktları müəyyən etmək üçün əvvəlcə həmin saytların, o cümlədən, dezinformasiyanın “episentri” "xxxx"-in direktoru Cavabdeh poçtla sorğu göndərmişdir. Sorğuda dezinformasiyanın saytdan dərhal çıxarılması və təkzib verilməsi tələbini də qoymuşdur. Sorğ u belə olmuşdur: "xxxx" İnformasiya Agentliyinin həmin yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir? (Dəqiq adı, soyadı, ata adı, ünvanı, əlaqə vasitələri göstərilməklə)
2. Həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir?
3. Bu yazının dərc olunmasına "xxxx" İnformasiya Agentliyinin hansı məsul əməkdaşı qərar vermişdir? (adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı).
13. Cavabdeh iddiaçının sorğusuna 26 aprel 2022-ci ildə aşağıdakı məzmunda (səhvlərə düzəliş edilmədən olduğu kimi göstərilir) cavab göndərmişdir: “BAKU.VVS xəbər portalına ünvanladığınız 08 saylı 17 aprel 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 34 və 36-cı maddələr inin tələblərinə müvafiq olaraq sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil”.
14. Digər saytların rəhbərləri hərəkətsizlik nümayiş etdirərək iddiaçının sorğusuna cavab verməmişlər, bəziləri isə xəbəri öz saytlarından dərhal silmişlər.
15. İddiaçı sorğusuna qanunvericiliyin tələblərinə uyğun cavab verilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə - Ombudsmana yazılı şikayət göndərmişdir. Bu müraciət əsasında yuxarıda qeyd edilən saytların rəhbərləri Ombudsman aparatına dəvət olunmuş, BAKU.WS istisna olmaqla, digər saytlar böhtan yazını səhifələrindən dərhal çıxarmışlar. Ombudsman aparatında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsaslan maqla inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas olduğundan inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, icraat çərçivəsində sorğu üzrə məsul vəzifəli şəxs olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh müəyyən edilmiş və sonuncunun barəsində inzibati xəta haqqında protokol (MN № 1202302) tərtib edilməklə müvafiq qaydada baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə təqsirli bilinməklə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə verdiyi apelly asiya şikayəti də təmin edilməmişdir.
16. Bu inzibati tənbehdən sonra Cavabdehun tutduğu əməldən peşman olacağı, saytında təkzib verərək sifarişli yazısı ilə iddiaçıya atdığı böhtandan peşman olacağı, ondan üzr istəyəcəyi ehtimalları da boşa çıxmışdır.
17. İddiaçı 29 sentyabr 2022-ci il tarixdə Cavabdeh poçtla eyni məzmunda 2-ci yazılı sorğu göndərmişdir. Cavabdeh qanunazidd cavab məktubu daha acınacaqlı olmuşdur. Burada Cavabdeh sorğunu qanunvericiliyin tələbləri səviyyəsində cavablandırmaq əvəzinə, tamamilə başqa, lüzumsuz mülahizələrini izah etmişdir. Cavabdehə 3-cü yazılı sorğusuna 3 mart 2023-cü ildə göndərilən “cavab” isə iddiaçını heyrətə gətirmişdir. Sayta imza edən, lakin adını, soyadını göstərməyən naməlum şəxs yazmışdır: “Sizin xx.xx.2023cü il tarixli sorğunuza cavab olaraq bild iririk ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-də (? E.İ.) yayımlanan qeyd etdiyiniz məqalənin müəllifi bizim sayt deyil”. Yazının altında müəllif yerində açıq-aşkar BAKU.WS yazılıb! Həm də yazı göstərilən tarixdə saat 15:04-də deyil, 12:04-də tirajlanmışdır.
18. BAKU.WS canlı insan deyil ki, qələm-kağız götürüb, yaxud kompüter arxasına keçib informasiya yazsın və onu saytda dərc etsin. İmza yerinə BAKU.WS yazılıbsa, deməli, bu yazını redaksiyanın rəhbərinin, yaxud onun səlahiyyət verdiyi digər əməkdaşının göstərişi ilə hansısa insan, müəllif yazmışdır. Bu müəllif heç bir halda redaksiya rəhbərinin tanımadığı, əlaqəsi olmadığı şəxs ola bilməz.
19. Cavabdeh və sonda onun adından sorğuya cavab verməyə səlahiyyət verdiyi naməlum şəxs tərəfindən imzalanan hər üç cavab bir-birini təkzib edir və iddiaçının sorğusunun düzgün, əsaslandırılmış cavablandırılmasını təmin etmir. İddiaçının cavabdehə göndərdiyi sorğular və cavablar, həmçinin Ombudsmanın məktubları, protokol, məhkəmə qərarları və digər sənədlər iddia ərizəsinə əlavə edildiyi üçün bu barədə geniş yazıb mətləbi uzatmaq istəmir. Sənədlər hər şeyi dəqiq göstərir və sübut edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və direktoru Cavabdeh “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun bütün müddəalarını bilərəkdən pozmuşdur.
20. İddiaçı tələbinin hüquqi əsas kimi Azərbaycan respublikası Konstitusiyasının 50ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 14, 15.7 və 24-cü maddələrinə istinad etmişdir.
21. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Nümayə ndə iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - Cavabdeh hal-hazırda işləmir, "xxxx" MMC-nin ona heç bir aidiyyəti yoxdur. Dərc olunmuş məlumatların çox hissəsi silinmişdir. "xxxx" saytında cavabdehin nə vəzifəsi daşıması bilinmir, o, orada heç bir vəzifə daşımır; - məlumat 60-a yaxın saytda dərc olunmuşdur. Sübut yoxdur ki, həmin məlumatı ilk olaraq onlar dərc etmişlər. Onlardan əvvəl həmin məlumat başqa saytda dərc edilmişdir. Sorğulara verilmiş cavablar iddiaçını qane etmirsə, bu, iddianın təmin olunmasına əsas deyil. Həmçinin ən pis halda belə informasiya sahibi fiziki şəxs deyil, məqalənin dərc olunduğu sayt ola bilər. Ona görə də cavabdeh düzgün seçilməmişdir. Cavabdehin iddiaçının sorğularına cavab vermək səlahiyyəti yoxdur; - həmçinin iddiaçının sorğularına tam əsaslan dırılmış cavablar verilmişdir. İnformasiyanın mənbəyi onlar deyillər, məlumatlar başqa saytdan götürülmüşdür. İnformasiyanın əsas mənbəyi barədə məhkəməyə sübut təqdim edə bilmir. Lakin, məqalə başqa saytda yayılmış, onların saytı həmin məlumatı avtomatik götürərək yayımlamışdır. İddiaçının iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq verilmişdir; - iddiaçı cavabdehin "xxxx"-in rəhbəri olması barədə məhkəməyə sübut təqdim etməmiş, sorğuya cavabda göstərilən "xxxx"-in direktoru Cavabdeh məhz hazırki cavabdehin olması müəyyənləşdirilməmişdir; - bununla belə, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, informasiya sorğusuna "xxxx" tərəfindən iki dəfə cavab verilmişdir. a) "xxxx"-in xx.xx.2022-ci il tarixli cavabından görünür ki, “Kütləvi informasiya vasitələri haqqında ” Azərbaycan Respublikası Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq iddiaçının sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil”. b) "xxxx"-in xx.xx.2023-cü il tarixli cavabından görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorgusuna cavab olaraq bildirmişlər ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-da yayımlanan geyd etdiyi məgalənin müəllifi onların saytı deyil; - belə ki, xx.xx.2022-ci il tarixində iddiaçının sorğusuna əlavə etdiyi və etmədiyi bir çox saytlarda qeyd edilən başlıqda məqalə yayımlanmışdır. Başqa saytlarda yayımlanan, müəllifi onların saytı olmayan məqalələr xüsusi program vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başqa saytda yerləşdirilir və yayımlanır. Bildirdikləri kimi, qeyd edilən məqalənin yayımlanmasının müəllifi onların saytı olmadığına görə dərc edilmasi üçün hər hansı bir məsul şəxs qərar verməmişdir; - http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla har hansı bir müqaviləsi olmamışdır. Qeyd edilən yazının müəllifi onlar olmadıqlarından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə iddiaçı tərəfindən hər hansi əks arqument təqdim olunmamışdir; - eyni zamanda iddiaçı məqalənin xx.xx.2022-ci il tarixdə saat 12.04-də yayımlanmasını qeyd edir, lakin saytdan görünür ki, məqalə xx.xx.2022-ci il tarixdə saat 15.04-də yayımlanmışdır. (link məhkəmə tərəfindən kopyalanaraq baxıl a bilər) https://baku.ws/sports/141375); - iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sorğuya əlavədən görünür ki, iddiaçı özü etiraf edir ki, bir çox saytlarda məqalə dərc olunmuş və silinmişdir. Digər saytların linklərinə girdikdə müəyyən olunur ki, qeyd edilən saytlarda dərc edilmə saatı "xxxx"-də dərc edilmə saatındən əvvəl baş vermişdir. Məsələn, həmin əlavədə olan “7times.az” saytında (https://7times.az/vezifeden-getmek-ucun-yarim-milyonu-sert-qoyaneldar-ismayilov-kimdir) olan yayımlamadan görünür ki, saytda məqalə xx.xx.2022-ci il tarixdə, saat 12.28-də dərc edilmişdir; - həmçinin informasiya sorğusuna cavab verilməsi və ya sorğuçunun istədiyi cavabın verilməməsi, belə bir cavabın verilməsi öhdəliyinin qoyulması barədə iddia verilməsi qanunvericilikdə nəzərdə tutulmamı şdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Göründüyü kimi bu barədə iddia deyil, şikayət verilməsi nəzərdə tutulmuşdur; - iş materiallarından görünür ki, iddiaçının sorğularına "xxxx" tərəfindən cavab verilmişdir. “İnformasiya əldə etmək haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda sorğunun icrasından imtina edir. Qanunun 21.2-ci maddəsinə görə, sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə, informasiya sa hibi sorğunun icrasından imtina edə bilər; - adı çəkilən Qanunun 27-ci maddəsinə görə isə, informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə və informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır; - Cavabdeh "xxxx"-in rəhbər şəxsi olmasa belə, hüquqi nöqteyi nəzərdən hazırki iddia ərizəsi üzrə "xxxx" informasiya sahibi hesab edilə bilməz; - “İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə görə, bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. Adı çəkilən Qanunun 21.2.2-ci maddəsinə görə isə, bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3- cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə, informasiya sahibi sorğunun icrasından imtina edə bilər; - "xxxx" “İnformasiya əldə etmək haqqında” Qanunun məqsədləri baxımından informasiya sahibi hesa b edilə bilməz, bu səbəblə də, həmin Qanuna istinadən onun üzərinə müxtəlif suallara cavab verilməsi vəzifəsinin qoyulması yolverilməzdir; - iş materiallarına əlavə edilmiş informasiya sorğularından görünür ki, iddiaçı informasiya sorğularına şəxsiyyətini təsdiq edən sənədi də əlavə etməmişdir. “İnformasiya əldə etmək haqqında” Qanununa görə informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; sorğuçun un hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda (21.1-ci maddə); - iddiaçının informasiya sorğusuna "xxxx" tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun olaraq cavab verildiyi üçün "xxxx" tərəfindən qanunsuz hərəkətsizliyə yol verilməmiş və iddiaçının hüquq və azadlıqları pozulmamışdır. Bu səbəbə görə iddia rədd edilməlidir; - qeyd edilməlidir ki, informasiya sorğusuna göndərilən cavabın iddiaçı tərəfindən alınmaması və həmin cavabda göstərilən məlumatların iddiaçını qane etməməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, informasiya sorğusuna göndərilən cavabın sorğuçu tərəfindən alınıb-alınmaması üçün informasiya sahibi məsuliyyət daşımır. Eyni zamanda həmin cavabda göstərilən məlumatların məzmunu hazırki mübahisənin pred metini təşkil etmir.
22. Birinci instansiya məhkəməsi iddiaçıya Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsi təklif etmiş, iddiaçı buna razı olmamışdır.
23. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1673/2023 nömrəli iş üzrə 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlham Cəfərzadə)
24. Birinci instansiya məhkəməsi “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarına istinadən göstərmişdir ki, informasiya sahibi - dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslərdir. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hə r kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır.
25. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini nəzərə alaraq, həmçinin hesab etmişdir ki, Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs olmadığından iddianın təmin edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
27. İddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı barəsində "xxxx" informasiya saytında “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” adlı məqalə paylaşılmış, iddiaçı həmin məqalənin müəllifi, həmin yazının "xxxx" saytında dərc olunmasına qərar vermiş məsul əməkdaşı barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu vermiş, lakin onun sorğusuna cavab verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi və direktoru olduğundan verilmiş sorğuya cavab da onun tərəfindən verilməlidir.
28. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaya və işin müəyyən edilmiş hallarına əsasən iddiaçı barəsində məlumat "xxxx" informasiya saytı nda paylaşılmışdır. Yəni, informasiya sahibi "xxxx" MMC-dir. "xxxx" MMC-nin qanuni təmsilçisi X2, direktoru isə Cavabdehdur. Göründüyü kimi iş üzrə cavabdeh informasiya sahibi deyil, o, informasiya sahibində rəhbər vəzifəsində çalışan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh, iddiaçı tərəfindən tələb olunan məlumatla bağlı informasiya sahibi olmadığından hazırki iddiaya cavab verməli şəxs kimi qəbul edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada informasiyanın verilməsi öhdəliyinin onun üzərinə qoyulması qanuna uyğun deyil. O, qanunvericiliyə əsasən yalnız informasiya sahibi tərəfindən sorğu edilən informasiyanın sorğuçuya verilməli olduğu halda bu funksiyanın yerinə yetirilməməsinə görə rəhbər vəzifəli şəxs kimi məsuliyyət daşıyan şəxsdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 50-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.2, 2.3, 2.4, 3.0.5, 9.1.1, 9.1.2, 9.2, 10.1, 10.2, 10.3, 11-ci, Mülki Prosessual Məcəllənin 14.2, 50.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun məzmunda əsaslandırılıb və əlavə olaraq göstərilib ki, cavabdehə göndərdiyi sorğular və cavablar, həmçinin Ombudsmanın məktubları, inzibati protokol, məhkəmə qərarları və digər sənədlər birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. Sənədlər hər şeyi dəqiq göstə rir və sübut edir. İnformasiya əldə etmə hüququ dünyanın bütün sivil demokratik dövlətlərinin konstitusiyalarında, həmçinin insan hüquqları üzrə beynəlxalq konvensiyalarda, BMT və Avropa İttifaqı sənədlərində mühüm bəşəri dəyər kimi təsbit olunub. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində də dəyişilməz hüquqi dəyər kimi göstərilib, üstəlik, “İnformasiya əldə etmək haqqında” Qanunla hüquqi müstəvidə ciddi şəkildə qorunur. İddiaçı əvvəllər də dəfələrlə yazılı sorğusuna qanunvericiliyin tələbləri səviyyəsində əsaslandırılmış cavab verməyən, yaxud, ümumiyyətlə, hərəkətsizlik nümayiş etdirən nüfuzlu rəhbər dövlət orqanları, yüksək məmurlar, qanunsuz oliqarx hüquqi və fiziki şəxslər barədə inzibati və ümumi məhkəmələrdə iddia qaldırmış, bəzən səhhəti ilə əlaqədar işə iş tirakı olmadan baxılmasını xahiş etmişdir. İddialarının hamısı və əksəriyyəti də bir şifahi məhkəmə baxışı iclasında təmin olunub. Təkcə onun tələbi ilə hüquqi qüvvəyə minən bu qətnamə və qərarlar ölkədə bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşmasına sübutdur. İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman hər ilin yekununda öz fəaliyyəti, o cümlədən informasiya əldə edilməsi barədə qanunvericiliyin pozulmasına qarşı necə mübarizə apardığı barədə ölkənin ali qanunvericilik hakimiyyətinə – Milli Məclisə geniş hesabat verir. Lakin ilk dəfədir ki, Xəzər Rayon Məhkəməsi bu mövzüda iddia tələbini rədd edir. Burada geniş araşdırma tələb edən bir məsələ yoxdur. Cavabdeh sahibi və rəhbəri olduğu saytda iddiaçı barəsində, hər-hansı mövzuda informasiya verib. İddiaçı da həmin yazının müəllifinin kim liyi barədə cavabdehə yazılı informasiya sorğusu vermiş və materialı saytdan çıxarmasını ilk gündən xahiş etmişdir. Qarşı tərəf isə mütəmadi olaraq cavabdan yayınmış, informasiyanı isə saytdan çıxarmamışdır. Cavabdehin vəkili və nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazda qısaca 3 əsaslandırılmamış məsələ ortaya qoymuşdur: 1). İddiaçı cavabdehin "xxxx"-in rəhbəri olması barədə məhkəməyə sübut təqdim etməyib; 2) sorğuya cavabda göstərilən "xxxx"-in direktoru Cavabdeh məhz hazırki cavabdehin olması müəyyənləşdirilməyib; 3) iddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən informasiya sorğusuna "xxxx" tərəfindən iki dəfə cavab verilib; 4) yazının müəllifi onların sayt deyil; 5) başqa saytlarda yayımlanan, müəllifi onların saytın olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxi ləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır; 6) http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla hər hansı müqaviləsi olmamışdır; 7). qeyd edilən yazının müəllifi onlar olmadığından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə iddiaçı tərəfindən hər hansi əks arqument təqdim olunmamışdir; 8) iddiaçı məqalənin xx.xx.2022-ci il tarixdə saat 12.04-də yayımlanmasını qeyd etsə də, saytdan görünür ki, məqalə xx.xx.2022-ci il tarixdə saat 15.04-də yayımlanmışdır; 9) iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sorğuya əlavədən görünür ki, iddiaçı özü etiraf edir ki, bir çox saytlarda məqalə dərc olunub və silinib. Digər saytl arın linklərinə girdikdə müəyyən olunur ki, qeyd edilən saytlarda dərc edilmə saatı "xxxx"-də dərc edilmə saatından əvvəl baş vermişdir. Cavabdehin vəkilinin bu sadaladıqları “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Qanunlarının müddəalarına tamamilə ziddir. Cavabdeh "xxxx"-in rəhbəri və sahibidir. Buna dair faktlar: Cavabdeh həyatı, təhsili, məşğuliyyəti, işi, tərcümeyi-halı, nəhayət, "xxxx"-i 40 ABŞ dollarına dostlarından necə satın aldığı, rəhbəri və sahibi olduğunu məhkəmə bu gün, xx.xx.2023-cü ildə saat 02:55-də (https://baku.ws/orkhanmamadov.html) yoxlaya bilər. Həmin səhifəni iddiaçı PrintScrean edərək, yəni monitordan olduğu kimi köçürərək apellyasiya şikayətinə əlavə etmişdir. İnzibati icraat çərçivəsində iddiaçının sorğusu üzrə məsul vəzifəli şəxs olaraq "xxxx" Məhdu d Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh müəyyən edilmiş və işdə olan Ombudsman tərəfindən göndərilən məktublar, inzibati protokol, qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarları var. Bu sənədlərdə şikayəti üzrə təqsirkar, məhz, vəzifəli şəxs Cavabdeh Əliəsgər oğlu müəyyən edilib. Bu işdə Cavabdeh təqsiri tam sübuta yetirilmişdir. Mülki Məcəllənin 82.3-cü maddəsi birmənalı olaraq tələb edir: “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Cavabdeh informasiya sorğusunu qanunvericiliyin tələbləri səviyyəsində cavablandırmadığından inzibati tənbeh də almışdır, lakin yenə qanunlara sayğısızlıq göstərməkdə davam edir. Məhkəmə də bu normanı sadalasa da yekunda nəzərə almamış, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulmasının qarşısını almaq əvəzinə iddia tələbini təmin etməməklə vətəndaş hüququnu pozanların tərəfində durmuşdur. Sorğu edilən informasiya informasiya sahibi yox idisə, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir. Bu sənədlərdə şikayəti üzrə təqsirkar, məhz, vəzifəli şəxs Cavabdeh Əliəsgər oğlu müəyyən edilib. Bu işdə onun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə işə düzgün hüquqi qiymət verməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməli idi. Lakin mötəbər sənədləri araşdırılmayıb və yanlış nəticəyə gəlinib.
32. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-6484/2023 nömrəli mülki iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh adına göndərdiyi 17 aprel 2022-ci il tarixli, 08 №-li, 31 avqust 2022-ci il tarixli 19 №-li, 3 mart 2023-cü il tarixli 02 №-li yazılı sorğularında verdiyi "xxxx" saytında 12 fevral 2022-ci ildə saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” şərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstəriməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla) 25 fevral 2023-cü il tarixli, 2 №-li yazılı sorğusuna cavab məktubunu imzalayan əvvəlkilərdən fərqli mövzuda “cavab” göndərən, məktubu imzalayan və adını, soyadını göstərməyən direktor vəzifəsini müvəqqəti icra edən şəxsin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? (Şəxsə hansı tarixdən hansı tarixədək "xxxx" MMC direktoru vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilməsi barədə əmrin (sərəncamın, qərarın, digər aidiyyəti sənədlərin) surətlərinin MMC rəhbərliyi tərəfindən təsdiq edilmiş surətlərini təqdim etməklə) suallarına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, tələb olunan sənədlərin təsdiqlənmiş surətl ərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh üzərinə qoyulmuşdur. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)
33. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin haqlı dəlillərinə və qanunvericilik iyerarxiyasına əsasən yalnız informasiya sahibi tərəfindən sorğu edilən informasiyanın sorğu verənə verilməli olduğu halda bu funksiyanın yerinə yetirilməməsinə görə rəhbər vəzifəli şəxs kimi cavabdeh məsuliyyət daşıyan şəxsdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati xəta törədilməsi müəyyən edilmiş vəzifəli şəxs - informasiya sahibinin rəhbəri olduğu cavabdeh müəyyən edilmişdir. Buna görə, başqa hal müəyyən edilmədiyindən, informasiya verilməsi məsuliyyəti (vəzifəsi) informasiya sahibinin rəhbəri vəzifəsini həyata keçirən cavabdehin (dəyişdirildiyi təqdirdə onu əvəz edən şəxsin) üzərinə düşür.
34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tələb üzrə bilavasitə hüquqi şəxsin üzərinə düşən cavabdehlik mülki qanunvericiliyin ümumi norma tələblərindən irəli gəlsə də, onu inkişaf etdirən xüsusi norma və yeni normativ hüquqi aktın (“İnformasiya əldə etmək haqqında” Qanunun) tələbləri hüquqi şəxsin müəyyən etdiyi vəzifəli şəxsinin, o cümlədən (informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması halında) onun rəhbərinin mülki məsuliyyətini müəyyən etmişdir.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 50-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 3.0.5, 9.1.1, 9.1.2, 9.2, 10.1, 10.2, 10.3, 10.4.2, 11.1, 11.2, 11.3, 24.1-ci, Mülki Prosessual Məcəllənin 51.3 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki, informasiya sahibi "xxxx" MMC-dir. "xxxx" MMC-nin qanuni təmsilçisi X2, direktoru isə Cavabdehdur və o, "xxxx" MMC-də rəhbər vəzifəsində çalışan şəxsdir. Lakin iddia tələbindən də görünür ki, bütün proseslə r "xxxx" informasiya saytında baş vermiş, həmin saytın rəhbəri olduğu şəxs məhkəmə tərəfindən müəyyən edilməmiş, saytın "xxxx" MMC-nin balansında olması və ya Cavabdeh aidiyyatı aydınlaşdırılmamışdır. Cavabdeh, iddiaçı tərəfindən tələb olunan məlumatla bağlı informasiya sahibi olmadığından onun hazırki iddiaya cavab verməli şəxs kimi qəbul edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada informasiyanın verilməsi öhdəliyinin onun üzərinə qoyulması qanuna uyğun deyil. Həmçinin qeyd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar iddianın təmin edilməsi üçün kifayət etməmiş, lakin məhkəmə sübut olmadan iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstit usiyası Maddə 50. (Hissə İ ) Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Maddə 50. ( Hissə İİ ) Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Maddə 50. (Hissə İİİ ) Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istif adə etdiyini öyrənmək hüququ vardır. Maddə 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Maddə 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: Maddə 9.1.1. dövlət orqanları və bələdiyyələr; Maddə 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. Maddə 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Maddə 10.2. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. Maddə 10.3. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün11.1. İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir. Maddə 11.2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 11.3. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud str uktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. Maddə 11.4. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır. Maddə 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
29. İddia tələbi iddiaçının müvafiq informasiya sorğularına cavab vermək öhdəliyinin yerinə yetirilməsi barədədir. İddiaçı müvafiq informasiya sorğularına cavab verməli olan şəxs kimi Cavabdeh informasiya sahibi olaraq cavabdeh qismində göstərmişdir.
30. İşdən görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı barəsində məlumat "xxxx" informasiya saytında paylaşılmışdır. İnformasiya sahibi "xxxx" MMC-dir. "xxxx" MMC-nin qanuni təmsilçisi X2, direktoru isə Cavabdehdur.
31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə Cavabdeh informasiya sahibi deyil, o, informasiya sahibində rəhbər vəzifəsində çalışan şəxsdir. Cavabdeh iddiaçı tərəfindən tələb olunan məlumatla bağlı informasiya sahibi olmadığından hazırki iddiaya cavab verməli şəxs kimi qəbul edilməsi və qanu nvericilikdə nəzərdə tutulmuş qaydada informasiyanın verilməsi öhdəliyinin onun üzərinə qoyulması qanuna uyğun deyil.
32. Həmçinin işdən o da görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz edilməsini təklif etsə də, iddiaçı buna razı olmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi isə “İnformasiya əldə etmək haqqında” Qanunun 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati xəta törədən şəxsin informasiya sahibinin rəhbəri olduğu Cavabdeh olmasına, eləcə də “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə görə hüquqi şəxsin müəyyən etdiyi vəzifəli şəxsinin, o cümlədən informasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması halında onun rəhbərinin mülki məsuliyyət daşımalı olmasına isti nad edərək iddianı təmin etmişdir.
34. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iki əsasa – Cavabdeh inzibati qaydada tənbeh olunmasına və hüquqi şəxsin informasiya məsələləri üzrə vəzifəli şəxsinin təyin olunmaması halında onun rəhbərinin mülki məsuliyyət daşımalı olmasına söykənmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-2174/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi informasiya sorğusuna cavab vermək öhdəliyinin informasiya sahibinin rəhbəri olaraq onun üzərinə qoyulması üçün əsas ola bilməz.
36. Bunun üçün məhkəmə kollegiyası diqqəti “İnformasi ya əldə etmək haqqında” Qanunun 11-ci maddəsinə cəlb edir. Həmin norma dörd hissədən ibarət olmaqla informasiya əldə olunmasının təşkili və buna görə məsuliyyət daşımalı olan şəxslərin dairəsini müəyyən edir.
37. Yuxarıda qeyd edilən həmin normaya görə ilkin olaraq informasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir. İnformasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya s ahibinin rəhbəri daşıyır.
38. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, burada nəzərdə tutulan məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 32-ci fəslində nəzərdə tutulan “İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar”ı ehtiva edir və bu məsuliyyətin müəyyən edilməsi informasiya sahibinin əvəzinə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin üzərinə informasiyanı vermək öhdəliyinin qoyulması anlamına gəlməməlidir.
39. Qeyd edilən normaya görə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edilmədiyi, yaxud struktur bölmə yaradılmadığı hallarda, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır.
40. Bu normadan çıxış edərək məhkəmə kollegi yası qeyd edir ki, inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxsin üzərinə həm də informasiyanı vermək öhdəliyin qoyulması kimi nəticəyə gəlmək o deməkdir ki, bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirilən şəxs də informasiya sahibi kimi analoji işlərdə cavabdeh ola bilər. Halbuki informasiyanın verilməsinə məsul olan şəxs informasiya sahibi deyil, informasiya sahibinin onun verilməsi ilə bağlı təyin etdiyi məsul şəxsdir.
41. Daha sonra “İnformasiya əldə etmək haqqında” Qanunun 11-ci maddəsinə görə informasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır.
42. Bu normadan da görünür ki, informasiya sahibinin rəhbəri o halda informasiyanın açıqlanması üçün məsuliyyəti daşıyır ki, o, bu funksiyanın icrasını rəsmi qaydada başqasına həvalə etməsin.
43. Göründüyü kimi qeyd edilən normanın qısa təhlili onu deməyə əsas verir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulan məsuliyyət inzibati xəta məsuliyyətidir və həmin xəta ilə tənbeh olunan şəxsin həm də informasiya sahibi kimi qəbul edilməsi düzgün deyil.
44. Bundan əlavə, hüquqi şəxsin informasiya məsələləri üzrə vəzifəli şəxsinin təyin olunmaması halında da onun rəhbərinin məsuliyyət daşımalı olması barədə qanunvericilikdə göstərilən tələb hüquqi şəxsin rəhbərinin üzərinə informasiya sahibi kimi öhdəlik qoyulmasına əsas vermir.
45. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən iki əsasla iddianı təmin etməsi düzgün olmamışdır. 46. “İnfo rmasiya əldə etmək haqqında” Qanunun 9.1. və 91.2-ci maddələrinə görə dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır.
47. İşin müəyyən edilmiş hallarına görə iddia tələbində qeyd edilən informasiyanın sahibi Cavabdeh yox, "xxxx" MMC-dir. İddiaçı həmin MMC-nin direktorudur. Buna baxmayaraq, iddiaçı tələbini informasiya sahibi olan "xxxx" MMC-yə yox, MMC-nin direktoru olan Cavabdeh qarşı irəli sürmüş, birinci instansiya məhkəməsinin təklifinə baxmayaraq, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə də razı olmamışdır.
48. Mülki Prosess ual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
49. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
50. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə ir əli sürülmüş tələblər üzrə baxır.
51. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbində göstərilən informasiya sahibinin Cavabdeh olmamasına, nəticədə hazırki iş üzrə iddianın əsl olmayan cavabdehə qarşı verilməsinə baxmayaraq iddianı təmin etmiş, bununla da yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını pozmuşdur.
52. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia çının cavabdehə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6484/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.