Məhkəmə qərarları › İş №2(102)-1499/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1499/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1499/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh2 qarşı ilkin, “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin və Cavabdeh2 qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt), kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı və onun vəkili Vəkil, cavabdeh “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər “xxxx” Məhdud Məsuliyyıtli Cəmiyyətinə (bundan sonra – MMC) və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı ilkin iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qaşlarına edilmiş “xxxx” proseduru nəticəsində ona vurulmuş maddi zərərin, yəni prosedura görə ödənilmiş xid mət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5000 manat, göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 1000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6120 manat məbləğində pulun, habelə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun cavabdeh MMC-dən və MMC-yə məxsus “xxxxxxx” gözəllik salonunun (bundn sonra – salon) işçisi olan ikinci cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdeh MMC-yə məxsus salonun işçisi olan ikinci cavabdeh 15.09.2015-ci ildə onun qaşlarının qəhvəyi rəngdə boyanması üçün permanent deyilən rəngləmə əməliyyatını etmiş, bu prosedurdan 5 aydan çox vaxt keçməsinə ba xmayaraq qaşları istənilən qəhvəyi rəngdə olmamış, əvvəlki rənginə də qayıtmamışdır. Həmin işçi əməliyyatı düzgün etmədiyindən rəng qanla qarışmış və qaşları pis hala düşmüşdür. Nəticədə qaşının bir hissəsi göy rəngə çalır, qaşının içərisində xətlərin əyri olduğu görünür, rəngləmə aparılan hissədə isə tüklər tökülmüşdür. Həmin işçi etdiyi prosedur zamanı ciddi səhvlərə yol vermiş, tibbi, sanitar-epidemioloji və qanunvericiliyin digər tələblərini pozaraq bu prosesi həyata keçirmişdir. Prosedurun düzgün aparılmaması nəticəsində səhhətinə fizioloji və psixoloji zərər vurulmuşdur. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun iddiaçıdan MMC-nin xeyrinə tutulması, həmin məbləğin kimsəsiz uşaqla r və kimsəsiz qocalar evlərinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İkinci cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin edilməməsi, şərəf və ləyaqətinin alçaldılması, habelə işgüzar nüfuza vurulan zərərin əvəzi olaraq 6000 manat, hüquqi yardım alması ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 manat, cəmi 7000 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 salonda manikür ustası kimi işlədiyini, iddiaçının həmin salonun gözəllik xidmətlərindən istifadə etdiyini, iddiaçının əvvəllər sadəcə ikinci cavabdehin xidmətindən istifadə etdiyini, sonradan ikinci cavabdehin iddiaçını onunla da tanış etdiyini, iddiaçının onun yanın a manikür və pedikür xidmətindən istifadə etmək üçün gəlib-getdiyini, iddiaçının hər dəfə ikinci cavabdehin yanına gələndə onun da yanına gəldiyini, iddiaçının onun yanında olanda həmişə ikinci cavabdehin ona qaşlarında problem olduğunu bildirərək, ona xxxx edə biləcəyini təklif etdiyini, sonradan iddiaçının razılaşdığını, onun özünün də həmin əməliyyatda iştirak etməyini xahiş etdiyini, hətta iddiaçı manikür etdirən zaman ikinci cavabdehin onun qaşlarının keyiməsi üçün xüsusi mayeni də məhz onun manikür otağında vurduğunu, sonradan prosedur həyata keçirilən zaman iddiaçı ağrı hiss etdiyini desə də, ikinci cavabdeh narahat olmamasını bildirərək, prosedura davam etdiyini, ümumiyyətlə, salona gələn müştərilərin heç birinin qeydiyyatı aparılmadığını bildirmişdir. ATU-nun Dermatovenerologiya k afedrasının müdiri, t.e.d, professor xxxxxx tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının qaşlarına edilmiş əməliyyatın permanent, yoxsa tatuaj üsulu ilə həyata keçirilməsini biokimyəvi və patohistoloji tədqiqatdan sonra müəyyən etməyin mümkün olduğu qeyd edilmişdir. Bunun üçün vətəndaşın cərrahi üsulla dəri parçasının götürülməsinə razılığı olmalıdır. Çünki bu prosedurdan sonra dəri parçasının götürülmüş bölgəsində kiçik çapıq qoyma ehtimalı var. İddiaçı ona dəyən maddi ziyanın məbləği ilə bağlı bildirmişdir ki, onun tərəfindən permanent üçün salona 90 AZN, hüquqi xidmət üçün 1000 AZN, qaşa tük əkilməsi üçün bir qaşa – 1000 avro, cəmi 2000 avro, Bakı-Ankara bileti üçün 325 AZN, Türkiyədə oteldə qalmaq üçün birinci gecə - 417.01 TRY, ikinci gecə - 417.98 TRY, üçüncü gecə - 414.74 TRY, cəmi 1249,73 TRY, Türkiyədə müayinə üçün - 342 TRY, pataloji – 207 TRY, cəmi 549 TRY, qaşların lazer ilə silinməsi üçün 1000 TRY ödənilmişdir. İddiaçı həmin məbləğlərin təsdiqi kimi məhkəməyə müvafiq aviabilet, oteldən arayışlar, müvafiq qəbzlər, hüquqi xidmətin ödənilməsi ilə bağlı kassa mədaxil orderi təqdim etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-26/2017 nömrəli iş üzrə 30.06.2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) ilk iddianın qismən təmin edilməsi, qaşların “xxxx” proseduruna görə ödənilmiş xidmət haqqının əvəzi olaraq 90 manat, qaşlarının bərpasına çəkiləcək xərcin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat, cəmi isə 5590 manat məbləğində pulun ikinci cavabdehdən tutularaq iddiaçıya ödən ilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddiaların isə tam həcmdə təmin olunmaması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, ikinci cavabdeh tərəfindən permanet rənglənmə qusurla aparıldığından iddiaçı tərəfindən həmin xidmətə görə ödənilmiş 90 manat vəsait ondan alınaraq iddiaçıya qaytarılmalı, həmçinin cavabdeh tərəfindən düzgün olmayan permanent rənglənmə nəticəsində iddiaçının səhətində baş vermiş qusurları aradan qaldırmaq üçün tələb olunan 5000 manat vəsait də ondan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının qaşlarında aparılan əməliyyatı həyata keçirən ikinci cavabdehin MMC-nin işçisi olduğu öz təsdiqini tapmadığından və öz işçisi olan şəxsin vurduğu zərərə görə hüquqi şəxs heç bir məsuliyyət daşımadığıdan iddia həmin cavabdehə münasibə tdə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, düzgün olmayan permanet rənglənmə nəticəsində iddiaçının qaşları və göz ətrafı pis hala düşdüyündən, xüsusilə qadınlar üz nahiyələrinə xüzusi fikir verdiklərindən, bu hal iddiaçının iztirab keçirməsinə səbəb olmuşdur. Buna görə də mənəvi zərər olaraq 500 manatın tutulması yetərli hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1091, 1092-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır, o, əvəllər salonun xidmətlərindən istifadə etmiş, ikinci cavabdeh onun da saç ustası olmuş, bacısını ikinci cavabdehlə məhz o, özü tanış etmiş, bacısı da bir müddət həmin salonun xidmətlərindən istifadə etmiş, sonradan isə ona bildirmişdir ki, qaşlarını xxxx etmək istəyir və ikinci cavabdeh həm də bunu bacarır, bacısı qaşlarını xxxx etdirəndən sonra qaşlarında problemlər yaranmağa başlamışdır. Məhkəmə kollegiyasının 13 dekabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən 11.05.2018-ci il tarixli, 663 saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçının qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həy ata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı var. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır. İddiaçı isə onsuz da qaş nahiyəsinə yetərincə müdaxilə olunduğu, həmin hissənin artıq zədəli olduğu və buna görə də həmin hissədə əlavə çapığın da yaranmasını istəmədiyini bildirərək, buna razılıq verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-86/2018 nömrəli iş üzrə 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) iddiaçı və cavabdehlərin apellyasiya şikayətl əri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya münasibətdə ləğv edilmiş və ilkin iddiaya münasibətdə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 6120 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 9120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə, o cümlədən ilk iddianın ikinci cavabdehə münasibətdə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddialara münasibətdə isə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdeh MMC-yə məxsus salonun xidmətlərindən istifadə etmiş və salonun işçisi ikinci cavabdeh tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıqaşkardır. ikinci cavabdehin MMC-nin işçisi olması səbəbindən məhkəmə kollegiyası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər cavabdeh MMC-dən tutulmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2051/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi, cavabdeh MMC-nin qar şılıqlı iddiasının isə təmin edilməməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının 20.05.2015-ci il tarixdə, yəni qaş nahiyəsində rənglənmə aparılmamışdan əvvəl Bakı şəhər 1 saylı dəri-zöhrəvi dispanserə hansı səbəbdən müraciət etməsinə, qaş nahiyəsində permanent rənglənmə və ya tatuaj əməliyyatının olunmasına, əgər permanent əməliyyat olunmuşdursa, həmin əməliyyat nəticəsində qaş nahiyəsində xəsarət yaranmasına, nəticə olaraq iddiaçıya zərər dəyib-dəyməməsinə, dəymiş zərərdə cavabdeh MMC-nin roluna, təqdim edilmiş aviabilet və oteldən arayışlar üzrə xərclərin hansı məqsədlə və təyinatla istifadə edilməsinə dair hissədə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının ekspertizadan keçmədiyini, ona qaş nahiyəsində xəsarət yetirilib-yetirilmədiyinin müəyyən edilmədiyini nəzərə almamış, cavabdeh MMC-nin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-9370/2019 nömrəli iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçı və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin edilməməsi və cavabdeh M MC-nin qarşılıqlı iddiasının təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-870/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 03.09.2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin cavabdeh MMC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini lkin iddia tələbinin cavabdeh MMC-yə münasibətdə rədd olunması hissədə yoxlamış kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd olunmasını əsaslı hesab edərkən onun gözəllik salonuna 90 manat məbləğində xidmət haqqı ödəyərək həmin salonda qaşlarında xxxx əməliyyatı etdirdiyinə dair məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim etməməsini, onun göstərdiklərini təsdiq edən şahidlər xxxxx iddiaçının bacısı, xxxxxxx isə MMC-nin keçmiş işçisi olmaqla karyerasının gözəllik salonunda baş tutmamasına görə onların ifadələrinin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsinin mümkün olmamasını əsas göstərmişdir. Kassasiya məhkəməsi hesab etmişdir ki, məhkəm ənin həmin nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi cavabdeh MMC-yə münasibətdə qismən təmin edilmiş, ikinci cavabdehə münasibətdə isə iddia rədd edilmişdir. İkinci cavabdehə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddianı rədd etsə də, hesab etmişdir ki, iddiaçı cavabdeh MMC-yə məxsus salonun xidmətlərindən istifadə etmiş və salonun işçisi ikinci cavabdeh tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıq-aşkardır. ikinci cavabdehin MMC-nin işçisi olması sə bəbindən məhkəmə kollegiyası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər cavabdeh MMC-dən tutulmalıdır. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ziyan məhz ikinci cavabdehin təqsiri üzündən dəymiş, lakin o, cavabdeh MMC-nin işçisi olduğu üçün ziyan MMC-dən tutulmalıdır. İddianın ikinci cavabdehə münasibətdə rədd olunmasının əsasları isə onun iddiaçıya maddi və mənəvi zərər vuran hərəkətlərə yol verməməsi ilə bağlı olmamışdır. Ali Məhkəmənin qərarı ilə ləğv olunmuş hissədə işə yenidən baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə zidd olan nəticəyə, yəni ikinci cavabdehin iddiaçıya xidmət göstərməməsi və ona ziyan vurmaması nəticəsinə gəlməklə MMC-yə qarşı yö nəlmiş iddianı rədd etmişdir. Bununla da məhkəmə kollegiyası qətnamənin qanuni qüvvəyə minmiş hissəsi üzrə müəyyən olunmuş hallara zidd olan hallar müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş şahidlərin ifadələrini “əsaslı şübhələrdən kənar” sübut kimi qəbul edilməsini qeyri-mümkün hesab edərkən MPM-in 76, 88-ci maddələrinin tələblərini pozmuşdur. X9 iddiaçının bacısı olması, şahidxxxxxxn isə MMC-də əvvəllər işləməsi onların ifadələrinin sübut kimi qəbul edilməməsi üçün əsas verməmişdir. Həmin şahidlərin ifadələri o zaman iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qəbul olunmaya bilərdi ki, onların həqiqətə uyğun olmaması daha mötəbər və inandırıcı sübutlarla təkzib edilmiş olsun. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) iddiaçının apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1096, 1097, 1099-cu maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, mülki hüquq pozuntusu nəticəsində ona dəyən zərərin əvəzini cavabdeh MMC-dən tələb edən iddiaçı, ilk olaraq bu pozuntunun MMC tərəfindən törədildiyini sübut etməli və bu zaman Məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. İş materiallarına görə iddiaçı tərəfindən MMC-yə münasibətdə iddiasının əsaslı olmasına dair salonun “Facebook” səhifəsində yerləşdirilmiş şəkillər, habelə ikinci cavabdehin “İnstagram” səhifəsində qoyulmuş şəkillər, ikinci cavabdehin göndərdiyi “SMS”-lər, aviabilet, oteldən arayışlar, “İstanbul” klinikasından iddiaçının elektron ünvanına gələn məktub və iki şahid ifadəsi təqdim edilmişdir. İnternet səhifələrindən çıxarılmış şəkillərə münasibətdə Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu şəkillərdə iş üzrə ikinci cavabdeh internet istifadəçilərinə permanent xidməti göstərən usta (işçi) kimi təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu şəkillər r eklam xarakterli bir təqdimatdır və iddiaçının qaşlarında aparılması iddia edilən “xxxx” prosedurunun cavabdeh MMC-yə məxsus salonda həyata keçiriməsini təsdiq etmir. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqdim olunan “Watsapp” yazışması da iddiaçının dəlillərinin əsaslı olması üçün kifayət deyil. Çünki, iddia edilən prosedurun aparılmasından 4 ay sonra göndərilən mesajın məzmununda nəinki iddiaçının qaşlarında “xxxx” prosedurunun MMC-yə aid gözəllik salonunda aparılması, hətta ümumiyyətlə bu prosedurun özünün aparılması barədə belə hər hansı ifadə yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş aviabilet və otel arayışları da iddiaçının MMC-yə qarşı tələbinin əsaslı olmasını təsdiq etmir. Çünki, həmin sənədləri təqdim etmiş iddiaçı Türkiyəyə edilən bu səfərin və çəkilən xərclərin onun qaşlarında “xxxx” prosedurunun düzgün aparılmamasını doğuran fəsadların aradan qaldırılması ilə izah etsə də, bu halı iddiaçının izahatından başqa təsdiq edən hər hansı başqa mötəbər sübut yoxdur. “İstanbul” Klinikasından iddiaçının elektron ünvanına göndərilmiş məktubun məzmununda qaş əkilməsinin qiymətləri və bundan əvvəl qaşda “tatuajın” lazer ilə silinməsinin zəruri olduğu göstərilmişdir ki, Məhkəmə kollegiyası bu məktubu MMC-nin iddiaçıya qarşı delikt törətməsini təsdiq edən sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri də iddianın əsaslı olmasını təsdiq etmir. X2 ifadəsinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid iddiaçı ilə yaxın qohum (iddiaç ının bacısı) olduğundan işin gedişində yüksək marağı var. Ancaq təkcə bu hal, onun dediklərini mütləq olaraq şübhəli qəbul etməyə əsas vermir. İfadənin inandırıcılığına təsir edən amil, həm də şahidin prosedurun ikinci cavabdeh tərəfindən və məhz salonda edildiyinin bilavasitə görməməsi, həmin vaxt orada olmaması, bildirdiklərinin isə iddiaçıdan eşitməsidir. İkinci şahid X4 ifadəsinin mötəbərliliyi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu ifadə də iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Çünki, şahid bildirdiyi hadisəni zidiyyətsiz təsvir etmir. O bildirir ki, iddiaçı ondan xahiş etmişdir ki, “xxxx” proseduru edildiyi vaxt iddiaçının yanında olsun və buna görə də şahid prosedur başlanan vaxtdan 5-6 dəqiqə həmin otaqda olmuşdur. Məhkəmə qeyd etmişdir ki, əvvəla əgər həqiqətən də iddiaçı, prosedur zamanı üçüncü şəxsin onun yanında olmağını istəmişdirsə, bu proseduru aparmalı olan ustanın profesional vərdişlərinə müştərinin inamsızlığının göstəricisidir. Lakin nə qədər ki, iddiaçı iddia edir ki, qaşlarında prosedurun aparılmasını ikinci cavabdehə etibar etmişdir, sonuncu ilə iddiaçı arasında hər hansı inamsızlıqdan söhbət gedə bilməz. Belə olan halda iddiaçının xxxxxxx prosedur otağına dəvət etməsi barədə ifadəsi inandırıcı görünmür. Şahidin prosedurun aparıldığı iddia edilən otağı tərk etməsinin səbəbləri barədə (şahidin yanına özünün müştərilərinin gəlməsi (1); prosedur zamanı iddiaçının qaşından qanın axması və şahidin qanın görüntüsünə baxmağa “ürəyi gəlməməsi” (2)) bir-birini təkzib edən açıqlamaları da Məhkəmədə ifadənin doğruluğuna şübhə yar adır. Bunlardan başqa, cavabdeh MMC-nin adından verilmiş yazılı izahatdan müəyyən edilir ki, peşəkarlıq səviyyəsi aşağı olduğu üçün (şahid) XXXnın ərizəsi alınaraq onunla bağlanmış əmək müqaviləsinə 31.03.2016-cı il tarixdə xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, qeyd olunan bu hal xxxxxxxişin gedişində müəyyən marağı ola bilməsini istisna etmir. Göründüyü kimi, iddiaçının öz iddiasının əsası kimi məhkəmələrə təqdim etdiyi yuxarıda göstərilən sübutlar, MMC-yə qarşı tələbin əsaslı olmasını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələrdə baxılması zamanı da iddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin əldə etdiyi sübutlar da apellyasiya baxışının predmeti olan hissədə iddiaçının haqlı olmasına dəlalət etmir. Belə ki, cavabdeh MMC-yə məxsus salonda iddiaçının qaş larına “permanent” və ya “tatuaj”ın edilməsi barədə iddiaçının şikayətləri əsasında müvafiq dövlət qurumunda araşdırma aparılmışdır. Lakin araşdırma zamanı salonda bu kimi xidmətlərin göstərilməsi üçün qanunvericiliyin qoyduğu tələblərin pozulması və bununla bağlı cavabdeh MMC-nin inzibati məsuliyyətə cəlb olunması iş materialları ilə təsdiq olunmur. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin hazırkı apellyasiya baxışının predmetinə aid dəlilləri formal mülahizə xarakteri daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayət inin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın cavabdeh MMC-yə qarşı təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə MPM-in 420-ci maddəsinin tələblərinə zidd olaraq kassasiya instansiya məhkəməsinin göstərişlərinə riayət etməmişdir. c) Kassasiya şikayəinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahat ları İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ikinci cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddianın cavabdeh MMC-yə münasibətdə təmin olunmaması hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üzrə yeganə iddiaçı olan kassator şikayət verdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki ş əxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında f əaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MPM Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya ziyan məhz ikinci cavabdehin təqsiri üzündən dəymiş, lakin o, cavabdeh MMC-nin işçisi olduğu üçün ziyan MMC-dən tutulmalıdır. İddianın ikinci cavabdehə münasibətdə rədd olunmasının əsasları isə onun iddiaçıya maddi və mənəvi zərər vuran hərəkətlərə yol verməməsi ilə bağlı olmamışdır. Ali Məhkəmənin əvvəlki qərarı ilə ləğv olunmuş hissədə işə təkrar baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hiss əsinə zidd olan nəticəyə, yəni ikinci cavabdehin iddiaçıya xidmət göstərməməsi və ona ziyan vurmaması nəticəsinə gəlməklə MMC-yə qarşı yönəlmiş iddianı rədd etmişdir. Bununla da məhkəmə kollegiyası qətnamənin qanuni qüvvəyə minmiş hissəsi üzrə müəyyən olunmuş hallara zidd olan hallar müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəm əsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Lakin apellyasiya instansiyası məhkəməsində üçüncü icraat zamanı işə yenidən baxmış Məhkəmə kollegiyası MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş və MPM-in 420-ci maddəsinə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişi nəzərə alınmaqla yeni aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4406/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş ilkin iddianın cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı rədd edilməsi hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar