Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1484/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxs "xxxx" KB ASC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: “icra qeydinin ləğv edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7359/2022 saylı iş üzrə 5 dekabr 2022-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" KB ASC tərəfindən İddiaçı təqdim olunmuş xx.xx.2022-ci il tarixli bildirişə əsasən, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 14Y/19 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 14Y/19-4 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 31 ay müddətinə, xx.xx.2024-cü il tarixədək illik 17 faiz ödəmək şərti ilə 52130 manat kredit verilməsi, X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 67 G saylı 0,1 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 52130 manat əsas, faiz borcu üzrə 25 60,80 manat, cərimə borcu üzrə 103,7 manat, cəmi 54794,5 manat borcunun yaranması, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 67G saylı 0,1 ha torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanacağı, bu zaman maliyyə arayışında göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulunun da tələb ediləcəyi qeyd edilmişdir. 2. xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinə əsasən Bakı şəhəri 25 saylı notariat ofisi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsin ə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka predmeti olan ünvan ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə tutma yönəldilməlidir. (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 52130 manat əsas borc, 2560,80 manat faiz borcu, 103,70 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 54794,50 manat təşkil edir.) Həmçinin borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 54819,5 manat pul tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il t arixli 8İ-2190 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 25 saylı Notariat ofisinin 8İ2190 saylı icra qeydinə əsasən ondan "xxxx" KB ASC-nin xeyrinə 52130 manat əsas, 2560,80 manat faiz, 103,70 manat dəbbə pulu tutulmalıdır. Bank tərəfindən borcun tutulması ilə bağlı icra qeydinin verilməsi ilə əlaqədar notariat ofisinə müraciət edilməsi barədə ona xəbərdarlıq olunmamışdır. Eyni zamanda bank tərəfindən şişirdilmiş borcun ondan tutulması tələb olunur. Ona görə də hesab edir ki, icra qeydinin ləğvi bvrədə iddiası əsaslıdır.
5. Sonradan iddiaçı, iddia tələbini dəqiqləşdirərək, iddia ərizəsində texniki səhvə yol verildiyini, ləğvini tələb etdiyi 8İ-2190 saylı icra qeydinin tarixinin xx.xx.2022-ci il o lduğunu göstərmişdir.
6. Baki şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: S.Bəhramzadə) 2(003)-2299/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ2190 reyestr nömrəli icra qeydinin ləğv olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilməmişdir. Belə ki, ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən ipotekaqoyana (iddiaçıya) təqdim edilmiş bildirişdən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.2.3-cü maddəsinə göstərilən məlumat, yəni ipot eka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq həmin bildirişdə göstərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə bank tərəfindən iddiaçıya məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi formaya riayət edilməklə təqdim edilməmişdir.
8. Məhkəmə hesab etmşidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna (bildirişdə göstriləməli hallara) riayət edilməklə təqdim edilmədiyindən notariat ofisinin icra qeydi ləğv edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 34.1.4, 36.1, 36.2, 36.3, 36.4.2, 37.1, 37.3, 38.1 və 38.2-ci, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76 və 79-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Üçüncü şəxs "xxxx" KB ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" KB ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli 14Y/19-4 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklə rinin yerinə yetirməyərək, aldığı kredit məbləğini qaytarmadığına görə tutma ipoteka predmeti olan iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 67G saylı 0,10 ha torpaq sahəsinə yönəldilmişdir. "xxxx" KB ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş həm onun qeydiyyat ünvanı üzrə göndərilmiş, həm də banka dəvət olunaraq şəxsən özünə imza edilməklə təqdim edilmişdir (borclu və eyni zamanda ipoteka qoyanın (iddiaçının) qeydiyyat ünvanı olan Laçın rayonu, Quşçu kəndinin işğaldan azad olunmasına baxmayaraq, hal-hazırda yaşayış olmaması və faktiki olaraq onun Bakı şəhərində yaşamasına baxmayaraq, yaşayış ünvanı barədə dəqiq məlumat verməməsi səbəbindən banka dəvət olunaraq bildiriş təqdim edilmişdir. Hətta, iddiaçının faktiki yaşayış yeri barədə Laçı n rayonu, Quşcu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Arayışında Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsində naməlum ünvanda yaşaması, özünün məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Sovxozunda naməlum ünvanda məskunlaşdığı, məcburi köçkün vəsiqəsində isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Dostluq düşərgəsində məskunlaşdığı öz əksini tapıb). Bundan sonra, bildiriş “İpoteka haqqında” Qanununa uyğun olaraq, tələb olunan müddətlərə (müvafiq olaraq 5 təqvim və 3 iş günü) riayət edilərək DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Daha sonra “İpoteka haqqında” Qanununun 37-ci maddəsində göstərilmiş 21 təqvim günü bildirişdən məhkəməyə şikayət verilmə müddəti gözlənildikdən sonra, “Notariat haqqında” Qanununun 76-cı maddəsinin tələbinə əsasən icra qeydi alınması üçün müraciət olunmuş, ilk öncə iddiaçının faktiki yaşayış ünvanı barədə arayış olmaması səbəbindən müraciətlərindən imtina olunmuşdur. Laçın Rayon İcra Hakimiyyəti başcısının Quşcu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Banka təqdim etdiyi xx.xx.2022-ci il tarixli 19 saylı Arayışı əldə etdikdən sonra yenidən icra qeydi alınması üçün müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən İpoteka predmetinə tutma yönəldilməsi haqqında 8İ2190 reyestr nömrəli icra qeydi verilmişdir. “İpoteka haqqında” Qanununda edilmiş 1439VDQ nömrəli xx.xx.2018-ci il tarixli dəyişiklikdən sonra ipoteka predmetinə tutma ipotek a saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə yalnız notariusun icra qeydi əsasında həyata keçirilir. Yəni, “İpoteka haqqında” Qanununa edilmiş xx.xx.2018-ci il tarixli dəyişiklik qüvvəyə minəndən sonra ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququ aradan qalxmış, ipoteka predmetinə tutma yalınız notariusun icra qeydi əsasında həyata keçirilir. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinin aparılması ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədiyi halda, Xəzər Rayon Məhkəməsi xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçının formal mülahizəsinə əsasən, onun əsassız iddiasını təmin edərə k, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ2190 reyestr nömrəli icra qeydinin ləğv edilməsini qət etmişdir. Həmin qətnamədə iddiaçı izahatında etiraf etmişdir ki, həqiqətən də bildiriş ona 2022-ci ilin qış aylarında təqdim olunmuşdur. Bu artıq işin mübahisəsiz halıdır. Lakin, iddiaçı sonradan izahatında əsassız olaraq qeyd etmişdir ki, həmin zaman bildirişdə qeyd olunan borc məbləği ilə razı olmamışdır. Belə ki, onun tərəfindən ödənilən məbləğlər yalnız faiz və cərimədən çıxılmış, əsas borc isə olduğu kimi qalmışdır. Bildiriş ona təqdim olunanda elə bilmişdir ki, bildirişdə qeyd olunan məbləğləri 21 gün müddətində ödəməsə məhkəməyə müraciət olunacaqdır. O da bununla bağlı razı olmuş və məhkəmədən məlumat gözləmişdir. Belə ki, o məhkəmədə bank tərə findən ondan tələb olunan borcun şişirdilmiş olduğunu bildirərək iş üzrə ekspertiza təyin edilməsini tələb edəcəkdir. İddiaçı bildirişin ona təqdim edildiyi xx.xx.2022-ci il tarixinədək 14Y/19-4 saylı kredit müqaviləsi üzrə banka hər hansı bir ödəniş etməmişdir. Necə olur ki, xx.xx.2022-ci il tarixədək həmin kredit üzrə hər hansı bir ödəniş etmədiyi halda, guya ödədiyi pullar cərimə və faizə silinmişdir. Yəni, iddiaçının bu qeyd etdikləri heç bir sübut ilə həqiqəti əks etdirmir. Digər tərəfdən “İpoteka haqqında” Qanununu ipoteka qoyana və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə biləcəyini qeyd edir. Yəni, sözügedən Qanun ipot eka qoyanın (iddiaçının) ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi aldıqdan 21 təqvim günündən gec olmayaraq məhkəməyə müraciət etməsini nəzərdə tutur. O da Qanunun ona verdiyi həmin müddət ərzində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmədiyindən, notarius tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. Yəni, iş üzrə cavabdeh 25 saylı Notariat ofisi tərəfindən qanunun hər hansı bir maddəsinin tələbi pozulmamışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməsində iddianı təmin etmənin yeganə əsası kimi, ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən ipoteka qoyana (iddiaçıya) təqdim edilmiş bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığın göstərilməməsini əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə “notariusun icra qeydi əsasında” tutmanın yönəldilməsi sözünün qeyd edilməməsi o demək deyil ki, bank “məhkəmə qaydasında” ipoteka predmetinə tutma yönəldə bilər. Həmçinin, Məhkəmənin belə mövqeyini istisna edən digər hal “İpoteka haqqında” Qanununun 36.4-cü maddəsində öz əksini tapıb. Belə ki, həmin maddədə açıq-aydın qeyd olunur ki, “Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz. Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (Maddə 36.4.1)Tutmanın yönəldilməsi haqqından bildiriş, bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəm ə tərəfindən etibarsız sayıldıqda Göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir.
12. Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bank tərəfindən verilən bildirişlərdə icra qeydinin yazıldığını, lakin hazırda mübahisə edilən bildirişdə texniki yanlışlıq nəticəsində icra qeydi ifadəsinin qeyd edilmədiyini, iddiaçının özünün banka dəvət edilərək bildirişlə t anış edildiyini və həmin bildirişə imza atdığını, tutmanın yönəldiləməsi prosedurunun başlanılması qeyd edildiyini və bu qeydin icra qeydinə aid olduğunu, 21 günün yalnız icra qeydinə aid olduğunu, məhkəməyə iddia verilən zaman 5 gün müddətində pretenziya müddətinin müəyyən edildiyini, məhkəməyə iddia verilən zaman bildirişdə məhkəməyə veriləcəkdir ifadəsinin qeyd edildiyini, tərəfə icra qeydinin verildiyi tarixdən borca faiz hesablanılmasının dayandırıldığını, icra qeydinin ləğv edilməsinin iddiaçının ziyanına olacağını, çünki bu halda faiz hesablanılmasına yenidən davam ediləcəyini göstərmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7359/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: X1 (sədrlik e dən və məruzəçi), X7 və X6) üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə edilən icra qeydi və müqavilə üzrə ipoteka predmetinə yönəlmə üzrə qanunvericiliyin tələblərinə riayət edilərək ipoteka qoyana müvafiq bildiriş verilməklə xəbərdarlıq edilmiş, sonuncu hissə bildirişi mübahisələndirməmişdir. İddiaçı bildirişin qüsurlu olduğunu qeyd etsə də öz vəzifələri üzrə borcun qaytarılması yönəmində faktiki sui-istifadəyə şərait yaradan hərəkətlərə yol vermiş, notariat orqanının cavabdeh kimi hərəkətlərinin qanuna zidd olmasına dair dəlillər irəli sürməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə “notariusun icra qeydi əsasında” tutmanın yönəldilməsi sözünün qeyd edilməməsi o demək deyil ki, bank “məhkəmə qaydasında” ipoteka predmetinə tutma yönəldəcəkdir və bu bildirişin mahiyyətin dəyişmir. Məhkəmə iddiaçı tərəfindən heç bir təsdiqedici sübut təqdim olunmamasına baxmayaraq, iddianı əsassız olaraq təmin etmişdir. İddia edilən dəlillər isə ipoteka haqqında qanunvericiliyin tətbiqi üzrə notariat orqanının hərəkətlərinə aid mülki məsuliyyət həddini müəyyən edən vəzifələri əhatə etmir.
15. Məhkəmə kollegiyası öz mövqeyini «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26, 36, 37 və 47-ci, Mülki Prose ssual Məcəllənin 14.2, 76.1, 77.1, 382, 384, 392, 393 və 402- 406-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilməmişdir. Belə ki, ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən ipotekaqoya n İddiaçı təqdim edilmiş bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq göstərilməmişdir. Bununla da, bank tərəfindən iddiaçıya təqdim edilmiş bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığı əks etdirən məlumatın göstərilməməsi halı - həmin bildirişi qəbul etmiş ipoteka qoyanın müəyyən edilmiş müddətdə, etirazı olduğu halda ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməsi ilə bağlı məsələdən yayındırılması halına gətirib çıxarmaqla, yaranmış borcla və həmin borcun ipoteka predmetinə yönəldilməsi barədə kredit verən bank tərəfindən məhkəməyə müraciət edilməsi halının da istisna edilməməsinin göstəricisi olmaqla tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı hansı orqana müraciət edilməsi barədə anlaşılmazlıq yaradır. Bununla da bank tərəfindən ipotekaqoyana (iddiaçıya) təqdim edilmiş bildirişin borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilməsi barədə bildiriş kimi qəbul edilməsi mümkün deyil. Bakı Apellyasiya Məhkəməsi qətnamədə bildirişin qanunvericiliyin imperativ normalarına əməl olunmadan tərtib olunduğunu qeyd etməsinə, həmçinin bu faktın "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən təsdiq olunmasına baxmayaraq məhkəmə qətnaməni belə əsaslandırmışdır: “mübahisə edilən icra qeydi və müqavilə üzrə ipoteka predmetinə yönəlmə üzrə qanunvericiliyin tələblərinə riayət edilərək ipoteka qoyana müvafiq bildiriş verilməklə xəbərdarlıq edilmiş, sonuncu hissə bildirişi mübahisələndirməmişdi r. İddiaçı bildirişin qüsurlu olduğunu qeyd etsə də öz vəzifələri üzrə borcun qaytarılması yönəmində faktiki sui-istifadəyə şərait yaradan hərəkətlərə yol vermiş, notariat orqanının cavabdeh kimi hərəkətlərinin qanunauyğusuzluğuna dair dəlillər irəli sürməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə “notariusun icra qeydi əsasında” tutmanın yönəldilməsi sözünün qeyd edilməməsi o demək deyil ki, bank “məhkəmə qaydasında” ipoteka predmetinə tutma yönəldəcəkdir və bu bildirişin mahiyyətin dəyişmir.” Bundan başqa, işə baxan apellyasiya instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli baxmış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekaqoyana qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna (bildirişdə göstərilməli hallara) riayət edilməklə təqdim edilməməsi, notariat ofisi tərəfindən icra qeydinin qanuna uyğun qaydada verilməməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən göstərilən xüsusatlar nəzərə alınmamış, həmin icra qeydinin qanuniliyi məhkəmə tərəfindən təsdiq edilməklə, iddiaçının hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Qanun
21. Maddə 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:
22. Maddə 26.1.7. bu Qanun un 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək.
23. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla gön dərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
24. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
25. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat o rqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
26. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
27. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdı rılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
41. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7359/2022 saylı iş üzrə 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.