Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X5, nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2018-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Daewoo Centra” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobillə taksi xidmətində çalışarkən Bakı şəhəri, Nobel prospekti 55 ünvanda hərəkət edən zaman yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işiğında dayanmış “X13” minik markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobillə arxadan toqquşmuş və nəticədə sərnişin qismində daşıdığı İddiaçı ağır bədən xəsarətləri almışdır. Hadisədən sonra İddiaçı şəhər klinikasına çatdırılmış ilkin müdaxilə edilmişdir. Ona baş beynin ağır dərəcədə əzilməsi, sağ alın-təpə gicgah nayihəsinin subdural hematoması, solda alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi, ikitərəfli hemotoraks, sol üst g öz qapağı və sol qaşın bayır bucağının əzilmiş - cırılmış yarası, hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları kimi diaqnozlar qoyulmuşdur. İddiaçı aldığı xəsarətlərlə bağlı uzun müddət stasionar müalicə almış, əmək qabiliyyətini itirmiş, əlil olmuşdur.
2. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-282/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə və ona əlavələrlə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5006 2,08 manat müalicə xərci, 7150 manat almadığı əmək haqqı, 1500 manat istifadə üçün yararsız hala düşmüş gödəkçənin dəyəri və 50000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsində çəkdiyi müalicə xərci, işlədiyi yerindən itirilmiş qazanc, gödəkçə pulu və mənəvi zərər cavabdehdən tutulmalıdır. Cavabdehin törətdiyi cinayət hadisəsi baş verəndən bu günə kimi iddiaçı aldığı ağır bədən xəsarətlərindən əziyyət çəkir, əvvəlki sağlamlığı bərpa edilməyib və çətin ki, bərpa edə bilsin. İddiaçı, cavan yaşında yataq xəstəsi və bütövlükdə fəal ictimai həyat tərzindən məhrum olub.
5. Cavabdeh isə bildirmişdir ki, tələbdə göstərilən məbləğ həddindən artıq şişirdilmişdir. Dəymiş zərərlə əlaqədar olaraq onun tərəfindən 8.720 manat məbləğində iddiaçıya verilməsini iddiaçı öz tələbində nəzərə almamışdır. Bundan başqa, iddia tələbində “Hepatit” xəstəliyinin müalicəsinə çəkdiyi xərc, yol-nəqliyyat hadisəsinə heç bir aidiyyəti yoxdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim İddiaçı) xx.xx.2019-cu il tarixli, 2(005)630/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 33986,85 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçının sağlamlığına maddi ziyan dəyməsi sübutlarla təsdiq edildiyindən və məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri əsas tutulmaqla dəymiş zərər 33.986,85 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğ cav abdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər maddi zərəriddiaçının əşyasının məhv edilməsi və əldən çıxmış fayda ilə bağlı maddi itkilər təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-576/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-630/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, müalicəyə çəkilmiş xərclərə görə 22346,83 manat, itirilmiş qazanca görə 3086,63 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 45433 (qırx beş min dörd yüz otuz üç) manat 46 (qırx altı) qəpik pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının məhz cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alması, bu səbəbdən məruz qaldığı tibbi müayinə, müalicə və əməliyyatlar, onlara edilmiş ödənişlərin bir qismi işdə olan sənədlərlə təsdiqlənir. Cavabdeh mülki hüquq pozuntusuna dair qaydalar çərçivəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müalicə aldığı tibb müəssisələrinə cavabdehin vəkili tərəfindən sorğular verilmiş, eləcə də məhkəmə sorğusu verilməklə alınmış cavablar iş materiallarına əlavə edilmiş, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının müalicəsinə xərclərnmiş vəsaitlərin mühüm hissəsi onun "Hepatit" xəstəliyinin müalicəsi üzrə edilmiş müayinə və müalicəyə görə çəkilmiş xərclərdən ibarət olmuşdur ki, bu xəstəliyin yaranmasında cavabdeh olaraq Cavabdeh hər hansı təqsiri olmamışdır. Bundan başqa, məhkəmə cavabdeh tərəfindən 8720 manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsinə istinad etsə də, həmin məbləğin ödənilməsini ümumiyyətl ə nəzərə almamış və hesab etmişdir ki, həmin məbləğ qəzanın baş verdiyi gündən sonrakı dövrə aiddir. Halbuki, cavabdehin imkanı çatdığı qədər iddiaçıya ödədiyi 8720 manat məbləğində pul vəsaiti məhz onun xəsarət aldığı dövrdən sonra olmuşdur ki, bu vəsaitin iddiaçı tərəfindən müalicə aldığı müddətdə xərclənməsinin hansı dövrdə olmasına heç bir bağlılığı yoxdur. Ən azından qeyd olunan pul vəsaiti məhkəmə tərəfindən iddia təmin edilərkən nəzərə alınmalı idi. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı iddianı qismən təmin edərkən nəzərə almamışdır ki, hadisə məhz ehtiyatsızlıqdan baş vermiş buna görə də iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmışdır. Məhkəmə mənəvi zərərlə bağlı iddianı 20.000 manat hissədə təmin edərkən nəzərə almamışdır ki, cavabdeh taksi sürücüsü işləməklə ailəsinin yeganə qazanc gətirənidir və onun bu məbləği ödəməyə ümumiyyətlə imkanı yoxdur. Məhkəmə tərəfindən qeyd olunan qanunvericililiyin tələbləri də pozulmuş, cavabdeh olaraq Cavabdeh əmlak vəziyyəti və ödəmə qabiliyyəti ümumiyyətlə yoxlanılmamışdır. Bu hal ona dəlalət edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra zamanı cavabdehin qeyd olunan məbləği ödəmək imkanı olmadığı halda barəsində AR CM-nin 306-cı maddəsi ilə yeni cinayət işinin qaldırılması rəvac vermiş olsun. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən çoxlu sayda işə aidiyyəti olmayan sübutlar da təqdim edilmiş, onların əksəriyyətinin işə aid olmadığı məhkəmə araşdırmasında sübut olunmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv və id dianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin şübhə ilə yanaşdığı qəbzlərə gəldikdə, hər gün apteklərdən müxtəlif dərman preparatları və tibbi vasitələr alınırdı. Çox vaxt iddiaçının pulu çatmırdı. Həmin apteklərin rəhbərliyi ilə razılaşmışdırlar ki, pul olmayanda onlara nisyə dərman və ya tibbi vasitələr, ləvazimatlar verirdilər. Növbəti 2-3 günə həmin borcu ödəyirdilər. Buna görə də ödəniş qəbzləri elə vaxt olurdu ki, bir gündə dalbadal kassadan ödənilirdi. İddiaçının əynindəki gödəkçəyə gəldikdə isə, o, qəzaya uğrayanda çoxlu qan itirmişdir, beyin-gicgah nahiyyəsindən və gözündə, alın-təpə nahiyyəsindən fasiləsiz axan qan nəinki gödəkçəni, eləcə də iddiaçının ayağında olan ayaqqabıları, əynindəki digər geyimləri tam yarasız hala salmışlar. İddiaçı gödəkcəni bir ay öncə almışdır və 1-2 dəfə geyinmişdir. Bir də ki, iddiaçının valideyinlərinə paltarlar çatanda iddiaçının sağ qalma ehtimalı çox az idi. Ona görə də onda o haqda fikirləşməyə vaxt qalmamışdı. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi bütün sənədlər iddia tələbini tam sübuta yetirir, lakin nədənsə məhkəmələr onun iddiasını tam təmin etmirlər. İddiaçının iddia ərizəsində qeyd etdikləri onun real olaraq çəkdiyi xərclər və ona dəymiş ziyandır. Cavabdehin iddiaçının iddia tələbini təmin etməməsinə gəldikdə isə, ilk günlərdə iddiaçının valideyinlərini aldadaraq ondan şikayətçi olmamağları üçün çəkiləcək xərclərdə köməklik göstərəcəklərini bildirsələr də, sonradan arxayınlaşaraq bundan boyun qaçırmışl ar və nəticədə borclu olduqları halda iddiaçıya dəymiş ziyanı və digər tələbləri ödəməmək üçün müxtəlif bəhanələrlə çıxış edirlər. Cavabdeh qeyd edir ki, 8 720 manat pul ödənilib, bu doğru deyil. Cavabdehin atası, eyni zamanda nümayəndəsi bildirir ki, xx.xx.2018-ci il tarixədək iddiaçının müayinə və müalicə xərclərini ödəyib. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 saylı X10 müalicə olunubdur ki, həmin xəstəxana dövlət xəstəxanasıdır. Əgər cavabdehin bildirdiyi kimi bütün xərclər dövlət hesabına edilmişdirsə, onda iddiaçının beyin əməliyyatı, dərmanları və digər müayinələrə çəkilən xərclər nə üçün nəzərə alınmır və cavabdeh bunu qəbul etmir? b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Cavabdeh, İddiaçı verdiyi kassasiya şikayətinə etiraz ərizəsi göndərərə k, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8, nümayəndəsi və vəkili X4 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 və vəkili X7 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə r vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, san atoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
20. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qa zanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
21. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı dır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (§ 17).
31. İş üzrə iddiaçıya zərərin vuruldu ğu işin mübahisəsiz və aşkar halıdır. Bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulduğu, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir. Həmin hökmlə müəyyən edilmiş həmin hallar baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir (§ 24).
32. Tələbin 50062,08 manat müalicə xərci hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyə əsasən maddi ziyan konkret sübutlarla təsdiq olunmalıdır və ağlabatan həddə müəyyən edilə bilməz.
33. Çünki ki, hakim, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli s ürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 2223,25).
34. Bu baxımdan maddi zərərlə bağlı tələbi təsdiq edən sübutlar (çəkilmiş və ya çəkiləcək xərcləri təsdiqləyən sənədlər) təqdim edilmədən həmin zərərin məbləğinin mülahizə və ehtimallar əsasında müəyyənləşdirilməsi mümkün deyildir.
35. İddiaçı ona dəymiş zərəri təsdiq edən sübutlar qismində müayinə, müalicə, analiz sənədləri, o cümlədən bununla bağlı ödəniş qəbzləri, həm də çoxlu sayda aptek ödəniş çekləri təqdim etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan mövqeyə əsasən təqdim olunan bütün sənədlər deyil, konkret olaraq pul məbləğlərinin ödənildiyi barədə sənədlər tələbi sözügedən hissədə təsdiq edən sübutlar kimi qiymətləndirilə bilər.
37. İş materiallarında olan və iddiaçının məhz cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məruz qaldığı tibbi müayinə, müalicə və əməliyyatlar üzrə ödədiyi məbləğləri təsdiq edən ödəniş sənədlərinin cəmi 22346,83 manat təşkil edir. Həmin sübutlar baxılan mülki işin İ cildinin 82-94, 96, 98-107, 111, 115, 122-125, 149, 151, 158-159, 181, 184, 186-187, 204, 206, 265-270, 273, 287, 289-302, İİ cildinin 33-cü səhifəsində olan sənədlərdən ibarətdir. Sadalanan sənədlər üzrə məbləğlərin toplanması xüsusi bilik tələb etmədiyindən məhkəmə kollegiyası bununla bağlı ekspertiza təyin olunmasına əsas görməmişdir. Həmçinin, mülki işi n İ cildinin 95-ci səhifəsində əks olunan 1500 manat həcmində ödəniş sənədi cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddiaçı tərəf həmin məbləğin digər ödəniş sənədləri ilə əhatə olunduğunu etiraf etdiyindən həmin sənəd nəzərə alınmamışdır.
38. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin iddiaçıya ödədiyini bildirdiyi 8720 manat məbləğin də tələb olunan müalicə xərclərindən çıxılmasına əsas görməmişdir. Çünki apellyasiya baxışı zamanı həmin məbləğin qəzanın baş verdiyi gündən sonrakı 10-15 gün ərzində ödənildiyi mübahisəsiz qəbul edilmiş, tələb olunan xərclər isə qəzanın baş verdiyi tarixdən ən azı bir neçə ay sonra çəkilmişdir.
39. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi çoxlu sayda aptek ödəniş çeklərini iddianı təsdiq edən mötəbər sübutlar kimi qəbul etməyərək qeyd etmişdir ki, həmin çeklərin bir hissəsinin ümumiyyətlə oxunması mümkün deyil, qalan qəbzlərin isə məhz iddiaçı və ya onun müalicəsinə sərf olunan dərman və tibbi ləvazimatların alınması ilə əlaqədar olduğu müəyyən edilməmiş, cavabdeh də həmin çeklərin mötəbərliyini mübahisələndirmişdir.
40. Məhkəmə nəzərə almışdır ki, iddiaçının uzunmüddətli müayinə və müalicələr zamanı dərman vasitələri və müəyyən tibbi ləvazimatlardan istifadəsi qaçılmaz olmuşdur, lakin yuxarıda qeyd olunduğu kimi qeyd olunan tələb bu halı təsdiq edən mötəbər sübutlar olmadan yalnız ehtimallar əsasında təmin oluna bilməz.
41. Həmçinin iş materiallarında iddiaçının Türkiyə Cümhuriyyətində məhz yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı müayinə, tibbi əməliyyat və ya müalicə olunduğu barədə sübutlar mövcud olmadığından iddiaçının və onun qohumlarının həmin ölkəyə gedib-gəlməsi və orada qalması ilə bağlı xərclərin tutulması hissəsində də iddia təmin oluna bilməz. Eyni əsaslarla türkiyəli həkimin Azərbaycan Respublikasına gəlməsi və qalması ilə bağlı xərclərə dair sübutlar da tələbin bu hissədə təmin olunması üçün əsas deyil.
42. Tələbin ikinci hissəsi - 7150 manat itirilmiş qazancla bağlı qeyd olunmuşdur ki, baxılan iş üzrə qəza baş verənədək iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialında vəzifə maaşı 550 manat olmaqla, müştəri xidmətləri şöbəsində katibə-referent vəzifəsində çalışmış, bankda əmək stajı 3 il 6 ay olmuşdur. Həmçinin itirilmiş qazancın tələb olunduğu dövr (yanvar 2018yanvar 2019) ərzində qəza nəticəsində iddiaçının əmək qabiliyyətsiz olduğu da işi n mübahisəsiz halıdır. Lakin iddiaçının özünün təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, müvafiq dövr ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə arayışa əsasən iş yerindən və müvafiq sosial təminat idarəsindən ona 4063,37 manat əmək haqqı (müavinət) hesablanmışdır. Ona görə də 2018-ci ilin yanvar ayından 2019-cu il yanvar ayınadək (həmin aylar daxil olmaqla) iddiaçının orta aylıq əmək haqqı üzrə 7150 manat itirilmiş qazancından ona hesablanmış məbləğ çıxılmaqla bu hissədə tələb qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 3086,63 manat tutulmalıdır.
43. İddia tələbin üçüncü hissəsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, qəza nəticəsində istifadə üçün yararsız hala düşmüş gödəkçənin dəyəri qismində 1500 manat pulun tutulması hissəsində də təmin oluna bil məz. Çünki cavabdeh tərəf bu tələbi də mübahisələndirmiş, iddiaçı həqiqətən qəza zamanı əynində xəz gödəkçə olduğu, qəza zamanı yararsız hala düşdüyü və 1500 manat dəyərdə olduğu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materiallarının İ cildinin 142-ci vərəqində olan qeyd forması, tərtibatı və məzmunu baxımından belə sübut kimi qəbul oluna bilməz.
44. Tələbin 4-cü hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hadisə baş verən zaman iddiaçının 27 yaşı olmuş, o, ali təhsilli olmaqla həmin vaxt bankda çalışmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı baş beynin ağır dərəcədə əzilməsi, sağ alın-təpə gicgah nahiyəsinin subdural hematoması, solda alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi, ikitərəfli hemotor aks, sol üst göz qapağı və sol qaşın bayır bucağının əzilmiş cırılmış yarası, hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları kimi zədələr almışdır. Qeyd olunan xəsarətlər nəticəsində iddiaçı artıq İİ qrup əlil olmuşdur və onun müalicəsi hal-hazıradək davam edir. Hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bütün bunların nəticəsində iddiaçı çox ciddi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Hadisə nəticəsində gənc yaşlı iddiaçı sağlamlığını, iş yerini itirmiş, fəal ictimai həyat tərzindən məhrum olmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi işin sadalanan hallarını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.
46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaql a fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
47. Kollegiya işin müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tətbiqinə dair apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.