Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1483/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli 2(103)-903/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Cavanşir Ağamirzəyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
2. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır. O özü təxminən 15 ildən çoxdur kl, Dərnəgül bazarında mebel materialları satışı ilə məşğul olur. “LondshaftAz" MMC-nln direktoru dayısı Cavabdeh1dur. Həmin MMC xarici ölkə ərazilərindən xammal gətirməklə məşğuldur. 2022-ci yay aylarında yeznəsi Sərraf söhbət zamanı işsiz olduğunu, əlində pulunun olmasını bildirmiş və təklif etmişdir ki, pul qoysun, onun üçün xarici ölkə ərazilərindən mebel xammalları gətirilsin. Belə ki, onun vasitəsi ilə mebel materialları gətirərək satıb pul qazanmaq istədiyini demişdir. O buna razılıq vermiş və məqsədi və niyyəti Sərrafa köməklik etmək olmuşdur. Bu iş təklifindən əvvəl də onunla şərikli olaraq Bakı şəhəri ərazisində İzmir küçəsində “Sünbül” adlı restoranı icarə əsasında işlətmişlər. Eyni zamanda dəfələrlə Sərraf ona pul verib mebel materialları alaraq, satıb qazanc əldə etmişd ir. Heç vaxt aralarında anlaşılmazlıq olmamış və bir-birlərindən narazılıqları olmamışdır. Sərraf xarici ölkə ərazisindən mebel materialları gətirmək üçün ona iki dəfə olmaqla ümumilikdə 448800 manat pul vermişdir. Həmin pullarla dayısının rəhbəri olduğu MMC-nin vasitəsi ilə Rusiya Federasiyasından və Türkiyə Respublikasından onun üçün özünün sifariş etdiyi mebel materiallarını gətirmişdir. Belə ki, pulların böyük bir qismi "xxxx" MMC-nin hesabına köçürülmüşdür ki, həmin hesabla malların Azərbaycana gəlməsi gerçəkləşmiş, qalan pullar isə mallar gəldikdən sonra, gömrük və digər xərclərə (bank, yol pulu, tir, vaqon pulları, loqistik xərclər və s.) sərf edilmişdir. Sərrafdan alınan pullar hamısı təyinatı üzrə xərclənmiş və mallar Azərbaycana daxil olmuşdur. Malların pulunun ödənilərək Azərbay cana gəlməsinə qədər olan proseslər və çəkilən xərclər barədə Sərrafa məlumat vermiş, Sərraf həmin ərəfələrdə, həmçinin mallar Azərbaycana gələn zaman Almaniya dövlətində olduğundan ona elektron poçt ünvanı (emall) vasitəsi ilə məlumat vermiş və Sərraf Azərbaycanda olmadığı üçün vaqonlarla və tırlarla gələn mebel materialları MMC-nin anbarına yığılmışdır. Tırlar Türkiyə Respublikasından eyni vaxtda, vaqonlar isə Rusiya Federasiyasından ayrı-ayrı vaxtlarda gəlmişdir. Onu da qeyd etmişdir ki, mebel materialları Azərbaycana gəldikdən sonra Sərrafın işlərini görən, həm də dostu olan Rəşad adlı şəxs gələrək gələn mallarla anbarda tanış olmuş, görmüş, eyni zamanda hər şeyin qaydasında olduğunu Sərrafa bildirmişdir. Sonradan Sərraf Azərbaycana gələrək onun üçün gətirilən mebel materiallarını satm aq istəmiş, lakin bu işdə səriştəsi olmadığı üçün ondan xahiş etmişdir ki, malların satılması işində də ona köməklik etsin. Çünki uzun illərdir bu işlə məşğul olur və satış mağazalarının sahibləri onu tanıyır. Yenə də, Sərrafa etiraz etməmiş və mebel materiallarının satışında da köməklik göstərmək iştəmişdir. Buna görə də, tanıdığı mebel materialları satışı mağazalarının sahibləri ilə danışaraq gələn mebel materiallarının bir hissəsini nisyə vermişdir ki, satıb pulunu ödəsinlər. Onlar da, mebel materialları satıldıqca pulunu ona ödəmiş və ona verilən pulları Sərrafa vermişdir. Belə ki, ilkin mərhələdə müəyyən məbləğlər olmaqla 80080 manat pulu Sərrafa nağd şəkildə ödədikdən sonra 300011 manat dəyərində mebel materialı qalmışdır. Onu da bildirmişdir ki, həmin ərəfələrdə mebel materiallarını n satışı zəifləmiş, belə ki, qiymət fərqi yaranaraq mebel materiallarının dəyəri ucuzlaşmışdır ki, bu da, Rusiya Ukrayna arasında olan müharibənin təsirindən yaranmışdır. Bu səbəbdən də Sərrafa məsləhət görmüşdür ki, mebel materiallarını tələsib ucuz qiymətə satmaq lazım deyi. Ona görə də, mebel materialları, yəni yuxarıda qeyd etdiyi məbləğdə olan materiallar MMC-nin anbarında qalmışdır. Sonra Sərrafın özündən razılıq alaraq iş şektorunda birgə iş gördüyü şəxslərə öz şəxsi borcunu ödəmək üçün 106939 manat mebel materialları vermişdir. Belə ki, mebel materiallarının dəyərinin ucuzlaşması və satışı gecikdiyi üçün onların anbarda qalmasındansa, onların bir hissəsini borcun əvəzinə ödəməyi düşünmüş və bu barədə Sərrafdan razılıq alaraq borcun əvəzinə vermişdir. Sərraf da etiraz etməmişdir. Həmin vaxt mebel materialları istədiyi qiymətə satılmadığından bu təklifi Sərrafın özünə də sərf etmiş, çünki satış qiyməti ilə hesablayaraq Sərrafdan həmin malları borcunun əvəzinə vermək məqsədi ilə götürmüş və pulunu da Sərrafa özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bununla da, anbarda 253972 manat dəyərində material qalmış, Sərraf ölkəyə qayıtdıqdan təxminən 1 ay sonra Ramin adlı dostu ilə mebel materiallarının satışı mağazasını açmaq istədiyini deyərək, qalan mebel materiallarını ona təhvil verməsini istəmişdir. Beləliklə, Sərraf anbara gələrək 253972 manat dəyərində mebel materiallarını götürüb, Keşlə qəsəbəsində yerləşən öz icarə götürdüyü anbarına aparmışdır. Aralarında yalnız 106939 manat məbləğ borc qalmışdır ki, həmin məbləği də, borc olaraq Sərrafın öz razılığı ilə şəxsi bo rclarına verdiyi materialların pulu idi. Həmin borcu ödəyəcəyi vaxtla bağlı aralannda konkret razılaşma olmamışdır, çünki qeyd etdiyi kimi, uşaqlıqdan münasibətləri yaxşı olduğundan, həmçinin yaxın qohum olduqları üçün eyni zamanda dəfələrlə birgə iş gördüklərindən bu məbləği ödəməklə bağlı Sərraf ona hər hansı bir vaxt və ya şərt qoymamışdır. Buna görə də, düşünmüşdür ki, qazandıqca və əlinə pul düşdükcə hissə-hissə Sərrafa olan borcunu ödəyəcəkdir. Beləliklə, Sərraf mebel materiallarını anbarına apardıqdan sonra müəyyən qədər satış etdiyini, lakin materialların çox hissəsinin qaldığını bildirmiş və ondan xahiş etmişdir ki, satışının təşkil edilməsində ona köməklik etsin. O etiraz etmədiyi üçün Sərraf öz anbarına apardığı malları yenidən maşınlara yükləyib, onun dediyi mağazalara aparmışd ır. Belə ki, iki mağaza sahibi ilə danışaraq, Sərrafın anbarında qalan malları təhvil vermişdir ki, satıb pulunu ödəsinlər. Mağazanın biri Maştağa qəsəbəsində yerləşir, sahibi Arzu adlı şəxsdir, digəri isə Keşlə qəsəbəsində yerləşir, sahibi Mübariz adlı şəxsdir. Arzu adlı şəxsə verdiyi mebel materiallarından hələ ki, satılıb pulu ödənilməyib, necə vermişdilərsə, elə də qalıb. Mübarizə verdiyi mebel materiallarından isə satılıb ona hissəhissə ümumilikdə 72000 manat pul verilmişdir. Sərrafın icarə götürdüyü anbardan götürülüb digər mağazalara mebel materiallarını verdikdən sonra ümumilikdə Sərrafa 22000 manat nağd şəkildə pul, 50000 manat dəyərində isə "Hyunday Sonata" markalı avtomobil verilmişdir. Yəni Mübarizin verdiyi pullar tam dəyəri ilə birlikdə Sərrafa ödənilmişdir. Bildirmişdir ki, hazırda Sərrafın təxminən 90000-100000 manat dəyərində mebel materialları qalmışdır ki, onu da istədiyi vaxt götürə bilər və ya gözləməlidir ki, satış qiyməti normal vəziyyətə gəldikdə satılıb pulu ödənilsin. Sərraf iddia edir kl, hazırda ona 280000 manat borcu vardır, çünki Sərrafa ümumilikdə, təxminən avtomobillə birlikdə 170000 manata yaxın pul ödəmişdir. Buna görə də, iş başlayan vaxt Sərrafın ona verdiyi 448800 manatdan qaytarılan 170000 manat pulu çıxır və ona 280000 manat borclu olduğunu bildirir. Buna görə də, Sərrafla razılaşaraq, ona hazırda 280000 manat borclu olduğunu bildirmişdir. Lakin onu da qeyd etmişdir ki, Sərrafa 280000 manat borcu olsa da, Sərraf materialların bazar dəyərinin ucuzlaşmasını, satıs zamanı dəyərindən ucuz satılaraq yaranmış ziyanı, eləcə də, cəkilən bəzi x ərcləri, məsələn icarə haqqı və s. nəzərə almır. Bunları nəzərə aldığı halda Sərrafa cəmi 205235 manat borcunun olmasını bildirmişdir. Buna baxmayaraq, onunla xərcləri çıxmadan Sərrafın dediyi 280000 manat məbləğl özünə borc olaraq qəbul etmiş və ona ümumilikdə 280000 manat borclu olduğunu bildirmişdir. Qeyd etmişdir ki, dəfələrlə iş birlikləri olan vaxtlarda da, indi də, Sərrafı heç vaxt aldatmamış, ona qarşı hər hansı bir başqa niyyəti olmamışdır. Sadəcə olaraq niyyəti yalnız ona köməklik etmək və onun xahişi ilə pul qazandırmaq olmuşdur. Əgər sonuncu mebel materiallarının satışı ilə bağlı gördüyü işdə qazanc əldə edə bilməmişdirsə, bu onun günahı və ya səhvi ucbatından olmamışdır, bazarda olan vəzlyyətlə, yəni malın dəyərinin aşağı düşməsi ilə əlaqədar olmuşdur. Onu da bildirmişdir ki, Sərrafın sifariş verdiyi mallar MMC vasitəsi ilə sifariş edildiyindən və Sərrafın öz yeri olmadığından həmin mallar uzun müddət, yəni 5 ay MMC-nin anbarında qalmışdır. Buna görə də, MMC anbarın icarə haqqı olaraq ayda 2185 manat olmaqla ümumilikdə 10925 manat icarə pulu ödəmişdir. Onu da qeyd etmişdir ki, Cavabdeh3 onun doğma dayısıdır, onun bu işlə heç bir əlaqəsi olmamışdır, sadəcə olaraq Sərraf qohum olduğundan gəlib Cavabdeh3la söhbət etmişdir. Dayısı Natiq də Fəxrinlə yaxın qohum olduğunu, aralarında heç vaxt narazılıq olmadığını və bundan sonra da olmayacağını bildirib, real vəziyyəti soruşaraq Sərrafa izah etmişdir ki, narahat olmasın, mebel materialları satıldıqca pulunu götürəcəkdir. MMC-nin direktoru dayısı Natiq deyil, digər dayısı Cavabdeh1dur. Sərrafın ərizəsində göstərilənl ərin bir çox hissəsinin həqiqətə uyğun olmadığını qeyd etmiş, belə ki, ona bazarda satılmayan, ölçüləri və rəngləri ilə satışı olmayan anbarlarda qalmış mebel materialları verilməmişdir. Bu barədə dedikləri həqiqətə uyğun deyildir. Bunu materialları satdıqları mağaza sahibləri də təsdiq edə bilərlər. Ona verilən mebel materialları onun sifariş etdiyi materiallardır və hazırda da həmin materiallann təxminən 100000 manata yaxın hissəsi anbarda qalır, harada istəyir yoxlada bilər və gəlib apara bilər, qalan məbləği isə hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün ödəyə bilmir. Lakin Sərrafın özü də bilir kl, hər zaman işləyərək pul qazanmış və əlinə düşdükcə hissə-hissə ona olan borcunu ödəyəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ca vabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 166353 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin məbləğin 695 gün üçün illik 5 faizi olan 15837 ABŞ dollarının, cəmi 182190 ABŞ dollarının və 600 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 uşaqlıq dostu olub. O, dayısı Cavabdeh3 yanında mebel xam materiallarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin iyul ayında mebel materiallarının Türkiyə, Rusiya və Belarusdan gətirib Azərbaycanda satışı işini təklif etdi. O da razılaşdı. Razılaşmaya əsasən işin maliyyə tərəfini o, mallar Azərbaycan Respublikasına daxil olandan sonra isə alqı-satqısını Fəxrin həyata keçirməli idi. Əldə ed ilmiş qazanc isə yarıbayarı aralarında bölünməli idi. Danışdıqları şərtə uyğun olaraq o, 2022-ci ilin iyul ayının 15-də Cavabdeh2 200000 ABŞ dolları pul verdi. O da pulu təhvil alıb dayısı, Cavabdeh3 verib. Cavabdeh2 03 avqust 2022-ci ildə pulun Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə və Rusiyaya göndərilməsinə dair qəbzləri telefon vasitəsi ilə iddiaçıya göndərdi. 10 avqust 2022-ci il tarixdə isə dostu Hikmət Məmmədov vasitəsi ilə nəqliyyat, gömrük və vergi rüsumlarının ödənilməsi üçün Cavabdeh2 64000 dollar pul göndərdi. Bundan sonra Cavabdeh2 malların rüsumlarının ödənilməsi barədə gömrük bəyannamələrini və vergi rüsumlarını göstərən sənədləri elektron poçt vasitəsi ilə iddiaçıya göndərib. Cavabdeh2 malları gömrükdən çıxarıb Dərnəgül prospektində yerləşən “Konnekt” deyilən sahə də yerləşən anbara boşaltdırıb. O da öz növbəsində tanışı X1 ora göndərdi ki, mallara baxsın. O, da yoxlayıb və hər şeyin yerində olduğunu bildirib. Aralarındakı danışığa əsasən bütün bu prosses 2 ay ərzində həyata keçirilməli idi. İlk ayda mallar Azərbaycana idxal edilməli, digər ayda isə həmin malların alqı-satqısı aparılmalı idi. Müddət bitəndən sonra Cavabdeh2 tanışıları vasitəsilə qazanc adı altında ona cəmi 34000 manat pul verib. Həmin vaxt xaricdə olduğu üçün telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladı və ödədiyi 264000 ABŞ dolları vəsaitinin nəyə görə qaytarılmadığını soruşdu. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayındı. 6 Noyabr 2022-ci ildə cavabdeh başqa şəxsə 57000 manat borcu olduğunu, ondan 200000 ABŞ dolları məbləğində pulunun 57000 manat hissəsini ona borc kimi hesablamağı xahiş edib. O da razılaşmışdır. Ümumilikdə o, cavabdehə 200000 ABŞ dollar və 64000 ABŞ dollar nağd pul vermişdir. Bundan əlavə, mal satışından ona çatacaq vəsaitdən cavabdeh 57000 manat borc olaraq götürüb. Cavabdeh isə onun ödədiyi 264 000 ABŞ dollarını bir hissəsini qaytarıb. Belə ki, Cavabdeh2 116000 manat nagd şəkildə və 50000 manatlıq Hyundai Sonata markalı **-MZ-*** qeydiyyat nişanlı avtomobil vermişdir. Bu günə kimi cavabdeh ona verdiyi 264000 ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd Hyundai Sonata markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə cavabdeh ona ziyanının 97647 ABŞ dolları (166000 manat) hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Qeyd olunanlarla bağlı Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis idarəsinə müraciət etmişdir. Cavabdeh polisə verdiyi izahatında ona 280000 manat borcu olduğunu etiraf edib. Bundan başqa izahatında göstərib ki, iddiaçının ona verdiyi pulları dayısı Cavabdeh1 verib sonuncu da, həmin pulları direktoru oldugu "xxxx" MMC-nin balansına köçürüb.
5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 166.353 ABŞ do lları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin və ödənilmiş 600 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Mədinə Bağırova)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının ödədiyi 264 000 ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd Hyundai Sonata markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə Cavabdeh2 iddiaçıya ziyanının 97647 ABŞ dolları hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Cavabdeh2 Daxili İşlər Na zirliyinin Bakı Şəhər Baş Polis idarəsinə verdiyi izahatında iddiaçıya 280000 manat borcu olduğunu etiraf etmişdir. Odur ki, Cavabdeh2 166.353 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti borc tələbi əsaslıdır və təmin edilməlidir.
8. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbi 166.353 ABŞ dollar məbləğin illik 5 faizi olan 15837 ABŞ dollarının alınması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı öhdəliyin borclunun təqsiri nəticəsində icra edilmədiyini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan R espublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir və ona görə də iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmədə iddiaçının nümayəndəsi iddia ilə bağlı yalnız iddia ərizəsinə əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qərarında göstərilənləri sübut kimi qeyd etmiş və başqa hər hansı bir sübut iş üzrə təqdim etməmişdir. Məhkəmə də iddianın təmin edilən hissəsi ilə bağlı yalnız iddiaçı tərəfin iddia ərizəsində qeyd edilən cinayət işinin rədd edilməsi barədə qərarındakı arqumentləri göstərməklə kifayətlənmiş lakin cinayət işinin rədd edilməsi barədə qərarda qeyd edilənləri tam göstərməmişdir. Belə ki, məhkəmə qətnamədə iddianın təmin olunan hissədə cavabdehin borcun etiraf etməsi hissəsini tam qeyd etməməsi məhkəmənin mövqeyinin qərəzli olmasını sübut edir. Yəni, məhkəmə işin hallarını tam araşdırmamış, tərəfimdən sübut kimi qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarındakı digər halları araşdırmağı lüzum görməmişdir. İddia ərizəsində sübut kimi qeyd edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda, eyni zamanda ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman hər iki tərəfin təsdiq etdiyi hallara məhkəmə qiymət verməmişdir. Belə ki, tərəflər arasında yaranmış uğursuz biznes nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi işin mübahisəsiz halıdır. Lakin həmin ziyan Cavabdeh2 tərəfindən vurulmamışdır. Çünki iddiaçı aparılan ibtidai istintaq zamanı da ona məxsus olan pulu "xxxx" MMC-nin bank hesabına Fəxrinlə birgə gedib yerləşdirdiklərini açıq-aşkar etiraf edir və nədənsə məhkəmə tərəfindən bu hal araşdırılmır. Hətta tərəfindən məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinə də məhkəmə tərəfindən qiymət verilməmişdir və ümumiyyətlə bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı tər əfin iddia ərizəsində sübut kimi qoşma etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda (4-cü vərəq) Cavabdeh2 tərəfindən etiraf edilən 280.000 manat borcdan yaranan xərclər də vardır ki, həmin xərcləri nəzərə alanda Fəxrinin iddiaçıya 205235 manat borcu qalır. Həmin xərclərin nədən ibarət olması barədə məhkəməyə çıxarış təqdim edilsə də, məkəmə tərəfindən qətnamədə bu sübuta da qiymət verilməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi pulun şəxsən cavabdehə təqdim etməsi iddia ərizəsində göstərilsə də, məhkəmə araşdırması zamanı şəxsən cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. İş üzrə sübut kimi təqdim edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdehin borcun etiraf etməsi isə pulun onun tərəfindən qəbul edilməsi mənas ını vermir. İşin mübahisəsiz halı odur ki, mübahisəli məbləğ iddiaçı ilə Cavabdeh2 birlikdə "xxxx" MMC-nin hesabına qoyulmuşdur.
12. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-903/2025 nömrəli 27 yanvar 2025-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1389/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (X5 Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə)
14. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İda rəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarına əsasən, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyul və avqust ayında iki dəfəyə ümumilikdə 264000(iki yüz altmış dörd min)ABŞ dolları(448800 manat) verilməsi müəyyən edilmişdir. Belə ki, cinayət təqbi üzrə araşdırma zamanı cavabdeh izahatı alınarkən onun iddiaçıdan 448800(dörd yüz qırx səkkiz min, səkkiz yüz) manat alması özünün etirafedici izahatları ilə təsdiq edilir. Başqa sözlə, hazırki iş üzrə də cavabdeh iddiaçıdan 264000(ik yüz altmış dörd min)ABŞ dolları(448800 manat) aldığını, bu məbləğdən 170000(yüz yetmş min) manatı iddiaçıya ödədiyini, 280000(iki yüz səksən min) manat borcunun qaldığını, ancaq Sərrafın materialların bazar dəyərinin ucuzlaşmasını, satış zamanı dəyərindən ucuz satılaraq yaranmış ziyanı, çəkilən bəzi xərcləri və.s nəzərə almadığını, bunları nəzərə aldığı halda 205235(iki yüz beş min, iki yüz otuz beş) manat borcunun olmasını, buna baxmayaraq xərcləri çıxmadan Sərrafın dediyi 280000(iki yüz səksən min) manatı özünə borc olaraq qəbul etdiyini və ümumilikdə 280000(iki yüz səksən min) manat borcu olduğunu etiraf və təsdiq edib (i.v.18-19) Demək ki, cavabdehin etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.
15. Birinci instansiya məhkəməsinin cinayət işinin başlanmasının rədd edilməsi qərarını və cavabdehin cinayət təqibi üzrə araşdırma zamanı verdiyi izahatı sübut kimi qəbul etməsi əsassız olmamışd ır. Çünki cavabdeh həmin araşdırma zamanı verdiyi izahatı təkzib etmir, yalnız qətnamədə qəbul edərkən qərarda qeyd edilənlərin tam göstərmədiyini bildirir. Ancaq qərarda göstərilənlərin qətnamədə tam göstərilməsinin iddianın əsaslı olmadığına nə kimi təsirinin olduğunu yaxud ola biləcəyini şikayətində tam açıqlamır. Yəni, iddiaçı da bəyan edir ki, xarici ölkələrdən mebel materiallarının gətirilməsi ilə əlaqədar birgə iş və biznes fəaliyyəti həyata keçirib pul qazanmaq üçün aralarında şifahi razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı bu məqsədlə pul vəsaiti qoymağı, cavabdeh isə qalan işləri həyata keçirəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh özü də şikayətində qeyd edir ki, tərəflər arasında yaranmış uğursuz biznes nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi işin mübahisəsiz halıdır. La kin həmin ziyan Cavabdeh2 tərəfindən vurulmamışdır. Çünki iddiaçı pulu "xxxx" MMC-nin bank hesabına Fəxrinlə birgə gedib yerləşdirdiklərini açıqaşkar etiraf edir və nədənsə məhkəmə tərəfindən bu hal araşdırılmır.
16. Bununla əlaqədar məhkəmə tərkibi qeyd etmişdir ki, cinayət təqibi zamanı izahatı alınmış cavabdehin dayısı-digər cavabdeh X6 Fəxrinin xarici ölkədən mebel materialları sifariş etməsi ilə əlaqədar heç bir məlumatının olmadığını, sonradan bu məsələrdən məlumatlı olduğunu göstərmişdir. Hazırkı apellyasiya baxışında isə cavabdehin nümayəndəsinin vəkilinin təqdim etdiyi "xxxx" MMC-nin direktoru Ə. Mahmudov adından imzalanan və MMC-nin möhürü ilə təsdiq edilən yazılı məlumatda Sərraf və Fəxrinlə qohumluq əlaqələrinin olduğunu nəzərə alaraq şirkətdən istifadə etmələrinə şərait yaratd ığını, ödənilən məbləğlər qarşılığında malların gəldiyini, saxlanc yerləri olmadığı üçün şirkətin anbarını boşaltmalarını xahiş etdiklərini, 2022-ci ilin avqust ayından 2023-cü ilin fevral ayına qədər onun işini iflic edərək anbarı məşğul etdiklərini, bu dövr ərzində bütün xərcləri özünün çəkdiyi göstərilmişdir. Göründüyü kimi, iş üzrə digər cavabdehlər olan şəxslərin verdikləri məlumatlardan da bəlli olur ki, əslində onların iddiaçı ilə Cavabdeh2 birgə iş fəaliyyətlərində bilavasitə iştirakı və aidiyyəti olmamışdır. Başqa sözlə, idddiaçı ilə Cavabdeh2 arasında hazırkı iddia tələbindən doğan münasibətlər yalnız ikisi arasında yaranmışdır. Demək ki, "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə də hər hansı bir əsas və zərurət olmamışdır.
17. Şikayətdə göstərilən Cavabdeh2 tər əfindən etiraf edilən 280.000 manat borcdan yaranan xərclər də vardır ki, həmin xərcləri nəzərə alanda Fəxrinin iddiaçıya 205235 (iki yüz beş min iki yüz otuz beş) manat borcu qalması barədə dəlili ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Düzdü apellyasiya baxışında "xxxx" MMC-yə aid bir neçə vərəqədə maliyyə sənədləri(cədvəlləri) təqdim edilmişdir. Ancaq yuxarıda qeyd olunduğu kimi həmin sənədlərdə göstərilən məlumatların həqiqiliyi belə cavabdehin iddiaçıya 205235 (iki yüz beş min iki yüz otuz beş) manat borcu qaldığını təsdiq edən sübutlar hesab edilə bilməz. Çünki iddiaçı cavabdehdən verdiyi pulun müqabilində hər hansı bir qazanc yaxud gəlir deyil, yalnız verilən vəsaitin özünü tələb etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, iddiaçıdan aldığı məbləğinə görə ona qaytarmalı olduğu məbləğin 205235 (iki yüz beş min iki yüz otuz beş) manat olduğunu sübut etmək yükü isə təbii ki, cavabdehin üzərinə düşür. Çünki cavabdeh yeni bir hala istinad edir. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Bir də ki, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh cinayət təqibi zamanı 280000(iki yüz səksən min) manatı özünə borc olaraq qəbul etdiyini və ümumilikdə 280000(iki yüz səksən min) manat borcu olduğunu etiraf və təsdiq edib (i.v.18-19).
18. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə hüquqi dəyərləndirmə apararaq, hesab etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilə lər bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər(MM.m.390.1).Tərəflər arasında şifahi müqavilədən əmələ gələn mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgündür, deməli yalnız formal mülahizələrə görə ləğv edilməsinə də məhkəmə tərkibi lüzum görmür.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21, 385, 390, 404, 425, 442, 443, 448, 560-cı, Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-903/2025 nömrəli 27 yanvar 2025-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə tərəfindən Mülki Məcəllənin 385.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, borclu tərəfindən hansı işlərin görülməsi barədə araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən MPM-nin 14.2-ci maddəsinin tələbi pozulmuş, cavabdeh tərəfindən verilmiş vəsatətin və sübutun qəbulundan imtina edilərək prosessual pozuntuya yol verilmişdir.
22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı (Vəkil3) etiraz göndərərək Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(103)903/2025 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi işi hərtərəfli tam və obyektiv araşdırmış, ədalətli nəticəyə gəlmi ş, qətnamə qəbul edilən zaman maddi hüquq normaları düzgün tətbiq və şərh edilmiş, prosessual hüquq normalarına tam riayət edilmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən hissədə iddaçının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 390.1. Fiz iki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər bir i vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla r yoxdur.
45. Cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qər arlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-903/2025 nömrəli 27 yanvar 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.