Məhkəmə qərarları › İş №2(102)-1483/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1483/2020

02.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1483/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X13 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nin vəkili X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X9 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3236/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) xx xxx 2019-cu il tarixli, 2(060)-3114/2019 saylı qətnaməsi ilə iddiaçı nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeydiyyatın ləğv olunması və çıxarışın hissəvi etibarsız hesab olunması barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Aqil Abbasov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv olunması, RX seriyalı, ******* saylı çıxarışın hissəvi, yəni 0,028 ha hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququnun tanınması barədə iddiası təmin olunmuşdur. Həmin qətnaməyə əsasən Sumqayıt şəhəri Corat bağları massivində yerləşən 2391 saylı bağ sahəsinin Cavabdeh1 0,12 ha və Cavabdeh2 0,12 ha torpaq sahələri əvəzsiz mülkiyyətlərinə verilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, Corat bağları massivində yerləşən 2391 saylı bağ torpaq sahəsinin ümumi sahəsi 0,24 hektardır. Məhkəmə qətnaməsindən belə nəticə yə gəlmək olar ki, Corat bağlar massivində yerləşən 2391 bağ torpaq sahəsi 0,24 ha olmaqla üçüncü şəxslərin əvəzsiz mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)308/2013 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Corat bələdiyyəsinə və X10 qarşı torpaq sahəsinin mülkiyyət çıxarışının və torpağın planı və ölçüsünün ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin mülki iş üzrə Cavabdeh1 və Cavabdeh2 Corat bələdiyyəsi tərəfindən 2391 saylı bağ torpaq sahəsinin 600 kvadrat metr hissəsinin fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi X5 mülkiyyətinə verilməsini mübahisələndirmişlər. Deməli, Corat bağları ərazisində yerləşən 2391 saylı bağ torpaq sahəsinin 0,24 ha olan hissəsindən 0,06 ha hissəsi artıq X5 mülkiyyətindədir. Hazırda üçüncü şəxslərin mülkiyyətində 0,18 ha torpaq sahəsi qalmalıdır. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ərazisi 0,208 ha göstərilmişdir. Deməli, çıxarış verilərkən cavabdeh təşkilat ölçü işlərini düzgün aparmamış, Corat bələdiyyəsinin perspektiv planında olan torpaq hesabına üçüncü şəxslərə hüquqi əsas olmadan artıq torpaq sahəsini qeydiyyata almışdır. Çünki məhkəmə qətnamələri ilə üçüncü şəxslərin torpaq sahəsi 0,24 ha müəyyən olunmuşdur. Həmin torpaq sahəsindən 0,06 ha X5 mülkiyyətinə verildiyindən faktiki olaraq üçüncü şəxslərin istifadəsində 0,18 ha qalmalı idi. Lakin qeydiyyatdan keçmiş torpaq sahəsi 0,208 ha-dır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə verilmiş sorğuların nəticəsində müəyyən edilmişdir ki, hazırda üçüncü şəxslərin mülkiyyə tində 0,08 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə qeydiyyat xx.xx.2016-cı il tarixdə aparılmışdır. Hazırda qüvvədə olan xx.xx.2016-cı il tarixli, ********** nömrəli qeydiyyat və RX seriyalı, ******* saylı çıxarış hissəvi, yəni 0,028 ha hissədə etibarsız hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfind ən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı nin vəkili X14 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X17 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi g əlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(060)-3724 saylı qətnaməsinə görə, iddiaçı nin Ca vabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli, 2(105)-1453/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2-(060)-308/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Sumqayıt şəhər Corat qəsəbə Bələdiyyəsinə və X10 qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə, 177C ünvanına dair RX seriyalı, ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın və həmin ünvanda yerləşən torpa q sahəsinə dair AA011707 nömrəli xx.xx.2012-ci il tarixli plan və ölçünün ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxxx 2017-ci il tarixli, **********71 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2391 saylı bağ torpaq sahəsi üzərində xx xxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxx 2017-ci il tarixli, **********87 nöm rəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri Corat bağları ərazisi ünvanında yerləşən 2391 saylı bağ torpaq sahəsi üzərində xx xxxx 2013-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə ümumi birgə paylı mülkiyyət huququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsinin ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh1 a dlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxx 2016cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,208 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2 və Cavabdeh1 adlarına xx xxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2016-cı il tarixli, **********49 nömrəli məktubundan görünür ki, 0,03 ha torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar Corat bələdiyyəsi tərəfindən xx.xx.2013-cü il tarixdə qərar qəbul edilmiş və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Həmin plan və ölçü sənədində koordinatları göstərilmiş 0,03 ha torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2391 saylı, 0,208 ha ölçüsündə olan bağ torpaq sahəsinin sərhədləri daxilində yerləşir və sözügedən torpaq sahəsi Corat bələdiyyəsinin mülkiyyətində deyildir. Belə ki, bağ sahələrinin, tikililərin uzun müddətli ic arəyə verilməsi haqqında xx xxxxxx 1971-ci il tarixli müqaviləyə əsasən Corat bağları ərazisində yerləşən 2391 saylı, 0,25 ha ölçüsündə olan bağ torpaq sahəsi X22 icarəsinə verilmişdir. Bundan sonra, Sumqayıt şəhər Bağ təsərrüfatı sahəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X27 və onun ailə üzvləri həmin bağ sahəsinin X1 istifadəsinə verilməsini xahiş etmişlər. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 və Cavabdeh2 nə və 2 saylı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququnun tanınması tələbi təmin edilmişdir. Bu qətnamə əsasında Corat bağları ərazisində yerləşən 2391 saylı, 0,208 ha ölçüsündə olan bağ torpaq sahəsi üzərində Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ xx xxxx 2013-c ü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı nin Cavabdeh1 qarşızəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli, 2(105)-1453/2014 saylı qətnaməsi ilə iddiaçı nin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, 0,03 ha torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2391 saylı, 0,208 ha ölçüsündə olan bağ torpaq sahəsinin sərhədləri daxilində yerləşir və sözügedən torpaq sahəsi Corat bələdiyyəsinin mülkiyyətində deyildir. Bu hal yuxarıda qeyd edilən məhkəmə qərarlarına əsasən də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən bağ evi və həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsinin ½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ekspertizanın xx xxxxxxx 2018-ci il tarixli 19326 saylı rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Corat bağları massivi 2391 nömrəli bağ-torpaq sahəsinin Sumqayıt şəhər Bələd iyyəsinin və müvafiq dövlət orqanlarında saxlanılan sxem xəritələrində koordinat şəbəkəsi olmadığına görə koordinatı müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən məhkəmə qərarı ilə cavabdehlərin mülkiyyətinə 0,24 ha torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki olaraq Cavabdeh2 0,208 ha torpaq sahəsinə N-02066736 çıxarış verilmişdir. Mülki işdə olan çıxarışın plan ölçüsü olmadığından, həmçinin X5 mülkiyyətinə verilmiş və onun hüquqlarının qeydiyyatdan keçmiş 0,06 ha torpaq sahəsi barədə mülki işdə heç bir məlumat olmadığından məhkəmə tərəfindən qoyulan sualı araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nın mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən 2016-cı ildə hazırlanan Sumqayıt şəhəri Corat bələdiyyəsinin xəritəsi hazırlanıb aidiyyəti üzrə təsdiq olunması üçün verilmişdir. Bələdiyyə xəritəsi təsdiq olunmadığı üçün məhkəmə tərəfindən qoyulan sualı araşdırmaq mümkün olmamışdır. xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,208 ha olan 2391 saylı torpaq sahəsindən X6 mükiyyətinə verilmiş 0,015 ha torpaq sahəsindən sonra qalan 0,193 ha hissəsindən 0,03 ha torpaq sahəsini X7 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0,0298 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,1632 ha olan 2391 saylı torpaq sahəsinin hər birinə düşən ½ hissə, 632 kvadrat metrini X8 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 0,0632 ha torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Re spublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəs i ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə ver ilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. İddia ərizəsindən görünür ki, nin iddia tələbi Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv olunması, RX seriyalı, ******* saylı çıxarışın hissəvi, yəni 0,028 ha hissədə etibarsız hesab olunması barədədir və iddia tələbini cavabdehlərə məxsus Corat bağları ərazisində yerləşən 2391 saylı bağ torpaq sahəsinin 0,24 ha olan hissəsindən 0,06 ha hissəsinin X5 mülkiyyətində olduğunun təsdiq edilməsi, cavabdehlərin mülkiyyətində 0,18 ha torpaq sahəsi qalmalı olduğu halda, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin 0,208 ha göstərilməsi və hazırda cavabdehlərin mülkiyyətində 0,08 ha torpaq sahəsi qalması ilə əsaslandırmışdır. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən 2391 nömrəli bağ torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 əvəzsiz mülkiyyətinə verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(105)-645/2015 saylı qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2(102)-4503 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(105)- 645/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)2506/2013 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə aktlarından da görünür ki, cavabdehlərin ünvan 3 ünvanda yerləşən 0,25 ha bağ torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüquqları tanınsa da, istifadələrində faktiki 0,208 ha, yəni məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən daha az torpaq sahəsi olduğundan cavabdehlərin həmin ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində 1********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,208 ha torpaq sahəsinə cavabdehlərin mülkiyyət hüquqları qeydə alındıqdan sonra həmin torpaq sahəsinin bir hissəsini digər şəxslərin adlarına özgəninkiləşdirilmiş (X15, X11, X12 və s.), nəticədə mülkiyyətlərində RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,08 torpaq sahəsi qalmışdır. İddiaçı də xx.xx.2016-cı il tarixli, ****** **** nömrəli qeydiyyatı və RX seriyalı, ******* saylı çıxarışı torpaq sahəsinin 0,028 ha hissəsini mübahisələndirmişdir. Lakin iddiaçı cavabdehlərin istifadəsində qaldığını iddia etdiyi 0,0280 ha torpaq sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilmiş torpaq sahələrinin daxilində deyil, məhz cavabdehlərin mülkiyyətində qalan 0,08 ha torpaq sahəsinin daxilində yerləşdiyini əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Həmçinin cavabdehlərə məxsus Corat bağları ərazisində yerləşən 2391 saylı bağ torpaq sahəsinin 0,24 ha olan hissəsindən 0,06 ha hissəsinin X5 mülkiyyətində olduğunun təsdiq edilməsinə dair iddiaçı nin apellyasiya şikayətihdə göstərdiyi dəlil də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında mübahisələndirilən 0,028 ha torpaq sahəsinin nin mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(060)-2506/2013 saylı və Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(060)-3724 saylı qətnamələri ilə ta m təkzib olunur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı nin kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3236/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar