Məhkəmə qərarları › İş №2(102)-1500/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1500/2025

13.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1500/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Mənzil Tikinti Kooperativinə və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahiblik, sahibliyin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xidmət müqaviləsinin şərtlərinə görə "xxxx" MMC Dayanacaq yerinə müqaviləyə 1 saylı Əlavənin 1, 2 və 3-cü bəndlərində nəzərdə tutulan xidmətləri göstərməyi, İddiaçı isə həmin xidmət qarşılığında hər ay 100 manat məbləğində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mübahisə yaranan 2023-cü ilin əvvəllərinədək tərəflər arasındakı münasibətlər davam etmişdir; 3. 01.01.2023-cü il tarixdən Dayanacaq yerinə xidmət göstərilməsi ilə bağlı hüquq və vəzifələr "xxxx" MTK-ya verilmiş və bununla bağlı iddiaçıya da yazılı məlumat göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməhə müraciət edərək Dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 həvalə edilməsi, həmin dayanacaqdan istifadə etməyinə cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı müddətsiz Xidmət Müqaviləsinə əsasən 2800 manat məbləğində artıq alınmış vəsaitin cavabdeh "xxxx" MMC-dən və mənəvi ziyana görə 3000 mana tın cavabdehlər "xxxx" MMC və “Güvənli- Servis Management” МТК-dan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında inşa etdiyi yaşayış binasında sahəsi 237,6 kv.metr olan 88 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil ilkin olaraq dəyəri tərəfindən ödənilməklə cavabdehlə bacısı X3 arasında bağlanılmış müqaviləyə əsasən bacısının adında olmuş, sonradan onun adına keçirilmiş və daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. Həmin mənzil alınarkən yaşayış binasının avtomobil dayanacağında 1 (bir) avtomobil yeri də dəyəri tam ödəniməklə bacısının adına alınmış və bu barədə “X9.Kompleksi ” MTK-nın sədri və baş mühasibi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 15 saylı maliyyə arayışı verilmişdir. Həmin vaxt ünvanı ünvan 2ə köçdükdən sonra qeyd edilən avtodayanacaqla bağlı "xxxx" MMC ilə aralarında 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı Xidmət Müqaviləsi bağlanıldı. Müqavilənin 1-ci bəndində göstərilir ki, “Xidmət göstərən” müqavilənin “2 saylı Əlavə”sində qeyd olunan avtodayanacaq sahəsində (bundan sonra “parkinq” adlanacaq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə “1 saylı Əlavə”sində qeyd olunan xidmətləri göstərmək, bunun qarşılığında Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10-cu bəndinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tarixinə qədər qüvvədədir. Müqavilə tarixi qurtardıqda, tərəflər müqavilə şərtlərini icra etməyə davam etdikləri təqdirdə, müqavilə eyni müddətə uzadılmış hesab olunacaq. Həmin Xidmət Müqaviləsinə “2 saylı Əlavə”nin birinci bəndində göstərilən xidmətin ünvanı Bakı şəhəri, Nobel prospekti 15, tipi qaraj avtomobil dövlət nömrəsi 99HB-799. Sayı 1 göstərilmişdir. “2 saylı Əlavə”nin 2-ci bəndində müqavilə üzrə müştəri xidmət haqqı barədə məlumata dair göstərilir: aylıq parkinq xidməti, qiymət-100 manat, başlama xx.xx.2018-ci il. “2 saylı Əlavə”nin 4-cü bəndində göstərilir ki, bu Əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilə bağlanan vaxtdan hal-hazıra kimi avtodayanacaqdan (parkinqdən) heç bir maneə olmadan istifadə etmiş və hər ay 100 manat xidmət haqqını ödəmişdir. Keçən ilin oktyabr ayının axırlarında, dayanacağa nəzarət edən şəxs tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, avtodayanacaq Türkiyə vətəndaşına satılıb və onlar dayanacaqda xidmət haqqını artırıblar. Bundan sonra hər ay 200 manat ödəməli olacaqdır. O, buna tam etiraz etmiş və tam dəyərini ödədiyi parkinq yerinə görə müqavilə üzrə xidmət haqqı 100 manat müəyyən edildiyi və müqavilə qüvvədə olduğu halda ayda 200 manat xidmət haqqı ödəməyəcəyini bildrmişdir. Eyni zamanda, tərəfindən cavabdeh “X5” MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli bildirişlə müraciət etmiş və həmin müraciətdə yuxarıda qeyd edilənlər barədə ətraflı məlumat vermişdir. Hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli Xidmət Müqaviləsi bağlanan ərəfədə tərəfindən tam dəyəri öd ənilməklə mülkiyyəti hesab edilən dayanacaqda müqavilə əsasında minik avtomobilini aylıq 100 manat ödənişlə saxlamağı barədə razılaşmaqla həmin dayanacağın əvəzinə ona yaşadığı evdən nisbətən uzaqda olan digər binadaki dayanacaqda 2 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin verilməsi vəd edildi və həqiqətən də bu barədə ona 6 sentyabr 2017-ci il tarixli PA-MA170906-130 və PA-MA170906-131 saylı Maliyyə Arayışları verilərək "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 13 və 14 saylı qeyri-yaşayış sahəsinin (avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) verilməsi və buna görə "xxxx" MTK-ya borcunun olmaması göstərilmişdir. Avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş həmin qeyri-yaşayış sahələrinə dair onun adına Maliyyə Arayışı verilsə də, faktiki olaraq qeyri-yaşayış sahələri (qarajlar) ona təqdim edilməmişdir və bu illər ərzində həmin qarajlardan kimlərin istifadə etməsi barədə məlumatı yoxdur. Qeyri-yaşayış sahələrini (avtomobil üçün qarajları) özəlləşdirmək üçün ona müvafiq sənədlər verilməyib, hazırda isə dəyəri onun tərəfindən tam ödənildiyi qeyriyaşayış sahələri ilə bağlı alqı-satqı etmək təklif olunur. O, həmin qeyri-yaşayış sahələrini faktiki olaraq qəbul etməmiş, istifadə etməmiş və hazırda ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin yaşayış binasında yerləşən ona məxsus avtodayanacaqdakı parklanma yerinə hüquqlarının bərpa edillməsini və həmin yerdən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını istəyir. Barışıq sazişi hazırlanarkən məlum olmuşdur ki, mübahisəli avtodayanacaq (parkinq) v ə təklif edilən dayanacaq yeri X1 mülkiyyətindədir. Həmin ünvandakı qeyri-yaşayış sahəsinin X1 mülkiyyətində olması ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunmuşdur.

6. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, Dayanacaq yerinə iddiaçının nə mülkiyyət hüququ, nə də istifadə hüququ vardır. İddia ərizəsində mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun və ya istifadə hüququnun olmasını təsdiq edən sənədi əlavə etməmişdir. Mülkiyyət hüququnun olmadığı dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin oluna bilinmədiyinə görə iddiaçıya hər hansısa bir maddi və ya mənəvi zərərin ödənilməsindən söhbet belə gedə bilməz. İddiaçının iddia tələbinin əsası kimi iddia ərizəsinə əlavə etdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışını və HM-ARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqaviləni əsas götürür. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışında mübahisəli dayanacaq yerinin sahibi kimi başqa şəxs, X3 göstərilmişdir. İddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında mübahisəli, 103 saylı dayanacaq yerinin özünün olmadığını təsdiq edir. xx.xx.2009-cu il tarixli Maliyyə arayışı mövcud deyildir, hüquqi əsası yoxdur. Çünki mübahisəli, 103 saylı dayanacaq yerinin sa hibi başqa şəxsdir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi HM-ARMM2HUQ101- 000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsində iddiaçıya göstərilən xidmətlərin dairəsi əks olunmuşdur. Qeyd edilən xidmətlərə görə iddiaçı "xxxx" MMC-ə Müqavilənin 2 saylı Əlavəsinə uyğun olaraq 100 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qeyd edilən müqaviləyə əsasən "xxxx" MMC iddiaçının iddia etdiyi kimi ona binada dayanacaq yeri ilə təmin etmir, Müqaviləyə əsasən də üzərinə belə bir öhdəlik götürməmişdir. Çünki 15 saylı binanın dayanacaq yerlərinin öz sahibləri vardır. Həmin şəxslərin icazəsi olmadan hər hansısa dayanacaq yerinin 3-cü şəxsin istifadəsinə verməsi ilə bağlı Cavabde h2 MTK-nın səlahiyyəti yoxdur. Cavabdeh2 MTK sadəcə binanın idarə edilməsini həyata keçirir, həmçinin dayanacaq yerlərində həmin dayanacaq yerlərinin sahiblərinin və ya mülkiyyətçilərinin icazəsi ilə öz şəxsi avtomobillərini saxlayan şəxslərə xidmətləri həyata keçirir. Hansı ki, bu xidmətlər iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış HMARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilədə göstərilmişdir. İddiaçı başqa şəxsin mülkiyyətində və ya istifadəsində olan mübahisəli dayanacaq yerində dayanacaq yerinin sahibinin icazəsi olmadan avtomobil saxlaya bilməz. Cavabdeh1 MMC artıq mübahisəli binada dayanacaqların istifadəsi ilə bağlı xidmətləri həyata keçirmir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 8 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerinə İddiaçı istifadə hüquqlarının bərpa edilməsi vəzifəsi X2 həvalə edilməsi; ünvan 8 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerindən İddiaçı istifadəsinə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə dayanacaq yerinin istifadəsi ilə bağlı yaranmışdır. Tərəflər arasında mübahisəli Dayanacaq yerinin iddiaçının istifadəsinə verilməsinə dair yazılı müqavilə mövcud olmasa da, Dayanacaq yeri tərəflər arasında mübahisə yaranan vaxtadək faktiki olaraq iddiaçının i stifadəsində olmuşdur. Bu hal həm tərəflərin izahatları ilə, həm də iş materiallarında olan sübutlarla müəyyən edilir. Belə ki, iş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2 saylı Əlavəsinin 1-ci bəndində Dayanacaq yeri barədə məlumat verilərkən “müştərinin mülkiyyətində və ya qanuni istifadəsində olan qeyriyaşayış sahəsi” ifadəsi qeyd edilmişdir. Sözügedən müqavilə hazırda da qüvvədədir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2018-ci il tarixdən Dayanacaq yerindən mütəmadi istifadə etmiş, dayanacağa xidmət göstərilməsi ilə bağlı qeyd edilən müqavilə ilə razılaşdırılmış xidmət haqqını da ödəmişdir. İşin mübahisə edilməyən bu halı onu deməyə əsas verir ki, Dayanacaq yeri iddiaçının istifadə üçün sahibliyinə verilmişdir. Həmin yerin is tifadə edilməsində əsas məqsəd isə iddiaçının avtomobilinin saxlanılması olmuşdur. Lakin uzun müddət istifadə edilməsinə baxmayaraq cavabdehlər tərəfdən heç bir səbəb göstərilmədən iddiaçı Dayanacağa buraxılmamış və bununla da onun istifadə hüquqları pozulmuşdur. Eyni zamanda, iş materiallarında olan "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən də müəyyən olunur ki, iddiaçı mübahisəli Dayanacaq yerindən təyinatı üzrə istifadə etmiş, hətta xidmətdən istifadəyə görə borcun ödənilməsini də tələb etmişlər. İddiaçının Dayanacaq yerinə istifadə hüquqlarının bərpa edilməsi digər tərəfdən həm də ona görə önəmlidir ki, iddiaçı Dayanacaq yerinin yerləşdiyi yaşayış binasındakı 15 saylı evin 88 saylı mənzilinin mülkiyyətçisi olmaqla həmin mənzildə ailə üzvləri ilə b irlikdə yaşayır. İddiaçının avtodayanacaq yerindən istifadəsinə maneə yaradılması onun Mənzilindən istifadə hüququna da maneələr yaratmış olur. Belə ki, iddiaçı hər dəfə avtomobilini daha uzaq məsafədə yerləşən dayanacaqda saxlayaraq, mənzilinə piyada və ya digər nəqliyyat vasitələrindən istifadə etməklə getmək məcburiyyətində qalır. Baxmayaraq ki, məhkəmə diqqətə çatdırır ki, yüksəkmərtəbəli yaşayış binalarının zirzəmilərindəki avtodayanacaq yerləri ilk öncə həmin yaşayış binasında yaşayan sakinlərin avtomobillərinin saxlanılması və mühafizəsi üçün nəzərdə tutulmuşdur.

9. Birinci instansiya məhkəməsi Cavabdeh2 MTK-nın nümayəndəsinin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Dayanacaq yerinə dair mülkiyyət hüquqlarının iddiaçıya məxsus olmaması Dayanacaq yerindən istifadəyə yaradılmış maneələrə son qoyulmasını məhkəmə qaydasında tələb etməyi istisna etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olnumuşdur ki, Dayanacaq yeri Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Babək Babayevin mülkiyyətində olsa da, (baxmayaraq ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə həmin Çıxarışın etibarlılığı da mübahisələndirilsə də, ərizə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır) Dayanacaq yeri faktiki olaraq iddiaçının istifadəsində olmuş, hər iki cavabdeh isə bunu təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişlər.

10. Birinci instansiya məhkəməsi iddiaçının 2800 manat məbləğində artıq alınmış vəsaitin "xxxx" MMC-dən tutulması barədə iddiasına münasibətdə bildirmişdir ki, iddiaçı nə başqa sakinlərlə eyni xidmətlərin göstərilməsi müqabilində daha az məbləğdə xidmət haqqının ödənilməsi şərtilə bağlanmış xidmət müqaviləsini, nə də bunu təsdiq edəcək digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda n sonra – Mülki Məcəllə) 152.3, 160, 163.1 və 165.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dayanacaq yerinə mülkiyyət və ya istifadə hüququ olmadığına görə həmin dayanacaq yerinin mülkiyyətçisinə qarşı mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi barədə tələbi də əsassızdır, həmçinin belə tələbin verilməsi üçün subyektiv hüququ yoxdur. Eyni zamanda heç bir əsası olmadığı halda başqa şəxsin mülkiy yətində və ya istifadəsində olan qeyriyaşayış sahəsi, mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürür. Halbuki mübahisəli dayanacaq yerinə nə mülkiyyət hüququ, nə də istifadə hüququnun olması barədə heç bir sənəd mövcud deyildir. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdıraraq qanuni və əsaslı qətnamə çıxarsa da idi müəyyən edə bilərdi ki, hazırda binanın idarəedici təşkilatı kimdir. Halbuki mübahisələndirdiyi qətnamədə isə iki təşkilatın üzərinə mübahisəli dayanacaq yerinə məhdudiyyətin qadağa edilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən qeyd olunan qanun normasının tələbini nəzərə almamış, bununla da işin bütün hallarına obyektiv qiymət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş məhkəmə baxışına təyin ed iləndən sonra çıxarış ilə tanış olduğunu bildirmiş, buna görə də ilk iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin əvvəla barışıq sazişi ilə bağlı heç bir razılaşma əldə olunmayıb, həmçinin iddiaçının iddia etdiyi kimi barışıq sazişi ilə bağlı hər hansısa bir razılıq əldə olunma ehtimalı var idisə, məhkəmə hazırlıq iclasını təxirə salınması üçün xahiş edə bilərdilər. Lakin göründüyü kimi məhkəmə baxış iclası təyin edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixə qədər (ilk məhkəmə baxış iclası) də iddiaçı tərəf özünün iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəni təqdim etməyib, 2-ci məhkəmə baxış iclasına (xx.xx.2023) 2 gün qalmış 1-ci dəfə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin a rtırılması barədə ərizəsini təqdim edib. Bundan sonra yenə də 2-ci məhkəmə baxış iclasından xeyli müddət sonra 4-cü məhkəmə baxış iclasına 9 gün qalmış (xx.xx.2023) xx.xx.2023-cü il tarixdə 2-ci dəfə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsini təqdim edib. Göründüyü kimi iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə təqdim etdikləri ərizələr prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, vaxtında verilməmişdir. Bu hal tərəflərin məhkəmə çəkişməsində bərabərliyi prinsipini pozmuş və bununla da Cavabdeh2 MTK-nın hüquqlarını kobud surətdə pozmuşdur. Bu halda iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə məhkəmə hazırlıq iclasında verilmədi yi və məhkəmə baxış iclasında xeyli müddət keçəndən sonra 2-ci və 4-cü məhkəmə baxış iclasında verildiyi əsasına görə icraata götürülməməli idi, həmin ərizələrə baxıla bilməz.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva - sədrlik edən və məruzəçi, F.F.Babayev və N.X.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında X2 məxsus və iddiaçının istifadə etdiyi dayanacaq yeri ilə bağlı yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə 103 saylı dayanacaq yerinin tərəflər arasınd a mübahisə yaranan vaxtadək faktiki olaraq iddiaçının istifadəsində olduğu, dayanacağa xidmət göstərilməsi ilə bağlı qeyd edilən müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödədiyi, uzun müddət istifadə etməsinə baxmayaraq cavabdehlər tərəfindən heç bir səbəb göstərilmədən onu dayanacağa buraxılmadığı və bununla da onun istifadə hüquqlarını pozduğu, iddiaçının avtodayanacaq yerindən istifadəsinə maneə yaradılmasının onun mənzilindən istifadə hüququna da maneələr yaratmış olduğu, dayanacaq yerinə dair mülkiyyət hüququnun iddiaçıya məxsus olmaması dayanacaq yerindən istifadəyə yaradılmış maneələrə son qoyulmasını məhkəmə qaydasında tələb etməsini istisna etmədiyi, hər iki cavabdehin isə bunu təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etmədiyi təsbit edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri saymışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda iddiaçının iddia ərizəsi ndə cavabdeh "xxxx" MTK-ya münasibətdə bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasdan müəyyən edilir ki, o, neqator iddia vasitəsilə hüquqlarını qorumaq niyyətindədir. Mülkiyyət hüququnun, habelə qanuni sahibliyin müdafiəsinin əşya hüquqi vasitələri Mülki Məcəllənin 157-ci maddəsində təsbit edilmişdir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

17. Neqator iddia mülkiyyətçinin (qanuni sahibin) ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqq ında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Bu iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Beləliklə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi (qanuni sahib, səlahiyyətli şəxs) qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Belə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli dayanacaqdan istifadəsinin və sahibliyinin qanuni olmasını təsdiq etməklə onu cavabdeh-mülkiyyətçi X2 münasibətdə məhkəmə müdafiəsi altına almış, bu hüquqların mülkiyyətçi olmasa da, dayanacağa sahiblik edən şəxs olaraq ona mənsub olduğunu təsdiq etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabd eh X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsindən veridyi apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarına riayət edilmədən verildiyi üçün geri qaytarılması qərara alınmışdır. Belə olan halda iddiaçı mübahisəli yerin mülkiyyətçisi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olaraq mülkiyyətçiyə məxsus qanuni sahibliyin müdafiəsinin əşya hüquqi vasitələrindən cavabdehə qarşı istifadə etmək, pozuntulara son qoymağı tələb etmək hüququna malikdir. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən müəyyən edilir ki, "xxxx" MMC Dayanacaq yerinə müqaviləyə 1 saylı Əl avənin 1, 2 və 3-cü bəndlərində nəzərdə tutulan xidmətləri göstərməyi, İddiaçı isə həmin xidmət qarşılığında hər ay 100 manat məbləğində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda isə, binada sözügedən xidmətlərin faktiki olaraq cavabdeh tərəfindən göstərilməsi, iddiaçının bu xidmətlərdən yararlanması, sakinlərdən bir çoxunun cavabdeh ilə yazılı müqavilə bağlaması işin mübahisəsiz halı olmuşdur. Bu hallar ona dəlalət etmişdir ki, iddiaçı istifadəsində olan dayanacağın saz vəziyyətdə saxlanılması, təmiri, həmçinin qeyd olunan əmlakın istifadəsi ilə bağlı digər məsələlərin həllini "xxxx" MTK-ya ödəniş etməklə tapşırmış, bununla da onlar şifahi formada bağlanmış xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Beləliklə də bu xidmətləri göstərən cavabdeh in şifahi formada yaranmış müqavilə münasibətlərində olduğu iddiaçının sözügedən əmlakdan istifadəsinə, mübahisəli yerin başqa şəxsin mülkiyyətində olmasına istinadən maneələr törətməsi mülki qanunvericiliyə ziddir. İddiaçının əmlakın saxlanması üzrə borcun yaranması da onun istifadə hüququnun məhdudlaşdırması üçün əsas ola bilməz. İddiaçı müəyyən xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi halda, həmin hüquqi şəxsin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, apellyatorun tətbiq etdiyi məhdudiyyətlərin qanuni və əsaslı olması, yəni qanuni məqsəd daşıması halı öz təsdiqini tapmamışdır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 14, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 164.1, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına, MPM-in 4.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 157.1, 157.2-ci, Mənzil Məcəlləsinin 141.10-cu maddələrinə, “S.Ələkbərovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məvcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarlarına, MPM-in 53, 217.1-ci maddə lərinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının dayanacaq yerinə mülkiyyət və ya istifadə hüququ olmadığına görə həmin dayanacaq yerinin mülkiyyətçisinə qarşı mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi barədə tələbi də əsassız olmuş, həmçinin belə tələbin verilməsi üçün subyektiv hüququ yoxdur. Eyni zamanda heç bir əsası olmadığı halda başqa şəxsin mülkiyyətində və ya istifadəsində olan qeyri-yaşayış sahəsi, mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürür. Halbuki mübahisəli dayanacaq yerinə nə mülkiyyət hüququ, nə də istifadə hüququnun olması barədə heç bir sənəd mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına qətnaməsində istinad etsə də iddiaçının hansı səbəbdən və hansı əsasla mübahisəli parklanma yerinə sahibliyini təsdiq edən hər hansısa bir sənədə və ya sübuta istinad edə bilməmişdir. Əksinə iddiaçı öz iddia ərizəsinə əlavə etdiyi sənədlərdə belə mübahisəli parklanma yerinə istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənədi əlavə etməmişdir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə təqdim etdiyi ərizələr prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, vaxtında verilməmişdir. Bu hal tərəflərin məhkəmə çəkişməsində bərabərliyi prinsipini pozmuş və bununla da cavabdeh "xxxx" MMC-nin hüquqlarını kobud surətdə pozmuşdur. Bu halda iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə məhkəmə hazırlıq iclasın da verilmədiyi və məhkəmə baxış iclasında xeyli müddət keçəndən sonra ikinci və dördüncü məhkəmə baxış iclasında verildiyi əsasına görə icraata götürülməməli idi, həmin ərizələrə baxıla bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçının nümayəndəsi, vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

26. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

27. Maddə 164.1. Sahibin ir adəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh "xxxx" MTK-nın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Belə ki, birinci instansiya məhkəməsi iddianı sahibliyin müdafiəsinə dair normalar əsasında təmin etmişdir. Qətnaməni qüvvəsində saxlayan apellya siya məhkəməsi də həmin normalara istinad etmişdir.

39. Kassasiya məhkəməsi qeyd edir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 25). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

40. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər (§ 26).

41. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 27).

42. MM-in 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (§ 28).

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisəli qaraj iddiaçının sahibliyində olmuş, bu sahiblik vəziyyəti cavabdeh "xxxx" MTK-nın qanunsuz müdaxiləsi nəticəsində pozulmuşdur.

44. Belə olan halda iddianın təmin edilməsi MM-in 165.1-ci maddəsinə uyğun olmuşdur. Qeyd edilən maddi hüquq normasının tətbiqi mübahisənin bu əsasla həll edilməsi üçün yetərli old uğu üçün Kollegiya apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, mülkiyyətin müdafiəsinə dair normaların tətbqinə və yoxlanılmasına lüzum görmür.

45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən qeyd edilən maddi və prosessual hüquq normaları dü zgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Kassasiya məhkəməsi onu da vurğulayır ki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi barədə məhkəmə qərarı yalnız sahiblik vəziyyətinin özbaşına pozuntusunun aradan qaldırılmasını təmin edir. Başqa sözlə, həmin qərar daşınmaz əşyaya hüququ olan şəxs(lər)in eyni predmetə dair hüquq haqqında mübahisə açmasını istisna etmir və hüquq haqqında mübahisə üçün preyudisial əhəmiyyət daşımır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar