Məhkəmə qərarları › İş №2(102)-1495/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1495/2021

19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1495/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1495/21 (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1687/2021 nömrəli, 22 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şika yətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xxx ümumi sahədən ibarət 2 nömrəli mənzilin dəyəri olan 45000 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

2. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçının mülkiyyətində olan xxx 2-nin 26400 manat (33000 ABŞ dolları) məbləğində alqı-satqısı ilə bağlı razılaşma olmuşdur.

3. Ancaq cavabdehin əlində nağd pul olmadığı üçün cavabdeh iddiaçıya təklif etmişdir ki, mülkiyyətində olan həmin mənzili girov qoysun və ca vabdeh bankdan kredit götürərək mənzilin dəyərinin bir qismini bu qaydada ödəsin.

4. Belə də olur, "ipoteka verən" İddiaçı, "xxxx" ASC «xxxx» Bankı və "borcalan" Cavabdeh arasında 06.03.2009-cu il tarixdə 012008/00066/09/09 nöməli ipoteka müqaviləsi bağlanır və 06.03.2009-cu il tarixli **********209 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə hazırki iş üzrə iddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan xxx-ni ipoteka ilə yüklü edir.

5. Cavabdeh bankdan götürdüyü krediti iddiaçıya verir və iddiaçıya məxsus əmlaka faktiki surətdə sahiblik və istifadə etməyə başlayır.

6. Lakin cavabdeh 06.03.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu ödəyə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-292/2010 saylı, 06.07.2010cu il tari xli qətnaməsinə əsasən iddiaçının mülkiyyətində olan və bankın xeyrinə ipoteka ilə yüklü edilən mənzilinin hərracda satılması qərara alınır.

7. Bundan sonra 22 iyul 2014-cü il tarixdə keçirilmiş "Hərracın yekunları barədə" Y232 nömrəli protokola, hərracın yekunları üzrə 22.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə olmuş mənzil üzərində mülkiyyət hüququ ASC «xxxx» Bank-a keçir.

8. Hətta Cavabdeh İddiaçı ona vermiş olduğu etibarnaməyə əsasən "xxxx" MMC, DƏDRX-in 18 saylı Ərazi İdarəsi və ASC "xxxx" Banka qarşı iddia qaldırıb, hərracın nəticələrini mübahisələndirib. Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin də edilib. Lakin Bankın apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli nömrəli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Şəki Apellyasiya Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb.

9. Həmçinin Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(033)844/2018 saylı qətnaməsi ilə İddiaçı ödəniş vaxtı milli manata məzənnədə 32700 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh ödənilməsi qət edilib. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdehin kredit borcunu ödəyə bilməməsi nəticəsində i ddiaçının mülkiyyətində olmuş, hazırda real bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edən xxx iddiaçının əlindən çıxıb.

11. Cavabdehin təqsiri ucbatından mülkiyyətində olan mənzil əlindən çıxdığı üçün, həmin mənzilin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

12. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 1097.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh iddiaya etirazı ondan ibarət olub ki, iddiaçı ilə cavabdeh arasında qeyd olunan mənzilin alqı-satqısına dair 33000 ABŞ dolları məbləğində razılıq əldə olunmuş, lakin razılaşdırılmış məbləği ödəməyə cavabdehin pulu kifayət etməmişdir.

15. İddiaçı çatışmaya n pulu əldə etmək üçün mənzili banka girov qoymağı və kredit götürməyi təklif edib, cavabdeh bu təklifə razı olub.

16. İddiaçı mənzili “xxxx” Bank ASC-yə girov qoyub, cavabdeh bankdan 18500 ABŞ dolları məbləğində kredit götürüb əldə edilmiş razılığa əsasən iddiaçıya verib.

17. İddiaçı da həmin məbləği tam şəkildə aldığına və evi cavabdehə satdığına dair yazılı qəbz vermiş və iddiaçı əlavə olaraq cavabdehə baş etibarnamə də verəcəyini də vəd etmişdir ki, mənzillə bağlı hüquqlarını cavabdeh həyata keçirə bilsin.

18. Bundan bir müddət sonra cavabdeh etibarnamə almaq üçün iddiaçının yaşadığı Əliabad qəsəbəsinə gəlib, lakin iddiaçını orada tapmayıb. Cavabdeh iddiaçının respublikadan kənara getdiyini, heç bir ünvan və əlaqə telefonu qoymadığını öyrənmişdir. 2015-ci ilin iyul ayınadək cavabdehin iddiaçıdan heç bir xəbər olmamışdır.

19. Ötən bu müddət ərzində “xxxx” Bank ASC ilə cavabdehin arasında mübahisə yaranmış, bank məhkəmədə iddia qaldıraraq mənzili qanunsuz olaraq əldə etmişdir. İddiaçının təqsiri üzündən cavabdehin əlində heç bir etibarnamə və ya mənzilə sahiblik hüququ olmadığına görə dəyərini tam ödədiyi mənzil cavabdehin əlindən çıxmışdır. Yalnız 2015-ci ilin iyul ayında cavabdeh iddiaçı ilə Zaqatala şəhərində təsadüfən rastlaşmış, ondan bu hərəkətin izahatını istədikdə, iddiaçı müxtəlif bəhanələr gətirərək, nəhayət ona bir il müddətində etibarnamə vermişdir. Halbuki, iddiaçı pulu tam şəkildə aldığından bir dəfəlik etibarnamə verməli idi. Buradan göründüyü kimi iddiaçının müəyyən məqsədi olmuşdur.

20. Cavabdeh etibanaməni aldıqdan sonra “xxxx” Bank ASC-yə qarşı mənzilin qanunsuz əldə edilməsinə dair iddia qaldırmış, lakin sonda iddia rədd edilmişdir.

21. Bütün bunlar göstərir ki, qeyd olunan hadisələr iddiaçının təqsiri üzündən baş vermiş, pulunu ödədiyi mənzil cavabdehin əlindən çıxmışdır. İddiaçının yazdıqları isə həqiqətə uyğun olmamaqla pulu geri ödəməmək üçün ədalət məhkəməsinin diqqətini yayındırmaq məqsədi güdür.

22. İddiaçının təqsiri nəticəsində aldığı mənzilin əldən çıxması səbəbi ilə cavabdeh iddiaçıdan verdiyi pul məhkəmə qaydasında tələb etmiş və tələbi təmin olunmuşdur. Hazırda iddiaçı cavabdehə məhkəmə qətnaməsi əsasında pul ödəməlidir. Bu səbədən də iddia tələbi əsassızdır.

23. Zaqatala Rayon Məhkəməsinin 2(033)-28/2020 nömrəli, 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Tural Həsənov)

24. Məhkəmə toplanmış süb utlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı tərəfindən 22 mart 2008-ci il tarixdə yazdığı qəbzlə ünvan 1 ünvanda yerləşən evin 2-ci mənzilini 33000 ABŞ dollarına Cavabdeh satdığını, evin dəyəri olan 33000 ABŞ dolları pulu Cavabdeh götürdüyünü və həmin evin ona məxsus olduğunu və alqı-satqı müqaviləsini evi girovdan azad etdikdən sonra rəsmiləşdiriləcəyini etiraf edib. Eləcə də 15 iyul 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı ünvan 2 ünvanda yerləşən evin 2-ci mənzilini idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi Cavabdeh etibar edib. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən 2008-ci ildə İddiaçı özünə məxsus evini satmaq, Cavabdeh də həmin evi almaq qərarına gəlmiş və tərəflər evin qiymətini 33000 ABŞ d ollarına razılaşmışlar. Cavabdeh evin dəyərini İddiaçı ödəmişdir. Lakin ev bankda girovda olduğuna görə evin alqı-satqısını rəsmiləşdirə bilməmişlər. İddiaçı evin pulunu alması barədə yazılı iltizam vermiş, ev girovdan azad olunduqdan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İddiaçı bu işlərin görülməsi üçün Cavabdeh etibarnamə vermişdir. Həmin ev kredit müqaviləsinin təminatı üçün ipotekaya qoyulmuş, sonradan məhkəmə qaydasında tutma ipoteka predmeti olan həmin evə yönəldilmiş və ev “xxxxBank” ASC-nin balansına keçmişdir. Bundan sonra Cavabdeh verdiyi pulunu geri tələb etmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən ödəniş vaxtı milli ma nata məzənnədə 32700 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı mülkiyyətində olan evi ipoteka qoyduqdan sonra əldə etdiyi pulu banka qaytarmalı olduğundan və evi bankın balansına keçdiyi üçün ona maddi zərər dəydiyini iddia etsə də, qeyd olunan hallar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz.

26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin onun tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1090.1,1090.2, 1091.2, 1092,1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırlmaqla, işin faktiki hallarına istinad edilib.

30. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1687/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-28/2020 saylı, 01 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli)

31. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd edib ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apelyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı İddiaçı ( Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsinə, apellyasiya şikayətinə uyğun əsaslandırılaraq, şikayətdə apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

34. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar ara dan qalxmış əsasa söykənir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsin in qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dispozisiya şərtlərinə uyğun deyil, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb etsə də, iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir.

40. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, iddiaçının mə nzilinin ipotekaya qoyulmaqla cavabdehin kredit götürməsi, cavabdehin kredit borcunu ödəyə bilməməsinə görə iddiaçının mənzilinə tələb yönəldilməsi işin müəyyən edilmiş mübahisəsiz halı olduğu halda, iddiaçının başqa hansı halla bağlı sübut təqdim etməli olmasını apellyasiya məhkəməsi qətnamədə göstərməyib.

41. Nəzərə alınsa ki, bankla bağlanmış kredit müqaviləsi üzrə pul öhdəliklərini icra etmək vəzifəsi cavabdehin üzərinə düşüb, həmin öhdəliklərin icra olunmamasına görə ipoteka qoyan kimi iddiaçının üzərinə hansı məsuliyyət düşməsini, iddiaçının bunda təqsirinin nədən ibarət olmasını birinci instansiya məhkəməsi müəyyən etməyib, apellyasiya məhkəməsi də bundan yan keçib. Nəticədə iddiaçının iddia tələbi qanuni və əsaslı dəyərləndirmədən kənarda qalıb.

42. İşin müəyyən edilmiş halına görə iddiaçı cavabdehin öhdəliklərinin təminatı kimi ipotekaya qoyduğu mənzildən, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində məhrum olub. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 311.2-ci maddəsinin tətbiqinin mümkünlüyünün apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməməsi düzgün hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, üstəlik, iddiaçıdan cavabdehin xeyrinə mənzilə görə aldığı pul da tutulub.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1687/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar