Məhkəmə qərarları › İş №2(102)-1486/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1486/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1486/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Klinik Xəstəxanası MMC-ə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-745/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" X1 Yelena Petrovnanın adına tərtib edilmiş baxış vərəqəsinə əsasən iddiaçı 12 mart 2019-cu il tarixdə xəstəxanaya daxil olmuşdur. Daxil olarkən şikayəti aybaşının qeyri-requlyar olmasından, gecikmələrlə və az miqdarda olmasındandır. Anamnezidə: H4DİA3. Mensis qeyri-requlyar. FSG.İG. Prolaktin. Testosteron. DEA-S müayinələri aparılmışdır. Diaqnoz: “Yumurtalıqların disfunksiyası. Oliqomenoreya”. 19.02.2019-cu il tarixdə “Uniklinika”da aparılmış İddiaçı Transvaginal USM-də: “Miometriyanın strukturu həmcins deyil, arxa divarda 5 mm miomatoz sahə qeyd olunur. Endometriyanın qalınlığı 6.4mm. Uşaqlıq boynunda 5-6 mm ovuli nabotillər qeyd olunur. Sağ yumurtalığın ölçüsü 37x25mm, strukturu: multifollikulyar, medial səthinə yaxın 3 mm paraovarial kista qeyd olunur. Sol yumurtalığın ölçüsü 36x25 mm, strukturu: multifollikulyar” müəyyən edilmişdir. “Sağlam Ailə” tibb mərkəzi tərəfindən 25 mart 2019-cu il tarixdə aparılmış hormonal müayinə nəticəsində müəyyən edilmişdir ki, İddiaçı aşkar edilmiş beta-hCG hormonunun miqdarı (4239) 4-5 həftəlik hamiləliyə uyğundur. İş materialında olan USM-ni əks etdirən rəngli fotoəksin üzərində aparılan qeydlərdən məlum olur ki, 26.03.2019-cu il tarixdə aparılmış USM nəticəsində İddiaçı 5-6 həftəlik hamiləlik müəyyən edilir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 21.02.2020-ci il tarixli, 584/KEŞ saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qəra rda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı 12.03.2019-cu il tarixdə "xxxx" klinikasına aybaşısının qeyri-requlyar gecikməklə, az miqdarda olması şikayətləri ilə müraciət etmiş və 19.02.2019-cu il tarixli “Uniklinika”da keçirilmiş transvaginal USM cavabını təqdim etmişdir ki, həmin müayinədə hamiləlik müəyyən edilməmişdir. Klinikada aparılmış laborator müayinələr əsasında “Yumurtalığın disfunksiyası, oliqomenoriya” diaqnozu təyin edilmiş və diaqnoza uyğun müalicə məsləhət görülmüşdür. 12.03.2019-cu il tarixdə İddiaçı "xxxx" klinikasına müraciəti zamanı onun hamiləliyi ilə bağlı obyektiv, subyektiv məlumatlar olmamışdır və kiçik hamiləlikləri xaricdən müşahidə etmək mümkün deyil. İddiaçı " xxxx" klinikasinda təyin edilmiş müalicələrdən sonra onun səhhətində hər hansı dəyişikliyin olması barədə tibbi sənəd təqdim edilmədiyi üçün bu haqda fikir söylənilməsi mümkün deyildir. Onun 09.12.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sağlamlığı ilə bağlı heç bir şikayəti olmamışdır. Məhkəməyə daxil olmuş Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin 58/KEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 12.03.2019-cu il tarixdə "xxxx" klinikasına aybaşısının qeyri-requlyar gecikməklə, az miqdarda olması şikayətləri ilə müraciət etmişdir. Aparılmış laborator müayinələr əsasında ona “Yumurtalığın disfunksiyası, oliqomenoriya” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olara q ona “Dufaston” və “Remens” damcısı təyin edilmişdir. Həmin dərman preparatlarının təyinatından sonra xəstənin vəziyyətinə əks təsir göstərməsi barədə tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı 12.03.2019-cu il tarixdə "xxxx" klinikasına müraciəti zamanı onun 19.02.2019-cu il tarixli “Uniklinika”da keçirilmiş transvaginal USMdə hamiləlik müəyyən edilməmişdir. Lakin 26.03.2019-cu il tarixdə "xxxx" Klinikasında aparılmış USM-də onda “5-6 həftəlik hamiləlik” müəyyən edilmişdir ki, bununla da, ona 12.03.2019-cu il tarixdə təyin edilmiş dərman preparatlarının annotasiyasında hamiləliyin inkişafına əks təsiri qeyd edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Klinik Xəstəxanası MMC-yə qarşı “iddia ərizə si ilə məhkəməyə müraciət edərək, ona müalicə ilə əlaqədar rəsmi olaraq 334 manat xəstəxanada, bundan əlavə tərəfindən qeyri-rəsmi olaraq başqa həkimə müraciət edib müayinə olmağı ilə əlaqədar çəkdiyi xərcləri və sonradan başqa xəstəxanada xərclərini, işləməməyi səbəbindən ona 1000 manata yaxın, bundan əlavə ona vurulmuş mənəvi ziyana görə 20000 manatın, həmçinin 19,80 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sığorta yolu ilə cavabdeh klinikada müalicə alır. Sonuncu aybaşı gecikdiyi üçün klinikaya həkimə müraciət etmişdir. Həkim onu müəyyən sorğular etmiş və qan analizinə göndərmiş, cavabları alıb və onu müayinə etdikdən sonra ona yumurtalığın oliqomenoreyası diaqnozu ilə müalicə yazmışdır. Həkim ona defaston və remens dərmanları qəbul etməsini tövsiyyə etmiş və resept yazmışdır. Daha sonra həkim ona ərinin də uşaq olmaması səbəbindən spermoqrammadan keçməsini tövsiyyə etmişdir. Sonradan biləndə ki, o, hamilədir, əri ondan boşanmaq dərəcəsinə çatana qədər incimişdir. Bundan əlavə, ona ayaqlarında olan xəstəliklə əlaqədar reopoliqlukim trentala birgə dərman və flibasit inyeksiyası 10 ədəd, detroleks 60 ədəd yazılmışdır. O, bu dəmnanların ona bu vəziyyətində əlavə pis təsir göstərməyəcəyini soruşduqda həkim bunun heç bir qorxusu olmadığını demişdir. O, bir müddət bu dərmanları qəbul etmişdir. Ona sistem edilərkən ürəyi bulanırdı. O isə həkimə inanıb bu dərman preparatlarını qəbul etməkdə davam edirdi. Onda aybaşı yenə də gəlmədikdə, yenidən test etdirmiş və test pozi tiv olduğuna görə, ultrasəs müayinəsinə getmiş, müayinə zamanı onun hamilə olduğu müəyyən edilmişdir. Onun qəbul etdiyi dərman preparatlarının dölün inkişafına hansı fəsadlar vurması onun üçün hələ də qaranlıq qalır. Doğulacaq uşağın hansı fəsadlarla doğulacağı yenə də ona müəmmalıdır. Bundan əlavə, bu dərmanların qəbulu zamanı onun qarnında ağrılar artırdı. O, elə fikirləşirdi ki, bu belə də olmalıdır. Oksigen Klinikasında qoyulan diaqnoz, aparılan qan analizlərinin düzgün aparılmaması və verilən dərmanlar onu ölmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Onun ailəsi, anası, bacısı sarsıntılar keçirmişlər. Onların müayinəsinə inanmayaraq, iddiaçı fərdi şəkildə başqa qadın həkiminə müraciət etməli olmuş və müayinə və müalicə ona 1000 manata başa gəlmişdir. Hazırda yenə də tam sağalmamış, iş yerind ə də vəzifəsini sağlamlığına görə apara bilməmişdir. Bu da onun maddi durumuna təsir göstərmişdir. Bahar bayramı münasibəti ilə çağırılan şənliklərdə iştirak edə bilməməyi səbəbindən 1500 manat zərərə düşmüşdür. Xəstəliklə əlaqədar çəkdiyi əziyyət onu davamlı olaraq narahat etməsinə baxmayaraq, eyni zamanda iddiaçı mənəvi əzab çəkmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş N 2(005)-195/2020) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçıya cavabdeh tərəfindən, cavabdehin qannusuz hərəkətləri hərəkətləri nəticəsində maddi vurulması və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin oliması sübut olunmur. Həmçi nin, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Klinik Xəstəxanası MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 88-ci, Mülki Məcəllənin 21. 1, 21.2, 21.3, 1096.2 və 1097.1-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını əsas götürərək, iddiaçının iştirakını təmin etmədən işə baxmış, işin həqiqi halları düzgün müəyyən edilməmiş, ekspertin verdiyi qeyri-müəyyən rəyi əsas götürərək iddianı rədd etmişdir. Ekspertizanın rəyi əvvəlcədən ona təqdim edilməmiş və ondan şikayət vermək, həmçinin təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermək hüququndan məhrum edilmiş dir. Bundan əlavə o, ekspert qarşısında qoyulan sualları bilməmiş və bununla da iş üzrə ekspertizada iştirak etməmişdir. Bütün bu nöqsanların son nəticəsi kimi belə bir qanunsuz qətnamə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, hakimlər M.Məmmədov, Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il il tarixli, 2(005)195/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyindən də görünür ki, İddiaçı cavabdehin qanunsuz hərəkə tləri nəticəsində maddi ziyanın vurulması, habelə bu hərəkətlərlə ziyanın arasında səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı cavabdehin səhvi nəticəsində hamiləliyinin vaxtında müəyyən edilməməsi, ona səhv müalicə təyin edilməsi səbəbindən lazım olmayan dərman preparatlarını qəbul etməsi və bunun nəticəsində hamiləliyinin ağır keçməsi, onun həyatı üçün təhlükə yaranması, yeni doğulmuş uşağının səhhətində problemlər olmasını bildirsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləəlləsinin 21.1, 21.2, 21.3, 1096.2 və 1097.1-ci madd ələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuş, iddiaçı hamilələk dövründə ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsi vəsaiti hesabına təmin olunmamış, cavabdeh tərəfindən isə iddiaçı bu barədə məlumatlandırılmamışdır. Məhkəmə kollegiyası tərəfindən həmin maddi hüquq normasının pozulmasına əhəmiyyət verilməmiş, sübutlara həmin normaya müvafiq qiymət verməmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 16cımaddəsi düzgün tətbiq edilməmişdir, belə ki, cavabdeh tərəfindən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələr lazımi qaydada həyata keçirilməmiş, iddiaçıya müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat verilməmiş, cavabdeh tərəfindən iddiaçının sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ təmin edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən göstərilən hüquq normalarının cavabdeh tərəfindən pozulmasına əhəmiyyət verilməmişdir. Bununla da, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11, 17, 24-cü, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 16, 24-cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi n həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçin in, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şər aitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıd ır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-745/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar