Məhkəmə qərarları › İş №2(102)-1498/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1498/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1498/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2024-cü il tarixli 2(103 )- 6284/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 dəymiş 2245 manat maddi, 3000 manat mənəvi zərərin, İddiaçı1 dəymiş 2252 manat və 6 iş günlük əmək haqqı olan 180 manat maddi, 3000 manat mənəvi zərərin, ödənilmiş 122.03 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən müştərək qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-4029/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim - Fariz Əlizadə) iddia təmin edilməmişdir.

3. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 779.1, 1096.1, 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası MMnin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Hər iki iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6284/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-yə qarşı olan tələbin rədd edilməsi hissəsində ləğv olunmuş, həmin tələb qismən təmin olunmuş, mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMC-dən İddiaçı2 xeyrinə 3.000 manat, İddiaçı1 xeyrinə 3.000 manat pulun tutulması, iddianın cavabdeh "xxxx" MMC-yə qarşı olan qalan hissəsi rədd olunması, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq cavabdeh "xxxx" MMC-dən İddiaçı2 xeyrinə 50 manat, İddiaçı1 xeyrinə 50 m anat pulun tutulması qət edilmişdir.

6. Qətnamə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə qarşı olan tələbin rədd edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən ayrıca qərardad qəbul olunmaqla ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

7. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şi kayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6284/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b)

9. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qət namələrindən kassasiya şikayəti verilə bilər.

11. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1498/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

13. Məhkəmə tərəfindən sonradan m üəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

14. İşdən görünür ki, hazırkı halda iki iddiaçı tərəfindən tələb irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə hər bir iddiaçının tələbi 3000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin edilmiş, kassasiya şikayəti də məhz bu hissədən verilmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi qanunla istisna edilmişdir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alın ması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin maddədə müəyyən edilmiş iddianın qiymətinin həddi, kassasiya instansiyasının funksional və prosessual hüdudlarının müəyyən edilməsinə xidmət edir və məhz hüquqi əhəmiyyət kəsb edən və kassasiya qaydasında məhkəmə müdaxiləsini zəruri edən mübahisələrin kassasiya baxışına buraxılması məqsədini daşıyır.

17. Hazırkı halda birgə iddia qaldırmış, eyni bir öhdəlik münasibəti üzrə birgə kreditor olmayan iddiaçıların hər biri ilə cavabdeh arasında ayrıca müqavilə münasibəti yaranmışdır. Cavabdehə yönəlmiş iddia tələbləri birləşdirilərək verilsə də bu tələblərin ayrılıqda da irəli sürülməsi mümkün olmuşdur. Buna görə də hazırkı iş üzrə iddiaçıların irəli sürdüyü iddia tələblərində iddi anın qiyməti ayrı-ayrılıqda müəyyən olunmalı və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olub-olmadığı hər bir iddiaçının tələbinə münasibətdə yoxlanılmalıdır. Əks yanaşma bir neçə iddiaçının birləşdirilmiş iddialar vasitəsilə MPM-də nəzərdə tutulmuş prosessual hüdudların tətbiqindən yayınmasına şərait yaratmış olar ki, bu da kassasiya icraatının mümkünlük şərtlərindən birini nəzərdə tutan MPM-nin 407.2-ci maddəsinin məqsəd və məzmununa ziddir.

18. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassatorun mübahisələndirdiyi hissə 3000 manat təşkil etdiyi üçün kassasiya şikayətinin icraata qəbul edilməsi üçün qanunla müəyyən edilmiş şərt mövcud olmadığından şikayətinin icraata qəbul edilməsi qanunun tələblərin ə zidd olmuşdur.

19. MPM-nin 417.1.7-ci maddəsinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 112.1.3, 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1498/2025 nömrəli iş üzrə 17 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. Kassasiya şikayəti qeyri-mümkün sayılsın. İş baxışdan çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar