Məhkəmə qərarları › İş №2(102)-1483/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1483/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1483/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məmmədli qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1483/2023 Açar sözlər: (apellyasiyanın qeyri-mümkünlüyü, şikayət verilməsi qanunda nəzərdə tutulmayan məhkəmə aktından verilən şikayət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “reyestr çıxarışının alınması üçün sənədlərin təqdim edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1732/2022 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadından Cav abdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı "çıxarışın alınması üçün sənədlərin təqdim edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışın alınması üçün zəruri sənədlər toplusunun ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmət haqqı və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mənzil-tikinti kooperati vi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənilməsi barədə arayışın ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmət haqqı və dövlət rüsumunu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq İddiaçı Cavabdehnə qarşı "çıxarışın alınması üçün sənədlərin təqdim edilməsi və s." tələbinə dair 2(006)-5246/2022 saylı mülki işin məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 2(006)-5246/2022 nömrəli 15 dekabr 2022-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Məhkəmə Mülki Proses sual Məcəllənin 261.0.1 və 262.1-ci maddələrinə istinad edərək, bu nəticəyə gəlmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Lakin məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin «işin məhkəmə aidiyyəti üzrə göndərilməsi» barədə ərizəsi əsassız olduğundan rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) 2(103)-1732/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan Cavabdeh MTK-nı n verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının məzmununda qərardaddan şikayət verilməsinin mümkünlüyü qeyd olunsa da, bu, MülkiPosessual Məcəllənin tələblərinə ziddir. Belə ki, qərardaddan şikayət vermək hüququnun olub-olmadığını qanun müəyyən edir, əgər qanun qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmursa məhkəmə öz təşəbbüsü ilə qərardadın məzmununda belə bir hüququn olmasını göstərə bilməz. MPM-in 395-ci maddəsindən görünür ki, birinci instansiya məhkəmələrinin qərardadlarından 2 halda şikayət verə bilər: MPM-də göstərilən hallarda; 2) qərardad işin sonrakı hərəkətinə mane olduqda. Beləliklə, apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur.

8. Məhk əmə gəldiyi nəticənin əsası kimi Mülki Prosessual Məcəllənin 32, 24, 395 və 366-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5.-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının tələbinə əsasən Cavabdeh MTK tərəfindən iddiaçıya məxsu s sənədlər ona təqdim olunmalıdır. Bu baxımdan həmin sənədlərin verilməsinə dair iş isə inzibati iş hesab olunur. Buna görə də aidiyyət dəyişdirilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikyətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

13. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

14. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət ver ilə bilər.

15. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

16. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.

17. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

18. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisə inzibati məhkəməyə aid olduğunda iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərardadlardan şikayət verilməsi MPM ilə müəyyən edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.

23. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: CavabdehMTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1732/2022 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar