Məhkəmə qərarları › İş №2(102)-1498/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1498/2020

17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1498/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Quliyev Məhəmməd Rəhim oğlunun, Cavabdeh1, vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı və vəkili Quliyev Məhəmməd Rəhim oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)3779/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron R ayon Məhkəməsinin 2(012)-2776/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 YYY nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3779/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Cavabdeh3, L.M.Məmmədova, S.A.Qafari) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2776/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsinin qismən – Cavabdeh1 YYY nömrəli mənzilə i stifadə hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin Cavabdeh1 YYY nömrəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdırlar. Digər cavabdehlər nəvələri-Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmayan şəxslərdir və onlar qızı Cavabdeh2 övladlarıdırlar. Qızlarının hər ikisi ailəlidirlər və uzun müddətdir ki, gəlin köçmüşlər. Böyük qızı -Cavabdeh1 13.11.2002-ci ildə, balaca qızı -Cavabdeh2 isə 08.06.2007-ci ildə ailə həyatı qurmuşdur və ər evinə gəlin getmişdirlər. Cavabdehlər müvafiq olaraq 17 və 12 ildir ki, onunla yaşamırlar. Valideyni olduğunu nəzərə alsaq, təbii olaraq müəyyən müddətdən bir ona baş çəkməyə gedibgəlirlər. Artıq 79 yaşı tamam olmuş və səhhətində nasazlıqlar, xəstəliklər yaranmağa başlamışdır. Qızları da bundan istifadə edərək, öz övladlıq borclarını yerinə yetirmək əvəzinə onun ölməyini istəyir və tezliklə mənzilini öz aralarında bölmək niyyətindədirlər. Hər dəfə onun evinə gəlib getdikdə, niyə ölmürsən, öl canımız qurtarsın tipli ifadələr işlədərək onu narahat edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Cavabdehlərin heç bir əsas və zərurət olmadan ona məxsus mənzildə qeydiyyatda qalmaları onun həmin mənzilə dair hüquqlarını məhdudlaşdırır. Belə ki, qeydiyyatda olan şəxslərin həmin mənzilə istifadə hüququnun olmasını, yəni ona məxus mənzildə qeydiyyatda olmalarını nəzərə alaraq bütün dövlət və qeyri-dövlət müəssisələri cavabdehlərin razılığını tələb edir ki, bu da onun sərbəst sərəncam və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qızları -cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə həyatı quranadək onunla birgə, ona məxsus mənzildə yaşamışdırlar. Böyük qızı Cavabdeh1 13.11.2002-ci ildə ailə həyatı qurmuş və artıq 17 ildir ki, onunla yaşamır. Balaca qızı Cavabdeh2 isə 08.06.2007-ci ildə ailə həyatı qurmuş və artıq 12 ildir ki onunla yaşamır. Ailə həyatı qurub köçsələr də, bu günə kimi öz yaşadıqları evə qeydiyyata düşməmişlər. Cavabdehlərin artıq ona məxsus evə istifadə hüquqları qalmamışdır. Keçmiş həyat yoldaşının vəfatından iki il müddətdən çox keçməsinə baxmayaraq, övladları onun ailə həyatı qurmağına maneəçilik törədirlər. Belə ki, o, ailə həyatı qurduqdan sonra öz mülkiyyətində olan evdə yaşamaq istəyir, lakin övladları buna razı deyillər. Eyni zamanda keçmiş həyat yoldaşının həmin evdə heç bir payı yoxdur, çünki keçmiş həyat yoldaşını o, rayondan hazırki evə gəlin gətirmişdir. Hazırda evlənəcəyi qadın uşaqlarının evdən çıxmasını istəyir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən ləğv edilib həmin hissədə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Quliyev Məhəmməd Rəhim oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qə bul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Quliyev Məhəmməd Rəhim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Quliyev Məhəmməd Rəhim oğlunun, Cavabdeh1, vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə 30.08.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 21.05.2019-cu il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 daimi qeydiyyatdadırlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 YYY nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etsə də, Cavabdeh1 YYY nömrəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində birinci instansi ya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. İşin mübahisə olunmayan hallarından görünür ki, Cavabdeh1 2002-ci ilə qədər, Cavabdeh2 isə 2007-ci ilə qədər mübahisəli mənzildə yaşamışdırlar. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətləri 2000-ci il tarixdən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş A zərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarında olan 08.06.2007-ci il tarixli, 308855 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 nikahlarını 08.06.2007-ci il tarixdə rəsmiləşdirmişdirlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 2007-ci ildən mübahisəli mənzildə yaşamadığından və o, mənzilin yaşayış sahəsindən istifadə hüququnu itirdiyindən Cavabdeh2, onun uşaqları - Cavabdeh3 və Cavabdeh4 YYY nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nətic ə əsaslıdır. İddia tələbinin Cavabdeh1 000 nömrəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan 13.11.2002-ci il tarixli, 184112 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X4 nikahlarını 13.11.2002-ci ildə rəsmiləşdirmişdirlər. Nikah bağlandıqdan sonra arvada Əkbərzadə soyadı verilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının adına 2017-ci il tarixdə özəlləşdirilmişdir və Cavabdeh1 faktiki olaraq mübahisəli mənzilin yaşayış sahəsindən istifadə edir. İş materiallarından görünür ki, iddiaçı qızı Cavabdeh1 2019-cu ilin fevral ayından, Cavabdeh1 isə mübahisəli mənzildə 2017-ci il tarixdən - əri ilə aralarında mübahisə yaranandan sonra köçdüyünü bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin 2017-ci il tarixdən mülkiyyətçisi olan iddiaçının ailə üzvü olduğundan və onunla birlikdə mənzilin yaşayış sahəsindən istifadə etdiyindən Cavabdeh1 istifadə hüququna xitam verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məh kəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan sa xlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3779/2019 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar