Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6911/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan olaraq 200.000 manat, mənəvi ziyan olaraq 300.000 manat pulun və həmçinin ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində onun əmlakına zərər vurulmuş, bu zərər nəticəsində onun əmlakı istismara yararsız vəziyyətə düşmüşdür.
3. Cavabdeh bildirir ki, iddiaçının tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir və heç bir əsaslı sübuta söykənmir.
4. İşin mübahisəsiz halına görə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 220,6 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
5. Cavabdeh Mənzil Tikinti Kooperativinə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı sərəncamı ilə ünvan 2 ünvanında cizgidə göstərilən sərhədlər daxilində 2314,66 kv.m. torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisinə icazəyə dair akt tərtib edilmişdir.
6. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3383 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.x x.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilir. 3-cü sual üzrə: tədqiq olunan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın həcmi, həmin qeyriyaşayış sahəsi üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. 7. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi haqqında LP-205/2021 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi halhazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yeni tikintisi 1 kv.m.sahə üçün 400-450 manat arası,ümumilikdə isə 78.500 manat vəsait tələb olunur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 saylı, 18 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il və 17 iyul 2022-ci il tarixli mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTKya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. 3-cü sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sah əsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmırtikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300,0 manat məbləğində müəyyən olunmuşdur.
9. Həmin ekspertiza rəyinə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin «Azkommunlayihə» KLİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, ünvan 3 ünvanda İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı» «Azkommunlayihə» KLİ-nin mühəndisi X2 bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Qeyd: Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədə uyğun hesab olunmur.
10. İş üzrə cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən daşınmaz əmlaka dəymiş ziyanın və bərpa dəyərinn qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri səbəbindən dəymiş ziyanın bərpası üçün tələb olunan işlərin dəyəri (material və işçilik haqqı daxil) xx.xx.2022-ci il tarixinə 1842 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mirzəyeva) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçı nın xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 110.330 manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi dəq edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın 110.300 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Belə olan halda, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manat pul tutulmalıdır.
13. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilən ekspertiza rəylərindən müəyyən edild iyi kimi, mübahisəli ərazi texniki cəhətdən qəzalı vəziyyətdədir, bərpası mümkün deyildir, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı açıq-aşkar sübuta yetirilmişdir.
14. Məhkəmə tərəfindən təyin olunmuş müstəqil qiymətləndiricinin mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etmiş olduğu yekun məbləğ arasında ziddiyətli rəqəm mövcud deyildir. Belə ki, cavabdeh tərəf onlar tərəfindən iddiaçıya dəymiş ziyanın cuzi olduğunu bildirmiş (1842) və bu barədə məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir ki, bu hal da mötəbər sübut ki mi qəbul edilə bilməz. Çünki qeyd olunan rəyin yekun məbləği 1842 digərləri isə (məhkəmənin özü tərəfindən keçirilmiş ekspertizalar) 80.000-110.000 manat arası olmuşdur.
15. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin qeyd olunan əraziyə yerində baxılması ilə bağlı vəsatətinə münasibətdə hesab etmişdir ki, məhkəmənin hakimi iş üzrə ekspert olmamaqla, həmin sahə ilə bağlı texniki göstəricilərin, dəymiş ziyanın məbləğinin, tikilinin qəzalı vəziyyətdə olması ilə bağlı xüsusi biliyə malik şəxs deyildir və bu iş üzrə xüsusi biliyə malik şəxs müvafiq qaydada təyin edilmiş ekspertlərdir. Bu səbəbdən məhkəmənin yerində baxış keçirilməsi hazırki işin lüzumsuz yerə uzadılmasına səbəb olduğundan vəsatətin təmin edilməsi məqsədə müvafiq deyil.
16. Bundan başqa, birinci instansiya məhkəməsi iddia t ələbinin vurulmuş mənəvi ziyana görə 300.000 manat pulun tutulması hissəsi ilə bağlı bildirmişdir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin həmin sahənin fakitiki olaraq qeyri-yaşayış sahəsi olduğundan tikinti işləri aparılarkən iddiaçının mənəvi ziyanla bağlı hisslər keçirməsi ağlabatan olmamışdır. Bu səbəbdən, 300.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.5, 1096, 1097.1, 1115-ci, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Mülki Pro sesual Məcəlləsinin 14.2, 88, 101.3, 103.1, 119.1-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilməsinə baxmayaraq, ekspert tərəfindən tərəflərin iştirakı təmin olunmadan xx.xx.2022-ci il tarixdə rəy verilmişdir. Mütəxəssis öz rəyində Cavabdeh MTKya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4 m ara məsafəsində yerləşməsinin obyektin bərpa və gücləndirilməsi üçün hansı maneələri yaratması barədə heç bir izahat verməmişdir. Cavabdeh tərəfindən sözügedən ünvanda tikilən yaşayış binası iddiaçıya məxsus obyektin tikintisindən illər sonra və 4 metrlik məsafədə inşa olumuşdur. Belə olan halda əgər bir mərtəbəli obyektin 4 metr yaxınlığında 18 mərtəbəli yaşayış binasının tikintisi müvafiq qurumların rəyləri nəzərə alınmaqla tikilmişdirsə necə olur ki, binanın 4 metrliyind ə 1 mərtəbəli obyektdə bərpa gücləndirmə işlərinin aparılması mümkün olmasın. Ekspert öz rəyində iddiaçıya məxsus obyektin ümumi sahəsini təşkil edən 220.6 kv.metri fantastik bir rəqəmə 500 manata vurmaqla guya cavabdehin iddiaçıya məxsus obyektin 220.6 kv.metrinə ziyan vurması görüntüsü yaratmış, hansı mənbədən istifadə etməsi məlum olmayan məlumatlara əsaslanmaqla guya obyektin tikintisinin 1 kv.metr sahə üçün qiymətini 500 manat müəyyən etmişdir. İşin faktiki halı isə ondan ibarətdir ki, obyektə MTK-nın nümayəndələri tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, obyektin yalnız cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasına yaxın hissəsində yerləşən 2 otağına ziyan dəymişdir. Həmin otaqların da ümumi sahəsi təxminən 20-30 kv.metr təşkil edir. Məhkəmədə işə baxılarkən cavabdehi n nümayəndəsi tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılaraq obyektdə yerində baxış keçirilməsi və faktiki zərərin yerində müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə vəsatəti təmin etməyərək baxış keçirilməsinin işin uzadılmasına xidmət etdiyini əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilsəydi, həqiqətən də obyektin 220.6 kv.metr sahəsinə deyil, yalnız 20-30 kv.metr hissəsinə ziyan dəyməsi aşkar oluna bilərdi.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6911/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı lmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin apellyasiya bax ışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, cavabdeh sifariş əsasında əldə etdiyi "xxxx" MMC tərəfindən daşınmaz əmlaka dəymiş ziyanın və bərpa dəyərinin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Həmin mütəxəssis rəyinə əsasən, mübahisəli qeyri-yaşayış sahəsinə dəymiş ziyanın bərpası üçün tələb olunan işlərin dəyəri (material və işçilik haqqı daxil) xx.xx.2022-ci il tarixinə 1842 manat təşkil etmişdir. Məhkəmə cavabdeh tərəfindən sübut qismində təqdim edilən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməmiş və bunu təqdim olunan rəyin yekun məbləğinin 1842 manat digərlərinin isə 80000-110000 manat arası olması ilə əsaslandırmışdır. Göründüyü kimi, işə baxan məhkəmə təqdim olunmuş sübutu kifayət qədər araşdırmamış və düzgün qiymətləndirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiri lməməlidir.
26. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hə rəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
40. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edi lməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Məlum olduğu kimi, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Beləliklə, mülki hüquq po zuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
45. İddiaçı bildirir ki, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində onun əmlakına zərər vurulmuş, bu zərər nəticəsində onun əmlakı istismara yararsız vəziyyətə düşmüşdür.
46. Cavabdeh bildirir ki, iddiaçının tələb etdiyi məbləğ şişirdilmiş məbləğdir və heç bir əsaslı sübuta söykənmir.
47. İddiaçının əmlakına cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində əmlakın istismara yararsız vəziyyətə düşməsi məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində (cavabdehin etirafı, mütəxəssis və ekspert rəyləri ilə) işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
48. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərindən görünür ki, qeyriyaşayış obyektinin sağ yan fasad hissəsində yerləşən əsas yükdaşıyan divarın (ofis otağının) deformasiya olaraq, öz şaquli vəziyyətindən əyildiyi, hörgü daşlarının aralandığı, digər divarlarda hündürlük boyunca şaquli və üfüqi istiqamətlərdə çatlar yarandığı, divar kağızlarının qopduğu, otaqların, elecə də, sanitar qovşaqların faktiki vəziyyətdə istifadə üçün yararsız vəziyyətə düşdüyü, ofis otağın ağac materialından materialından olan döşəmə sinin deformasiyaya uğraması, tavana vurulmuş lambrin üzlüklərin qopub töküldüyü, divarların üzərində nəmlik əlamətləri əmələ gəldiyi, bəzi tikililərin dam örtüyünün sınıb dağıldığı, arxa fasad hissəsində olan dam hissəsinin yararsız vəziyyətə düşdüyü, ümumilikdə qeyri-yaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş, obyektin bərpa-gücləndirilməsi mümkün və məqsədəuyğun hesab olunmamışdır.
49. Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 10/3101 nömrəli ekspert rəyinə əsasən, hazırda tikilinin 1,0 kv.m.-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 500 manat təşkil edir. Belə olan halda, ümumi sahəsi 220,6 kv.m. olan qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılm alı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300 manat məbləğində müəyyən olunur.
50. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür.
51. Lakin ekspert rəyinə tikilinin 1,0 kv.m sahəsinin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyərinin təqribən 500 manat olmasını təsdiq edən smeta və ya hesabat cədvəli əlavə olunmamış, həmin məbləğin hansı əsaslarla müəyyən olunması göstərilməmişdir.
52. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iş materiallarında olan "xxxx" MMC-nin 26 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində 1,0 kv.m sahənin tikintisi üçün 400-450 manat, ümumilikdə 78.500 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir.
53. Göründüyü kimi, iki fərqli rəylə müəyyən olunmuş məbləğlər arasında kifayət qədər böyük fərq mövcuddur. Buna görə də, orta bazar qiymətinin müəyyən olunmasının əsasları ekspert tərəfindən aparılmış araşdırmada öz əksini tapmalıdır. Həmin əsaslar göstərilmədən, ekspert rəyinin mülki prosessual qanunvericiliyə uyğun, kifayət qədər aydın və ya tam olması qənaətinə gəlmək qeyri-mümkündür.
54. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almadan, ekspert rəyinə tənqidi yanaşmadan, mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan ekspert rəyinin mötəbərliyini qəbul etmişdir.
55. Halbuki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
56. Həmçinin nəzərə almaq lazımdır ki, maddi zərərin ödənilməsinin ümumi qaydalarını müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
57. Buna görə də, apellyasiya instansiyası məhkəməsi ekspert tərəfindən müəyyən edilmiş məbləğin iddiaçıya vurulmuş zərərə uyğunluğuna işin hallarını nəzərə almaqla qiymət verməlidir.
58. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, qətnamə qəbul edilərkən maddi və pr osessual hüquq normaları pozulmuşdur.
59. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§42).
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etməli, araşdırmanın nəticələrinə və hazırkı qərarda şərh edilənlərə uyğun olaraq mübahisəni həll etməlidir.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6911/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul