Məhkəmə qərarları › İş №2(102)-1496/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1496/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddia tələbi: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Açar sözlər: müqavilədəkənar öhdəlik, zərərin əvəzinin ödənilməsi 10.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası,Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı ilə Fətəliyev Zaur Sabir oğlu, Cavabdeh2, X4, X3, X2, Cavabdeh3 Zaur oğlu və X1 mülkiyyətinə 1,88 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat xx xxxxx 2020-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1,88 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 5000 manat, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi 15500 manat maddi, 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qə tnamə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus 1,88 hektar torpaq sahəsi 2001-ci ildən 2006-cı ilə qədər ona icarəyə verilmiş, 2006-cı ildə cavabdeh təcili pula ehtiyacı olduğundan həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehlə danışıb razılığa gələrək həmin vaxt üçün torpağın dəyərinə uyğun olaraq 800 manat məbləgində pulu ona vermiş, əvəzində isə cavabdeh torpaq sahəsini və həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını ona təhvil vermişdir. Həmin vaxt cavabdeh yaxın vaxtlarda torpaq sahəsini onun adına rəsmləşdirəcəyini bildirmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki onun mülkiyyətinə keçmişdir. Keçən müddət ərzində torpağı adına rəsmləşdirməyi tələb etsə də, cavabdeh ailə üz vləri ilə notariusa getməkdən boyun qaçırmışdır. Cavabdehdən torpaq sahəsini aldığı vaxtlar həmin ərazidə torpaq sahəsinin bir hektarının qiyməti 300-400 manat arasında olmuşdur. Hazırda sözügedən torpaq sahəsinin bir hektarının dəyəri orta bazar qiyməti ilə 3500-4000 manat arasındadır. 17 ildir ki, həmin torpaq sahəsini əkibbecərməklə torpağa dair bütün vergiləri özü ödəyir. O, torpağa lazımı qaydada qulluq etmiş, hər il gübrə vermiş və torpağın münbitləşdirilməsi üçün xeyli iş görmüşdür. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-350/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2006-cı ildə iddiaçı ilə Cavabdeh1 torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirəcəyi barədə razılığa gələrək ondan əvvəlcədən 800 manat pul alaraq özlərinə məxsus 1,88 hektar torpaq sahəsinin sənədlərini ona vermişdir. Həmin ərəfədə həmin ərazidə torpaq sahələrinin bir hektarının orta bazar qiyməti 300-400 manat arasında olmuşdur. Həmin vaxtdan indiyədək torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdeh torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Hazırda İsmayıllı rayonun Mican kəndində yerləşən kənd təsərrüfatı torpaq sahələrinin yerindən asılı olaraq 1 hektarı 2500-3500 manat qiymətləndirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin satışından hazırda təxminən 5000 manatdan yuxarı vəsait ə ldə etmək mümkündür. Cavabdehin təxminən 14 il əvvəl iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 800 manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Ona görə də iddiaçıya ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən hazırda həmin ərazidə bir hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin aşağı həddinə əsaslanaraq cavabdehdən 5000 manat miqdarında pulun alınaraq iddiaçıya verilməsini qanuni və ədalətli hesab edilir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışlar ki, torpaq sahəsi iddiaçıya satılmamışdır, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmaq əvəzinə torpağın bazar dəyərinin müəyyən edilməsi istiqamətində birtərəfli qaydada araşdırılma aparılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1555/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.İ.Məlikov, A.A.Mahmudov, R.R.Rəfiyev) apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın təmin edilmiş hissəsində -yəni Cavabdeh1 5000 pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası mə hkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 və ya digər mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud deyildir. Həmçinin cavabdeh 1,88 hektar torpaq sahəsini 2006-cı ildə 800 manata icarəyə verdiyini bildirmiş, iddiaçı isə həmin torpaq sahəsini ondan 800 manat verməklə satın aldığını bildirmişdir. Lakin subut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda həmin torpaq sahəsini ondan satın aldığını təsdiq edən heç bir subut təqdim edə bilməmişdir. Bundan əlavə Cavabdeh1 sözügedən torpaq sahəsini hər il 60 manat olmaqla iddiaçıya icarəyə verməsi və ondan 2019-cu ildə həmin torpaq sahəsindən cıxmasını tələb etməsini göstərir ki, hər il 60 manat olmaqla 13 il ərzində 2019-cu ildə icarə məbləği 780 manat təşkil edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə nə məntiqə, nə hüquqa, nə də əkinçilik sahəsində mövcud olan işgüzar adətlərə uyğun gəlmir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə görə cavabdehə 800 manat pul verilməsi və cavabdeh tərəfindən bunun müqabilində sözügedən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair özünə məxsus Dövlət Aktının əslinin iddiaçıya verilməsi işin mübahisəsiz halıdır və göründüyü kimi cavabdeh gələcəkdə aparılacaq alqı-satqının zəmanəti olaraq mübahisəli torpaq sahəsi barədə tərtib edilmiş “Torpağın mülıkiyyətə verilməsinə dair” Dövlət Aktının əslini iddiaçıya verməklə həmin tor pağı ona satmaq niyyətində olduğunu aşkar nümayiş etdirmişdir. Digər tərəfdən 13 illik icarə haqqının qabaqcadan verilməsi, işgüzar adətlərə ümumiyyətlə rast gəlinməyən bir haldır və hər hansı bir sahibkarın icarə haqqı kimi 13 illik icarə haqqını nəğd pul dəyərində bir dəfəyə icarəyə verənə ödəməsi səmərəli biznes fəlaiyyəti olmadığından həmin pulun cavabdehə icarə haqqı kimi verilməsini istisna edir. Həmçinin iddiaçı tərəfindən 1,88 ha torpaq sahəsi üçün cavabdehə 800 manat məbləğğində pul ödəməsi o dövrdə bu növ torpaqların alqı-satqı qiymətlərinə uyğun olmuş və bu iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar ed ilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hə min Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasındakı mübahisə cavabdehlərə məxsus torpaq sahəsi ilə bağlı yaranmışdır. 1,88 ha kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsinin 2001-2020-ci illər ərzində iddiaçının sahibliyində olması, 2006-cı ildə iddiaçı tərəfindən cavabdehlərdən Cavabdeh1 800 manat ödənilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı hazırda göstərilən məbləğin həmin torpaq sahəsi nin faktiki olaraq ona satılması müqabilində ödədiyini, həmin razılaşma zamanı torpaq sahəsi ilə bərabər torpağa dair hüquqmüəyyənedici sənədlərin də ona təhvil verildiyini, cavabdehlərin vəd etdikləri halda alqı-satqı əqdini rəsmiləşdirməkən boyun qaçırdıqlarını, 2020-ci ildə isə cavabdehlər tərəfindən həmin torpaq sahəsinin geri alındığını, sahibliyində olduğu müddət ərzində torpağa öz sahibi kimi qulluq etdiyini göstərməklə, cavabdehlər tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh Zavur Hacıyev isə iddiaya etiraz edərək, torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə hər hansı razılaşma olmadığı, 800 manat müqabilində iddiaçıya 13 illik icarəyə verildiyini və həmin haqqın birdəfəyə əvvəlcədən ödənildiyini, hazırda həmin məbləği geri qaytarmağa hazır o lduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərə məxsus torpaq sahəsinin 2001-2020-ci illər ərzində iddiaçının sahibliyində və istifadəsində olması və 2001-2006-cı illərdə iddiaçının həmin torpaqdan əvəzi ödənilməklə istifadə etməsi işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı 2006-cı ildən sonra tərəflərin arasında yaranmış münasibətin xarakteridir, yəni iddiaçı tərəfindən verilmiş 800 manat məbləğində pulun əvəzində torpaq mülkiyyətçisinin hansı öhdəlik götürməsidir. İddiaçı həmin məbləğin torpağın faktiki olaraq ona satılmasına görə, cavabdeh isə 13 illik icarə haqqının əvvəlcədən ödənildiyinə görə v erildiyini göstərir. Əvvəla, hər iki tərəf 2001-2006-cı illərdə torpaqdan istifadə haqqının illik ödənildiyini bildirir. Eyni zamanda, 2006-cı ildə həmin torpaq sahələrinin 1 hektarının 300-400 manat təşkil etdiyi müəyyən edilir. Digər tərəfdən, cavabdeh Zavur Əliyev iddiaçının ödədiyi 800 manat məbləği ona geri qaytarmağa hazır olduğunu bildirir. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə, iş üzrə gəldiyi nəticəni mübahisəli torpaq sahəsinin mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud olmaması əsası ilə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, iddiaçı da cavabdehlərlə bu məzmunda müqavilə bağladığını iddia etmir, əksinə bu müqavilənin bağlanmaması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəmıəsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdığından kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işin faktiki halları barədə iddiaçı tərəfindən kassasiya şikayətində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq qeyd edir ki, həmin dəlillərə zərərin əvəzini ödənilməsi əsaslarını müəyyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar